Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-234/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəribağa oğlunun iştirakı ilə, saat 11:50-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Gürcüstanın Dmanisi rayonunun Əngirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 12 nömrəli evin 127 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 dekabr 2020-ci il tarixdə, saat 19:15-də Bakı şəhəri, ünvan 1 ünvanın qarşısından keçən avtomobil yolunda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus “Opel Astra” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobili 30-40 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməmiş, nəticədə yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya baş beyin əzilməsi, sağ körpücük sümüyünün qapalı sınığı, sağ əlin və sol dizin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsindən 26 dekabr 2020-ci il tarixdə, saat 21:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 03 il əvvəl aldığı 1999-cu il istehsallı “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. 26 dekabr 2020-ci il tarixdə, saat 17:40-da yaşadığı evdən çıxıb avtomobilini idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getməyə başlamış, Yeni Günəşli qəsəbəsində yerləşən “Ana bala” deyilən heykəlin yaxınlığında yerləşən dairəyə çatdıqda digər avtomobillərə yol vermək üçün avtomobilini saxlamış, sonra isə avtomobilin sükanını sağa tərəf istiqamətləndirib hərəkətini davam etdirmişdir. Həmin vaxt avtomobili öz hərəkət zolağı, yəni yolun orta hissəsi ilə saatda 30-40 km sürətlə idarə etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, S.İsmayılov küçəsində yerləşən “OBA” marketin qarşısına çatdıqda yolu soldan sağa keçmək istəyən piyada qadını idarə etdiyi avtomobilin qabaq orta hissəsi vurmuş, sonuncu avtomobilin qabaq alın şüşəsinə dəyib iki metr irəli yerə düşmüş və asfaltın üzərində uzanıqlı vəziyyətdə qalmışdır. İdarə etdiyi avtomobili dərhal saxlayıb həmin piyadaya yaxınlaşmış, yol nəqliyyat hadisəsi yerinə toplaşmış tanımadığı şəxslərin köməyi ilə soyadını, adını və atasının adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib onu “X11” xəstəxanasına aparmışdır. Orada Zərərçəkmiş şəxs qəbul etmədikləri üçün, onu “Diaqnoz” tibb mərkəzinə aparmış, lakin orada da ona həkimlərin olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, xəstəxanalara apararkən Zərərçəkmiş şəxs ayıq olmuş, hətta oğlunun mobil telefon nömrəsini verib ondan sonuncu ilə əlaqə saxlamasını xahiş etmişdir. O, da həmin nömrəyə zəng edib özünü Vüqar kimi təqdim edən şəxsə hadisə barədə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərdi ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 131 nömrəli evin 8 nömrəli mənzilində yaşayır. X1 onun anası olmuş və sonuncu da onlarla birlikdə yaşamışdır. 26 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində işdən çıxmış, yaşadığı binanın həyətinə çatdıqda ***-***-**-** mobil nömrədən onun mobil telefonuna zəng edib özünü Nadir kimi təqdim edən şəxs ona, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki “OBA” marketin qarşısında idarə etdiyi avtomobillə, yolu keçmək istəyən zaman anasını vurduğunu, anasının xəsarət aldığını, lakin hal-hazırda özündə olduğunu və sonuncunu 3 saylı Şəhər Klinik Xəstəxanasına apardığını demişdir. Dərhal həmin xəstəxanay gedib anası ilə görmüşmüş, söhbət zamanı anası limon almaq üçün mağazaya getdiyini, “OBA” marketin qarşısında yolu keçmək istəyərkən avtomobilin onu vurduğunu bildirmişdir. Həmin günü sonradan, həkimlər anasının aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildirmişlər. Sonda V.Zərərçəkmiş şəxs, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27 dekabr 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, ünvan 1 ünvanın qarşısında 03 hərəkət zolağı olan yolda baş vermişdir. Piyada yolu soldan sağa adi yerişlə keçərkən, yolun sol səkidən 2.5 metr məsafəsində vurulmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı piyadanın vurulduğu yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan 26 dekabr 2020-ci il tarixli, 2/21600 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında 27 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilinin qabaq, faralarına nisbətdə orta hissəsində batıq, habelə alın şüşəsinin yan güzgülərə nisbətdə orta aşağı hissəsində mərkəzdən kənarlara doğru dərin çatların olduğu, avtomobilin sükanının, əyləc və idarə etmə mexanizminin saz və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, piyadanı idarə etdiyi həmin avtomobilin qabaq hissəsi ilə vurmuş, sonuncu avtomobilin kapotuna və alın şüşəsinə çırpılaraq yerə yıxılmış, həmin batıq və çatlar məhz piyadanın vurulması nəticəsində əmələ gəlmişdir. İş materiallarında olan meyitin ekspertizasının 26 dekabr 2020-ci il tarixli, 134 saylı rəyindən görünür ki, X1nın bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, sağ körpücük sümüyünün qapalı sınığı, sağ əlin və sol dizin sıyrıqları həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 26 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb – almış olduğu qapalı kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm 3 saylı Şəhər Klinik Xəstəxanasında 26 dekabr 2020-ci il tarixdə, saat 21:30-da baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 aprel 2021-ci il tarixli, 8/634 nömrəli rəyindən görünür ki, “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qəribağa oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Qəribağa oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Qəribağa oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-234/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-234/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver