Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-236/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və 05 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində qaranlıq və quru hava şəraitində, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Khazar LX» markalı, 99- PG-739 dövlət qeydiyyat nişanlı avtomobili «Zığ-Hövsan» avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsində «Hövsan» istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən yol hərəkəti qaydasını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərini pozaraq göstərilən yol sahəsində həmin təhlükəsizlik tələblərinə riayət etməmiş və həmin yol sahəsində, hərəkət istiqamətində yolu sağdan sola doğru keçməyə cəhd edən 1976-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ yan hissəsi ilə vuraraq onun alının sıyrığı, sol bazu sümüyünün və sağ incik sümüyünün yerdəyişmiş sınıqları ilə nəticələnən xəsarət ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda fərdi olaraq fəhlə kimi işləməklə ailəsinə çörək pulu qazanır. «KHAZAR LX» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil "xxxx" MMC-yə məxsus olmaqla, həmin avtomobili etibarnamə və «B,C» dərəcəli sürücülük vəsiqəsi ilə taksi kimi fəaliyyəti göstərməklə idarə etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə təxminən saat 00:10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «28 may» metrostansiyasının qarşısından bir nəfər 40-42 yaşında kişi cinsindən olan müştərini idarə etdiyi avtomobillə Suraxanı rayonu Hövsan qəsəbəsinə aparmaq üçün sifariş almışdır. Buna görə də idarə etdiyi «KHAZAR LX» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə bir nəfər sərnişini qeyd etdiyi ünvandan götürərək, saat 00:30 radələri olardı «Zığ-Hövsan» yolu ilə Hövsan qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfindən sola doğru 1 nəfər piyadanın qaçaraq yolu keçmək istədiyini görmüşdür. Hava qaranlıq olduğu üçün piyadanı avtomobilinə yaxınlaşarkən görmüş, ona görə piyadanı əvvəlcədən görə bilmədiyi üçün idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə həmin piyadanı vurmuşdur. Bundan sonra isə idarə etdiyi avtomobili yolun kənarında saxlayıb, yerə düşərək hadisə yerinə gəldikdə bir nəfər kişi cinsindən olan, yəni kimliyini sonradan bildiyi Zərərçəkmiş şəxs aldığı xəsarətdən nitqi tutulmuş, sözlərini aydın ifadə edə bilməmişdir. O, dərhal yardım edərək Emili yerdən qaldırıb, öz avtomobilinin arxa oturacağında əyləşdirərək oradan 3 saylı X3 aparmışdır. Orada həkimlər müayinə apararkən Zərərçəkmiş şəxs qolunda sınıq xəsarətləri olduğu məlum olmuş və dərhal ona tibbi yardım göstərilərək sarğı olunmuşdur. Ondan sonra həmin günü Emil öz istəyi ilə xəstəxanadan çıxmış və onu avtomobili ilə yaşadığı ünvana aparmışdır. Xəstəxanada olduğu üçün həmin günü hadisə yerinin müayinəsində iştirak etməmişdir. 29 dekabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin təhqiqatçısı Hüseyn İbrahimovun dəvəti ilə Suraxanı polis idarəsinə gələrək, əvvəlcə hadisə barədə izahat vermişdir. İzahat verdikdən sonra isə həmin günü hadisə yerinə gedərək piyada Zərərçəkmiş şəxs avtomobillə vurduğu yeri göstərməklə müayinədə iştirak etmişdir. Hadisə zamanı avtomobildə yük olmamış, idarə etdiyi «KHAZAR LX» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlıq olmamışdır. Hadisə zamanı hava qaranlıq olsa da asfalt quru olmuşdur. Yol avtomobilin yaxın vuran işıqlandırma ilə tam aydın görünmüş, yolu görmə məsafəsi isə kifayət qədər olmuşdur. O, ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl avtomobili 60 km/saat sürətlə idarə etmiş, həmin piyadanı isə 2-3 metr məsafədən görmüşdür. Lakin hadisədən əvvəl piyadanı görmədiyi üçün o, avtomobili öz hərəkət zolağında gəldiyi sürətlə idarə etmişdir. Piyadanı hərəkət zolaqlarını yarıya bölən xəttin yaxınlığında vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə təxminən saat 00:30 radələrində yaşadığı evə getmək üçün Suraxanı rayonu Hövsan qəsəbəsində «Hövsan- Zığ» avtomobil yolunun kənarına gəlmiş və piyada yolu əks tərəfinə keçirmişdir. Yolu keçməmişdən əvvəl sağ və sol tərəfinə baxdıqda sol tərəfdən uzaqdan avtomobillərin gəldiyini görüb, yolu iti addımlarla keçməyə başlamışdır. Lakin yolun birinci tərəfini başa çatdırmağına az qalmış sol tərəfdən gələn avtomobil qarşı tərəfi ilə onu vurmuş və o, zərbənin təsirindən asfalt üzərinə yıxılmışdır. Bundan sonra əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Zaur adlı sürücü idarə etdiyi «Khazar» markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobildən yerə düşərək ona köməklik edib, yerdən qaldırıb həmin avtomobilə əyləşdirmiş və tibbi yardım göstərilməsi üçün Sabunçu rayon xəstəxanasına aparmışdır. Orada həkimlər onu tibbi müayinə edərkən sol qol və sol ayağında sınıq xəsarətləri olduğunu bildirmişlər. Buna görə də, ona tibbi yardım göstərilmiş və bir gün sonra isə özü Travmatologiya xəstəxanasına gedərək orada əməliyyat olunaraq 10 gün müddətinə həmin xəstəxanada, daha sonra isə ev şəraitində müalicə almışdır. Xəsarət aldıqdan sonra öz hesabına müalicə almış, sürücü tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiasının olmamasını bildirmişdir. Cinayət işinin 28-31-ci vərəqələrində olan istintaq zamanı Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-56185-1222 nömrəli məktubdan müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC515278 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. Cinayət işinin 24-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 15 fevral 2022-ci il tarixli 8/77 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, «Khazar LX» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 64-66-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ- nin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Cinayət işinin 67-72-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilsin, ona həmin maddə ilə ittiham elan edilsin və məhkəmə məsuliyyətinə verilməsi, cinayət işi üzrə şahid Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri, hadisə yerinə baxış protokolu, eləcə də məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilməsi, icraatına xitam verilmiş xüsusatlara dair sənədlər ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X5 maddi ziyan bağlı gələcəkdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 89-cu maddəsinin tələblərinə əsasən cinayət işinin icraatı zamanı mülki iddiaçı qismində tanınması üçün iddia ərizəsi vermək hüququ izah olunması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qəbul edilmiş qərar barədə iş üzrə prosessual tərəflərə bildirilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə bununla əlaqədar Təqsirləndirilən şəxs heç bir tələbi və iddiası olmuyacaqdır. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-236/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-236/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver