Məhkəmə qərarları › İş №1(010)-234/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-234/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-234/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Naxçıvan MR, Şahbuz rayonu, Külüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xətai Rayon Məhkəməsinin 1(011)-212/2012 saylı, 24 may 2022-ci il tarixli hökmünə əsasən 177.2.1 və 1772.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, Naxçıvan MR, Şahbuz rayonu, Külüz kəndində qeydiyyatla olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 452/2023 nömrəli iş üzrə 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 29 noyabr 2023-cü hesablanmaqla 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbs növündə qətimkan tədbirinin müddəti uzadılmış) , hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şahid3 ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 sentyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə hasardan aşıb qanunsuz daxil olaraq oradan 990 manat dəyərində bir ədəd «Neoterm» markalı kombi aparatı, 40 manat dəyərində bir ədəd elektrik nizamlayıcı qurğunu, 1.160 manat dəyərində bir ədəd «LC» markalı televizoru, 970 manat dəyərində bir ədəd televizoru, 60 manat dəyərində bir ədəd inqlyasiya aparatını, 55 manat dəyərində bir ədəd masaj aparatını, 680 manat ekvivalentində olan 400 ABŞ dolları dəyərində «Sony» markalı videokameranı, 80 manat dəyərində bır ədəd təhlükəsizlik kamerasının yaddaş aparatını, 280 manat dəyərində bir ədəd binokulu, 35 manat dəyərində bir ədəd DVD aparatını, 90 manat dəyərində bir ədəd su qızdırıcısını, 115 manat dəyərində bir ədləd «Fanton» markalı tozsoranı, bir topunun qiyməti 38 manat olmaqla cəmi 76 manat dəyərində iki top 4 mm-lik elektrik naqilini, 35 manat dəyərində bir ədəd kiçik direl aparatını, 50 manat dəyərində bir ədəd böyük direl aparatını, 45 manat dəyərində bir ədəd kiçik laqondanı, 60 manat dəyərində bir ədəd böyük laqondanı, 170 manat dəyərində bir ədəd böyük pereferatoru, 25 manat dəyərində bir ədəd plastik boru birləşdirici ütünü və 1.700 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6.841 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bibisinin yoldaşıdır. Şahid1 bibisi oğludur. Evdə oturmuş, Kamal ona zəng vurmuşdur ki, evdən oğurluq olmuş, görüşmək istəyir. O, bildirmişdir ki, anası evdə yoxdur, atası xəstədir ona baxır. Anası gəlsin, atasının yanında olsun ki, görüşsünlər. Bir müddət keçəndən sonra Kamal zəng vurub demişdir ki, oğru kameraya düşüb, gəlir onun evinə ki, söhbət eləsinlər. O, etiraz etməmiş və qapıya çıxmışdır. Kamal gələndən sonra ona təklif etmişdir ki, maşına otursun. Maşına oturanda orada Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin iki Emin və Rasim adlı əməliyyat müvəkkili olmuşdur. Rasim qolundan tutaraq maşını sürmüş və onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Yolda onu Kamalın yanında döymüşlər. 30-cu polis şöbəsinə çatanda Kamal getmiş, onu isə şöbədə saxlamışlar. Onu rəis müavinin yanına aparmışlar. Ona demişlər ki, Dünyamalının adını versin, məcbur qalıb, Dünyamalı və Zərnitacın adını vermişdir. Demişdir ki, Dünyamalı Gədəbəydəndir, Zərnitac Dünyamalın yanında qalır. Tutulan günü onu məhkəməyə gətirərək inzibati həbs vermişlər. Çıxandan sonra 4-5 gün keçmiş və onu şöbəyə zəng vurub çağırmışlar. Lakin şöbəyə getməyərək rayona çıxıb getmişdir. Kamil və anası onlara gəlmiş, anasına və atasına hədə qorxu gəlmişlər. Sonra anasını Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə apararaq orada 02 gün saxlamışlar. O, Saatlı rayon prokurorluğuna gedib bununla bağlı şikayət yazmışdır. Kamil anasının üstünə hücum çəkərək anasını Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparıb kombi aldırmışdır. Kamil demişdir ki, anası kombini alsa şikayəti geri götürəcəkdir. Onu axtarışa vermişlər. Kamal evlərinə zəng edərək bildirmişdir ki, Dünyamalı tutulmuşdur. Dünyamalı demişdir ki, kombi və televizoru götürüb satmışlar. Lakin o, heç kimin evindən oğurluq etməmişdir. Sonra tutulmuşdur. Müstəntiq ona bildirmişdir ki, bu işlə bağlı ona bəraət veriləcəkdir. Bibisigil şikayət etmişlər və onu Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə apararaq orada döymüşlər Bir gün Suraxanı MSY-də qalmış, 2-ci gün Dünyamalını gətirmişlər. Dünyamalı üzləşdirmədə demişdir ki, qapını açıb evə girmişlər, bir kombi və televizor götürərək satmışlar. O, heç bir oğurluq etməmişdir. Onu yükləmişlər. Barəsində bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, anası 1800 manat dəyərində kredit vasitəsi ilə kombi aparatı alaraq zərərçəkmiş şəxsə qaytarmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. Oğlu Şahid1 hərbi qulluqçudur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 535T bağ evində qeydiyyatda olsa da xidmət yeri ilə əlaqədar olaraq ünvan 1 ünvanda yaşayır. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, qazidir. Gəlini, oğlu Kamalın arvadı Natella Bədəlova da onunla bir ünvanda, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. X7 də hərbiçi olmuş, 2022-ci ildə hərbidən ehtiyata buraxılmışdır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır və qazidir. Rza da onunla bir ünvanda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. Qohumları rəhmətə getdiyinə görə 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən Naxçıvana getmiş, orada yaşayan qohumu Lətifə onlar Naxçıvana gedəndən sonra müalicə üçün Naxçıvandan Bakı şəhərinə gəldiyinə görə onun Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində qalmalı olduğuna görə oğlu Kamal xidmət etdiyi iş yerindən dörd günlük icazə alıb qohumu Lətifənin onlarda qala bilməsi üçün evdə olmuşdur. Sentyabrın ayının 2-si Lətifəni Naxçıvana yola salndan sonra oğlu Kamal bir gün xidmətdə olub iki gün qeyri xidmət gününü gəlib Binədəki evlərində qalmışdır. Sentyabrın ayının 9-u saat 18:00 radələrində oğlu Kamal Binədəki evlərindən çıxıb həyat yoldaşını atasıgilə qoyandan sonra Kürdəmirə xidmət yerinə getmişdir. Səhərisi xidmətə girib 11 sentyabr saat 10-da xidmətdən çıxıb hərbi şəhərcikdə olan evinə getmiş, səhər yenə xidmətdə olacağına görə hərbi şəhərcikdəki evində qalmışdır. O, şəhərcikdəki evində olarkən internetə qoşulandan sonra Binədəki evin kamera görüntüsünə qoşulmaq istəmiş, kameranın söndüyünü görmüş, əvvəlcə işıqların söndyünü ona görə də kameranın işləmədiyini fikirləşmişdir. Sentyabrın 13-də isə günortadan sonra iş vaxtı qurtaranda şəhərə qayıdaraq Binədəki evlərinə getmiş, küçə tərəfdən işıq sayğacının söndürüldüyünü görəndən sonra sayğacı qoşub darvazanı açıb həyətə girəndə qarajın qapısının açıq olduğunu, evin içərisinə daxil olandan sonra isə evidə axtarış aparıldığını, əşyaların dağıldığını göürüb evlərindən oğurluq olduğunu başa düşmüşüdr. Evə baxandan sonra evdən bir ədəd 990 manat dəyərində «Neoterm» markalı 28 lt tutumlu kombi aparatı, 40 manat dəyərində elektirik nizamlayıcı qurğu, 1.165 manat dəyərindjə «LG» markalı 120 sm dioqanal plazma televizor, 970 manat dəyərində 100 sm dioqanal «LG» markalı televizor, yataq otağında divara bərkidilmiş seyfin qapısını qarajdan götürülən külünglə qırıb seyfdən 1.700 manat nağd pul, arvadı üçün aldığı 650 manat dəyərində inqolyasiya aparatı, 55 manat dəyərində masaj aparatı (döşəyin), 680 manat dəyərində «SONY» markalı videokamera, evinin təhlükəsizlik kamerasının 80 manat dəyərində yaddaş qurğusu, 280 manat dəyərində hərbi binokul, 35 manat dəyərində DVD aparatı, 90 manat dəyərində «TERMET» markalı su qızdırıcı aparatı, 115 manat dəyərində «FANTON» markalı tozsoran, bir topu 38 manat olmaqla 76 manat dəyərində olan iki top 4 mm diamertli elektrik naqili, qarajda olan 35 manat dəyərində kiçik drel aparatı, 50 manat dəyərində böyük drel aparatı, 45 manat dəyərində kiçik laqonda aparatı, 60 manat dəyərində böyük laqonda aparatı, 170 manat dəyərində böyük perforator, 25 manat dəyərində plastik boru birləşdirici ütü, 70 manat dəyərində taxta kəsən aparatın oğurlandığını bilmişdir. Özü həmin vaxtı evdə olmadığına görə oğlu Kamal dərhal hadisə barədə polisə məlumat vermişdir. Sonra ailə üzvləri ilə birlikdə son hadisələri xatırlayaraq qaynı Abdullanın oğlu Aqşinin cəzaçəkmə müəssisəsindən təzə çıxdığını, zəng edib borca pul istədiyini, aralarında olan söhbətlərdən Naxçıvana getdiklərini, oğlu Kamalın da sentyabrın 9-dan sonra Binədəki evlərindən çıxıb işə getdiyini və evdə kimsənin olmadığından xəbəri olduğunu bildiyi üçün Aqşindən şübhələnmişlər. Eləcə də hadisədən sonra Aqşinin anası Anaxanım bir ədəd kombi alıb onlara gətirib oğlunun oğurluğu nəticəsində vurduğu ziyanı qismən ödəməyə çalışmışdır. Aqşin özü də oğlu Kamala zəng vurub evlərindən oğurluq etməsini etiraf etmiş, polisə şikayət etdiyinə görə də onu günahkar hesab etmiş, oğlu Kamala əgər ondan şikayət etməsə evlərindən oğurladığı malları gətirib qaytaracağını demişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsin anası tərəfindən ona təzə kombi aparatı qaytarılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ailəsinə vurulmuş 6.841 manat məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, oğurluqda iştirak etməmişdir. O, öz epizodu ilə bağlı iş almış, həmin epizodla bağlı onu polis bölməsinə aparmışlar. Ona polis bölməsində təzyiq etmişlər,ona görə də Təqsirləndirilən şəxs ilə bağlı epizodu etiraf etmişdir. Onu döymüşlər, xəstəxanaya aparmışlar, 3 saylı İstintaq Təcridxanasında ərizə almışlar. Araşdırmadan xəbər olmamış, ərizəsini təcridxanaya girən kimi vermişdir. Məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq ifadəsini təzyiq altında verdiyini, müstəntiqin otağına döyüb aparıldığını, üzləşdirmədə zamanı aldadaraq Aqşinin onun adını verdiyini, Aqşinin adını verəndən sonra onun epizodunu çıxardacağını, Aqşin əmisi oğlunun yeznəsi olduğunu, Aqşinin epizodunu desə onu buraxdığını, onun öz elədiyi oğurluqla bağlı tutulduğunu, həmin yerə tək girdiyini, həmin evlə indiki epizod üzrə evin arasında15 km yol olduğunu, ifadəsini deyib yazdığını, Aqşini əmisi oğluna görə tanıdığını, 3 saylı İstintaq Təcridxanasına girəndə döyülməsi ilə bağlı ərizə yazdığını, prokurorluğa ərizə yazmadığını, zərərçəkmiş şəxsin qapısını tanımadığını, Aqşinlə 3 saylı İstintaq Təcridxanada görüşmədiyini, Aqşinin ona 3 saylı İstintaq Təcridxanada heç bir söz göndərmədiyini, Aqşinlə bağlı ifadəsini polis təzyiqi ilə dediyini, öz epizodunu boynuna aldığını bildirmişdir. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda Təqsirləndirilən şəxslə bir məhəllədə qalırlar, bir-birlərini tanıyırlar aralarında münasibətləri vardır. 2023-cu ilin sentyabr ayının ortalarına yaxın Aqşinlə görüşəndə sonuncu ona bir evdə pul və qızıl olduğunu, evdə yaşayış olmadığını deyib həmin evdən birlikdə oğurluq etməyi təklif etmiş, pula ehtiyacı olduğuna görə Aqşinin təklifi ilə razılaşmışdır. Gecə saat 01-02:00 radələrində Aqşinlə görüşmüş, Aqşin onu ozü ilə piyada «Xəyal» adasına aparmışdır. Məhəlləyə girib iki mərtəbəli fərdi yaşayış evinin qarşısına çatanda Aqşin dayanaraq həmin evdən oğurluq edəcəklərini bildirmişdir. Bundan sonra hər ikisi hasara dırmaşıb aşaraq həyətə düşmüşlər. Aqşin həyətdə gözləməsini deyib özü isə evin qapısını açıb evə girmişdir. Sonra Aqşin əvvəlcə kombini, sonra isə böyük ekranlı plazma televizoru evdən çıxartmışdır. Aqşin həyət darvazasını içəridən açmış, əşyaları çölə çıxardandan sonra Aqşin həyətə keçib darvazanı arxadan bağlayaraq yenidən hasardan aşıb küçəyə düşmüşdür. Aqşin televizorla kombini özü ilə aparıb televizoru öz telefonunda «Lalafo» saytında satdığa qoymuşdur. Səhəri gunü Aqşin gətirib ona 45 manat pul verərək kombini mis kimi 90 manata satdığını demişdir. Aqşin televizoru da elan saytında kiməsə satmış və bir neçə gün sonra ona 50 manat pul vermişdir. Aqşinlə oğurluq etdikləri evin Aqşinin qohumunun evi olduğu ona sonradan məlum olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 Rafiqoviç ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Dönuzkökəltmə sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayır, Təqsirləndirilən şəxs təxminən on ildir ki, tanıyır. Şahid3 da tanıyır, bir məhəllədə yaşayırlar. 2023-cü ilin iyul-noyabr aylarında «Uber» şirkətindən icarəyə götürdüyü «KİA» minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olurmuş, mobil telefon nömrəsi Aqşində olmuş, lazım olanda zəng etmiş, Aqşini müştəri kimi lazım olan yerə aparmışdır. 2023-cü ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı bir gün saat 20-21:00 radələrində Aqşin zəng edib gedəsi yeri olduğunu, Südçülük sovxozundakı «Məxməri» çay evinin yanında onu gözlədiyini demiş, idarə etiyi «KİA» minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aqşinin dediyi yerə getmiş, çatanda Aqşinin orada bir evin qarşısında tək dayanıb gözlədiyini görmüşdür. Aqşin onun idarə etdiyi avtomobilə əyləşmiş, əlində də bir sellofan torba olmuş, amma torbada nə olduğunu bilməmişdir. Aqşini evlərindən bir küçə arxada düşürmüş, Aqşin ona 3 manat pul verib getmişdir. Sonradan Aqşinlə görüşməmiş, onu heç yerə aparmamışdır. Bu hadisədən bir müddət sonra bır nəfər təxminən 40 yaşlı kişi, təxminən 60-70 yaşlı bir kişi ilə yaşadığı evə gəlib onu küçəyə çağırmış, 40 yaşlı kişi adının Kamal olduğunu deyib özü barədə danışıb demişdir ki, hərbiçidir, müharibədə iştirak etmiş, qazidir. Kama levindən oğurluq olduğunu, həmin oğurluğu qohumu Aqşinin etməsini demiş, tanıdığı üçün Aqşinlə danımasını evindən oğurladığı əşyaların yerini və kimə satıbsa həmin adamların evinin yerini deməsini və gedib oğurlanan əşyalarını geri qaytarmalısını tələb etmişdir. Kamala demişdir ki, onun evindən oğurluq olmasından, Aqşinin haradansa oğurluq etməsindən xəbəri yoxdur və Kamala təklif etmişdir ki, Aqşinlə görüşüb bu barədə özü danışsın. Sonra Aqşinə zəng edib onunla danışıb görüşmüş, Kamalın evinə gəldiyini və ona dediklərini Aqşinə çatdırmışdır. Aqşin ona Kamalın onun bibisi oğlu olduğunu, özləri bilərlər deyib məsələyə son qoymuşdur. Aqşini idarə etdiyi avtomobilə Binə qəsəbəsi, Südçülük sovxozundakı «Məxməri» çay evinin qarşısındakı küçədən bir evin qarşısından götürüb evlərdən bir küçə arxada olan küçəyə aparıb düşürdüyüu yeri göstərə bilər. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçıların ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə iclasında cinayət iş materiallarına əlavə edilmiş bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, danışıqların hər birində biri zərər çəkmiş şəxsin oğlu Şahid1 olmaqla bir nəfər kişi iştirak edir, həmin bir nəfər «Aqşin» kimi təqdim olunur. Audiofaylın dinlənilməsi zamanı danışıqların həcminin çox olması və yalnız bəzi danışıqların iş üçün əhəmiyyətli olması nəzərə alınmaqla danışıqları belədir: “1) Təqsirləndirilən şəxs: Amma mən onu tapıb sənə verə bilən oğlanam ha qaqaş, sən prosta məni yandırdın, nədi gedirsən polisnən iş görürsən, öz dayıoğlunu tutdurmaq istiyirsən?. Allaha and olsun tutulacam qardaş srok deyil?, 5 il deyil, 3 il deyil, alacam srokumu gedəcəm, şikayətin var Allah köməyin olsun, mən işimi alandan sonra sənin şikayətin keçməyəcək, cinayətkarı tutublar iş başlanıb, mən tutulsam sənin əşyaların da batıb gedəcək. Gələrdin deyərdin dayıoğlu. Demirsən Binədə, mən Binədə o baş, bu baş hamısını tanıyıram, bilirəm ki, kim nədi, kim narkomandı, kim nə qələt edir, hamısını bilən adamam. İndi mənə cinayət işi açılıb, mənim üstümdə qalır. Haçan tutarlar, ya özüm gedərəm tutularam. Allaha qurban olum, şikayətçisən Allah köməyin olsun, mən nə deyirəm. 2) Şahid1: İndi qulaq asırsan mənə. Mən sənə maşında dediklərim yadındadır? soruşdum ki, Aqşin, bu işdən xəbərin var?, nə dedin?, söyüş söydün ki, bu işdən xəbəri olan belə ..belə..olsun, dedinmi? Təqsirləndirilən şəxs: Sən dedin, sən girmisən, mən dedim yox. Şahid1: Mən gəlim evi göstərim dostlarıma girsinlər orda talasınlar, sonra mən deyim ki, mən girməmişəm ki? Bu evi sən göstərmisən də düzdü? Təqsirləndirilən şəxs: Qaqaş, mən o evi göstərməmişəm ey, mən orda «Sirab» kafenin yanında, «Məxməri» yoxdu? orada oturub pivə zad içmişəm qaqaş, orda mənim izahatımda da var Dünyamalıdı bir də Zəriş var qızdı, tanıyıram ey belə, içəridəydim çıxmamışdım, onnan görüşməmişəm çoxdandı. Bax onlardan. Belə imenni sizin məhlədən keçmişəm ha, qurana and olsun mən özüm, onun maşınınnan keçmişəm, özü soruşub demişəm ki, bax bibimin evidir. Allaha and olsun helə də olubdur. Demişəm xiyarsan sən? Öz bibimin evidir mənim, boşdur, burda yoxdurlar amma, day deməmişəm ey get gir bu xiyar. Mənə zəng edib ki, buranı aparmışıq. Demişəm gicsən sən?. Sən öl bax balamın canına Kamal, ikimizin ölmüşünə demişəm ki, sabah- birisigün deyəcəklər ki, bəlkə də mən eləmişəm. Dedim ki, o gic.... a neynirsən? uje gec idi. Xiyar götürüb gətirmişdi veşdərə qədər. Başa düşürsənmi amma söhbət bu idi. Ama mən bilirəm qardaş kim girib, olardan prosta şikayətin yoxdur, sənin şikaytəin məndəndir, sən məni tutdurmaq istəyirsən, Allah köməyin olsun ay bibioğlu. Şahid1: Sən oğurluqu edənin adını de. Təqsirləndirilən şəxs: Mən öz dostumu nətər tutdurum ey, nətər qoyum onu cırığa, sabah mənim özümü tutdular, nə deyəcəm ona. Mən o evə girməmişəm, ancaq bilirəm kim girib, mən kömək edə bilərəm, olardan əşyaları ala bilərəm. Mən tutdura bilmərəm, ancaq əşyaların yerin göstərə bilərəm. Şahid1: Deyirsən ki, dostlarımı sata bilmərəm, deyəcəklər ki, işverənlik edirsən düzdü? Təqsirləndirilən şəxs: Ancaq mənim sözüm var onlara deməyə, çağırıb lap sənin yanında anasına da söyərəm. Bunu eləməyə haqqım var. Ancaq sən məni tutdursan deyəmmiyəcəm heç nə. Şahid1: Bəs sən bibini görəndə utanmayacaqsan ki? getdim sənin evindən oğurluq elədim. Təqsirləndirilən şəxs: Mən utanmayacam, bilirsən niyə? Mən həmin dostumu gətirib bibimin yanında üzr istədəcəm, deyəcəm ki, belə elədi. Mən bunu eləyə bilərəm başqa heç nə. Şahid1: 1700 manat kassadan (seyfdən) apardıqları pulu gör kimdədirsə onu at, denən atsınlar, sən atma mən kart atım atsınlar karta. Təqsirləndirilən şəxs: Kamal, nə qədər pul atsınlar? Şahid1: 1700 manatımı. Təqsirləndirilən şəxs: Kamal, elə bir şey olub? Bax, sən əzizlərin, nəsil tayfanın canı o qədər pul gedib sənin kassandan? amma düzünü de. Şahid1: Getməsə mən sənə deyərəm? İstəyirsən şəkillərini atım. Təqsirləndirilən şəxs: Mən çıxmışam soruşmuşam ey, həmin adamlardan mənə söyüş də edib ki. var yoxu ....belə-belə olsun o pul kassadan çıxmayıbdır. Mən o adamdan soruşmuşam. Mən də demişəm ki, izahatı oxumuşam bibim oğlu yazıb ki, kassadan pulu gedibdi. O da, söyüş söydü ki, belə şey olmuyubdu. Əşyaları şey eləmir. Şahid1: Neçə nəfər girib ora. Təqsirləndirilən şəxs: bir oğlan bir də qız girib ora. Şahid1: Ay sağol ya qız götürüb oğlana deməyib, ya oğlan götürüb qıza deməyib, fırladıb da bir-birindən gizlədiblər da. Çünki müharibə başlayırdı, ay «yekə baş» birdən birimizə bir şey olsa bilirsən də 44 gündə qardaşım yaralandı. Mənə də bir şey olsa evdən pulu götürüb dalımca gələn olsun. Təqsirləndirilən şəxs: Mən sənə kömək edərəm, əşyaların yerini deyəcəm, onu tutdurmaq zad mənlik deyil. Şahid1: əşyalarım oğurlanıb ürəyim yanır. Təqsirləndirilən şəxs: vaxtında polissiz gəlsəydin əşyalarını tapıb verərdim. Şahid1: Mən malımı istəyirəm, oları qanımın puluna almışam. Təqsirləndirilən şəxs: Mən sənə kömək etsəm, veşlərin kimin qapısındadır, kim aparıb desəm polisə deməyəcəksən? Şahid1: gəlim səni götürüm ikimiz gedək da başqa adam olmasın. Təqsirləndirilən şəxs: Sən get şikayəti geri götür, bugun bazar günüdü, 3-cü gün mən sənin veşlərini gətirə bilərəm hara desən. Amma bu dəyqə mən onsuz da Bakıdan da qıraqdayam ama sənin üçün bu gün bazardı da 3-cü gün veşləri sənin üçün gətirə bilərəm ha, gətizdirə bilərəm amma, yəni həmin adam yoxdu belə qapısını da göstərə bilərəm. Prosta ki, polissiz onun qapısına getmək şərti ilə çünki mənə lazım deyil sabah desinlər ki, sən onun qapısına polisnən getdin, sən qəhbəsən, sən məni tutdurdun. Deməyə haqqı var onun. Belə zəng edərəm bir nəfərə bax sənin danışdığın Samir mənim dostumdur. Sağolsun Allah köməyi olsun mənim arxamca siqaretə qədər gətiribdir. Zəng eliyərəm ona deyərəm. Zəng eliyib ki, qaqaş biboğlun mənə zəng eliyib gəl görüşək zad. Atamın canı Samir sənnən görüşəcəkdi. Şahid1: Mən onsuz ondan görüşəcəm. Təqsirləndirilən şəxs: Cındır Dünyamalı ilə qoy danışım görüm nə deyir. Binə deyil ancaq Sabunçu tərəfdədir sənin veşin orda olacaqdı. K.K.Əİirzayev: Dünyamalı şöbədədi. Təqsirləndirilən şəxs: Hansı Dünyamalı o kimdi ki? nə üstə aparıblar onu? Şahid1: Sən Samirnən danış. Təqsirləndirilən şəxs Samirlik şey deyil, bir dənə dostum var ona deyəcəm, o həll edəcək. Samir əslində olub ey o şeydə, bidənə maşınınnan o veş aparıb, prosta onnux bir şey yoxdu, Nurlana deyəcəm indi, dostumdu. O, bilir yaxşısını elə onun yerini də bilir, veşdərin yerini də bilir, çünki həmin uşaqnan yaxındı, çox yaxındırlar. Ona desəm o mənə çox köməklik edəcək. Kamal, sənə bir yaxşılıq edəcəm, sənə onu aparanında şəklini ata atacam, get onu tutdur da, yaxşı qaqaş. Sən özüm ölüm sənin veşivi aparanı da bilirəm, şəklini çəkib atacam. K.K.Əİirzayev-Sən mənə kömək elə mən səndən şikayəti götürərəm. 1-Təqsirləndirilən şəxs: Yazdıra biləcəksənsə mən o adamın şəklini də evinin adresini də atacam sənə”. Bir ədəd CD Compact diskdə olan danışıqlara baxış keçirərək nəticəyə gəlmək olar ki, Quliyev X1 Kamal Kamil oğlu ilə aralarında olan danışıq zamanı Dünyamalı və Zəriş adlı tanışlarına bibisinin əri Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin yerini göstərməsini, evin boş olmasını, bibisigilin evdə olmadıqlarını deməsini, Dünyamalının da həmin evdən oğurluq etməsi, oğurladığı əşyaları da gətirməsini etiraf edir. Hansı ki, Quliyev X3 RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Vüqar İsizadəyə verdiyi izahatında da etiraf edir ki, xx.xx.2023cü il tarixdə axşam saatlarında dostu Dünyamalı və onun sevgilisi Zərintac ilə “Chevrolet” markalı minik avtomobili ilə Binə qəsəbəsində gəzdikləri zaman Dünyamalı pul olmadığını demiş, oğurluq edib pul qazanmağı təklif etmiş, həmin vaxtı bibisi oğlunun evində pul ola biləcəyini, bibisi oğlunun hərbiçi olduğuna görə çox vaxt evdə olmadığını, bibisigilin isə həmin vaxt Naxçıvanda olmasını bildirmiş, bu təklifindən sonra Dünyamalı Aqşinə evi göstərməsini demiş və evi onlara göstərmiş, Dünyamalı ilə Zərintac avtomobildən düşmüşlər, özü isə onlardan aralanıb Binə qəsəbəsində Məsçidin yanında gözləmiş, təxminən 1 saatdan sonra ona zəng edərək harada olduğunu soruşmuş, yerini deyəndən sonra yanına gəlmişlər, onların avtomobilində 2 ədəd televizor, 1 ədəd kombi aparatı və 1 ədəd svarka aparatı görmüş, sonra Dünyamalı Aqşinə bildirmişdir ki, evdən oğurladığı əşyaları satdıqdan sonra onunla görüşüb ona düşən payı verəcəkdir. Bundan başqa Təqsirləndirilən şəxs Şahid1lə danışığında sonuncunun evindən kimin oğurluq etməsini, oğurlanmış əşyaların harada olmasını bilməsini, 2-3 gün ərzində oğurlanmış əşyalarını qaytaracağına söz verməsini bildirmişdir. Hətta danışığında bildirmişdir ki, dostu Samir bir dəfə Zərərçəkmiş şəxs evindən oğurlanmış veşləri daşımış, ancaq Samirlik bir iş yoxdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 44(010)-452/2023 nömrəli iş üzrə 01 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-19/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 18 fevral 2024-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 18 mart 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-90/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2017-ci il təvəllüdlü X4 adlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Xətai Rayon Məhkəməsinin 1(011)-212/2012 saylı, 24 may 2022-ci il tarixli hökmündən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 1772.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı ilə 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 noyabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək cinayət əməli nəticəsində ailəsinə vurulmuş 6.841 manat məbləğində maddi zərərin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Cinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ci maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:

1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;

2. bu zərər nəticə etibarilə ödəniləndirmi;

3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;

4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nəticəsində ziyanın mövcud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına cinayət əməli nəticəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nəticəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-Prosessual Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nəticəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçüncü şəxslər ola bilərlər 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nəticəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. Bu kriteriyalara cavab verməyən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-in 179-cu maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin anası tərəfindən zərərçəkmiş şəxsə 1800 manat dəyərində təzə kombi qaytarıldığından, zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunmalı, Təqsirləndirilən şəxs 5.000 (beş min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməli, mülki iddianın qalan hissəsi sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 3N nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 5.000 (beş min) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə təmin edilməsin Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar