Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-231/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, natamam-orta təhsilli, əvvəllər 5 dəfə olmaqla sonuncu dəfə Göyçay rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 2 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonunda kirayəşin yaşamış, 15 fevral 2022-ci il tarixdə barəsində əvvəli 13 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sonuncu dəfə Göyçay rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 2 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, 11 fevral 2022-ci il tarixində saat 21:00 radələrində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama niyyətilə Zərərçəkmiş şəxs məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində nömrəsiz ünvanında yerləşən fərdi yaşayış evinin hasarından yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özü ilə gətirmiş olduğu vintaçanla açmaq yolu ilə mənzilə qanunsuz daxil olub, yataq otağından dəyəri 5,00 manat olan pul kisəsini, həmin pul kisəsinin içərisində 201 manat pulu. 1 ədəd, dəyəri 10,00 manat olan Azərbaycan Beynəlxalq banka məxsus «Tam kart»ı, 1 ədəd dəyəri 2,00 manat olan «Metro kartı»nı gizli olaraq oğurlayıb talayarkən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yaxalandığı üçün, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs ümumilikdə 218,00 manat dəyərində əmlakını oğurlamağa, yəni gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsini 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə hərbi xidmətə getmişdir. 2005-ci ildə hərbi xidmət yerini icazəsiz tərk etdiyi üçün Fizuli-Qubadlı hərbi məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 334.4-cü maddəsi ilə, 2009-cu ildə Göyçay rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1,221.2.2 və 315-ci maddələri ilə, 2015-ci ildə Göyçay rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə, sonuncu dəfə isə 2018-ci ildə Göyçay rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Sonuncu cəzasını 17 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. 18 mart 2021-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra rəsmi olaraq heç yerdə işləmədiyi üçün çörək pulu qazanmaqdan ötrü fəhləlik etməyə başlamışdır. 2007-ci ildə X3 ilə rəsmi nikaha girmiş, birgə nikahdan 2009-cu il təvəllüdlü oğlu Seydağa və 2008-ci il təvəllüdlü qızı Ruhi adlı övladları olmuşdur. X8 anadangəlmə oynaq xəstəliyi vardır və 1-ci qrup əlildir. Qeydiyyatda olduğu rayonda iş tapa bilmədiyi üçün 2021-ci ilin yanvar ayından, bu ilin yanvar ayına kimi olan müddət ərzində ailəsi ilə birlikdə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində bacısı Nazilənin evində yaşamışdır. Bakı şəhərində də müxtəlif ünvanlarda fəhləlik edərək çörək pulu qazanmışdır. 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən isə ailəsi ilə birgə Sabunçu rayon Xəstəxanasının yaxınlığında, ünvanını bilmədiyi fərdi yaşayış evində, hər ayı 150 manat olmaqla kirayəşin yaşamışdır. 10 yanvar 2022-ci ildə arvadı və uşaqları Göyçay rayonuna anasının yaşadığı evə getmişlər. 11 fevral 2022-ci il tarixdə saat 19 radələrində Sabunçu rayonunda kirayəşin yaşadığı evdən çıxaraq Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsində adını bilmədiyi kafeyə gələrək tək çay içmişdir. Kafedə yemək yeməyə pulu olmadığı üçün yaxın ərazidən oğurluq edərək pul əldə edib, həmin kafedə yemək sifariş etmək qərarına gəlmişdir. Buna görə də saat 20:45 radələrində kafedən çıxaraq piyada bir qədər məsafə qetdikdən sonra Mədən küçəsi adlanan ərazidə bir fərdi yaşayış evinin işıqlarının sönülü vəziyyətdə və pəncərələrində dəmir barmaqlıq olmağını görüb, həmin evə yaxınlaşıb, ətrafa nəzər saldıqda kimisə görməmişdir. Həyətyanı sahənin kənarları alçaq hündürlükdə daş hasar olduğu üçün maneəsiz həyətə daxil olmuşdur. Həyətə daxil olarkən yerdən iki ədəd qara rəngli iş əlcək görmüş və həmin əlcəkləri götürüb, cibinə qoyaraq evin arxa tərəfinə keçmişdir. Orada bir neçə dəqiqə gözlədikdən sonra plastik pəncərədən içəri daxil olmaq qərarına gəlmişdir. Buna görə də evin divarına söykənmiş vəziyyətdə olan taxta materialdan hazırlanmış nərdivanı götürərək pəncərənin qarşısında dayanıb, yuxarıya doğru çıxdıqdan sonra əynində olan gödəkçəsinin cibindən özü ilə gətirmiş olduğu bir ədəd göy rəngli dəstəyi olan vint açanı çıxarıb, plastik pəncərəni açaraq içəri, yəni mənzilə daxil olmuşdur. Otağa daxil olduqda içəridə heç kim olmamış və evin içərisindəki qapı da bağlı olmuşdur. Evin işıqlarını yandırmadan cibində olan və özü ilə gəlirmiş olduğu əl fənərini çıxarıb, otaqda axtarış etdikdə yatağın aşağı tərəfində kişi geyimləri olduğunu görmüşdür. Həmin geyimlərdən şalvarın cibinə baxarkən heç nə olmamışdır. Otaqda güzgülü tryumonun üzərində isə bir ədəd qara rəngli, dəri materiala oxşar olan pul qabı olduğunu görüb, içərisinə baxdıqda pul olduğunu görüb, saymadan və digər əşyalara baxmadan pul qabını götürüb, əlində saxlayaraq siyirmələrə baxmaq istəyərkən digər otaqdan ayaq səsləri gəldiyini eşitdikdə kiminsə gəldiyini bilmişdir. Buna görə evdə axtarış aparmağı dayandırmışdır. Bu zaman qapı açılmış, bir nəfər 25-30 yaşında kişi içəri daxil olmuş və onu gördükdə işığı yandırmadan uca səslə ona «sən kimsən, sən kimsən» deyə səslənmiş və üstünə doğru gəldiyini görmüşdür. Onda evin pəncərəsinə tərəf qaçaraq oradan nərdivanla tələsik həyətə düşərkən öz ehtiyatsızlığı nəticəsində ayağı büdrəyərək yerə yıxılmışdır. Yerdən ayağa qalxıb, qaçmağa davam etdikdə isə evdən götürmüş olduğu bir ədəd pul qabı əlindən ora düşmüşdür. Ev sahibi də onun arxasınca gəldiyi üçün o. pul qabını götürməyə macal tapmamış və qaçmağa davam edərək təxminən 250-300 metr məsafə qəl etmişdir ki, arxasınca gələn həmin şəxs, yəni adını polis bölməsində öyrəndiyi şəxs Pərviz onu yaxalamışdır. Ondan sonra öz ailə üzvlərini çağırmış və bir neçə nəfər şəxsdə ora gələrək ondan haradan gəldiyini və kimin vasitəsilə onların mənzilinə daxil olduğunu soruşmuşlar. O da tək olduğunu, heç bir kəsin onu göndərmədiyini bildirmişdir. Onu polisə verəcəklərini dedikdə isə onu buraxmaları üçün yalvarmış, lakin onun yalvarışlarına əhəmiyyət vermədən polisə məlumat vermişlər. Az sonra isə hadisə yerinə polis işçiləri gələrək, özlərini Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşları kimi təqdim edərək onunla şifahi sorğu apardıqda o, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Buna görə də, onu və zərərçəkmiş şəxsi polis bölməsinə dəvət edərək, orada təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin oğurluğu tək törətmiş, yanında başqa şəxs olmamışdır. İfadəsində göstərdiyi oğurluq faktından başqa oğurluq etməmişdir. İfadəsində qeyd etdiyi kimi əvvəllər törətdiyi oğurluq əməllərinə görə isə məsuliyyətə cəlb olunaraq cəzasını tam çəkmişdir. Həmin mənzilə evdə heç kimin olmağını zənn edərək yalnız pul və qızıl əşyası oğurlamaq məqsədi ilə girmişdir. Evə daxil olub, otaqda axtarış zamanı qızıl əşyası tapmamış, yalnız bir ədəd qara rəngli pul qabında pul görüb, götürmüşdür. Həmin pul qabının içərisində hər hansı bir bank kartı, digər plastik kartlar olmasını və ya sənəd olmasını görməmişdir. Sonradan 31-ci polis bölməsində məlum olmuşdur ki, pul qabının içərisində 201 manat, yəni 2 ədəd 100 manatlıq və 1 ədəd 1 manatlıq Azərbaycan əskinazı olmuşdur. Həmçinin 5 ədəd kart olmuşdur. Sənəd olması barədə isə məlumatı olmamışdır. Hadisə onun ifadəsində göstərdiyi kimi olmuş, Pərviz Mustafayevi əli ilə itələməmiş, nə də üzərinə vintaçan və ya başqa əşya tutmamışdır. O, yalnız qaçaraq oradan uzaqlaşmaq istəmiş, lakin yıxılaraq ayağından xəsarət aldığı üçün oradan qaça bilməmiş və onun tərəfindən yaxalanmışdır. Həmin hadisə yerində yaxalanarkən vətəndaşlar tərəfindən və ya polis işçiləri tərəfindən orada, həmçinin polis bölməsində ona qarşı hər hansı bir fiziki güc və ya psixoloji təsir göstərilməmişdir. Hadisə yerindən qaçmaq istəyərkən öz ehtiyatsızlığı nəticəsində yıxılaraq diz nahiyəsindən xəsarət almışdır. Bununla bağlı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində ünvansız fərdi yaşayış evində valideyinləri və arvadı ilə birgə yaşayır. İşi ilə əlaqədar olaraq hər gün səhər 08:00-dan axşam saat 17:00-a kimi işdə olmuş, saat 17 radələrindən 21 radələrinə kimi isə Yeni Suraxanı qəsəbəsində mağazada satıcı işləmişdir. 11 fevral 2022-ci il tarixdə saat 21 radələrində arvadı Səfurə ilə evə gələrək özünə aid yataq otağında üst geyimlərini dəyişib, əl üzünü yuduqdan sonra mətbəxə keçərək yemək yeməyə başlamışdır. Bir az sonra oturduğu yerdə üzü otağın qapısına doğru olduğu üçün otağın qapısının alt tərəfindən işıq olduğunu görmüşdür. Əvvəlcə qonşudan kiminsə pəncərədən evə işıq saldığını düşünmüşdür. Lakin sonradan yenə işıqın evin içərisində olduğunu görüb, yerindən qalxaraq həmin otağın qapısını açıb, içəri daxil olduqda bir nəfər kişi cinsindən olan şəxsi görüb, ona doğru getdikdə həmin şəxs onu görüb qaçmış və açıq pəncərədən həyətə düşmüşdür. O da həmin şəxsin ardınca pəncərədən həyətə baxdıqda orada qoymuş olduğu taxta nərdivana ilişərək yıxıldığını və yenidən ayağa qalxaraq qaçdığını görmüşdür. Həmin şəxsin arxasınca pəncərədən həyətə düşüb, təxminən 200- 300 metr qaçaraq onu küçədə yaxalamışdır. Həmin şəxs, yəni adını sonradan bildiyi Nazir adlı şəxs ondan qaçıb uzaqlaşmaq istəyən zaman özü müvazinətini itirərək yerə yıxılmışdır. O da həmin şəxsin üzərinə oturaraq sinəsindən tutaraq saxlamışdır. Qardaşı Təbriz, anası Arzuda ora gəlmişlər. Həmin vaxt pul qabının yerdə olduğunu görüb, qardaşı Təbrizə pul qabını götürməsini demişdir. Bundan sonra Naziri öz həyətinə apararaq oraya necə və kiminlə gəldiyini soruşduqda tək gəldiyini bildirmişdir. Ona bu barədə polisə məlumat verəcəyini dedikdə isə polisə şikayət etməyəcəyi təqdirdə 1000 manat pul verəcəyini bildirmişdir. O isə arvadı Səfurəyə DİN-nin «102» xidmətinə zəng edərək bu barədə məlumat verməsini demişdir. Səfurə polisə məlumat verdikdən sonra ora gələn iki nəfər polis işçiləri şifahi sorğu apararaq onu və həmin şəxsi Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət edərək orada oğurluq hadisəsi barədə ərizə yazmışdır. X7 tərəfindən pul qabına baxış zamanı 201 manat pulu, 1 ədəd «Beynalxalq Banka məxsus «Tam Kart» 1 ədəd plastik materialdan olan metro kartım, 1 ədəd plastik materialdan olan «Omid» mağazaya məxsus alış-veriş bonus kartı, 1 ədəd plastik materialdan olan «Optimal Elektroniks»ə məxsus alış-veriş bonus kartı və 1 ədəd iş vəsiqəsinin yerində olduğunu görmüşdür. Həmin pul və kartlar təhqiqatçı tərəfindən maddi sübut kimi götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra isə təhqiqatçı tərəfindən yaşadığı evə onun iştirakı ilə baxış keçirilmişdir. Onun pul qabı Təqsirləndirilən şəxs tərəfindən oğurlanarkən içərisində 2 ədəd 100 manat, 1 ədəd 1 manatdan ibarət cəmi 201 manat azərbaycanın pul əskinazı olmuş, bank kartı, 2 ədəd bonus kartı və bir ədəd metro kartının içərisində isə pul olmamışdır. Sənəd deyəndə isə iş vəsiqəsini nəzərdə tutmuşdur. Digər sənədləri oğurlanmamışdır. Oğurlanan əşyaların hamısı özünə məxsus olmuşdur. Hadisə zamanı o, otaqda ilk dəfə Naziri gördükdə sonuncunun əlində nəsə görmüş və Nazir onu gördükdə əlində olan dəqiq görmədiyi nə iləsə pəncərəyə tərəf qaçaraq pəncərədən pilləkənlə aşağı düşən zaman ayağı ilişdiyi üçün yerə yıxılmışdır. Bu zaman Nazir ayağa qalxıb qaçmağa davam etmiş və o da həmin şəxsin arxasınca qaçaraq onu tutmağa çalışmışdır. Bu vaxt küçədə arxadan onu tutub sinəsində oturmuşdur ki, qaça bilməsinə və səsinə gələn qardaşı və anası oraya gəlmişlər. O, Naziri yerdən qaldırıb həyətə gətirmiş və yoldaşına polisə yığıb xəbər verməsini demişdir. Ona məxsus olan pul kisəsi yerdə olduğu üçün də qardaşına onu götürməsini demişdir. Biraz sonra polis əməkdaşları gəldikdə isə Naziri və ona məxsus pul kisəsini polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt sonradan adını bildiyi Nazirin əlində səhv etmirsə nəsə görmüş, lakin dəqiq olaraq nə olduğunu bilməmişdir. Sonradan bilmişdir ki, otaqda Naziri ilk dəfə görən zaman onun əlində ona məxsus pul kisəsi olmuşdur. Otaq qaranlıq olduğu üçün və o, hadisənin həyəcanından onun əlindəkinin bıçaq və ya başqa hər hansı əşya olduğunu zənn elmişdir. Lakin sonradan pul kisəsini yerdə tapdıqdan sonra sonradan hadisə yerinə gəlmiş polis əməkdaşlarının şifahi sorğusundan sonra ona məlum olmuşdur ki, Nazir ona qarşı hər hansı bir zor tətbiq etməyə cəhd etməmiş və əlində yalnız ona məxsus pul kisəsi olmuşdur. Naziri saxladıqda yalnız qaçmasına mane olmaq istədiyi üçün sinəsinə oturmuş və məqsədi polis çağırıb onu polisə təhvil vermək olmuşdur. Buna görə də, Naziri vurmamış və ya xəsarət yetirməmişdir. Həmin oğurluq hadisəsi zamanı yuxarıda qeyd etdiyi pul və kartlardan başqa heç bir əşya oğurlanmamış, arvadı Şahid3 və evdəki əşyalara ziyan vurulmamışdır. Ona dəymiş əmlak ziyanı polis tərəfr toindən götürüldüyü üçün Təqsirləndirilən şəxs qarşı başqa iddia və ya tələbinin olmadığını qeyd etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Yoldaşı Arzu, digər oğlu Təbriz və gəlini Səfurə ilə birlikdə ünvan 5 ünvanda yaşayır. 11 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində evdə olan zaman oğlu Pərviz mətbəxdə yemək yeyirdi. Birdən Pərviz yerindən qalxıb öz yataq otaqlarına getdi və bir neçə saniyə sonra oğlunun səsi gəldiyi üçün o də həmin otağa girdikdə Pərviz ona evə oğru girdiyini deyib açıq olan pəncərədən həyətə düşərək qaçdı. Pəncərədən baxdıqda Pərvizdən biraz irəlidə bir oğlanın qaçdığını, Pərvizin də həmin oğlanın arxasınca qaçdığını görmüşdürlər. Onalr tez çölə çıxmış və küçəyə çıxanda Pərvizin bir nəfər cavan oğlanın üstündə oturduğunu görmüşdür. Pərviz digər oğlu Təbrizə kömək etməsini ded və həmin yerdəki oğlanı ayağa qaldırıb həyətə keçirdilər. Söhbət əsnasında evlərinə oğurluq üçün girən şəxsin adının Nazir olması məlum oldu. Pərviz yoldaşı Səfurəyə tez DİN m 102 xidmətinə zəng etməsini bildirdi. Nazir isə polisə zəng etməməyi yalvardı. Laki Səfurə polisə zəng edib hadisə barədə məlumat verərək evə çağırdı. Pərviz Nazirdən niyə oğurluğa girdiyini və kiminlə birlikdə oğurluq etdiyini soruşdu. Nazir isə tək oğurlu etdiyini dedi. Bundan sonra Pərviz yerdən öz pul kisəsini görüb Təbrizə onu götürməsini dedi və Təbriz də yerdən pul kisəsini götürdü. Biraz keçmişdi ki, polis əməkdaşları onların evə gəlib evə baxış keçirdilər və evə oğurluğa girən Naziri sorğu-sual etməyə başladılar. Daha sonra oğlu Pərviz pul kisəsini polis əməkdaşlarına verdi. Sonra polis əməkdaşla oğlu Pərvizi və evə oğurluğa girən Nazir adlı oğlanı polis bölməsinə dəvət etdilər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bununla əlaqədar cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə axşam saat 21:40 radəsində xidmətdə olduğu zaman X4 rayonu, Yeni Suraxanı qəsəbəsi. Yuxarı Mədən küçəsində yerləşən fərdi yaşayış evlərindən birində oğurluq baş verməsi və ev sahibinin oğurluq edən şəxsi qaçmaq istəyərkən tutub saxlamaları barədə məlumat verilmişdir. Hadisə barədə məlumat alan kimi dərhal əməliyyat qrupu ilə birlikdə hadisə yerinə getmişdir. Həmin ünvana çatdıqda özünü ev sahibi təqdim edən Zərərçəkmiş şəxs əli ilə tutub saxladığı bir nəfər oğlanı onlara təhvil verərək həmin oğlanın yaşadığı evin yataq otağından oğurluq edərkən gördüyünü və oğurluq edən şəxsin də onu gördüyü üçün pəncərədən qaçdığım, qaçan zaman oğurluq edən şəxsin pilləkəndən yerə yıxıldığını, ev sahibinin də arxadan qaçaraq küçədə oğurluq edən şəxsi tutub saxlayaraq həyətə gətirdiyini bildirmişdir. Evə baxış keçirdikdən sonra oğurluq etməyə cəhd edən şəxsi sorğu-sual etmişlər və özünü xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim edən oğlan həmin evə oğurluq etmək üçün gəldiyini, həmin evin həyətində olan nərdivanı divara dirəyərək əlcək geyinib özü ilə götürdüyü vintaçanla plastik pəncərəni açaraq evin yataq otağına girdiyini, bir ədəd pul kisəsini içinə baxmadan götürdüyünü, otağı «axtaran zaman ev sahibinin otağa gəlib onu gördüyünü, onun da geriyə dönüb evə daxil olduğu pəncərədən nərdivanla yerə düşən vaxt ayağının büdrəyərək yıxıldığını və ayağından xəsarət aldığını və oğurlamağa çalışdığı pul kisəsini yerə düşdüyünü, yenə ayağa qalxıb qaçan zaman küçədə ev sahibinin arxadan qaçaraq gəlib onu tutduğunu və sinəsinə oturub saxladığını, sonra həmin evdə olan başqa bir oğlanın köməkliyi ilə onu yerdən qaldırıb həyətə gətirərək həyətdə polisə zəng edib məlumat verdiklərini bildirmişdir. Orada Təqsirləndirilən şəxs oğurluq etməyə cəhd edən zaman istifadə etdiyi bir ədəd qara rəngli fanarı, bir cüt əlcəyi və bir ədəd vintaçanı polisə təqdim etmişdir. Zərərçəkmiş şəxs isə özünə məxsus olan və Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi pul kisəsini təqdim etmişdir. Həmin oğurluq etmək istəyən Təqsirləndirilən şəxs və ev sahibi olan Zərərçəkmiş şəxs 31-ci PB-nə dəvət etmişlər. 31-ci PB-də oğurluq etməyə cəhd edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi üzərində “Giorgio Armani” yazısı yazılmış qara rəngli pul kisəsinə baxış keçirdikdə isə iki ədəd 100 manatlıq və bir ədəd 1 manatlıq olmaqla cəmi 201 manat pul, 1 ədəd «Beynalxalq Banka məxsus «Tam Kart», 1 ədəd metro kartı, 1 ədəd plastik materialdan olan «Omid» mağazaya məxsus alış-veriş bonus kartı, 1 ədəd plastik materialdan olan «Optimal Elektroniks»ə məxsus alış-veriş bonus karlı və 1 ədəd iş vəsiqəsi olması müəyyən edilmişdir. Cinayət işinin 58-ci vərəqələrində olan “şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 99-100-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-84/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 13 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş (i/v 6-12) İstintaq zamanı oğurluq hadisəsinin baş verdiyi yerlərə baxış keçirilmiş, bununla bağlı protokol edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işin materiallarına əlavə edilmiş (i/v 13-14) Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir cüt əlcək, bir ədəd vint açan və bir ədəd fənəri polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş, həmin əşyalar götürülərək baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işini materiallarına əlavə edilmiş (i/v 15-16) Zərərçəkmiş şəxs tərəfindən özünə məxsus qara rəngli üzərində “Giorgio Armani” yazısı yazılmış pul kisəsini içərisindəki bir ədəd “Bakı” metro kartı, üzərində **********041 rəqəmləri olan bonus karlı, 653 nömrəli iş vəsiqəsi, **********521154 rəqəmləri yazılmış “Beynəlxalq bank”a məxsus tam kart, bir ədəd üzərində **********113441 rəqəmləri yazılmış “Optimal Classik” kartı, iki ədəd 100 manatlıq və bir ədəd 1 manatlıq pul əskinaslarını polis əməkdaşlarına təqdim etmiş, həmin pul kisəsinə və digər əşyalara baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 157-163) istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları yoxlamaq və dəqiqləşdirmək üçün onun təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 74-77) istintaq zamanı Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı tərəflər ifadələrində qeyd etdiklərini bir-birinin üzünə qarşı bildirmişlər, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 79) istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş qara rəngli üzərində “Giorgio Armani” yazısı yazılmış pul kisəsini içərisindəki bir ədəd “Bakı” metro kartı, üzərində **********041 rəqəmləri olan bonus kartı, 653 nömrəli iş vəsiqəsi, **********521154 rəqəmləri yazılmış “Beynəlxalq bank”a məxsus tam kart, bir ədəd üzərində **********113441 rəqəmləri yazılmış “Optimal Classik” kartı, iki ədəd 100 manatlıq və bir ədəd 1 manatlıq pul əskinasları ekspert rəyi alındıqdan sonra zərərçəkmiş şəxsə geri qaytarılmış, bununla bağlı qəbz tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 168-171) istintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 may 2022-ci il tarixli 9/3157 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: əsas istifadədə olmuş, normal vəziyyətdə olan, kişi üçün pul qabı - 5,00 manat; Azərbaycan Beynəlxalq banka məxsis “Tam kart” - 10 manat; ədəd bonus kartı - satışı nəzərdə tutulmayıb; 1 ədəd metro kartı - 2,00 manat; 1 ədəd “Socar”a məxsus vəsiqə kartı - satışı nəzərdə tutulmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş (i/v 172-180) istintaq zamanı cinayət işi üzrə aşkar edilmiş və məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilmiş 1 əsas istifadədə olmuş, normal vəziyyətdə olan, kişi üçün pul qab, Azərbaycan Beynəlxalq banka məxsus “Tam kart”, 2 ədəd bonus kart, 1 ədəd metro kartı və 1 ədəd “Socar”a məxsus vəsiqə kartı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmış, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və sonra polis əməkdaşlarına könüllü təqdim etdiyi bir cüt əlcək, bir ədəd vint açan və bir ədəd fənər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq müəyyən edilmiş və məhkəmə istintaqı zamanı təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakı gizli olaraq oğurlayıb talayarkən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yaxalandığı üçün, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs ümumilikdə 218,00 manat dəyərində əmlakını oğurlamağa, yəni gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 29-cu maddəsinə əsasən cinayətin törədilməsinə cəhd-başa çatmayan cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır ki, tərəfindən törətdiyi əməli 29,177.2.3-cü maddəsi ilə tövsif edilmiş, o cümlədən başa çatmayan cinayətdir. Cinayət Məcəlləsinin 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin maddənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilən zaman onun əməli CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CM-in 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 13 fevral 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Beynəlxalq banka məxsus “Tam kart”, 2 ədəd bonus kart, 1 ədəd metro kartı və 1 ədəd “Socar”a məxsus vəsiqə kartı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, bir cüt əlcək, bir ədəd vint açan və bir ədəd fənər məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürül köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Beynəlxalq banka məxsus “Tam kart”, 2 ədəd bonus kart, 1 ədəd metro kartı və 1 ədəd “Socar”a məxsus vəsiqə kartı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, bir cüt əlcək, bir ədəd vint açan və bir ədəd fənər məhv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-231/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-231/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver