Məhkəmə qərarları › İş №1(010)-233/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-233/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-233/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızınını katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Əliyeva Pürzə Əbülfəz qızının iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, təmiz çəkisi 305 qram tərkibində narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində saxlamış, həmin evin həyətyanı torpaq sahəsində aqrotexniki qaydada qulluq etməklə tərkibində narkotik maddələr olan 05 ədəd kol çətənə bitkisinə (kannabis) xeyli miqdarda kultivasiya etmiş, 12 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 14:30-da ünvan 2 ünvanındakı yaşadığı mənzilin qarşısında saxlanılıb Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümündə təmiz çəkisi 1,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün ünvan 2 ünvanındakı yaşadığı mənzilinə keçirilmiş baxış zamanı bir ədəd qəzet bükümdə təmiz çəkisi 305 qram tərkibində narkotik vasitə olan qurudulmuş marixuana, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən özünə məxsus bağ sahəsindən isə aqrotexniki qaydada qulluq edilmiş 05 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1360 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Bir neçə ildir ki, psixotrop maddə metamfetamindən və narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Psixotrop maddə metamfetamini üzdən tanıdığı şəxslərdən alaraq istifadə edir. Narkotik vasitə marixuananı isə əvvələr tanımadığı şəxsdən əldə etsə də, sonradan həmin marixuanalardan əldə etdiyi çətənə toxumlarını özünə məxsus həyətyanı torpaq sahəsində əkib-becərməklə əldə etmişdir. Sonuncu dəfə 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün yəni, 12 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində olarkən üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirilmiş və üzərində şəxsi axtarış aparılması məqsədəilə həmin şəxslər tərəfindən Suraxanı RPİ-nə aparılmışdır. Suraxanı RPİ-nə gəldikdən sonra şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayaraq polis idarəsinə gətirmiş polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini, həmin şalvarın sol yan cibindən bir ədəd markasını bilmədiyi qara rəngli sadə mobil telefon, bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd kiçik ölçülü elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində kristalşəkilli maddə olduğu görünmüşdür. Bükümün içərisində nə olması və haradan əldə etməsi barədə sual edildikdə həmin bükümdə “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, elektron tərəzinin anasına məxsus olduğunu və dərman çəkmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində axtarış keçirilməsi davam etdirilsə də, digər saxlanılması qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir bükümdə olan metamfetamin və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Mobil telefonlar isə polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddədən başqa yaşadığı mənzildə və ya başqa yerdə narkotik vasitə yaxud psixotrop maddə olub-olmaması barədə soruşulduqda o, yaşadığı məzildə də narkotik vasitə qurudulmuş marixuana olduğunu, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən özünə məxsus bağ sahəsində isə çətənə bitkisi əkdiyini bildirib, mənzilinə və bağ sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini qeyd edərək bununla bağlı ərizə yazmışdır. Bundan sonra həmin gün onu saxlayan polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı otaqdakı dolabda saxladığı qəzetin içində olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən marixuanaya baxış keçirilmiş və sellofan torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Mənzilinə baxış zamanı polis əməkdaşları bir ədəd tir tüfəngi və üç ədəd qabda həmin tüfəngə aid güllə aşkar etmişdir. Bu barədə soruşduqda həmin tüfəngin oğluna məxsus olduğunu bildirmişdir. Təhqiqatçı həmin tüfəngin yoxlanılması məqsədilə götürüləcəyini, ekspertiza təqdim edəcəyini bildirmişdir və həmin tüfəng qablaşdırılaraq götürülmüşdür. Hər iki qablaşdırmanın üzərləri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun bağ sahəsinə baxış keçirilmiş və o, bağ sahəsində təxminən 2-3 ay əvvəl əkdiyi çətənə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin 05 ədəd çətənə kolları torpaqdan çıxarılıb kisəyə qoyularaq qablaşdırılmışdır. Həmin kolları özü əkmiş və şəxsi istifadəsi üçün becərmişdir. Üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün əldə etmişdir. Eləcə də, evindən aşkar edilmiş marixuananı həyətində əkib-becərdiyi çətənə kollarını qurudaraq əldə etmişdir. Həyətindən aşkar edilmiş çətənə kollarını sonradan qurudub özünün istifadəsi üçün marixuana hazırlamaq üçün özü əkib-becərmişdir. Həmin psixotrop maddə metamfetamindən, qurudulmuş marixuanadan, eləcə də, çətənə kollarından satmamış, hədiyyə etməmiş və əvəzli-əvəzsiz verməmişdir. Əldə etdiyi metamfetaminin çəkisini müəyyən etmək üçün üzərindən aşkar edilərək götürülmüş elektron tərəzinə bir dəfə istifadə etdiyindən ekspertiza tədqiqatı zamanı həmin elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı və polis idarəsində olduğu zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir edilməmişdir. Sonda əməlinin səmimi etiraf etməyini və onun yaşını nəzərə alınmaqla, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan, Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 Əlisgəndər oğlu və CAŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 14:30 radəsində ünvan 5 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncuya narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, bu səbəbdən də birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nə gətirildikdən sonra RPİ-nin 31-ci PB-nin təhqiqatçı, polis mayoru X3 tərəfindən xidməti otaqlaların birində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ kristalşəkilli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd “Redmi” markalı üzərində mobil nömrəsi olan mobil telefonu, bir ədəd markası məlum olmayan mobil telefonu, üzərində “MH- 127” yazısı olan kiçik ölçülü elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni özünün istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, təqdim etdiyi mobil telefonların və həmin telefonda olan mobil nömrələrin onun istifadəsində olduğunu, təqdim etdiyi elektron tərəzini anasının istifadə etdiyi dərmanların çəkisini müəyyən etməsi üçün saxladığını bildirmişdir. Bundan bundan sonra şəxsi axtarışın davam etdirilmiş, lakin hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış,, zərfin üzəri Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonlar da təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə qurudulmuş marixuana saxladığını, həmçinin istifadəsində olan torpaq sahəsində beş ədəd çətənə kolları əkərək becərdiyini, yaşadığı evə və istifadəsində olan torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Ona görə də həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına Təqsirləndirilən şəxs, müdafiəçisinin və onların iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanması, daşınması qadağan olunmuş hər hansı bir əşya və ya narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzildəki otaqda olan dolabın siyirməsini açaraq oradan qəzet bükümünü çırxarıb açaraq içərisində olan qurudulmuş bitki kütləsini göstərmişdir. Sorğu zamanı həmin qurudulmuş bitki kütləsinin qurudulmuş marixuana olduğunu özünün istifadəsi üçün həyətində əkib-becərdiyi çətənə bitkilərindən qurudaraq saxladığını bildirmişdir. Baxış davam etdirildikdə otaqda olan divanın arxasından bir ədəd tüfəng qabı aşkar edilmişdir. Tüfəng qabı açıldıqda içərisindən üzərində optik cihazı olan bir ədəd tüfəng, tüfəng qabının ciblərindən üç ədəd metal dairəvi qablarda çoxsayda güllələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngin “tir” tüfəngli olduğunu, 3 ədəd metal qabda olan güllələrin həmin tüfəngdə istifadə edildiyini bildirmişdir. Bundan sonra baxış davam etdirilmiş və başqa əşya, kütlə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bitki kütləsi aşkar edildiyi qəzetə bükülərək bir ədəd sellofan torbada qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Həmçinin aşkar edilmiş üzərində optik cihaz olan bir ədəd tüfəng və üç qutu güllələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona aid olduğu və onun tərəfindən istifadə edildiyini bildirdiyi bağ sahəsinə onların, aqronom- mütəxəssissin, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs həmin bağ sahəsində qanunsuz olaraq əldə edilmiş əşya və ya narkotik maddə-vasitə, həmçinin əkilibbecərilməsi qadağan hər hansı bitki, kol olduğu təqdirdə təqdim etməsi və ya göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları bağ sahəsində olan təxminən 1 m2 sahədə əkilmiş narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları göstərib həmin bitki kollarının narkotik tərkibli çətənə kolları olduğunu, həmin kolları özünün əkibbecərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin kollara baxış keçirərək onların narkotik tərkibli çətənə (kannabis) kolları olduğunu, kollara aqrotexniki qaydada qulluq edilərək becərildiyini bildirmişdir. Sonra həmin beş ədəd kollar torpaqdan çıxarılaraq ağ rəngli sintetik kisədə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Əlisgəndər oğlu da eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-98-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 12 sentyabr 2022-ci il tarixindən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 102-104-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-556/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə, yəni 12 dekabr 2022-ci il tarixinədək ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Cinayət işinin 136-137-ci vərəqlərində olan 136-137-ci vərəqlərində olan “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirlən şəxsin axtarışı və tutulması haqqında” 16 oktyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, yeri müəyyən edildiyi halda tutularaq Suraxanı RPİ-nin İ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 171-172-ci vərəqlərində olan 12 dekabr 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kristalşəkilli kütlə olan bir ədəd şəffaf sellofan bükümünü, bir ədəd “Redmi” markalı və bir ədəd markalı məlum olmayan qara rəngli mobil telefonları, bir ədəd üzərində “MH-127” yazıları olan kiçik ölçülü elektron tərəzisini çıxarıb, masanın üstünə qoyaraq təqdim etmişdir. Şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd büküm və bir ədəd tərəzi bir zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Cinayət işinin 35-ci vərəqində olan 12 sentyabr 2022-ci il tarixli “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına Təqsirləndirilən şəxs, onun müdafiəçisi, vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmiş, əvvəlcə ona yaşadığı evdə qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin otağında olan ağ rəngli şüşəli qapısı olan dolabın içərisindən qəzetə bükülmüş bitki mənşəli kütləni, həmçinin bir ədəd tüfəngli təqdim edərək həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün saxladığını, təqdim etdiyi tüfəngin isə tir tüfəngli olduğunu bildirmişdir. Mənzilə baxış davam etdirilmiş və əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə və tüfəng ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 41-ci vərəqində olan 12 sentyabr 2022-ci il tarixli “bağ sahəsinə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus bağ sahəsinin giriş qapısı göy rəngli paslanmış iki gözlü dəmir darvazadır. Həyətə daxil olduqda ağacların arası ilə bir qədər iləri getdikdə dəmir toxunmuş məftillə hörülmüş qapı əvəzi istifadə olunan taxtadan təxminən bir kvadrat metr sahənin içindən 5 ədəd yaşıl rəngli bitki mənşəli naməlum kollar və 5 ədəd torpaqda üstü tam kəsilmiş kötüklər aşkar olundu. Təqsirləndirilən şəxs sorğu zamanı bildirdi ki, 5 ədəd kolun mariuxuana çətənə kolu olmasını öz istifadəsi üçün əkib becərdiyini və kötüklərin hansı ota aid simasını bilmədiyini qeyd etdi. Aşkar olunmuş kollar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürüldü. Əlavə olaraq baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Baxışla əlaqədar tərəfimdən tərtib olunmuş protokol iştirakçılara ucadan oxundu, heç bir əlavə düzəliş qeyd olunmadı,protokol və aşkar olunaraq götürülmüş bitki mənşəli bağlama qablaşdırılaraq imzalarla imzalandı və rəy alınmasından ötrü MEM-nə göndərildi. Cinayət işinin 54-58-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/5115 saylı 13 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR.DİN “zərflər üçün № 46” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” və s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,632 qram kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqat aparılması mümkün olmadı. Cinayət işinin 59-63-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/1020 saylı 13 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış politelen bağlamada bir ədəd qəzet bükümdə təmiz çəkisi 305,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı həyətyanı bağ sahəsindən ...” sözləri yazılmış sintetik torbada beş ədəd yaş vəziyyətdə ümumi çəkisi 1360 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işinin 146-148-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməbioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/1250 saylı 10 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş aqronom rəyinə əsasən vət. Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən aşkar edilmiş əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin 177-178-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs tərəfindən verilmiş 6839 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-cu vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kristal halında kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd “Redmi” markalı mobil nömrəsi olan mobil telefonu, bir ədəd markası məlum olmayan ü telefonu, üzərində “MH-127” yazısı olan kiçik ölçülü elektron tərəzini çıxarıb təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni özünün istifadəsi üçün alaraq üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, təqdim etdiyi mobil telefonların və həmin telefonda olan mobil nömrələrin onun istifadəsində olduğunu, təqdim etdiyi elektron tərəzini istifadə etdiyi dərmanların çəkisini müəyyən etməsi üçün saxladığını bildirməsi, bundan sonra şəxsi axtarışın davam etdirilməsi, lakin hər hansı bir əşya aşkar edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümün və bir ədəd elektron tərəzinin zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənməsi, həmçinin mobil telefonların götürülməsi, Təqsirləndirilən şəxs yaşadığı evdə qurudulmuş marixuana saxladığını, eləcə də, istifadəsində olan torpaq sahəsində beş ədəd çətənə kolları əkərək, becərdiyini, yaşadığı evə və istifadəsində olan torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsini etirazının olmadığını bildirməsi müəyyən olunur. Cinayət işinin 100-cü vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə evinə baxış keçirilməsi, əvvəlcə yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya narkotik maddə-vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs mənzildəki otaqda olan dolabı açaraq oradan qazet bükümünü çıxarması, həmin bükümü açaraq içərisində qurudulmuş bitki kollarını göstərməsi, sorğu zamanı həmin qurudulmuş bitki kollarının qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün qurudaraq saxladığını bildirməsi, bundan sonra baxış davam etdirildikdə otaqda olan divanın arxasından bir ədəd tüfəng qabının aşkar edilməsi, tüfəng qabı açıldıqda içərisindən üzərinə optik nişanalma cihazı quraşdırılmış bir ədəd tüfəngin, həmin qabının ciblərindən üç ədəd metal qablarda güllələrin aşkar edilməsi, Təqsirləndirilən şəxs həmin tüfəngin “tir” tüfəngli olduğunu, üç ədəd metal qabda olan güllələrin həmin tüfəngdə istifadə edildiyini, bundan sonra baxışın davam etdirilməsi, başqa əşya, kütlə aşkar edilməməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş bitki kütləsinin aşkar edildiyi qəzetə bükülərək bir ədəd sellofan torbada qablaşdırılması, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənməsi, eləcə də, aşkar edilmiş üzərində optik nişanalma cihazı quraşdırılmış bir ədəd tüfəngin və üç qutu güllələrin qablaşdırılaraq götürülməsi müəyyən olunur. Cinayət işinin 101-ci vərəqində olan istintaq zamanı Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan əvvəlcə Təqsirləndirilən şəxs həmin bağ sahəsində qanunsuz olaraq əldə edilmiş əşya və ya narkotik maddə-vasitə eləcə də, əkilib-becərilməsi qadağan hər hansı bitki, kol, ağac olduğu təqdirdə təqdim etməsi və ya göstərməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları bağ sahəsində olan təxminən 1 m2 sahədə əkilmiş narkotik tərkibli çətənə kollarına oxşar bitki kolları göstərməsi, həmin bitki kollarının narkotik tərkibli çətənə kolları olduğunu, həmin kolları özünün əkib-becərdiyini bildirməsi, baxışda iştirak edən aqronom-mütəxəssissin həmin kollara baxış keçirərək kolların narkotik tərkibli çətənə (kannabis) kolları olduğunu, onlara aqrotexniki qaydada qulluq edilərək becərildiyini bildirməsi, bundan sonra həmin beş ədəd kolların torpaqdan çıxarılaraq ağ rəngli sintetik kisədə qablaşdırılması müəyyən olunur. Cinayət işinin 133-135-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Quliyev X2 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 09 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Quliyev X2 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 26 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 aprel 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilməsi, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 08 fevral 2023-cü il tarixdən, saat 12:55-dən hesablanması hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümündə təmiz çəkisi 1,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılmış baxış və götürmə aparılması barədə videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən ünvan 2 ünvanındakı bir ədəd qəzet bükümdə təmiz çəkisi 305 qram tərkibində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılmış baxış və götürmə aparılması barədə videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən özünə məxsus bağ sahəsindən isə aqrotexniki qaydada qulluq edilmiş 05 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1360 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürüldüyü müəyyən olundu. Cinayət işinin materiallarında olan 02 oktyabr 2023-ci il tarixində dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə əsasən, Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə dair anten məlumatlarının alınması üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin 10 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022ci il tarixlərini əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan sms məlumatların “Azerfon” məhdud məsuliyyətli cəmiyyətindən tələb edilməsi zərurəti yaranmiş və Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin 10 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan sms məlumatların “Azerfon” məhdud məsuliyyətli cəmiyyətindən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət İttihamçısının vəsatətinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin 10 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan sms məlumatların 'Azərfon” Məhdud Məsuliyyətli cəmiyyətindən alınması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC-nin sorğuya cavabında Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin 10 avqust 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində həmin nömrələrə daxil olan və çıxan sms məlumatların hazırki ittiham edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrindən başqa, narkotik vasitələrinin satışı ilə və yaxud hər hansı bir cinayətin törədilməsi ilə bağlı ola biləcək hal müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psioxtrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin təmiz çəkisi 1,632 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 305 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür» “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cü bəndində göstərilir ki, CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nda «Narkotik vasitələr» adlanan 3 Siyahının 2-ci sırasına görə çətənə növlü bitkilər qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və onun xeyli miqdarı-3-15 ədəd təşkil edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilərək götürülmüş çətənə növlü bitkilər 05 ədəd təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 12 sentyabr 2022-ci il tarixindən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Beləliklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əvvəli 12 sentyabr 2022-ci il tarixindən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə, yəni 12 dekabr 2022-ci il tarixinədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilməsi, ev dustaqlığı növündə qətimkan tədbirinin tətbiqinə xx.xx.2022-ci il tarixindən hesablanması və dərhal məhkəmə iclas zalından azad edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 4(010)-556/2022 saylı qərarını nəzərə alaraq, hesab edir ki, həbsdə olduğu müddət və ev dustaqlığında saxlanıldığı müddət – ümumilikdə 12 sentyabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək saxlanıldığı 03 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 308/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, çəkilməsi üçün qəti olaraq, müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, 12 sentyabr 2022ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı və 23 sentyabr 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumi olaraq 03 (üç) ay müddət cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkəməyədək icraat zamanı 05 aprel 2022-ci il tarixindən 05 iyul 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan 3 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı və 23 sentyabr 2022-ci il tarixindən 12 dekabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkəməyədək icraat zamanı 05 aprel 2022-ci il tarixindən 05 iyul 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 ay müddət ona təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən, saat 12:55-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,582 qram psixotrop maddə metamfetamin, 304,95 qram narkotik vasitə qurudulmuş marixuana və 1359, 75 qram çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 3 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 288 (iki yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçitərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (iyirmi) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar