Məhkəmə qərarları › İş №1(010)-231/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-231/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-231/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 noyabr 2020-ci ildə saat 16:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Beynəlxalq Bank”a aid bankomat vasitəsi ilə əri Zərərçəkmiş şəxs1 Hüseynağa oğluna məxsus elektron məlumat daşıyıcı hesab edilən **********678531 nömrəli plastik bank kartına bağlı olan hesabdan pul vəsaiti çıxarmaq istəyən Şahid1 yaxınlaşaraq ona kömək edəcəyini bəhanə edib bildirmiş, bankomatda və Aftil Məmmədovun hesabında pul vəsaiti olduğu halda bankomatda pul olmadığını deyərək, Şahid1 yaxınlıqda yerləşən “Kapital Bank”a aid digər bankomata yaxınlaşmalı olduqlarını bildirmiş, Şahid1 həmin bankomat istiqamətində hərəkət etdiyi vaxt Təqsirləndirilən şəxs bankomatdan çıxan 200 manat məbləğində pulu, Şahid1 həmin ünvanda yerləşən “Beynəlxalq Bank”-ın bankomatına yaxınlaşdıqda kömək göstərmək bəhanəsi ilə bank kartını bankomata daxil etdikdən sonra hesabda 700 manat məbləğində pul vəsaitinin mövcud olması monitorda əks olunduğu halda, bankomatda pul olmadığını bildirərək Şahid1 uzaqlaşdıqdan sonra bankomatdan çıxan 700 manat məbləğində pulu gilzi olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 fevral 2021-ci ildə saat 13:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Beynəlxalq Bank”a aid bankomat vasitəsilə əri X3 məxsus elektron məlumat daşıyıcı hesab edilən **********512196 nömrəli plastik bank kartına bağlı olan hesabdan pul vəsaiti çıxarmaq istəyən Şahid2 köməklik göstərəcəyini bəhanə edib onu müşayiət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən “Beynəlxalq Bank”-ın bankomatına yaxınlaşmış və kömək göstərmək bəhanəsi ilə bank kartını bankomata daxil etdikdən sonra hesabda 415 manat məbləğində pul vəsaitinin mövcud olması monitorda əks olunduğu halda, bankomatda pul olmadığını bildirərək Şahid2 uzaqlaşdıqdan sonra bankomatdan çıxan 415 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 415 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi vaxtda heç bir işlə məşğul olmamışdır.Təxminən noyabr ayının ortalarında bir manatlıq taksi fəaliyyət ilə məşğul olmuşdur. Həmin vaxt Koroğlu metrosundan Pirşağı qəsəbəsinə müştəri aparmışdır. Təxminən saat 09:30 radələrində Pirşağı qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi müştəri götürmüşdür. Yeni Suraxanı qəsəbəsindən boş qayıtmamaq üçün Araz marketin yanında müştəri gözləməyə başlamışdır. Həmin vaxt maşınında nasazlıq olduğu üçün həmin maşını təmir etdirmək üçün yoldaşına məxsus kapital bankın kartından pul çıxarmaq qərarına gəlmişdir. Marketin girişinin yaxınlığında yerləşən kapital bankın bankomatına yaxınlaşmışdır. Kartı daxil edib pulu çıxartdıqdan sonra həmin bankomata iki nəfər cavan oğlanla bir gənc qadının yaxınlaşdığını görümşdür. Həmin vaxt cavan oğlanın kartı bankomata salmaq istədiyini lakin bacara bilmədiyini görümüş və onlara kömək edə biləcəyini bildirmişdir. Kartı bankomata daxil etdikdə digər cavan oğlan uzaqlaşaraq getmişdir. O, kodu yığdıqdan sonra həmin xanıma məxsus kartda 800 manat pul olduğunu görmşüdür. O. xanımın bankomata deyil başqa tərəfə baxdığını və ona məxsus kartda 800 manat olduğunu gördükdə həmin pulu xanımı aldadaraq ələ keçirmək qərarına gəlmişdir. O. Pulu məbləğini bankomatda yığmış və təsdiq et düyməsini sıxmışdır. Bundan sonra üzünü adını bilmədiyi həmin xanıma tutaraq bankomatda pul olmadığını bildirmişdir. O, bunu bildirdikdən sonra kart bankomatdan çıxarmış və o kartı ona vermişdir. Xanım bankomatdan uzaqlaşdıqdan sonra bankomatdan pul çıxmış və o pulu götürərək və icarə əsasında idarə etdiyi sarı rəngli “Assamand” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə minmiş və Zabrat qəsəbəsində yerləşən maşın ustasının yanına gəlmişdir. Həmin pulun 250 manatını yaşadığı evin kirayəsinə, 100 manat maşın ustasına qalınını övladının müalicəsi üçün dərmanlara sərf etmişdir. Lakin bu barədə heç kimə hətta ailə üzvlərimə belə bildirmişdir. Yoldaşına həmin məbləği borc aldığını və yavaş yavaş qaytarmalı olduğunu bildirmişdir. Qadının fikrini yayındırıraq 415 manat pulu götürməyimə səbəb ailə problemlərinin sosial vəziyyətinin yaxşı olmaması olmuşdur, həmin qadın o, pulu götürən zaman ondan xeyli aralanmış və bu səbəbdən onu görməmişdir və o bankomatda pulun olmadığını zənn edərək bankomatdan aralanmışdır. O, həmin pulu qadından oğurlamaq məqsədilə 800 manat pulunu götürmüşdür. Şahid1 yoldaşını tanıdğını bildirməmişdir. Çünki nə onu nə də onun ərini heç vaxt görməmişdir, həmin vaxt onun kartında 800 manat pul görmüş və hamısını çıxararaq oradan uzaqlaşmışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində iş axtarmaq məqsədilə yaşadığı evdən çıxaraq Qaraçuxur qəsəbəsinə gəlmişdir. Sonra o Yeni Suraxanı qəsəbəsində yaşayan dostu Vüqarla əlaqə saxlamaq istəmişdir. Lakin onun telefonuna zəng çatmamış və o onunla iş tapmaq məqsədilə xalasıoğluna məxsus ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman bir qadının OBA marketin yaxınlığında Beynəlxalq bankomata yaınlaşdığını görmüşdür və Bundan başqa o, orada olan qadın özünə məxsus pulu çıxartmaqda çətinlik çəkdiyini müşahidə etmişdir. O, ilkin olaraq ona kömək istəsə də hesabında olan 415 manat pulu gördükdən sonra qarət etmək fikrinə gəlmişdir. Bu səbəbdən də həmin qadını müxtəlif vasitələrlə fikrini yayındırmağa başlamışdır. Qadının fikri yayındıqdan sonra pulu çıxartmaq üçün əməliyyat etmişdir. Və kartın çıxarılması üçün düyməni basmışdır və kart çıxdıqdan sonra kartı götürüb qadına vermiş və bildirmişdir ki, onun hesabında pul yoxdur. Qadın Təqsirləndirilən şəxs aldanıb oradan uzaqlaşmış və o da, bankomatdan bir qədər gec çıxan 415 manat pulu götürərək oradan uzaqlaşmışdır. Onun qadının fikrini yayındırıraq 415 manat pulu götürməyinə səbəb ailə problemlərimin sosial vəziyyətinin yaxşı olmamasıdır. O, pulu götürən zaman qadın artıq ondan xeyli aralanmşdı. Bu səbəbdən onu görməmiş, o bankomatda pulun olmadığını zənn edərək bankomatdan aralanmışdır. Sonda əməlindən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yeni Suraxanı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, Kapital banka aid **********678531 nömrəli maaş kartı onun özünə məxsusdur. Həmin vaxt döyüş bölgəsində xidmət apardığı üçün maaş kartından pul çıxararaq maddi ehtiyacları ödəmək üçün arvadı Şahid1 vermişdir. xx.xx.2020-ci il tarixdə döyüş bölgəsində olarkən telefonuna qeyd etdiyi maaş kartdından əvvəlcə 200 manat sonra isə 700 manat ümumilikdə 900 manat pulun çıxarılması ilə əlaqədar sms gəlmişdir. Arvadı Şahid1 zəng etdikdə Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yerləşən kapital bankın bankomatına yaxınlaşıb pul çıxarmaq üçün Araz marketdən bir nəfər şəxsə yaxınlaşıb kömək etməsini xahiş etdiyini, həmin şəxslə bankomata yaxınlaşarkən orada orta yaşlı bir nəfərin ona yaxınlaşıb kömək edəcəyini deyib hətta onun adını çəkdiyini, kartı arvadından istədiyini və kartı bankomata salıb bir neçə dəqiqədən sonra kartda pul olmadığını və özü orada gözləyib yaxınlıqda yerləşən digər bankomata getməli olduğunu bildirdirmişdir. Arvadı Şahid1 yanında olan az yaşlı uşağı ilə bir az aralıda yerləşən bankomata getmiş, həmin şəxs sonradan yaxınlaşıb və kartla yenidən əməliyyat aparmış yenə də kartda pul olmadığını deyib poçta yaxınlaşmalı olduqlarını deyib maşına əyləşib getmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 900 manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyanın ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu baxış iclasında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etmək imkanının olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, dalan 3, ev 14 ünvanında ailəsi ilə birlikdə yaşayır. 6762-6111-0651-2196 nömrəli pensiya kartı özünə məxsusdur. Lakin pulu çıxara bilmədiyi üçün adətən kartı pulu çıxarması üçün arvadı Şahid2 verir. xx.xx.2021-ci il tarixdə arvadı Şahid2 yaşadıqları ünvana gələrək xx.xx.2021ci il tarixdə Yeni Suraxanı qəsəbəsi, Oba marketin yanında 6762-6111- 0651-2196 kodlu kartından təqaüdünü çıxarmaq istədiyi zaman bir nəfər şəxs əməliyat etməsinə mane olduğunu, şifrəni yığıb pulu çıxarmaq istədiyi zaman həmin tanımadığı şəxsin bankomatın qarşısında onu sıxışdırdığını və düymələri tez-tez sıxaraq ona gah bankomatda pul olmadığını, gah hesabın mənfi göstərdiyini bildirmişdir. Həmin şəxs arvadı Şahid2 digər bankomata getməli olduğumu bildirmiş, kartı bankomatdan götürüb aralanmaq istədikdə bir qədər aralıdan geri dönüb baxanda həmin şəxsin qaçaraq gümüş rəngli Mercedes markalı xx-SL-150 dövlət qeydiyyat nişanlı maşına əyləşərək oradan uzaqlaşdığını görmüşdür. Şahid2 isə bazarstorun qarşısında gəlib yoxlayanda hesabından 415 manat pulun gizli olaraq ələ keçirildiyini aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ümumilikdə mənə 415 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 qızı ifadəsində bildirmişdir ki, hal-hazırda döyüş bölgəsində xidmət aparan həyat yoldaşı X1 məxsus əmək haqqı kartı onda olduğundan kartdan pul çıxarmaq üçün Yeni Suraxanı qəsbəsi, 14 iyul küçəsində yerləşən Kapital bankın bankomatına yaxınlaşıb pul çıxarmaq üçün Araz marketdən bir nəfər şəxsə yaxınlaşıb kömək etməsini xahiş etmişdit. Həmin şəxslə bankomata yaxınalaşarkən orda orta yaşlı bir nəfər ona yaxınlaşıb kömək edəcəyini deyib hətta yoldaşının adını çəkib, onu inandırdığı üçün kartı ondan istəmiş və kartı bankomata salıb bir neçə dəqiqədən sonra kartda pul olmadığını və özü orada gözləyib yaxınlıqda yerləşən digər bankomata getməli olduqlarını bildirmişdir. O, yanında olan az yaşlı uşağı ilə bir az aralıda yerləşən bankomata getmişdir. Həmin şəxs özü sonradan onlara yaxınlaşıb və kartla yenidən əməliyyat aparmış yenə də kartda pul olmadığını, poçta yaxınlaşmalı olduqlarını bildirib özü xatırlamadığı avtomobilə əyləşib getmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); iş materiallarına Kapital Banka məxsus “5103 0716 3455 5029” nömrəli debit kartının fotoşəkli əlavə olunmuşdur (i.v. 6); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 28 fevral 2020-ci il tarixdə qərardan görünür ki, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilmiş və əməl CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif olunmuşdur. (i.v. 25-26); cinayət işinin başlanılması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(010)-31/2022 saylı hökmünə əsasən ona AR CM-nin 177.2.3-1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 66.5-ci maddəsi ilə təyin edilmiş qəti cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla - 01 il 01 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 67-ci maddəsinə əsasən ona hazırki hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 10 ay müc azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 01 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə, saat 15:10-da tutulmuş hesab edilir (i.v. 79); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 92-95); xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 112-114); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 96-97); İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş və barəsində xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixə qədər ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 123-128); İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması; onun hazırda cəzaçəkmə müəssisəsində saxlanılmasının nəzərə alınması, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanması prtotokolu, diskə baxış protokolu, hadisə yerinə baxış protokolları, üzləşdirmə protokolları və eləcə də digər iş materiallarının cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, iki ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınması qərara alınmışdır(i.v. 152-160); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halı və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2. və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməli; şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında saxlandığı müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı(CM 69.3), iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcının və cəzanın hansı rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilmiş olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilən 03 (üç) il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı, 02 mart 2021-ci il tarixdən 28 may 2021-ci il tarixə qədər ev dustaqlığında saxlandığı 03 (üç) ay müddət ona təyin edilmiş 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 23 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-90/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 09 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar