Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-23/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X20 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qediyyatda olmaqla yaşayan, 22 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, 06 yanvar 2025-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saat təxminən 12 radələrində AC 387860 seriya nömrəli, B,D,CE kateqoriyalı sürücülük vəsiqəsi ilə və ona verilmiş 04 iyul 2023-cü il tarixli, 2585 nömrəli yol vərəqəsi əsasında narkotik maddələrin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi “Hyundai Elantra” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Ballı market istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamamlı olduğu, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən üfüqi nişanlama xəttini (qoşa bütov xətti) kəsib keçməməli olduğu halda buna əməl etməyib qanunun tələblərini pozaraq əks istiqamətdə hərəkət edən Şahid3 idarə etdiyi “İsuzu Saz” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı 104 saylı sərnişin avtobusu ilə, bundan sonra idarəetməni itirərək Şahid5 idarə etdiyi “Kia Rio” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “İsuzu-Saz” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda olan sərnişin 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı və həmin səviyyədə yumşaq toxumanın hematoması ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığla az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona AR CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən dörd gün əvvəl "xxxx" MMCdən Hyundai Elantra markalı, **-GH-*** dövlət nömrəli avtomaşını kirayə götürüb idarə etmişdir. 06 iyul 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində Yeni Günəşli qəsəbəsində Ballı market adlanan mağazanın qarşısında saatda təxminən 80 kilometr sürətlə hərəkətdə olan zaman qarşısında olan avtobusu ötüb keçmək istəmişdir. Bu vaxt avtobus hərəkətə başlamış, o, ötmə edə bilməyib avtobusa dəymiş və idarəetməni itirmişdir. İdarəetməni itirməsi səbəbindən ağ rəngli Kia markalı avtomaşına dəyib dayanmışdır. Sonra hadisə yerinə X23 stansiyasının əməkdaşları və Polis əməkdaşları gəlmişlər. Hadisə zamanı heç bir xəsarət almamışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verən zaman hava tutqun, yol asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman narkotik vasitənin təsiri altında sərxoş vəziyətdə və tək olmuşdur. Hadisədən 3 gün əvvəl narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. Hadisədən sonra onu müayinə etdikdə narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs son sözündə xəstə olduğundan əvvəlki məhkəmə iclaslarında iştirak etmədiyini bildirərək məhkəmədən ona kömək edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qala qəsəbəsindən Günəşli qəsəbəsinə gedərkən 104 saylı avtobusda əli yoğun durbanın içinə girərək qırılmışdır. O, avtobusda qabaq oturacaqda oturmuşdur. Yanında anası və qardaşı da olmuşdur. Həmin gün əli şişdiyindən xəstəxanaya getmişlər, orada əlinin qırıldığı deyilmiş, əlinə sarğı qoyulmuşdur. Təqsirləndirilən şəxs bu vaxt onlara maddi cəhətdən kömək etməmişdir. Hazırda əli sağalıb. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 11 radələrində o, azyaşlı uşaqları ilə birlikdə Yeni Suraxanı keçidindən 104 saylı xətt avtobusu marşrutu ilə Yeni Günəşliyə gedərkən Yeni Günəşli qəsəbəsi Ballı marketin qarşısında qarşıdan gələn avtomobil zərbə ilə 104 saylı avtobusla toqquşması nəticəsində uşaqları 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və 2018-ci il təvəllüdlü X17 xəsarət almış, hadisə yerinə gələn TTY stansiyasının avtomobili ilə onları Sabunçu xəstəxanasına aparmışlar. Orada azyaşlı övladları müayinə edildikdən sonra evə buraxılmışlar. Hadisə nəticəsində o, xəsarət almasa da, azyaşlı uşaqları xəsarət almışlar. Hazırda təsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 27 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-ni təsis edib rəsmi dövlət qeydiyyatından keçirmişdir. Həmin vaxtdan avtomobilləri gündəlik icarəyə verir. 77GH896 dövlət qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtomobil etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobili "xxxx" MMC-də icarəyə verir. 04 iyul 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs MMC-yə gəlmişdir. Ondan 21 günlük sürmək üçün avtomobil istəmişdir. O da Səxavətin sənədlərini yoxlayıb qaydasında olduğunu görmüşdür. Buna görə də müqavilə və yol vərəqəsi hazırlayıb ona təqdim etmişdir. Səxavət avtomobili götürüb getmişdir. 06 iyul 2023-cü il tarixdə günorta saatlarında Səxavət ona zəng edib avtoqəza etdiyini demişdir. O da həmin hadisə yerinə getmişdir. Orada olarkən Səxavətin avtoqəza etdiyini öyrənmişdir. Sonradan avtomobili yoxlatdıqda 4850 manat ziyanın olduğunu müəyyən etmişdir. Hadisə nəticəsində 77GH896 dövlət qeydiyyat nişanlı, Hyundai Elantra narkalı avtomobilin zədələnməsinə görə ona maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Niyaltaksi MMC-nin direktoru işləyir. MMC-ni özü təsis edib qeydiyyatdan keçirmişdir. Onun etibarnamə əsasında özünə məxsus 99FA735 dövlət qeydiyyat nişanlı, Kia Rio markalı avtomobili vardır. Həmin avtomobili etibarnamə və Bİ, B kateqoriyalı, BB 131771 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin avtomobili rəhbəri olduğu MMC-də taksi kimi icarəyə vermişdir. Avtomobili Şahid5 idarə edir. 06 iyul 2023-cü il tarixdə saat 13 radələrində Şahid5 ona zəng edib avtomobillə qəza etdiyini demişdir. O, hadisə zamanı orada olmamışdır. Lakin avtomobili idarə edən Şahid5 avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Həmin avtomobil üçün etibarnaməni Mikayıla o vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ildən BUS TRANS MMC-də sürücü işləyir. 06 iyul 2023-cü il tarixdə səhər 05:00-da şirkətin həkim müayinəsindən keçib 05:30-da idarə etdiyi **-NE-*** qeydiyyat nişanlı 104 nömrəli İsuzu-Saz mikro avtobusu ilə işə başlamışdır. 06 iyul 2023cü il tarixdə saat təxminən 11:30 radələrində X21 marketin qarşısında hərəkətdə olan zaman, hərəkət istiqamətinin yəni əks yolla hərəkət edən qara rəngli Hyundai Elantra markalı avtomobil onun idarə etdiyi avtobusun sol ön hissəsinə çırpılmış və sonra idarə etməni itirdikdən sonra əks yolla hərəkət edən ağ rəngli KİA markalı avtomobilə çırpılmışdır. Hadisədən dərhal sonra qəza yerinə X22 stansiyasının həkim heyəti gəlmiş, xəsarət alanları dərhal 3 saylı şəhər xəstəxanasına aparmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Avtobusu idarə etmək üçün bütün lazımi sənədlər qaydasında olmuşdur. Avtobus texniki cəhətdən saz vəziyyətdə və yüklü olmuşdur. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü və quru olmuşdur. Avtobusu idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. O, qarşıdan gələn avtomobili 5-10 metr məsafədən görmüş, lakin ara məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, KİA RİO markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə sürüb, taksi fəaliyyət ilə məşğul olur və ailəsini dolandırır. 06 iyul 2023-cü il tarixdə təxminən saat 11:10 radələrində Zığ qəsəbəsindən Yeni Günəşli qəsəbəsinə Uber taksi şirkətindən gələn sifarişi qəbul edib, sərnişini avtomobilinə əyləşdirib yoluna davam etmişdir. Hərəkətdə olduğu zaman Yeni Günəşli qəsəbəsində yerləşən Ballı marketin yaxınlığında HYUNDAİ ELANTRA markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil onun idarə etdiyi avtomobillə paralel hərəkətdə olan avtobusa çırpılmış, daha sonra onun avtomobilinin sol tərəfindən çırpılaraq, avtomobilin sağ arxa qapısı partlamış, sol arxa təkər çırılmış və buferə zədə yetirmişdir. Hadisə zamanı o və avtomobildə əyləşən sərnişin xəsarət almamışdır. Hadisə baş verən zaman avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində o, Yeni Suraxanı keçidindən 104 saylı xətt avtobus marşrutu ilə Yeni Günəşli qəsəbəsinə gedərkən Yeni Günəşli qəsəbəsi Ballı marketin qarşısında qarşıdan gələn avtomobilin zərbə ilə 104 saylı avtobusla toqquşması nəticəsində sağ dizindən və sol qol nahiyəsindən xəsarət almış, polis əməkdaşlarının köməkliyi ilə hadisə yerinə gələn TTY stansiyasının avtomobili ilə onu Sabunçu xəstəxanasına aparmış, orada onu tam müayinə etdikdən sonra ilkin tibbi yardım göstərib evə buraxmışlar. Hadisə nəticəsində o xəsarət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Ballı marketin yaxınlığıdır. Yolun işlək hissəsi düz, yol asfalt örtüklü və qurudur. Hadisə baş verdiyi yerdə yolun ümumi hərəkət hissəsinin cəmi eni 16 metr, hər bir hərəkət yolunun eni isə 4 metrdir və həmin yolda heç bir nişanlama xətti, yol nişanı və işıqlandırma yoxdur. Yolnəqliyyat hadisəsinin sxemi, “İsuzu Saz” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı 104 saylı sərnişin avtobusu, “Kia Rio” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Elantra” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 7-11); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 1/3817 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akta əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı narkotik sərxoşluq vəziyyətində olmuş, onda OPİ (+), MOP (+), MDMA (+), AMP (+) aşkar olunmuşdur (i.v. 14); xx.xx.2023-cü il tarixli yol vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixə saat 10:00-dək icarəyə verilmişdir (i.v. 17); X28 tərəfndən verilən xx.xx.2023-cü il tarixli ilkin qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4850 manat məbləğində ziyan dəymişdir; "xxxx" MMC tərəfindən verilən yol vərəqəsindən görünür ki, Şahid3 104 saylı abtobus ilə 01 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan sərnişin daşıması üçün yol vərəqəsi verilmişdir. Avtobus texniki baxışdan keçmiş və xəttə çıxma icazəsi verilmişdir (i.v. 22); Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 tərəfindən tərtib olunan canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 590 nömrəli rəyindən görünür ki, azyaşlı X13 müəyyən edilmiş xəsarət – burunun yumşaq toxumasının qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtobusun digər avtomaşınlarla toqquşması nəticəsində törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v. 40-41); Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X24 tərəfindən tərtib olunan canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 589 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər - sağ əlin V daraq sümüyünün qapalı yerdəyişməyən sınığı və həmin səviyyədə yumşaq toxumanın hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtobusun avtomaşınlarla vurması nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 42-43); Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 8/2382 nömrəli rəyindən görünür ki, Hyundai Elantra markalı, 77GN896 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü S.İ.X14 markalı avtomobili narkotik vasitələrdən istifadə etməklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İsuzu Saz markalı, 90NE525 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Kia Rio markalı, 99FA735 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (i.v. 48-51); Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili Nazirliyinin BDYPİ-nin X5 məlumatına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olan AC387860 nömrəli sürücülük vəsiqəsi xx.xx.2020-ci ildən xx.xx.2030-cu ilədək qüvvədədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin X6 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair müvafiq qeydlər aparılmamışdır (i.v. 66-67); AZ-İİİ seriyalı, 213884 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü il tarixdə doğulmuşdur. X9 və X4r (i.v. 70); zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs anası X1 Minəxanım Musa qızının qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 72-74); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı, sedan tipli, ağ rəngli, 99FA735 dövlət qediyyat nişanlı, «KİA RİO» minik markalı avtomobil X3 mülkiyyətindədir, xx.xx.2013-cü il tarixdə xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə xx.xx.2033-cü il tarixədək Şahid1 etibarnamə əsasında verilmişdir (i.v. 25; 82-83); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2016-cı il buraxılışlı, sedan tipli, qara metallik rəngli, 77GH896 dövlət qediyyat nişanlı, «Hyundaı Elantra» minik markalı avtomobil X10 mülkiyyətindədir, xx.xx.2023-cü il tarixdə xx.xx.2028ci il tarixədək "xxxx" MMC-yə etibarnamə əsasında verilmişdir. Vəsiqənin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Şahid2dur (i.v. 88-90); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 106-107); ittiham elan etmək üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət cinayət işinin icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və ********* nömrəli cinayət işinin icraatı AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 109); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində tutulmuşdur (i.v. 112); cinayət işinin icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 113); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 137-139); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 140-141); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən təqsirli bilinib 06 ay azadlığın məhdudlaşdırılması və 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə həmin cəza Xətai Rayon Məhkəməsi tərəfindən dəyişdirilərək 01 ay 05 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir (i.v. 143-145); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, «Hyundai Elantra» minik markalı, 77GH896 dövlət qediyyat nişanlı avtomobil, «Kia Rio» minik markalı, 99FA735 dövlət qediyyat nişanlı avtomobil və “İsuzu Saz” markalı, 90NE525 dövlət qediyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır (i.v. 146-155); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həbsdə saxlanılma müddəti cinayət işi üzrə yekun qərar qəbul edilənə qədər müəyyən edilməsi, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış «Hyundai Elantra» minik markalı, 77GH896 dövlət qediyyat nişanlı avtomobil, «Kia Rio» minik markalı, 99FA735 dövlət qediyyat nişanlı avtomobil və “İsuzu Saz” markalı, 90NE525 dövlət qediyyat nişanlı avtobusun sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 85 (səksən beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Hyundai Elantra» minik markalı, 77GH896 dövlət qediyyat nişanlı avtomobil, «Kia Rio» minik markalı, 99FA735 dövlət qediyyat nişanlı avtomobil və “İsuzu Saz” markalı, 90NE525 dövlət qediyyat nişanlı avtobusun sahiblərinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-23/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-23/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver