Məhkəmə qərarları › İş №1(010)-230/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-230/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-230/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 12 iyul 2023-cü il tarixdə, saat 10:30-da, Bakı şəhərində, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç bir yerdı işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 05 fevral 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2i ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsi ünvanında yaşayan, 04 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncularla əvvəlcədən razılaşmalarına əsasən 25 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ünvan 4 ünvanda yerləşən “Al Market” mağazasının binasının qarşısına getmiş, Təqsirləndirilən şəxs2 təhlükə yaranan halda xəbər vermək məqsədilə binanın yaxınlığında dayanaraq gözləmiş, o isə Şahid1 “AL Market” mağazasının giriş qapısında olan qıfılı özü ilə apardığı təmir aləti ilə sındırdıqdan sonra birlikdə qanunsuz daxil olaraq mağazadakı saxlanc yeri hesab olunan kassasında 3980 manat nağd pul olan Zərərçəkmiş şəxs MMC-yə məxsus 2326 manat dəyərindəki İD- 1120 saylı “E-manat” ödəmə terminalını oğurlayaraq mağazadan çıxardıqdan sonra o, Təqsirləndirilən şəxs2 və Şahid1la birlikdə həmin ödəmə terminalı mağazanın yaxınlığındakı boşluq əraziyə apararaq sındırmaqla aparatın kassasında olan 3980 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdarda yəni, 6306 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Şahid1 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncularla əvvəlcədən razılaşmalarına əsasən 25 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ünvan 5 ünvanda yerləşən “Al Market” mağazasının binasının qarşısında gedərək təhlükə yaranan halda digərlərinə xəbər vermək məqsədilə özü binanın yaxınlığında dayanaraq gözləmiş, Şahid1 “AL Market” mağazasının giriş qapısında olan qıfılı özü ilə apardığı təmir aləti ilə sındırdıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz daxil olaraq mağazadakı saxlanc yeri hesab olunan kassasında 3980 manat nağd pul olan Zərərçəkmiş şəxs MMC-yə məxsus 2326 manat dəyərindəki İD-1120 saylı “E-manat” ödəmə terminalını oğurlayaraq mağazadan çıxardıqdan sonra onunla birlikdə həmin ödəmə terminalı mağazanın yaxınlığındakı boşluq əraziyə apararaq sındırmaqla aparatın kassasında olan 3980 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdarda yəni, 6306 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 25 noyabr 2021-ci il tarixdə, gecə saat 02:00 radələrində yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** mobil telefonun vatsapına xalası oğlu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun vatsapı ilə səsli SMS gəlmişdir. Onunla əvvəlcə xalası oğlu Təqsirləndirilən şəxs2 danışmış, sonra isə həmin telefonla onunla qonşuluqda yaşayan, yoldaşlıq münasibəti olan Şahid1 danışmağa başlamışdır. Daha sonra Elnur ona olduqları yeri deyərək onu da həmin yerə çağırmışdır. O, həmin yerə gedib xalası oğlu Təqsirləndirilən şəxs2 və tanışı Şahid1 ilə həmin yerdə görüşmüşdür. Şahid1 ona “Al” marketdə olan “E-Manat” ödəniş terminalını oğurlamaq istədiyini bildirərək oğurluqda iştirak etməyə çağırmışdır. O, əvvəlcə qorxub razı olmasa da, sonradan razılaşmışdır. Bundan sonra Şahid1 mağazaya yaxınlaşanda geyinmələri üçün Farizə bir cüt tibbi əlcək və bir ədəd tibbi maska, ona isə bir ədəd qara rəngli maskalı papaq və bir cür tibbi əlcək vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Şahid1 birlikdə təxminən piyada 2-3 km gedərək sonuncunun dediyi Samir Əliyev küçəsində yerləşən “Al” marketin qarşısına çatmışlar. Marketə çatdıqda saat təxminən 03 radələri olmuşdur. Ətrafa baxıb, kimsənin olmadığına əmin olduqdan sonra kiminsə gələcəyi təqdirdə məlumat verməsi üçün marketin qarşısında qaranlıq bir yerdə dayanmışdır. Onunla Elnur isə marketin giriş qapısına yaxınlaşmışlar. “Al” marketin qapısı plasmas materialdan olmaqla, metal zəncirlə bağlanmış və üzərində asma qıfıl olmuşdur. Elnur özü ilə apardığı və əynindəki gödəkcənin altında gizlətdiyi mismar çıxaran linglə qapıdan asılmış dəmir zənciri burub sındırmış və birlikdə içəri daxil olmuşlar. Marketin içərisində olan bir ədəd ödəniş terminalının naqilini cərəyandan ayıraraq marketdən çıxarıb oradan uzaqlaşmışlar. Fariz də onların arxasınca getmiş, sonra terminalı daşımaqda onlara kömək etmişdir. Birlikdə ödəniş aparatını marketdən təxminən 200-300 metr məsafədə olan təpənin aşağısına aparmışlar. O Farizlə hərəsi bir yanda dayanmaq gözətçilik etmiş, Elnur isə aparatın yanında qalmışdır. O, dayandığı yerdən Elnurun özündə apardığı mismarçıxaran linglə aparatı sökərək kassasını çıxardığını görmüşdür. Sonra Elnur ona tərəf gəlmiş və Farizi də yanlarına çağırmışlar. Daha sonra birlikdə oradan uzaqlaşaraq yaşadıqları yerə tərəf getməyə getmişlər. Yolda gedərkən Şahid1 işin az bir hissəsinə köməklik etdiyi üçün sayaraq Farizə 350 manat vermişdir. Bundan sonra yaşadıqları məhəlləyə getmiş, Fariz onlardan uzaqlaşdıqdan sonra Elnur ona kassada cəmi 3350 manat olduğunu deyərək, Farizə 350 manat verdikdən sonra qalan 3000 manat pulun 1500 manatını ona vermişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs MMC-yə vurduqları zərərin 2102 (iki min yüz iki) manat hissəsini ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər Sabunçu rayonu, Sabunçu vağzalı ərazisində icarəyə götürdüyü yerdə bərbərliklə məşğul olmuşdur. 25 noyabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı evdə olarkən onunla bir məhəllədə yaşayan və aralarında dostluq münasibətləri olan Şahid1 onun istifadəsində ***-***-**-** nömrəli mobil telefonunun vatsapına anasının adına olan lakin həmin vaxtı özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin vatsapı ilə sms göndərərək, olduğu yeri bildirib onu həmin yerə çağırmışdır. O da Elnurun dediyi yerə yəni, yaşadığı evdən təxminən bir km məsəfədə olan yerə gedib sonuncu ilə görüşmüşdür. Söhbət Elnur ona Suraxanı rayonu Samir Əliyev küçəsində yerləşən “Al” marketin içərisindən “E-manat” ödəniş terminalını oğurlamaq istədiyini bildirərək birlikdə getməyi təklif etmişdir. O, əvvəlcə qorxduğundan etiraz etmişdir. Lakin Elnur burada qorxulu bir şeyin olmadığını, onun ancaq marketin qarşısında dayanıb ətrafa baxacağını, gələn olarsa xəbər verəcəyini demişdir. Bundan sonra o, razılaşmışdır. Daha sonra Elnur daha bir nəfər də, lazım olduğunu bildirmişdir. Sonra onun üzərində olan ***-***-**-** nömrəli mobil telefonla vatsapla onun xalası oğlu Təqsirləndirilən şəxs1 mobil telefonunu vatsapına sms göndərək olduğu yerə çağırmışdır. Təqsirləndirilən şəxs1 bir az sonra onların yanına gəlmişdir. Şahid1 Sənana da qeyd etdiyi marketdə olan “E-Manat” ödəniş terminalını oğurlamaq istədiyini bildirərək həmin oğurluqda onlarla birlikdə iştirak etməyə çağırmışdır. Sənan əvvəlcə razı olmasa da sonradan razılaşmışdır. Bundan sonra Şahid1 mağazaya yaxınlaşanda geyinmək üçün ona bir cüt tibbi əlcək və bir ədəd tibbi maska, xalası oğlu Sənana isə bir ədəd qara rəngli maskalı papaq və bir cür tibbi əlcək vermişdir. Bundan sonra onlar piyada 2-3 km gedərək həmin marketin qarşısına çatmışlar. Həmin vaxtı saat 03 radələri olmuşdur. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra gələn olarsa digərlərinə xəbər verməsi üçün marketin qarşısında qaranlıq bir yerdə dayanmışdır. Sənanla Elnur isə marketin giriş qapısına yaxınlaşmışlar. Marketin qapısı plasmast materialdan olmaqla, zəncir və asma qıfılla bağlı olmuşdur. Elnur özü ilə apardığı və əynindəki gödəkcənin altında gizlətdiyi mismar çıxaran kiçik linglə qapıdan asılmış dəmir zənciri burub sındırmış və Sənanla birlikdə içəri daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Sənan və Elnur marketdən əllərində bir ədəd ödəniş terminalını çıxarmış və oradan uzaqlaşmışlar. O da digərlərinin arxasınca getmiş və terminalı daşımaqda onlara kömək etmişdir. Onlar həmin aparatı birlikdə təxminən 200-300 metr aralıdan olan təpənin aşağısına aparmışlar. O, Sənanla birlikdə hərəsi bir kənarda dayanmaqla gözətçilik etmiş, Elnur isə aparatın yanında qalmışdır. Bir qədər sonra Elnurun olduğu yerə tərəf yaxınlaşmı və sonuncunun terminalı sındırıldığını görmüşdür. Sonra birlikdə oradan uzaqlaşaraq, yaşadıqları yerə tərəf getməyə getmişlər. Yolda Şahid1 onun həmin işdə daha az iş gördüyünü demiş və sayaraq ona 350 manat pul vermişdir. Bundan sonra onlar yaşadıqları məhəlləyə gedib, hərə öz evinə getmişdir. Səhəri gün Sənanla yaşadığı məhəllədə görüşdükdə, Sənan ona terminalın kassasından 3000 manatdan çox pul çıxardıqlarını, ona 350 manat verdikdən sonra qalan pulu Elnurla yarı böldüklərini bildirmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs MMC-yə vurduqları zərərin 1200 (min iki yüz) manat hissəsini ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmaqla dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından etibarən ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxsndə “Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs MMC-nin ona verdiyi etibarnamə əsasında həmin MMC-ni hüquq mühafizə və digər orqanlarda təmsil edir. xx.xx.2021-ci il tarixdə gecə saatlarında ünvan 5 ünvanında yerləşən “Al” marketin plastik qapısını açaraq içəri daxil olmuş naməlum şəxslər həmin marketdə quraşdırılmış Zərərçəkmiş şəxs MMCyə məxsus bir ədəd İD-1120 saylı ödəmə terminalını oğurlamışlar. İD-1120 saylı ödəmə terminalının oğurlandığı vaxtda balans dəyəri 2326 manat olmuşdur. Eləcə də, oğurlandığı vaxtda ödəmə terminalının içərisindəki kassasında 3980 manat pul olmuşdur. Oğurluq cinayətini törətmiş şəxslər həmin terminalı istismara yarasız vəziyyətə salmışlar və bunun nəticəsində əlavə olaraq şirkətə 4335 manat maddi ziyan dəymişdir. Həmin İD-1120 saylı ödəmə terminalı oğurlandıqdan sonra onu hadisə yerindən bir qədər kənarda olan yerdə, istismara yararsız halda aşkar edib götürmüşlər. Zərərçəkmiş şəxs MMC-nin inventarizasiya komissiyasının verdiyi qüsur aktına görə həmin İD-1120 saylı “eManat” ödəmə terminalının təmir edilməsi üçün 4335 manat vəsait tələb olunmuşdur. Lakin hazırda cinayəti törətmiş şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən 2102 (iki min yüz iki) manat və Təqsirləndirilən şəxs2 tərəfindən 1200 (min iki yüz) manat xx.xx.2023-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-ə ödənilmişdir, şirkətin həmin şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən bir ildir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 31 ünvanında yerləşən “Al Market” ərzaq mağazasının müdiri vəzifəsində işləyir. Mağaza hər gün səhər saat 08 radələrində açılır və təxminən gecə saat 22 radələrinədək işləyir. Adətən mağazanı səhərlər o, özü açır və axşam iş vaxtı qutarandan sonra bağlayır. Mağazanın giriş-çıxış qapısı plasmast materialdan olmaqla və asma qıfılla bağlanır. Mağazada giriş qapısına yaxın yerdə Zərərçəkmiş şəxs MMC tərəfindən bir ədəd “e-manat” ödəmə terminalı quraşdırılmış və işlək vəziyyətdə olmuşdur. Mağazaya gələn müştərilər həmin ödəniş terminalı vasitəsi ilə müxtəlif ödənişlər etmişdir. 24 noyabr 2021 -ci il tarixdə gecə saat 22 radələrində iş vaxtı başa çatdıqdan sonra o, özü mağazanın giriş-çıxış qapısını bağlayaraq getmişdir. 25 noyabr 2021-ci il tarixdə səhər saat 08-də mağazanı açmaq üçün giriş qapısına yaxınlaşdıqda giriş qapısının açıq olduğunu və üzərində olan asma qıfılın sındırıldığını görmüşdür. İçəri girdikdə mağazada quraşdırılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus, “e- Manat” ödəmə terminalının yerində olmadığını görmüşdür. Oğurlandığını düşünərək DİNnin 102 xidmətinə zəng etmiş, sonra polis əməkdaşları gələrək mağazaya baxış keçirmişdir. Sonradan bildiyinə görə oğurlandığı anda terminalın kassasında təxminən 3400 manat nağd pul olmuşdur. Onun müdiri olduğu həmin “Al Market” mağazasından hər hansı bir mal, ərzaq, pul oğurlanmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əvvəllər Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən marketdə satıcı işləmiş, sonradan işdən çıxmışdır. İşsiz olduğundan, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər satıcı işlədiyi marketdən bir az aralıda yerləşən Suraxanı rayonu küçəsində yerləşən “Al” marketin içərisində “E-manat” ödəniş terminalı bildiyindən və həmin terminalın kassasında pul olacağını düşündüyündən həmin terminalı oğurlayıb içərisindəki pulları çıxarmaq qərarına gəlmişdir. Terminalın ağır olduğunu bildiyindən onu marketdən çıxarmaq üçün özünə kömək tapmaq istəmişdir. 25 noyabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı evdən kənarda dayanıb istifadəsində olan mobil telefonla əvvəldən tanıdığı və dostluq münasibətində olduğu, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə zəng edib sonuncunu olduğu yerə çağırmışdır. Bir az sonra Fariz həmin yerə gəlmişdir. Görüş zamanı Farizə Suraxanı rayonu Samir Əliyev küçəsində yerləşən “Al” marketin içərisindən “E-manat” ödəniş terminalını oğurlamaq istədiyini bildirərək Farizə onunla birlikdə getməyini təklif etmişdir. Fariz əvvəlcə qorxduğundan ona etiraz etmişdir. Lakin ona burada qorxulu bir şeyin olmadığını, onun ancaq marketin qarşısında dayanıb ətrafa baxacağını, gələn olarsa xəbər verəcəyini dedikdən sonra Fariz razılaşmışdır. Ancaq terminalın marketdən tək çıxara bilməyəcəyini düşünüb, daha bir nəfər lazım olduğunu demişdir. Sonra Farizdən xalası oğlu Təqsirləndirilən şəxs1 zəng etməsini istəmişdir. Fariz Sənana zəng etdikdən sonra telefonu Farizdən alaraq özü Sənanla danışmış, onu da olduqları yerə çağırmışdır. Farzin xalası oğlu Sənan bir az sonra onların yanına gəlmişdir. O Sənana “Al” marketdəki ödəmə terminalını oğurlamaq istədiklərini deyərək onlarla birlikdə getməsini istədiyini bildirmişdir. Sənan əvvəlcə razı olmasa da sonradan razılaşmışdır. Bundan sonra o, mağazaya yaxınlaşanda geyinmələri üçün Farizə bir cüt tibbi əlcək və bir ədəd tibbi maska, Sənana isə bir ədəd qara rəngli maskalı papaq və bir cür tibbi əlcək vermişdir. Marketə çatdıqda başına geyinməsi üçün özü ilə də papaqlı maska götürmüşdür. Farizə və Sənana verdiyi, əlcək və papaqları da özü ilə əvvəlcədən götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 Sultanzadə birlikdə təxminən piyada 2-3 km gedərək oğurluq etmək istədikləri oğlu və X6 küçəsində yerləşən “Al” marketin qarşısına çatmışlar. Marketə çatdıqda saat təxminən 03:00 radələri olmuşdur. Ətrafa baxıb kimsənin olmadığına əmin olduqdan sonra Fariz gəlib-gedən olarsa xəbər verməsi üçün həmin marketin qarşısında qaranlıq bir yerdə dayanmışdır. Onunla Sənan isə marketin giriş qapısına yaxınlaşmışlar. Marketin qapısı plasmast materialdan olmaqla, qapı metal zəncir və qıfılla bağlı olmuşdur. O, özü ilə apardığı və əynindəki gödəkcənin altında gizlətdiyi mismar çıxaran kiçik linglə qapıdan asılmış dəmir zənciri burub sındırmışdır. Bundan sonra onunla Sənan marketə daxil olmuşlar. Marketə girdikdən sonra o, orada quraşdırılmış ödəmə terminalının naqilini elektrik cərəyanından çıxarmışdır. Sonra isə Sənanla birlikdə həmin ödəmə terminalını marketdən çıxarmış və oradan uzaqlaşmışlar. Fariz də onların arxasınca getmiş, sonrada terminalı daşımaqda onlara kömək etmişdir. Üçlükdə terminalı marketdən təxminən 200-300 metr məsafədə olan təpənin aşağısına aparmışlar. Fariz və Sənan hərəsi bir tərəfdə dayanıb gözətçilik etməyə başlamış, o, isə əlindəki həmin mismar çıxaran alətlə ödəmə terminalının kassasını çıxarıb, içərisindəki pulları götürmüşdür. Sonra Sənana tərəf getmiş və Farizi də yanlarına çağırmışlar, birlikdə oradan uzaqlaşaraq yaşadıqları yerə tərəf getmişlər, o, yolda sayaraq Farizə 350 manat vermişdir. Həmin 350 manat pulu verəndə Farizə işin çoxunu Sənanla o özü gördüklərindən onların payına Farizin payından çox pul düşdüyünü demişdir. Bundan sonra yaşadıqları məhəlləyə getmişlər. Fariz onlardan uzaqlaşdıqdan sonra qalan pulu Sənanla bölmüşdür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, qabaq hissəsində e-Manat yazısı olan göy-narıncı rəngli ödəmə terminalının korpusunun üz hissəsinin əzildiyi, kaset-kassasın, enerji blokunun, printerinin və s. hissələrinin çıxarıldığı müəyyən edilmişdir. X5 bildirmişdir ki, həmin “e-Manat” ödəmə terminalı xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “AL” marketdən oğurlan İD- 1120 saylı terminaldır. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 04 fevral 2022-ci il tarixli və 05 mart 20222-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etdikləri ünvan 4 ünvanda yerləşən “AL” marketi və ödəniş terminalını götürdükləri yeri əyani olaraq göstərmişlər. İş materiallarında olan “Modenis“ MMC-nin 26 noyabr 2022-ci il tarixli 008/EƏ-21- 2363 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda yerləşən “AL” marketdə quraşdırılmış İD-1220 saylı ödəmə terminalının xx.xx.2021-ci il tarixə olan balans dəyəri 2326 manat təşkil etmiş, həmin tarixdə terminalda 3980 manat pul olmuş, terminalın sındırılaraq yararsız vəziyyətə salınması nəticəsində MMC-yə 4335 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamələrə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 01 ədəd İD-1220 nömrəli “E- Manat” ödəmə terminalı Zərərçəkmiş şəxs MMC-ni nümayəndəsi X4 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin 30 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 2102 (iki min yüz iki) manat və Təqsirləndirilən şəxs2 tərəfindən 1200 (min iki yüz) manat xx.xx.2023-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-ə ödənilmişdir, şirkətin həmin şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, zərərçəkmiş hüquqi şəxsə Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərərin bir qismini ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərərin bir qismini ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2022-ci il tarixli qərardan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından və 13 iyun 2022-ci il tarixli yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 13 iyun 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edildiyini, təqsirləndirilən şəxs qismində dindirilməsinin saat 14:15-də başlayaq saat 15:00-da başa çatmasını, elə həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azadlığa buraxılmasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs1 Suraxanı Rayon Polis İdarəsində olarkən barəsində sözügedən prosessual hərəkətlərin icra edildiyi müddətin ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətindən çıxılmasına zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş hüquqi şəxsə Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərərin bir qismini ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə Zərərçəkmiş şəxs MMC-yə vurduğu zərərin bir qismini ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 fevral 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2022-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-70/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından və 13 iyun 2022-ci il tarixli yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 04 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsindən həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilərək məhkəmə iclas zalından dərhal zad edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 13 iyun 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 04 fevral 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında protokoldan, 05 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan, həmin tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokoldan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-260/2022 saylı, 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 04 fevral 2022-ci tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi saat 10:00-da başlamış, 10:30-da başa çatmış, barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə verilmiş, məhkəmənin qərarı ilə dərhal məhkəmə iclas zalından azadlığa buraxılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırılması faktiki olaraq onun tutulduğu vaxtdan, yəni 05 fevral 2023-cü il saat 15:30-dan başlayaraq təqsirləndirilən şəxs qismində dindirilməsinin qurtarma vaxtı, yəni 05 fevral 2023-cü il saat 10:30-dan sonra da davam etməklə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin sonuncunun dərhal məhkəmə iclas zalından azadlığa buraxılması barədə qərarı qəbul edildikdən sonra başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 azadlığının məhdudlaşdırılması faktiki olaraq bir gündən artıq müddətdə davam etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 04 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd İD-1220 nömrəli “E-Manat” ödəmə terminalının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 04 fevral 2022-ci il tarixdən 05 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs2 təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd İD-1220 nömrəli “E-Manat” ödəmə terminalının Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar