Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-235/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Lerik rayonu, Lələdulan kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs 06 oktyabr 2024-cü il tarixdə saat 07:23-də özgənin əmlakını gizli yolla talamaq məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxs Səxavət oğlunun icarəyə götürüb işlətdiyi yük avtomobillərin və ağır texnikanın təmiri üzrə emalatxananın binasına pəncərənin taxta barmaqlıqlarını sındırıb saxlanc yer olan emalatxanaya qanunsuz daxil olaraq hər birinin dəyəri 300 manat ümumi dəyəri 1500 manat 5 ədəd «Dewoo» markalı ekskavator mühərriyinin pistonunu, 400 manat dəyərində həmin ekskavator mühərriyinin 01 ədəd yağ karterini, hər birinin dəyəri 100 manat ümumi dəyəri 200 manat 2 ədəd həmin ekskavator mühərriyinin üst qapağını, hər birinin dəyəri 300 manat ümumi dəyəri 3600 manat beton vurmaq üçün pompanın «Deutz» markalı mühərriyinin 12 ədəd üst qapaqlarını, dəyəri 400 manat həmin mühərriyin 01 ədəd hava soyuducusunu, hər birinin dəyəri 20 manat ümumi dəyəri 160 manat 8 ədəd «Kamaz» markalı yük avtomobili mühərriyinin pistonlarını, dəyəri 30 manat həmin mühərriyin 01 ədəd su köynəyini, dəyəri 30 manat həmin mühərriyin 01 ədəd hava köynəyini, 150 manat dəyərində avtomobil və ekskavator üçün «Cummins» markalı mühərriyin 01 ədəd üst qapağını, 160 manat dəyərində «Howo» markalı yük avtomobili mühərriyinin 01 ədəd su köynəyini, 100 manat dəyərində «Howo» markalı yük avtomobili mühərriyinin 01 ədəd hava köynəyini, 150 manat dəyərində «Cat» markalı mühərriyin 01 ədəd üst qapağını, hər birinin dəyəri 30 manat ümumi dəyəri 180 manat «Howo» markalı yük avtomobili mühərriyinin 06 ədəd pistonlarını, 700 manat dəyərində «Hyundai» markalı yük avtomobili mühərriyinin 01 ədəd üst qapağını, 150 manat dəyərində «Hyundai» markalı yük avtomobili mühərriyinin 01 ədəd su köynəyini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumi dəyəri 7910 ( yeddi min doqquz yüz on) manat təşkil edən, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,326 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 oktyabr 2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində nömrəsiz evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,326 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 06 oktyabr 2024-cü il tarixdə səhər vaxtlarında hadisəni törətmişdir, ancaq əvvəlcədən oğurluq niyyəti olmamışdır. O, özü tək, heç kəsin köməkliyi olmadan pəncərədən sexə daxil olmuşdur. Sexdə olan materialları çıxardıb yola qoymuş və oradan taksi vasitəsi ilə materialları əlvan-metallurgiyaya aparmışdır. Orada bütün materialları sataraq 60 manat əldə etmişdir, həmin 60 manatı da öz evi, ərzaqları üçün istifadə etmişdir. O, oğurluq etdiyi emalatxananı əvvəlcədən tanımamış, təsadüfi yolla seçib oğurluğa girmişdir. İçəri pəncərədən girmiş, pəncərə taxtadan olmuş, əli ilə itələyərək içəri girmişdir. Materialları özü sexdən çıxartmış və yoldan tutduğu taksiyə qoymuşdur. Taksi sürücüsü onları oğurladığını bilməmişdir. Taksi sürücüsü ondan materialları hara apardığını soruşanda öz əmlakı olduğunu və əlvan-metallurgiyada satmağa apardığını bildirmişdir. Satdığı şəxsə oğurluq material olduğunu bildirməmişdir. Narkotik vasitə ilə bağlı istintaqda verdiyi izahatını təsdiqləmişdir. O, 2-3 ay metamfetomin istifadə etmişdir. Polislər onu saxlayanda müqavimət göstərməmiş, polislər də ona heç bir fiziki güc tətbiq etməmişdir. Narkotiki tanımadığı şəxsdən əldə etmişdir. O, malları satanda Şahid3 yox, onun işçisi olmuşdur. Onlar lazım olacaq metalları götürmüş, qalanlarını isə tullantı kimi dəmirlərin yanına atmışdırlar. Ona qarşılığında 60 manat vermişdirlər. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə bazar günü olmuş, onlar isə bazar günü işləməmişdirlər. O da rayonda olmuş, səhəri gün gəlmişdir, emalatxanada mühərrik yığılanda detalın olmadığını görmüşdürlər. Onlar kameradan görüntülərə baxanda səhərə yaxın saat 07 radələrində içəri girib, nə götürülübsə, hamısı görüntüdə görünmüşdür. Təqsirləndirilən şəxsin götürdükləri təzə materiallar olmamış, ancaq hər biri lazım olan ehtiyat hissələri olmuşdur. Təqsirləndirilən şəxsin götürdüyü materiallar ona məxsusdur, ziyan ona dəymiş və heç bir zərər ona ödənilməmişdir. Emalatxananı icarə götürərək işlətmişdir, şəxsin götürdüyü materiallar da ona məxsus olmuşdur. 7910 manat məbləğində maddi ziyan dəymiş, özü oğurlanan materialların hamısını demiş və hesablama aparılmışdır. Böyük emalatxanadır, cəmi 5 qapısı var, yük maşınları üçün 3, arxa tərəfdən isə 2 qapısı var. Videogörüntüdə nələrin götürüldüyünü görərək hesablayıb polisə bildirmişdir. Heç kim zərəri ödəmək üçün ona yaxınlaşmamışdır. Polisdə olan materialları götürməmişdir, polisdə qalmışdır. Orada 2 detal qalmışdır: 400 manat məbləğində pompa-hava soyuducusu və “hyundai” markalı avtomobilin su köynəyi. Görüntüdə 2 nəfər görünmüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onlara metal materialları gətirib vermiş, həmin materialları da polis əməkdaşları gəlib aparmışdır. O, həmin şəxsi daha əvvəl tanımamışdır. Şəxs onlara mis, duraliminium gətirib satmış, qarşılığında da pulunu almışdır. Təqsirləndirilən şəxs, metalları onlara satdıqdan 1-2 gün sonra polis əməkdaşları gəlib aparmışdırlar. Həmin əlvan-metallurgiya yığımı məntəqəsi 1 ay işlədildikdən sonra bağlanılmış, onlar metal yığa bilməmişdirlər. O, daha əvvəl təqsirləndirilən şəxsdən metal almamış, ilk dəfə metal almışdır. Şifahi formada materialları satmış, onlar da qarşılığında pul vermişdirlər. Alışsatış edəndə şəxsdən heç bir şəxsiyyət vəsiqəsi tələb etməmişdir. Materialların oğurluq olduğunu bilməmişdir, köhnə materiallar olmuşdur. Şəxsdən oğurluq olub-olmamasını soruşmuş, o da oğurluq olmadığını bildirmişdir. Neçə ədəd gətirdiyini bilməmiş, amma kisədə olmuş, onları da polis əməkdaşları aparmışdırlar. O, təqsirləndirilən şəxsin satdıqlarının qarşılığında 15-20 manat, ümumilikdə 50-60 manat pul ödəmişdir. Əlvanmetal olmuş, köhnə materiallar olmuşdur. Aldıqları malların hamısını polisə vermişdirlər. Mallar yığılandan sonra 10-15 gün qalanda gəlib aparılırmış, təqsirləndirilən şəxs də malları onlara satdıqdan 1-2 gün sonra polis gəlib aparmışdır. Təqsirləndirilən şəxs onlara nə vermişsə, hamısını eynilə polis gəlib aparmışdır. Dəqiq olaraq yadında deyil, işçi təqsirləndirilən şəxsdən materialları alanda 15-20 manat verib almışdır. Şahid4 işlədiyi yer Xırdalandadır, onlar emalatxananı 2-3 ay olar ki, bağlamışdırlar, artıq onunla işləməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda sahə rəisidir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə 102 xidmətinə emalatxanasında oğurluq hadisəsi olması ilə bağlı müraciət etmişdir. Məlumat əsasında cinayəti Təqsirləndirilən şəxs törətdiyi məlum olmuşdur. 12 oktyabrda o, sahə məntəqəsində olmuş, zəng edərək şəxsin dönərxanada dönər yediyi bildirilmişdir. Təxminən saat 15:00-da o, əməliyyat müvəkkilini köməyə çağırmış, orada şəxs yeməyini yedikdən sonra onu şöbəyə aparmışdırlar, şöbədə onun narkotik vasitələrdən istifadə etməsi şübhəsi yaranmışdır, rəhbərliyə məlumat vermişdirlər. Onun üzərinə videoçəkiliş ilə axtarış aparılmış, qara şalvarın sağ cibindən bükülü çıxmış, təqsirləndirilən şəxsin dediyinə görə kustar üsulla narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs ilk dəfə Raqif olmadığını bildirmiş, sonra isə özü etiraf etmişdir. Onlara qarşı müqavimət göstərilməyib, onlar tərəfiindən də təqsirləndirilən şəxsə heç bir hədə-qorxu gəlinməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əlvan-metallurgiyada işləmişdir, təqsirləndirilən şəxs ona dəmir-metal gətirib satmış, o da qarşılığında pulunu vermişdir. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxsin vəsiqəsini almamışdır, çünki şübhəli əşya gətirmədiyi üçün ondan şübhələnməmişdir. O, soruşan zaman təqsirləndirilən şəxs demişdir ki, maşın ustasıdır, ordan əldə etdiyi qırıq əşyaları gətirmişdir. O, təqsirləndirilən şəxsə ümumilikdə 62-63 manat vermişdir. Fuad adlı şəxslə gəlmişdirlər. Həmin şəxsi əməliyyatçı kimi yadında saxlamışdır. Həmin dəmir-metallar elə gətirilən formada kisədə durmuşdur, onlar götürülüb aparılmışdır. Axırıncı dəfə təqsirləndirilən şəxsdən 32 manatlıq yanmış-kəsilmiş mis almış, ümumilikdə 62 manatlıq disk və turba kimi dəmir əşya almışdır. Dəmir-dümür qəbul etmiş, amma indi orda işləməmişdir. O, orada 1 ay işləmişdir. Digər şahid Rövşən onun yeznəsidir. Təqsirləndirilən şəxsin gətirdiklərini tərəziyə qoyub çəkmiş, qarşılığında çəkiyə uyğun pul vermişdir. Onlara gətirilənləri müstəntiqə vermiş, mütəntiq də əməliyyatçıya vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsin MSY dən azad olunması haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY dən azad edilmişdir. Cinayət işindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nun 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tanarverdiyev ElvinŞahzadə oğlu tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükümdə olan maddənin nə olması soruşulduqda bildirir ki, bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin maddəni Yasamal rayonundan tanımadığı şəxsdən 20 manata özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənir. Protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs suallara cavab verərkən yük avtomobilləri və ağır texnikanın təmiri üzrə emalatxanadan oğurluq etməyini də etiraf etmişdir. Cinayət işində olan «videogörüntüyə baxış keçirilməsi haqqında» 12 noybar 2024cü il tarixli protokoldan görünür ki, emalatxanaya xx.xx.2024-cü il tarixdə saat 07:23.30 radələrində bir şəxs daxil olur, içəri daxil olan Təqsirləndirilən şəxs kimi müəyyən edilmiş şəxs olur. Emalatxanaya daxil oluqdan sonra emalatxanın arxa divarında yerləşən dəmir qapını içəridən açır və içəriyə saqqallı olan boyca daha hündür naməlum şəxs daxil olur və onlar ikisi emalatxananın ehtiyyat hissələrini arxa qapıdan bayıra çıxardıllar. Cinayət işində olan «videogörüntüyə baxış keçirilməsi haqqında» 13 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nun 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükümdə olan maddənin nə olması ondan soruşulduqda bildirir ki, həmin maddə psixotrop maddə metamfetamindir, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata özü üçün istifadə etmək məqsədi ilə alıb üzərində saxlamışdır. Bundan başqa ondan hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənir. Təqsirləndirilən şəxs suallara cavab verərkən yük avtomobilləri və ağır texnikanın təmiri üzrə emalatxanadan oğurluq etməyini etiraf edir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2024-cü il tarixli 6/4881 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°194»-li dairəvi möhür əksi olan «Şübhəli şəxs Nuriyev» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,326 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,326 qram, tədqiqata sərf edildiyi -0,05 qram, qalıq -0,276 qram. (tədqiatın dəyəri 65 manatdır) Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 02(iki )il 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cüil tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 2 ay 18 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasinin xx.xx.2024-cü il tarixli 7288 sayli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. Ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsin əəsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etmədi. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsində maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan 0,276 qramı psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Zərərçəkmiş şəxs məxsus «Hyundai» markalı yük avtomobilinin mühərriyinin su köynəyinivə «Deutz» markalı mühərriyinin hava soyüdücüsu, «Hyundai»markalıyük vtomobilinin mühərriyinin su köynəyini və «Deutz» markalı mühərriyinin hava soyüdücüsu qanuni sahibinə qaytarılmalı, axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd “DVD-R”disk, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən yük avtomobillərinin və ağır texnikanın təmiri emalatxanasından xx.xx.2024-cü il tarixdə etmiş olduğu oğurluq hadisəsini əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla, Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdən 14 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün hər günü, azadlıqdan məhrum etmə cəzasının 1(bir) gününə bərabər tutulmaqla, həmin müddət təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Suraxanı Rayon Polis İdarəsində maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan 0,276 qramı psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus «Hyundai» markalı yük avtomobilinin mühərriyinin su köynəyinivə «Deutz» markalı mühərriyinin hava soyüdücüsu, «Hyundai»markalıyük avtomobilinin mühərriyinin su köynəyini və «Deutz» markalı mühərriyinin hava soyüdücüsu qanuni sahibinə qaytarılsın, axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd “DVD-R”disk, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən yük avtomobillərinin və ağır texnikanın təmiri emalatxanasından xx.xx.2024-cü il tarixdə etmiş olduğu oğurluq hadisəsini əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-235/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-235/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver