Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-227/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X8, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1984-cü ildə İsmayıllı rayonu, Keyvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi, ev 0186A-da qohumu, yəni xalasının həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı ünvanda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sinə nahiyəsinə yumruq və qarnına təpik vuraraq itələmiş və ona sağ dirsək oynağı nahiyəsinin sıyrığı, sol saidin hematoması və sıyrığı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil-bilək oynağının şişkinlik halında əzilməsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ailəsi ilə birlikdə xalası X6 gilə qonaq getmişdir. Spirtli içkinin təsiri altında olduğundan orada xalası oğlu X7 ilə aralarında mübahisə yaranmışdır. X4 qarşı təhqiramiz ifadələr işlədərək onunla dalaşmışdır. Xalasının əri Zərərçəkmiş şəxs onları aralaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs əli ilə itələmiş və Mustafa yerə yıxılmışdır. Sonra o, ailəsini götürüb xalası gildən çıxaraq idarə etdiyi “Mercedes Benz” minik markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanı arxasına əyləşib avtomobilini idarə edərək evinə gəlmişdir. Rafail Zingirovla mübahisə edib dalaşmaları təxminən 10-15 dəqiqə davam etmiş, orada mübahisə zamanı kənar şəxslər gəlməmişlər. Əsəbi olduğundan xalasının əri Zərərçəkmiş şəxs necə vurub itələdiyini hiss etməmişdir. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, arvadı X2 bacısı oğlu Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində ailəsi ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsindəki evinə qonaq gəlmişlər. Təqsirləndirilən şəxs həmin vaxtı spirtli içkinin təsiri altında olmuşdur. Çay içib söhbət etdikləri zaman Təqsirləndirilən şəxs X1 söyüşləri ilə təhqir etmişdir. Rafail Zingirovun arxa otaqdan çıxdığını gördükdə isə üstünə hücum çəkib yumruqla sinəsinə, təpiklə qarın nahiyyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs sakitləşdirib həyətindən çıxmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həyət qapısından çıxdıqdan sonra yumruqla onu vurmuş, itələyərək yerə yıxmış, avtomobilinin yük yerini açıb oradan dəmir parçası götürmək istədikdə arvadı Səlminaz, Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Təqsirləndirilən şəxs «Mercedes Benz» minik markalı avtomobilinin sükanı arxasına əyləşərək avtomobili idarə edib oradan getmişdir. Təqsirləndirilən şəxs ona sağ dirsək oynağı nahiyəsinin sıyrığı, sol saidin hematoması və sıyrığı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil-bilək oynağının şişkinlik halında əzilməsi kimi xəsarətlər yetirmiş, sonradan halı pisləşmiş ürək bulanması olmuşdur. Təxminən 30 dəqiqədən sonra Təqsirləndirilən şəxs oğlu Rafail Zingirovun mobil telefonuna zəng edərək «keçid» deyilən yerə çağırmış, gəlməyəcəyi halda öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onların evinə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı spirtli içkinin təsiri altında olmuşdur. Çay içib söhbət etdikləri zaman Təqsirləndirilən şəxs oğlu Rafail Zingirovu küçə söyüşləri ilə təhqir etmişdir. Rafail Zingirovun arxa otaqdan çıxdığını gördükdə isə üstünə hücum çəkib yumruqla sinəsinə, təpiklə qarın nahiyyəsinə vurmuşdur. Əri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs sakitləşdirib həyətindən çıxmasını tələb etmişdir. Təqsirləndirilən şəxs həyət qapısından çıxdıqdan sonra Zərərçəkmiş şəxs vurmuş, itələyərək yerə yıxmış, avtomobilinin yük yerini açıb oradan dəmir parçası götürmək istədikdə Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Təqsirləndirilən şəxs «Mercedes Benz» minik markalı avtomobilinin sükanı arxasına əyləşərək avtomobili idarə edib oradan getmişdir. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs xəsarət yetirdiyi üçün halı pisləşmiş ürək bulanması olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 şahid X2 bildirdiyinə uyğun məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Canlı şəxsin ekspertizası ilə bağlı 06 sentyabr 2022-ci il tarixli 1070 nömrəli rəydə qeyd olunur ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “Sağ dirsək oynağı nahiyəsinin sıyrığı, sol saidin hematoması və sıyrığı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil-bilək oynağının şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü-özünə xəsarət yetirməsi nəticəsində alınmaları inandırıcı deyildir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli düzgün tövsif olunmuşdur. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-227/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-227/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver