Məhkəmə qərarları › İş №1(010)-230/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-230/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-230/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulmuş, 01 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 13 iyul 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun Ucar rayonunda yerləşən mağazasının sənədləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olan işini həll edəcəyinə yalandan vəd verib, aldadaraq 15 avqust 2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4169 7388 6771 0109 nömrəli plastik kartına göndərdiyi 1.000 manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Onlar eyni rayonda qonşu olmuşlar. O, Zərərçəkmiş şəxs məxsus Ucar rayonunda yerləşən mağazasının tikintisində usta kimi işləmişdir. Sonradan isə öz şəxsi işləri ilə bağlı olaraq Bakı şəhərinə köçmüşdür. Lakin bu müddət ərzində də Zərərçəkmiş şəxsla tez-tez telefon vasitəsilə əlaqə saxlamışdır. 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs ona zəng edərək tikdirdiyi mağazanın sənədləri ilə bağlı olaraq məhkəmədə problemləri olduğunu və Konstitusiya Məhkəməsinə şikayət etmək istədiyini bildirmişdir. Ondan orada tanışı olubolmamasını maraqlanmışdır. O, isə öz növbəsində tanışı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs sonradan zəng edərək dediyi sənədləri Konstitusiya Məhkəməsinə poçt vasitəsilə göndərməsini bildirmişdir. Bir neçə gün sonra Mirxaliq ona zəng edərək sənədləri yolladığını bildirmişdir. O, isə Zərərçəkmiş şəxs bu işdə kömək edəcəyi olan adama pul vermək lazım olduğunu deyib Zərərçəkmiş şəxs 1.000 manat pul göndərmək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs özünə məxsus olan "xxxx" 4169-7388-6771- 0109 nömrəli kartını verib Zərərçəkmiş şəxs pulu vurmasını istəmişdir. Zərərçəkmiş şəxs isə həmin karta 1.000 manat pul vurmuşdur. Lakin təxminən bir ay sonra Zərərçəkmiş şəxs ona zəng edərək işinə etiraz edildiyini bildirib ondan pulunu istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs pulunu alıb qaytaracağını bildirmişdir. Lakin həmin vaxtı o, Zərərçəkmiş şəxs götürdüyü pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan maddi imkanı olmadığına görə o, Zərərçəkmiş şəxs aldığı 1.000 manat pulu geri qaytara bilməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onlar yaşadıqları rayonda qonşu olmuşlar. Ona məxsus olan Ucar rayonunda yerləşən mağazanın tikintisində Təqsirləndirilən şəxs iştirak edərək usta kimi işləmişdir. Bir müddət idi ki, Təqsirləndirilən şəxs yaşadıqları rayondan çıxıb Bakı şəhərinə köçmüş və orada yaşamışdır. O, ara bir Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamışdır. Ona məxsus olan mağazanın sənədləri ilə bağlı olaraq problemlər yaranmış və o, bununla bağlı olaraq ona vəkil lazım olduğunu bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Bakıda yaşadığını bilib Təqsirləndirilən şəxs zəng edərək ona vəkil tapmasını Konstitusiya Məhkəməsində olan işinə köməklik etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxslə telefonda danışan zaman Təqsirləndirilən şəxs ona “Adəm” adlı vəkil tanışının olduğunu, nə işi varsa “Adəm” ona köməklik edəcəyini bildirmişdir. O, Elgünün dediklərinə inanmış və hətta yanında tanımadığı şəxslə ona danışdırıb “Adəm” olduğunu bildirmişdir. Bundan sonra o, Elgünün dedikləri ilə razılaşmışdır. Elgün ona “Adəmi” vəkil kimi tutmaq üçün pul ödənişi etmək lazım olduğunu bildirmişdir. O, Elgünün dediklərinə inanmış və Elgünün ona yolladığı "xxxx" ASC-yə məxsus 4169-7388-6771-0109 nömrəli bank kartına qardaşına məxsus “Leo Bank” kart hesabından 15 avqust 2024-cü il tarixdə 1.000 manat pul köçürməsi etmişdir. Bundan sonra Elgün ondan sənədlərini tələb etmişdir. O, da “Vhatsapp” vasitəsilə sənədlərin şəklini Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə yollamışdır. Elgün sənədlərə baxıb həll edə biləcəyini bildirmişdir. Sonradan isə ona Konstitusiya Məhkəməsində olan işinə imtina edildiyi bildirilmiş, bundan sonra o, Elgünə zəng edib işinə imtina edildiyini bildirib Təqsirləndirilən şəxs verdiyi pulu tələb etmişdir. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirib pulunu verməkdən imtina etmişdir. O, bununla bağlı olaraq polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs bu günə kimi ona dəymiş ziyanı ödəməmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs Ucar rayonunda özünə məxsus mağazası var. Həmin mağazanın sənədlərində problem olduğu üçün qardaşına vəkil lazım olmuşdur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onlar yaşadıqları rayonda qonşu olmuşlar. Elgün qardaşının mağazasında tikintidə iştirak edərək usta kimi işləmişdir. Bİr müddət sonra Təqsirləndirilən şəxs yaşadıqları rayondan çıxıb Bakı şəhərinə köçmüş və orada yaşamışdır. Qardaşı ara bir Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamışdır. Qardaşına məxsus olan mağazanın sənədləri ilə bağlı olaraq problemlər yarandığından və qardaşına bununla bağlı olaraq vəkil lazım olduğundan, Təqsirləndirilən şəxs Bakıda yaşadığını bilib zəng edərək vəkil tapmasını və Konstitusiya Məhkəməsində olan işinə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Elgün qardaşına tanış vəkili olduğunu və məhkəmədə işinin həlli üçün 1.000 manat pul lazım olduğunu demişdir. Buna görə də qardaşı Mirxaliqin bank kartında pulu olmadığından, qardaşı ona 1.000 manat pul nəğd olaraq verib o, da özünə məxsus olan “Leobank”a məxsus plastik kartından 1.000 manat pulu Elgünün onlara göndərdiyi "xxxx"a məxsus 4169-7388-6771-0109 nömrəli bank kartına köçürmüşdür. Bir müddət sonra ona məlum olmuşdur ki, qardaşına Konstitusiya Məhkəməsində olan işinə imtina edilmişdir. Bundan sonra qardaşı Elgünə zəng edib işinə imtina edildiyini bildirib verdiyi pulu tələb etmiş, lakin Elgün pulu geri qaytarmamışdır. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçılarının ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını də sübut növü kimi qəbul edir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü ildə tutulmuşdur. İş materillarında olan qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 01 fevral 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokolundan görünür ki, Əliyev X1 Əliyev adına X2 13 iyul 2024-cü ildə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi” barədə 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312, 178.2.1 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddələr ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2007-ci il təvəllüdlü X4, 07 avqust 2009-cu il təvəllüdlü X3 və 12 iyun 2021-ci il təvəllüdlü X5 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olaraq səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 13 iyul 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (onz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 yanvar– 01 fevral 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 13 iyul 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (onz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar