Məhkəmə qərarları › İş №1(010)-229/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-229/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-229/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, Suraxanı Rayon Məhkəməsinin 1(010)-245/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1580/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 1(010)-245/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)-376/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 25 sentyabr 2023cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-489/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 25 fevral 2024-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-68/2024 nömrəli iş üzrə 24 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 20 gün, yəni 16 mart 2024-cü il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 mart 2023-cü il tarixdə saat 14:00 rədələrində Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanının qarşısında saxladığı “Toyota Prius” minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisindən 600 manat dəyərində olan «iPhone X» markalı 01 ədəd mobil telefonu gizli olaraq talamaqla zərərçəkmiş şəxs X2 ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 avqust 2023-cü il tarixdə saat 15:00 radələrindən saat 21:00 radələrinədək olan müddət ərzində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus mənzilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Axundov küçəsi, 5 nömrəli evin plastik pəncərəsini əli ilə açaraq qanunsuz daxil olub oradan ümumi dəyəri 5.000 (beş min) manat təşkil edən 1.000 (min) ABŞ dollarını, 1.500 (min beş yüz) Azərbaycan manatını, 01 ədəd qızıl saatı, 02 ədəd qadın çantasını və 01 ədəd “Bosch” markalı dreli tamah niyyəti ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Xeyli müddət oğurluqla məşğul olmuşdur. 14 mart 2023-cü il tarixdə dostu olan Hüseynin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən evində olmuşdur. Saat 14:00 radələrində ünvan 6 ünvanında yerləşən “Oba Market”-ə içki və bir neçə məhsul almaq üçün gəlmişdir. Mağazadan alış-veriş edib çıxan zaman mağazanın qarşısında “Toyota Prius” minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, pəncərəsinin açıq olduğunu görmüşdür. Avtomobilin içərisinə baxan zaman içəridə “iPhone X” markalı mobil telefonun enerji naqilinə taxılı olduğunu görmüşdür. Ətrafda avtomobilin sahibinin olmadığını görüb, avtomobilin qapısını açmış və telefonu oradan götürmüşdür. Telefonu oradan götürüb dərhal Hüseynin evinə gəlmişdir. Burada biraz oturduqdan sonra Hüseynin evindən də çıxıb öz yaşadığı evə qayıtmışdır. Həmin “iPhone X” markalı mobil telefonu 2 gün özündə saxlamışdır. 2 gündən sonra həmin telefonu satmaq qərarına gəlmiş və Neftçilər metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarına gəlmişdir. Burada bir neçə mağazaya girmiş və telefonu satmaq istədiyni bildirmişdir. Nəticədə “Ravil Telekom” adlanan mağazaya getmiş və orada telefonun özünə məxsus olmasını bildirərək şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək telefonu 40 manata ehtiyat hissəsi kimi satmışdır. Daha sonra həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 14 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində olan zaman oğurluq etmək qərarına gəlmiş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Axundov küçəsi ev 5-dən oğurluq etmək fikrinə gəlmişdir. Ətrafa göz gəzdirmiş və heç kəsin olmadığından əmin olduqdan sonra dəmir darvazanın üzərindən tullanaraq evin həyətinə girmişdir. Evin həyətinə girdikdən sonra evin pəncərələrində barmaqlıqların olmadığını, pəncərələrin plastik olduğunu görmüşdür. O, plastik pəncərələri əli ilə aça bildiyi üçün həmin pəncərənin alt hissəsindən bir neçə dəfə yumruq ilə vurmuş və pəncərə açılmışdır. Pəncərədən evə tullanmış və evdə olan qiymətli əşyaları axtarmağa başlamışdır. Evdən təxminən 800 ABŞ dolları, daha sonra İran əskinazları, şüşə tərəzi, idman ayaqqabısı, şalvar, qol saatı, şüşə tərəzini götürmüşdür. Evdən çıxan zaman həyətdə 01 ədəd drelin olduğunu görmüş və həmin drelidə götürmüşdür. Daha sonra həmin əşyalarla birlikdə darvazadan tullanıb çıxmışdır. Sonra Orxan adlı dostunun yanına getmiş və gecəni orada qalmışdır. Növbəti gün oradan çıxdıqda oğurladığı qol saatını dostunun evində unutduğunu aşkar etmişdir. Həmin saatı daha sonra dostunun evindən götürəcəyini düşünmüş, lakin götürməyi unutmuşdur. Evdən oğurladığı 800 ABŞ dollarını “ABB” X6 filialında manatla dəyişmişdir. İran pullarını isə Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında yolun kənarında dayanan tanımadığı şəxsə 5 manata satmışdır. Digər oğurladığı əmlakları isə “Bit bazarı” kimi tanınan Sabunçu bazarında 3, 5, 7 və s. kimi ucuz qiymətlərə satmışdır Həmin pullarla da özünə paltar və geyim əşyaları almışdır. Qalan pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, əvvəllər ekspeditor fəaliyyəti ilə məşğul olmuşdur. 14 mart 2023-cü il tarixdə mağazalara gedib sifariş qəbul etmişdir. Saat 12:00 radələrində idarə etdiyi “Toyota Prius” minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən “Orxan Marketə” gəlmişdir. Avtomobilini həmin marketin qarşısında saxlamış və qapını bağlamadan marketə daxil olmuşdur. Burada sifarişləri qəbul etmiş və təxminən 10 dəqiqə sonra çıxıb sifarişləri qəbul etmək üçün yaxınlıqda yerləşən digər marketə getmişdir. Avtomobilində olan zaman zəng eləmək istəmiş və telefonunu axtardıqda avtomobildə olmadığını aşkar etmişdir. Ona görə də telefonunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən “Orxan Marketin” qarşısında avtomobilni qapısı açıq saxlayan zaman oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə DİN 102 Xidmətinə məlumat vermişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 14 avqust 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə gəzməyə çıxmışdır. Onlar bir müddət gəzmiş və saat təxminən 21:00 radələrində evə qayıtmışdırlar. Evə qayıtdıqda qonaq otağının pəncərəsinin və dəmir barmaqlığın sınıq vəziyyətdə olduğunu görərək evə oğrunun daxil olduğunu anlamışdır. Daha sonra dərhal digər otaqlara keçmiş və qiymətli əşyalarının yerində olub-olmamasını yoxlamışdır. O, evindən qiymətli əşyaların və pulun oğurlandığını aşkar etmişdir. Həmin şəxs onun evindən 1000 ABŞ dolları, 1500 manat pul, 200 manat dəyərində olan “BOSCH” markalı drel, qızıl qadın saatı, 2 ədəd qadın çantası və 01 ədəd elektron çəki tərəzisi oğurlamışdır. “BOSCH” markalı dreli o, həyətdə saxlayırdı. Qalan digər əşyaları isə həmin şəxs onun evinin yataq otaqlarına daxil olaraq oğurlamışdır. Həmin şəxs 1000 ABŞ dolları, 1500 manat pulu yataq otağında yerləşən gül qabının içərisindən, qızıl qadın saatı, 2 ədəd qadın çantasını dolabın fərqli bölmələrindən, 01 ədəd elektron çəki tərəzisini isə elə həmin otaqda yerdən götürərək oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Ravil Telecom” adlı mağazada işləyir. Təxminən 16 mart 2023-cü il tarixdə günorta saatlarında işlədiyi mağazada olan zaman bir nəfər müştəri yaxınlaşmışdır. O, “iPhone X” markalı mobil telefonu təqdim edərək satmaq istəməsini bildirmişdir. Həmin şəxs telefonun özünə məxsus olmasını, lakin normal işləməməsini bildirmişdir. O da həmin telefona baxmış və sönülü vəziyyətdə olduğunu görmüşdür. Bu səbəbdən onu ehtiyat hissəsi kimi alacağını bildirmiş və həmin şəxslə 40 manata razılaşmışdır. Onun şəxsiyyət vəsiqəsini tələb etmiş və sonradan adının Fərhad olduğunu öyrənmişdir. Şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra həmin telefonu ondan 40 manat müqabilində almış və daha sonra telefonu ehtiyat hissəsi kimi istifadə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-376/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-489/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 fevral 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-68/2024 nömrəli iş üzrə 24 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 mart 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, “sübutların qiymətləndirilməsi” barədə 20 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Sultanov X4 Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələri tətəbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə 02 ay 23 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş və 17 noyabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Eyni zamanda Sultanov X4 Rayon Məhkəməsinin 1(010)-245/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1580/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 1(010)-245/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1580/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 sentyabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1580/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 sentyabr 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar