Məhkəmə qərarları › İş №1(010)-229/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-229/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-229/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Əliyeva (Rzayeva) Afaq Ələddin qızının və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 17 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Sədərək rayonunun Sədərək kəndində qeydiyyatda olan, ünvan 1 ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017ci il tarixli, 2(001 )-11891/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 14 iyul 2017-ci il tarixdən başlayaraq 01 fevral 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 137,00 manat və uşağın 3 yaşına çatanədək ana üçün hər ay 50,00 manat məbləğində pulun Əliyeva (Rzayeva) Afaq Ələddin qızına ödənilməsinə dair, habelə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(007)- 2706/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 31 may 2018-ci il tarixdən başlayaraq 12 fevral 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 154.0 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 ödənilməsinə dair məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 3(010)-215/2019 saylı və 17 mart 2020-ci il tarixli, 3(010)-348/2020 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 22 yanvar 2021 -ci il və 25 fevral 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 mart 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə məhkəmə qətnaməsi üzrə Əliyeva (Rzayeva) Afaq Ələddin qızına 5082,00 manat, Zərərçəkmiş şəxs2 5396,00 manat məbləğində aliment borcunu ödəməməklə, qeyd edilən məbləğdə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndinin ərazisində yerləşən "xxxx" MMC-də mal toplayıcısı işləmiş və aylıq əmək haqqı 450.0-500,00 manat müqabilində olmuşdur. O, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs2 faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 12 fevral 2012-ci il tarixdə Nihad adlı bir oğlan övladları dünyaya gəlmişdir. 2015-ci ilin axırlarında Zərərçəkmiş şəxs2 ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Bundan bir neçə il keçəndən sonra Zərərçəkmiş şəxs2 ondan bir az yaşlı uşaqlarının saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 31 may 2018-ci il tarixdən başlayaraq 12 fevral 2012-ci il təvəllüdlü Nihadın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla hər ay 154,00 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 29 may 2018-ci il tarixli, 2(007)-2706/2018 saylı qətnamə çıxarılmışdır. Zərərçəkmiş şəxs2 ayrılandan bir müddət sonra 2016-cı ilin yanvar ayının 24-də o, Əliyeva (Rzayeva) Afaq Ələddin qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları Bakı Şəhəri 5 saylı ASAN xidmət tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 fevral 2017-ci il tarixdə Nihad adlı bir oğlan övladları dünyaya gəlmişdir. 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu ona bir söz demədən bir azyaşlı uşaqlarını götürərək, gəlin gəldiyi ünvandan çıxıb gedərək, valideynlərinin yaşadığı ünvana gələrək, sonunjuların himayəsində yaşamağa başlamışdır. Bundan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs1 ondan boşanmağa görə və bir az yaşlı uşağının saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq, 14 iyul 2017-ci il tarixdən başlayaraq 01 fevral 2017-ci il təvəllüdlü Nihadın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit məbləğində müəyyən olunmaqla, hər ay 137,00 manat, bundan əlavə uşağın 3 yaşına çatanadək 50,00 manat məbləğində pulun ondan alınaraq, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 22 noyabr 2017-ci il tarixli, 2(001)- 11891/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnamələrindən sonra, o, 2021-ci ilin mart ayının 16-dək alimentə görə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 2132,00 manat məbləğində ödəniş etmiş və 5082,00 manat borcu qalmışdır. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə qeyd edilən tarixədək heç bir ödəniş etməmiş və 5396,00 manat alimentə görə pul borcu qalmışdır. Bütün bunlara baxmayaraq, aliment borcunu vaxtında tam olaraq ödəməməyinə səbəb bir müddət işsiz olduğunu və maddi vəziyyətinin qənaətbəxş olmadığını, həmçinin, keçmiş həyat yoldaşlarının azyaşlı uşaqları ilə onunla görüşə icazə verməməsi olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdə hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 12 fevral 2012-ci il tarixdə Nihad adlı bir oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2015-ci ilin axırlarında Təqsirləndirilən şəxs ayrılaraq, bir azyaşlı uşağı ilə valideynlərinin himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət sonra uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2018-ci ilin yay aylarında aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 31 may 2018-ci il tarixdən başlayaraq 12 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq, hər ay 154,00 manat pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 29 iyun 2018-ci il tarixli, 2(007)-2706/2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün, sonunjunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə iki dəfə 15 (on beş) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs qətnamə üzrə alimentə görə ona heç bir ödəniş etməmiş və 16 mart 2021-ci il tarixədək 5396.0 manat aliment borcu yaranmışdır. O, heç bir vaxt təqsirləndirilən şəxsə öz övladı ilə ünsiyyətdə olmağına maneçilik yaratmamışdır, təqsirləndirilən şəxsin özü uşaqla ünsiyyətdən yayınmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğu bildirmiş, həmçinin, sonunjudan tez bir zamanda aliment borjunun ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Əliyeva (Rzayeva) Afaq Ələddin qızı ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin yanvar ayının 24-də hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və nikahları ASAN-5 tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 01 fevral 2017-ci il tarixdə Nihad adlı bir oğlan övladları dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2017-ci əvvəllərində bir azyaşlı uşağını götürərək, gəlin gəldiyi ünvandan çıxaraq, valideynlərinin yaşadığı ünvana gələrək, sonunjuların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan sonra uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs boşanmağa görə və uşağın saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2017-ci ilin qış aylarında aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 14 iyul 2017-ci il tarixdən başlayaraq 01 fevral 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq, hər ay 137,00 manat, bundan əlavə uşağın 3 yaşına çatanadək 50,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 22 noyabr 2017-ci il tarixli, 2(001)-11891/2017 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün, sonunjunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs iki dəfə 15 (on beş) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə ona 2132.0 manat ödəniş etmiş və 2021-ci ilin mart ayının 16-dək 5082,00 manat aliment borcu vardır. O, heç bir vaxt təqsirləndirilən şəxsə öz övladı ilə ünsiyyətdə olmağına maneçilik yaratmamışdır, təqsirləndirilən şəxsin özü uşaqla ünsiyyətdən yayınmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirərək, eyni zamanda, sonunjudan tez bir zamanda aliment borjunun ona ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(001)-11891/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 14 iyul 2017-ci il tarixdən başlayaraq 01 fevral 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 137,00 manat və uşağın 3 yaşına çatanədək ana üçün hər ay 50,00 manat məbləğində pulun alınaraq Əliyeva (Rzayeva) Afaq Ələddin qızına və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(007)-2706/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 31 may 2018-ci il tarixdən başlayaraq 12 fevral 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay 154,0 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Göstərilən icra vərəqələri Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və ümumi icraatda birləşdirilərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs 19 dekabr 2018-ci il tarixdə şöbəyə dəvət olunmuş və ilkin izahatı alınmışdır. Borcluya izahatında ona hüquq və vəzifələri izah edilməklə tələbi təmin etməsi üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilmədiyindən, sonunjunun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına heç bir əmlak aşkar edilməmişdir. Bununla əlaqədar borclu 24 dekabr 2018-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icrasından yayındığından, sonunju 07 fevral 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. İzahatında borclu heç bir yerdə işləmədiyini əsas gətirərək, tələbkarların xeyrinə ödəniş edə bilməyəcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərini və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrasından yayındığından, borclu Təqsirləndirilən şəxs barəsində 07 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 3(010)-215/ 2019 saylı qərarı ilə borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra borclu yenidən şöbəyə dəvət olunmuş və ona icra sənədlərinin icrasını təmin etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıq edilmişdir. İcra səndlərinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs işlə təmin etmək məqsədi ilə 25 fevral 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon Məşğulluq Mərkəzinə müvafiq göndərişlə müraciət olunmuş və mərkəz tərəfindən şöbəyə ünvanlanmış 04 mart 2019-cu il tarixli məktubda borcluya “X14” MMC-də sosial işçi işi (ə/h 180,00 manat) təklif olunduğu və borclunun təklif olunmuş işi qəbul etdiyi bildirilmişdir. Mərkəzin şöbəyə ünvanladığı 09 aprel 2019-cu il tarixli məktubda isə borclu ilə dəfələrlə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq, vətəndaşın mərkəzə müraciət etmədiyi bildirilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu 22 iyul 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunaraq izahatı alınmış və tələbləri təmin etməyəcəyi halda, cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı qaydada xəbərdarlıq edilməklə, ona sonuncu dəfə vaxt verilmişdir. Bundan sonra borclu tələbkarlardan Əliyeva (Rzayeva) Afaq Ələddin qızının xeyrinə ümumilikdə 500,0 manat ödəniş etmişdir. Borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir ödəniş etmədiyini nəzərə alaraq, 02 sentyabr 2019-cu il tarixdə şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında tələbkar Zərərçəkmiş şəxs2 aliment ödəməməsinin səbəbini aylıq gəlirlərinin az olması ilə əlaqələndirmişdir. İcra sənədiləri üzrə tələbkarlardan Zərərçəkmiş şəxs2 03 sentyabr 2019-cu il tarixdə, Əliyeva (Rzayeva) Afaq Ələddin qızı isə 23 oktyabr 2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, borclu tərəfindən icra sənədlərinin icrası təmin edilmədiyindən, onun cinayət məsuliyyətinə cəlb olunmasına dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdilər. Borclu Təqsirləndirilən şəxs 17 fevral 2020-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və borcluya icra sənədlərinin icrasını təmin etməyəcəyi halda, cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Bundan sonra borclu tərəfindən 24 fevral 2020-ci il tarixdə tələbkarlardan Əliyeva (Rzayeva) Afaq Ələddin qızının xeyrinə aliment borcundan 400,00 manat ödəniş edilmişdir. İcra sənədlərinin icrası borclu Təqsirləndirilən şəxs tərəfindən təmin edilmədiyindən, 17 mart 2020-ci il tarixdə onun barəsində növbəti dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 3(010)-348/2020 saylı qərarı ilə borclu barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tətbiq olunmuşdur. İnzibati qaydada həbs olunduqdan sonra borcluya 07 iyul 2020-ci il, 03 avqust 2020-ci il və 17 avqust 2020-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunma barədə yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən tələbkarların xeyrinə heç bir ödəniş edilməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borclunu işlə təmin etmək məqsədi ilə 27 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına göndərişlə müraciət olunmuşdur. Filial tərəfindən şöbəyə ünvanlanmış məktubda borcluya “X14”MMC-də Sosial işçi (ə/h 250,00 manat) və "xxxx"MMC-də fəhlə (ə/h 250,00 manat) işlərinin təklif olunduğu, lakin borclunun təklif olunmuş işlərin münasib olmadığından imtina etdiyi bildirilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun yaşadığı ünvanda ona məxsus tələbin yönəldilə biləcəyi əmlakların olmasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən şöbəyə ünvanlanmış 20 avqust 2020-ci il tarixli xasiyyətnamədə və 21 avqust 2020-ci il tarixli arayışda borclu Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşadığı və borclunun qəsəbədə yaşadığı müddətdə nümayəndəliyə onun barəsində heç bir şikayətin daxil olmadığı bildirilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icrasını təmin etmədiyi üçün, ona 25 yanvar 2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə yazılı xəbərdarlıq edilmişdir. Xəbərdarlıqlara baxmayaraq borclu şöbəyə gəlməkdən və icra sənədlərinin icrasından yayınmışıdr. Bununla əlaqədar 01 mart 2021-ci il tarixdə təkrarən onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı borclu evdə olmadığı müəyyən edilmişdir. Borclunun anasına Təqsirləndirilən şəxs icra sənədlərinin icrasını təmin etməyəcəyi halda, barəsində cinayət işinin açılmasına dair təqdimatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müraciət olunacağı bildirilmişdir. İcraat dövründə borclu tərəfindən tələbkarlardan Əliyeva (Rzayeva) Afaq Ələddin qızının xeyrinə 16 mart 2021-ci il tarixədək 2132,00 manat aliment pulu ödənilsə də, tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir ödəniş edilməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs2 16 mart 2021-ci il tarixədək 5396,00 manat, tələbkar Əliyeva (Rzayeva) Afaq Ələddin qızının xeyrinə isə 5082,00 manat aliment borcu yaranmışdır. X10 xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq, məhkəmə qətnaməsinin icrasını təmin etmədiyindən, 16 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ilə analoji ifadə vermişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişlərdən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati xəta haqqında 07 fevral 2019-cu il tarixli, 3(010)-215/2019 saylı və 17 mart 2020-c| il tarixli, 3(010)-348/2020 saylı qərarlarından və digər sənədlərdən gorunur kı, o, həqiqətən də Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(001)-11891/2017 saylı və Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(007)-2706/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi kəndinin ərazisində yerləşən "xxxx" MMC-də mal toplayıcı işləyir və aylıq əmək haqqı 450,00 - 500,00 manat müqabilində təşkil etdiyi halda, icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına baxmayaraq, cinayət işi üzrə zərərçəkmiş şəxslər Əliyeva (Rzayeva) Afaq Ələddin qızına borclu olduğu 5082,00 manat və Zərərçəkmiş şəxs2 borclu olduğu 5396,00 manat məbləğində aliment borjundan heç bir ödəniş etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 14.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 03.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmiş və onun tapıldıqdan dərhal sonra həbsə alınması, həbsdə saxlanılması müddətinin əvvəlinin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbayjan Respublikası DİN Bakı şəhəri, Suraxanı RPİ-nin 33-jü PB-nin ***-******* saylı, 31 avqust 2021-ji il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs saat 11:30 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsinin Xanlar küçəsində fərdi yaşayış evində saxlanılaraq polis bölməsinə gətirilmiş və qərarın ijrası ilə əlaqədar olaraq Nizami RPİ MSY-yə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişlərin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə, həmçinin, aşağıdakılara əsasən bu nətijəyə gəlmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasınaa qarşı" (21 iyul 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar