Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-236/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, 89 saylı tam orta məktəbdə texniki işçi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2021ci il tarixdə, təxminən saat 03 radələrində Şahid1 məxsus, ünvan 2 ünvanda yerləşən evinin həyətinin ətrafına çəkilmiş daş hasarından aşaraq evin həyətinə qanunsuz daxil olub həmin evin həyətində saxlanılan, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bir topda 4x16 ölçüdə 123 metr, istifadə edilmiş bir topda 4x16 ölçüdə 77 metr və istifadə edilmiş bir topda 4x16 ölçüdə 70 metr olmaqla, ümumilikdə 270 metr uzunluğunda elektirik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə 345 (üç yüz qırx beş) manat 60 (altmış) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 07 ildir Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki 89 saylı tam orta məktəbdə texniki işçi kimi işləyir, eyni zamanda məktəbin qazanxanasına da nəzarət edir. Təxminən 06 ay bundan əvvəl işıq idarəsinin işçilərinin məktəbin qonşuluğunda yaşayan Sahib Qəzənfərovun evinin həyətinə bir neçə top elektrik naqillərini qoyduqlarını görmüş, maddi imkanı olmadığından həmin elektrik naqillərini oğurlayıb satmaq qərarına gəlmişdir. 11 mart 2021-ci il tarixdə, gecə saat 03 radələrində Şahid1 evinin həyətinin ətrafına çəkilmiş daş hasardan aşaraq həyətə daxil olmuş, evin həyətində təxminən 20-25 top elektrik naqillərinin olduğunu görmüş, 03 top elektrik naqillərini götürüb hasardan məktəbin həyətinə tullamış, sonra özü də daş hasardan məktəbin həyətinə keçmişdir. Həmin 03 top elektrik naqillərinin 02 topunu məktəbin qazanxanasında olan çarpayının altında gizlətmiş, 01 top elektrik naqilini isə aparıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, “Suraxanı dariəsi” deyilən yerdə yerləşən, metal qəbulu məntəqəsində işləyən Samir adlı şəxsə 75 manata satmış, satdığı naqillərin oğurluq olduğunun Samirə bildirməmiş, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etdikdə Sahib Qəzənfərovun evinin həyətindən 03 top elekrtik naqillərini oğurladığını etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini, buna görə də ona qarşı heç bir şikayət tələbin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin qanuni təmsilçisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 17 avqust 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirmiş və özü də həmin Cəmiyyətin direktoru vəzifəsində fəaliyyət göstərirməyə başlamışdır. 2020-ci ilin noyabr ayında Bakı Ababdlıq Mərkəzinin podratçı şirkətinə “Sip” dirəklərinə elektrik naqillərini çəkib, xamutlara işıqlandırıcı cihazlara bağlayaraq bərkidilməsi işini təmin etməklə bağlı müraciət etmiş, Bakı Ababdlıq Mərkəzi də onların gördükləri işi bəyəndiyi üçün müqavilə əsasında Bakı şəhəri Suraxanı rayon, Yeni Suraxanı qəsəbəsində qeyd etdiyi işləri onlara həvalə etmişdir. İstifadə etdkləri elektrik naqillərinin 01 metrini 01 manat 28 qəpiyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4x16 ölçüdə top formasında almışlar. Bir topda isə 4x16 ölçüdə 123 metr sip elektrik naqili olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 37 top 4x16 ölçüdə 123 metr sip elektrik naqilini alaraq istifadə etməyə başlamışlar. Direktoru olduğu Cəmiyyətin anbarı olmadığına görə elektrik naqillərini işlədikləri küçənin yaxılığında, yəni ünvan 3 ünvanda yaşayan tanışı Şahid1 yaşadığı mənzilin həyətinə yığmışlar. 11 aprel 2021-ci il tarixdə Sabirin evinin həyətində olan elektrik naqillərindən işləmək üçün götürən zaman, Sabirlə birlikdə elektrik naqillərinin iki topunun yerində olmadığını müəyyən etmiş və bu barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat vermişdir. Sonradan isə müəyyən etmişdir ki, bir top 4x16 ölçüdə 123 metr, istifadə edilmiş bir topda 4x16 ölçüdə 77 metr və istifadə edilmiş bir topda 4x16 ölçüdə 70 metr elekrtik naqilləri oğurlanmışdır. Ümumilikdə 270 metr uzunluğunda elektrik naqilləri oğurlanmış və oğurluq nəticəsində Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 345 manat 60 qəpik maddi ziyan dəymişdir. Sonda Nümayəndə cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllədə nömrəsiz evdə kirayədə yaşayır. Bir müddətdir Bakı, şəhəri, Suraxanı rayonu, “Suraxanı dairəsi” adlandırılan ərazidə əlvan metalların qəbulu ilə məşğul olaraq, yəni vətəndaşlardan əlvan metalı alıb toplayır və üstünə 10 qəpik əlavə edib satmaqla ailəsini dolandırır. 12 mart 2021-ci il tarixdə gündüz vaxtı adının Təmkin olduğunu bildiyi şəxs onun işlədiyi əlvan metal qəbulu sexinə gələrək özü ilə gətirdiyi bir top elektirik naqilini satmaq istədiyini bildirmişdir. Təmkinin gətirdiyi bir top elektrik naqilini tərəzidə çəkdikdən sonra 75 manat ödəyərək həmin bir top naqili almışdır. Bir neçə gündən sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Təmkinlə birlikdə işlədiyi sexə gəlmişlər, həmin vaxt Təmkin polis əməkdaşlarına, bir top elektirik naqilini ona satdığını bildirmişdir. Şahid2 həmçinin göstərdi ki, Təmkindən aldığı bir top naqilin oğlurluq olduğundan məlumatı olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə onun tanışıdır. Nümayəndə Bakı Ababdlıq Mərkəzinin podratçı şirkətinə “Sip” dirəklərinə elektrik naqillərini çəkib, xamutlara işıqlandırıcı cihazlara bağlayaraq bərkidilməsi işləri ilə məşğul olur. Nümayəndə direktoru olduğu Cəmiyyətin anbarı olmadığından, həmçinin onlar onun yaşadığı ünvanın yaxınlığında iş gördükləri üçün 2021-ci ilin mart ayının əvvəllərində 37 top 4x16 ölçüdə 123 metr sip elektrik naqillərini onun yaşadığı evinin həyətinə yığmışlar. 11 aprel 2021-ci il tarixdə Kənan onun evinin həyətində olan elektrik naqillərindən götürən zaman, elektrik naqillərinin iki topunun yerində olmamasını müəyyən etmiş və bu barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus neçə top elektrik naqillərinin oğurlanmasını dəqiq bilməmişdir. Çünki, elektrik naqilləri Kənana məxsus olmuş, sonuncu həmin elektrik naqillərini evinin həyətinə 2021-ci ilin mart ayının əvvəllərində saxlamaq üçün gətirib yığmışdır. 11 aprel 2021-ci il tarixdə Kənan elektrik naqillərini istifadə etmək üçün götürərkən bir neçəsinin həyətindən oğurlandığını aşkar etmişdir. Qeyd olunan elektrik naqillərindən neçə top oğurlanmasını qohumu Nümayəndə dəqiq bilir. İş materiallarında olan baxış aparılması haqqında 11 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 məxsus, ünvan 2 ünvanda yerləşən evinin həyətində oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 12 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən evi və ünvan 4rt 2021-ci il tarixdə, saat 03 radələrində daş hasrdan aşaraq həmin evin həyətinə daxil olduğunu, oradan 03 top elekrtik naqillərini oğurladığını, onlardan iki topunu işlədiyi məktəbin qazanxanasında olan çarpayının altında gizlətdiyini, bir top elektrik naqilini isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, “Suraxanı dariəsi” deyilən yerdə yerləşən, metal qəbulu məntəqəsində işləyən Samir adlı şəxsə 75 manata satdığını bildirmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 12 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq Bakı şəhəri, 89 saylı tam orta məktəbin qazanxanasında gizlətdiyi iki top elektrik naqilləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 iyul 2021-ci il tarixli, 6/2521-9/4228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üç ədəd, təzə vəziyyətdə, üzərində markalanma göstəricisi olmayan, uzunluğu təxminən 50 sm, üzəri qara, qara-qırmızı, qara-sarı rəngli izolasiyalı, ümumi diametri 7.0 mm olan dörd simli (d- 2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı alminium əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş kabellərin 01 metrinin 2021-ci ilin mart ayına olan orta bazar qiyməti 60 qəpik, 193 metri 115 manat 80 qəpik müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə ona qarşı heç bir şikayət tələbin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 4x16 ölçüdə, 193 metr uzunluğunda iki top elektrik naqilinin Azərbaycan Respublikası CPM-nin 132.1.5ci maddəsinə əsasən ibtidai araşdırma zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 50 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 4x16 ölçüdə, 193 metr uzunluğunda iki top elektrik naqilinin zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-236/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-236/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver