Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-231/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, Şəki şəhəri, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində idarə etdiyi “Toyota Pirus” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs ünvan 2 ünvanın yaxınlığına gətirdiyi zaman sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ünvana düzgün gətirilmədiyini, sifarişi Xırdalan şəhərinə verdiyini bildirərək gediş haqqını verməkdən imtina edib ünvanına söyüş söydüyü səbəbindən aralarında yaranan mübahisə zamanı əlləri və ayağı ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol bazunun və sağ budun yumşaq toxumasının hematomaları, sol qulaqarxası nahiyənin, sol kürək üstü nahiyənin, sol dirsək oynağı nahiyəsinin və sağ əlin arxa səthinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınla 20 yanvar dairəsi yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu zaman “Yango” şirkətindən “Xingal House”dan Bülbülə kəndi 140 nömrəli orta məktəbin yanına 4 manata sifariş gəldiyi üçün sifarişi qəbul etmişdir. Təxminən 2-3 dəqiqə sonra sərxoş halda bir nəfər şəxs avtomaşına yaxınlaşaraq ön oturacaqda əyləşərkən ona siz sifariş vermisiniz soruşanda bəli dediyi üçün əlavə heçnə soruşmadan hərəkətə davam etməyə başlamışdır. Bakı şəhəri, Heydər Əliyev prospektində Hava Limanı istiqamətindən Bülbülə qəsəbəsinə gedən yola daxil olanda həmin şəxs ona bura niyə girdin dedikdə ona ünvan buranı göstərir deyə bildirmişdir. Sərnişin isə ünvan bura deyil Xırdalana vurmuşam deyə bildirsədə telefonunda olan proqramı göstərsədə, onunla sözlə mübahisə etməyə başlamış və avtomaşın hərəkətdə olduğundan qapını açaraq yerə düşmək istəməsini görüb avtomaşının qapılarının klidini vurmuşdur. Sərnişin ünvanına nəlayiq ifadələrlə söyüş işlətsədə əhəmiyyət verməyib hərəkətinə davam edib Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsində işıqforun qrımızı işığında dayanan zaman yenidən sərnişin nəlayiq ifadələr işlədib ona yumuruq atdığından geri çəkilmiş və gediş haqqını ödəmədən nəlayiq ifadələr işlədərək yerə düşdüyü üçün gediş haqqını almaqdan ötrü avtomaşını kənara çəkib yerə düşərək yaxınlaşan zaman, yenidən ünvanına nəlayiq ifadələr işlətdiyi üçün əsəblərini cilovlaya bilməyib yumuruqla və ayaqla onun bədəninə müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirib daha sonra avtomaşına minərək hərəkətinə davam etmişdir. Sonda, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaxın dostları ilə birlikdə Xırdalan şəhərində yerləşən kafedə masa arxasında əyləşyib yemək yeyən zaman spirtli içki qəbul etmiş və bundan bir qədər sonra dostları ilə bilrikdə pivə içməkdən ötrü 20 yanvar dairəsi yaxınlığında yerləşən adını xatırlamadığı kafeyə gəlmişdir. Həmin kafedə pivə içərək bir qədər söhbət edəndən sonra yaşadığı evə getməkdən ötrü dostları ilə sağollaşaraq onlardan ayrılmışdır. Təxminən saat 00:50 radələrinə yaxın “Yango” şirkətindən taksi sifariş vermiş və bir neçə dəqiqə sonra ona “ Toyota Prius” markalı, **-EX- *** dövlət qeydiyyat nişanlı minik avtomobili yaxınlaşdığı üçün avtomobilin ön oturacağında əyləşmişdir. Sərxoş olduğundan yola tam diqqət yetirməmiş, bir neçə dəqiqə keçdikdən sonra yola nəzər salan zaman tanımadığı ünvan olduğunu görüb sürücüyə düzgün gəlmədiyini, ünvanı bura deyil Xırdalana vurmuşam bildirdikdə, sürücü telefonunda olan proqramı ona göstərərək bu ünvanı sifariş etdiyini dedikdə sürücüyə geri yaşadığı ünvana aparmasını xahiş etsə də, sürücü gediş haqqını tələb etdiyinə görə aralarında sözlə mübahisələri baş vermişdir. Bu zaman özüdə istəmədən sürücünün ünvanına nəlayiq ifadə işlədərək pulu verməyəcəyini bildirmişdir. Sürücü işıqforda avtomobili saxladığı üçün geriyə, yəni evinə qaytmaqdan ötrü avtomobildən yerə düşdükdə sürücü üzərinə gəlib bədəninin müxtəlif nahiyələrinə yumuruqla və təpiklə qəsdən zərbələr endirib ona xəsarətlər yetirmiş, daha sonra avtomobilinə minib uzaqlaşaraq getdiyi üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, iş üzrə şikayət və tələbinin olmadığını qeyd edərək barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 5 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-231/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-231/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver