Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-237/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 15:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1974-cü ildə Dəvəçi (Şabran) rayonu, Əmirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində fəhlə işləyən, Bakı Qarnizonu Hərbi Tribunalının 15 sentyabr 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 241-ci maddəsinin “B” bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə cəzasının icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Bakı Qarnizonu Hərbi Tribunalının 03 dekabr 1997-ci il tarixli qərarı ilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli qərarının 1-ci bəndinin 1.6-cı yarım bəndi və 2-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu olmayan, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 17A nömrəli evin 73 nömrəli mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ona vaxtaşırı nəzarət edilməsi həvalə edilmiş Şahid1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı fərdi yaşayış evinin daş hasarında quraşdırılmış işıq sayğacının qutusunun içərisinə qabaqcadan özünə məxsus olan qeyd olunan massivdə yerləşən öz mülkiyyətindəki fərdi yaşayış evinə aid işıq sayğacının **********70009 abonent kodlu bildiriş-xəbərdarlıq kağızını yerləşdirməklə ev almaq istəyən Zərərçəkmiş şəxs özünü həmin evin mülkiyyətçisi kimi təqdim edib evin ona məxsus olduğuna inandırıb 11 may 2021-ci il tarixdə həmin işıq sayğacını Zərərçəkmiş şəxs adına rəsmiləşdirməsi üçün notariat qaydada təsdiq olunmuş etibarnamə verib aldatmaqla onun inam və etibarınını qazandıqdan sonra həmin tarixdə 26.000 (iyirmi altı min) manat pulunu Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində ələ keçirib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 2014-cu ildən tanıyır. Belə ki, Kamala məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən yeni tikilmiş evdə usta kimi işləmişdir. Həmin vaxtdan onların münasibətləri yarandığı üçün evin təmiri başa çatdıqdan sonra həm telefon danışığı, həm də görüşdükləri zaman Kamal evi hansı qiymətə sata biləcəyi ilə maraqlanaraq onu 35.000 manata sata biləcəyini soruşmuşdur. Sonuncu dəfə Kamal 2020-ci ilin əvvəllərində bu barədə soruşduqda, sonuncuya evi ən baha 29.000-30.000 manata sata biləcəyini dedikdə Kamal evi satıb ona 29.000 manat verməsini demiş, daha baha qiymətə satacağı təqdirdə artıq məbləği özünə götürə biləcəyini bildirmişdir. Kamal ona etibar etdiyi üçün evin təmiri başa çatdıqdan sonra vaxtaşırı nəzarət etməsi üçün evin açarlarını ona vermişdir. 11 may 2020-ci il tarixdə həmin evi Samir adlı şəxsin vasitəsilə sonuncunun qayınanası Tamara adlı qadına 26.000 manata satmışdır. Bu barədə Kamala bildirmədən həmin pulun 10.000 manatını şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 16.000 manata isə həmin massivdə bir ədəd yarımtikili ev, 3 və 1.5 sot boş torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini və yarımtikili evi daha sonra baha qiymətə satıb Kamalın 29.000 manat pulunu ödəmək niyyəti ilə almışdır. Kamala məxsus evin ona aid olduğunu sübut etmək üçün həmin massivdə yerləşən öz evinin işıq bildirişini Kamalın evindəki işıq sayğacının üzərinə əvvəlcədən qoyaraq, evi almağa gəlmiş Samir və Tamaranı evin özünə məxsus olduğuna inandırmışdır. Evin müvafiq sənədləri olmadığından öz aralarında qeyri-rəsmi alqı-satıqı müqaviləsi bağlamışlar və müqavilə Tamarada qalmışdır. Bundan sonra o, Tamaraya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Notariat Kontorunda etibarnamə verərək işığa dair sənədləri öz adına rəsmiləşdirməsini demişdir. Kamal bu barədə məlumatlı olduqdan sonra onunla görüşərək 29.000 manat pulunu tələb etdikdə o, Kamaldan vaxt istəyərək pulunu geri qaytaracağına vəd vermişdir. Həmin müddət ərzində pulu tam hazır edə bilmədiyi üçün əvvəlcədən aldığı və özünə məxsus evi Kamala verəcəyini təklif etmişdir. Kamal həmin evə baxdıqda onu bəyənməyərək oranı satıb onun pulunu qaytarmasını tələb etdiyindən, əvvəllər 29.000 manata aldığı həmin evi təcili olaraq 22.000 manata satmış və həmin pulun 20.000 manatını Kamala versə də, sonuncu bundan imtina edərək pulunu tam şəkildə verməsini tələb etmişdir. Sonradan isə o, qeyd etdiyi məbləği düzəldə bilmədiyi üçün Kamal ondan polisə şikayət etmişdir. Eyni zamanda Kamal, Zərərçəkmiş şəxs evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin müvafiq qətnaməsi ilə Kamalın iddiası təmin olunmuşdur. Buna görə də Tamara da ondan pulunu tələb etməyə başlamışdır. Tamaraya pulunu qaytaracağına vəd versə də, lakin maddi imkanı ilə əlaqədar vədinə əməl edə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirərək barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərdi ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Quşçuluq qəsəbəsində yerləşən ünvansız evi 11 may 2020-ci il tarixdə 26.000 manat pul ödəyərək kürəkəni Şahid2 köməkliyi ilə almışdır. Samirə əvvəlcədən ev almaq istədiyini bildirdiyi üçün bildiyinə görə Samir qeyd etdiyi evi tapana kimi bir neçə vasitəçilərlə görüşmüş, müxtəlif evlərə baxmışdır. Sonuncu dəfə Samir, adını sonradan bildiyi Adgözəl adlı vasitəçinin köməkliyi ilə ev tapdığını ona bildirdikdən sonra Samirlə birlikdə gedib həmin evə baxmış və evi bəyəndiyinə görə Adgözəldən həmin evi 26.000 manata alacağına dair razılaşmışlar. O, evə baxmaq üçün getdiyi zaman Adgözəl evin hasarına bərkidilmiş içərisində işıq sayğacı olan qutunu açıb baxmış və orada əvvəlcədən qoyulmuş bildirişi götürüb onlara göstərmişdir. Həmin bildirişdə təxminən 60 manat borc və Adgözəlin adı qeyd olunmuşdur. Bununla da Adgözəl həmin bildirişi göstərməklə onları, satmaq istədiyi evin özünə məxsus olduğuna inandırmışdır. Bundan sonra həmin gün onlar Hövsan qəsəbəsində yerləşən 35 saylı Notariat Kontoruna getmişlər və Adgözəl ona 11 may 2095-ci ilədək olan müddətdə mülki etibarnamə vermişdir. Sonra həmin gün Adgözəllə birlikdə sonuncunun çalışdığı Hövsan qəsəbəsində yerləşən ofisə getmiş, aralarında alqı-satqı müqaviləsi bağlanmış və o, sonuncuya 26.000 manat pul ödəmişdir. Ödədiyi pula dair həmin müqavilədə qeydlər aparılmış və imzalarla təsdiq edilmişdir. Qeyd etdiyi işıq borcuna görə olan bildirişdə göstərilmiş məbləği Adgözəl özü ödəniş terminalı vasitəsi ilə 70 manat ödəyərək borcunu sıfırladıqdan sonra həmin bildirişi və ödəniş qəbzini ona vermişdir. 12 may 2020-ci il tarixdə o, Samirlə birlikdə metronun “28 may” stansiyası yaxınlığında yerləşən “Asan Kommunal” mərkəzinə getmiş və Adgözəlin verdiyi etibarnamə əsasında aldığı evin işıq sayğacını öz adına rəsmiləşdirmiş, bununla əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında yeni müqavilə bağlamış və həmin müqavilənin bir surətini özündə saxlamışdır. Bir qədər təmir işləri apardıqdan sonra həmin evə köçmüşdür. Həmin evin təmirinə ümumilikdə təxminən 3.500 manat pul xərcləmişdir. 2020-ci ilin sentyabr ayınadək həmin evə təbii qazın çəkilməsi üçün etdiyi müraciətlər əsasında 24 sentyabr 2020-ci il tarixdə bununla bağlı müvafiq layihə hazırlanmış və 06 oktyabr 2020-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında 07 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş aktla onun yaşadığı evə qaz sayğacı quraşdırılmış və o, təbii qazdan istifadə etməyə başlamışdır. 2020-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə tanımadığı dörd nəfər şəxs onun yaşadığı ünvana gəlmişdir. Sonradan adını bildiyi Kamal adlı şəxs həmin evin ona məxsus olduğunu bildirib ondan evdən çıxmasını tələb etməyə başlamışdır. Kamal adlı şəxs əvvəlcə səs-küy edərək onu evdən çıxarmağa çalışsa da, sonradan aralarında olan söhbət əsasında o, evi Adıgözəl adlı şəxsə 26.000 manat ödəyərək aldığını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, yaşadığı ev əvvəlcədən Kamala məxsus olmuş, sonuncu həmin evi hansısa şirkətə pul ödəyərək almış, Adgözəli evində usta kimi işlətmiş, sonradan nəzarət etməsi üçün evin açarlarını Adgözələ vermiş, Adgözəldə həm onu, həm də Kamalı aldadaraq evi ona satmışdır. Adgözəl qeyd olunan işıq sayğacının bildirişini onlara göstərək evin özünə məxsus olduğuna inandırmışdır. Həmin vaxtdan evdən çıxmaq üçün Adgözəldən dəfələrlə pulunu geri tələb etsə də, sonuncu onun pulunu qaytarmadığı üçün o, başqa ev ala bilməmiş və buna görə də məcbur olub həmin evdə yaşamağa davam etmişdir. Kamal isə öz növbəsində onun evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin müvafiq qətnaməsi ilə Kamalın iddiası təmin olunmuşdur. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş zərərin hal-hazıradək ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 23 aprel 2011-ci il tarixdə "xxxx" şirkəti ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 6-cı sıra, 2 ünvanında yerləşən həmin şirkətin inşa etdiyi 74.12 metr2 sahəsi olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini 28.000 manata almışdır. Həmin vaxt ilkin olaraq 14.000 manat ödəniş etmiş, qalan məbləği isə 50 ay müddətinə aylıq 280 manat olmaqla ödəyəcəyini öhdəliyinə götürmüşdür. Bundan sonra o, aylıq olaraq qeyd etdiyi məbləğdə pulu əvvəlcə "xxxx" şirkətini hesabına, daha sonra isə həmin şirkəti əvəzləmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəmiş və hazırki vaxtda evə görə olan borcunu tam şəkildə ödəmişdir. 18 iyul 2012-ci il tarixdə isə ona həmin şirkət tərəfindən çıxarış verilmişdir. Evi şirkətdən təhvil aldıqdan sonra orada təmir işlərinin görülməsi üçün evdə müxtəlif ustalar işlətmiş, 2014-cü ildə tanış olduğu Təqsirləndirilən şəxs həmin evdə təmir işləri görməsini tapşırmış və bunun müqabilində ona müəyyən məbləğdə pul ödəmişdir. Adgözəl həmin evdə müəyyən işlər gördükdən sonra özü də həmin massivdə yaxınlıqda yaşadığı üçün o, evin açarının bir nüsxəsini Adgözələ verib vaxtaşırı evə nəzarət etməsini tapşırmışdır. Buna səbəb isə özünün Mərdəkan qəsəbəsində yaşaması və Hövsan qəsəbəsinə getmək üçün kifayət qədər vaxtının olmaması olmuşdur. O, evin açarlarını Adıgözələ verdiyi zaman evin otaqlarında ona məxsus mebellər də olmuşdur. Adıgözələ etibar etdiyi üçün vaxtaşırı mobil telefonla əlaqə saxlayıb evin vəziyyəti ilə maraqlanmış və sonuncu ona hər şeyin qaydasında olduğunu, evi nə vaxtsa satası olsa onu özünün 30.000 manata alacağını bildirmiş, o isə Adgözələ evi satmaq fikrinin olmadığını demişdir. 15 noyabr 2020-ci il tarixdə evə baxmaq üçün getdikdə evində yaşayan adını bilmədiyi şəxs qapını açmışdır. Söhbət zamanı adını sonradan bildiyi Zərərçəkmiş şəxs evi 10 may 2020-ci il tarixdə 26.000 manata Adgözəldən aldığını, sonuncunun ona evi öz adına rəsmiləşdirməsi üçün etibarnamə verdiyini bildirmişdir. Bundan sonra o, mobil telefonla əlaqə saxlayaraq Adgözəldən bu barədə soruşduqda sonuncu bir səhv etdiyini və evi 26.000 manata satdığını bildirmişdir. Həmin tarixdə o, Adgözəllə görüşüb bu barədə danışdıqda sonuncunun 15 dekabr 2020-ci il tarixədək 29.000 manat pulunu tam şəkildə ödəməsi ilə bağlı razılığa gəlmişdir. Həmin vaxtın çatmasına baxmayaraq Adgözəl ona heç bir məbləğdə pul ödəmədiyindən barəsində şikayət etmək qərarına gəlmişdir. Sonradan öyrəndiyinə görə Adgözəl Tamaraya evi satdıqdan sonra Hövsan qəsəbəsində yerləşən 35 saylı notariat kontoruna gedərək orada sonuncuya etibarnamə vermiş, öz aralarında bağladıqları müqavilə ilə evi Tamaraya 26.000 manata satmışdır. Həmçinin Adgözəl həmin evin özünə məxsus olduğunu Tamaranın kürəkəni Samiri inandırmaq üçün öz evinin işıq sayğacının bildirişini onun evindəki sayğacın içərisinə yerləşdirmiş, Samir Tamara ilə birlikdə evə baxmaq üçün getdikdə həmin bildirişdə öz adının yazıldığını göstərərək onları inandırmışdır. Bundan başqa Adgözəl, Zərərçəkmiş şəxs adına hazırlanmış ona məxsus evin smeta layihəsini sonuncuya təqdim etmişdir. Tamaraya vəziyyəti izah edərək evindən çıxmasını tələb etsə də, sonuncu Adgözəl pulunu tam şəkildə ödəyəcəyi təqirdə evdən çıxacağını demişdir. Buna görə də Tamaranın ona məxsus evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 06 may 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunduqdan sonra Zərərçəkmiş şəxs onun evindən könüllü olaraq çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 03 ildir ev alqı-satqısı ilə məşğul olur və təxminən 3-4 ilə yaxındır Təqsirləndirilən şəxs tanıyır. Onda olan məlumata görə Adgözəl də üç ildir ev alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin aprel ayında Adgözəl ona zəng edib özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində bir mərtəbəli üç otaqlı evinin olduğunu, həmin evi 28.000 manata qiymətləndirdiyini bildirmiş və müştəri olarsa ona müraciət etməsini demişdir. Sonra o, bu barədə ev alqı-satqısı ilə məşğul olan tanışı Şahid4 demişdir. Hazırda dəqiq xatırlamadığı vaxtda 2020-ci ilin may ayın ortalarında adını sonradan bildiyi Samir adlı müştəri Nazimin çalışdığı Hövsan qəsəbəsində yerləşən ofisinə müraciət edərək ev almaq istədiyini bildirmişdir. Nazim həmin gün onunla əlaqə saxlayaraq bu barədə bildirib onu ofisinə dəvət etmişdir. O, ofisə gedərək Samirlə tanış olmuş və Adgözəlin evini almağı ona təklif etmişdir. Bundan sonra onlar birlikdə gedərək qeyd etdiyi evə baxmış, sonra Samir çıxıb getmişdir. Bundan bir neçə gün sonra Samir ailə üzvləri ilə birlikdə Nazimin çalışdığı ofisə gəlmiş, onu da həmin ofisə çağırmışlar. O, Nazim, Adgözəl və Samirin ailəsi ilə birlikdə qeyd etdiyi evə getmişdir. Samirin ailəsi evə baxdıqdan sonra Adgözəllə evi 26.000 manata almağa razılaşmış və bunun üçün Adgözələ hazırda xatırlamadığı məbləğdə beh vermişlər. Samirin ailəsi evin sənədlərin ilə maraqlandıqda Adgözəl həyətin hasarına bərkidilmiş içərisində işıq sayğacının olduğu qutunu açaraq oradan işıq sərfiyyatına dair bilidirişi götürüb onlara göstərmişdir. Həmin bildirişin üzərində Adgözəlin adı və işıq sərfiyyatına görə borc məbləği göstərilmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən torpaq sahələri və evlərin sənədləri olmadığından onların sənədləşdirilməsi adətən evdə quraşdırılmış işıq sayğaclarının digər şəxslərin adlarına keçirməklə aparılır. Bunu gördükdən sonra onlar hamısı həmin evin həqiqətən də Adgözələ məxsus olduğuna inanmışlar. Lakin həmin vaxtı onlar bildirişin üzərində qeyd olunmuş abunə kodu ilə sayğac üzərində qeyd olunmuş müvafiq kodla eyniləşdirmə aparmağı düşünməmişlər. Bu səbəbdən də, bildirişdə Adgözəlin adını gördükdə ona inanmışlar. Bundan bir gün sonra o və Nazim Adıgözəl və Samirlə birlikdə Hövsan qəsəbəsində yerləşən 35 saylı Notariat Kontoruna getmişlər. Orda Adgözəl, Samirin qayınanası Tamaraya etibarnamə vermişdir. Həmin vaxtı Adgözəl Notariat Kontorunda olarkən ərizə yazaraq işıq sayğacının Tamaranın adına rəsmiləşdirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Bundan sonra onlar yenidən Nazimin ofisinə geri qayıtmışlar, orada Samir Adgözələ 26.000 manat pul ödəmiş və bununla bağlı aralarında alqı-satqı müqaviləsi imzalanmışdır. Sonra o, Samirə göstərdiyi xidmətin qarşılığında ona ümumi məbləğin 01 faizini yəni, 260 manat ödəməsini dedikdə Samir ona və Nazimə 150 manat olmaqla ümumilikdə 300 manat pul vermişdir. Təxminən 08 ay sonra Samir ona zəng edərək həmin evə kiminsə yaxınlaşdığını, evin həmin şəxsə məxsus olduğunu bildirdiyini, özünün də hazırda həmin evə getdiyini deyib onun da oraya getməsini xahiş etmişdir. O, da Nazimlə birlikdə həmin evə getmişdir. Evə çatdıqda oraya onlardan əvvəl bir nəfər adını sonradan bildiyi Kamal adlı şəxsin gəldiyini görmüşdür. Bir qədər sonra Samir də həmin evə gəlib çatmışdır. O, zəng edib Adgözələ də həmin yerə gəlməsinə demiş, lakin sonuncu gəlməkdən imtina edərək onları Hövsan qəsəbəsi Bələdiyyə binasının yanında yerləşən adını bilmədiyi kafeyə dəvət etmişdir. Onlar hamısı birlikdə həmin kafeyə gedərək Adgözəllə görüşmüşlər. Aralarında olan söhbət zamanı Adgözəl sözügedən evin təxminən 08 ildir tanış oduğu Kamal adlı şəxsə məxsus olduğunu, onun evində əvvəllər usta kimi işlədiyini, Kamal evini 30.000 manata satması üçün açarları ona verdiyini, özünün isə həmin evi 26.000 manata sataraq şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Kamal da həmin evin özünə məxsus olduğunu və evini 30.000 manata satması üçün açarlarını Adgözələ verdiyini, lakin Adgözəlin evi satmasından xəbərinin olmadığını, bundan yalnız həmin günü evinə baş çəkmək üçün getdikdə xəbərinin olduğunu demişdir. Kamal həmçinin bildirmişdir ki, hər dəfə Adgözələ zəng etdikdə sonuncu Şabran rayonunda olan torpaq sahəsini yaxın müddətdə satıb onun evini alacağını deyərək onu aldatmışdır. Həmin söhbət zamanı Adgözəl, Kamaldan ona bir ay müddətində vaxt verməsini xahiş etmiş və müddətin sonunadək onun 30.000 manatını geri qaytaracağını demişdir. Həmin müddət başa çatsa da, Adgözəl pulu ödəmədiyindən Kamal sonuncunun barəsində Bakı şəhıri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət etmişdir. Bundan sonra baş verən proseslərdə iştirak etməsə də, eşitdiyinə görə Adgözəl Kamala 20.000 manat vermiş, Kamal isə bununla razılaşmayaraq pulu götürməmiş və Adgözələ evin dəyərinin 35.000 manat olduğunu bildirmişdir. O, Adgözəli əvvəllər tanımış, onun təxminən 3 ildir ki, ev alqı-satqısı ilə məşğul olduğunu tanışlarından eşitsə də, onunla yalnız bir dəfə əməkdaşlıq edərək qeyd etdiyi evi Tamaraya satmışdır. Lakin Adgözəlin əvvəllər hər hansı bir şəxsi aldatması barədə heç bir məlumatı olmamışdır. Belə ki, həmişə onun barəsində tanışlarından müsbət fikirlər eşitmişdir. Əvvəlcədən aralarında olan razılığa görə Adgözəl ona satışdan əldə olunmuş məbləğin 02 faizi qismində, yəni 500 manat xidmət haqqı vermiş, o, isə öz növbəsində həmin pulun yarısını Nazimə vermişdir. Bundan başqa Adgözəl ona heç bir məbləğdə pul verməmiş, onun bu cinayət əməlindən əvvəlcədən heç bir məlumatı olmayıb və ona bu işində heç köməklik etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 11 may 2020-ci il tarixli, AR-İİ seriyalı, 055912 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə və 3 sot torpaq sahəsinə dair sərəncam verməyi və digər hərəkətlər etməyi 11 may 2095-ci il tarixədək Zərərçəkmiş şəxs etibar etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus olan və Zərərçəkmiş şəxs satdığı ev Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 3 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evidir. İş materiallarında olan təqdim edilmiş maddi sübuta baxış keçirilməsi haqqında 30 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus olan və Zərərçəkmiş şəxs satdığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 3 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evinin satışından əldə etdi məbləğə aldığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində, nömrəsiz ünvanda yerləşən 03 sot torpaq sahəsi və yarım tikili fərdi yaşayış evinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 18 iyul 2012-ci il tarixli, 027 nömrəli çıxarışdan görünür ki, Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisidir. İş materiallarında olan 23 aprel 2011-ci il tarixli, 44 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, icraçı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı fərdi yaşayış evinin layihələndirilməsini, tikintisini və payçı qısmində Şahid1 bir pay kimi istismara hazır vəziyyətdə təhvil verilməsini, sonuncu isə ümumi dəyəri 28.000 manat təşkil edən həmin evin ilkin olaraq 14.000 manatını, məbləğin qalan hissəsini isə 50 ay ərzində hər ay 280 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 07 dekabr 2012-ci il tarixli ərizəsindən görünür ki, Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı fərdi yaşayış evinin tikilib başa çatması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 23 aprel 2021-ci il tarixli, 44 nömrəli alqı-satqı müqaviləsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqaviləsi ilə əvəz edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2012-ci il tarixli arayışından görünür ki, əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sonradan isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən “Yeni Qəsəbə” adlanan şəhərcikdə 44 nömrəli müqaviləyə əsasən 3 sotda 3 otaqlı fərdi yaşayış evi həqiqətən də Şahid1 məxsusdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassa mədaxil orderlərinin qəbzlərindən və maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində 3 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74.12 m2 olan 3 otaqlı fərdi yaşayış evinə görə Şahid1 tərəfindən 11 avqust 2012-ci il tarixdən 25 aprel 2015-ci il tarixdək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq ödənişlər edilmişdir. İş materiallarında olan 11 may 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin 26.000 manata alqı-satqısına dair həmin evin sahibi qismində Təqsirləndirilən şəxs ilə alıcı Zərərçəkmiş şəxs arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(010)-1401/2021 nömrəli qətnaməsindən görünr ki, Şahid1 iddiasına əsasən Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, 6cı sıra, 2 saylı evdən çıxarılmışdır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şahid3, Şahid4 və Şahid2 əməllərində Azərbaycan Respublikası CMnin 178.1, 178.2.1, 32, 178, 194 və 307-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin hissələrdə barələrində cinayət təqibi üzrə icraata, bundan başqa iş üzrə 30 mart 2021-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 aprel 2021-ci il tarixli məlumatından və Bakı Qarnizonu Hərbi Tribunalının 15 sentyabr 1997-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 241-ci maddəsinin “B” bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə cəzasının icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. İş materiallarında olan Bakı Qarnizonu Hərbi Tribunalının 03 dekabr 1997-ci il tarixli qərarından görünür ki, “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli qərarının 1-ci bəndinin 1.6-cı yarım bəndi və 2-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 53-cü maddəsinin 5-ci bəndinə əsasən əsasən üç ildən çox, lakin altı ildən artıq olmamaq şərtilə azadlıqdan məhrum olunmağa məhkum edilmiş, cəzanı (əsas və əlavə cazanı) çəkib qurtardıqları gündən beş il ərzində yeni cinayət törətməmiş şəxslər məhkumluğu olmayan şəxslər hesab edilirlər. Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 53-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi müddəti cəzanı çəkib qurtarma və ya cəzadan azadolma günündən hesablanır. Məhkəmənin hökmü ilə təyin edilmiş cəza amnistiya və ya bağışlanma aktına əsasən, yaxud şərti olaraq və ya şərtsiz vaxtından əvvəl azadetmə tətbiq edilməsinə görə azaldılarsa və ya daha yüngül cəza ilə əvəz edilərsə, bu halda məhkumluğun ödənilməsi müddəti faktik olaraq çəkilmiş cəzaya görə, cəzanı (əsas və əlavə cəzanı) çəkməkdən azad edilmə vaxtından hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni cərimə və ya azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-237/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-237/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver