Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-229/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X9 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 və X7 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsini ələ keçirib qaçırmaq üçün başqa şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə 05 radələrində Şahid1 etibarnamə əsasında idarə etdiyi “İsuzi” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtobusunu onun yaşadığı ünvan 2 ünvanın qarşısından qaçırmışlar. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yerləşən yaşayış sahəsinə evin giriş qapısını sındırmaqla qanunsuz daxil olmuş və qonaq otağından həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 qızma məxsus dəyəri 450 manat olan 01 ədəd “tuba” markalı televizoru, dəyəri 150 manat olan 01 ədəd kürkü, ümumi dəyəri 100 manat olan ərzaq məhsullarını, dəyəri 80 manat olan 01 ədəd manqalı, dəyəri 50 manat olan 01 ədəd araba, ümumi dəyəri 70 manat olan xırda təmir alətlərini oğurlamaqla Zərərçəkmiş şəxs2 qızma ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyul 2024-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X6 küçəsi 6 ünvanını qarşısında olan Zərərçəkmiş şəxs3 məxsus ümumi dəyəri 1200manat (min iki yüz) dəyərində dövlət qeydiyyat nişanı olmayan “Bue Bull”markalı mopedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1200manat(min iki yüz) dəyərində maddi ziyan vurmuş, həmçinin mopedin üzərində olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Realme” markalıdəyəri 90 manat olan mobil telefonu və mobil telefonun arxa hissəsində gizlədilmiş 345 manat nağd pulunu oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs1 435 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o avtobus sürücüsünü uzaqdan tanıyırdı, daimi olaraq avtobusu orada saxladığını bilirdi. Həmin günü içikili olmuş, avtobusu götürmüş, Həsən adlı biri də yanında olub, 2 metr getdikdən sonra avtobusdan düşüb, avtobusu oğurlamaqda heç bir niyyəti yox idi, sadəcə içkili olmuşdur, avtobusu Suraxanıdan Sabunçu ərazisinə qədər sürmüşdür, nə qədər yol olduğunu bilmir. Zərərçəkmiş Bikə xanımı əvvəlcədən tanıyırdı. Planlı olaraq evə oğurluğa girməmişdir, həmin vaxtda da içkili olmuşdur, evdən ittiham aktında qeyd edilənləri götürmüşdür, onları da tanımadığı bir şəxsə satmışdır, qarşılığında 200 manat almışdır. Moped sahibini əvvəlcədən tanımırdı, həmin vaxt da içkili olmuşdur. Telefon da oğurlamışdır, dəymiş ziyanla bağlı ödəniş cəhdləri etmişdir, onları geri qaytarıb. Mopedi satdığı şəxs gətirib təhvil verib, avtobusu da Sabunçuda qoymuşdu, ordan götürüblər. Yalnız Bikə xanımın evindən götürdüyüm əşyalar qalıb. Hər 3 hadisədə də içkili olmuşdur, bir müddət hər gün içki qəbul edirdi. Şüurlu formada həmin əməlləri törətmişdir, ancaq əməlindəm çox peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o bacısı gildə qalırdı, öz evinə gələndə darvazanın açıq olduğunu və manqalla arabanın olmadığını gördü, dilənçilərin oğurladığını düşünüb əhəmiyyət vemədi. Sonra isə bazarlıqla evə getdi, bazarlığı evə qoyub 1 saat sonra yenə qayıtdı, evdə şubanın, etdiyi bazarlığın, xonçanın olmadığını gördü. Təqsirləndirilən şəxs qaynıdır, keçmiş ərinin qardaşıdır. O, ümumilikdə 900 manat zərər vurub, ancaq onu bağışlayır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən bu şəxsi tanımır, o Vəli adlı oğlanı əvvəldən tanıyırdı, o, universitet tələbəsi idi. O, kuryer işləmək üçün məndən ondan ona moped verməyini istəmişdi. O yeni 3 moped almışdı, onlardan birini işlətməsi üçün Vəliyə verdi. Bundan 10-15 gün keçməmiş o, gəlib mopedin oğurlandığını bildirdi. O da polisə şikayət etməsini bildirdi, o, polisə şikayət edib ancaq sonradan hərbi xidmətə çağırılıb. Bu hadisədən 2-3 ay sonra polisdən zəng gəldi və Vəlinin hərbi xidmətdə olduğunu, mopedin sahibi olaraq onun getməyi bildirildi. O ərizələri yazdı, sonradan Mopedin tapılması ilə əlaqəli ona zəng vuruldu və gedib mopedi götürdü, dəymiş zərər də ödənilmiş oldu. Mopedin dəyəri 1300 manat idi, o da ödənilib. Şəxs ona qarşı vurulmuş zərəri ödəyib, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Digər Zərərçəkmiş şəxs1 yaxınları tərəfindən məhkəməyə şifahi məlumat verilərək, onun hərbi xidmətdə olduğunu və məhkəmə proseslərində iştirak edə bilməyəcəyi nəzərə alınmasını xahiş etmişdilər. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb Zərərçəkmiş şəxs1 iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 iyul 2024-cü il tarixdə dostu Nihad ona zəng edərək motoskiletinin xarab olmasını bildirmişdir. O da təxmini saat 17:30 radələrində “Nəbz Klinikasının” yaxınlığında motoskiletin xarab olduğu yerə çatmışdır. Həmin vaxt Xəyal adlı şəxs onlara yaxınlaşaraq usta olduğunu bildirmişdir. Detalların xarab olması səbəbindən motoskileti təmiretmək üçünSuraxanırayonuna getməli olduğunu bildirmişdir. O da icarəyə götürdüyü “BueBull” markalı mopedi Nihad adlı dostuna vermişdir ki, detalları almaq üçün Xəyal adlı şəxslə birlikdə Suraxanı rayonu, Əmircanqəsəbəsinə getsinlər. Onlar getdikdən təxminən 10-20 dəqiqə sonra yadıan düşmüşdür ki, mopedinüzərində göy rəngli dəyəri 90 azn olanj “RealMe” markalı telefon və telefonun arxasında 345 manat pulu qalıb. Bundan sonra üzərində telefon olmadığı üçün evə getmiş və telefonunun üzərində olan***-***-**-** saylı mobil nömrəsinə və dostu Nihadın mobil telefonuna zəng etməyə başlamışdır. Telefonunun üzərində olan mobil nömrəsinə dəflərlə zəng etsə də cavab verən olmamışdır. Daha sonra o Nihadla əlaqə saxladıqda Nihad ona məxsus olan mopedin Xəyal adlı şəxsin oğurlayaraq qaçmasını bildirmişdir. Bundan sonra o bu barədə DİN 102 zəng xidmətinə məlumatvermişdir.Hadisəzaman ona ümumilikdə 535 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs kənd adamıdır, onu görəndə tanıdı. Avtobus 10 gündə 1 dəfə evdə qalır, o da avtobusu gətirib həyətdə saxladı. Yaxınlıqlarında yas yeri var idi, səhər 4-5 radələrində qalxıb gördü ki, avtobus yoxdur. O dispetçerlə maraqlandı ki, bəlkə digər sürücülərdən kimsə gəlib götürüb. Heç kəs götürmədiyi üçün o da avtobusun itməsi barədə 102-yə məlumat verdi. Etibarnamə ilə idarə edirdi, sürücü yoldaşı 189 nömrəli marşrutu idarə edir. O, Sabunçuda görüb xəbər verdi, maşınının itdiyini bildirdi, o da maşının onda olduğunu bildirdi. Avtobus tapılıb, avtobusun mülkiyyətçinin də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 27 iyul 2024 cü il tarixdə tutulmuş, Xəzər rayon məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmişdir və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə 21 noyabr 2024-cü il tarixdə tutulmuşdur, Suraxanı rayon məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Daxili tşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 noyabr 2024-cü il tarixli,3-13-11/2-11898/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanının qarşısında Şahid1 icarə əsasında idarə etdiyi “İsizu” markalı 99-RZ_660 minik avtobusunun oğurlanması faktı ilə əlaqədar götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03ədədi (Avtobusun sərnişin giriş qapsının bayır hissəsindən götürülmüş)xx.xx.2000-ci il də Bakı şəhərində anadan olmnuş Təqsirləndirilən şəxs sol əlinin adsız və çeçələ (02dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 3-16-16/2-923/2024 nömrəli ekspert rəyindən görünür ki, “Bue Bull” markalı 49 kubmetr həcmli mopedin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200.00 manat müəyyən edilmişdir.(ekpertiza tədqiqatın dəyəri 50 manatdır) Cinayət işi materiallarından müəyyən olunur ki, “İsizu” markalı **-RZ-*** minik avtobusunun mülkiyyətçisi X2r və onun ibtidai istintaqa təqdim etdiyi ərizəsindən görünür ki, onun avtobusunun oğurlanması nəticəsində ona maddi ziyan dəyməmişdir, heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 50 (əlli) manat alınıb dövlət büdcəsinə verilməli, iş üzrə maddi sübut kimi tanınmış dövlət qeydiyyat nişanı olmayan “Blue Bull”markalı mopedi sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla, Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 iyul 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək 2 (iki) günü və həbsdə saxlanıldığı 21 noyabr 2024-cü il tarixdən 11 aprel 2025-ci il tarixədək olan 4 (dörd) ay 21 (iyirmi bir) gün, cəmi 4 (dörd) ay 23 (iyirmi üç) günün hər günü, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan dövlət qeydiyyat nişanı olmayan “Blue Bull”markalı mopedi sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 50 (əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-229/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-229/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver