Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-233/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN xxxxxxx) subay (boşanmış), 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, barəsində Suraxanı RPİ-nin istintaq şöbəsində başqa cinayət işi istintaq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 03 dekabr 2024-cü il tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,145 qram olan psixotrop maddə-metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən 03 dekabr 2024-cü tarixdə, saat 12:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 nömrəli məktəbin yaxınlığında saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,145 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Bülbülə qəsəbəsində tanımadığı şəxsdən psixotrop maddə-metamfetamini 10 manat ödəməklə əldə etmişdir. 03 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 nömrəli məktəbin yaxınlığında dayanan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Ona Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, da buna etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən videoçəkiliş, aparılmaqla 3 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan psixotrop maddəmetamfetamini təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofanda olan kütlə psixotrop maddəmetamfetamindir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin zərfə qoyulub qablaşdırılmışdır. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmişdir, lakin şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. ünvan 1 ünvanında yaşayır. 03 dekabr 2024-cü il tarixdə, saat 10-11 radələrində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları evinə daxil olaraq onu tutmuş və polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdür. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə ittiham edəcəkləri hədəsi ilə hədələmişlər. O, da qorxduğu üçün boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Onu ağ avtomobillə 226 saylı məktəbin yanına aparmışlar. Həmin avtomobil videogörüntüdə də görünür. İş materiallarında olan disklərə baxış keçirildikdə videogörüntüdə olan bükümlərin fərqli büküm olduğu görünmüşdür. Tutulan zaman mobil telefonu üzərində olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, həm tutulan zaman, həm də polis şöbəsində olan zaman mobil telefonu işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuşdur. Ona dövlət hesabına müdafiəçi təyin olunmuş, müdafiəçi saat 16-17 radələrində gəlmişdir. Döyülməsilə bağlı müdafiəçisinə bildirməmişdir. Bununla bağlı, həmçinin məhkəməyə və ya prokurorluq orqanlarına da müraciət etməmişdir. Tutulandan sonra narkotik vasitələrindən istifadə etmişdir. Lakin tutulan zaman üzərində psixotrop maddə və ya narkotik vasitə olmamışdır. Narkotik vasitənin heroin, bəzən isə psixotrop maddə metamfetamin istifadə etmişdir. Sonda isə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməməsini, şahidlərin ziddiyyətli ifadələr verməsini, videogörüntüdəki bükümlərin fərqli bükümlər olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 03 dekabr 2024-cü il tarixdə Vüsal adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Vüsal adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin YYÇİ-nin inspektoru, polis baş leytenantı Mir-Rəşad Mirzəyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 32-ci polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra, onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 226 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 12:45-də əməliyyat qrupunun üzvləri Şahid2 və Mir-Rəşad Mirzəyev ilə birlikdə, videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim edərək, narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirib ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar və könüllü surətdə təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə kristalşəkilli maddəni təqdim etmişdir. Həmin maddəni həmin gün Bülbülə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manat pul müqabilində aldığını bildirmişdir. Bundan başqa, onun üzərinə şəxsi axtarış aparılan zaman üzərindən pul qabı və 01 ədəd siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd psixotrop maddə-metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Oppo” markalı telefon da kağız zərfdə qablaşdırılaraq DİN-nin 171 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulduğu zaman ona dövlət hesabına müdafiəçi təyin edilmiş, tutulan zaman xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da həmçinin hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsi tutan zaman mobil telefonu yanında olmuş, belə ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı əməliyyat müvəkkili Şahid2 və Suraxanı RPİ-nin 31-ci PŞnin YYÇ-nin inspektoru Mirzəyev Mir-Rəşad Elşadoviç də ibtidai istintaqda verdikləri ifadələri təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə küçədə olan zaman yaxınlaşmışlar, həmin vaxt video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs tutulan zaman xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da həmçinin hər hansı müqavimət göstərməmişdir. Şəxsi tutan zaman mobil telefonunun yanında olub-olmamasını xatırlamır. ***-***-**-** saylı mobil nömrələri istifadə edir. Təqsirləndirilən şəxs tutduqları ünvana xidməti maşınla gedib-getməmələrini xatırlamır. Mirzəyev Mir-Rəşad Elşadoviç isə məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tutulduğu zaman ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Onun tutulan zaman xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da öz növbəsində hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsi tutan zaman üzərinə baxış keçirmişlər, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar və özü, könüllü surədə təqdim etmişdir. Videoçəkilişi kimin aparmasını uzun müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxsin evini tanımırlar, onu 226 nömrəli məktəbin yaxınlığında tutmuşlar. Təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar, o, Şahid2, digər şəxsin kim olduğunu isə xatırlamır. Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetaminə bənzər kütlə olan bir büküm və mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında yaxınlaşaraq şübhəli şəxs qismində tutmuşlar. Ona yaxınlaşan zaman mobil telefonu yanında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 04 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 03 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 8) “Təqdim olunan əşyaya, DVD diskə baxış keçirilməsi və götürmə haqqında” 03 dekabr 2024-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə Təqsirləndirilən şəxs istifadə məqsədi ilə narkotik vasitə əldə edib Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində üzərində saxlaması barədə şübhəli bilindiyi üçün, 03 dekabr 2024-cü tarixdə, saat 12:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov keçəsində 226 saylı məktəbin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və üzərindən 01 (bir) ədəd şəffaf sellofan bükümündə metamfetaminə bənzər psixotrop-maddə aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) ədəd bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra, həmin kütlə yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüş və tərkibini müəyyən etməkdən ötrü ƏN-nin MEM-ə göndərilmişdir. Daha sonra, 01 (bir) ədəd DVD diskə Compaq markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması və Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunması baradə biİdirməsi öz əksini tapmışdır. (iş.v. 13-14) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs saat 12 radələrində yolla hərəkət etdiyi zaman polis əməkdaşları mülki geyimdə videoçəkilişlə avtomobildən düşüb ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu və bu səbəbdən saxlanıldığını bildirirlər. Bundan sonra, Təqsirləndirilən şəxs və polis əməkdaşları özlərini təqdim edirlər. Bundan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş bükümü təqdim edərək bükümün içərisində psixotrop maddə-metamfetamin (patı) olduğunu, sual olunduğu zaman həmin metamfetamini Bülbülə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Sonra sual olunan zaman Təqsirləndirilən şəxs üzərində olan pul kisəsini və 01 ədəd siqaret qutusunu da polis əməkdaşlarına təqdim edir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddə və mobil telefon ağ zərfə qoyularaq qablaşdırılır. Bundan sonra digər diskdə isə, təhqiqatçı otağında təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) ədəd bükümdə, ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sonra, həmin kütlə yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüş və tərkibini müəyyən etməkdən ötrü ƏN-nin MEM-ə göndərilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 dekabr 2024-cü il tarixli 6/5357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm Təqsirləndirilən şəxs (imza)“ yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,145 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,145 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,095 qram. (iş.v. 38-40) Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 7675 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 84-85) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 25 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan-metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs koşbəxt oğlunun narkotik vasitələrinin satışı ilə məşğul olması barədə heç bir nəlumat daxil olmamış və bundan başqa hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 82-83; 89) 26 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,145 qram, tədqiqatdan sonra qalıq qalmış 1,095 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «polisin nəzarəti altma vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə-metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə təmiz çəkisi 1,145 qram psixotrop maddə metamfetamini polis əməkdaşlarının tələbi ilə könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. (iş.v. 114-118) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk 26 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 114-118) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 15:40-da şübhəli şəxs qismində tutulmuş, saat 12:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 05 dekabr 2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən təmin edilməmişdir. 05 dekabr 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 25, 55-56, 71-72; 74-78) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 1(010)-233/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi şifahi vəsatəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin kimə məxsusluğu, 02 dekabr 2024-cü il tarixdə, saat 09:00-dan 06 dekabr 2024-cü il tarixdə, saat 09:00-dək olan müddət ərzində anten əhatə dairəsi məlumatlarının, həmin nömrəyə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin müvafiq olaraq "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən 03 mart 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı rayon Məhkəməsinə ünvanlanmış, müvafiq olaraq 14 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Belə ki, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 15:40-da tutulmuş, 03 dekabr 2024-cü il tarixdə, saat 12:45-dən azadlığı məhdudlaşdırılmış hesab edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 10:00-da təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ifadə verən zaman 03 dekabr 2024-cü il tarixdə, saat 10 radələrində tutulduğunu bildirmişdir. Diskə baxış keçirilən zaman ***-***-**- ** saylı mobil nömrəsi Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 03 dekabr 2024 tarixdə, saat 09:53-də Amircan-T.Bayramov 88/X4/Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Digər saatlarda isə ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman qeyd edilən tarixlərdə həmin nömrəyə zəng gəlmədiyi və getmədiyi üçün şəxsin hansı ünvanda olduğunu müəyyən etmək olmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ tərəfindən göndərilmiş Aktdan görünür ki, Məmmədov X5 RPİ-nin 31ci polis şöbəsinin təhqiqatçısı Elnur Mənsimovun qərarına əsasən tutularaq 03 dekabr 2024-cü il tarixdə RPİ-nin MSY-ə daxil olmuşdur. X6 qərarı ilə 05 dekabr 2024-cü il tarix, saat 19:20-də Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X10 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X11 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmişdir, lakin şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 03 dekabr 2024-cü il tarixdə, saat 10-11 radələrində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları evinə daxil olaraq onu tutmuş və polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüşdür. Onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə ittiham edəcəkləri hədəsi ilə hədələmişlər. O, da qorxduğu üçün boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Onu ağ avtomobillə 226 saylı məktəbin yanına aparmışlar. Həmin avtomobil videogörüntüdə də görünmüşdür. İş materiallarında olan disklərə baxış keçirildikdə videogörüntüdə olan bükümlərin fərqli büküm olduğu görünmüşdür. Döyülməsilə bağlı müdafiəçisinə bildirməmişdir. Bununla bağlı, həmçinin məhkəməyə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. Tutulandan sonra narkotik vasitələrindən istifadə etmişdir. Lakin tutulan zaman üzərində psixotrop maddə və ya narkotik vasitə olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş CD disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,145 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Bundan əlavə, Suraxanı RPİ tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Aktdan da məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, MSY-ə daxil olarkən və oradan azad olunarkən heç bir şikayəti olmamışdır. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Həmçinin əməliyyat yolu ilə ondan aşkar olunmuş maddəyə təhqiqatçının yanında baxış keçirilən zaman o, həmin maddənin ona məxsus olmaması, üzərindən aşkar olunmuş maddə ilə eynilik təşkil etməməsi kimi xüsusatları bildirməmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC tərəfindən Suraxanı rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 01 ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilmişdir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,145 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 nömrəli məktəbin yaxınlığıdır. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında qeyd olunur ki, Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyataxtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyat-axtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulubsaxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə görə də polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirə salınmadan tutulmasına şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda yol verilə bilər. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Plenum Qərarında qeyd olunanlara baxmayaraq hazırki iş üzrə əməliyyat tədbiri keçirən şəxs Suraxanı RPİ-nin 31-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən şəxs tutulduqdan sonra üzərinə baxış keçirilərkən aşkar edilmiş maddə kağız zərfə qoyularkən həmin zərfin ağzı bağlanmamış, üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilməmiş və yerində möhür vurulmamışdır. Həmin zərf qeyd edilən şəkildə də təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən həmin zərf açılarkən videogörüntüdə zərfin üzərinin imzalandığı və möhürləndiyi görünür. Lakin zərf açılan zaman Təqsirləndirilən şəxs tərəfindən maddənin üzərindən aşkar olunan maddə olmaması, dəyişdirilməsi və digər xüsusatlarla bağlı irad və etiraz bildirilməmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 03 dekabr 2024-cü il tarixdə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,145 qram olan psixotrop maddə-metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən 03 dekabr 2024-cü tarixdə, saat 12:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 nömrəli məktəbin yaxınlığında saxlanılaraq orada üzərində baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,145 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğular və onlara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə, Bakı şəhər Xətai rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-79/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 17 yanvar 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli, Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. 10 iyun 2022-ci il tarixdə, cəza müddəti başa çatdığı üçün azad edilmişdir. (iş.v. 90-91) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, 10 iyun 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hazırki cinayət əməlini törətdiyi 2024-cü ilin dekabr ayınadək 2 ildən artıq müddət keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti də nəzərə alındığından qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs bir övladı olmasına baxmayaraq boşanmış və övladı keçmiş arvadının himayəsindədir, Bakı şəhər Xətai rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(011)-79/2021 saylı hökmünə əsasən o, doğma bacısı X2 yaşadığı mənzilinə təkrarən daxil olmaqla qızıl-zinət əşyalarını oğurlamış, həmin məhkəmədəki ifadəsində narkotik vasitələrdən istifadə etməsini etiraf etmiş, ambulator narkoloji ekspertiza rəyində narkomaniya xəstəliyinin olması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd olunmuş, həmçinin hazırda Suraxanı RPİ-nin İŞ-də barəsində cinayət işi istintaq olunur. Təqsirləndirilən şəxs hazırki məhkəmə proseslərində taksi sürücüsü kimi fəaliyyət göstərməsini bildirmişdir. Qeyd olunan hal isə narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsin nəqliyyat vasitəsini idarə etməklə başqa şəxslərin hüquqlarının pozulmasına, sağlamlıqlarına təhlükə törətməsinə səbəb ola biləcəyindən onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məhkəmə tərəfindən daha məqbul hesab edilir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Qanunun 20.3-cü maddəsinə əsasən vətəndaşların hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkomanlıq xəstəliyinə düçar olan şəxslər üçün, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı ilə məşğul olan və ya onlardan sui-istifadə edən şəxslər üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2003-cü il tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısının 12-ci bəndində qeyd olunmuş - bütün növ nəqliyyatın hərəkəti ilə bilavasitə əlaqədar olan işlər, o cümlədən nəqliyyat bələdçiliyini də aid etmək olar. Buna görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə, narkomaniyadan məcburi müalicə olunmalı və narkomaniya xəstəliyindən sağaldıqdan sonra cəmiyyətə sağlam şəxsiyyət olaraq qayıdaraq qeyd olunan fəaliyyət növü ilə məşğul ola bilər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsi onun şəxsiyyəti, cinayətin ictimai təhlükəlilik dərəcəsi, onun islah olunması, müalicə alıb sağalması, ailəsinin həyat şəraiti və cəmiyyətin mənafeyi baxımından daha məqsədəuyğundur. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut qismində tanınmış və Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,095 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, "xxxx" MMC tərəfindən Suraxanı rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupunun üzvü olmuş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 barəsində yol verdiyi qanun pozuntuları ilə bağlı xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdən 05 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınmış və Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,095 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC tərəfindən Suraxanı rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarının icrası ilə bağlı təqdim edilmiş 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupunun üzvü olmuş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 barəsində yol verdiyi qanun pozuntuları ilə bağlı xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-233/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-233/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver