Məhkəmə qərarları › İş №1(010)-230/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-230/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-230/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 05 avqust 1968-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvəllər məhkum olunmamış, Bərdə rayonunun Kələntərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 16 nömrəli evin 14 nömrəli mənzilində yaşayan barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 16 nömrəli evin 14 nömrəli mənzilində arvadı Zərərçəkmiş şəxs ona, içki içdiyinə və evə baxmadığına görə irad bildirməsi səbəbindən aralarında ailəməişət zəminində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya başın ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1993-cü ildə ailə həyatı qurmuş, 1997-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. 02 iyul 2021-ci il tarixdə, təxminən saat 22 radələrində yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Növbəti gün, yəni 03 iyul 2021-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evdə olduğu zaman arvadı Tamilə içki içdiyinə və evə baxmadığına görə ona irad tutmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt əsəbləşərək arvadı Tamiləni söyüb təhqir etmiş, daha sonra əli ilə onun baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1993-cü ildə ailə həyatı qurmuş, 1997-ci ildə isə rəsmi nikaha daxil olmuşlar. 02 iyul 2021-ci il tarixdə, təxminən saat 22 radələrində əri İlham yaşadıqları evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Növbəti gün, yəni 03 iyul 2021-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadıqları evdə olduqları zaman içki içdiyinə və evə baxmadığına görə İlhama iradını bildirmiş, sonuncu isə onu əxlaqsızlıqda ittiham edərək, ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbədən aralarında mübahisələri yaranmış, mübahisə zamanı əri İlham əli ilə onun baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş canlı şəxsin ekspertizasının 03 iyul 2021ci il tarixli, 685 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – başın ənsə nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, 03 iyul 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar