Məhkəmə qərarları › İş №1(010)-231/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-231/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-231/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində istintaqa məlum olmayan Ramiz adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,352 qram, 1,759 qram, 2,376 qram, 2,195 qram, 1,575 qram və 2,125 qram olmaqla, ümumi təmiz çəkisi 11,382 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 400 manata əldə edərək saxlamaqla üzərində daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 07 aprel 2021-ci il tarixdə saat 14:15-də Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 128 saylı poçt şöbəsinin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol ön cibindən 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,352 qram, 1,759 qram, 2,376 qram, 2,195 qram, 1,575 qram və 2,125 qram olmaqla ümumi təmiz çəkisi 11,382 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Bununla da, təqsirləndirilən şəxs Zeynalov X3 Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 07 aprel 2021-ci il tarixdə saat 14:15 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi 128 saylı poçtun yaxınlığında olarkən, 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdikdə, o, özünü təqdim etmiş, sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildikdə, o, buna heç bir etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş və burada onun üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl o, polis əməkdaşları tərəfindən döyülmüş və ona bildirilmişdir ki, ona təqdim olunan narkotik vasitə olan marixuananın ona məxsus olduğunu etiraf etmədiyi halda, ona daha ağır ittiham veriləcəkdir. O, ağır ittihamdan yayınmaq məqsədilə bununla razılaşmışdır. Daha sonra müvafiəçi dəvət edilmiş və polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq əskinaz və şəxsiyyət vəsiqəsini, sağ arxa cibindən qara rəngli “Samsung A 21” markalı telefonu, sol ön cibindən ona məxsus olmayan, polis əməkdaşları tərəfindən baxışdan əvvəl ona təqdim edilmiş 06 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 06 ədəd kağız bükümdə olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanm üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 41 manat pul onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və “Samsung A 21” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitə satan deyildir, ancaq ondan istifadə edir. Həbs olunana kimi o, ailəsi ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş və fərdi əməklə məşğul olub, ailəsini dolandırmışdır.Əvvəllər oğurluq etdiyinə görə Qaradağ rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə məhkum edilmiş və 2018-ci ilin mart ayında azadlığa buraxılmışdır. Narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Təxminən 2021-ci ilin fevral ayında narkotik vasitə almaq üçün adam axtarırmış və həmin ərəfələrdə Bak şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Ramiz adlı şəxslə tanış olmuş və Ramizlə söhbət zamanı, Ramiz ona narkotik vasitə satdığını bildirmişdir. Buna görə də o, Ramizdən 400 manatlıq narkotik vasitə nəşə istəmişdir. Həmin Ramiz adlı şəxs də ona pulunu verəcəyi təqdirdə, həmin narkotik vasitəni verə biləcəyini bildirmişdir. O, Ramizə pulu verəndən sonra Ramiz ona 6 bükümdə narkotik vasitə nəşəni vermişdir. Həmin 6 bükümdə nəşəni götrürüb üzərində saxlamış, imkan olduqca, həmin bükümlərdə olan nəşədən istifadə etmiş və ehtiyyat etdiyi üçün heç yanda gizlətməmiş və üstündə gəzdirmişdir.07 aprel 2021-ci il tarixdə saat 14:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi 128 saylı poçtun yaxınlığında olarkən, 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdikdə o, özünü təqdim etmiş, sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu ona bildirib, onun barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda onun üzərində narkotik vasitə marixuana var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, o, buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən onun özünə məxsus 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq əskinaz və şəxsiyyət vəsiqəsini, sağ arxa cibindən qara rəngli “Samsung A 21” markalı telefonu, sol ön cibindən 06 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 06 ədəd kağız bükümün içində narkotik vasitə marixuana olduğunu polislərə bildirmiş və həmin kağız bükümlər tərəflərin iştirakı ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 06 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı 2 ay əvvəl Ramana qəsəbəsi ərazisində tanımadığı “Ramiz” adlı şəxsdən öz istifadəsi üçün 400 manata aldığını demişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 06 ədəd kağız bükümdə olan narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanm üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 41 manat pul onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və “Samsung A 21” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmur, ancaq özü istifadə məqsədi ilə əldə etmişdir. Onun narkotik vasitə qurudulmuş marixuana əldə etməsində ailə üzvlərininvə ya başqa şəxslərin məlumatı olmamışdır. BMJMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri davam etdirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 128 saylı poçt şöbəsinin yaxınlığında olduğunu öyrəndikləri üçün, həmin ünvana gəlmişlər. 07 aprel 2021-ci il tarixdə saat 14:15 radələrində bir nəfər şəxsin həmin yerin yaxınlığında olduğunu görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən, həmin şəxsi onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, Təqsirləndirilən şəxs da etiraz etmədiyi üçün, onu BMCMİ-yə gətirmişlər. BMCMİ-də Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarışa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən pul vəsaitini və şəxsiyyət vəsiqəsini, sağ arxa cibindən qara rəngli telefonu, habelə sol ön cibindən 06 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung A21” markalı olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Təqdim olunan şəxsiyyət vəsiqəsinə baxdıqda, onun Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildikdə 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq əskinaz olduğu müəyyən edilməklə, pullar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra 06 ədəd bükümə baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan marixuana olduğunu və 2 ay əvvəl Ramana qəsəbəsi ərazisindən tanımadığı “Ramiz” adlı şəxsdən 400 manata aldığını demişdir. Bükümlərə baxış zamanı kağız bükülü halda olmaqla, içində narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi araşdırma zərurəti ilə bağlı olaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilməklə ucadan oxunduqdan sonra o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri davam etdirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 128 saylı poçt şöbəsinin yaxınlığında olduğunu öyrəndikləri üçün, həmin ünvana gəlmişlər. 07 aprel 2021-ci il tarixdə saat 14:15 radələrində bir nəfər şəxsin həmin yerin yaxınlığında olduğunu görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən, həmin şəxsi onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, Təqsirləndirilən şəxs da etiraz etmədiyi üçün, onu BMCMİ-yə gətirmişlər. BMCMİ-də Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarışa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən pul vəsaitini və şəxsiyyət vəsiqəsini, sağ arxa cibindən qara rəngli telefonu, habelə sol ön cibindən 06 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung A21” markalı olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Təqdim olunan şəxsiyyət vəsiqəsinə baxdıqda, onun Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildikdə 3 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq əskinaz olduğu müəyyən edilməklə, pullar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra 06 ədəd bükümə baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan marixuana olduğunu və 2 ay əvvəl Ramana qəsəbəsi ərazisindən tanımadığı “Ramiz” adlı şəxsdən 400 manata aldığını demişdir. Bükümlərə baxış zamanı kağız bükülü halda olmaqla, içində narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddələr müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi araşdırma zərurəti ilə bağlı olaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilməklə ucadan oxunduqdan sonra o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və saxlanıldıqdan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İş materiallarında olan 7 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rüstəm Diniyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 8 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 9 aprel 2021-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmışdır. 16 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Mahir Gülməmmədli tərəfindən qəbul edilmiş qərarla Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ərazi adiyyəti üzrə Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. 30 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması ilə bağlı cinayət işi Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cavid İskəndərovun icraatına qəbul edilmişdir. 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 08 aprel 2021-ci il tarixli 7/327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən....” yazısı olan kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,352 qram, 1,759 qram, 2,376 qram, 2,195 qram, 1,575 qram, 2,125 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 11,382 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 14.06.2021-ci il tarixli 1893 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 08 dekabr 2016-ji il tarixli hökmü ilə AR JM-nin 177.2.1-ji və 177.2.2-ji maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə jəzasına məhkum edilmiş, 19 mart 2019-ju il tarixdə jəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayətdir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”04 mart 2011-ji il tarixli Qərarının 9-ju bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün, yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının müddəalarına əsasən JM-nin 234.2-ji maddəsinin dispozisiyası şəxsin narkotik vasitələrin təkcə satmasını deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsini və ya saxlamasını nəzərdə tutur. Təqsirləndirilən şəxs tərəfindən 400 manat dəyərində narkotik vasitəni əldə edərək, onların hamısını xırda bağlamalara bükərək özündə saxlaması bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə və ya saxlamasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs JM-nin 234.2-ji maddəsində nəzərdə tutulmuş jinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini ümumiyyətlə törətmədiyini, üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilən təqsirləndirilən şəxs özünü JM-nin 234.2-ji maddəsi ilə təqsirli bilməsə də, üzərində aşkar olunmuş narkotik narkotik vasitənin ona məxsus olduğunu və onun əldə edilməsinin mənbəyi barəsində ifadə vermiş, bu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini qeyd etmişdir. Məhkəmə ijlasında ifadə vermiş şahidlər ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ekspert tədqiqatından qalıq qalan 11,082 qram hissəsi məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, AR DİN Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında qurudulmuş marixuananın ekspert tədqiqatından qalıq qalan 11,082 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar