Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-238/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 19 avqust 2002-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 26 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 31 dekabr 2023-cü il tarixdə saat 00:10-da B1, B, C1, C kateqoriyalı, BD 035277 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə üzü Ramana qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə saatda 100-120 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirməklə, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunu etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin imkandan istifadə etməyib qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Azsamand” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan “Azsamand” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, kəllə əsasının sınığı, başın alın nahiyəsinin geniş əzilmiş yarası, sol gözalmasının travmatik göz yuvasından bayıra çıxması və göz almasına qansızma, burun sümüyünün qapalı sınığı, onurğa beyinin boyun şöbəsinin əzilməsi və İ-İİ boyun fəqərələrinin qapalı-qəlpəli sınıqları, sol bazu oynağı nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi səbəbindən 31 dekabr 2023-cü il tarixdə saat 01 radələrində hadisə yerində ölümünə səbəb olmaqla, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 dekabr 2023-cü il tarixdə dostları ilə zəngləşib axşam tərəfi Bakıxanov qəsəbəsində “PUB”-ların birində yemək yemək barədə razılaşmışlar. Həmin günü, təxminən saat 19 radələrində işlədiyi yerdən taksi ilə çıxaraq Bakıxanov qəsəbəsində yerləşən Beynəlxalq Bankın qarşısına gəlmişdir. Həmin yerə gəldikdə tanışları Rəşid, Xəyal və Fərid orada olmuşlar. O, Fəridin idarə etdiyi avtomobilə, Rəşid də Xəyalın idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilə əyləşmiş və hamısı Bakıxanov qəsəbəsində adını xatırlamadığı “PUB”-a getmişlər. Orada Rəşid, Fərid və Xəyal “Tekila” və adama 2 bokal pivə içmişlər. Təxminən saat 00:00 radəsində “Pub”-dan çıxmış və dördü də onun yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən evlərinə getmək istəmişlər. Xəyal idarə etdiyi avtomobili “PUB”-un yanında saxlamışdır. Həmin vaxt Fərid içkili, o isə ayıq olduğu üçün Fəridin “BMW” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürmüşdür. Rəşid və Fərid avtomobilin arxa oturacağında, Xəyal isə qabaq oturacaqda oturmuşdur. Fərid avtomobilə minən kimi yatmışdır. Daha sonra o, idarə etdiyi avtomobil ilə “Heydər Əliyev” prospektində Aeroport yolu ilə hərəkətdə olarkən qarşıda olan avtomobilləri keçmək istəyəndə anidən idarəetməni itirib qarşıda öz yolu ilə hərəkət edən “Azsamand” markalı avtomobili arxa sol yan tərəfindən vurmuşdur. Həmin vaxt avtomobilin şarları açılmış və avtomobil yolda fırlanaraq dayanmışdır. O, avtomobildən düşən kimi “Azsamand” markalı avtomobilin kənarda dəmirlərə dəyərək dayandığını görmüşdür. Dərhal “Azsamand” markalı avtomobilə yaxınlaşmış və həmin avtomobilin sürücüsünün hərəkətsiz olmasını və xırıltı səsi gəldiyini görmüşdür. Daha sonra, hadisə yerinə X27 avtomobili gələrək sürücünü xəstəxanaya aparmışdır. Həmin vaxt “Azsamand” markalı avtomobildə bir nəfər qadın da olmuşdur. Lakin həmin qadın heç bir xəsarət almamışdır. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Həmin hadisədən sonra tanışları ilə birlikdə hadisə yerində qalmış, X27ın və polislərin gəlməsini gözləmişlər. Sonradan polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsindən keçirilmək üçün özü və tanışları müayinə mərkəzinə aparılmışlar. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə ailə üzvləri vasitəsilə barışıq əldə etməyə bir neçə dəfə cəhd etmiş, lakin qarşı tərəf barışığın olmayacağını bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, 2 ildir ki, avtomobil idarə edir, lakin ilk dəfə qəza törətmişdir. Özünün şəxsi avtomobili yoxdur, atasının avtomobilini idarə edir. Heç vaxt spirtli içki içməmişdir. Həmin gün sürət həddini aşmış, belə ki, avtomobili 110-120 km/saat sürət ilə idarə etmişdir. Hadisə zamanı “Azsamand” markalı avtomobildə olan qadın heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq olması üçün cəhd göstərsələr də, barışığa nail ola bilməmişlər. Hadisədən sonra törətdiyi qəza ilə bağlı avtomobilin sürücüsünə kömək etmək istəsə də, hadisə yerində olan polis əməkdaşları buna icazə verməmişlər. “BMW” markalı avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, avtomobil tanışı Fəridə məxsus olmuş, Fərid isə özü avtomobildə olmuş və ona avtomobili idarə etməsini özü bildirmişdir. TTY-yə hadisəni görən tanımadığı şəxslər zəng vurmuşlar. Qəza baş verdikdən sonra, “Azsamand” markalı avtomobil onun idarə etdiyi avtomobildən 7-8 metr aralıda olmuşdur. Bundan əlavə məhkəmə iclasında bildirdi ki, əməlindən çox peşmandır və mərhumun ailə üzvlərindən törətdiyi əmələ görə üzr istəyir. Mərhum Zərərçəkmiş şəxs azyaşlı övladının yetkin yaşına çatanadək saxlanılmasını özünün və ailəsinin maddi imkanının çatacağı qədər aylıq olaraq ödəniş etməklə, təmin etməyə tam hazırdır. Əvvəlki məhkəmə iclaslarında 10.000 manat pulu, sonradan isə 15000 manat məbləğində pulu mərhumun ailə üzvlərinə məhkəmə iclas zalında təqdim etməyi təklif etmiş, lakin mərhumun ailə üzvləri bundan imtina etmişdir. Mülki iddiada qeyd edilən 350.000 manat məbləğin ödənilməsi onun tərəfindən mümkün deyil, çünki buna maddi imkanı yoxdur. “Azsamand” markalı avtomobilin lizinq ödənişi ilə bağlı ödəniş də ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Sonda isə əməlindən çox peşman olmasını, daima vicdan əzabı ilə yaşayacağını nəzərə alaraq məhkəmədən ona yüngül və ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 31 dekabr 2023-cü il tarixədək o, oğlu ilə birlikdə yaşamışdır. 30 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində oğlu Kamil evdən işə getmək üçün çıxmışdır. 31 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində ona zəng gəlmişdir. Ona zəng edən avtomaşında olan Səlbinaz adlı qız olmuş, Səlbinaz ona Kamilin avtomobili idarə edərkən qəza etdiyini və 3 saylı şəhər klinik xəstəxanasında olduğunu demişdir. O, da dərhal həmin xəstəxanaya getmişdir. Səlbinazı orada görüb ona yaxınlaşmış, Səlbinaz ona Kamili X27 avtomobili ilə həmin xəstəxanaya apardıqlarını demişdir. Lakin o, Kamili həmin xəstəxanada axtarsa da, tapa bilməmişdir. Bundan sonra, Suraxanı rayon xəstəxanasına morqa getmişdir. Orada oğlu Kamilin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir. Oğlunun hansı şəkildə qəzaya düşdüyünü maraqlanmış, Kamilin idarə etdiyi avtomobillə aeroport istiqamətində hərəkətdə olarkən arxadan “BMW” markalı avtomobilin oğlunun idarə etdiyi avtomobillə toqquşduğunu və qəza zamanı oğlu Kamilin ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparıldığını, orada isə Kamilin öldüyünü öyrənmişdir. Hadisə baş verən zaman hadisə yerində arxadan gələn Rüfət adlı qonşusu olmuşdur. Rüfətin deməsinə görə, qəzanı törədən avtomobillə digər avtomobil yolda bir-biri ilə yarışmış, buna görə də, hadisə baş vermişdir. Rüfətin deməsinə görə hadisədən sonra isə həmin şəxslərə yaxınlaşdıqda, sürücü də daxil olmaqla, avtomobildə olan şəxslərin sərxoş olduğunu görmüşdür. Həmin şəxslərdən biri yediklərini qusaraq qaytarmışdır. Hadisədən iki gün sonra, qəza törətmiş sürücünün babası kimi özünü təqdim edən şəxs onunla telefonda danışarkən nəvəsinin sərxoş olduğunu, qəzanın bu səbəbdən baş verdiyini demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, o, təqsirləndirilən şəxsi hadisədən sonra görməmişdir. Onun içkili olduğunu, ibtidai istintaqı aparan müstəntiq və polis əməkdaşları demişdir. Əlavə olaraq bildirdi ki, hadisədən dərhal sonra oğluna kömək etsəydilər, barışıq ola bilərdi. Qarşı tərəf barışıqla bağlı vaxtında addımlar atmamış, laqeyd yanaşmış, yas məclislərində iştirak etməmişlər. Özü ürək xəstəsidir. Özü və həyat yoldaşı işləmir, əlillikləri olmasa da heç bir pensiya, müavinət və ödəniş almırlar. Mərhum oğlu isə Qədr Xum restoranında işləyirdi və aylıq əmək haqqı alaraq həm öz ailəsini həm də onlara baxırdı. Mərhumun həyat yoldaşı X6 da Qədir Xum restoranında işləyir və aylıq ödəniş alır. X19 bir uşağı ilə birlikdə mərhum oğlu Kamil ilə birlikdə yaşayırdı. Məhkəmə iclası zamanı “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi təqdim etmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs birdəfəlik ödəmə şərtilə 350000 (üç yüz əlli min) manat pul vəsaitinin ona ödənilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin məbləğ ödənildiyi halda belə, təqsirləndirilən şəxslə barışmayacağını məhkəmədə bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən təqdim edilmiş “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi 19 avqust 2024-cü il tarixli məhkəmə iclasında müzakirə olunaraq icraata qəbul edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən BC kateqoriyalı sürücülük hüququ vardır. 30 dekabr 2023-cü il tarixdə təxminən saat 19 radələrində uşaqlıq dostu Turqay ona zəng edərək Bakıxanov qəsəbəsində görüşüb yemək yemələrini təklif etmiş, o da Turqayla razılaşmış və həmin məclisdə kimlərin olacağını soruşduqda o isə Xəyal və Rəşidin də onlarla birlikdə olacağını demişdir. Bundan sonra o idarə etdiyi özünə məxsus BMW markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakıxanov qəsəbəsində yerləşən Beynəlxalq bankın qarşısına gəlmişdir. Həmin vaxt dostu Şahid2 və Şahid4 orada olmuşlar. Bir neçə dəqiqədən sonra Turqay taksi ilə onların yanına gəlmişdir. Turqay onun idarə etdiyi avtomobilə, Rəşid də Xəyalın idarə etdiyi “HYUNDAİ SONATA” markalı avtomobilə əyləşərək hamısı Bakıxanov qəsəbəsində adını xatırlamadığı “PUB”a getmişlər. Orada o, Rəşid və Xəyal “Tekila” və adama 2 Bokal pivə içmişlər. Turqayın içki qəbul etmədiyini bildiyindən Turqaya uşaqlarla içki içəcəm demiş, avtomobilini idarə etməsini xahiş etmiş, Turqay da onunla razılaşmışdır. Təxminən saat 00:00 radələrində restorandan çıxmış və dördü də Turqaygilin yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən evlərinə getmək istəmişlər. Həmin vaxt o özünə məxsus “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında oturmuşdur. Belə ki, avtomobili Turqayın sürməsi barədə əvvəlcədən razılıq etmişlər. Arxa oturacaqda, onun yanında Rəşid oturmuşdur. Turqay da onun idarə etdiyi avtomobili sürmüşdür. Həmin vaxt Xəyal da avtomobilin qabaq oturacağında oturmuşdur. O, avtomobilə əyləşən kimi içkili olduğundan arxada yatmışdır. Bir müddətdən sonra gözünü açdıqda bir nəfər tanımadığı şəxsin salfet ilə onun burnunu silməsini görmüşdür. O, hadisənin şokundan ayılan kimi bilmişdir ki, Turqayın idarə etdiyi, ona məxsus avtomobil ilə “Heydər Əliyev” prospekti ilə Aeroport yolu istiqamətində “Azsamand” markalı avtomobil toqquşmuşdur. Daha sonra, həmin yol bir neçə dəqiqəlik bağlanmış və hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Turqayla uşaqlıq dostu olmuşlar. Turqay ilk maaşını aldığı üçün qonaqlıq vermək istəmişdir. Turqay heç vaxt içki içmir və onun şəxsi avtomobili yoxdur. Restorandan saat 23:00-00:00 radələrində çıxmışlar. Turqay həmin vaxt avtomobili 110-120 km/saat sürətlə idarə etmişdir. Özü qəzadan bir neçə dəqiqə sonra, avtomobildən düşmüşdür. Onlar tez-tez Turqayın yaşadığı evdə qalırmışlar. Qəza baş verdikdən sonra, “Azsamand” markalı avtomobil onlardan 10- 15 metr aralıda olmuşdur. Maşında yatılı olsa da, yatmamışdan öncə avtomobilin təxminən 110-120 km saat sürətlə hərəkət etdiyini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən “BC” kateqoriyalı sürücülük hüququ vardır. 30 dekabr 2023-cü il tarixdə, təxminən saat 19 radələrində uşaqlıq dostu Turqay ona zəng edərək Bakıxanov qəsəbəsində görüşüb restoranda yemək yemələrini təklif etmişdir. Turqayla razılaşmış və həmin məclisdə kimlərin olacağını soruşduqda, Turqay Fərid və Xəyalın da onlarla birlikdə olacağını demişdir. Bundan sonra o, Bakıxanov qəsəbəsində yerləşən Beynəlxalq Bankın qarşısına gəlmişdir. Bir müddətdən sonra, Şahid4 və Fərid də ora gəlmişlər. Bir neçə dəqiqədə sonra, Turqay taksi ilə onların yanına gəlmişdir. Turqay Fəridin idarə etdiyi avtomobilə, o isə Xəyalın idarə etdiyi avtomobilə əyləşərək hamısı Bakıxanov qəsəbəsində adını xatırlamadığı “PUB”-a getmişlər. Orada o, Fərid və Xəyal “Tekila” və adama 2 bakal pivə içmişlər. Fəridin avtomobilini Turqay idarə edəcəyindən Turqay içki içməmişdir. Təxminən saat 00:00 radələrində onlar restorandan çıxmış və dördü də Turqaygilin yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən evlərinə getmək istəmişlər. Xəyal idarə etdiyi avtomobili “PUB”-un yanında saxlamışdır. Həmin vaxt Fərid yorğun və yuxulu olduğu üçün və əvvəlcədən razılaşdıqları kimi “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Turqay sürmüşdür. O, və Fərid avtomobilin arxa oturacağında, Xəyal isə qabaq oturacaqda oturmuşdur. Fərid avtomobilə minən kimi yatmışdır. Daha sonra, Turqay idarə etdiyi avtomobil ilə “Heydər Əliyev” prospektində Aeroport yolu ilə hərəkətdə olarkən qarşıda olan avtomobilləri keçmək istəyəndə anidən idarəetməni itirib qarşıda öz yolu ilə hərəkət edən “Azsamand” markalı avtomobilin arxa sol yanından vurmuş və həmin vaxt avtomobilin hava şarları açılmış, bu zaman avtomobil yolda fırlanaraq dayanmışdır. O, avtomobildən düşən kimi “Azsamand” markalı avtomobilin kənarda dəmirlərə dəyərək dayandığını görmüş, bir-iki dəqiqədən sonra, o, “Azsamand” markalı avtomobilə yaxınlaşmış və həmin avtomobilin sürücüsünün sifətinin qan olduğunu və xırıltı səsi gəldiyini görmüşdür. Daha sonra, hadisə yerinə X27 avtomobili gələrək “Azsamand”-ın sürücüsünü xəstəxanaya aparmışdır. Həmin vaxt “Azsamand”-da bir nəfər qadın da olmuş, lakin həmin qadın heç bir xəsarət almamışdır. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Turqayla uşaqlıq dostu olmuşlar. Turqay ilk maaşını aldığı üçün qonaqlıq vermək istəmişdir. Turqay heç vaxt içki içmir və onun şəxsi avtomobili yoxdur. “Pub”-dan saat 23:00-00:00 radələrində çıxmışlar. Turqay həmin vaxt avtomobili 110-120 km/saat sürətlə idarə etmişdir. Özü qəzadan bir neçə dəqiqə sonra, avtomobildən düşmüşdür. Onlar tez-tez Turqayın yaşadığı evdə qalırmışlar. Qəza baş verdikdən sonra, “Azsamand” markalı avtomobil onlardan 10-15 metr aralıda dayanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Qədir Xum” restoranında işləyirdi. O, həmin restoranda ofisiant, Kamil isə adminstrator vəzifəsində işləyirdi. 30 dekabr 2023-cü il tarixdə təxminən saat 23 radələrində o və Kamil işdən çıxaraq Kamilin idarə etdiyi “Azsamand” markalı avtomobil ilə evə getmişlər. Belə ki, Kamil ilk öncə onu yaşadığı Albalılıq qəsəbəsinə aparmalı, daha sonra isə özü Ramana qəsəbəsindəki evinə getməli olmuşdur. O, Kamilin idarə etdiyi avtomobildə qabaq oturacaqda oturmuşdur. Kamil idarə etdiyi avtomobil ilə Heydər Əliyev prospektində Aeroport yolu ilə təxminən 90 km/saat sürətlə hərəkət etmişdir. Kamil avtomobil ilə 2-ci zolaqla hərəkətdə olarkən anidən onların avtomobilinin arxasından sonradan bildiyi “BMW” markalı avtomobil vurmuş və onların avtomobili idarəetməni itirərək kənarda olan dəmir parçalarına dəyərək dayanmışdır. Həmin vaxt dərhal polis əməkdaşları hadisə yerinə gəlib avtomobilin içərisində qaldığını gördükdə şüşələri sındıraraq onu avtomobildən düşürmüşlər. O, avtomobilin içərisinə baxdıqda Kamilin qulağından qan gəldiyini və başının isə onun oturduğu oturacaqda əyili vəziyyətdə qaldığını görmüşdür. Onların avtomobilini vuran “BMW” markalı avtomobilin sürücüsü kənarda dayanmış və həmin yerdə qaytarmış, halsız vəziyyətdə olmuşdur. Ona elə gəlmişdir ki, həmin sürücü spirtli içki qəbul etmişdir. Sürücü və digər avtomobildə olan sənişinlərin heç biri onların avtomobilinə tərəf gəlməmişlər. Təxminən 25 dəqiqədən sonra, hadisə yerinə X27 avtomobili gəlmiş və Kamili xəstəxanaya aparmışlar. O, isə həmin vaxt yolda tanımadığı bir avtomobil ilə X3 getmişdir. Bu zaman Kamili də ora gətirmişlər. Daha sonra, Kamil Suraxanı rayonu ərazisində olan morqa gətirilmiş, orada onun rəhmətə getdiyini bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı özü xəsarət almamışdır. “BMW” markalı avtomobildən 4 nəfərin düşdüyünü görmüşdür. Maşından düşən hündür boylu oğlanın qaytarmasını görmüşdür. Hadisə yerində sürücü tərəfdən düşən şəxsin adı sonradan bildiyi və məhkəmə iclasında gördüyü “Turqay” adlı şəxs olmuşdur. Hadisə zamanı Turqay özünü içkili kimi aparmış, lakin bununla bağlı dəqiq məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs ilə qonşu olmuşlar. 30 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi istiqamətində hərəkət etmişdir. Təxminən saat 23 radələrində Heydər Əliyev prospekti ilə hərəkət edərkən irəlidə həmin yolda anidən “BMW” markalı avtomobilin “Azsamand” markalı avtomobili arxa yan tərəfindən vurduğunu və həmin anda “Azsamand” markalı avtomobilin yoldan çıxaraq yolun kənarına düşdüyünü, “BMW” markalı avtomobilin isə fırlanaraq yolun əks istiqamətinə dayandığını görmüşdür. Bundan sonra, bütün avtomobillər kimi o da, avtomobili kənara çəkib hadisə yerinə getmişdir. Həmin vaxt “BMW” markalı avtomobildən 3 nəfər şəxsin düşdüyünü görmüş və həmin şəxslər özlərini sərxoş kimi aparmışlar. Daha sonra, o, “Azsamand” markalı avtomobilə yaxınlaşmış, bir neçə dəqiqədən sonra, X27 avtomobili gəlmiş və həkimlərdən biri “Azsamand”-ın sürücüsü olan Kamilin öldüyünü bildirmişdir. “BMW” markalı avtomobilin arxası ilə gələn “Toyota Prado” markalı avtomobilin içərisində olan şəxs qarşısı ilə gedən “BMW” markalı avtomobilin ziqzaqvari sürməsini videoçəkiliş ilə çəkmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW” markalı avtomobil yolda ziqzaqvari hərəkətlər etmişdir. Hadisəni onun oğlu da görmüşdür. Hadisədən əvvəl “BMW” markalı avtomobilin sürətlə hərəkət etdiyini görmüşdür. Tam dəqiqini deyə bilməsə də, şəxslərin hamısı özlərini içkili kimi aparmışlar. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, onun 2021-ci il tarixdən “BC” kateqoriyalı sürücülük hüququ vardır. 30 dekabr 2023-cü il tarixdə təxminən saat 19 radələrində uşaqlıq dostu Turqay ona zəng edərək Bakıxanov qəsəbəsində görüşüb yemək yeməyi təklif etmişdir. O, da Turqayla razılaşmış və həmin məclisdə kimlərin olacağını soruşduqda, Turqay Fərid və Rəşidin də onlarla birlikdə olacağını demişdir. Bundan sonra o, xalası oğluna məxsus idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə Bakıxanov qəsəbəsində yerləşən Beynəlxalq Bankın qarşısına gəlmiş, həmin vaxt dostu Şahid2 və Fərid də orada olmuşlar. Bir neçə dəqiqədən sonra, Turqay taksi ilə onların yanına gəlmişdir. Turqay Fəridin idarə etdiyi avtomobilə, Rəşid də onun idarə etdiyi avtomobilə əyləşərək hamısı Bakıxanov qəsəbəsində adını xatırlamadığı “PUB”-a getmişlər. Orada o, Rəşid və Fərid “Tekila” və adama 2 bakal pivə içmişlər. Fəridin avtomobilini Turqay idarə edəcəyindən Turqay içki içməmişdir. Təxminən saat 00:00 radələrində onlar “oradan çıxmış və dördü də Turqaygilin yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən evlərinə getmək istəmişlər. O, idarə etdiyi avtomobili “PUB”-un yanında saxlamış, həmin vaxt Fərid yorğun və yuxulu olduğu üçün əvvəlcədən razılaşdığı kimi Fəridin “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Turqay sürmüşdür. O, avtomobilin qabaq sərnişin oturacağında, Fərid və Rəşid isə arxa oturacaqda oturmuşdur. Fərid avtomobilə minən kimi yatmış, daha sonra, Turqay idarə etdiyi avtomobil ilə “Heydər Əliyev” prospektində Aeroport yolu ilə hərəkət edərkən onun biraz yuxusu gəlmiş, anidən uşaqlardan kimsə qışqıranda gözünü açan kimi Turqay idarə etdiyi avtomobil ilə qarşıda gedən, sonradan bildiyi “Azsamand” markalı avtomobili arxa yanından vurduğunu görmüş və bu vaxtı avtomobil yolda fırlanaraq dayanmışdır. Avtomobildən birinci o yerə düşmüş və “Azsamand” markalı avtomobilin kənarda dayandığını görmüşdür. Bir iki dəqiqədən sonra, o, “Azsamand” markalı avtomobilə yaxınlaşmaq istəyərkən avtomobilin qəzalı vəziyyətdə olduğunu görüb yaxınlaşa bilməmişdir. Daha sonra həmin yol bir neçə dəqiqəlik bağlanmış və hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında məhkəmənin təşəbüssü ilə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. 20 noyabr 2014-cü il tarixdə evlənmişlər, birgə nikahdan 24 fevral 2019-cu il təvəllüdlü bir azyaşlı qızları vardır. Həyat yoldaşı vəfat etdikdən sonra, qızı ilə birlikdə, ünvan 3 ünvanında yaşamağa başlamışdır. Əvvəllər həyat yoldaşı ilə birlikdə “Qədir Xum” restoranında işləmişlər, daha sonra o işdən çıxmış, yoldaşı isə orada işləməyə davam etmişdir. 31 dekabr 2023-cü il tarixdə, Kamillə işdən çıxan zaman telefonla danışmışdır. Kamil ona bildirmişdir ki, iş yoldaşı Səlbinazı evlərinə yola salıb gələcəkdir. Hadisədən sonra, iş yoldaşı Səlbinaz ona zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, övladının 5 yaşı vardır. Özü 350 manat əmək haqqı alır. Övladını saxlamaqda mərhumun ailə üzvləri ona kömək etmir. Qızı ilə birlikdə ayrı yaşayır, öz əmək haqqı ilə övladını böyüdür. Təqsirləndirilən şəxs tərəfindən barışıq üçün cəhd olmuşdur. Belə ki, hadisədən təxminən 2 ay sonra onunla əlaqə saxlamışlar, lakin o, bundan imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 31 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 14 oktyabr 2023-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektidir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt beton, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 16 metr, hərəkət zolağının sayı 4-dür. İşlək hissənin eni 03 metrdir, həmin hissəyə sağdan və soldan səki birləşir. Sağda və solda kənd tipli tikililər mövcuddur. Hadisə yerinin koordinatları Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Həmin yol işıqlandırılmışdır. Yolda şin və tormoz izləri yoxdur. Hər iki avtomobilin hərəkət istiqaməti hava limanı tərəf olmuşdur. Hadisə yerinin fotoşəkilləri və sxemi protokola əlavə edilmişdir. (iş.v. 4-14) 31 dekabr 2023-cü il tarixli, 1/7866 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid1 alkoqol qəbulu əlamətləri mövcud olmuş, yoxlama zamanı yüngül dərəcədə sərxoş olmuşdur. (iş.v. 15) 31 dekabr 2023-cü il tarixli, 1/7864 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid2 alkoqol qəbulu əlamətləri mövcud olmuş, yoxlama zamanı yüngül dərəcədə sərxoş olmuşdur. (iş.v. 16) 31 dekabr 2023-cü il tarixli, 1/7865 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şahid4 alkoqol qəbulu əlamətləri mövcud olmuş, yoxlama zamanı yüngül dərəcədə sərxoş olmuşdur. (iş.v. 17) 31 dekabr 2023-cü il tarixli, 1/4841 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 18) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus olan BD035277 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 20) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin çıxarışından görünür ki, **-FD-*** dövlət qeydiyyat nişanlı, “BMW 330” minik markalı, sedan tipli, qara rəngli, istehsal ili 2018-ci il olan, 30 oktyabr 2023-cü il tarixdə qeydiyyatdan keçmiş, F8583007 nömrəli mühərrikli avtomobil Şahid1 məxsusdur. (iş.v. 30) Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 09 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, X17 31 dekabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüş mərhum oğlu Zərərçəkmiş şəxs cinayət iş üzrə hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (iş.v. 38) 09 yanvar 2024-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə X17 hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 39-40) 25 yanvar 2024-cü il tarixli DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, 19 avqust 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus 19 avqust 2022-ci il tarixdə (19 avqust 2032-ci il tarixədək qüvvədədir) BD035277 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (iş.v. 62-63) 31 dekabr 2023-cü il tarixli, 161 saylı məhkəmə tibbi ekspertizasının meyitin ekspertizasının nəticəvi hissəsindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Kəllə əsasının sınığı. Başın alın nahiyəsinin geniş əzilmiş yarası. Sol göz almasının travmatik göz yuvasından bayıra çıxması və göz almasına qansızma. Burun sümüyünün qapalı sınığı. Onurğa beyinin boyun şöbəsinin əzilməsi və İ-İİ boyun fəqərələrinin qapalı-qəlpəli sınıqları. Sol bazu oynağı nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, eləcə də yol-nəqliyyat hadisəsi şəraitində mərhumun ölümündən az əvvəl sürücüsü avtomaşının arxadan digər avtomaşınla vurulması nəticəsində törənə bilər. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə vaxtı meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş.v. 71-75) 19 yanvar 2024-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X9 vəkili və nümayəndəsi “De-Fendo” vəkil bürosunun vəkili X11 tərəfindən Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru, X4 Təqsirləndirilən şəxs onun ayıq olub-olmamasında dair götürülmüş analiz nümünələrinin təkrar tədqiq edilməsi məqsədilə ekspertiza təyin edilməsi və Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinin müəyyən edilməsi və onun hansı avtonəqliyyat vasitəsilə yarışdığını müəyyən etmək məqsədilə hadisə yerinin təhlükəsizlik kameralarının görüntülərinin götürülməsi ilə bağlı ünvanlanmış vəsatət 26 yanvar 2024-cü il tarixli qərarla təmin edilmişdir. (iş.v. 64-67) 02 fevral 2024-cü il tarixli, 422/K nömrəli “maddi sübutların ekspertizası” məhkəmə-kimyəvi ekspertizası rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimyəvi şöbəsinə tədqiqat üçün göndərilən qan nüməsinin miqdarı az olduğuna görə, narkotik, güclü təsiredici maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (iş.v. 80-81) Məhkəmə iclasında cinayət işi üzrə yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, hava qaranlıqdır və yol süni işıqla işıqlandırılır. Üzü hava limanı istiqamətində hərəkətdə olan avtomobillər vardır. Həmin avtomobillərdən biri idarəetməni itirərək qarşısında eyni istiqamətdə olan avtomobilə çırpılır. Toqquşmadan sonra, öndə hərəkətdə olan avtomobil hərəkət istiqamətində yolun sağ kənarında, arxadan gələn avtomobil isə yolun ortasında tərs istiqamətdə dayanır. Kamera görüntülərində hava şəraiti qaranlıq olduğundan avtomobillərin dövlət qeydiyyat nişanları aydın görünmür. Bundan əlavə, videogörüntülərdən müəyyən olunur ki, hadisədən sonra, qəza törətmiş “BMW” markalı avtomobildən 4 nəfər düşür. Həmin şəxslərin hadisə yerində qalmaları aşkar görünür. 12 fevral 2024-cü il tarixli 8/167 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən göstərilən şəraitdə BMW 3301 markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 100-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “AzSamand” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (iş.v. 98-100) 25 fevral 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. İş üzrə “BMW” markalı **-FD- *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. (iş.v. 102-108) 26 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 119-120, 137-139) Məhkəmənin təşəbbüsü ilə 06 aprel 2024-cü il tarixli sorğuya cavab olaraq ünvanlanan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X21 19 aprel 2024-cü il tarixli, xx/xx-4631 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29 fevral 2024-cü il tarixdə apardığı əməliyyat nəticəsində Baş direktor və direktor müavini şübhəli şəxs qismində saxlanılmış, təhqiqat işi ilə əlaqədar olaraq “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” jurnalı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduğu üçün jurnaldan çıxarış verilməsi mümkün olmamışdır. Məhkəmənin təşəbbüsü ilə 15 may 2024-cü il tarixli sorğuya cavab olaraq ünvanlanan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin 19 aprel 2024-cü il tarixli, xx/xx-4631 saylı məktubundan görünür ki, Bakı şəhəri DYPİ-nin “BMW” markalı **-FD-*** d.q.n-lı nəqliyyat vasitəsinin hərəkət trayektoriyalarını əks etdirən görüntülərin çıxarılıb təqdim edilməsi üçün texniki imkanlar mövcud olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi Nümayəndə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə 27 may 2024-cü il tarixdə şahidlərin qəza törədən avtomobildə dörd yox, üç nəfər şəxsin olmasını, aradakı ziddiyyətlərin aradan qaldırılması məqsədilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 30 dekabr 2023-cü il, saat 19:00-dan 31 dekabr 2023-cü il saat 01:00-dək tarixədək anten əhatə dairələrinin müəyyən edilməsi ilə bağlı mobil operatora sorğu verilməsi ilə bağlı vəsatət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 1(010)-238/2024 saylı qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi vəkil Nümayəndə vəsatəti təmin edilmiş, iş üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin 30 dekabr 2023-cü il, saat 19:00-dan 31 dekabr 2023-cü il saat 01:00-dək tarixədək anten əhatə dairəsinin məlumatlarının götürülməsi qərara alınmış və qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 07 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsi 30 dekabr 2023-cü il saat 19:07-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsini göstərmişdir. 31 dekabr 2023-cü il tarixdə, saat 00:10-dan 00:41-dək Suraxanı rayonu Bülbülə qəsəbəsi ünvanını göstərmişdir. "xxxx" MMC-dən qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 20 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsi 30 dekabr 2023-cü il saat 23:45-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsini göstərmişdir. 31 dekabr 2023-cü il tarixdə, saat 00:43-də isə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsini göstərmişdir. Azərbaycan Respublikası Cinayıt Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarının icrası ilə bağlı "xxxx" MMC və "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş 02 (iki) ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb edəcək halı müəyyən etdiyindən məhkəmə tərəfindən maddi sübut qismində tanınmalı və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilməlidir. 27 avqust 2024-cü il tarixli məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X17 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi təqdim etmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs birdəfəlik ödəmə şərtilə 350000 (üç yüz əlli min) manat pul vəsaitinin ona ödənilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iddiada qeyd edilmişdir: “Bildirirəm ki, 31 dekabr 2023-cü il tarixdə, gecə saat 00:10 radələrində iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə oğlum iş üzrə zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili arxadan vuraraq oğlumun ölümünə səbəb olmuşdur. Bildirirəm ki, mərhum oğlumun azyaşlı övladı var. Ailənin saxlanmasını Kamil həyata keçirirdi. Özüm ürək xəstəsiyəm. Ailədə yeganə qazanc gətirən Kamil idi. Hesab edirəm ki, iş üzrə zərərçəkmişin hüquqi varisi qismində olan mənə mülki iddiaçı kimi tanınaraq dəymiş ziyan mülki cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinin tələbinə əsasən 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşma çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə qulluq etdikləri on dörd yaşına çatanadək. Həmin Məcəllənin 1122-ci maddəsinin tələbinə əsasən: 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənişlər də daxil edilir. 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır: 1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması; 1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi. 1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-ü maddəsinə əsasən ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs birdəfəlik ödəmə şərti ilə 350 000 (üç yüz əlli min) manat pul vəsaitinin tutularaq mənə ödənilməsinə dair hökm çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəməyə verilmiş mülki iddia ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, 31 dekabr 2023-cü il tarixdə, gecə saat 00:10 radəsində iş üzrə mülki cavadeh Təqsirləndirilən şəxs Müşviq oğlu idarə etdiyi avtomobillə iş üzrə zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili arxadan vuraraq onun ölümünə səbəb oluşdur. Mərhumun azyaşlı övladı vardır və övladının doğum haqqında şəhadətnaməsi mülki iddiaya əlavə olunmuşdur. Ailənin saxlanmasını mərhum Zərərçəkmiş şəxs həyata keçirirdi, ailənin yeganə qazanc gətirən şəxsi idi. Mərhum Zərərçəkmiş şəxs iş yerindən arayış təqdim olunmuşdur. Arayışda əmək haqqı 360 manat qeyd edilmiş, lakin şəxsin əmək haqqından əlavə günlük olaraq 60-70 manat məbləğində əlavə qazancı olmuşdur. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən ailəni dolandıran şəxsin ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Zərərçəkmiş şəxsin hüquqi varisi, yəni atası ürək xəstəsidir, onun ürək xəstəsi olduğunu təsdiq edən sənədlər də təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq, mülki cavabdeh Təqsirləndirilən şəxs Müşviq oğlundan birdəfəlik ödəmə şərti ilə 350000 (üç yüz əlli min) manat pul vəsaitinin ödənilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə suallara cavab olaraq bildirmişdir ki, mülki iddiada qeyd edilən məbləğ təkcə maddi ziyanla bağlı deyil, həmçinin mənəvi ziyanla da bağlıdır. Mərhumun dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı bütün xərclər zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən çəkilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən təqdim edilmiş 08 avqust 2024-cü il tarixli arayışlardan görünür ki, X9 Azərbaycan Respublikası ƏƏSMNin “Əmək və Məşğulluq” altsisteminə əsasən 08 avqust 2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. X17 və X12 Azərbaycan Respublikası ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərinə (“pensiya”, “sosial ödənişlər” və “ünvanlı yardım”) əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hər hansı bir əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır. Bundan əlavə, X5 Azərbaycan Respublikası ƏƏSMN-in “Əmək və Məşğulluq” altsisteminə əsasən 08 avqust 2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi də aşkar edilməmişdir. N.Tusi adına Klinikanın 139/21 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, X17 ürəyin işemik xəstəliyindən əziyyət çəkir. Ona həmçinin bu kimi kliniki diaqnozlar qoyulmuşdur: sol mədəciyin arxa divarının kəskin miokard infarktına görə aparılmış sol və sağ koronar arteriyalara dərmanlı stent implantasiyası əməliyyatı. Aorta, tac arteriyaların aterosklerozu. Aterosklerotik postinfarkt kardioskleroz. Qan dövranı çatışmazlığı İİİ funksional sinif. Bakı Baş Səhiyyə X24 Şəxsi 46 nömrəli Şəhər Poliklinikası tərəfindən 18 iyul 2024-cü il tarixdə verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, X17, şəkərli diabet tip 2, immun tələbli xəstəliyindən 14 aprel 2011-ci il tarixdən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, mərhum Nəcəfov X16 (Nəcəfova) Elnurə Şəfahət qızı ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və himayəsində xx.xx.2019-cu il təvəllüdlü Zəhra Nəcəfova olmaqla, 1 azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş 18 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs 03 may 2023-cü il tarixdən, 01 yanvar 2024-cü il tarixədək fərdi sahibkar X13 tabeliyində olan (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Qədrxum” restoranında işləmiş və orada Sushiman vəzifəsini tutmuşdur. Fərdi sahibkarlığın ümumi ştat cədvəlinə uyğun olaraq əmək haqqı 360 manat təşkil etmişdir. Azərbaycan Respublikasl Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi, sürücülük hüququ olmadan idarə edilməsi, həmçinin hadisə yerindən qaçması kimi xüsusatlar iş üzrə həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə toplanmış sübutlarla tam təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən hadisənin törədilməsi təqsirləndirilən şəxsin özünün, hadisə yerində BMW markalı avtomobildə olan 3 nəfər şahidin, bundan başqa zərərçəkmiş şəxsin avtomobilində olan Şahid3, hadisə yerində olmuş Şahid5, o cümlədən iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X17 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi təqdim etmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs birdəfəlik ödəmə şərtilə 350000 (üç yüz əlli min) manat pul vəsaitinin ona ödənilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mərhum Zərərçəkmiş şəxs həyat yoldaşı X6 tərəfindən 02 sentyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, mərhum yoldaşının atası X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasına dair etirazı yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X17 tərəfindən məhkəməyə verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, CPM-nin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-nin 183.3-cü maddəsinə əsasən iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi -mülki iddiaçı tərəfindən 350.000 manat maddi və mənəvi ziyanın hansı əsasla və nəyə görə həmin məbləğdə olması ilə bağlı məhkəməyə konkret və mötəbər sübutlar təqdim edilməmişdir. Mülki iddiada zərərçəkmiş şəxsin hüquqi varisinin əmək müqaviləsinin olmaması qeyd olunsa da əmək qabiliyyətinin olmaması müəyyən edilməmişdir. Həmçinin mərhum Zərərçəkmiş şəxs 2019-cu il təvəllüdlü övladı faktiki olaraq hüquqi varislə deyil, mərhumun həyat yoldaşı ilə birlikdə yaşayır, ona qulluq edilməsi Elnurə Nəcəfova tərəfindən həyata keçirilir və sonuncu özü işləyərək əmək haqqı alır. CPM-nin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Hazırki cinayət işi üzrə müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü övladı X15 həyat yoldaşı X2 himayəsindədir. X6 məhkəmə iclasında ifadə verərkən övladı ilə ayrıca yaşamasını, övladının onun himayəsində olmasını, daimi iş yerinin olmasını və aylıq əmək haqqı almasını bildirmişdir. Mülki Məcəllənin 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Mülki Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Mülki Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs “Qədr Xum” restoranında sushiman vəzifəsində işləmiş və əmək haqqı 360 manat olmuşdur. Mülki Məcəllənin 1124-cü maddəsinə əsasən dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əsasən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Mülki Məcəllənin 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Nəcəfov və onun həyat yoldaşı Məsmə Nəcəfova heç bir yerdə işləmirlər, daimi yaşayış yerləri var, Elşən Nəcəfov ürək xəstəliyindən əziyyət çəksə də şəxslərdən heç birinin əlilliyi yoxdur, yəni əmək qabiliyyəti olmayan şəxslər hesab edilmirlər. Mərhumun 2019-cu il təvəllüdlü qızı Zəhra Nəcəfova anası Elnurə Nəcəfovanın himayəsindədir və sonuncu uşağı ilə ayrıca evdə yaşayır, iş yeri olmaqla aylıq əmək haqqı alır. Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən iki dəfə məhkəmə iclasında 10.000 manat və 15.000 manat pul ödənişinin edilə biləcəyi, həmçinin mərhumun 2019-cu il təvəllüdlü övladının 18 yaşına çatana qədər himayəyə götürülməklə saxlanılması, dəfn və yas üçün çəkilmiş xərclərin ödənilə biləcəyi təklif olunsa da qarşı tərəf bununla qəti razılaşmamış, 350.000 manat mülki iddianın tam təmin olunmasını və birdəfəlik ödəniş şəklində onlara verilməsini istəmişlər. Qeyd olunan məbləğin ödənilməsi təqsirləndirilən şəxs və onun ailə üzvlərinin sözlərinə görə maddi imkanları xaricində olduğundan mümkünsüz olmuşdur. Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Nəzərə almaq lazımdır ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi) mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat məbləğini müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X17 tərəfindən Təqsirləndirilən şəxs birdəfəlik ödəmə şərti ilə 350.000 (üç yüz əlli min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi ilə bağlı mülki iddiası qismən təmin olunmalıdır. Belə ki, mərhum Zərərçəkmiş şəxs 2019-cu il təvəllüdlü övladı Zəhra Nəcəfovanın mərhumun həyat yoldaşı X2 himayəsində olması, həmçinin sonuncunun işləyərək aylıq əmək haqqı alması nəzərə alınaraq Z.Nəcəfovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq uşaqlar üçün nəzərdə tutulmuş aylıq 235 manat müəyyən edilməlidir. Bundan başqa mərhum Zərərçəkmiş şəxs dəfn və bir neçə yas mərasiminin keçirilməsi ilə əlaqədar xərclərin çəkilməsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə qanunvericiliyin prinsiplərinə, mövcud adət və qaydalara əməl olunmaqla 10.000 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsini zəruri hesab edir. Mülki iddi qalan hissələrdə təmin olunmamalıdır. Belə ki, CPM-nin 139.0.6-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Mülki iddia yazılı formada verilsə də hansı əsasla 350.000 manat pulun birdəfəlik ödəmə şərti ilə verilməli olması zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs subay olması, əvvəllər məhkum olunmaması, əməlindən səmimi peşman olması, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa bir neçə dəfə cəhd göstərməsi, iş üzrə mərhum zərərçəkmiş şəxsin 1 azyaşlı övladının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılmasına hazır olmasını bildirməsi, məhkəmə iclasında 15.000 manat pul məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisinə təqdim etmək istəməsi, yəni cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsinə cəhd göstərilməsi CM-nin 59.1.1, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətin uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. Məhkəmə tərəfindən şəxs şərti olaraq cəzadan tamamilə azad edilmir, həmçinin ona cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilmir. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Bundan başqa əlavə cəza olaraq da nəqliyyat vasitələrini idarə etmə hüququnda məhrum etmə hazırki əsas cəzasını bitdikdən sonra hesablanmağa başlayacaqdır. 45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi qismən təmin edilməli, iş üzrə mərhum Zərərçəkmiş şəxs 24 fevral 2019-cu il təvəllüdlü övladı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mərhumun həyat yoldaşı X2 xeyrinə ödənilməli, zərərçəkmiş şəxs-mərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10.000 (on min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X14 ödənilməli, mülki iddia tələbi qalan hissədə təmin olunmamalı, iş üzrə maddi sübut qismində tanınmış 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut qismində tanınmış “BMW” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X9 “ailə başçısının itirilməsinə görə ziyanın ödənilməsi tələbinə dair” mülki iddia ərizəsi qismən təmin edilsin. İş üzrə mərhum Zərərçəkmiş şəxs 24 fevral 2019-cu il təvəllüdlü övladı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış Minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə yəni 235 manat ödəniş təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mərhumun həyat yoldaşı X2 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs-mərhum Zərərçəkmiş şəxs dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı 10.000 (on min) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X14 ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut qismində tanınmış 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış “BMW” markalı **-FD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-238/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-238/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver