Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-235/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 22 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMCnin Günəşli-4 filialının mağazasına müştərilərin ticarət zalına daxil olmasına icazə verilən iş vaxtı gələrək, oradan 03 iyul 2023-cü il tarixdə qiyməti 1,59 manat olan “Milla nanə” ayranını; 1 ədədinin qiyməti 13,25 manat, ümumi qiyməti 53 manat olan 4 qutu “X10” quru çayı; qiyməti 9,75 manat olan “Hüner” qarğıdalı yağını; qiyməti 0,60 manat olan “Binə zavod çörəyini”, 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 26,36 manat olan 4 ədəd “Snikers südlü kokteylini”, 1 ədədinin qiyməti 2,79 manat, ümumi qiyməti 5,58 manat olan 2 ədəd “Alpenland” içkisini, qiyməti 5,79 manat olan “Palette” saç kremboyasını; qiyməti 6,15 manat olan “Garnier” saç boyasını, bir ədədinin qiyməti 11,99 manat, ümumi qiyməti 23,98 manat olan 2 ədəd “Head & Shoulders” saç balzamını; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 banka “Bizon” içkisini; qiyməti 1,70 manat olan 1,5 litrlik “Coca Cola” içkisini; 1 kiloqramının qiyməti 1,39 manat olan 3,94 manatlıq 2,838 kiloqram soğanı; qiyməti 4,99 manat olan “Ekodost öyretme hendese” dərs bilgisi nəşrini; qiyməti 4,99 manat olan “Ekodost öyretme hava” dərs bilgisi nəşrini; qiyməti 4,99 manat olan “Ekodost öyretme dünya” dərs bilgisi nəşrini, ümumi qiyməti 155,41 manat olan ticarət mallarını; 04 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 1,70 manat, ümumi qiyməti 27,20 manat olan 16 ədəd 1,5 litrlik “Coca Cola” içkisini; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni; 1 ədədinin qiyməti 2,50 manat, ümumi qiyməti 5 manat olan 2 ədəd “Conf Kids box skazoç” suvenirli konfeti; 1 ədədinin qiyməti 3,60 manat, ümumi qiyməti 7,20 manat olan 2 ədəd “Haribo stramix jeliboom” konfetini; 1 ədədinin qiyməti 0,39 manat, ümumi qiyməti 0,78 manat olan 2 ədəd “Zolotoy sad” şirəsini; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 ədəd “X9” kofetini; 1 ədədinin qiyməti 0,79 manat, ümumi qiyməti 2,37 manat olan 3 ədəd “X8” konfetini; 1 ədədinin qiyməti 0,60 manat, ümumi qiyməti 1,80 manat olan 3 ədəd “Ozmo Mello südlükakaolu” konfetini; 1 ədədinin qiyməti 1,59 manat, ümumi qiyməti 3,18 manat olan “Milla nanə” ayranını; qiyməti 0,65 manat olan “Rollton vermişel toyuqlu” tezbişən vermişelini; qiyməti 0,65 manat olan “Rollton bulyonlu vermişel” tezbişən vermişelini; qiyməti 0,80 manat olan “Rollton lapşa qovyadina” tezbişən əriştəsini; qiyməti 0,65 manat olan “Rollton vermişel mal əti ilə” tezbişən vermişelini; qiyməti 0,65 manat olan “ETİ Pop kek mini limonlu” keksini; qiyməti 1,40 manat olan “Fanta portağal” içkisini; qiyməti 1,70 manat olan “Sprite” içkisini; 1 kiloqramının qiyməti 16,89 manat olan, 11,82 manatlıq 0,700 kiloqram “Best beef servelat” kolbasasını; 1 kiloqramının qiyməti 9,99 manat olan, 5,57 manatlıq 0,558 kiloqram “sardel pendirli” məmulatını; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 banka “Bizon” içkisini; qiyməti 2,15 manat olan “Basil Early sping” içkisini, ümumi qiyməti 80,00 manat olan ticarət mallarını; 05 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 13,18 manat olan 2 ədəd “Snikers südlü kokteyl”ini; 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 13,18 manat olan 2 ədəd “M&M-s südlü kokteylini; 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 13,18 manat olan 2 ədəd “Twix südlü kokteyl”ini; 1 kiloqramının qiyməti 16,99 manat olan, 4,38 manatlıq 0,258 kiloqram vakuum qabda “Min bərəkət saçaqlı pendir”ini; qiyməti 2,79 manat olan “Alpenland” içkisini; qiyməti 2,09 manat olan “Danone Aktivia” içkisini: 1 kiloqramının qiyməti 2,99 manat olan, 0,84 manatlıq 0,280 kiloqram limon meyvəsini; 1 bağlamasının qiyməti 0,17 manat, ümumi qiyməti 1,02 manat olan 6 ədəd göyərti bağlamasını; qiyməti 1,20 manat olan “Mister tum” qara günəbaxan tumlarını; qiyməti 1,20 manat olan “Patron” günəbaxan tumlarını; qiyməti 2,89 manat olan “Adazu pomidor” çipsini; qiyməti 2,95 manat olan “Lays pendirli” çipsini; 1 ədədinin qiyməti 1,70 manat, ümumi qiyməti 3,40 manat olan 2 ədəd “Coca Cola zero” içkisini, ümumi qiyməti 62,30 manat olan ticarət mallarını; 06 iyul 2023-cü il tarixdə 1 kiloqramının qiyməti 5,29 manat olan, 4,30 manatlıq 0,812 kiloqram “Hicaz” doğranmış-çəkilmiş toyuq ətini; 1 kiloqramının qiyməti 8,99 manat olan, 6,17 manatlıq 0,686 kiloqram “Hicaz” qabda dondurulmuş toyuq file ətini; 1 kiloqramının qiyməti 12,09 manat olan, 6,55 manatlıq 0,542 kiloqram “Min bərəkət sacüstü” sosislərini; 1 kiloqramının qiyməti 16,89 manat olan, 11,82 manatlıq 0,700 kiloqram “Best beef servelat” kolbasasını; 1 ədədinin qiyməti 1,70 manat, ümumi qiyməti 20,40 manat olan 12 ədəd 1,5 litrlik “Coca Cola” içkisini; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni, ümumi qiyməti 49,84 manat olan ticarət mallarını; 07 iyul 2023-cü il tarixdə 1 bağlamasının qiyməti 0,17 manat, ümumi qiyməti 0,51 manat olan 3 ədəd göyərti bağlamasını; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni; qiyməti 0,79 manat olan “X14 so v” tezbişən əriştəni; qiyməti 0,79 manat olan “X14 tuse” tezbişən əriştəni; qiyməti 0,65 manat olan “Rollton vermişel mal əti ilə” tezbişən vermişelini; qiyməti 0,65 manat olan “Rollton vermişel toyuqlu” tezbişən vermişelini; 1 ədədinin qiyməti 0,70 manat, ümumi qiyməti 1,40 manat olan 2 ədəd çiyələkli, kokoslu “Dirol” saqqızını; qiyməti 5,39 manat olan “Dvor razdolye” göbələyini; qiyməti 4,49 manat olan “Fora siyah zeytun” konservini; 1 ədədinin qiyməti 1,40 manat, ümumi qiyməti 7 manat olan 5 ədəd “Coca Cola” içkisini; qiyməti 2,20 manat olan “Vitamin multivitamin” içkisini; 1 ədədinin qiyməti 3,30 manat, ümumi qiyməti 33 manat olan 10 banka “Red bull” enerji içkisini; 1 kiloqramının qiyməti 13,99 manat olan, 8,17 manatlıq 0,584 kiloqram mavigilə meyvəsini, ümumi qiyməti 65,64 manat olan ticarət mallarını; 08 iyul 2023-cü il tarixdə qiyməti 1,90 manat olan “Penstore” plastilini; qiyməti 1,80 manat olan “Penstore” köpüyünü; 1 ədədinin qiyməti 2,50 manat, ümumi qiyməti 5 manat olan 2 ədəd “Kids box Lol” oyuncağını; 1 ədədinin qiyməti 0,60 manat, ümumi qiyməti 1,20 manat olan 2 ədəd “Bebeto-kobra X” oyuncağını; 1 ədədinin qiyməti 1,24 manat, ümumi qiyməti 2,48 manat olan 2 ədəd “Toybox Cakıl” şokoladını; 1 kiloqramının qiyməti 13,90 manat olan, 6,31 manatlıq 0,454 kiloqram “Cənnət halal” sosislərini; 1 ədədinin qiyməti 4,99 manat, ümumi qiyməti 9,98 manat olan 2 ədəd Doktorskaya bişmiş kolbasasını; qiyməti 1,75 manat olan 1 litrlik “Atena” ayranını; 1 kiloqramının qiyməti 10,49 manat olan, 8,54 manatlıq 0,814 kiloqram “Aydin” şokoladlı konfetlərini; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni; qiyməti 16,19 manat olan “Zeytuna rivie” zeytun yağını; qiyməti 6,99 manat olan “Sees” qadın pijamasını; 1 ədədinin qiyməti 6,99 manat, ümumi qiyməti 13,98 manat olan 2 ədəd “Koton” yastıq üzünü; 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 130,80 manat olan 40 banka “Red bull” enerji içkisini; qiyməti 0,99 manat olan “Rauch Yippy persik” içkisini, ümumi qiyməti 214,82 manat olan ticarət mallarını; 10 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 4,70 manat, ümumi qiyməti 122,20 manat olan 26 banka “Red bull” enerji içkisini; qiyməti 0,95 manat olan “Baton kəpəkli” çörəyini; 1 kiloqramının qiyməti 13,90 manat olan, 6,17 manatlıq 0,444 kiloqram “Ovqat soba” sosislərini; 1 kiloqramının qiyməti 16,89 manat olan 11,62 manatlıq 0,688 kiloqram “Best beef servelat” kolbasasını, ümumi qiyməti 140,94 manat olan ticarət mallarını; 12 iyul 2023-cü il tarixdə qiyməti 2,59 manat olan “ACE limon” yuyucu-ağardıcı vasitəni; qiyməti 17,95 manat olan “Ariel” yuyucu tozunu; qiyməti 7,49 manat olan “Arko” kosmetik kremi; 1 ədədinin qiyməti 4,29 manat, ümumi qiyməti 8,58 manat olan 2 ədəd “Bizim Tarla moruq mürəbbəsi”ni; 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 166,77 manat olan 51 banka “Red bull” enerji içkisini, ümumi qiyməti 203,38 manat olan ticarət mallarını; 13 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 2,89 manat, ümumi qiyməti 5,78 manat olan 2 ədəd universal silgəc bezləri bağlamasını; 1 kiloqramının qiyməti 7,09 manat olan 9,68 manatlıq 1,366 kiloqram “Səba” dondurulmuş toyuq ətini; 1 ədədinin qiyməti 0,99 manat, ümumi qiyməti 2,97 manat olan 3 ədəd “Milla çiyələk” dondurmasını; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 ədəd “İçəri şəhər plombir” dondurmasını; 1 ədədinin qiyməti 1,95 manat, ümumi qiyməti 3,90 manat olan 2 ədəd “Millenium aristokrat” dondurmasını; 1 ədədinin qiyməti 3,39 manat, ümumi qiyməti 6,78 manat olan 2 ədəd “Oreo Eskimo” dondurmasını; 1 ədədinin qiyməti 3,39 manat, ümumi qiyməti 6,78 manat olan 2 ədəd “Nestle Alpen gold” dondurmasını; 1 ədədinin qiyməti 8,99 manat, ümumi qiyməti 17,98 manat olan 2 ədəd zibil torbaları bağlamasını; 1 ədədinin qiyməti 5,79 manat, ümumi qiyməti 11,58 manat olan “Palette” saç boyasını; qiyməti 11,75 manat olan “Loreal exellence” saç boyasını; qiyməti 9,29 manat olan “Pantene mask bamboo” saç maskasını; qiyməti 9,29 manat olan “Pantene oil repair” saç üçün yağı; qiyməti 5,89 manat olan “Milka” südlü şokoladı; qiyməti 2,09 manat olan “Coca Cola” içkisini; qiyməti 9,59 manat olan “X11” oyuncağını; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 5 manat olan 5 ədəd uşaq oyuncağını; qiyməti 4,99 manat olan “Rexona antiperspirant” dezodorantını; qiyməti 5,45 manat olan “X12 Deo Antibacteral” dezodorantını; 1 kiloqramının qiyməti 0,69 manat olan, 1,33 manatlıq 1,924 kiloqram xiyarı; 1 kiloqramının qiyməti 1,95 manat olan, 1,15 manatlıq 0,590 kiloqram armudu; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni; 1 ədədinin qiyməti 2,79 manat, ümumi qiyməti 5,58 manat olan 2 ədəd “Alpenland” içkisini; 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 19,77 manat olan 3 ədəd “Twix südlü kokteyl”ini; qiyməti 1,99 manat olan “Milla reyhanlı” ayranı; 1 ədədinin qiyməti 3,60 manat, ümumi qiyməti 10,80 manat olan 3 ədəd “Haribo Goldbaren” şirniyyatını; qiyməti 4,49 manat olan “Konfitreyd” marmeladını; qiyməti 2,69 manat olan “Sun” salfetlərini; 1 ədədinin qiyməti 0,69 manat, ümumi qiyməti 1,38 manat olan 2 ədəd “Berg soyuq çay mango” içkisini; 1 kiloqramının qiyməti 13,90 manat olan 6,45 manatlıq 0,464 kiloqram “Cənnət halal” sosislərini; qiyməti 1,19 manat olan “Danon” südlü şokoladı; qiyməti 7,79 manat olan “Wellaflex hairspray” saç lakını, ümumi qiyməti 207,82 manat olan ticarət mallarını; 14 iyul 2023-cü il tarixdə qiyməti 0,80 manat olan “Patron” günəbaxan tumlarını; qiyməti 1,40 manat olan “Çiko qara ildırım” günəbaxan tumlarını; qiyməti 14,79 manat olan “Loreal Casting 400” saç boyasını; 1 ədədinin qiyməti 6,15 manat, ümumi qiyməti 18,45 manat olan 3 ədəd “Garnier” saç boyasını; 1 ədədinin qiyməti 2,99 manat, ümumi qiyməti 14,95 manat olan 5 ədəd “Super toys” oyuncağını; qiyməti 0,95 manat olan “Badamlı” qazlı suyunu; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 banka “Bizon” içkisini; qiyməti 4,20 manat olan “Ülker halley” şokoladını; qiyməti 2,50 manat olan “Behre viteks” keksini; 1 ədədinin qiyməti 0,79 manat, ümumi qiyməti 1,58 manat olan 2 ədəd “X14 tuse” tezbişən əriştəni; 1 ədədinin qiyməti 2,45 manat, ümumi qiyməti 7,35 manat olan 3 ədəd “Bonduel yaşıl noxud” konservini; qiyməti 2,29 manat olan “Meçta xozyayki” mayonezini; qiyməti 9,45 manat olan “Nivea men ultra” təraş köpüyünü; qiyməti 5,55 manat olan “B&V exotik krem-gel” kosmetik vasitəni; qiyməti 10,55 manat olan “X13 gel” kosmetik vasitəni; qiyməti 0,60 manat olan “Binə zavod çörəyi”ni, ümumi qiyməti 97,94 manat olan ticarət mallarını; 15 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 3,60 manat, ümumi qiyməti 14,40 manat olan 4 ədəd “Haribo Goldbaren” şirniyyatını; 1 ədədinin qiyməti 5,39 manat, ümumi qiyməti 10,78 manat olan 2 ədəd “Menthos pure fresh my” saqqızını; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 6 manat olan 6 ədəd “Fanat suxary kabablı” çərəzini; qiyməti 12,49 manat olan “Rafaello” konfetini; qiyməti 2,42 manat olan “Orion choko-pie chok” keksini; qiyməti 5,18 manat olan “Orion choko-pie chok” keksini; 1 ədədinin qiyməti 11,75 manat, ümumi qiyməti 23,50 manat olan “Loreal exellence” saç boyasını; qiyməti 1 manat olan “Berg soyuq çay mango” içkisini; 1 ədədinin qiyməti 2,49 manat, ümumi qiyməti 9,96 manat olan 4 ədəd “Fruttis yogurt topper” yoqurtunu; 1 ədədinin qiyməti 2,79 manat, ümumi qiyməti 25,11 manat olan 9 ədəd “Alpenland” içkisini; 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 banka “Bizon” içkisini, ümumi qiyməti 112,84 manat olan ticarət mallarını; 17 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 183,12 manat olan 56 banka “Red bull” enerji içkisini; 1 ədədinin qiyməti 2,79 manat, ümumi qiyməti 16,74 manat olan 6 ədəd “Alpenland” içkisini, ümumi qiyməti 199,86 manat olan ticarət mallarını; 18 iyul 2023-cü il tarixdə qiyməti 2,09 manat olan “Fanta portağal” içkisini; 1 ədədinin qiyməti 4,99 manat, ümumi qiyməti 19,96 manat olan 4 bağlama “Sosiski moloçnıe” sosislərini; qiyməti 6,59 manat olan “Nestle Nesquik cerea” kakaosunu; qiyməti 1 manat olan “Berg soyuq çay mango” içkisini; qiyməti 2,20 manat olan “Сарру Pulpy portağal” içkisini; 1 ədədinin qiyməti 0,99 manat, ümumi qiyməti 3,96 manat olan 4 banka “Çudo puding şokolad”ını; 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 59,31 manat olan 9 ədəd “Snikers südlü kokteyli”ni; qiyməti 4,09 manat olan “Final mal əti” konservini; qiyməti 3,89 manat olan “Soba mal əti” konservini; qiyməti 5,18 manat olan “Orion choko-pie chok” keksini; qiyməti 1,59 manat olan “Milla nanə” ayranını; 1 kiloqramının qiyməti 9,99 manat olan, 4,32 manatlıq 0,432 kiloqram “Delisiya pryanik”ini; 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 222,36 manat olan 68 banka “Red bull” enerji içkisini; 1 kiloqramının qiyməti 13,99 manat olan, 13,99 manatlıq 1,002 kiloqram Doktorskaya bişmiş kolbasasını; qiyməti 2,42 manat olan “Orion choko-pie chok” keksini, ümumi qiyməti 356,07 manat olan ticarət mallarını; 19 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 6,59 manat, ümumi qiyməti 13,18 manat olan 2 ədəd “Snikers südlü kokteyli”ni; 1 ədədinin qiyməti 3,60 manat, ümumi qiyməti 7,20 manat olan 2 ədəd “Haribo happy cola” şirniyyatını; 1 ədədinin qiyməti 2,59 manat, ümumi qiyməti 5,18 manat olan 2 ədəd “Ehrmann ermiqurt yaq” yoqurtunu; 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 134,07 manat olan 41 banka “Red bull” enerji içkisini, ümumi qiyməti 159,63 manat olan ticarət mallarını; 20 iyul 2023-cü il tarixdə 1 ədədinin qiyməti 1 manat, ümumi qiyməti 2 manat olan 2 ədəd “Fanat suxary dana əti” çərəzini; 1 ədədinin qiyməti 0,60 manat, ümumi qiyməti 1,20 manat olan 2 ədəd “Fruktovıy sad” şirəsini; 1 ədədinin qiyməti 1,20 manat, ümumi qiyməti 2,40 manat olan 2 ədəd “Eti benimo” peçenyesini; 1 ədədinin qiyməti 0,15 manat, ümumi qiyməti 0,30 manat olan 2 ədəd “Bolluq bakuş” kökəsini; 1 ədədinin qiyməti 1,36 manat, ümumi qiyməti 2,72 manat olan 2 ədəd “Bolşevik Yubileynoe” peçenyesini; 1 ədədinin qiyməti 0,50 manat, ümumi qiyməti 1,50 manat olan 3 ədəd ”ETİ crax çubuk bahar” peçenyesini; 1 ədədinin qiyməti 0,95 manat, ümumi qiyməti 1,90 manat olan 2 ədəd “Ülkər albeni” şokoladı; 1 ədədinin qiyməti 0,89 manat, ümumi qiyməti 1,78 manat olan 2 ədəd “Akulchev venskie” vaflisini; 1 ədədinin qiyməti 1,24 manat, ümumi qiyməti 2,48 manat olan 2 ədəd “Toybox Cakıl” şokoladını; 1 ədədinin qiyməti 3,27 manat, ümumi qiyməti 130,80 manat olan 40 banka “Red bull” enerji içkisini, 1 ədədinin qiyməti 1,85 manat, ümumi qiyməti 3,70 manat olan 2 ədəd “Haribo Goldbaren” şirniyyatını; 1 ədədinin qiyməti 0,45 manat, ümumi qiyməti 0,90 manat olan 2 ədəd “Natura alma” meyvə şirəsini; 1 ədədinin qiyməti 0,50 manat, ümumi qiyməti 1 manat olan 2 ədəd “Vitamin ananas” meyvə şirəsini; qiyməti 1,70 manat olan “Fanta portağal” içkisini; 1 ədədinin qiyməti 4,99 manat, ümumi qiyməti 9,98 manat olan 2 bağlama “Sosiski moloçnıe” sosislərini; qiyməti 1,70 manat olan “Coca cola” içkisini; qiyməti 1,20 manat olan “Fuse tea peach” içkisini; qiyməti 1,79 manat olan “Fuse tea şaftalı” içkisini; 1 ədədinin qiyməti 0,30 manat, ümumi qiyməti 0,60 manat olan 2 ədəd “Criss Cross fındıq” şokoladını; 1 ədədinin qiyməti 0,30 manat, ümumi qiyməti 1,20 manat olan 4 ədəd “ETİ ruf 18” rəngli biskviti; 1 ədədinin qiyməti 0,79 manat, ümumi qiyməti 1,58 manat olan 2 ədəd “Ulkər cizi kraker” peçenyesini; 1 ədədinin qiyməti 1,09 manat, ümumi qiyməti 2,18 manat olan 2 ədəd “Ozmo burger” biskvitini; 1 ədədinin qiyməti 0,55 manat, ümumi qiyməti 1,10 manat olan 2 ədəd “Nazari cocoa layer” biskvitini; 1 ədədinin qiyməti 0,60 manat, ümumi qiyməti 1,20 manat olan 2 ədəd “Storck mamba” konfetini; 1 ədədinin qiyməti 0,70 manat, ümumi qiyməti 1,40 manat olan 2 ədəd “Ülkər albeni” şokoladı; 1 ədədinin qiyməti 0,59 manat, ümumi qiyməti 1,18 manat olan 2 ədəd “Ozmo ogopogo” keksini; 1 ədədinin qiyməti 0,50 manat, ümumi qiyməti 1 manat olan 2 ədəd “Chupa chups” konfetini; 1 ədədinin qiyməti 0,20 manat, ümumi qiyməti 0,40 manat olan 2 ədəd “Pefetti CC morojeno” dondurmasını, ümumi qiyməti 180,89 manat olan ticarət mallarını - 03 iyul 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək olan müddətdə mağazanın iş vaxtı müştəri qismində mağazada olan zaman nəzarətçilərin və təhlükəsizlik xidməti əməkdaşlarının diqqətinin yayınmasından istifadə edərək, vahid oğurluq niyyəti ilə ümumi qiyməti 2.287,38 (iki min iki yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat olan malları kassa nəzarətindən kənar və gizli olaraq ticarət zalından çıxarmaqla talayaraq, Zərərçəkmiş şəxs MMC-nə 2.287,38 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Rəsmiyyə ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır. 16 yaşlı oğlu Tunar 2023-cü il oktyabr ayının 19-da elektrik vurması nəticəsində vəfat etmişdir. Heç bir yerdə işləmir, buna görə də ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Pulu olmadığına görə isə ailəsini dolandırmaq üçün ərzaq ala bilməmişdir. 2023-cü il iyul ayının əvvəllərində gündüz saatlarında kirayədə yaşadıqları evin yaxınlığında, yəni Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs-ə girib alışveriş etmək istəyəndə görmüşdür ki, marketin nəzarətçiləri yoxdur. Ona görə də bu şəraitdən istifadə edərək marketdən ərzaq mallarını oğurlamaq, yəni götürüb pulunu vermədən marketdən çıxmaq qərarına gəlmişdir. Marketdən “Milla nanə” ayran, “Beta” çayı, qarğıdalı yağı, çörək, “Snikers südlü kokteyli”, saç krem-boyası, “Head & Shoulders” saç balzamı, “Bizon” içkisi, “Coca Cola” içkisi, soğan, “Ekodost öyretme hendese” dərs bilgisi nəşrini və s. götürüb əlindəki göy rəngli sellofan torbaya qoyaraq pulunu vermədən gizlin olaraq marketdən çıxartmışdır. Bundan sonra bilərək ki, Araz marketdən ərzaq məhlullarını gizli olaraq götürüb çıxartmaq rahatdır, oradan yenə də oğurluğu davam etdirmək məqsədi ilə səhəri günü gündüz vaxtı adi qaydada müştəri kimi marketə daxil olmuşdur və satışa qoyulmuş “Coca Cola” içkisini, konfetləri, meyvə şirələrini, “Rollton vermişel toyuqlu” tezbişən vermişeli, kolbasa, pendir, enerji içkilərini götürüb pulunu ödəmədən gizlin olaraq marketdən çıxartmışdır və evə aparıb istifadə etmişlər. Anası və mərhum oğlu ərzaq məhsullarını oğurluq yolu ilə əldə etdiyini bilməmişlər. Özü əvvəllər satıcı işləmişdir və demişdir ki, guya ehtiyat üçün yığdığı puldan xərcləyir. Sonrakı günlər də eyni məqsədlə iş vaxtında və gündüz saatlarında həmin “Araz” marketə müştəri kimi daxil olub ərzaq mallarını və qadına aid şampun və kremləri pulunu vermədən gizli olaraq götürüb evə aparmışdır. Bu hərəkətlərini 2023-cü ilin iyul ayının son günlərinə kimi davam etdirmişdir. Lakin sonuncu gün marketə oğurluq məqsədi ilə girəndə işçilər saxlayıb videogörüntülərə baxaraq son bir ay ərzində marketdən dəfələrlə oğurluq etdiyini bildirmişlər. Sonra onu 33-cü PB-nə təhvil vermişlər və orada izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Həmin ərəfələrdə evlərinə qonaq-qara çox gəlib-getmişdir və həmin ərəfələrdə qonaqların uşaqları yanında olmuşlar. Rəngli dərs dəftərlərini də elə uşaqlar üçün götürmüşdür. Ancaq uşaqlar onun oğurluq etməyi barədə heç nə başa düşməmişlər. Təqsirləndirilən şəxs son sözündə, vurulmuş ziyanı ödədiyini, oğlunun öldüyünü nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hüquqşünası vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-nin mağazalarından biri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşən Glinəşli-4 filialının mağazasıdır. 2023-cü ilin iyul ayında mağazanın əməkdaşları və şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aşkar edilmişdir ki, iyun-iyul aylarında Təqsirləndirilən şəxs və X3 ardıcıl olaraq mağazadan oğurluq etməklə xeyli miqdarda ziyan vurmuşlar. Əməkdaşlar oğurluğun əlamətləri aşkar ediləndən sonra təhlükəsizlik kameralarının çəkilişlərini monitorda izləməklə 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs növbəti, yəni sonuncu oğurluqdan sonra saxlayaraq, həmin gün oğurladığı ümumi qiyməti 180 manat 89 qəpik olan malları aktlaşdırmaqla götürüb mağazaya qaytarmış, şəxsləri isə polis orqanlarına təqdim etmişlər. Bundan sonra şirkət rəhbərliyinin göstərişi ilə mağazanın videomüşahidə sisteminin kameralarının əvvəlki günlərdə qeydə aldıqları və yaddaşda saxlanılan görüntülər öyrənilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 03 iyul 2023cü il tarixdən etibarən saxlanıldığı günədək dəfələrlə mağazadan oğurluq etmişdir. Aşkar edilən faktlara dair görüntülər fraqmentlər şəklində götürülüb flaşkartlara köçürülmüşdür. Mağazanın müdiri Şahid1 və digər əməkdaşların iştirakı ilə oğurlanmış malların tarixlərə uyğun qiymətlərinə əsasən ziyan hesablanmışdır. Yoxlamanın nəticələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs əvvəlki günlərdə - 03 iyul 2023-cü il tarixdə ümumi qiyməti 155,41 manat, 04 iyul 2023-cü il tarixdə ümumi qiyməti 80,00 manat, 05 iyul 2023-cü il tarixdə ümumi qiyməti 62,30 manat, 06 iyul 2023-cü il tarixdə ümumi qiyməti 49,84 manat, 07 iyul 2023-cü il tarixdə ümumi qiyməti 65,64 manat, 08 iyul 2023-cü il tarixdə ümumi qiyməti 214,82 manat, 10 iyul 2023-cü il tarixdə ümumi qiyməti 140,94 manat, 12 iyul 2023-cü il tarixdə ümumi qiyməti 203,38 manat, 13 iyul 2023-cü il tarixdə ümumi qiyməti 207,82 manat, 14 iyul 2023-cü il tarixdə ümumi qiyməti 97,94 manat, 15 iyul 2023-cü il tarixdə ümumi qiyməti 112,84 manat, 16 iyul 2023-cü il tarixdə ümumi qiyməti 4,70 manat, 17 iyul 2023-cü il tarixdə ümumi qiyməti 199,86 manat, 18 iyul 2023-cü il tarixdə ümumi qiyməti 356,07 manat, 19 iyul 2023-cü il tarixdə ümumi qiyməti 159,63 manat olan ərzaq və qeyri-ərzaq mallarını oğurlayaraq Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2.111,19 (iki min yüz on bir manat on doqquz qəpik) manat ziyan vurmuşdur. Videogörüntülərin izlənilməsi və yuxarıda göstərilən tarixlərdə törədilmiş oğurluq nəticəsində vurulmuş ziyanın müəyyən edilməsinə dair 08 avqust 2023-cü il tarixdə ümumi akt tərtib olunmuş, aktda hər bir şəxsin ayrı-ayrı tarixlərdə oğurladığı malların çeşidi, miqdarı, qiyməti və ümumi qiymət göstərilmişdir. Eyni zamanda müəyyən olur ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saxlanılan zaman ondan həmin gün oğurladığı ümumi qiyməti 180,89 manat mallar da daxil olmaqla oğurladığı malların ümumi qiyməti 2.292,08 manat təşkil etmişdir. Oğurluğun aşkar edilməsinə və vurulmuş ziyana görə materialların hüquqi qiymət verilməsi üçün polis orqanlarına göndərilməsi ona həvalə edilmiş və etibarnamə ilə zərər çəkmiş şəxsin nümayəndəsi kimi istintaqda iştirak etməyə müvəkkil olunmuşdur. Müvafiq şikayət ərizəsi ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsinə dair materiallar, o cümlədən videogörüntülərin cəmləndiyi flaşkartlar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə təqdim edilmişdir. Təqdim edilmiş materiallarda Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə qiyməti 4,70 manat olan enerji içkisini oğurlaması barədə yazılı akt tərtib edildiyi halda, həmin tarixə dair videotəsvirlər və onun göstərilən tarixdə marketdə olduğunu təsdiq edən başqa sübutlar təqdim edilməməsi ilə əlaqədar bildirir ki, yoxlama keçirmiş şəxslər videogörüntiilərə əsasən ziyan barədə məlumatları göstərmişlər, amma həmin tarixə dair videotəsvirlərin flaşkartlara dlişməməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs aid 16 iyul 2023-cü il tarixli videolar saxlanılmamışdır. Eyni zamanda bildirir ki, videoların olmadığı və başqa sübutlarla təqsdiq edilməsi mümkün olmayan tarixlərlə əlaqədar istintaqın qərarına etirazı olmayacaqdır. O, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir ünvanda yaşayır. 2023-cü ilin aprel ayından etibarən Zərərçəkmiş şəxsn Günəşli-4 filialında mağaza müdiri vəzifəsində işləyir. İşlədiyi mağaza Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşir. Mağazanın müştərilərin gəliş-gedişi üçün nəzərdə tutulmuş bir giriş qapısı vardır. Mağazanın çıxışında müştərilərin hesablaşması üçün iki sırada 4 kassa qurulmuş, onlardan 3 kassa yanaşı olaraq birinci sırada, 1 kassa isə ikinci sırada qurulmuşdur. Mağaza binasının əsasən hissəsini ticarət zalı tutur, zalda ticarət malları növlərinə görə şöbələrə bölünür, müştərilərin zalda rahat səmtləşmələri üçün ümumi adlarını göstərən məlumat lövhələri asılmışdır. Ticarət zalında mağazanın nəzarətçiləri və mühafizəçiləri də gün ərzində işləyir, müştərilərə xidmət və nəzarət fəaliyyəti ilə məşğul olurlar. Ticarət zalında iş vaxtı müştərilərin və işçi personalının hərəkətlərinə nəzarətin təmin edilməsi, işdən sonra mühafizə məqsədilə avtomatik videomüşahidə kameraları qurulmuşdur. Videokameralar fasiləsiz çəkiliş aparır və videogörüntülər müvafiq yaddaş qurğusunda qeydə alınmaqla müəyyən müddətə saxlanılır. Videomüşahidə sisteminə şirkətin mühafizə xidmətinin təyin edilmiş əməkdaşları nəzarət edirlər. Videokameralar nömrələnmiş və ticarət zalının hansı sahəsini hansı kameranın əhatə etməsi nömrələr üzrə bilinir. 2023-cü ilin iyul ayında mağazanın ticarət zalından oğurluq edilməsi barədə yaranmış şübhələrlə əlaqədar videomüşahidə qurğusunun kameraları ilə qeydə alınmış məlumatları nəzərdən keçirəndə adları saxlanılandan sonra onlara məlum olmuş Təqsirləndirilən şəxs və X2 oğurluq etmələri müəyyən edilmiş və onların saxlanılması üçün müşahidələrə diqqət artırılmışdır. Nəticədə 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs oğurluq etməsi aşkar edilmiş və o, dərhal saxlanılıb xidməti iş otağına dəvət edilmişdir. Təqsirləndirilən şəxs üçün saxlanılması gözlənilməz olduğundan əvvəl özünü müdafiə edərək oğurluq etməsini inkar etməyə başlamış və onlara təzyiq göstərməyə cəhd edərək polisin “102” xidmətinə zəng vurub onlar tərəfindən şərləndiyi barədə qərəzli məlumat vermiş, sonra otaqda döşəməyə uzanmış və hərəkətlərinin faydası olmayacağını görüb yerdən qalxaraq stula oturmuşdur. Təqsirləndirilən şəxs marketdən kassa nəzarətindən kənar çıxarmaqla oğurladığı mallarla bağlı izah verəndə oğurluq etdiyini inkar edə bilməmiş, amma başqa tarixlərdə oğurluq etməsini xatırlamadığını bildirərək əvvəlki oğurluqlarını etiraf etmək istəməmişdir. Hadisə ilə əlaqədar polis orqanlarına məlumat vermişlər. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılması və 20 iyul 2023-cü il tarixdə "xxxx"dən oğurladığı malların götürülməsinə dair akt tərtib edilmiş, həmin mallar mağazaya qaytarılmışdır. Polisə məlumat verib Təqsirləndirilən şəxs mağazaya gəlmiş polis əməkdaşlarına təqdim etmişlər. Təqsirləndirilən şəxs ilə sonuncunu dəvət etdikləri otaqda əməkdaşları Şahid4 və Şahid5 ilə birlikdə olduqları məqamda baş verənlərin qısa videofraqmentini marketin mühafizə sisteminin videomüşahidə qurğusunun monitorundan telefona çəkmişlər, həmin videoda Təqsirləndirilən şəxs özünü necə apardığı aşkar görünür. Mağazadan oğurluq edilməsi və şəxslərin saxlanılması haqqında "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Bundan sonra oğurluq faktlarının dəqiqləşdirilməsi üçün videomüşahidə sisteminin yaddaşına baxılması qərara alınmış, şirkətin əməkdaşları tərəfindən videomateriallar izlənərək 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsinin təsdiq edən görüntülər aşkar edilmişdir. Aşkar edilən görüntülərdən tarixlər və kameralar üzrə hər şəxsə dair ayrı-ayrılıqda fraqmentlər kəsilərək flaşkartlarda cəmlənmişdir. Aşkar edilmiş videogörüntülərə ətraflı baxış keçirib detalları incələyərək oğurlanmış malların sayını, qiymətlərini, hər tarix üçün oğurlanmış malların ümumi qiymətini, göstərilən tarixlərdə oğurlamış malların ümumi qiymətini ayrı-ayrılıqda hesablamışlar, bu barədə müvafiq akt tərtib etmişlər. Oğurluq etmiş şəxslərin hərəkətlərinin videogörüntülərindən görünür ki, malları ticarət zalındakı vitrinlərdən yığandan sonra kassa şöbəsindən keçmədən, kassalarla yanaşı yerləşən meyvə, tərəvəz və sair malların yığıldığı giriş hissəsindəki iki aradan birbaşa çıxışa gedərək oğurlamışlar. Apardıqları hesablamalarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə ümumi qiyməti 155,41 manat, 04 iyul 2023-cü il tarixdə ümumi qiyməti 80,00 manat, 05 iyul 2023-cü il tarixdə ümumi qiyməti 62,30 manat, 06 iyul 2023-cü il tarixdə ümumi qiyməti 49,84 manat, 07 iyul 2023-cü il tarixdə ümumi qiyməti 65,64 manat, 08 iyul 2023-cü il tarixdə ümumi qiyməti 214,82 manat, 10 iyul 2023-cü il tarixdə ümumi qiyməti 140,94 manat, 12 iyul 2023-cü il tarixdə ümumi qiyməti 203,38 manat, 13 iyul 2023-cü il tarixdə ümumi qiyməti 207,82 manat, 14 iyul 2023-cü il tarixdə ümumi qiyməti 97,94 manat, 15 iyul 2023-cü il tarixdə ümumi qiyməti 112,84 manat, 16 iyul 2023-cü il tarixdə ümumi qiyməti 4,70 manat, 17 iyul 2023-cü il tarixdə ümumi qiyməti 199,86 manat, 18 iyul 2023-cü il tarixdə ümumi qiyməti 356,07 manat, 19 iyul 2023-cü il tarixdə ümumi qiyməti 159,63 manat olan ərzaq və qeyri-ərzaq mallarını oğurlayaraq Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2.111,19 (iki min yüz on bir manat on doqquz qəpik) manat ziyan vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saxlanılan zaman həmin gün oğurladığı ümumi qiyməti 180,89 manat mallar da götürülmüş və mağazaya qaytarılmışdır, mağazaya qaytarıldığına görə həmin malların qiymətini vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan hissəsinə daxil etməmişlər, amma 20 iyul 2023-cü il tarixdə oğurladıqları da hesablananda Təqsirləndirilən şəxs oğurladığı malların ümumi qiyməti 2.292,08 manat təşkil etmişdir. Aşkar edilmiş oğurluqlar barədə tərtib edilmiş sənədlərin aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilməsi barədə qərar Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən qəbul edilmişdir. Həmçinin oğurluq etmiş şəxslərin saxlanıldıqları tarixdə oğurladıqlarına dair aktlar həmin gün, yəni 20 iyul 2023cü il tarixdə tərtib edilmiş, əvvəlki günlərdəki oğurluqlarına dair məlumatlar isə videomüşahidə qurğusunun yaddaşı üzrə mühafizə əməkdaşlarının iştirakı ilə tam işlənilib başa çatdırılandan sonra 08 avqust 2023-cü il tarixdə ümumi akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsini təsdiq edən videogörüntülərlə təsdiq olunur ki, oğurluq edərkən bəzən tək, bəzən isə yanında azyaşlı qız və oğlan uşağı olmuşdur. Zərərçəkmiş şəxsn nümayəndəsi qismində müvəkkil edilmiş Nümayəndə şikayətinə əlavə edilmiş materiallarda Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə qiyməti 4,70 manat olan enerji içkisini oğurlaması barədə yazılı akt tərtib edilməsi, iki ədəd flaşkartda təqdim edilmiş videofraqmentlər arasında Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə oğurluq etməsinə dair akta aid videotəsvirlərin olmaması ilə bağlı bildirir ki, tərtib etdikləri aktlarda göstərilən məlumatlar videomüşahidə sisteminin qeydə aldığı görüntülərə əsaslanmışdır. Təqdim edilən videoməlumatlarda həmin tarixə aid görüntülərin olmamasının səbədini dəqiq deyə bilmir, çünki flaşkartları göndərənədək içində olan məlumatları yoxlamamış, məlumatları flaşkartlara köçürməklə təhlükəsizlik xidmətinin işçiləri məşğul olmuşlar. Təqsirləndirilən şəxs aid 16 iyul 2023-cü il tarixli videolarla bağlı araşdırma zamanı məlum olmuşdur ki, həmin fraqmentlər itirilmişdir, həmin hallara dair başqa dəlilləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsn Giinəşli-4 filialında mağaza müdirinin müavinin vəzifəsində işləyir. O, 2023-cü ilin iyul ayında şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşən "xxxx" Giinəşli-4 filialında baş vermiş oğurluqla əlaqədar mağazanın videomüşahidə qurğusunun qeydə aldığı görüntüləri izləyərək oğurluq faktlarının aşkar edilməsi və 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs saxlanılması barədə digər sübutlara, o cümlədən şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ticarət şəbəkəsinin mühafizə xidmətində bölmə müdiri vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən "xxxx" Günəşli-4 filialında 2023-cü ilin iyun-iyul aylarında baş vermiş oğurluqla əlaqədar Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşları Şahid4 və Şahid5la birlikdə videomüşahidə qurğusunun kameraları ilə qeydə alınan görüntülərin yoxlanılıb faktların ortaya çıxarılması işini yerinə yetirmiş, görüntülərdə əvvəllər tanımadıqları iki nəfərin - Təqsirləndirilən şəxs və X2 oğurluq etmə hallarını aşkarlamışlar. Oğurluq edənlərin növbəti dəfə mağazaya gəlişini izləmək üçün müşahidələr davam etdiriləkən 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri izlənərək o, oğurluq edəndən biləvasitə sonra saxlanılmış və 180 manat 89 qəpik dəyərində oğurladığı mallar akt tərtib edilməklə götürülərək mağazaya qaytarılmış, şəxs özü isə polis orqanlarına təhvil verilmişdir. Oğurluqda yaxalanmış şəxslərin 20 iyul 2023-cü il tarixədək olan müddətdə oğurluq etmələrinin yoxlanılması üçün təhlükəsiz xidməti əməkdaşları kimi videomüşahidə qurğusunun yaddaşındakı yazılara baxaraq müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən etibarən saxlanıldığı günədək dəfələrlə mağazadan oğurluq etmişdir. Aşkar edilən faktlara dair görüntülər fraqmentlər şəklində götürülüb flaşkartlara köçürülmüşdür. Daha sonra mağazanın müdiri Şahid1 iştirakı ilə oğurlanmış malların tarixlərə uyğun qiymətlərinə əsasən ziyan hesablanmış və aşağıdakı nəticələr alınmışdır. Təqsirləndirilən şəxs əvvəlki günlərdə - 03 iyul 2023-cü il tarixdə ümumi qiyməti 155,41 manat, 04 iyul 2023-cü il tarixdə ümumi qiyməti 80,00 manat, 05 iyul 2023-cü il tarixdə ümumi qiyməti 62,30 manat, 06 iyul 2023cü il tarixdə ümumi qiyməti 49,84 manat, 07 iyul 2023-cü il tarixdə ümumi qiyməti 65,64 manat, 08 iyul 2023-cü il tarixdə ümumi qiyməti 214,82 manat, 10 iyul 2023-cü il tarixdə ümumi qiyməti 140,94 manat, 12 iyul 2023-cü il tarixdə ümumi qiyməti 203,38 manat, 13 iyul 2023-cü il tarixdə ümumi qiyməti 207,82 manat, 14 iyul 2023-cü il tarixdə ümumi qiyməti 97,94 manat, 15 iyul 2023-cü il tarixdə ümumi qiyməti 112,84 manat, 16 iyul 2023-cü il tarixdə ümumi qiyməti 4,70 manat, 17 iyul 2023-cü il tarixdə ümumi qiyməti 199,86 manat, 18 iyul 2023-cü il tarixdə ümumi qiyməti 356,07 manat, 19 iyul 2023-cü il tarixdə ümumi qiyməti 159,63 manat olan ərzaq və qeyri-ərzaq mallarını oğurlayaraq Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 2.111,19 (iki min yüz on bir manat on doqquz qəpik) manat ziyan vurmuşdur. Göstərilən şəxslərin malları oğurladıqları tarixlər üzrə göstərməklə 08 avqust 2023-cü il tarixdə ümumi akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ticarət şəbəkəsinin mühafizə xidmətində işləyir. 2023cü ilin iyul ayında şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşən "xxxx" Günəşli-4 filialında baş vermiş oğurluqla əlaqədar mağazanın videomüşahidə qurğusunun qeydə aldığı görüntüləri izləmək və oğurluq faktlarının aşkar edilməsi və qeydə alınması barədə tapşırıqla həmin marketə göndərilmişdir. Şirkətin təhlükəsizlik bölmə müdiri Şahid3 iştirakı ilə ondan başqa təhlükəsizlik əməkdaşı Şahid5 da bu işə cəlb edilmişdir. Onlar yaranmış şübhələrlə əlaqədar videomüşahidə qurğusunun kameraları ilə qeydə alınmış məlumatları nəzərdən keçirəndə adlarını sonradan bildikləri, əvvəllər tanımadıqları iki nəfərin - Təqsirləndirilən şəxs və X2 oğurluq etmələri müəyyən edilmişdir. Göstərilən şəxslərin aşkar edilməsi məqsədi ilə müşahidələr davam etdirilən zaman 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs oğurluq etməsi aşkar edilmiş və oğurladığı malları aparanda saxlanılıb xidməti iş otağına dəvət edilmişdir. Xidməti otaqda onun, Şahid5 və mağazanın müdiri Şahid1 yanında Təqsirləndirilən şəxs əvvəl özünə haqq qazandırmağa cəhd edərək oğurluq etmədiyini bildirmiş, şikayət edəcəyini deyib polisin “102” xidmətinə zəng vurmuş və "xxxx" mağazasının işçiləri tərəfindən saxlanılıb oğurluqda şərləndiyi barədə qərəzli məlumat vermişdir. Onlar Təqsirləndirilən şəxs oğurladığı mallarla bağlı izah istəyəndə isə sonuncu əvvəl özünü döşəməyə atmış, sonra yerdən qalxaraq stula oturmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərinin kameralar tərəfindən qeydə alındığını, əvvəlki günlərdə də oğurluqlar etməsi barədə məlumatlar olduğunu bildirəndə oğurluq etməsini etiraf etsə də, başqa tarixlərdə oğurluq etməsini etiraf etmək istəməmişdir. Hadisə ilə əlaqədar polis orqanlarına məlumat verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması və 20 iyul 2023-cü il tarixdə "xxxx"dən oğurladığı malların götürülməsinə dair akt tərtib edilmiş, həmin mallar mağazaya qaytarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs götürülən mallar arasında 40 banka “Red bull” içkisi çoxluq təşkil etmiş, yerdə qalan mallar isə şirniyyat və başqa ərzaq malları olmuş, mağaza müdiri tərəfindən aparılmış hesablama ilə məlum olmuşdur ki, oğurlanmış malların qiyməti 180 manat 89 qəpikdir. Məlumata əsasən gəlmiş polis əməkdaşlarına Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs oğurluq etdiyi faktlara dair videoları ayırıb ətraflı baxandan sonra mağaza müdiriyyəti tərəfindən malların qiymətlərinə uyğun olaraq hesablamalar aparılmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlki günlərdə - 03 iyul 2023-cü il tarixdə ümumi qiyməti 155,41 manat, 04 iyul 2023-cü il tarixdə ümumi qiyməti 80,00 manat, 05 iyul 2023-cü il tarixdə ümumi qiyməti 62,30 manat, 06 iyul 2023-cü il tarixdə ümumi qiyməti 49,84 manat, 07 iyul 2023-cü il tarixdə ümumi qiyməti 65,64 manat, 08 iyul 2023cü il tarixdə ümumi qiyməti 214,82 manat, 10 iyul 2023-cü il tarixdə ümumi qiyməti 140,94 manat, 12 iyul 2023-cü il tarixdə ümumi qiyməti 203,38 manat, 13 iyul 2023-cü il tarixdə ümumi qiyməti 207,82 manat, 14 iyul 2023-cü il tarixdə ümumi qiyməti 97,94 manat, 15 iyul 2023-cü il tarixdə ümumi qiyməti 112,84 manat, 16 iyul 2023-cü il tarixdə ümumi qiyməti 4,70 manat, 17 iyul 2023-cü il tarixdə ümumi qiyməti 199,86 manat, 18 iyul 2023cü il tarixdə ümumi qiyməti 356,07 manat, 19 iyul 2023-cü il tarixdə ümumi qiyməti 159,63 manat olan ərzaq və qeyri-ərzaq mallarını oğurlayaraq "xxxx" MMC-nə ümumilikdə 2.111,19 (iki min yüz on bir manat on doqquz qəpik) manat ziyan vurmuşdur. Onların oğurladıqları həmin mallar barədə məlumatlar tam işlənilib başa çatdırılandan sonar yoxlamanın nəticələrinə əsasən 08 avqust 2023-cü il tarixdə ümumi akt tərtib olunmuş, aktı özü də imzalamışdır. Həmçinin mağazanın müştərilərin gəliş-gedişi üçün bir qapısı vardır, girişdə iki sırada 4 kassa qurulmuş, onlardan 3 kassa yanaşı olaraq birinci sırada, 1 kassa isə ikinci sırada qurulmuşdur. Ticarət zalında iş vaxtı müştərilərin və işçi personalının hərəkətlərinə nəzarətin təmin edilməsi, işdən sonra mühafizə məqsədi ilə qurulmuş videomüşahidə kameraları avtomatik rejimdə işləyir, videotəsvirlər qurğunun yaddaşında saxlanılır. Videoməlumatlarla işləyən zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs malları ticarət zalındakı vitrinlərdən götürəndən sonar kassa şöbəsindən keçmədən, kassalarla yanaşı yerləşən meyvə, tərəvəz və sair malların yığıldığı giriş hissəsindəki iki aradan birbaşa çıxışa gedərək oğurlamışdır. Təqsirləndirilən şəxs oğurluq edərkən bəzən tək, bəzən isə yanında azyaşlı qız və oğlan uşağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Məsuliyyətli Cəmiyyətinin ticarət şəbəkəsinin mühafizə xidmətində işləyir. O, 2023-cü ilin iyul ayında şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşən "xxxx" Günəşli-4 filialında baş vermiş oğurluqla əlaqədar mağazanın videomüşahidə qurğusunun qeydə aldığı görüntüləri izləyərək oğurluq faktlarının aşkar edilməsi və 20 iyul 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs saxlanılması barədə digər sübutlara, o cümlədən şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 05); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə olan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi ayrı icraata ayrılmış və icraata qəbul edilmiş, ayrı icraata ayrılmış cinayət işinə ********* qeydiyyat nömrəsi verilmişdir (i.v. 01-02); 08 avqust 2023-cü il tarixli akta əsasən, Təqsirləndirilən şəxs oğurladığı malların çeşidi, miqdar və qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 03 iyul 2023-cü il - 155,41 manat; 04 iyul 2023-cü il - 80,00 manat; 05 iyul 2023-cü il - 62,30 manat, 06 iyul 2023-cü il - 49,84 manat; 07 iyul 2023-cü il - 65,64 manat; 08 iyul 2023-cü il - 214,82 manat; 10 iyul 2023-cü il - 140,94 manat; 12 iyul 2023-cü il - 203,38 manat; 13 iyul 2023-cü il - 207,82 manat; 14 iyul 2023-cü il - 97,94 manat; 15 iyul 2023-cü il - 112,84 manat; 16 iyul 2023cü il - 4,70 manat; 17 iyul 2023-cü il - 199,86 manat; 18 iyul 2023-cü il - 356,07 manat; 19 iyul 2023-cü il - 159,63 manat olmaqla, cəmi 2111,19 manat; 20 iyul 2023-cü il tarixli akta əsasən 20 iyul 2023-cü il - 180,89 manat. Beləliklə, Təqsirləndirilən şəxs oğurladığı malların ümumi qiyməti 2.287,38 manat ((2111,19+180,89)-4,70) təşkil edir (i.v. 13-14; 77); götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim etdiyi videogörüntülər ondan götürülmüşdür (i.v. 81); götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC, Günəşli-4 filialının mağaza müdiri vəzifəsində işləyən Şahid1 aşağıdakıları götürülmüşdür. Şahid1 xx.xx.2023-cü il tarixli götürmə haqqında qərarı təqdim edib, onda olan videogörüntüləri verməyi təklif edilmiş, Şahid1 telefonunda olan videofraqmenti “Whatsapp” vasitəsi ilə ötürəndən sonra videofraqment DVD-R formatlı diskə köçürülmüşdür. Diskə köçürülən“WhatsApp Video 2024-01-24 at 10.56.05” adlı videofaylda 32 saniyə davam edən videofraqment vardır. Videofraqmentdə çəkiliş aparılan otaqda "xxxx" mağazasının əməkdaşları Şahid1, Şahid4 və Şahid5, vətəndaş Təqsirləndirilən şəxs müşahidə olunurlar, döşəmənin üstünə boşaldılmış içki bankaları və sair ticarət malları, göy rəngli boş poletilen torbalar vardır. Mağaza əməkdaşları ilə ünsiyyətdən imtina edən Təqsirləndirilən şəxs əvvəl döşəməyə uzanır, sonra özü qalxıb Şahid1 təklif etdiyi stula oturur. Videoda iştirakçıların səsləri eşidilmir. Şahid1 bildirmişdir ki, təqdim etdiyi video xx.xx.2023-cü il tarixdə saat 14 radələrində işlədiyi Zərərçəkmiş şəxs MMC-nin Günəşli-4 filialının mağazasından oğurluq etməsi aşkar olunmuş Təqsirləndirilən şəxs saxlanılması zamanı kamera ilə qeydə alınmış videonun fraqmentidir, stula oturan Təqsirləndirilən şəxsdır, döşəməyə boşaldılmış mallar isə həmin gün onun oğurladığı və saxlanılaraq ondan götürülmüş mallardır, malların çeşidi, miqdarı 20 iyul 2023-cü il tarixdə yerində tərtib etdikləri protokola uyğundur (i.v. 82); Şahid1 götürülmüş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 84); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış və iş materiallarında təqdim olunmuş materiallar - cinayət işi başlananadək aparılmış təhqiqat materialları, zərər çəkmiş şəxsin nümayəndəsi, şahidlərin ifadələri, hadisə yerində videomüşahidə kameralarının qeydə aldıqları videogörüntülər sübut növü kimi tanınmışdır. Zərərçəkmiş şəxs MMC-nin təqdim etdiyi “SanDisk”, Jomroom marka göstəriciləri olan flaşkart iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. (i.v. 173-239); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır (i.v. 242-243); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 253); ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür (i.v. 255); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 256-260); qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 278); iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə mülki iddia qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs dəymiş zərərə görə 2287,38 (iki min iki yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun tutulub Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir; Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMCyə vurduğu ziyanı tam olaraq ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmiş, zərər ödənildiyi üçün mülki iddiadan imtina edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 49.1-ci maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir; 49.2-ci maddəsinə görə islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, uşağının ölməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; iş üzrə maddi sübut olan flaşkart iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsinin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs dəymiş zərərə görə 2287,38 (iki min iki yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun tutulub mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini, onunla barışıq əldə edildiyini və həmin şəxsə qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verilən mülki iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Belə olan halda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iddiadan imtinası qəbul olunmalı və mülki iddiaya xitam verilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddiaya xitam verilsin. İş üzrə maddi sübut olan flaşkart iş materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-235/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-235/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver