Məhkəmə qərarları › İş №1(010)-238/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-238/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-238/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə 07 aprel 2021-ci il tarixdə, saat 15 radələrində xx.xx.2007-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs mobil telefon olmasını görüb, ələ keçirmək üçün onu futbol oynamaq adı ilə ünvan 2 ünvanda yerləşən 103” adlı çay evinin yaxınlığındakı qəbiristanlığa aparmış, orada sonuncudan bir ədəd 200 (iki yüz) manat dəyərində “Redmi 8” markalı telefon aparatını üzərində olan 10 (on) manat dəyərində nömrəsi ilə birlikdə danışmaq adı ilə almış, lakin Zərərçəkmiş şəxs onun telefonu ələ keçirmək istəməsini bilib, telefonu almaq istəyən zaman, Təqsirləndirilən şəxs sonuncunu ayağından vurub yerə yıxmış və öz cinayət əməlini davam etdirərək yerdə də sifətindən əli ilə vurduqda, Zərərçəkmiş şəxs bıçaq çıxarmış, lakin bıçağı onun əlindən alaraq bıçaqla əlini kəsib ona sol yanaq nahiyəsinin sıyrıqları, ağızın iç səthinin qansızması və səthi əzilmiş yarası, boyunun qançırı, sol kürək və sağ qalça darağı nahiyələrin sıyrığı, sol əlin 111 barmağının səthi əzilmiş yarası, həmin əlin, hər iki diz oynağının sıyrıqlarından ibarət, dərəcəsi təyin edilməyən xəsarət yetirərək, həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, mobil telefonu açıq talayıb, zərərçəkmiş şəxs - azyaşlı Zərərçəkmiş şəxs ümumilikdə 210 (iki yüz on) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 07 aprel 2021-ci il tarixdə, saat 10 radələrində "Xalqalar dostluğu" metrostansiyası yaxınlığında yerləşən bazara gəlmişdir. Saat 12 radələrində 8-ci kilometr bazarının yanında yerləşən “Heydər Əliyev” parkına gəlmiş, həmin yerə 1-2 saat əyləşib, sonra evə getmək məqsədilə gəlmişdir. Parkda olan skamyada əyləşib ətrafı seyr etməyə başlamış, həmin vaxt parkda olan uşaqlardan birinin telefonla danışdığını görmüş və onda həmin telefonu ələ keçirmək istəyi yaranmışdır. Sonra həmin uşaq, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs onun yanına gələrək, həmin skamyada oturmaq istədiyini bildirmişdir. O, bu uşağa özünü idman müəllimi kimi təqdim etmiş, ondan futbol oynaya bilməsini soruşmuş, sonuncu da yaxşı futbol oynaya bilmədiyini göstərmişdir. Həmin uşağa “Sərhədçi" idman kompleksində saat 17 radələrində futbol oyunu təşkil etdiyini, onun da həmin oyunda iştirak edə biləcəyini və udan şəxsə 15 manat pul veriləcəyini demişdir. Yanında oturan uşaq digər uşağı çağırmış, bu uşaq da onun yanına gələrək, qarşısında dayanmışdır. O, həmin uşaqdan da futbol oynamağı bacardığını soruşmuş, sonuncu isə futbol oynamağı bacardığını bildirmişdir. Həmin uşağa da “Sərhədçi” idman kompleksində futbol oyunu təşkil etdiyini və yaxşı oyanayan komandanın hər bir iştirakçısına 15 manat pul verəcəyini demişdir. Bu uşaqlar iki nəfər olmuş, o, sonuncularla razılaşmış və Sərhədçi idman kompleksinə getmək üçün "Ramal" ticarət mərkəzinin qarşısında 70 nömrəli marşruta əyləşmişlər. Həmin iki uşaqla “Sərhədçi" idman kompleksinin yanına gəlmişlər. Uşaqlardan birinə orada gözləməsini, hazırki iş üzrə zərərçəkmiş şəxs olan digərinə isə onunla gələrək, “Neapol" daisrəsinin yaxınlığında yerləşən anbardan ayaqqabı top və forma götürməli olduqlarını bildirmişdir. Uşaqlarda biri orada gözləmiş, digəri, yəni hazırki iş üzrə zərərçəkmiş şəxs ilə isə 2 kilometr məsafə qət edərək, Suraxanı rayonunda “X8" adlanan yerdə yerləşən qəbiristanlığa gəlmişdir. O, “Medical plaza” yaxınlığında yerləşən avtomobil yağı satılan yerdən iki ədəd sellofan paket almış, həmin sellofan paketlər şəffaf olmuş, həmin sellofan paketlərdən birini telefonda əl izinin qalmaması üçün telefonu götürərkən əlinə geyinmək üçün, digər sellofanı isə uşaq müqavimət göstərəcəyi təqdirdə, onu sillə ilə vursa, əl izinin qalmaması üçün almışdır. Qəbiristanlığa çatdıqda, yolun kənarında o, zərərçəkmiş şəxsə müraciət edərək, ondan köməkçisi ilə danışmaq üçün telefonu istəmiş, lakin faktiki olaraq heç kimlə danışmamışdır. Məqsədi imkan yaranan kimi telefonu götürərək qaçmaq olmuşdur. Telefonunun enerci ehtiyatı bitdiyi üçün telefonu sönmüş, bu səbəbdən onun telefonundan öz nömrəsinə zəng etmiş və özünü kiminləsə danışırmış kimi göstərmişdir. Lakin ətrafda dəfn mərasimi olduğu üçün telefonu götürərək qaçmağa cəhd etməmişdir. Mərasim qurtardıqdan sonra insanlar getmiş və onlar bir qədər irəliyə gedərək tək qalmışlar. Yol boyu uşaqdan telefonun şifrəsini açmasını istəmiş, sonuncu özü şifrəni açmış, o, öz nömrəsini demiş və uşaq nömrəsinə zəng etmişdir. Sonra telefonun işığı sönmüşdür. O, zərərçəkmiş şəxsdən telefonun şifrəsini istəmiş, məqsədi şifrəni bilib, telefondakı nömrələri silib, daha sonra telefonu satmaq olmuşdur. Lakin uşaq kodu deməkdən imtina etmiş, həmin vaxt o, əlinə sellofan paketi geyinmiş və sonuncunun üzünə şillə ilə vurmuş və ondan kodu deməsini istəmişdir. Şillə ilə vurulduqdan sonra uşaq yerə yıxılmış, sonra ayağa qalxmış, onun yaxasından tutmuşdur. Bu zaman həmin uşaq onun sağ ayağından bıçaqla vurmuşdur. Həmin vaxt o, uşağı bir də şillə ilə vurmuşdur. Sonra görmüşdür ki, sağ ayağından bıçaqla vurulmuşdur. Həmin uşağın qolundan tutmuş, bıçağı sonuncunun əlindən almaq istəyərkən, o, bıçağın kəsən hissəsindən tutmuş və bıçağı tiyəsindən çəkərək onun əlindən almışdır. Daha sonra zərərçəkmiş şəxs gödəkçəsini əyinindən çıxarmış və qaçmağa başlamış, gəldiyi istqamətə qaçaraq, oradan uzaqlaşmışdır. Telefon uşağın əlindən yerə düşdüyü üçün yerdə qalmışdır. O, zərərçəkmiş şəxsin gödəkçəsi ilə ayağını bağlamış, həmin vaxt oradan keçən şəxsdən suyun yerini soruşmuş və su olan yerə gedərək, ayağını təmizləmişdir. Sonra hadisə yerinə qayıtmış və telefonu götürmüşdür. O, piyada Neapol dairəsinə gedərək, oradan 40 nömrəli marşruta əyləşmiş və bu marşrutla yaşadığı evə gəlmişdir. Həyətə daxil olarkən telefonu həyətdə gizlətmiş, evə daxil olduqdan sonra arvadı Sahilə Əliyeva ondan nə səbəbə görə paltarının qan içində olduğunu soruşmuşdur. Arvadına iş yerində təmirlə məşğul olarkən yıxıldığını və sağ buduna dəmir batdığını bildirmişdir. Ayağı pis vəziyyətdə olduğu və yeriyə bilmədiyi üçün iki gün gözləmişdir. İki gündən sonra “Neftçilər" metrosunun yaxınlığında yerləşən telefon satılan mağazaya daxil olub, şəxsiyyət vəsiqəsinin surəti ilə telefonu orada işləyən şəxsə 30 manata satmışdır. Həmin şəxsə telefonun cinayət yolu ilə əldə etməsini deməmişdir. 30 manat pulu dərman və digər tibbi ləvazimatlar almağa sərf etmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Xaliq oğlu ifadəsində göstərmişdir ki, 07 aprel 2021-ci il tarixdə, saat 13 radələrində o, gəzmək üçün qonşusu Əli və bibisi oğlu Ülvi ilə Heydər Əliyev parkına getmişlər. Parkda Əli və Ülvi ilə gəzişdikdən sonra bir nəfər şəxsin skamyada əyləşməsini görmüşdür. O, həmin şəxsin yanına gedərək orada əyləşmiş, Əli və Ülvi isə parkda gəzişmişlər. Bu şəxs hazırki iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Sonuncunun əynində qara gödəkcə və qara rəngli şalvarı olmuşdur. O, bu şəxsi tanımamış və ilk dəfə görmüşdür. Həmin şəxs ona bildirmişdir ki, yarım saat sonra “Sərhədçi İdman" Kompeksində futbol oyunu keçiriləcək və qalib olan hər bir şəxsə 15 manat pul veriləcəkdir. Həmin şəxs onunla birlikə oraya getməsini təklif etmiş, o, da sonuncu ilə razılaşaraq, Ülvi və Əlini çağırıb, onlara da bu barədə demişdir. Lakin bibisi oğlu Ülvi razılaşmayıb, oradan çıxıb getmişdir. O, və Əli isə həmin şəxslə davanacaqda 36 nömrəli marşurut avtobusuna əyləşərək, “Sərhədçi İdman" Kompeksinə gəlmişlər. Oraya çatdıqda, həmin şəxs demişdir ki, qəbirsanlıqda anbar vardır, gedib oradan futbol oynamaq üçün paltar və ayaqqabı götürmək lazımdır. Həmin şəxs Əliyə onları gözləməsini bildirmiş, ona isə birlikdə oraya getməyi təklif etmişdir. Onlar Suraxanı rayonu ərazisində olan “Yeni Günəşli" yaylası adlanan yerdə olan qəbirstanlığa gəlmişlər. Saat 15 radələrində qəbirsatanlığın içərisinə daxil olub, 150-200 metr getdikdən sonra, həmin şəxs telefonunu çıxarıb kiminləsə danışmağa başlamış, bir qədər danışdıqdan sonra konturunun qurtardığını bildirib, danışığını davam etdirmək üçün ondan telefonunu istəmişdir. O, özünə məxsus bir ədəd 200 manat dəyərində “Redmi 8” markalı telefonunu cibindən çıxarmışdır. Telefonun üzərində isə xatirində qalmayan nömrə olmuş və həmin nömrəni 10 manata almışdır. Nömrədə isə xatırlamadığı məbləğdə kontur olmuş, lakin kontur azlıq təşkil etmişdir. Telefonun üzərində isə qoruyucu qabı olmamışdır. O, telefonun şifrəsini açıb həmin şəxsin dediyi xatırlamadığı nömrəyə zəng etmiş, lakin telefonu açan olmamışdır. Sonra həmin nömrəyə yenə də zəng etmiş, ancaq yenə də telefonu açan olmamışdır. Daha sonra o, telefonu yüksək səs reciminə keçirərək həmin şəxsə vermiş, zəng etdiyi nömrəyə cavab verildikdə, həmin şəxs telefonu yüksək səs recimindən çıxarıb, qulağına tutub danışmağa başlamışdır. Telefonu verdiyi şəxs telefonla danışıb qurtardıqdan sonra bir neçə nəfər şəxsə zəng etmişdir. Telefon bir neçə dəqiqədən sonra şifrəyə düşdüyü üçün həmin şəxs telefonu ona vermiş, o, da telefonun şifrəsini açıb, sonuncuya qaytarmışdır. Həmin şəxs sonuncu dəfə telefonun şifrəsini soruşduqda, o, bu şəxsdən şübhələnmiş və telefonunu şifrəsini deməyərək, telefonunu qaytarmasını xahiş etmiş və getmək istədiyini bildirmişdir. Lakin həmin şəxs əsəbləşib, yüksək səslə qışqırıb, telefonun şifrəsini ona bildirməsini tələb etmişdir. O, telefonun şifrəsini bu şəxsə deməyərək, əlini həmin şəxsə tərəf edib, telefonunu götürmək istəmişdir. Həmin şəxs gödəkçəsinin sol cibindən sellofan çıxarıb əlcək kimi istifadə edərək, əlinə geyinmişdir. O, həmin şəxsin nə isə edəcəyindən şübhələniş, belə ki, artıq başa düşmüşdür ki, həmin şəxs onun telefonunu ələ keçirmək istəyir. Bunu başa düşdüyü üçün ondan qaçmamış, ancaq qorxmuşdur. Həmin şəxs yavaş şəkildə onun üzərinə gəlib, sellofan olan əli ilə ağzından tutmuş, digər əli ilə isə arxaya itələyib ayaqları ilə ayağından vurub yerə yıxmışdır. Həmin şəxs özünü də onunla bərabər yerə yıxmış və üzərində düşmüşdür. Həmin şəxs sellofan olan əli ilə boğazından tutmuş, bu zaman o, özünü müdafə etmək üçün üzərində olan bıçağı çıxarıb, həmin şəxsin bilmədiyi hissəsindən bir dəfə vurmuşdur. Lakin bıçağın sonuncuya xəsarət yetirib-yetirməməsini bilməmişdir. Həmin şəxs bıçağı əlindən almış və onu vurmaq istəmişdir. O, bıçağın kəsici hissəsini əli ilə tutmuşdur ki, onun qarşısını alsın. Həmin şəxs bıçağı baş nahiyəsinə tərəf istiqamətləndirmiş, lakin o, bunun qarşısını almış və həmin vaxt bıçaq onun əlini kəsmişdir. Belə ki, o, bıçağı tutmuşdur ki, ona dəyməsin, bıçağı tutduqda, həmin şəxs geri çəkərək əlini kəsmişdir. Bundan sonra həmin şəxs bıçağı yerə atmış, daha sonra onun üzərinə gəlib, yumruqla onun bədən nahiyəsindən vurmağa başlamış, bu zaman bir əli ilə onun ağzından tutmuşdur ki, qışqıra bilməsin. Daha sonra o, həmin şəxsi kənara itələyib qaçaraq uzaqlaşmış və arxaya baxdıqda, sonuncunun yoxa çıxmasını görmüşdür. O, qəbirstanlıqdan yola çıxmış, yolda polis əməkdaşları olmasını görmüş, sonunculara yaxınlaşıb baş verənləri danışmış və onlar onu polis bölməsinə gətirmişlər. Polis Bölməsində anasının telefon nörəsini polis əməkdaşına vermiş və anası bölməyə gəlmişdir. Həmin hadisə zamanı qəbirstanlıqda onların yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməmiş, zor tətbiq edərək hər hansı bir əşyasını tələb etməmiş, belə ki, artıq telefonu sonuncuda olmuşdur. Həmin şəxs yalnız tələb etmişdir ki, telefonunun şifrəsini ona desin. O, isə həmin şəxsdən telefonunu istədikdə, sonuncu onu yıxaraq döymüş və xəsarət yetirmişdir. Həmin şəxsin üzərində bıçaq və yaxud başqa alət olmamışdır. Həmin şəxs bıçağı onun əlindən almış, bıçaqla xəsarət yetirəcəyi ilə onu hədələməmiş, bıçaqla yalnız əlini kəsmişdir, bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələməmişdir. O, bıçağı üzərində hər hansı bir şəxsi vurmaq üçün götürməmişdir, ilk dəfə onun üzərində bıçaq olmuş və bıçağı götürməkdə heç bir məqsədi olmamışdır. Həmin hadisə nəticəsində ona 210 manat maddi ziyan dəymişdir, belə ki, telefonun üzərində olan nömrə 10 manat, telefon isə 200 manat dəyərində olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işi üzrə Şahid məhkəmə iclaslarının yeri və vaxtı barədə kifayət qədər xəbərdar edilməsinə baxmayaraq, məhkəmə icaslarına gəlməmiş və gəlməməsi barədə heç bir üzrlü səbəb göstərməmişdir. Suraxanı rayon Məhkəməsinin 1(010)-238/2021 saylı, 14.09.2021-ci il tarixli qərarına əsasən Şahid barəsində məcburi gətirmə barədə qərar qəbul olunmasına baxmayaraq, sonuncunun yerini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarının fikrini dinləyərək, şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qisində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin mobil telefonların alqı-satıqısı fəaliyyəti ilə məşğul olur. Hazırda Bakı şəhəri. Nizami rayonu, Təqsirləndirilən şəxs küçəsi, 15/29 ünvanda yerləşən “S-Mobile” adlı telefon mağazasında işləyir və orada mobil telefonların alqı-satqısı ilə məşğul olur. Hər gün səhər saat 10 radələrində işə getmiş və axşam saat 21 radələrində işdən evə gəlmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər mobil telefonlarını satmaq üçün təqdim edirlər və təqdim olunan telefonları qiymətləndirib, ümumi razılığa gəldikdən sonra alır. Mobil telefonları aldıqdan sonra bu barədə qeydiyyat aparır. Lakin aldığı mobil telefonu satmağı barədə qeydiyyat aparmır. 09 aprel 2021-ci il tarixdə həmişə olduğu kimi səhər saatlarında mağazaya gəlmiş və işləri ilə məşğul olmağa başlamış, həmin günü saat 11- 12 radələrində işlədiyi mağazaya tanımadığı bir nəfər şəxs gəlmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək, telefon satmaq istədiyini bildirmiş, o, Rüstəmdən telefonu almış və baxmışdır. Telefon "Redmi 8” markalı olmuş, o, telefonu yoxlamış və Rüstəmdən telefonu kimə məxsus olmasını soruşmuşdur. Rüstəm də demişdir ki, telefon özünə məxsusdur, dərman almağa pulu çatmır, ona görə də telefonu satır. O, Rüstəmin dediklərinə inanmış, telefonu 30 manat dəyərləndirmiş və bu barədə Rüstəmə demiş, Rüstəm də onunla razılaşmışdır. Bundan sonra o, Rüstəmə 30 manat pul verib telefonu almışdır. Sonra Rüstəm mağazadan getmiş və o, bir daha sonuncunu görməmişdir. Həmin gün o, telefonu təmizləyib, mağazada satılan digər telefonların olduğu vitrinə qoymuşdur. 13 aprel 2021-ci il tarixdə işlədiyi mağazada olan zaman, bir neçə nəfər polis əməkdaşı mğazaya daxil olmuş və özlərini təqdim etmiş, polis əməkdaşları "Redmi 8" markalı telefon satılıb-satılmamasını ondan soruşmuş, o, vitirindən telefonu götürüb, polis əməkdşlarına təqdim etmiş və demişdir ki, 09 aprel 2021-ci il tarixdə bu telefonu Rüstəm adlı şəxsdən almışdır. O, Rüstəmdən telefonu alan zaman, onun cinayət yolu ilə ələ keçirilməsini bilməmiş, belə ki, sonuncu telefonun özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 15 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-151/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 aprel 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" X5 Şəxsin 22 saylı şöbəsinin verdiyi 09 aprel 2021-ci il tarixli 322 nömrəli rəydən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol yanaq nahiyəsinin sıyrıqları, ağızın iç səthinin qansızması və səthi əzilmiş yarası, boyunun qançırı, sol kürək və sağ qalça darağı nahiyələrin sıyrıgı, sol əlin İİİ barmağının səthi əzilmiş yarası, həmin əlin, hər iki diz. oynağının sıyrıqları aşkar edilmişlər. Qeyd edilən xəsarətlər bərk kül əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 07.04.2021-ci il tarixdə alınması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki. həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA" X5 Şəxsin verdiyi 05 may 2021-ci il tarixli 216 nömrəli rəydən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol baldırın aşağı 1/3-ndə, sağ yan tərəfinin aşağı hissəsində müəyyən edilmiş sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən, sol əlin İİİ barmağın ovuc səthində müəəyyən edilmiş kəsilmiş yara kəsici kənara malik əşyanın (alətin) təsirindən törənmişlər. Qeyd edilən xəsarətlər müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hisssində göstərilən şəraitdə əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyr-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası iizrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertizası X6 Şəxsin verdiyi 18 iyun 2021-ci il tarixli 1306 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Eəriyyət oğlunda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs Eəriyyət oğlu qərarda qeyd edilən əməlləri törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmk iqtidarında olmşdur. Buna görə də, Təqsirləndirilən şəxs Eəriyyət oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs Eəriyyət oğlu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Eəriyyət oğlunun hərəkətləri cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşməmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloci ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası X6 Şəxsin verdiyi 28 iyun 2021-ci il tarixli 1388 saylı rəyindən məlum olur ki. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekslravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, emosionallıq, sadəlöhvliık, tez inanmaq kimi xarakterik xüsusyyətlərə malikdir, f'ərd i-psix i xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə patoloci meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs hadisə zamanı psixiemosional vəziyyətində həyəcan, qorxu, gərginlik halı yaranmışdır. Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirdiyi emosional hala görə ona qarşı edilmiş hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Odliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 iyul 2021- ci il tarixli 9/3745 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 32 CiB yaddaş tutumlu. "Redmi 8" markalı, "M 1908C3İG” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuaıiarm olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 200.00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədləri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə görə, qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, təqsirləndirilən şəxsin ilk dəfə olaraq cinayət əməlini törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək, cinayətin azyaşlı olan şəxsə qarşı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi sanksiyası həddində cəza təyin edilməlidir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini tam təmin edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 13 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd “Redmi 8" markalı mobil telefon aparatı Zərərçəkmiş şəxs qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş, əmlak müsadirəsi yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar