Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-23/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 Fadail oğlunun, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Hüseynqulu oğlunun iştirakı ilə, saat 12:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, xx xxx 1997-ci ildə Ağdam rayonunun, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1.000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, xx xxxxxx 1998-ci ildə Lerik rayonu, Bürsülüm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, heç yerdə işləməyən, məhkumluğu olamayan, Lerik rayonu, Bürsülüm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə Təqsirləndirilən şəxs4, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Məmmədxanov küçəsi, 3 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 30 yanvar 2020-ci il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Ordubad” adlı ərzaq mağazasına qapını yerdən tapdıqları dəmir parçası ilə sındırmaq yolu ilə açıb qanunsuz olaraq daxil olub oradan içərisində 200 manat nəğd pul olan kassa aparatını, ümumi dəyəri 800 manat olan müxtəlif növ siqaretləri, kassa ətrafındakı ümumi dəyəri 100 manat olan xırda əşyaları və ümumi dəyəri 50 manat olan “Redbull” enerji içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 1.150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 10 fevral 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökətlmə savxozu, nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi adsız ərzaq mağazasına qapını yerdən tapdıqları dəmir parçası ilə sındırmaq yolu ilə açıb qanunsuz olaraq daxil olub oradan kassadakı 200 manat nəğd pulu, piştaxtadan bir blokunun dəyəri 22 manat olan 15 blok “West” markalı siqareti, bir blokunun dəyəri 36 manat olan 25 blok “Kent” markalı siqareti, bir blokunun dəyəri 17 manat olan 20 blok “Maqna” markalı siqareti və bir blokunun dəyəri 27 manat olan 12 blok “LD” markalı siqareti gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 2.094 (iki min doxsan dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 fevral 2020-ci il tarixdə, saat 05:30 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Ordubad” adlı ərzaq mağazasına qapını yerdən tapdıqları dəmir parçası ilə sındırmaq yolu ilə açaraq qanunsuz olaraq daxil olub orada kassadan 150 manat nəğd pulu, eləcə də, hər biri 70 qəpik olmaqla cəmi 12 manat 60 qəpik dəyərində olan 18 ədəd “Ozmo” əmtəə nişanlı kremi, hər biri 70 qəpik olmaqla cəmi 5 manat 60 qəpik dəyərində olan 05 ədəd “Ozmo” əmtəə nişanlı korneti, hər biri 01 manat 50 qəpik olmaqla cəmi 39 manat dəyərində olan 26 ədəd “Nestle” əmtəə nişanlı plitka şokoladı, hər biri 90 qəpik olmaqla cəmi 05 manat 40 qəpik dəyərində olan 06 ədəd “Kitkat” əmtəə nişanlı ağ şokoladı, hər biri 40 qəpik olmaqla cəmi 04 manat 80 qəpik dəyərinə olan 12 ədəd “Barni” əmtəə nişanlı keksi, hər biri 02 manat 10 qəpik olmaqla cəmi 21 manat dəyərində olan 10 ədəd “Kitkat” əmtəə nişanlı böyük şokoladı, hər biri 70 qəpik olmaqla cəmi 03 manat 50 qəpik dəyərində olan 05 ədəd “Kitkat” əmtəə nişanlı balaca şokoladı, hər biri 07 qəpik olmaqla cəmi 02 manat 10 qəpik dəyərində olan 03 ədəd “Kitkat” əmtəə nişanlı plitka şokoladı, bir ədədinin dəyəri 01 manat 50 qəpik olan “Snickers” əmtəə nişanlı böyük şokoladı, hər biri 50 qəpik olmaqla cəmi 32 manat dəyərində olan 64 ədəd “Dirol” əmtəə nişanlı balaca saqqızı, hər-biri 30 qəpik olmaqla cəmi 02 manat 40 qəpik olan 08 ədəd “Darenka” əmtəə nişanlı şokoladı, bir ədədinin dəyəri 01 manat 50 qəpik olan “Snickers” əmtəə nişanlı böyük şokoladı, hər biri 50 qəpik olmaqla cəmi 05 manat 50 qəpik dəyərində olan 11 ədəd “Dirol” əmtəə nişanlı tablet saqqızı, hər biri 70 qəpik olmaqla cəmi 05 manat 60 qəpik dəyərində olan 08 ədəd “Dirol 2XL” əmtəə nişanlı saqqızı, hər biri 70 qəpik olmaqla cəmi 04 manat 90 qəpik dəyərində olan 07 ədəd “Orbit 2XL” əmtəə nişanlı saqqızı, hər biri 70 qəpik olmaqla cəmi 16 manat 10 qəpik dəyərində olan 23 ədəd “Orbit Kristal” əmtəə nişanlı saqqızı, hər biri 25 qəpik olmaqla cəmi 03 manat 50 qəpik dəyərində olan 14 ədəd “Nescafe” əmtəə nişanlı kofeni, bir ədədinin dəyəri 07 manat 20 qəpik olan “Nutella 350q” əmtəə nişanlı şokolad yağını, hər biri 40 qəpik olmaqla cəmi 06 manat 80 qəpik dəyərində olan 17 ədəd “Snax” əmtəə nişanlı yerfındığını, hər biri 10 qəpik olmaqla cəmi 01 manat dəyərində olan 10 ədəd “Beta” əmtəə nişanlı birdəfəlik çayı, hər biri 60 qəpik olmaqla cəmi 05 manat 40 qəpik dəyərində olan 09 ədəd “Alpen” əmtəə nişanlı yoqurtu, hər biri 60 qəpik olmaqla cəmi 03 manat dəyərində olan 05 ədəd “Friskies” əmtəə nişanlı pişik yeməyini, hər biri 70 qəpik olmaqla cəmi 02 manat 10 qəpik dəyərində olan 07 ədəd “Felix” əmtəə nişanlı pişik yeməyini, bir ədəd 02 manat 30 qəpik dəyərində olan “Lays” əmtəə nişanlı cipsini, 17 manat dəyərində olan 01 ədəd “Doktorskaya” əmtəə nişanlı kolbasanı, 08 manat dəyərində olan bir ədəd “Salyani” əmtəə nişanlı kolbasanı, hər birinin dəyəri 02 manat 40 qəpik olmaqla cəmi 08 manat 80 qəpik dəyərində olan 02 ədəd “Shauma” əmtəə nişanlı şampunu, hər birinin dəyəri 70 qəpik olmaqla cəmi 05 manat 60 qəpik dəyərində olan 08 ədəd “Turşu” lavaşı, hər biri 02 manat 80 qəpik olmaqla cəmi 11 manat 20 qəpik dəyərində olan 04 ədəd “Winston” əmtəə nişanlı siqareti, dəyəri 01 manat 70 qəpik olan 01 ədəd “West” əmtəə nişanlı siqareti, hər biri 03 manat 30 qəpik olmaqla cəmi 13 manat 20 qəpik dəyərində olan 04 ədəd “Kent 4” əmtəə nişanlı qalın siqareti, hər biri 01 manat 80 qəpik olmaqla cəmi 12 manat 60 qəpik dəyərində olan 07 ədəd “Want” əmtəə nişanlı siqareti, hər biri 01 manat 80 qəpik olmaqla cəmi 03 manat 60 qəpik dəyərində olan 02 ədəd “NZ” əmtəə nişanlı siqareti, hər biri 01 manat 40 qəpik olmaqla cəmi 08 manat 40 qəpik dəyərində olan 06 ədəd “Prima” əmtəə nişanlı siqareti, hər biri 50 qəpik dəyərində olmaqla cəmi 14 manat dəyərində olan 28 ədəd alışqanı və hər biri 02 manat 80 qəpik olmaqla cəmi 100 manat 80 qəpik dəyərində olan 36 ədəd 05 qramlıq ətirləri, habelə cəmi 397 manat 90 qəpik dəyərində olan 36 adda müxtəlif ərzaq və tütün məmulatlarını gizli yolla talamış və nəticədə Zərərçəkmiş şəxs2 877 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2016-cı ildə məhkəmənin qərarı ilə dələduzluq etdiyi üçün cərimə olunmuşdur. Əvvəllər Dərnəgüldə çilingər işləsə də, hazırda heç bir yerdə işləmir. Sübhan, Sənan və Mirimad onun dostlarıdır və onlarla aralarında normal münasibəti vardır. 2020-ci ilin yanvar ayının 30-da gecə saatlarında Qaraçuxur qəsəbəsində yerləşən “Ordubad” marketdən Sübhan, Mirimad və Sənan ilə birlikdə oğurluq etmişlər. Həmin oğurluq zamanı mağazadan 110 qutu siqaret və 108 manat pul götürmüşlər. Bundan başqa, 09 fevral 2020-ci il tarixdə axşamüstü o, Mirimad və Sübhanla birlikdə Qaraçuxurda olan zaman birlikdə spirtli içki qəbul etmişlər. Mirimadgilin evləri Binə qəsəbəsində olduğu üçün Mirimad onlara gedib evdən gödəkcəsini götürməli olduğunu demişdir. Bunun üçün onlar Mirimadla birlikdə Binə qəsəbəsinə getmişlər. Onlar yolda gözləmişlər və Mirimad təxminən 20 dəqiqəya gedib evdən gödəkcəsini götürmüşdür. Bundan sonra onlar Binə qəsəbəsinin ərazisində gəzməyə başlamışlar. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu tərəfdə gəzişən zaman qarşılarına ərzaq mağazası çıxmışdır. Həmin mağazanın qarşısı dəmir barmaqlıq ilə bağlanmışdır. Onlar həmin mağazanın qarşısından keçib gedəndən sonra qərara almışlar ki, qayıdıb həmin mağazadan oğurluq etsinlər. Həmin vaxtı artıq fevralın 10-u idi və saat 04 radələri olmuşdur. Mağazaya girmək üçün o, lom parçası, Mirimad isə külüng tapmışdır. O, lom parçası ilə mağazanı aça bilməmiş, amma, Mirimad külünglə dəmir barmaqlığı sındırmışdır. Bundan sonra Mirimad üzərində olan vintaçanla mağazanın qapısını da açmışdır. Onlar hər üçü mağazaya daxil olmuşlar. Sübhan kassadakı pulları götürmüş, Mirimad ilə o, isə siqaretləri üzərlərində olan sellofan paketə yığmışlar. Mağazadan çıxan zaman soyuducu maneə yaratdığından onu yerə aşırtmışlar. Bundan sonra mağazadan qaçaraq uzaqlaşıb Qaraçuxur qəsəbəsinə gəlmişlər. Oğurladıqları pul təxminən 30-40 manat olmuşdur. Həmin puldan 20 manat Mirimad götürmüş, yerdə qalan pulu Sübhan ilə aralarında bölmüşdür. Bundan başqa, 11 fevral 2020-ci il tarixdə də saat 03 radələrində Sübhan və Mirimadla birlikdə olduğu zaman təkrar həmin “Ordubad” adlı mağazadan oğurluq etmək qərarına gəlmişlər və həmin vaxt sərxoş olmuşlar. Oğurluq etmək üçün əvvəlcə yaşadığı ünvana gedib evdən vintaçan götürmüşdür. Bundan sonra onlar birlikdə “Ordubad” marketin qarşısına gəlmişlər. O, əlindəki vintaçanla marketin qapısının qıfılını sındırmışdır. Həmin vaxt saat 04 radələri olmuşdur. Qapının qıfılını sındırdıqdan sonra onlar üçü də mağazaya daxil olmuşlar və hərəsi bir tərəfə gedib dəyərli ərzaq malları axtarmağa başlamışlar. Belə ki, onlar mağazadan Redbull, Hell, kolbasa, saqqız, kofe, kivi, salfetka, şokolad, siqaret və digər yadında olmadığı ərzaq mallarını, o cümlədən vitrində olan ətirləri götürmüşlər. Həmçinin, mağazanın kassasını da götürmüşlər və orada olan təxminən 120 manata yaxın pulu öz aralarında bölüşdürmüşlər. O, evdən vintaçanla bərabər böyük kisə də götürmüşdür. Oğurladıqları əşyaları həmin kisəyə yığmışlar və evə gətirmişlər. Kisəni evə qoyandan sonra yenidən metronun “Neftçilər” stansiyası yaxınlığına gedib orada pivə içmişlər və oğurladıqları pulları da orada xərcləmişlər. Oradan da qayıdıb onun yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə atası da olmuşdur. Amma atası xəstə olduğundan onların gəldiyini bilməmişdir. Onlar evə gələndən sonra həmin kisənin içərisində olan kolbasalardan birini götürüb təzəcə yeməyə başlamışlar ki, polislər gəlib onları evdən aparmışlar. Oğurluq etməyi Mirimad onlara təklif etmiş və onlar da razılaşmışlar və birlikdə oğurluq etmişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, evə gec gəldiyinə görə atası ilə dalaşmış və həmin vaxtdan atası onu evdən qovmuşdur. Evdən çıxdıqdan sonra uzaq qohumu və dostu olan Sənanla əlaqə saxlamış və qalmaq üçün ondan yer istəmişdir. Sənan isə onu Bəhruz ilə görüşdürmüş və o, Bəhruzun yaşadığı evdə qalmağa başlamışdır. Həmin evdə onlardan başqa Bəhruzun atası Bəhlul və Bəhruzun dostu Sübhan qalmışdır. Onlar boş vaxtlarında birlikdə gəzib dolaşmışlar. 2020-ci il yanvar ayının 30-da gecə saatlarında Sübhan, Bəhruz və Sənan ilə Qaraçuxur qəsəbəsində olan “Ordubad” marketdən oğurluq etmişlər. Həmin vaxtı marketdən sayları dəqiq yadında olmayan siqaret və 100 manat civarında pul götürmüşlər. 09 fevral 2020-ci il tarixdə axşamüstü o, Bəhruz və Sübhanla birlikdə Qaraçuxurda olan zaman birlikdə spirtli içki qəbul etdikdən sonra çıxıb gəzmək istəmişlər və pulları olmadığına görə oğurluq etmək qərarına gəlmişlər. Amma, Qaraçuxurdakı “Ordubad” marketdən oğurluq etdiklərinə görə polis əməkdaşlarının onları tapacaqlarından qorxmuşlar. Bunun üçün başqa bir ərazidən oğurluq etmək qərarına gəlib Binə qəsəbəsində Donuzkökəltmə sovxozu tərəfdə olan cəzaçəkmə müəssisəsinin yaxınlığına getmişlər. Orada olan zaman qarşısında dəmir barmaqlığı olan mağaza görmüşlər və həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Təxminən bir saata yaxın mağazanın yaxınlığında gəzişmişlər və ərazidə heç kimin olmadığına əmin olmuşlar. Lakin tez-tez avtomobillər gəldiyindən oğurluğa başlaya bilməmişlər. Bir az keçəndən sonra yolda tapdıqları lom parçası ilə qapının dəmir barmaqlığını açmağa çalışmışlar, lakin buna nail ola bilməmişlər. Bundan sonra ərazidə olan tikinti sahəsindən tapdıqları bir ədəd külüngülə mağazanın dəmir barmaqlığını açmışlar. Dəmir barmaqlığı açandan sonra üzərində olan vintaçan ilə mağazanın qapısını da açmışdır. Bundan sonra onlar içəriyə daxil olub orada olan siqaretləri üzərlərində olan sellofan paketlərə yığmışlar. Həmçinin, Bəhruz və Sübhandan biri kassadakı pulu götürmüşdür. Bundan sonra onlar mağazadan çıxmaq istəmişlər, lakin mağazada olan soyuducu onlara maneə yaratdığından onu aşırtmışlar. Bundan sonra, onlar çölə çıxmışlar və həmin ərazidən qaçaraq uzaqlaşmışlar. Oradan uzaqlaşandan sonra taksi ilə Qaraçuxur qəsəbəsinə Bəhruzun yaşadığı evə gəlmişlər. Orada olan pulu ortalığa qoymuşlar və həmin puldan ona 20 manat pul çatmışdır. Siqaretlərdən isə ona iki blok çatmış, yerdə qalanları isə Bəhruz və Sübhan götürmüşdür. O, götürdüyü siqaretlərdən bir qismini çəkmiş, digərlərini isə evdə qoymuşdur. Bundan başqa 11 fevral 2020-ci il tarixdə, saat 04 radələrində qeyd etdiyi həmin “Ordubad” marketdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün onlar əvvəlcə Bəhruzun yaşadığı evə getmişlər. Bəhruz evə girib oradan vintaçan və böyük kisə götürmüşdür. Bundan sonra onlar “Ordubad” marketin qarşısına gəlmişlər. Həmin vaxtı qar yağmışdır və həmin yerdə heç kim olmamışdır. Sübhan və Bəhruz vintaçan ilə qapını açmışlar. Bundan sonra onlar içəri girmişlər. Həmin vaxtı təxminən saat 04:30 olmuşdur. Onlar içəri girəndən sonra Bəhruz və Sübhan dəyərli ərzaq məhsulları yığmağa başlarnışlr. O, isə kisəni əli ilə tutmuşdur ki, götürdükləri əşyaları kisəyə yığsınlar. Onun özü də oradan kolbasa götürüb kisəyə atmışdır. Bundan sonra onlar oradan çıxıb Bəhruzun yaşadığı evə getmişlər. Kisəni evə qoyandan sonra Bəhruz və Sübhan çıxıb harasa getmişlər. O, isə evdə qalmışdır. Təxminən yarım saat sonra Bəhruzgil gəlmiş və onlar birlikdə oturub oğurladıqları ərzaqları yemək istəmişlər. Amma, həmin vaxtı polis əməkdaşları gəlmiş və onları aparmışlar. Oğurluq etməyi o, özü tanışlarına təklif etmiş, sonuncular isə onunla razılaşmışlar və birlikdə oğurluq etmişlər. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, nənəsi xəstə olduğundan hadisədən təxminən bir müddət əvvəl anası kəndə getmişdir. Həmin vaxtdan o, dostu Bəhruzun yaşadığı evdə qalmağa başlamışdır. Bəhruzun yaşadığı evdə ondan başqa Bəhruzun atası Bəhlul və dostu Mirimad da yaşamışdır. 2020-ci il yanvar ayının 30-da gecə saatlarında Qaraçuxur qəsəbəsində yerləşən “Ordubad” marketdən Mirimad, Bəhruz və Sənan ilə birlikdə oğurluq etmişlər. Həmin vaxtı mağazadan sayı dəqiq yadında olmayan siqaret və 100 manat civarında pul götürmüşlər. Bundan başqa, 09 fevral 2020-ci il tarixdə axşamüstü Mirimad və Bəhruz ilə birlikdə Qaraçuxur qəsəbəsində olan zaman evdə spirtli içki qəbul etmişlər. Bundan sonra Binə qəsəbəsinə getməyi qərara almışlar. Çünki, Mirimad öz evlərindən gödəkcəsini götürməli olmuşdur. Həmçinin, o, da xəstə olan bibisini görmək istəmişdir. Onlar Binə qəsəbəsinə gec çatdıqlarına görə o, gedib bibisini görə bilməsə də, Mirimad evlərinə gedib əynini dəyişmişdir. Bundan sonra onlar Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda gəzişməyə başlamışlar. Orada olan zaman bir mağazanın qarşısından keçmişlər. Maddi vəziyyətləri pis olduğundan həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Mirimad və Bəhruz həmin ərazidə tikinti gedən hissədən külüng və lom parçası tapmışlar. Birlikdə mağazanın dəmir barmaqlığını açdıqdan sonra vintaçanla plastik qapını da açmışlar. Mağazaya daxil olduqdan sonra o, kassanın arxasına keçmiş və orada olan pulları götürmüşdür. Mirimad ilə Bəhruz isə sellofan paketlərə siqaretlər yığmağa başlamışlar. Bundan sonra onlar mağazadan çıxmaq istəmişlər. Qapının yanında olan soyuducu onlara maneəçilik törətdiyindən onu yerə aşırtmışlar. Bundan sonra çölə çıxıb taksi ilə Qaraçuxur qəsəbəsinə qayıtmışlar. Evdə olan zaman pulu bölmüşlər və səhv etmirsə, ümumilikdə 33 manat pul olmuşdur. Təqsirləndirilən şəxs3 həmçinin qeyd etmişdir ki, orada 200 manat pul olmamışdır. Siqaretləri isə evə gətirmişlər və öz aralarında böləcəkmişlər. Həmin hadisədən bir gün sonra onlar “Ordubad” marketdən oğurluq etdikdən sonra polis əməkdaşları onları gəlib evdən götürmüşlər və həmin vaxtı siqaretlər evdə qalmışdır. Bundan başqa, həmin “Ordubad” marketdən 11 fevral 2020-ci il tarixdə gecə saat 04 radələrində Bəhruz və Mirimad ilə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı Sənan onların yanında olmamışdır. Oğurluq üçün əvvəlcə Bəhruzun evinə getmişlər və Bəhruz evdən vintaçan və kisə götürmüşdür. Bundan sonra onlar birlikdə “Ordubad” marketin qarşısına gəlmişlər. Bəhruz və o, qapını sındıraraq açdıqdan sonra onlar üçü də içəri girmişlər. O, kassa tərəfə getmiş və kassanın yanında olan ətirləri və digər ərzaq mallarını götürüb və gətirdikləri kisəyə yığmışdır, həmçinin onlar orada olan kassanı da götürmüşlər. Bundan sonra çölə çıxıb piyada Bəhruzun yaşadığı evə tərəf getməyə başlamışlar. Yolda kassadakı pulları çıxarmışlar və həmin pulları Bəhruz götürmüşdür. Bəhruzgilin evinə çatandan sonra kisəni onlara qoymuşlar və Bəhruzla metronun “Neftçilər” stansiyası yaxınlığında kluba getmişlər, Mirimad isə evdə qalmışdır. Onlar kluba getsələr də orada oturmamışlar və qayıdıb Bəhruzun yaşadığı evə gəlmişlər. Evə çatdıqdan sonra oğurladıqları ərzaqları yemək istəyərkən polis əməkdaşları gəlib onları aparmışlar. Oğurluq etməyi Mirimad onlara təklif etmiş və onlar da razılaşmışlar və birlikdə oğurluq etmişlər. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs1 Fadail oğluna vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs2 isə vurulmuş maddi ziyanı maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, qohumu Mirimad evdən qovulduğu üçün qalmağa yeri olmadığından ona zəng edərək qalmaq üçün yer tapmağını xahiş etmişdir. O, da dostu Sübhandan xahiş etmişdir ki, qohumu Mirimada yer tapması üçün köməklik göstərsin. 29 yanvar 2020-ci il tarixdə, təxminən saat 23 radələrində Sübhan ona zəng edərək dostu Bəhruz adlı şəxslə danışdığını və Mirimada qalması üçün yer tapdığını bildirmişdir. O, da Mirmada zəng edərək bu barədə bildirmiş və yaşadığı evin yanına gəlməsini demişdir. Təxminən 1-2 saat sonra, yəni 30 yanvar 2020-ci il tarixdə, təxminən saat 01 radələrində Mirimad yaşadığı evin yanına gəlmiş və onlar birlikdə metronun “Neftçilər” stansiyasının yanına gedib orada Sübhanla görüşmüşlər. Həmin vaxt Sübhan bildirmişdir ki, Mirimada qalmaq üçün yer olaraq Bəhruzun yaşadığı evi tapmışdır və Bəhruz buna razılıq vermişdir. Onlar da bu məqsədlə Bəhruzun yaşadığı Qaraçuxur qəsəbəsində yerləşən evə gəlmişlər. O, Bəhruzla elə həmin gün tanış olmuşdur. Həmin vaxt ac olduğu üçün evdə yeməyə heç nə olmamış və pulları olmadığından onlar dördü də hansısa bir mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məsqsədlə o, Mirimad, Sübhan və Bəhruz birliklə evdən çıxaraq oğurluq etmək üçün mağaza axtarmışlar. Təxminən saat 03 radələrində onlar Qaraçuxur qəsəbəsində olan zaman “Ordubad” adlı marketi görüb oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt Mirimad kimsə gəldiyi halda onlara xəbər vermək üçün kənarda dayanmışdır. Daha sonra o, Sübhan və Bəhruz həmin marketin şüşədən olan giriş qapısına yaxınlaşmışlar. Həmin vaxt Bəhruz özündə olan iki ədəd vintaçanla giriş qapısının kilidini sındırmış və üçü də marketə daxil olmuşlar. Bundan sonra Bəhruz kassaya yaxınlaşaraq onu açmaq istədikdə, kassanı aça bilməmiş və bu səbəbdən kassanı özü ilə götürmüşdür. O, mağazadakı müxtəlif markalı bahalı siqaretləri oradan götürdüyü sellofan torbaya yığmış, Sübhan isə mağazada olan “Redbull” energetik içkilərini özü ilə götürmüşdür. Daha sonra onlar mağazanı tərk edərək, Bəhruzun yaşadığı evə getmişlər. Orada kassanı açdıqda içərisindən 160 manat məbləğində pul çıxmış və həmin pulu öz aralarında bərabər paylara bölmüşlər. Ertəsi gün mağazadan oğurladıqları siqaretləri satıb əldə etdikləri pulu da öz aralarında bölmüşlər. Belə ki, siqaretlərin satışından hər birinə 50 manat məbləğində pul düşmüşdür. “Redbull” energetik içkilərini isə özləri imişlər. Oğurluq etməyi Mirimad onlara təklif etmiş və onlar da razılaşmışlar və birlikdə oğurluq etmişlər. Sonda Təqsirləndirilən şəxs4 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Fadail oğlu göstərdi ki, Binə qəsəbəsində qeyd kirayə yaşadığı evə bitişik olan yerdəki mağazanı kirayə götürüb işlədir. 10 fevral 2020-ci il tarixdə saat 07 radələrində mağazaya gələn zaman görmüşdür ki, mağazanın sağ tərəfdə olan və birdəfəlik bağlanmış qapısı açılmışdır. Həmin qapının qarşısında dəmir barmaqlıqlar olmuşdur. Həmin barmaqlıqların da qırıldığının şahidi olmuşdur. Mağazanın içinə keçən zaman isə aşkar etmişdir ki, naməlum şəxslər mağazaya daxil olmuş və oradan tütün məmulatlarını və nəğd pulu götürmüşlər. Mağazada olan video müşahidə kameralarına baxan zaman görmüşdür ki, üç nəfər əvvəllər tanımadığı şəxslər 10 fevral 2020-ci il tarixdə, saat 04 radələrində mağazaya yaxınlaşıb əllərində olan külüng ilə dəmir barmaqlığı sındırdıqdan sonra mağazanın da qapısını sındıraraq içəriyə daxil olmuşlar. Həmin şəxslər mağazadakı kassadan 200 manat nəğd pul və piştaxtadan bir blokunun dəyəri 22 manat olan 15 blok “West” markalı siqaret, bir blokunun dəyəri 36 manat olan 25 blok “Kent” markalı siqaret, bir blokunun dəyəri 17 manat olan 20 blok “Maqna” markalı siqareti və bir blokunun dəyərL27 manat olan 12 blok “LD” markalı siqaret oğurlamışlar. Hadisə nəticəsində ona 2.094 manat maddi ziyan dəymişdir. Bundan başqa qapının təmiri üçün təxminən 80 manat xərcə məruz qalmışdır. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 20 aprel 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. ünvan 7vanında yerləşən “Ordubad” market ona məxsusdur. Həmin marketin qapıları şüşədəndir və açar vasitəsi ilə bağlanır. Market səhər saat 07:30-dan gecə saat 00:30-a kimi fəaliyyət göstərir. 30 yanvar 2020-ci il tarixdə, saat 00:30 radələrində o, marketi bağlayaraq, yaşadığı evə getmişdir. Səhər saat 06 radələrində marketə gələn zaman şüşə qapının kilidinin sındırıldığını aşkar etmişdir. Marketə baxan zaman müəyyən etmişdir ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər ona məxsus “Ordubad” marketə daxil olaraq, oradan içərisində 200 manat nəğd pul olan kassa aparatını, 800 manat dəyərində müxtəlif növ siqaretləri, kassa ətrafında satışa qoyulmuş 100 manat dəyərində xırda əşyaları və 50 manat dəyərində “Redbull” energetik içkilərini oğurlamışlar. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermiş, habelə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1.150 manat məbləğində maddi ziyan dəymişdir. Budan başqa, 11 fevral 2020-ci il tarixdə, saat 05:30-da mağazaya gələn zaman ona məlum olmuşdur ki, naməlum şəxslər mağazanın qapısını sındırmaqla mağazaya daxil olmuşlar və mağazanı dağıdaraq müxtəlif ərzaq məhsulları, tütün məmulatlar, ətirlər və digər əşyalar götürmüşlər. O, bu barədə 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polislər gələndən sonra dostu Sadiq polislərdən biri ilə qar izi ilə oğruların getdiyi istiqamətdə getmişlər. Bundan sonra həmin şəxslərin yeri müəyyən olunmuş və polis əməkdaşları gedib onları götürmüşlər. Habelə mağazaya quraşdırılmış videomüşahidə kamerasına baxan zaman 03 nəfər tanımadığı şəxsin saat 04:17-də mağazaya yaxınlaşıb qapını sındırdıraraq içəri daxil olduqlarını, təxminən 05 dəqiqə mağazanın içərisində olduqdan sonra mağazada olan kassadakı 150 manat nağd pulu, ümumi dəyəri təxminən 600 manat olan ərzaq mallarını, ümumi dəyəri 600 manat olan tütün məmulatlarını, ümumi dəyəri 200 manat olan ətirləri oğurladıqlarını müəyyən tmişdir. Sonuncu hadisə nəticəsində ona təxminən 1.550 manat ziyan dəymiş, habelə qapının təmiri üçün 80 manat, yeni kassa üçün isə 120 manat xərci çıxmışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs3 tərəfindən isə ona vurulmuş maddi ziyan ödənilmədiyinə görə sonuncu ilə barışmadığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 11 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yerləşən “Ordubad” adlı ərzaq mağazasından oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazada olan kassanın və giriş qapısının ətrafının dağınıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Hadisə yerinə baxış zamanı aşkar edilmiş bir ədəd külüng, maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. İş materiallarında baxış və götürmə aparılması haqqında 11 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 18 ədəd “Ozmo” əmtəə nişanlı krem, 05 ədəd “Ozmo” əmtəə nişanlı kornet, 26 ədəd “Nestle” əmtəə nişanlı plitka şokolad, 06 ədəd “Kitkat” əmtəə nişanlı ağ şokolad, 12 ədəd “Barni” əmtəə nişanlı keks, 10 ədəd “Kitkat” əmtəə nişanlı böyük şokolad, 05 ədəd “Kitkat” əmtəə nişanlı balaca şokolad, 03 ədəd “Kitkat” əmtəə nişanlı plitka şokolad, 01 ədəd “Snickers” əmtəə nişanlı böyük şokolad, 64 ədəd “Dirol” əmtəə nişanlı balaca saqqız, 08 ədəd “Darenka” əmtəə nişanlı şokolad, bir ədəd “Snickers” əmtəə nişanlı böyük şokolad, 11 ədəd “Dirol” əmtəə nişanlı tablet saqqız, 08 ədəd “Dirol 2XL” əmtəə nişanlı saqqız, 07 ədəd “Orbit 2XL” əmtəə nişanlı saqqız, 23 ədəd “Orbit Kristal” əmtəə nişanlı saqqız, 14 ədəd “Nescafe” əmtəə nişanlı kofe, 01 ədəd “Nutella 350q” əmtəə nişanlı şokolad yağı, 17 ədəd “Snax” əmtəə nişanlı yerfındığı, 10 ədəd “Beta” əmtəə nişanlı birdəfəlik çay, 09 ədəd “Alpen” əmtəə nişanlı yoqurt, 05 ədəd “Friskies” əmtəə nişanlı pişik yeməyi, 07 ədəd “Felix” əmtəə nişanlı pişik yeməyi, 01 ədəd “Lays” əmtəə nişanlı cipsi, 01 ədəd “Doktorskaya” əmtəə nişanlı kolbasa, 01 ədəd “Salyani” əmtəə nişanlı kolbasa, 02 ədəd “Shauma” əmtəə nişanlı şampun, 08 ədəd “Turşu lavaş, 04 ədəd “Winston” əmtəə nişanlı siqaret, 01 ədəd “West” əmtəə nişanlı siqaret, 04 ədəd “Kent 4” əmtəə nişanlı qalın siqaret, 07 ədəd “Want” əmtəə nişanlı siqaret, 02 ədəd “NZ” əmtəə nişanlı siqaret, 06 ədəd “Prima” əmtəə nişanlı siqaret, 28 ədəd alışqan və 36 ədəd 05 qramlıq ətirlər olmaqla cəmi 36 adda müxtəlif ərzaq və tütün məmulatları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən götürülmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 30 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Ordubad” adlı ərzaq mağazasından oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazada olan ərzaq və gündəkil tələbat mallarının dağınıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, icarə əsasında işlətdiyi həmin “Ordubad” adlı mağazadan naməlum şəxslər 200 manat dəyərində içərisində pul olan kassa aparatını, 800 manat dəyərində müxtəlif əmtəə nişanlı siqaretləri, 100 manat dəyərində müxtəlif xırda əşyaları və 50 manat dəyərində “Redbull” əmtəə nişanlı enerji içkilərini oğurlamışlar. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında 10 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökətlmə savxozu, nömrəsiz ünvanda yerləşən adsız ərzaq mağazasından oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazada olan kassanın ətrafının dağıdıldığı və piştaxtalardan tütün məmulatlarının götürüldüyü, habelə çöl tərəfdən soldakı qapının dəmir barmaqlığının və qapının özünün sındırıldığı, mağazanın içərisində olan soyuducunun aşırıldığı müəyyən edilmişdir. Hadisə yerindən 05 skotç kəsiyində əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 mart 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş həmin DVD diskdə 11.3 MB həcmində 01 dəqiqə 37 saniyə ölçüsündə, 4.34 MB həcmində 38 saniyə ölçüsündə, 15.5 MB həcmində 02 dəqiqə 36 saniyə ölçüsündə və 11.3 MB həcmində 01 dəqiqə 31 saniyə ölçüsündə olmaqla, cəmi 04 ədəd fideo fayl var. Birinci video görüntüdə 03 nəfər şəxsin mağazanın içərisində olan malları özləri ilə gətirdikləri böyük torbaya yığdıqları müəyyən edildi. İkinci videogörüntüdə 03 nəfər şəxsin mağazadan çölə çıxdıqları, onlardan ikisinin əllərindəki böyük torbanı yerlə sürükləyərək mağazanın qarşısı ilə qaçıb hadisə yerindən uzaqlaşdıqları, bir nəfərin isə təkrarən mağazaya girib bir neçə saniyədən sonra əlində iki ədəd kiçik sellofanla çölə çıxdığı və qaçaraq oradan uzaqlaşdığı müəyyən edildi. Üçüncü videogörüntüdə 03 nəfər şəxsin mağazanın içərisində olan malları təkrar özləri ilə gətirdikləri böyük torbaya yığdıqları müəyyən edildi. Dördüncü videogörüntüdə isə 03 nəfər şəxsin mağazanın qapısına yaxınlaşdığı, onlardan birinin kənarda dayandığı, digər ikisinin isə hansısa alətlə mağazanın qapısının kilidini açmağa çalışdığı və sonradan buna nail olduqları, bundan sonra hər üç şəxsin dərhal mağazaya daxil olduqları müəyyən edildi. İş materialalrında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 fevral 2020-ci il tarxli, 4923 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 36 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 397 manat 90 qəpik müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin təqiqi hissəsində göstərilmişdir və aşağıdakı kimidir: “Ozmo” əmtəə nişanlı krem hər biri 70 qəpik olmaqla cəmi 12 manat 60 qəpik dəyərində olan 18 ədəd, “Ozmo” əmtəə nişanlı kornet hər biri 70 qəpik olmaqla cəmi 03 manat 50 qəpik dəyərində olan 05 ədəd, “Nestle” əmtəə nişanlı plitka şokolad hər biri 01 manat 50 qəpik olmaqla cəmi 39 manat dəyərində olan 26 ədəd, “Kitkat” əmtəə nişanlı ağ şokolad hər biri 90 qəpik olmaqla cəmi 05 manat 40 qəpik dəyərində olan 06 ədəd, “Barni” əmtəə nişanlı keks hər biri 40 qəpik olmaqla cəmi 04 manat 80 qəpik dəyərinə olan 12 ədəd, “Kitkat” əmtəə nişanlı böyük şokolad hər biri 02 manat 10 qəpik olmaqla cəmi 21 manat dəyərində olan 10 ədəd, “Kitkat” əmtəə nişanlı balaca şokolad hər biri 70 qəpik olmaqla cəmi 03 manat 50 qəpik dəyərində olan 05 ədəd, “Kitkat” əmtəə nişanlı plitka şokolad hər biri 70 qəpik olmaqla cəmi 02 manat 10 qəpik dəyərində olan 3 ədəd, “Snickers” əmtəə nişanlı böyük şokolad bir ədəd dəyəri 01 manat 50 qəpik, “Dirol” əmtəə nişanlı balaca saqqız hər biri 50 qəpik olmaqla cəmi 32 manat dəyərində olan 64 ədəd, “Darenka” əmtəə nişanlı şokolad hər biri 30 qəpik olmaqla cəmi 02 manat 40 qəpik olan 08 ədəd, “Snickers” böyük şokolad bir ədəd dəyəri 01 manat 50 qəpik, “Dirol” əmtəə nişanlı tablet saqqız hər biri 50 qəpik olmaqla cəmi 05 manat 50 qəpik dəyərində olan 11 ədəd, “Dirol 2XL” əmtəə nişanlı saqqız hər biri 70 qəpik olmaqla cəmi 05 manat 60 qəpik dəyərində olan 08 ədəd, “Orbit 2XL” əmtəə nişanlı saqqız hər biri 70 qəpik olmaqla cəmi 04 manat 90 qəpik dəyərində olan 07 ədəd, “Orbit Kristal” əmtəə nişanlı saqqız hər biri 70 qəpik olmaqla cəmi 16 manat 10 qəpik dəyərində olan 23 ədəd, “Nescafe” kofe hər biri 25 qəpik olmaqla cəmi 03 manat 50 qəpik dəyərində olan 14 ədəd, “Nutella 350q” əmtəə nişanlı şokolad yağı bir ədəd dəyəri 07 manat 20 qəpik, “Snax” əmtəə nişanlı yerfındığı hər biri 40 qəpik olmaqla cəmi 06 manat 80 qəpik dəyərində olan 17 ədəd, “Beta” əmtəə nişanlı birdəfəlik çay hər biri 10 qəpik olmaqla cəmi 01 manat dəyərində olan 10 ədəd, “Alpen” əmtəə nişanlı yoqurt hər biri 60 qəpik olmaqla cəmi 05 manat 40 qəpik dəyərində olan 09 ədəd, “Friskies” əmtəə nişanlı pişik yeməyi hər biri 60 qəpik olmaqla cəmi 03 manat dəyərində olan 05 ədəd, “Felix” əmtəə nişanlı pişik yeməyi hər biri 70 qəpik olmaqla cəmi 02 manat 10 qəpik dəyərində olan 07 ədəd, “Lays” əmtəə nişanlı cipsi 02 manat 30 qəpik dəyərində olan 01 ədəd, “Doktorskaya” əmtəə nişanlı kolbasa dəyəri 17 manat olan 01 ədəd, “Salyani” Salyami kolbasa dəyəri 08 manat olan 01 ədəd, “Shauma” Salyami şampun hər birinin dəyəri 02 manat 40 qəpik olmaqla cəmi 08 manat 80 qəpik dəyərində olan 02 ədəd, “Turşu” lavaş hər birinin dəyəri 70 qəpik olmaqla cəmi 05 manat 60 qəpik dəyərində olan 08 ədəd, “Winston” əmtəə nişanlı siqaret hər biri 02 manat 80 qəpik olmaqla cəmi 11 manat 20 qəpik dəyərində olan 04 ədəd, “West” əmtəə nişanlı siqareti dəyəri 01 manat 70 qəpik olan 01 ədəd, “Kent 4” əmtəə nişanlı qalın siqareti hər biri 03 manat 30 qəpik olmaqla cəmi 13 manat 20 qəpik dəyərində olan 04 ədəd, “Want” əmtəə nişanlı siqareti hər biri 01 manat 80 qəpik olmaqla cəmi 12 manat 60 qəpik dəyərində olan 07 ədəd, “NZ” əmtəə nişanlı siqareti hər biri 01 manat 80 qəpik olmaqla cəmi 03 manat 60 qəpik dəyərində olan 02 ədəd, “Prima” əmtəə nişanlı siqareti hər biri 01 manat 40 qəpik olmaqla cəmi 08 manat 40 qəpik dəyərində olan 06 ədəd, alışqan hər biri 50 qəpik dəyərində olmala cəmi 14 manat dəyərində olan 28 ədəd və 05 qramlıq ətirlər hər biri 02 manat 80 qəpik olmaqla cəmi 100 manat 80 qəpik dəyərində olan 36 ədəd. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 11 may 2020-ci il tarixli protokollardan görünür ki, ifadələri yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 30 yanvar 2020-ci il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanında yerləşən “Ordubad” adlı ərzaq mağazasına, bundan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 fevral 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökətlmə savxozu, nömrəsiz ünvanda yerləşən adsız ərzaq mağazasına və 11 fevral 2020-ci il tarixdə, saat 05:30 radələrində ünvan 2 ünvanında yerləşən “Ordubad” adlı ərzaq mağazasına haradan və necə daxil olduqlarını, oradan hansı ərzaq, tütün məmulatlarını və sair əşyaları, o cümlədən nağd pulları oğurladıqlarını əyani şəkildə göstərərək ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etmişlər. İş materialalrında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 iyun 2020-ci il tarixli, 11/121 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına, yaş və fərdi-pşixi xüsusiyyətlərinə görə hadisə zamanı etdiyi hərəkətləri qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2002-ci il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, Təqsirləndirilən şəxs2 həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, cinayətin digər iştirakçılarına oğurluq etməyi təklif etməsini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, cinayətin digər iştirakçılarına oğurluq etməyi təklif etməsini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 fevral 2020-ci il tarixli protokoldan, şəxsin X3 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2020-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X3 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1.000 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Ağdam rayon İcra və Probasiya Şöbəsinin 26 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cu il tarixli hökmü ilə ona təyin edilmiş 1.000 manat cərimə cəzasından 26 aprel 2021-ci il tarixə 580 manat ödəmiş, 420 manat cərimə isə ödənilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cərimə cəzasını tam olaraq icra etməmiş, bununla da həmin məhkumluğu ödənilməmişdir. Lakin, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəl qəsdən cinayət törətməyə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cu il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu, hazırki iş üzrə residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 fevral 2020-ci il tarixli protokoldan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair 13 fevral 2020-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsinə dair eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 10 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 09 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək və məhkəmə baxışı zamanı 05 mart 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş cərimə cəzasının ödənilməmiş 420 manat məbləği Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməli, həmin cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə toplanarkən, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 Fadail oğlu ilə barışıq əldə etməsini, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 fevral 2020-ci il tarixli protokoldan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair 13 fevral 2020-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsinə dair eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 11 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 10 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Habelə iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ona alternativ olan ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək və məhkəmə baxışı zamanı 18 fevral 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs4 şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs4 təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11 fevral 2020-ci il tarixli protokoldan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair 13 fevral 2020-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsinə dair eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 11 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 36 adda müxtəlif ərzaq və tütün məmulatlarının Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd külüng Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-psixiatrik ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, X4, Müdafiəçi4 və Müdafiəçi3 Hüseynqulu oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Hüseynqulu oğlu tərəfindən Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək və məhkəmə baxışı zamanı 05 mart 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 18 (on səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində çəkilməsi üçün 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1.000 (min) manat cərimə cəzasının ödənilməmiş 420 (dörd yüz iyirmi) manat məbləği Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 420 (dörd yüz iyirmi) manat miqdarında cərimə və 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 420 (dörd yüz iyirmi) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək və məhkəmə baxışı zamanı 18 fevral 2021-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs3 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 22 (iyirmi iki) gün çıxılsın və Təqsirləndirilən şəxs3 çəkilməsi üçün qəti olaraq, 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı 11 fevral 2020-ci il tarixdən 13 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs4 təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs4 çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 36 adda müxtəlif ərzaq və tütün məmulatlarının ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd külüng dəyəri olmadığına görə məhv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-psixiatrik ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi3 Hüseynqulu oğluna ödənilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə müvafiq olaraq həmin Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi4 ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-23/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-23/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver