Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-233/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində 1 azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla ünvan 4ində yaşayan, 30 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılardan istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 noyabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında onun yanına qonaq gəlmiş qardaşı oğlu Zərərçəkmiş şəxs evdə yatmasından istifadə edib Zərərçəkmiş şəxs məxsus mobil telefonu evin mətbəxtində olan masanın üzərindən götürüb sonuncunun telefonuna yüklənilmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «Birbank» mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs istifadəçisi kimi adında ona məxsus "xxxx" ASC-nin bank kartındakı məlumatlarından, yəni elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalardan istifadə etməklə 09 noyabr 2022-ci il tarixdə saat 16 radələrində 1000 manat pul vəsaitini bacanağının oğlu - cinayətdən məlumatsız Şahid adına qeydiyyata alınmış 416973******4679 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüb, Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən dana alveri ilə məşğul olur. Dananı əsasən Gürcüstan Respublikasından gətirib Bərdə rayonunda və Gəncə şəhərində yerləşən mal bazarında satır. 08 noyabr 2022-ci il tarixdə bacanağı X2 yaşadığı ünvan 2 ünvanına qonaq getmişdir. Mübarizin yaşadığı evdə olduğu vaxt istifadə etdiyi mobil telefonuna dəqiq yadında qalmayan müştərilərindən biri ona zəng edərək, ona satdığı dananın pulunu vermək istədiyini deyib, kart hesabını ona göndərməsini və pulu kart hesabına göndərmək istədiyini bildirmişdir. Lakin onun plastik kartı olmadığı üçün bacanağı Mübarizdən plastik bank kartınının olub olmamasını soruşmuşdur. Həmin vaxt bacanağının oğlu Şahid "xxxx" ASC tərəfindən verilmiş Birbank plastik kartının olduğunu bildirmişdir. Rəvandan plastik kartını müvəqqəti olaraq istifadə etmək üçün ona verməsini xahiş etmişdir. Rəvan da etiraz etməmiş və özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş “Birbank” plastik kartını istifadə etmək üçün ona vermişdir. Təxminən iki aya yaxın Rəvanın ona verdiyi "xxxx" ASC tərəfindən verilmiş “Birbank” plastik kartından alış-verişdə istifadə etmişdir. 09 noyabr 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində qardaşı oğlu Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 1 ünvanına gəlmişdir. Bəhruzla birlikdə yaşadığı evdə yemək yemiş, sonra Bəhruz yorğun olduğunu deyib divanda uzanmışdır. Bəhruzun istifadə etdiyi mobil telefonu isə mətbəxdə masanın üzərində olmuşdur, təxminən saat 16:00 radələrində Bəhruzun mobil telefonunu özünə demədən masanın üzərindən götürərək telefona yüklənmiş "xxxx"ın müştəriləri üçün nəzərdə tutulmuş “Birbank” mobil tətbiqinə daxil olmuş və Bəhruza məxsus "xxxx" tərəfindən verilmiş “Birbank” plastik kartından Rəvanın ona verdiyi "xxxx" tərəfindən verilmiş “Birbank” plastik kart hesabına 1000 manat köçürmüş, lakin bu barədə Bəhruza heç bir söz deməmişdir. Həmin pulu müxtəlif vaxtlarda müxtəlif yerlərdə bonkamatlardan hissə-hissə çıxartmaqla şəxsi ehitiyacına xərcləmişdir. Qardaşı oğlu Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonuna yüklənmiş Kapital bankın müştəriləri üçün nəzərdə tutulmuş Birbank mobil tətbiqinə şifrə yığmadan daxil olmuşdur. Bəhruzun nə mobil telefonunda, nə də ki mobil telefonuna yüklənmiş “Kapital Bankın müştəriləri üçün nəzərdə tutulmuş Birbank mobil tətbiqinin şifrəsi olmamışdır. Ümumiyyətlə isə həmin kart o və Bəhruzun şərikli kartıdır və oğurluq fikri olmamışdır. Qazidir, İ Qarabağ müharibəsində iştirak etmiş, başından güllə yarası almış, altı ay xəstəxanada müalicə olmuşdur. Zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşaq olmasını, İİ qrup müharibə əlili olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə şərikli işləyir, alver edirlər. Hal-hazırda da şərikdirlər, Ramanada mağazaları var, dana alış, satış və kəsimi ilə məşğuldurlar, ayda bir dəfə ikisi birlikdə hesabat aparırlar. Əvvəl Gürcüstandan alver etsələr də, hal-hazırda özləri inək saxlayır, həmçinin o, Bərdədən alıb yollayır. Bəhruz hadisə baş verən gün onlara gəldikdə yemək yemiş və araq içmişlər. Sonra Bəhruz yatmışdır. Sonradan uşaq zəng edərək dollarla pul hesablandığını, əlavə 200 manatdan biraz artıq lazım olduğunu demiş, o da Bəhruzu oyatmadan və ona demədən onun kartından 1000 manat başqa karta göndərmişdir. Kartda 1200-1300 manat civarında pul olmuş amma ona yalnız 1000 manat lazım olduğundan yalnız 1000 manat kartdan götürmüşdür. 200 manat civarından pulu uşağa yollamış, özünün şəxsi maşınında problem olduğundan 230 manat maşının təmiri üçün vermişdir. Sonradan onda yaddaşsızlıq olduğundan bunu Bəhruza demək yadından çıxmışdır. Bir neçə gün sonra işlə bağlı Bəhruzun qazelində yolda gedərkən Bəhruza zəng gəlmiş, o kim olduğunu soruşduqda Bəhruz ona kartından pul oğurlandığını, buna görə 102 xidmətinə zəng etdiyini və polisə ərizə yazdığını, bu səbəbdən 13-cü polis bölməsindən ona zəng edildiyini bildirmişdir. Bu zaman o, pulu onun götürdüyünü demişdir. X9 Bölməsinə gedərək notarial qaydada təsdiq olunmuş ərizə verərək qeyd etmişdir ki, kartdan pul götürən şəxs onun əmisidir və şikayəti yoxdur. O da polis bölməsində bununla bağlı izahat vermişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində əmisi Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına qonaq getmişdir. Əmisi Azərlə birlikdə evdə yemək yemişlər, yemək yedikdən sonra o, evin zal otağında divanda uzanmış, istifadəsində olan “Samsung” markalı mobil telefonu isə mətbəxdə masanın üzərində olmuşdur. Bir qədər dincəldikdən sonra o, əmisi Azərin yaşadığı evdən çıxaraq yaşadığı evə getmişdir. Səhəri gün 10 noyabr 2022-ci tarixdə təxminən saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən Kapital banka yaxınlaşmış və Kapital bank tərəfindən verilmiş Birbank plastik kartını bankomata daxil etmişdir ki, pul çıxarsın, həmin vaxt kartında olan 1296 manat puldan, 1000 manat pulunun kartda olmadığını görmüşdür. Bundan sonra banka daxil olub hesabdan çıxarış almış, lakin bank ona heç bir məlumat verməmiş, kartında olan 1000 manat pulun hansı karta köçürülməsini deyə bilməyəcəklərini deyib, bu barədə polisə müraciət etməsini bildirmişlər. Səhəri gün yəni 11 noyabr 2022-ci il tarixdə o, DİNnin «102» xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş, sonra Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getmişdir. Polis bölməsində polis əməkdaşları onun mobil telefonuna yüklənmiş Kapital bankın müştəriləri üçün nəzərdə tutulmuş «Birbank» mobil tətbiqinə daxil olmuşlar, həmin vaxt ona məxsus 4169 7413 3999 5555 nömrəli kartında olan 1000 manatın 09 noyabr 2022-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən 416973******4679 nömrəli karta köçürüldüyünü aşkar etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə xalasının əri Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Azər özü mal və qoyun alveri ilə məşğu olur. Azərlə yaşadığı evdə çay içdikləri vaxt Azər ondan plastik kartının olub-olmamasını soruşmuş, o, da Azərə "xxxx" tərəfindən verilmiş plastik kartının olduğunu bildirmişdir. Həmin vaxt Azər müvəqqəti olaraq ona məxsus olan "xxxx" tərəfindən verilmiş plastik kartı ona verməsini deyib, istifadə etdikdən sonra qaytaracağını bildirmişdir. O, da "xxxx" tərəfindən verilmiş ona məxsus 416973******4679 nömrəli plastik kartı Azərə vermişdir. Lakin Azər həmin kartı itirdiyinə görə ona qaytara bilməmişdir. 2023-cü ilin may ayının əvvəllərində dəqiq tarixini bilmir, atası X3 ona Sabunçu RPİ-nin 13-cü polis bölməsindən yaşadıqları evə zəng gəldiyini, zəng edən şəxs özünü polis əməkdaşı kimi ona təqdim edərək qohumları Zərərçəkmiş şəxs plastik kartından onun Azərə verdiyi plastik karta 1000 manat pul köçürüldüyünü demələrini bildirmişdir. Sonradan onlar araşdırmışlar və məlum olmuşdur ki, Azər qohumları Bəhruzun istifadə etdiyi mobil telefonu vasitəsilə Bəhruza məxsus "xxxx" tərəfindən verilmiş plastik kartın hesabından onun plastik kartına 1000 manat pul köçürmüşdür. Azərin Bəhruza məxsus plastik kartından onun istifadəsində olan plastik karta pul köçürməsindən onun məlumatı olmamışdır, nə də ki, Azər ona verdiyi plastik karta Bəhruzun plastik kartından pul köçürməsi ilə bağlı heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə Sabunçu RPİ-nin İŞ-də ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə Ruhulla Axundov küçəsinin kəsişməsində S.Qocayev küçəsi 13 ünvanında yerləşən "xxxx" ASC-yə baxış keçirilmişdir. Bu barədə fotocədvəl tərtib edilmişdir (i.v. 6-8); iş materiallarına üzərində "xxxx", 4169 7413 3999 5555 nömrəsi və MR.Bahruz Bayramov sözləri yazılmış kartın surəti əlavə edilmişdir (i.v. 10); "xxxx" ASC tərəfindən verilən ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs adına olan 416974******5555 nömrəli kartından xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul vəsiti məxaric edilmişdir (i.v. 11); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30-31); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və şəxslər müəyyən edilənədək dayandırılmışdır (i.v. 40); "xxxx" ASC tərəfindən AR DİN Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 416974******5555 nömrəli plastik kartdan 1000,00 (bir min) manat birbank tətbiqi vasirəsilə Şahid istifadəsində olan 416973******4679 nömrəli plastik kartına köçürülmüşdür (i.v. 45-47); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 48); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 67-68); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 81-82); Zərərçəkmiş şəxs tərəfindən verilən notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v. 85); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 86); ibtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay – 05 ayadək, yəni 30 avqust 2023-cü il tarixədək uzadılmışdır (i.v. 94-95); cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (i.v. 96-98); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-də icraata qəbul edilmiş və istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v. 103); təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır (i.v. 108-109); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (i.v. 112); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmiş, icraata qəbul edilmiş və iş üzrə istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v. 113); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 30 may 2023cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması; iş üzrə Şahid əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanmasının rədd olunması; iş üzrə "xxxx" ASC-nin 10 aprel 2023-cü il tarixli, 2023/111/2652 nömrəli məktubunun iş üzrə sübut növü kimi qəbul olunması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması; iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş Zərərçəkmiş şəxs, Şahid ifadəsinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi; iş üzrə bütün istintaq sənədlərində təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs kimi qəbul olunması qərara alınmışdır (i.v. 121-125); Zərərçəkmiş şəxs tərəfindən verilən notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi yoxdur; Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim olunan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır. Məcburi köçkün kimi Ağdam rayon Qaradağlı kəndində məskunlaşmışdır; Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim olunan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X8 Birliyi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, ƏN 023756 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir; “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 adında övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus kartdan pul köçürdüyünü etiraf etsə də, həmin pulu ələ keçirmək məqsədi olmadığını, yaddaşsızlığı olduğundan zərərçəkmiş şəxsə məlumat verməyi unutduğunu bildirmişdir. Təqsirləndidilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan materiallarla öz təsdiqini tapmır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin cinayət əməli zərərçəkmiş şəxsə məxsus pul vəsaitinin öz kartına köçürdüyü an başa çatmış hesab edilir. Təqsirləndirilən şəxsin bundan sonrakı hərəkətlərini (dəymiş zərəri ödəmək və s.) onu cinayət məsuliyyətindən azad etmək üçün deyil, gələcəkdə tətbiq ediləcək cəzanı yüngülləşdirən hallar kimi hesab etmək üçün əsas ola bilər. Bununla da, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etmir və ona tənqidi yanaşaraq, məsuliyyətdən boyun qaçırmaq üçün vermiş olduğu kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, İİ qrup müharibə əlili olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4i ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisinin hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, mülki iddianın, məhkəmə xərcinin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-233/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-233/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver