Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-234/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 13 avqust 1992-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli Hərbi Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 100 manat cərimə cəzasına məhkum olunmuş, 17 may 2012-ci ildə cəriməni tam ödəmiş, məhkumluğu olmayan, Ucar şəhəri, Fizuli küçəsi, 35 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Sadıqcan küçəsi, 15 nömrəli evin 4 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 22 fevral 2022-ci il tarixdə, saat 06:30 radələrində qaranlıq və quru hava şəraitində, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili “Hövsan-Zığ” avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsində Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkət etdirərkən yol hərəkəti qaydasını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərini pozaraq göstərilən yol sahəsində qarşı hərəkət zolağına çıxmaqla qarşıdan əks istiqamətdə 60-65 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E- 320 CDİ” markalı, DT342TD qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz E-320 CDİ” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayağın İ barmağının əsas flanqasının sınığı, oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ iç topuq nahiyəsinin şişkinliyi, sağ ayağın qançırı ilə nəticələnən xəsarət zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 22 fevral 2022-ci il tarixdə, saat 06 radələrində “Köhnə Günəşli” qəsəbəsindən bir nəfər kişi müştərini idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparmaq üçün sifariş almışdır. Buna görə də idarə etdiyi “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə bir nəfər sərnişini qeyd etdiyi ünvandan götürərək, saat 06:30 radələrində “Zığ-Hövsan” yolu ilə Hövsan qəsəbəsi istiqamətində yolun hərəkət hissələrini yarıya bölən orta xəttinə yaxın hərəkətdə olarkən avtomobildə əyləşən sərnişinlə söhbət etmişdir. Ondan öndə təxminən 90-100 metr qarşıda nömrəsinə fikir vermədiyi ağ rəngli “Ford” markalı mikroavtobus hərəkət etmişdir. Qarşı tərəfdən isə əks hərəkət zolağında ondan 200 metr qarşıda 2 avtomobil gəlmişdir. Hava qaranlıq olduğu üçün avtomobillərin işıqları görsənmiş, ona görə markalarını əvvəlcədən bilməmişdir. Bu zaman yolun orta xəttinin üstündə olarkən qarşı tərəfdən gələn “Mercedes Benz-E320 CDİ” markalı, DT342TD nömrə nişanlı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən qara rəngli, lakin nömrə nişanını bilmədiyi “Mercedes Benz-C” markalı avtomobil ötərkən “Mercedes Benz-E320 CDİ” markalı avtomobil ona tərəf istiqamət alaraq xəttin yanında onun idarə etdiyi avtomobilin sol qarşı yan hissəsi ilə həmin avtomobilin sol qarşı yan hissəsi toqquşmuşdur. Toqquşma anidən baş verdiyi üçün o, idarə etdiyi avtomobili kənara çəkə bilməmişdir. Toqquşmadan sonra onun idarə etdiyi “Kia Rio” markalı avtomobil yerində fırlanaraq əks istiqamətdə yolun orta xəttinin yanında dayanmışdır. Digər “Mercedes Benz-E320” markalı avtomobil isə gəldiyi istiqamətdə təxminən 100-150 metr qarşıya gedərək mənim hərəkət zolağının ehtiyat hissəsində dayanmışdır. O, avtomobildə olan sərnişinin vəziyyəti ilə maraqlanmış, hər hansı bir xəsarət almadığını bildirmiş və avtomobildən yerə düşmüş, o da yerə düşərək digər avtomobilə tərəf getmək istədikdə “Mercedes Benz-E320” markalı avtomobildən bir nəfər şəxs, yəni sürücü düşərək ona tərəf gəlmişdir. Ona öz iradını bildirməklə “məni öldürmək istəyirsən, bu nə sürməkdi” ifadəsini işlətmişdir. O, sürücü ilə mübahisə etmək istəməmiş, sürücü özü ona xəsarət aldığını demişdir. O da xəsarət aldığını deyərək, dərhal “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış, sonra isə “102” xidmətinə zəng edərək polisə məlumat vermiş, daha sonra isə “Atəşgah” sığorta şirkətinə və idarə etdiyi avtomobilin sahibi İlkinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra isə hadisə yerinə gələn yol patrul xidmətinin işçiləri də hadisə yerinə gələrək ora təhqiqatçı dəvət etmişlər. O və digər avtomobilin sürücüsü xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə 3 saylı X2 gedərək orada tibbi yardım almışlar. Orada ona məlum olmuşdur ki, “Mercedes Benz-E320” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol ayağının barmağı sınmışdır. Özü isə hadisə nəticəsində hər hansı bir sınıq xəsarəti almamışdır. Xəstəxanada olduqları üçün onlar hadisə yerinin müayinəsi zamanı da iştirak etməmişlər. Həmin günü təhqiqatçı Suat Həmzəyevin dəvəti ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə gələrək, əvvəlcə sərxoşluq və narkoloji müayinələrdən keçərək hadisə barədə izahat vermişdir. İzahat verdikdən sonra isə həmin günü tibbi ekspert müayinəsindən keçmişdir. Hadisə zamanı avtomobildə qeyd etdiyi kimi bir nəfər sərnişin olmuş, başqa sərnişin olmamışdır. Həmin sərnişinin adını, soyadını, nömrəsini bilməmiş, çünki onu təsadüfən müştəri kimi götürmüşdür. Avtomobildə yük olmamışdır. Hadisə zamanı avtomobildə olan sərnişin hər hansı bir xəsarət almamışdır. Hadisədən əvvəl idarə etdiyi “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Həmin vaxt hava qaranlıq olsa da asfalt quru olmuşdur. Yol avtomobilin yaxın vuran işıqlandırma ilə tam aydın görünmüş, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. Ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl o, avtomobili 50 km/saat sürətlə orta xəttə yaxın idarə etmişdir. Həmin avtomobili isə 200 metr məsafədən görmüş, lakin hadisənin baş verə biləcəyini əvvəlcədən bilmədiyi üçün avtomobili öz hərəkət zolağında, orta xəttə yaxın idarə etmişdir. Həmin toqquşma hadisəsi ani olaraq baş verdiyindən o, avtomobili ona tərəf istiqamət aldığını görə bilməmişdir. Toqquşmadan sonra başa düşmüşdür ki, “Mercedes Benz-E320 CDİ” markalı avtomobil onun üstünə doğru istiqamət alaraq hərəkət zolaqlarını bölən xəttin üzərində toqquşmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş zərəri tamamilə ödədiyini və buna görə də sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 22 fevral 2022-ci il tarixdə, saat 06:30 radələrində idarə etdiyi “Mercedes Benz-E320 CDİ” markalı, DT342TD dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsindən “Zığ-Hövsan” yolu ilə Bakı şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən ondan öndə avtomobil olmamış, hava qaranlıq olduğu üçün işıqlardan ondan təxminən 100 metr arxada markasını bilmədiyi avtomobil hərəkət etdiyini görmüşdür. Qarşı tərəfdən isə əks hərəkət zolağında ondan 100 metr qarşıda avtomobil gəlmiş, həmin avtomobil isə tam yaxın məsafəyə çatanda qırmızı rəngli “Hövsan-28 may metrostansiyası” marşurutu üzrə işləyən avtobus olduğunu görmüşdür. O, həmin avtobusun bərabərliyinə çatanda bu zaman həmin avtobusun arxa tərəfindən eyni istiqamətdə hərəkət edən, markasını və nömrəsini hadisədən sonra bildiyi “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil avtobusu ötməyə keçərkən ani olaraq onun hərəkət zolağına daxil olmuş, o, avtomobili qaçırmağa imkan tapmamış və onun idarə etdiyi avtomobilin sol qarşı yan hissəsi ilə həmin avtomobilin sol qarşı yan hissəsi toqquşmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi “Mercedes Benz-E320” markalı avtomobil hərəkət istiqamətinin sağ kənarındakı bardura dəyərək sol hərəkət zolağına doğru istiqamətlənib, təxminən 60-70 metr qarşıya gedərək əks hərəkət zolağının ehtiyat hissəsində dayanmışdır. Hadisə nəticəsində o, sağ ayağından əzik, sol ayağının baş barmağından isə sınıq xəsarəti almışdır. O, avtomobildən yerə düşdükdə isə onun avtomobili ilə toqquşan avtomobilin toqquşma yerində yolun orta hissəsində əks istiqamətdə dayandığını görmüşdür. O, sürücüyə öz iradını bildirərək ona “məni öldürmək istəyirsən, bu nə sürməkdi” deyə müraciət etmişdir. Sürücü isə bir cavab vermədən öz avtomobilində oturmuşdur. O, “102” xidmətinə zəng edərək polisə məlumat vermiş, sonra isə arvadı Anaraya zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra isə hadisə yerinə gələn yol patrul xidmətinin işçiləri də hadisə yerinə gələrək ora təhqiqatçı dəvət etmişlər. Ondan sonra isə hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə o və digər sürücü 3 saylı X2 gedərək orada tibbi yardım almışlar. Orada ona məlum olmuşdur ki, sol ayağının baş barmağı sınmış, digər ayağı isə əzilmişdir. “Kia Rio” markalı avtomobilin sürücüsü isə ciddi xərat almamışdır. Xəstəxanada olduğu üçün hadisə yerinin müayinəsi zamanı da iştirak etməmişdir. Həmin gün təhqiqatçı Suat Həmzəyevin dəvəti ilə Bakı şəhəri Suraxanı Polis İdarəsinə gələrək, əvvəlcə sərxoşluq müayinələrdən keçərək hadisə barədə izahat vermişdir. İzahat verdikdən sonra isə həmin günü tibbi ekspert müayinəsindən keçmişdir. Hadisə zamanı avtomobildə sərnişin olmamış və avtomobildə yük olmamışdır. Hadisədən əvvəl idarə etdiyi “Mercedes Benz-E320 CDİ” markalı, DT342TD dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir nasazlıq olmamışdır. Həmin vaxt hava qaranlıq olsa da, yağış yağmadığı üçün asfalt quru olmuşdur. Avtomobili yaxın vuran işıqlandırma ilə idarə etmiş, yol tam aydın görünmüş, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. O, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl o, avtomobili 60-65 km/saat sürətlə idarə etmişdir. İfadəsindədə qeyd etdiyi kimi həmin avtomobil ondan öndə gələn marşurut avtobusunu ötmə əməliyyatı aparmaq üçün onun hərəkət zolağına çıxdığı vaxt görmüş, həmin vaxt avtomobillər arasındakı məsafə 1-2 metr olmuşdur. Toqquşma onun hərəkət zolağında orta xəttə yaxın olmuşdur. O, xəsarət aldıqdan sonra öz hesabına müalicə almış, sürücü tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Xasarəti ilə bağlı sürücüdən maddi tələbi olmamış, lakin ona məxsus “Mercedes Benz-E320 CDİ” markalı, DT342TD dövlət qeydiyyat nişanlı avtomobilə təxminən 3.000 manat maddi ziyan, usta xərci isə 2.000 manat təşkil etmişdir. Sonda Zərərçəkmiş şəxs, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 məhkəmədə göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2600 “A” nömrəli bağ evində qeydiyyatda olmaqla həmin ünvanında yaşayır. “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsus olmaqla, həmin avtomobili 20 fevral 2022-ci il tarixli etibarnamə əsasında “Bolt” taksi kimi fəaliyyət göstərməklə idarə etmişdir. 22 fevral 2022-ci il tarixdə, saat 07 radələrində Mehman ona zəng edərək “Zığ-Hövsan” yolunda idarə etdiyi avtomobilin “Mercedes Benz-E320” markalı avtomobillə toqquşduğunu bildirmişdir. O, dərhal hadisə baş verən əraziyə getmiş və orada hər iki avtomobilin əzildiyini görmüşdür. Sürücü Təqsirləndirilən şəxs qarşı tərəfin sürücüsünün və özünün xəsarət alması ilə bağlı “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırdığını, həmçinin “Atəşgah” sığorta şirkətinə məlumat verdiyini demişdir. Yol patrul xidmətinin işçiləri də hadisə yerində olmuşlar. Həmin günü təhqiqatçı Suat Həmzəyev tərəfindən hadisə yeri müayinə olunduqdan sonra Təqsirləndirilən şəxs əvvəlcə sərxoşluq və narkoloji müayinələrdən keçərək hadisə barədə izahat alınmışdır. Avtomobillər isə cərimə meydançasına aparılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilməsi ilə bağlı maddi ziyanın qiymətləndirilməsi “Atəşgah” sığorta şirkəti tərəfindən aparılmaqla ödəniləcəkdir. Ona dəymiş ziyanla bağlı sürücü Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Hadisənin baş vermə mexanizimi barədə onun məlumatı olmamış, ona görə də bu barədə hər hansı bir fikir söyləyə bilmir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 fevral 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi “Hövsan-Zığ” avtomobil yolunun Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş vermişdir. Yolun 02 hərəkət zolağı olmaqla, örtüyünün eni 06, hərəkət hissəsinin eni isə 03 metrdir. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli, 2/809 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli, 884 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitəlrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs narkotik sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 fevral 2022-ci il tarixli, 195 nömrəli rəydən görünür ki, X3 bədən səthində sol ayağın İ barmağının əsas falanqasının sınığı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ üç topuq nahiyəsinin şişkinliyi, sağ ayağın qançırı xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 22 fevral 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 aprel 2022-ci il tarixli, 8/721 nömrəli rəydən görünür ki, istintaq tərəfindən tədqim olunan məlumatlara əsasən, “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 may 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 100 manat cərimə cəzasına məhkum olunmuş, 17 may 2012-ci ildə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdəməhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli hökmü üzrə məhkumluğu 17 may 2013-cü ildə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş şəxsin, şahidin və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını və şahidi dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməli və Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydinin” 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs, hal-hazırda zərərçəkmiş şəxs X6 ilə barışmış və ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeydinin” 2-ci hissəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olubolmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə, saat 06:30 radələrində, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hövsan-Zığ” avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsində Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərini pozaraq göstərilən yol sahəsində qarşı hərəkət zolağına çıxmaqla qarşıdan əks istiqamətdə 60-65 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E- 320 CDİ” markalı, DT342TD qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun inzibati məsuliyyəti məsələsi həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X7 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun inzibati məsuliyyəti məsələsi həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-234/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-234/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver