Məhkəmə qərarları › İş №1(010)-227/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-227/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-227/2025 25.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim, Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibləri, X4 və Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokurorları, X14 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 İbrahim oğlu və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxs-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” X23in nümayəndəsi Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2-si azyaşlı olmaqla 3 övladı olan, orta təhsilli, məhkumluğu olan, işləməmiş, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, ********* saylı cinayət işi üzrə 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Suraxanı RPİ-nin MSYdən azad edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-136/2022 saylı qərarı ilə əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla, 01 iyun 2022-ci il tarixədək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə barəsində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)-956/2023 saylı qərarı ilə cəza müddəti dəyişdirilərək üzərində qəti olaraq 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Yardımlı rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Suraxanı rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 1(010)-93/2025 saylı hökmü ilə barəsində əvvəli 26 may 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 24 noyabr 2025-ci il tarixdə cəza müddəti başa çatmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri saxlanılmış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, (boşanıb) 1-i azyaşlı olmaqla 2 övladı olan, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəmisinin 07 sentyabr 2023-cü il tarixli, 1(003)-389/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 yaşamış, ********* saylı cinayət işi üzrə 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Suraxanı RPİ-nin MSYdən azad edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-137/2022 saylı qərarı ilə əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla, 01 iyun 2022-ci il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(010)- 329/2022 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 avqust 2022-ci il tarixədək uzadılmış, 01 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(010)- 227/2025 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 08 may 2025-ci il tarixdə tutularaq 10 may 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.2 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroin əldə edərək üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 11 fevral 2022-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılaraq üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2, 27 fevral 2022-ci il tarixdə, saat 23:30 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu 2C ünvanında yerləşən ümumi dəyəri 2000 manat olan «1 mərtəbəli tikili» obyektinin tikilisinə bitişik talvarının dəmir üst hissəsindəki təqribən 6 metr uzunluğunda 2 ədəd dəmir borunu, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağı, onların bir-birinə birləşməsi üçün istifadə olunan təqribən 40 metr uzunluğunda dəmiri (uqolnik), 1 ədəd dəmir darvazanı (2.5m x 2.5m) və 10 ədəd dəmir dam örtüyünü kəsib küçə kənarına daşıyaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə, ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişlər və həmin oğurladıqları əşyaları gətirdikləri avtomobilə yükləmək istəyərkən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs2, 27 fevral 2022-ci il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 03 ədəd bükümdə təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin əldə edib, üstündə saxlamaqla daşımış və həmin gün, saat 23:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu, 2C ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan dəmir boruları oğurlamaqda şübhəli bilinərək Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİnin 31-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram, 0,488 qram və 0,219 qram olmaqla, ümumi təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb saxlanc yerinə qanunsuz daxil olaraq təkrar oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroin əldə edərək üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, 04 yanvar 2022-ci il tarixdə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə yataq otağının pəncərəsində quraşdırılan dəmir barmaqlığı sındıraraq qanunsuz daxil olaraq oradan 4 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 qızıl qolbaq və 450 (dörd yüz əlli) manat nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs2, ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə, təmiz çəkisi 0,796 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 11 fevral 2022-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılaraq üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,796 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən 22 fevral 2022-ci il tarixdə, saat 15 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 İbrahim oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evə plastik pəncərəni açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq orada yataq otağında olan kiçik dolabın içərisində qoyulmuş 2000 (iki min) manat pulu oğurlayaraq Zərərçəkmiş şəxs1, ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən 27 fevral 2022-ci il tarixdə, saat 23:30 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu, 2C ünvanda yerləşən ümumi dəyəri 2000 manat olan «1 mərtəbəli tikili» obyektinin tikilisinə bitişik talvarının dəmir üst hissəsindəki təqribən 6 metr uzunluğunda 2 ədəd dəmir borunu, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağı, onların bir-birinə birləşməsi üçün istifadə olunan təqribən 40 metr uzunluğunda dəmiri (uqolnik), 1 ədəd dəmir darvazanı (2.5m x 2.5m) və 10 ədəd dəmir dam örtüyünü kəsib küçə kənarına daşıyaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə, ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişlər və həmin oğurladıqları əşyaları gətirdikləri avtomobilə yükləmək istəyərkən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanmışlar. Bundan başqa Təqsirləndirilən şəxs1, 27 fevral 2022-ci il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 03 ədəd bükümdə təmiz çəkisi 1,882 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin əldə edib, üstündə saxlamaqla daşımış və həmin gün, saat 23:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu 2C ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan dəmir boruları oğurlamaqda şübhəli bilinərək Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİnin 31-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd, sağ yan cibindən 02 ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,906 qram, 0,560 qram və 0,416 qram olmaqla, ümumi təmiz çəkisi 1,882 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 1772.3 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş və 2021-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən bir mərtəbəli evin həyətinə hasardan aşıb düşdükdən sonra, pəncərənin dəmir barmaqlığını çıxararaq evə daxil olmuşdur. Evi axtardıqda evdən 4 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 450 manat nağd pul aşkar edərək, oğurlayıb gəldiyi yolla qayıdaraq oradan çıxıb getmiş və oğurladığı qızıl-zinət əşyalarını Suraxanı rayonu, Binə qəsəbəsində “Mərkəz” adlanan yerdə lombardda işləyən şəxsə satmış, əldə olunmuş pulları isə xərcləmişdir. Bundan başqa, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, “kakos” adı ilə tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə etmişdir. Narkotiki müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. 10 fevral 2022-ci il tarixdə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 20 manata öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə “kakos" almış və sonra, istifadə etməsi üçün üzərində saxlamışdır. 11 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını, ona üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparmışlar. 31-ci polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, şübhəli şəxs qismində tutulub, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edildikdən və onunla görüşdükdən sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə, ona üzərində qanunsuz olaraq əldə edilmiş əşya, yəni maddə olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra, o, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 2 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində 04 ədəd siqaret olan siqaret qutusunu, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən isə 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt və haradan əldə edilməsi barədə soruşulduqda o, həmin bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin vasitəni bir gün əvvəl, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını və istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra, təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan başqa, 2022-ci ilin fevral ayının 20-25 aralığında, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evin həyətinə hasardan keçməklə daxil olduqdan sonra, evin plastik pəncərəsini açaraq mənzilə daxil olub yataq otağında olan dolabdan 100 manatlıq əskinaslardan ibarət 2000 manata yaxın nağd pul oğurlamışdır. Bundan başqa, 27 fevral 2022-ci il tarixdə, təxminən saat 23 radələrində tanışı Xaləddinlə birlikdə “Məşəl” YDM-in yaxınlığında ağaclıqların içərisində olan dəmir boruları yol kənarına daşıyıb yükü yol kənarında dayanan “Qazel” markalı avtomobilə yığarkən PPXBnin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib onları oğurladıqları dəmir borularla birlikdə polis bölməsinə aparmışlar. Həmin dəmir boruları “Qazel” sürücüsünə satacaqlardı. Polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə aludəçisi olduğuna görə narkotik almaq üçün oğurluq etdiyini bildirdiyindən, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparılmış və orada xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Üzərinə şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əldə edilmiş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki boz rəngli cins şalvarının sol cibindən içərilərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olan bir bükümü, sağ cibindən isə içərisində “kakos” olan 02 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin narkotik vasitələri 26 fevral 2022-ci il tarixdə, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən hər bir bükümü 10 manat olmaqla, cəmi 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Ondan aşkar olunmuş içərilərində narkotik vasitə olan 03 ədəd büküm onun iştirakı ilə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, zərfin üzəri onun və şəxsi axtarışda iştirak edən polis nəfərləri tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs1 ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilir, həmin Məcəllənin 177-ci maddəsi ilə ona elan edilmiş ittihamlar üzrə isə sadəcə «X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsi ilə bağlı epizodda təqsirli bilir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən əşyalardan yalnız 2 ədəd dəmir borunu və 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağı oğurlamış, digər oğurluq əməlləri isə olmamışdır. Zərərçəkmiş şəxs2 evindən oğurluq edilməsi ilə bağlı isə özünü təqsirli bilmir. 2021-ci ilin dekabr ayının sonunda cəzaçəkmə müəssisəsindən çıxmış və İsmayıllı rayonuna getmişdir. 06 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt cəzaçəkmə müəssisəsindən yeni çıxdığı üçün mobil telefonu yox idi. 04 yanvar 2022-ci il tarixində mobil telefonu olub-olmamasını dəqiq xatırlamır. Belə ki, 30 dekabr 2021-ci ildə cəzaçəkmə müəssisəsindən çıxmış, daha sonra rayona getmiş və 07 yanvar 2022-ci il tarixə kimi rayonda olmuşdur. 11 fevral 2022-ci il tarixdə tutulan zaman üzərində narkotik vasitə var idi, 27 fevral 2022-ci il tarixdə isə üzərində narkotik vasitə olub-olmamasını xatırlamır. Şahid1 polis şöbəsində üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasında iştirak edib-etməməsini xatırlamır. 27 fevral 2022ci il tarixdə tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə yox idi, həmin tarixdən əvvəl tutulduqda var idi. Onları 3 gün 31-ci polis şöbəsində saxladıqdan sonra, MSY-yə aparmışlar, oradan buraxıldıqdan sonra yenidən polis bölməsinə gətirilmişlər. Ümumilikdə 9 gün tutulmuşlar. Sonda isə himayəsində biri azyaşlı olmaqla iki uşağının olmasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə etmişdir. Həmin vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alımışdır. 11 fevral 2022-ci il tarixdə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Ceyhun” adlı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün 01 ədəd büküm kokos kimi tanıdığı narkotik vasitə almış və istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 22 radələrində, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun üzərində narkotik vasitələr saxlayaraq daşımağında şübhəli olduğunu deyərək, üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparmışlar. 31-ci polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra, dövlət hesabına müdafiəçi dəvət olunmuş və ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Əvvəlcə, ona üzərində hər hansı bir qanunsuz olaraq əldə edib saxladığı əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Sonra, polis əməkdaşları ondan həmin bükümün içərisindəki kütlənin nə olması, nə vaxt və haradan əldə etməsi barədə soruşmuşlar. O, da təqdim etdiyi bükümün içərisində olan maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, bir gün əvvəl Yeni Suraxanı qəsəbəsində “Ceyhun” adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığı və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra bununla bağlı protokol tərtib olunmuş, protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Bundan başqa, 27 fevral 2022ci il tarixdə, saat 23:30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində əvvəllər tanıdığı Şamil adlı şəxslə birlikdə, “Qazel” markalı yük avtomobilinə dəmir boruları yükləyərkən PPX-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, onları şübhəli şəxs qismində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparmışlar. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində tutulub, hüquq və vəzifələri izah edildikdən və dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra, üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə, ona üzərində qanunsuz olaraq əldə edilmiş əşya, yəni maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağız bükümünü təqdim edərək həmin bükümlərin içərilərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin gün üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb istifadə etmək üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqdim etdiyi 03 ədəd büküm bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Saxlanılarkən və ya polis bölməsində olarkən ona qarşı hər hansı bir formada zor tətbiq olunmamış və təzyiq göstərilməmiş, üzərindən aşkar olunmuş narkotik vasitə də onün özünə məxsusdur. Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dəmir boruları avtomobilə yükləməsində ona köməklik göstərməsini xahiş etmişdir. O, da dəmir boruların yararsız olduğunu zənn edərək Şamilə köməklik göstərmiş, Şamil ona boruları oğurlamağı barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasları zamanı isə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Buna görə də, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmuş və məhkəmə iclasında ona suallar verilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, sadəcə olaraq, Şamilə kömək etmişdir. Şahid2 onu tutan polis əməkdaşları arasında olmayıb, onun ifadəsində qeyd olunan əşyalardan da oğurladığı yalnız dəmir borular olmuşdur. Şahid6 da onu tutan polis əməkdaşları arasında olmamış, onu və Şamili post patrul xidmətinin əməkdaşları tutmuşdur. Şahidin dedikləri ilə razı deyil. Belə ki, dəqiq tarixi xatırlamadığı vaxtda o və Şamil yolda gedən zaman başqa bir şəxsin oğurluq əməli törədib qaçdığını görmüş, həmin oğurluq edilən evin sahibi isə Şamillə onu görmüş, oğurluq edən şəxslə əlbir olduqlarını düşünmüş, onlar isə həmin şəxsi tanımadıqlarını bildirmişlər. Daha sonra oğurluq edən şəxs tutulmuş və o da onları tanımadığını demişdir. Lakin həmin hadisədən sonra post patrul xidməti əməkdaşları onları polis bölməsinə aparmışdır. Tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə yox idi. Elan edilmiş ittihamlardakı heç bir epizod üzrə özünü təqsirli bilmir. Onlar 9 gün polis bölməsində saxlanılmışlar. Videoçəkiliş aparılan zaman isə Şahid5 videoçəkilişdə iştirak etmişdir. Onu Şahid5 və Şahid6 tutduğunu, Şamili isə Şahid3 tutduğunu qeyd etmişlər. Polis əməkdaşları tərəfindən döyüldükləri və əvvəllər narkotik vasitə istifadəçisi olduqları üçün cinayətləri boyunlarına götürmüşlər. Tutulan zaman mobil telefonu yanında olmamışdır. Döyülməkləri ilə bağlı rəsmi müraciət etməmişdir. Şahid1 polis şöbəsində üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasında iştirak etməmişdir. 27 fevral 2022-ci il tarixdə tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə yox idi. Onları 3 gün 31-ci polis şöbəsində saxladıqdan sonra, MSY-yə aparmışlar, oradan buraxıldıqdan sonra yenidən polis bölməsinə gətirilmişlər. Sonda isə məhkəmədən himayəsində 3 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evdə yaşayır. 04 avqust 2022-ci il tarixdə saat 12 radələrində uşaqları ilə birlikdə Binə qəsəbəsində yerləşən uşaq əyləncə mərkəzinə gedib, saat 15:30 radəsində evə qayıtmışdır. Evə daxil olduqda evin dağınıq olduğunu görüb, evdən oğurluq olduğunu başa düşərək, evi nəzərdən keçirmişdir. Yataq otağına baxdıqda otaqda olan ümumi dəyəri təxminən 2050 manat olan dörd ədəd qızıl üzüyün, bir ədəd qızıl qolbağın, bir cüt qızıl sırğanın və 450 manat nağd pulun oğurlandığını görüb, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra, polis əməkdaşları evinə gəldikdə, evdən oğurluq olması barədə ərizə və izahat vermişdir. Oğurluq nəticəsində ona, ümumilikdə təxminən 2500 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 04 yanvar 2022-ci il tarixdə evdə heç kim yox idi, uşaqları ilə birlikdə, saat 12:00-da evdən çıxmış və saat 15:00 radələrində geri qayıtdıqda evdən oğurluq edildiyini bilmişdir. Evin qapısı qırılmamış, pəncərədən evə daxil olunmuşdur. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, təxminən 2022-ci ilin fevral ayında polis bölməsinə getdiyi zaman oğurluğun Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini bildirmişlər. Hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” X23in nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, X23 mütəxəssisi vəzifəsində işləyir və hüquqi şəxs tərəfindən hüquqlarının müdafiə olunması üçün ona etibarnamə verilmişdir. 27 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun işlədiyi Hüquqi şəxsin balansında olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu 2C ünvanında yerləşən ümumi dəyəri 2000 manat olan «1 mərtəbəli tikili» obyektinin tikilisinə bitişik talvarının dəmir üst hissəsindəki təqribən 6 metr uzunluğunda 2 ədəd dəmir borunu, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağı, onların bir-birinə birləşməsi üçün istifadə olunan təqribən 40 metr uzunluğunda dəmiri (uqolnik), 1 ədəd dəmir darvazanı (2.5m x 2.5m) və 10 ədəd dəmir dam örtüyünü kəsib avtomobilə yükləyib oğurlamaq istəyərkən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra isə onlar Suraxanı RPİnin 31-ci polis şöbəsinə aparılmışlar. Ona görə də hüquqi şəxsin digər əməkdaşları ilə birlikdə, həmin faktla əlaqədar ziyan aktı tərtib etmişlər. Həmin əmlakın oğurlanması nəticəsində müəsissəyə ümumilikdə 2000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi əmlak istifadə edilmirdi, boş idi. Oğurlanmış əşyalar hüquqi şəxsə qaytarılmamışdır. Hazırda şikayətçidirlər. Oğurlanmış əşyalar harada saxlanılır məlumatı yoxdur, lakin oğurlanmış əşyaları polis bölməsində olan zaman görmüşdür. Maddi sübut kimi tanınmış əşyalar müstəntiq tərəfindən də onlara geri qaytarılmayıb. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahid7 cinayət işi materiallarında olan 12 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan və maddi sübutlar haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 6 metr uzunluğunda 02 ədəd dəmir boru, 04 ədəd 04 metr uzunluğunda dəmir borudan olan dayaq, 40 metr uzunluğundakı dəmir (uqolnik), 01 ədəd dəmir darvazanın kəsilmiş hissələri, 10 ədəd dəmir dam örtüyü maddi sübut olaraq tanınmış və mülkiyyətçisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin “X3 və Koordinasiya Mərkəzi” X23ə qaytarılmışdır. Lakin məhkəmə istintaqı zamanı maddi sübutun qeyd edilən Publik Hüquqi şəxsə qaytarılmadığı müəyyən edilmişdir. Bununla bağlı nə deyə bilərsiniz sualına cavabında bildirmişdir ki, maddi sübutlar ilk gündən 31-ci polis şöbəsində saxlanılmış, ekspertiza keçirildikdən sonra polis şöbəsinə qaytarılmışdır, ekspertiza fotoşəkil əsasında keçirilmiş, o, maddi sübutları görməmiş, həmin 31-ci polis şöbəsi ilə telefonla danışmış və maddi sübutlarla bağlı məlumat almışdır. Ona görə də, sübutların qiymətləndirilməsi qərarında maddi sübutların qaytarılması kimi qeyd etmişdir. Lakin uzun müddət keçdiyi üçün tam dəqiq xatırlamır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Zərərçəkmiş şəxs1 İbrahim oğlunun sərhədkeçmə ilə bağlı çıxarışdan görünür ki, o, 11 noyabr 2024-cü il tarixdə ölkə xaricinə getmiş, hazırki günədək geri qayıtmamış, adına qeydiyyatda olan telefon nömrələrinə isə məhkəmə çağırışları ilə bağlı SMS bildirişləri göndərilsə də, heç birinə SMS çatmamış, həmçinin zəng vasitəsilə də əlaqə saxlamaq mümkün olmamışdır. Odur ki, Zərərçəkmiş şəxs1 İbrahim oğlu məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmişdir. Odur ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 İbrahim oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayır. 22 fevral 2022-ci il tarixdə, saat 12 radələrində ailəsi ilə birlikdə alver etmək üçün evdən çıxıb saat 18:30-da evə qayıtdıqda evin giriş qapısının sağ tərəfindəki plastik pəncərənin açıq olduğunu görmüşdür. İçəri daxil olduqda, evin dağınıq olduğunu, yataq otağındakı balaca dolabda saxladığı 2000 manat pulun oğurlandığını görüb, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra, polis əməkdaşları evə gəldikdə, evdən 2000 manat nağd pulun oğurlandığını bildirərək, bu barədə ərizə və izahat vermişdir. Məhkəmə iclasında ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 22:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə getməli olduğunu demişlər. Polis şöbəsinə getdikdən sonra Rəsulov X10 RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçı, polis baş leytenantı X15 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra, onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, yəni narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən iki manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, içərisində siqaret olan “Prima deluxe” markalı siqaret qutusunu, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü kağız bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirildikdə üzərində hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən cəmi 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq şahid Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmədə tədqiq edilmiş, Şahid3 ibtidai istintaqda verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 22:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində əlamətlərindən Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə aparmışlar. 31-ci polis şöbəsində Təqsirləndirilən şəxs2 polis şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra, onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirildikdə üzərində hər hansı bir başqa əşya-kütlə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini Bakı şəhəri, Suraxanı rayonu rayonu ərazisində Ceyhun adlı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş həmin bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci polis şöbəsində olduğu zaman ona qarşı hər hansı fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o isə öz növbəsində heç bir müqavimət göstərməmişdir. Özü ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Təqsirləndirilən şəxslər “Qazel” markalı yük avtomobilinə dəmir boruları yerləşdirmək istəyirdilər. Təqsirləndirilən şəxsləri polis şöbəsinə aparmışlar, orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. O, da həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxslərdən həmin əşyaları haradan əldə etdiklərini soruşmuşlar və onlara həmin əşyaların özlərinə məxsus olduğunu, satmaq üçün apardıqlarını bildirmişlər. Şahid3 və Şahid4 tərəfindən həmin tarixdə başqa əməliyyat tədbiri keçirilmişdir, lakin hər bir əməliyyat tədbiri ayrı-ayrılıqda keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı kapitanı Şahid6 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman mobil telefonunun üzərində olub-olmamasını uzun müddət keçdiyi üçün xatırlamır, ola bilər yanında olsun və ya avtomobilində, polis bölməsində qalmış olsun. Odur ki, 3 il müddət keçdiyi üçün xatırlamır. Özü ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Məhkəmə iclasında ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə 44117 çağırışlı polis patrul avtomobilində polis serjantı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində xidmətdə olarkən, saat 23:30 radəsində köşkün yanında dayanmış “Qazel” markalı yük avtomobilinin yanında üç nəfərin olduğunu görüb, onlara yaxınlaşdıqda həmin şəxslər onları görüb təlaşlanmağa başlamışlar. Onlardan özlərini tədqim etmələrini istədikdə və təlaşlarının səbəbi soruşduqda həmin şəxslər- “Qazel”in sürücüsü özünü X5, digərləri isə özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olaraq təqdim etmişlər. “Qazel” markalı yük avtomobilinin yanında metal borular olduğundan və həmin metal boruların oğurlanmış ola biləcəyini, eləcə də X5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhə yaratdığından üzərlərinə şəxsi axtarış aparılması üçün Suraxanı RPİnin 31-ci polis şöbəsinin növbətçi hissəsinə aparılaraq, tərəflərindən şöbənin rəisinin adına tərtib edilmiş raportla növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra, Təqsirləndirilən şəxs2 şöbənin təhqiqatçısı, polis baş leytenantı Pərvin İbrahimov tərəfindən, Təqsirləndirilən şəxs1 isə şöbənin təhqiqatçısı, polis baş leytenantı Azər Süleymanov tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmin şəxslərin hər ikisinin üzərlərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Mehtiyev X6 RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Pərvin İbrahimov tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçisi ilə təklikdə görüşdükdən sonra, təhqiqatçı Pərvin İbrahimov tərəfindən onların və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən üç ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya və ya maddə aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərdə narkotik vasitə-heroin olduğunu, həmin gün səhər saatlarında Mərdəkan qəsəbəsində ünvanını, adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 03 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 isə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Azər Süleymanov tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçisi ilə təklikdə görüşdükdən sonra, təhqiqatçı Azər Süleymanov tərəfindən onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd, sağ yan cibindən isə iki ədəd (cəmi üç büküm) gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərilərində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərdə narkotik vasitə-heroin olduğunu, 26 fevral 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ünvanını, adını bilmədiyi şəxsdən bükümünü 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 03 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci polis şöbəsində olduqları zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu, 2C ünvanında yerləşən boş sahənin yanında yaxınlaşmışlar, həmin bina hasarsız, istifadə edilməyən binadır. Qeyd edilən ərazi onların xidməti ərazisi idi. Həmin vaxt orada neçə nəfərin olmasını, uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, deyəsən 2-3 nəfər var idi. Təqsirləndirilən şəxslər avtomobilə əşyaları yükləməmişdilər, dəmir borular yerdə idi. Təqsirləndirilən şəxsləri polis şöbəsinə aparmışlar, orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. O, da həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxslər onlara qarşı müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxslərdən həmin əşyaları haradan əldə etdiklərini soruşmuşlar, cavab olaraq həmin əşyaların özlərinə məxsus olduğunu, satmaq üçün apardıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin PPXB-nin polis serjantı Şahid2 oğlu da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 27 fevral 2022-ci il tarixdə “Qazel” markalı yük avtomobilə yaxınlaşdıqları zaman sürücünün olub-olmamasını uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxslərə yaxınlaşan zaman “Qazel” markalı yük avtomobilinə bütün əşyaları yerləşdirməmişdilər, təxminən 3-4 ədəd dəmir boru qalmışdı. Həmin yük avtomobilini polis şöbəsinə təhvil vermişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 01 avqust 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şahid7 tərəfindən vətəndaş Zərərçəkmiş şəxs1 İbrahim oğlunun müraciəti əsasında HK-1-404 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (İ cild, iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 22 fevral 2022-ci il tarixli, HK-1-404 saylı raportdan görünür ki, 22 fevral 2022-ci il tarixdə, saat 19:34 radələrində Binə qəsəbəsində vətəndaş Zərərçəkmiş şəxs1 İbrahim oğlu evindən oğurluq olması barədə bildirmişdir. (İ cild, iş.v. 2) Zərərçəkmiş şəxs1 İbrahim oğlu tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 22 fevral 2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə, günorta saat 12:00 radələrindən axşam saat 18:30 radələrinədək Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozundakı evində olmadığı müddətdə evinə gəldiyi zaman naməlum şəxs (şəxslər) tərəfindən evinin sağ tərəfində olan plastik pəncərəni açmaq yolu ilə evə daxil olaraq yataq otağındakı balaca dolabın içərisində olan 2000 manat pulunun oğurlandığını və evində əşyaların yerə dağıldığını aşkar etmişdir. Oğurluq nəticəsində ona, ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Ərizəsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. (İ cild, iş.v. 6) 22 fevral 2022-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Zərərçəkmiş şəxs1 İbrahim oğluna məxsus birmərtəbəli daş hasarı olan 3 otaq və 1 sanitar qovşağından ibarət fərdi yaşayış evidir. Baxış zamanı yataq otaqları dağınıq vəziyyətdə idi. Hadisə yerinə yaxın ətrafda müşahidə kameraları aşkar olunmamışdır. Baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. (İ cild, iş.v. 8-10) Rüstəmov X8 RPİ-nin İŞ-ə 01 avqust 2022-ci il tarixdə ərizə ünvanlayaraq ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (İ cild, iş.v. 15) 10 fevral 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 İbrahim oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, iş.v. 16) ********* nömrəli cinayət işi 31 may 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şahid7 tərəfindən vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında HK-1-26 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (İ cild, iş.v. 26) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 04 yanvar 2022-ci il tarixli, HK-1-26 saylı raportdan görünür ki, həmin tarixdə, saat 15:05 radələrində Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Zərərçəkmiş şəxs2 evinin pəncərəsinin dəmir barmaqlıqlarının çıxarılma yolu ilə evə daxil olunaraq 2000 manat dəyərində olan qızıl-zinət əşyaları olan 1 ədəd brilliant qaşlı üzük, 03 ədəd qızıl üzük, 01 ədəd qolbaq, 01 cüt sırğa və 450 manat pulun oğurlanması barədə bildirmişdir. (İ cild, iş.v. 28) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 04 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 12:00 radələrində yaşadığı evdən çıxaraq uşaq əyləncə mərkəzinə övladı ilə birlikdə getmişdir. Saat təxminən 15:30 radələrində evinə gəldiyi zaman müəyyən etmişdir ki, evin yataq otağının dəmir barmaqlıqlarının sındırıldığını və naməlum şəxsin evinə daxil olaraq evdən 04 ədəd qızıl üzük, 01 cüt sırğa, 01 ədəd qızıl qolbaq və 450 manat pulu yataq otağının dolabından oğurlamışdır. Ona 2500 manat məbləğində ziyan dəymişdir. Evindən oğurluq etmiş naməlum şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (İ cild, iş.v. 30) 06 yanvar 2022-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanıdır. Hadisə yeri birmərtəbəli mişar daşı ilə hörülmüş həyət evidir. Hadisə yerinin ətrafı həyət evləridir. Baxış zamanı müəyyən edilmişdir ki, naməlum şəxsin evin pəncərəsini sındırmaqla evin pəncərəsindən daxil olaraq qonaq otağındakı qızıl-zinət əşyalarını oğurlamışdır. Hadisə yerində Suraxanı RPİnin KTQ-nin kriminalisti tərəfindən, əl-barmaq izi götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (İ cild, iş.v. 33-36) 01 avqust 2022-ci il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 234.1-ci maddələri ilə olan ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaqın aparılması qərara alınmışdır. (İ cild, iş.v. 23) ********* nömrəli cinayət işi 01 mart 2022-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində başlanmışdır. (İ cild, iş.v. 47) Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 27 fevral 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 23:30 radələrində xidmətdə olduğu ərazidə 3 nəfərin özünü şübhəli aparmasını görmüşlər. Onlara yaxınlaşdıqda, yanlarındakı “Qazel”-in yanında bir neçə dəmir boru olmasını görmüşlər. Bundan əlavə, həmin şəxslərin 2 nəfəri üzərlərində qanunla dövriyyəsi qadağan edilməmiş narkotik vasitənin olduğunu bildirmişlər. Bu səbəbdən də həmin şəxsləri barələrində qanuni tədbir görülməsi üçün Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. (İ cild, iş.v. 51) 28 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən 03 ədəd rəngli bükümdə olan bükümləri təqdim etmişdir. Sorğu zamanı X7 bildirmişdir ki, əynindəki şalvarın sağ yan cibindən 03 ədəd rəngli bükümdə olan bükümün içərisində qəhvəyi rəngli narkotik maddə sayılan heroindir, onu həmin gün səhər saatlarında Mərdəkan qəsəbəsində 20 manata alaraq saxlayıb üzərində gəzdirmişdir. Aşkar olunmuş 03 (üç) ədəd gümüşü rəngli bükümdə olan bükümlər narkotik vasitə sayılan heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (İ cild, iş.v. 73- 75) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli 6/1222 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs2 (imza)...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qr.. 0,488 qr., 0,219 qr., ümumi təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 1,124 qram, tədqiqata sərf edildi – 0,090 qram, qalıq – 1,034 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. (cild İ, iş.v. 84- 87) 27 fevral 2022-ci il tarixli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, hadisə yeri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ərazisində qəsəbənin girişində Məşəl YDM-ə gedən yolun sağ kənarıdır. Ətrafda ticarət obyektindən bir qədər kənarda yaşayış evləri, ağaclar, hadisə yerində “Qazel” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidə edilmişdir. Bundan əlavə, hadisə yerində sübut əhəmiyyətinə malik ola biləcək dəmir borular vardır. Həmin dəmir borular təxminən 3-4 metr uzunluqda və 8-10 sm diametrdə olmaqla 8 ədəddir. Həmin 8 ədəd boru sübut əhəmiyyətinə malik ola biləcəyi üçün maddi sübut qismində götürülmüşdür. (cild İ, iş.v. 92-93) 28 fevral 2022-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” potokoldan görünür ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs, Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd, sağ yan cibindən 02 ədəd, ümumilikdə 03 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 03 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərin içərində olan kütlə narkotik vasitədir, həmin kütləni 26 fevral 2022-ci tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən, hər bir bükümünü 10 manat olmaqla, 30 manat ödəməklə, öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla gəzdirmişdir. Aşkar olunmuş siqaret kağızına bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (cild İ, iş.v. 118-120) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 fevral 2022-ci il tarixli 6/1223 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfdəki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,906 qr., 0,560 qr., 0,416 qr., ümumi təmiz çəkisi 1,882 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin ümumi təmiz çəkisi – 1,882 qram, tədqiqata sərf edildi – 0,090 qram, qalıq – 1,792 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. (cild İ, iş.v. 129- 132) 01 mart 2022-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilir, əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü bükümü və sağ yan cibindən 02 ədəd gümüşü rəngli bükümləri (cəmi 03 büküm) çıxararaq masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda hər üçünün içərilərində qəhvəyi rəngli kütlələr görünür, bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilir. Başqa hər hansı bir əşya və ya kütlə aşkar edilmir, ondan təqdim etdiyi 03 ədəd bükümün içərisindəki maddələrin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümlərin içərisində heroin, yəni “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri 26 yanvar 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində adını, ünvanını biİmədiyi şəxsdən, özünün istifadəsi üçün hər bükümə 10 manat pul ödəməklə, cəmi 30 manata aldığını, üzərində daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üç ədəd büküm bir ədəd zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirilərkən və ya polis bölməsində olarkən ona qarşı psixi və ya fiziki təsir edilibedilmədiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl qapalı yerdə saxlanılıb-saxlanılmadığı soruşulduqda isə polis əməkdaşları tərəfindən ona qarşı hər hansi təzyiq edilmədiyini, qapalı yerdə saxlanılmadığını bildirir. (cild İ, iş.v. 157) 01 mart 2022-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” digər protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilir, əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli bükümləri çıxararaq masanın üzərinə qoyaraq təqdim edir, həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda hər üçünün içərilərində qəhvəyi rəngli kütlələrin görünməsi, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın davam etdirilməsi, başqa hər hansı bir başqa əşya, kütlə aşkar edilməməsi müəyyən olunur. Ondan təqdim etdiyi 03 ədəd bükümün içərisindəki maddələrin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümlərin içərisində heroin, yəni “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri Mərdəkan qəsəbəsindən adını, ünvanını bilmədiyi şəxsdən, özünün istifadəsi üçün 20 manata aldığını və narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi üç ədəd büküm bir ədəd zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilərkən və ya polis bölməsində olarkən ona qarşı psixi-fiziki təsir edilib-edilmədiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl qapalı yerdə saxlanılıb-saxlanılmadığı barədə soruşulduqda, polis əməkdaşları tərəfindən ona qarşı hər hansi təsirin edilmədiyini, qapalı yerdə saxlanılmadığını bildirir. (cild İ, iş.v. 171) 03 mart 2022-ci il tarixli, “materialın cinayət işinə birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan dəmir boruları oğurlaması faktı əsasında toplanmış material icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq aparılmışdır. (cild İ, iş.v. 175-176) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi, Suraxanı yolu 2C ünvanında yerləşən Mərkəzin balansında olan “1 mərtəbəli tikili”-də 28 fevral 2022-ci il tarixində, gecə saatlarında obyektə bitişik talvarın dəmir hissələri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq məqsədilə dəmir talvarın üst hissəsindəki təqribən 6 metr uzunluğunda 2 ədəd 3 düyümlü dəmir boru, 4 ədəd 4 metr uzunluğunda 3 düyümlü dəmir borudan olan dayaq, onların bir-birinə birləşməsi üçün istifadə olunan 40 metr uzunluğunda dəmir (uqolnik), 1 ədəd dəmir darvaza ( 2.5 m x 2.5 m) və 10 ədəd dəmir örtük kəsilərək dövlət nömrə nişanı **-BC-*** olan Qazel avtomaşınına yüklənərkən ərazidə xidmət aparan Post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayonu 31-ci polis şöbəsinə aparılmışdır. Foto şəkillər akta əlavə olunmuşdur. (cild İ, iş.v. 181-182) 04 mart 2022-ci il tarixli, “zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında” qərardan görünür ki, icraatda olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxs zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 185) 04 mart 2022-ci il tarixli, “zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, icraatda olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 nümayəndəsi qismində tanınmışdır. (cild İ, iş.v. 186) 04 mart 2022-ci il tarixli, “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi həmin Məcəllənin 29,177.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, iş.v. 194-195) Suraxanı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-137/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla, 01 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş.v. 239- 241) Suraxanı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-136/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla, 01 iyun 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (cild İ, iş.v. 241-246) 14 mart 2022-ci il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə ilə istintaq edilmişdir. (cild İİ, iş.v. 15-16) ********* nömrəli cinayət işi 12 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində başlanmışdır. (İİ cild, iş.v. 19) 11 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul edilmişdir. (İİ cild, iş.v. 24) 11 fevral 2022-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs1 əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 2 (iki) manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində 4 ədəd siqaret olmaqla üzərinə "Prima deluxe" yazısı olan siqaret qutusunu, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən isə 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 (bir) ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümün içərisindəki kütlənin narkotik vasitə-heroin olduğunu, narkotik vasitəni 1 gün əvvəl tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (İİ cild, iş.v. 54-56) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 fevral 2022-ci il tarixli 6/890 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” yə s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,796 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 0,796 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,746 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil etmişdir. (İİ cild, iş.v. 62- 65) Suraxanı RPİ-nin İŞ-in 15 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına RPİ-nin 31-ci polis şöbəsi tərəfindən göndərilmiş cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticəsində əldə olmamışdır. (İİ cild, iş.v. 101; 108) 27 aprel 2022-ci il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə ilə istintaq aparılması qərara alınmışdır. (İİ cild, iş.v. 114-115) ********* nömrəli cinayət işi 12 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində başlanmışdır. (İİ cild, iş.v. 118) 11 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 tərəfindən “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar qəbul edilmişdir. (İİ cild, iş.v. 124) 11 fevral 2022-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sağ cibindən 01 (bir) ədəd gümüşü bükümü təqdim edərək içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən təqdim etdiyi, 01 (bir) ədəd gümüşü bükümün içərisində narkotik vasitə-heroini Suraxanı rayonu ərazisində Ceyhun adlı şəxsdən 10 manata aldığını və özünün istifadə etməsi məqsədi ilə saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 (bir) ədəd narkotik vasitə-heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (İİ cild, iş.v. 147-148) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 fevral 2022-ci il tarixli 6/889 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “Şübhəli şəxs: ...Təqsirləndirilən şəxs2.Ə....” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 0,576 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,526 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil etmişdir. (İİ cild, iş.v. 155- 157) 23 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir, əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxararaq masanın üzərinə qoyaraq təqdim edir, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda, içərisində qəhvəyi rəngli kütlələrin görünür, bundan sonra, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilir. Başqa hər hansı bir əşya və ya kütlə aşkar edilmir, ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddələrin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümün içərisində heroin yəni “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni Suraxanı rayonu ərazisində Ceyhun adlı şəxsdən, özünün istifadəsi üçün 10 manata aldığını, üzərində daşıdığını və narkotik vasitələrdən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd büküm bir ədəd zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunur, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilərkən və ya polis bölməsində olarkən ona qarçı psixi-fiziki təsir edilib-edilmədiyi, üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl qapalı yerdə saxlanılıb-saxlanılmadığı soruşulduqda, polis əməkdaları təfindən ona qarşı hər hansi bir təsirin edilmədiyini, qapalı yerdə isə saxlanılmadığını bildirir. (İİ cild, iş.v. 185) Suraxanı RPİ-nin İŞ-in 15 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına RPİ-nin 31-ci polis şöbəsi tərəfindən göndərilmiş cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticəsində əldə olmamışdır. (İİ cild, iş.v. 203) Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(010)-329/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 avqust 2022-ci il tarixədək uzadılmışdır. (İİ cild, iş.v. 228-229) Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(010)-327/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasına dair Suraxanı Rayon Prokurorunun təqdimarı baxılmadan geri qaytarılmışdır. (İİ cild, iş.v. 237-238) Zərərçəkmiş şəxs2 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış 03 iyun 2022-ci il tarixli ərizədən görünür ki, 04 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evdən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının və 450 manat pulunun oğurlanması faktına görə Suraxanı Rayon Polis idarəsinin istintaq şöbəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (İİ cild, iş.v. 243) 03 iyun 2022-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İİ cild, iş.v. 244) 31 may 2022-ci il tarixli, “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 234.1-ci maddələri ilə olan ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir və sonuncu nömrə altında istintaq aparılması qərara alınmışdır. (İ cild, iş.v. 43-44) Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli, “təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan təbdirinin uzadılmasına dair vəsatətin təmin edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan təbdirinin uzadılmasına dair 01 avqust 01 avqust 2022-ci il tarixli vəsatətin təmin edilməsindən imtina olunmuşdur. (İİİ cild, iş.v. 4-6) 17 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 22 fevral 2022-ci il tarixdə, saat 15 radələrində həmin evə gələrək plastik pəncərəni itələməklə açıb mənzilə daxil olmuş və orada yataq otağındakı dolabdan təxminən 2000 manat pulu oğurlayaraq çıxıb getmişdir. (İİİ cild, iş.v. 43-45) 17 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 04 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində qeyd olunan mənzilə plastik pəncərəni açmaqla daxil olaraq yataq otağında olan dörd ədəd qızıl üzüyü, bir ədəd qızıl qolbağı, bir cüt qızıl sırğanı və 450 manat nağd pulu oğurlamışdır. (İİİ cild, iş.v. 46-49) 21 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi- Suraxanı yolu, 2C ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan bir mərtəbəli binanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs1 Ədalət oğlu bildirmişdir ki, həmin açıq sahədə yerləşən binanın ətrafına bitişik dəmir boruları və digər dəmir qırıntılarını oradan tanışı Təqsirləndirilən şəxs2lə birlikdə oğurlayaraq Suraxanı dairəsi yaxınlığında hasarın yanında yığmışlar, daha sonra isə oraya tanımadıqları Qazel markalı avtomobili çağıraraq həmin dəmirləri avtomobilə yükləyərkən PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 31-ci polis şöbəsinə aparılmışlar və orada üzərində şəxsi axtarış keçirilərkən üzərində saxladığı narkotik vasitə aşkar olunaraq götürülmüşdür. (İİİ cild, iş.v. 53-58) 22 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs2 bələdçiliyi ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi- Suraxanı yolu, 2C ünvanda yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan bir mərtəbəli binanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin açıq sahədə yerləşən binanın ətrafına bitişik dəmir boruları və digər dəmir qırıntılarını oradan tanışı Təqsirləndirilən şəxs1la birlikdə oğurlayaraq Suraxanı dairəsi yaxınlığında hasarın yanında yığmışlar, daha sonra isə oraya tanımadıqları Qazel markalı avtomobili çağıraraq həmin dəmirləri avtomobilə yükləyərkən PPXB-nin aməkdaşları tərəfindən saxlanılaraq 31-ci polis şöbəsinə aparılmışlar və orada üzərində şəxsi axtarış keçirilərkən üzərində saxladığı narkotik vasitə aşkar olunaraq götürülmüşdür. (İİİ cild, iş.v. 65-66) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2025-ci il tarixli, 3825 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, iş.v. 68-69) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2025-ci il tarixli, 3824 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİİ cild, iş.v. 70-71) Alternativ Məhkəmə Ekspertizasının əmtəəşünaslıq ekspertizasının 11 dekabr 2024-cü il tarixli 208 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 6 metr uzunluğunda 2 ədəd 3 düyümlü dəmir borunun 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə təqribi dəyəri 200,00 (iki yüz) manat, 4 ədəd 4 metr uzunluğunda 3 düyümlü dəmir borudan olan dayağın qiyməti 260,00 (iki yüz altmış) manat, onların bir-birinə birləşməsi üçün istifadə olunan təqribi 40 metr uzunluğunda dəmirlərin (uqolniklərin) qiyməti 450,00 (dörd yüz əlli) manat, 1 ədəd dəmir darvazanın (2.5m x 2.5m) qiyməti 800,00 (səkkiz yüz) manat, 10 ədəd dəmir dam örtüyünün qiyməti 250,00 (iki yüz əlli) manat olmaqla, həmin daşınar əmlakların ümumi dəyəri 1960,00 (min doqquz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. (İİİ cild, iş.v. 104-108) 12 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barələrində seçilmiş qətimkan tədbirlərinin qüvvədə olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 186.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 186.1, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə təqsirlənsirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün heç bir əsasın olmaması nəzərə alınmışdır. X2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 soyadının Mehtiyev kimi oxunması qərara alınmışdır. Zərərçəkmiş şəxs1 İbrahim oğlunun iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, ona dəymiş maddi ziyan ümumilikdə 2000 manat olaraq qəbul edilmiş və ödənilməməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, ona dəymiş maddi ziyan ümumilikdə 2500 manat olaraq qəbul edilmiş və ödənilmədiyi nəzərə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılmış, ona dəymiş maddi ziyan ümumilikdə 2000 manat olaraq qəbul edilmiş və oğurlanmış əmlak qaytarılmaqla tam ödənildiyi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 üzərində 11 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,124 qram narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına ümumilikdə 0,090 qram sərf edildikdən sonra qalan 1,034 qram narkotik vasitə-heroin, eləcə də 28 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,576 qram narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına ümumilikdə 0,050 qram sərf edildikdən sonra qalan 0,526 qram narkotik vasitə-heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üzərində 11 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,882 qram narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına ümumilikdə 0,090 qram sərf edildikdən sonra, qalan 1,792 qram narkotik vasitə-heroin, eləcə də, 28 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,796 qram narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına ümumilikdə 0,050 qram sərf edildikdən sonra qalan 0,746 qram narkotik vasitə-heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə götürülmüş 6 metr uzunluğunda 2 ədəd dəmir boru, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayaq, 40 metr uzunluğunda dəmir (uqolnik), 1 ədəd dəmir darvazanın kəsilmiş hissələri, 10 ədəd dəmir dam örtüyü iş üzrə maddi sübut olaraq tanınmış və mülkiyyətçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə qaytarıldığı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasınının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasınının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işində saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini əldə etdikləri şəxslərin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılması və araşdırma aparılması qərara alınmışdır. (İİİ cild, iş.v. 109-134) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs2 qohumluq məlumatları ilə bağlı çıxarışdan görünür ki, onun himayəsində 2-si azyaşlı olmaqla, 3 uşağı vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs1 qohumluq məlumatları ilə bağlı çıxarışdan görünür ki, onun 1-i azyaşlı olmaqla, 2 uşağı vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxs tərəfindən Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 10 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, oğurlanmış maddi sübutlar Mərkəzə qaytarılmamış və dəymiş ziyan ödənilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin cavab məktubundan görünür ki, maddi sübut qiymətləndirilməsi üçün ekspertizaya göndərildikdən sonra, Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə qaytarılmışdır. Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2022-ci il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, saat 22:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. 13 fevral 2022-ci il tarixdə, saat 10:50-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 28 fevral 2022-ci il tarix saat 01:15-də şübhəli şəxs qismində tutulmuş, 27 fevral 2022-ci il tarixdə, saat 23:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. 01 mart 2022-ci il tarixdə, saat 12:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 mart 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və həmin tarixli qərarla Suraxanı RPİ-nin MSYdən azad edilmişdir. 04 mart 2022-ci il tarixli qərarla ona Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-136/2022 saylı qərarı ilə barəsində əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla 01 iyun 2022-ci il tarixədək, ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(010)-327/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılmasına dair Suraxanı rayon prokurorunun təqdimatı baxılmadan geri qaytarılmışdır. 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəmisinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 1(010)-93/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 26 may 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin hazırki cinayət işi üzrə 19 fevral 2025-ci il tarixli hazırlıq iclasının yekun qərarı ilə digər cinayət işi üzrə barəsində cəza təyin edilməsi və həbsdə saxlanılması nəzərə alınmışdır. Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2022-ci il tarix, saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, saat 22:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. 13 fevral 2022-ci il tarixdə, saat 10:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 28 fevral 2022-ci il tarix saat 01:00-da şübhəli şəxs qismində tutulmuş, 27 fevral 2022-ci il tarixdə, saat 23:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. 01 mart 2022-ci il tarixdə, saat 10:35-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 01 mart 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və həmin tarixli qərarla Suraxanı RPİ-nin MSYdən azad edilmişdir. 04 mart 2022-ci il tarixli qərarla ona Azərbaycan Respublikası CM-in 29,177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 4(010)-137/2022 saylı qərarı ilə barəsində əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmaqla 01 iyun 2022-ci il tarixədək, həbs qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 4(010)-329/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 avqust 2022-ci il tarixədək uzadılmışdır. 01 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 1(010)-227/2025 saylı hazırlıq iclasının yekun qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 1(010)-227/2025 nömrəli qərarı ilə məhkəmə iclaslarında iştirak etmədiyindən axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 08 may 2025-ci il tarixdə tutularaq 10 may 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X18 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X20 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü narkotik vasitələrdən istifadə ilə bağlı hissədə təqsirli bilib, oğurluqla bağlı hissədə təqsirli bilməsə də, məhkəmə iclasları zamanı özünü heç bir ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq hadisəsində məqsədi sadəcə olaraq, Şamilə kömək etmək olmuşdir. Onu və Şamili post patrul xidmətinin əməkdaşları tutmuşdur. Belə ki, dəqiq tarixi xatırlamadığı vaxtda o, və Şamil yolda gedən zaman başqa bir şəxsin oğurluq əməli törədib qaçdığını görmüş, həmin oğurluq edilən evin sahibi isə Şamillə onu görmüş, oğurluq edən şəxslə əlbir olduqlarını düşünmüş, onlar isə həmin şəxsi tanımadıqlarını bildirmişlər. Daha sonra oğurluq edilən şəxs tutulmuş və o, da onu tanımadığını demişdir. Lakin həmin hadisədən sonra post patrul xidməti əməkdaşları onları polis bölməsinə aparmışdır. Tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə yox idi. Elan edilmiş ittihamlardakı heç bir epizod üzrə özünü təqsirli bilmir. Onlar 9 gün polis bölməsində saxlanılmışlar. Polis əməkdaşları tərəfindən döyüldükləri və əvvəllər narkotik vasitə istifadəçisi olduqları üçün cinayətləri boyunlarına götürmüşlər. Döyülməkləri ilə bağlı müraciət etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəsi ilə bağlı özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin ibtidai istintaqın qeyri-obyektiv aparılması və döyülməsi barədə məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş, bundan sonra bir daha tutulmuş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı hansı hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələrlə bağlı əməlini səmimi etiraf etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin heç bir dəlillə əsaslandırmadığı özünü təqsirli bilməməsi, tutulan zaman üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş maddənin olmaması xüsusatlarını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən məcbur edildiyindən, ona qarşı zorakılıq, hədə-qorxu tətbiq edilib döyüldüyündən, narkotik vasitə heroinin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin heroinin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür məntiqəuyğun ifadələr deyildir. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmadığı üçün qorxması və heç bir təzyiq altında olmadığı halda cinayəti üzərinə götürməsi məhkəməyə inandırıcı gəlmir. Həmçinin iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının rəyində onda narkomaniya xəstəliyinin aşkar olunması və məcburi müalicəyə ehtiyacının olması, öz əksini tapmışdır. Özü də məhkəmə iclasında ifadəsi zamanı narkotik maddələrin istifadəçisi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs2 aşkar şəkildə törətdiyi hər iki narkotik epizodu üzrə əməlləri səmimi etiraf etməsi, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,576 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin və 27 fevral 2022-ci il tarixdə, isə əynindəki şalvarın sağ yan cibindən 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram, 0,488 qram və 0,219 qram olmaqla, ümumi təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroinin aşkar olunaraq götürülməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Həmçinin o, Azərbaycan Respublikası CM-in məhz 234.1-ci maddəsi ilə dəfələrlə məhkum edilmiş və hazırda ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını çəkib bitirmişdir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar mötəbər dəlillərlə tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində heroin olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünümüdafiə kimi gətirdiyi əsassız dəlillər kimi qiymətləndirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü narkotik epizodları üzrə tam təqsirli bilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə qarşı törədilmiş oğurluq əməli xaric digər oğurluq əməlləri ilə bağlı ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeyd edilən əşyalardan yalnız 2 ədəd dəmir borunu və 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağı oğurlamış, digər oğurluqları isə o törətməmişdir. Zərərçəkmiş şəxs2 evindən oğurluq edilməsi ilə bağlı isə özünü təqsirli bilmir. 2021-ci ilin dekabr ayının sonunda cəzaçəkmə müəssisəsindən çıxmış və İsmayıllı rayonuna getmişdir. 06 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt cəzaçəkmə müəssisəsindən yeni çıxdığı üçün mobil telefonu yox idi. 30 dekabr 2021-ci ildə cəzaçəkmə müəssisəsindən çıxmış, daha sonra rayona getmiş və 07 yanvar 2022-ci il tarixə kimi rayonda olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı qeyd edilən digər 2 oğurluq epizodu üzrə də özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, həmin oğurluq əməllərini o törətmişdir. Bundan əlavə, 17 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 22 fevral 2022-ci il tarixdə, saat 15 radələrində həmin evə gələrək plastik pəncərəni itələməklə açıb mənzilə daxil olmuş və orada yataq otağındakı dolabdan təxminən 2000 manat pulu oğurlayaraq çıxıb getmişdir. 17 iyun 2023cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan da görünür ki, Suraxanı Rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 04 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində qeyd olunan mənzilə plastik pəncərəni açmaqla daxil olaraq yataq otağında olan dörd ədəd qızıl üzüyü, bir ədəd qızıl qolbağı, bir cüt qızıl sırğanı və 450 manat nağd pulu oğurlamışdır. Bundan əlavə, 06 yanvar 2022 və 22 fevral 2022-ci il tarixli zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar da qeyd edilən əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə istinad edir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. Şamilin əməlinə də Xaləddin kimi CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, sorğulara cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. X18 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərin 27 fevral 2022-ci il tarixdə, saat 23:30 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yeni Suraxanı dairəsi-Suraxanı yolu, 2C ünvanda yerləşən ümumi dəyəri 2000 manat olan «1 mərtəbəli tikili» obyektinin tikilisinə bitişik talvarının dəmir üst hissəsindəki təqribən 6 metr uzunluğunda 2 ədəd dəmir borunun, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayağın, onların bir-birinə birləşməsi üçün istifadə olunan təqribən 40 metr uzunluğunda dəmirin (uqolnik), 1 ədəd dəmir darvazanın (2.5m x 2.5m) və 10 ədəd dəmir dam örtüyünün kəsilib küçə kənarına daşınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə, ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etməsi epizodu ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, onlar həmin oğurladıqları əşyaları gətirdikləri avtomobilə yükləmək istəyərkən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanmışlar. Odur ki, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən də təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq bitmiş hesab olunduğundan qeyd edilən ittiham üzrə oğurluq cinayət əməli başa çatmayan, həmin əməl oğurluğa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslər həmin qeyd edilən əşyaları qazel markalı avtomobilə yükləyərkən və yükləmə prosesini tam bitirməmiş, hadisə yerindən kənara uzaqlaşmadan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yəni real olaraq həmin əmlaklarla bağlı sərəncam verə bilmək üçün real imkan əldə etmədən yaxalanmışlar. Odur ki, hər iki təqsirləndirilən şəxsin həmin əməlləri, yəni 27 fevral 2022-ci il tarixdəki oğurluq epizodu ilə bağlı ittiham olunduqları CMin 177.2.1-ci maddəsi Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsinə tövsif olunmalıdır. X18 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən beş yüz manatdan yuxarı məbləğ həmin Məcəllənin 177.1-ci maddəsinə, yüz manatdan yuxarı məbləğ isə 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi ifadə olunmuşdur. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxslərə oğurlanmış əşyalar qaytarılmadığından, onlar şikayətçidirlər. Həmçinin Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3 və Koordinasiya Mərkəzi” X23in nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğurlanmış əşyalar qaytarılmamışdır. Həmin əşyaların harada saxlanılmasından məlumatı yoxdur, lakin oğurlanmış əşyaları polis bölməsində olan zaman görmüşdür. Maddi sübut kimi tanınmış əşyalar müstəntiq tərəfindən də qaytarılmamışdır. 12 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin «X3 və Koordinasiya Mərkəzi» X23 iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyan ümumilikdə 2000 manat olaraq qəbul edilmiş və oğurlanmış əmlak qaytarılmaqla tam ödənildiyi nəzərə alınmışdır. Bundan əlavə, həmin qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə götürülmüş 6 metr uzunluğunda 2 ədəd dəmir boru, 4 ədəd 4 metr uzunluğunda dəmir borudan olan dayaq, 40 metr uzunluğunda dəmirin (uqolnik), 1 ədəd dəmir darvazanın kəsilmiş hissələri, 10 ədəd dəmir dam örtüyü iş üzrə maddi sübut olaraq tanınmış və mülkiyyətçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə qaytarıldığı nəzərə alınmışdır. Odur ki, qeyd edilən maddi sübutların sözügedən qərarla zərərçəkmiş hüquq şəxsə qaytarılması göstərilsə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi əşyaların qaytarılmadığını və sonuncu dəfə polis bölməsində gördüklərini bildirmişdir. Həmçinin hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq əşyaların qaytarılmadığı və dəymiş ziyanın ödənilmədiyi qeyd edilmişdir. Bununla bağlı cinayət işi üzrə ibtidai istintaqı aparmış, Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Şahid7 məhkəmə iclasında əlavə şahid qismində dindirilmişdir. Ondan maddi sübut kimi tanınmış oğurluq əşyalarla bağlı sual verildiyində cavabında bildirmişdir ki, maddi sübutlar ilk gündən 31-ci polis şöbəsində saxlanılmış, ekspertiza keçirildikdən sonra polis şöbəsinə qaytarılmışdır, o, maddi sübutu görməmiş, həmin şöbə ilə telefonla danışmış və maddi sübutlarla bağlı məlumat almışdır. Ona görə də, sübutların qiymətləndirilməsi qərarında maddi sübutların qaytarılması kimi qeyd etmişdir. Lakin uzun müddət keçdiyi üçün tam dəqiq xatırlamır. Bundan əlavə, Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin cavab məktubundan görünür ki, maddi sübut qiymətləndirilməsi üçün ekspertizaya göndərildikdən sonra, Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə qaytarılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin X3 və Koordinasiya Mərkəzi» Publik Hüquqi şəxsə 25 sentyabr 2025-ci il tarixdə sorğu göndərilmiş, verilmiş 10 oktyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, oğurlanmış maddi sübutlar Mərkəzə qaytarılmamış və dəymiş ziyan ödənilməmişdir. CPM-nin 129.1-ci maddəsinə əsasən maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. CPM-nin 130.1-ci maddəsinə əsasən maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. Odur ki, iş materiallarında həmin maddi sübutların zərərçəkmiş hüquqi şəxsə qaytarılmasını təsdiq edən hər hansı bir mötəbər sənəd (qəbz və s.) cinayət işi materiallarına əlavə edilmədiyindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan məhkəmə tərəfindən qaytarılmamış və dəymiş ziyan ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram narkotik vasitə-heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxslərin üzərindən aşkar edilmiş narkotik vasitə-heroinin ümumi təmiz çəkiləri qeyd olunan siyahıya əsasən, onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 234.1-ci maddələrində və Təqsirləndirilən şəxs1 tərəfindən CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1 və 234.1-ci maddələrində nəzərəd tutulmuş əməllərin törədilməsi onların ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs1 məhkəmədə qismən etirafedici ifadəsi, hər iki təqsirləndirilən şəxsin ibtidai istintaqda verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrinə həmçinin şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(003)-389/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Təqsirləndirilən şəxs1, hazırki hökm elan olunan zaman məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 himayəsində 1-i azyaşlı olmaqla, 2 uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən Təqsirləndirilən şəxs2 ilə bağlı verilmiş məhkumluqla bağlı digər tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə isə, Bakı şəhəri Xəzər Rayon Məhkəmisinin 08 fevral 2023-cü il tarixli, 1(003)- 64/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)- 956/2023 saylı qərarına əsasən onun üzərində qəti olaraq 01 il 06 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 7(038)-11/2024 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 1(010)-93/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 26 may 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 da, hazırki hökm elan olunan zaman məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 himayəsində 2-si azyaşlı olmaqla, 3 övladının olması və ailəni dolandıran yeganə şəxs olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən, CM-in eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Həmin Qərara əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini xarakterizə edən hallar kimi məhkəmə qeyd edir ki, onlar cinayətə meyilli şəxslər olmuş, hazırki vaxtadək bir neçə dəfə məhkumluqlarının olması, onlara təyin edilmiş cəzaları çəkdikdən sonra islah olunmamaları, törətdikləri əməlləri ibtidai istintaq zamanı etiraf etsələr də məhkəmə istintaqı zamanı tam və ya qismən etiraf etməmələri, onların şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə CMin 177.2.2, 177.2.3, 29,177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrinin sanksiyaları həddində azadlıqdan məhrumetmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə isə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 234.1-ci maddələrinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci və CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək ona müvafiq olaraq müyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, alınan azadlıqdan məhrumetmə cəzası və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 1(010)-93/2025 saylı hökmü ilə təyin edilən azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü üzrə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddət (Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi qərarı nəzərə alınmaqla), Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli hökmü üzrə cəza çəkdiyi müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətlər, həmçinin 04 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasının əvvəli hökm elan olunduğu 25 fevral 2026-cı il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.1 və 234.1-ci maddələrinə tövsif edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(003)-389/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmü üzrə cəza çəkdiyi müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətlər, həmçinin 04 mart 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatına alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatına alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,792 qram, 0,746 qram, 1,034 qram və 0,526 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 382 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi nəzərə alınaraq onlara cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Şahid7 barəsində yol verdiyi kobud qanun pozuntuları ilə əlaqədar xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2, Təqsirləndirilən şəxs1 hüquqlarını isə məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1 müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat məbləğində vəsait Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 234.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(003)-64/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, alınan 01 il 03 ay azadlıqdan məhrumetmə cəzası və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 1(010)-93/2025 saylı hökmü ilə təyin edilən 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli hökmü üzrə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi 02 il 06 ay müddət (Yardımlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi nəzərə alınmaqla), Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli hökmü üzrə cəza çəkdiyi 06 ay müddət və hazırki iş üzrə 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 27 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 04 mart 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 ay 28 gün müddət, cəmi 02 il 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu 25 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.1 və 234.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1-ci maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunan cəzaları Azərbaycan Respublikası CM-in 66.2ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(003)-389/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazrıki hökmlə təyin edilən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli hökmü üzrə cəza çəkdiyi 01 il 03 ay müddət və hazırki iş üzrə 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 27 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və 04 mart 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək 04 ay 28 gün müddət, cəmi 01 il 08 ay 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq təyin edilmiş 04 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyatına alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyatına alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,792 qram, 0,746 qram, 1,034 qram və 0,526 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 382 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilmədiyi nəzərə alınaraq cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Şahid7 barəsində yol verdiyi kobud qanun pozuntuları ilə əlaqədar xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 220 manat pul Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğlərin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçilərə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar