Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-239/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1999-cu ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 4(010)- 432/2023 saylı qərarı ilə barəsində əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 03 ay həddinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 14 fevral 2024-cü il tarixli, 4(010)-48/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün, yəni 05 mart 2024-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 04 mart 2024 və 12 mart 2024-cü il tarixli, 1(010)- 207/2024 saylı qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə, əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tanışı X14 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə hasardan aşıb qanunsuz daxil olaraq oradan evə girib 990 manat dəyərində 01 ədəd «Neoterm» markalı kombi aparatı, 40 manat dəyərində 01 ədəd elektrik nizamlayıcı qurğunu, 1160 manat dəyərində 01 ədəd «LC» markalı televizoru, 970 manat dəyərində 01 ədəd televizoru, 60 manat dəyərində 01 ədəd inqalyasiya aparatını, 55 manat dəyərində 01 ədəd massaj aparatını, 680 manat ekvivalentində olan 400 ABŞ dolları dəyərində «Sony» markalı videokameranı, 80 manat dəyərində 01 ədəd təhlükəsizlik kamerasının yaddaş aparatını, 280 manat dəyərində 01 ədəd binokulu, 35 manat dəyərində 01 ədəd DVD aparatını, 90 manat dəyərində 01 ədəd su qızdırıcısını, 115 manat dəyərində 01 ədəd «Fanton» markalı tozsoranı, bir topunun qiyməti 38 manat olmaqla, cəmi 76 manat dəyərində 02 top 4 mm-lik elektrik naqilini, 35 manat dəyərində 01 ədəd kiçik direl aparatını, 50 manat dəyərində 01 ədəd böyük direl aparatını, 45 manat dəyərində bir ədəd kiçik laqondanı, 60 manat dəyərində 01 ədəd böyük laqondanı, 170 manat dəyərində 01 ədəd böyük pereferatoru, 25 manat dəyərində 01 ədəd plastik boru birləşdirici ütünü və 1700 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 6841 (altı min səkkiz yüz qırx bir) manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda Aqşin Quliyevlə bir məhəllədə qalır, bir-birlərini tanıyır və aralarında normal münasibətləri vardır. Narkotik vasitələrdən istifadə etmiş, heç bir yerdə işləməmişdir. 2023-cü ilin sentyabr ayının ortalarına yaxın Aqşinlə görüşəndə sonuncu ona bir evdə pul və qızıl olduğunu, evdə isə yaşayış olmadığını deyib həmin evdən birlikdə oğurluq etməyi təklif etmiş, pula ehtiyacı olduğuna görə, Aqşinin təklifi ilə razılaşmışdır. Gecə saat 01-02 radələrində Aqşinlə görüşmüş, Aqşin onu özü ilə piyada «Xəyal» adasına aparmışdır. Məhəlləyə girib iki mərtəbəli fərdi yaşayış evinin qarşısına çatanda Aqşin dayanaraq həmin evdən oğurluq edəcəklərini bildirmişdir. Bundan sonra, hər ikisi hasara dırmaşıb aşaraq həyətə düşmüşlər. Aqşin həyətdə gözləməsini deyib özü isə evin qapısını necəsə açıb evə girmişdir. Sonra, Aqşin əvvəlcə kombini, sonra isə böyük ekranlı plazma televizoru evdən çıxartmışdır. Aqşin həyət darvazasını içəridən açmış, əşyaları çölə çıxardandan sonra, Aqşin həyətə keçib darvazanı arxadan bağlayaraq yenidən hasardan aşıb küçəyə düşmüşdür. Aqşin televizorla kombini özü ilə aparıb televizoru öz telefonunda «Lalafo» saytında satışa qoymuşdur. Növbəti gün Aqşin gətirib ona 45 manat pul verərək kombini mis kimi 90 manata satdığını demişdir. Aqşin televizoru da elan saytında kiməsə satmışdır və bir neçə gün sonra, ona 50 manat pul vermişdir. Aqşinlə oğurluq etdikləri evin Aqşinin qohumu Zərərçəkmiş şəxs evi olduğu ona sonradan məlum olmuşdur. İstintaq zamanı Aqşin Quliyevlə birlikdə oğurluq etdikləri Zərərçəkmiş şəxs evini göstərib hadisə yerində ifadəsini əyani şəkildə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə özünü təqsirli bilmiş, oğurluq əməlini özü törətmişdir. Lakin hazırki iş üzrə özünü təqsirli bilmir. Aqşin Quliyev həm onun qonşusu olmuş, həm də əmisi oğlunun yeznəsi olmuşdur. Aqşinin anası ilə öz anası bir yerdə işləmişlər. Münasibətləri normal olmuşdur. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 17 noyabr 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları gəlib onu tutmuşlar. Həm şübhəli şəxs qismində tutulan zaman, həm də polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş və döyülmüşdür. Gözünün ətrafı göyərmiş, 3 saylı İstintaq Təcridxanasında tibbi müayinədən keçən zaman da xəsarətləri aşkar olunmuşdur. 17 noyabr 2023-cü il tarixdə polis bölməsində özünü narahat hiss etdiyi üçün TTY çağırılmış, həmin vaxt huşunu itirmişdir. Özünə gəldikdə isə artıq X3 görmüşdür. Bir gün xəstəxanada qaldıqdan sonra, yəni 18 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində onu yenidən polis bölməsinə gətirmiş və orada şübhəli şəxs qismində tutmuşlar. Məcbur qalaraq cinayəti boynuna götürmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Aqşin Quliyev ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin vaxt oğurluğu birlikdə törətdiyini boynuna götürmüşdür. Müstəntiq bildirmişdir ki, digər işi üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcək, hazırki iş üzrə isə xitam veriləcəkdir. Tutulan zaman mobil telefonu yanında olmamışdır. Zərintac və Samir adlı şəxsləri tanımır. Sonda isə əvvəlki hökm üzrə özünü təqsirli bilsə də, bu iş üzrə təqsirsiz olmasını nəzərə alaraq ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayır. Qohumları rəhmətə getdiyinə görə, 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən Naxçıvana getmiş, 09 sentyabr 2023cü il tarixdə, saat 18 radələrində oğlu Kamal Binədəki evlərinin kamera görüntüsünə qoşulmaq istəmiş, kameranın söndüyünü görüb, əvvəlcə işıqların söndüyünü, ona görə də kameranın işləmədiyini fikirləşmişdir. Sentyabrın 13-də isə günortadan sonra Binədəki evlərinə getmiş, küçə tərəfdən işıq sayğacının söndürüldüyünü görəndən sonra, sayğacı qoşub darvazanı açıb həyətə girəndə qarajın qapısının açıq olduğunu, evin içərisinə daxil olandan sonra isə evdə axtarış aparıldığını, əşyaların dağıdıldığını görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Evə baxandan sonra, bir ədəd 990 manat dəyərində «Neoterm» markalı 28 litr tutumlu kombi aparatı, 40 manat dəyərində elektrik nizamlayıcı qurğu, 1165 manat dəyərində «LG» markalı 120 sm dioqonal plazma televizor, 970 manat dəyərində 100 sm dioqonal «LG» markalı televizor, yataq otağında divara bərkidilmiş seyfin qapısını qarajdan götürülən külünglə qırıb seyfdən 1700 manat nağd pul, 650 manat dəyərində inqalyasiya aparatı, 55 manat dəyərində massaj aparatı, 680 manat dəyərində «SONY» markalı videokamera, evinin təhlükəsizlik kamerasının 80 manat dəyərində yaddaş qurğusu, 280 manat dəyərində hərbi binokul, 35 manat dəyərində DVD aparatı, 90 manat dəyərində «TERMET» markalı su qızdırıcı aparatı, 115 manat dəyərində «FANTON» markalı tozsoran, bir topu 38 manat olmaqla 76 manat dəyərində olan iki top 4 mm diametrli elektrik naqili, qarajda olan 35 manat dəyərində kiçik direl aparatı, 50 manat dəyərində böyük direl aparatı, 45 manat dəyərində kiçik laqonda aparatı, 60 manat dəyərində böyük laqonda aparatı, 170 manat dəyərində böyük pereferator, 25 manat dəyərində plastik boru birləşdirici ütü və 70 manat dəyərində taxta kəsən aparatın oğurlandığını görmüşlər. Özü həmin vaxtı evdə olmadığına görə oğlu Kamal dərhal hadisə barədə polisə məlumat vermişdir. Sonra ailə üzvləri ilə birlikdə son hadisələri xatırlayaraq qaynı Abdullanın oğlu Aqşinin türmədən təzə çıxdığını, zəng edib borca pul istədiyini, aralarında olan söhbətlərdən Naxçıvana getmələrini, oğlu Kamalın da sentyabrın 9-dan sonra Binədəki evlərindən çıxıb işə getdiyini və evdə kimsənin olmadığından xəbəri olduğunu bildiyi üçün yalnız Aqşindən şübhələnmişlər. Hadisədən sonra Aqşinin anası Anaxanım bir ədəd kombi alıb onlara gətirib oğlunun oğurluğu nəticəsində vurduğu ziyanı qismən ödəməyə çalışmışdır. Aqşin özü də oğlu Kamala zəng vurub evlərindən oğurluq etməsini etiraf etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Aqşin Quliyev oğurluq hadisəsi ilə bağlı ifadəsində bildirmişdir ki, evə Dünyamalı və Zərintac adlı şəxslərlə birlikdə daxil olmuşlar. Aqşinin ifadəsini oxumuşdur. Aqşin onların evini tanıyırdı, hətta kameranın yaddaş qurğusunu da sökmüşdülər. Həmin vaxt Naxçıvan şəhərində olmuş, hadisə barədə oğlu Kamal məlumat vermişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı bildirmişdir ki, kombi aparatını Aqşinin anası alıb yenisini qaytarmışdır. Samir adlı şəxsi tanımır, lakin Aqşinin tanışı olduğunu və sürücü olduğunu bilirdi. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanın onun tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hərbi qulluqçudur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 535T bağ evində qeydiyyatda olsa da, xidmət yeri ilə əlaqədar olaraq ünvan 2 ünvanda yaşayır. Qohumları rəhmətə getdiyinə görə, 2023-cü ilin sentyabr ayının əvvəllərindən etibarən atası və digər ailə üzvləri Naxçıvana getmişdir. Sentyabrın 9-u Binədəki evlərindən çıxıb həyat yoldaşını atasıgilə qoyandan sonra, Kürdəmirə xidmət yerinə getmişdir. Səhərisi xidmətə girib 11 sentyabr saat 10-da xidmətdən çıxıb hərbi şəhərcikdə olan evinə gedib, səhər yenə xidmətdə olacağına görə hərbi şəhərcikdəki evində qalmışdır. Şəhərcikdəki evində olarkən internetə qoşulandan sonra, Binədəki evin kamera görüntüsünə qoşulmaq istəmiş, kameranın söndüyünü görmüş, əvvəlcə işaqların söndüyünü, ona görə də kameranın işləmədiyini fikirləşmişdir. Sentyabrın 13-də isə günortadan sonra iş vaxtı qurtaranda şəhərə qayıdaraq Binədəki evə getmiş, həyətə girəndə qarajın qapısının açıq olduğunu, evin içərisinə daxil olandan sonra isə evdə axtarış aparıldığını, əşyaların dağıdıldığını görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Evə baxandan sonra evdən bir ədəd 990 manat dəyərində «Neoterm» markalı 28 lt tutumlu kombi aparatı, 40 manat dəyərində elektirik nizamlayıcı qurğu, 1165 manat dəyərində «LG» markalı 120 sm dioqanal plazma televizor, 970 manat dəyərində 100 sm dioqanal «LG» markalı televizor, yataq otağında divara bərkidilmiş seyfin qapısını qarajdan götürülən külünglə qırıb seyfdən 1700 manat nağd pul, arvadı üçün aldığı 650 manat dəyərində inqolyasiya aparatı, 55 manat dəyərində masaj aparatı (döşəyin), 680 manat dəyərində «SONY» markalı videokamera, evinin təhlükəsizlik kamerasının 80 manat dəyərində yaddaş qurğusu, 280 manat dəyərində hərbi binokul, 35 manat dəyərində DVD aparatı, 90 manat dəyərində «TERMET» markalı su qızdırıcı aparatı, 115 manat dəyərində «FANTON» markalı tozsoran, bir topu 38 manat olmaqla, 76 manat dəyərində olan iki top 4 mm diamertli elektrik naqili, qarajda olan 35 manat dəyərində kiçik direl aparatı, 50 manat dəyərində böyük direl aparatı, 45 manat dəyərində kiçik laqonda aparatı, 60 manat dəyərində böyük laqonda aparatı, 170 manat dəyərində böyük perferator, 25 manat dəyərində plastik boru birləşdirici ütü, 70 manat dəyərində taxta kəsən aparatın oğurlandığını görmüşdür. Dərhal hadisə barədə polisə məlumat vermişdir. Sonra, Aqşin özü ona zəng vurub evlərindən oğurluq etməsini etiraf etmiş, şikayət etməsə, evlərindən oğurladığı malları gətirib qaytaracağını demişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Aqşin ona demişdir ki, evə Dünyamalı və Zərintac adlı şəxslərlə birlikdə daxil olmuşlar. Aqşinlə onun arasında olan SMS məntləri də var. Aqşin ilk vaxtlar əşyaları qaytarmaq istəmiş, lakin daha sonradan əşyaları qaytarmağın onun ziyanına olacağını düşündüyü üçün qaytarmamışdır. Evlərində kamera olmuş, lakin Aqşin kameraların yaddaş qurğusunu sökmüşdür. Kombi aparatını Aqşinin anası alıb yenisini qaytarmışdır. Samir demişdi ki, oğurlanan əşyaları Anar adlı şəxsin evinə aparıblar. Anar ölkə xaricində olduğu üçün evi boşdur, əşyaları onun evinə yığıb daha sonra isə satıblar. Təxminən 6000-8000 manat ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Şahid2 Rafiqoviç məhkəmə iclasında iştirak etməmiş, elektron məhkəmə informasiya sistemindən baxış zamanı müəyyən olunmuşdur ki, o, ölkə xaricindədir. Tərəflərin etirazı olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş üzrə Şahid2 Rafiqoviç ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Donuzkökəltmə sovxozunda, nömrəsiz fərdi yaşayış evində yaşamış, X8 təxminən on ildir ki, tanımışdır. Təqsirləndirilən şəxs da tanımış, belə ki, onlar bir məhəllədə yaşamışlar. 2023-cü ilin iyulnoyabr aylarında «Uber» şirkətindən icarəyə götürdüyü «KİA» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti ilə məşğul olmuş, mobil telefon nömrəsi Aqşində olmuş, lazım olanda zəng etmiş, Aqşini müştəri kimi lazım olan yerə aparmışdır. 2023-cü ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı bir gün saat 20-21 radələrində Aqşin zəng edib gedəsi yeri olduğunu, Südçülük sovxozundakı «Məxməri» çay evinin yanında onu gözlədiyini demiş, idarə etdiyi «KİA» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aqşinin dediyi yerə getmiş, çatanda Aqşinin orada bir evin qarşısında tək dayanıb gözlədiyini görmüşdür. Aqşin onun idarə etdiyi avtomobilə əyləşmiş, əlində də bir sellofan torba olmuş, amma torbada nə olduğunu bilməmişdir. Aqşini evlərindən bir küçə arxada düşürmüş, Aqşin ona 3 (üç) manat pul verib getmişdir. Sonradan Aqşinlə görüşməmiş, onu heç yerə aparmamışdır. Bu hadisədən bir müddət sonra, bir nəfər təxminən 40 yaşlı kşi, təxminən 60-70 yaşlı bir kişi ilə yaşadığı evə gəlib onu küçəyə çağırmış, 40 yaşlı kişi adının Kamal olduğunu deyib özü barədə danışıb demişdir ki, hərbiçidir, müharibədə iştirak etmişdir, qazidir. Kamal evindən oğurluq olduğunu, həmin oğurluğu qohumu Aqşinin etməsini demiş, tanıdığı üçün Aqşinlə danışmasını evindən oğurladığı əşyaların yerini və ya kimə satıbsa həmin adamların evinin yerini deməsini və gedib oğurlanan əşyalarını geri qaytarmalarını tələb etmişdir. Kamala demişdir ki, onun evindən oğurluq olmasından, Aqşinin haradansa oğurluq etməsindən xəbəri yoxdur və təklif etmişdir ki, Aqşinlə görüşüb bu barədə özü danışsın. Sonra Aqşinə zəng edib onunla danışıb görüşmüş, Kamalın evinə gəldiyini və ona dediklərini Aqşinə çatdırmışdır. Aqşin ona Kamalın onun bibisi oğlu olduğunu, özləri bilərlər deyib məsələyə son qoymuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 13 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 2592 saylı raportdan görünür ki, həmin tarixdə, saat 15:49-da DİN-nin 102 zəng mərkəzinə ********* sayla daxil olmuş məlumatda göstərilir ki, H\Y-ri, ünvan 4 ünvanından vətəndaş Şahid1 (070)-421-10-00 nömrəsindən məlumat verib, yaşadığı evdən oğurluq olması barədə bildirmişdir. (iş.v. 19) 13 sentyabr 2023-cü il tarixdə Şahid1 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış ərizədən görünür ki, həmin tarixdə, ona məxsus evdən 02 ədəd televizor, 01 ədəd kombi aparatı və 1700 manat nəğd pul gizli yolla talanaraq oğurlanmışdır. Hadisə nəticəsində ona 5000 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 20) 13 sentyabr 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evidir. Qeyd olunan ünvan çöldən ağ rəngli mişar daşları ilə əhatələnib çöl giriş hissəsi darvazadandır. Həyətə girişdə sağ hissədə 01 ədəd bulaq, əlavə olaraq mişar daşlarından hörülü əl damı mövcuddur. Həyətdə orta hissədə iki mərtəbədən ibarət yaşayış evi vardır. Birinci mərtəbədə qaraj mövcuddur. Evin giriş qapısı seyf olmaqla, pəncərələri plastikdir. Ev ümumilikdə 6 otaq, 2 dəhliz, 1 mətbəx, 1 sanitar qovşağından ibarətdir. Hadisə yeri və ətrafına baxış keçirilən zaman videomüşahidə cihazlarına rast gəlinsə də, görüntü əldə etmək mümkün olmamışdır. Hadisə yerindən ekspert kriminalist tərəfindən əl-barmaq izlərinin götürülməsi təmin olunmuşdur. (iş.v. 22- 26) 25 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsində araşdırılan HK-1-2592 nömrəli material üzrə Şahid1 Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz evindən 13 senyabr 2023-cü il tarixdə 2 ədəd televizor, kombi aparatı, 01 ədəd qaynaq aparatı və 1700 manat nəğd pulu oğurlanaraq ona 5000 manat ziyan vurulması faktına görə, Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. (iş.v. 18) 06 oktyabr 2023-cü il tarixdə Şahid1 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi zamanı ona maddi ziyan dəymişdir. Odur ki, həmin faktla bağlı istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (iş.v. 33) 06 oktyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 34) 19 noyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə ibtidai istintaqı davam etdirilmişdir. (iş.v. 17-18) 19 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuş və həmin maddələrlə ittiham elan edilmişdir. (iş.v. 55-56) 21 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs dediyi istiqamətdə onu müşayiət edən avtopatrulla hərəkətdə olub Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Müəyyən olmuşdur ki, həmin ev iş üzrə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir, Təqsirləndirilən şəxs həmin evdən oğurluq etməsini deyərək, əvvəlcə bildirmişdir ki, Aqşin Quliyevlə həmin evdən oğurluq edərkən darvazanın üstündə indiki kimi artırma yox idi, buna görə də hər ikisi darvazadan aşıb həyətə düşmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs bildirmişdir ki, «2023-cü ilin sentyabr ayının ortalarına yaxın Aqşinlə görüşəndə o təklif etmişdir ki, onunla gedib bir evdən oğurluq etsinlər. Aqşin ona demişdir ki, həmin evdə pul və qızıl var, evdə yaşayış yoxdur. Pula ehtiyacı olduğuna görə, Aqşinin təklifi ilə razılaşmışdır. Gecə saat 01- 02 radələrində görüşmüşlər və Aqşin onu özü ilə piyada Xəyal adasına aparmışdır. Məhəlləyə girib iki mərtəbəli fərdi yaşayış evinin qarşısına çatanda Aqşin dayanmış və həmin evdən oğurluq edəcəklərini bildirmişdir. Bundan sonra hər ikisi hasara dırmaşıb aşaraq həyətə düşmüşlər. Aqşin ona həyətdə gözləməsini demiş, özü isə necəsə evin qapısını açıb evə girmişdir. Aqşin əvvəlcə kombini, sonra isə böyük ekranlı plazma televizoru çıxartmışdır. Aqşin həyət darvazasını içəridən açmış, onlar əşyaları çölə çıxardıqdan sonra Aqşin həyətə keçib darvazanı arxadan bağlamış və yenidən hasardan aşıb küçəyə düşmüşdür. Aqşin televizorla kombini özü ilə aparmış, televizoru öz telefonunda “Lalafo” saytındə satışa qoymuşdur. Səhəri günü Aqşin gətirib ona 45 manat pul vermiş və demişdir ki, kombini mis kimi 90 manata satmışdır. O, televizoru da elan saytındə kiməsə satmış və bir neçə gün sonra ona 50 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Aqşinlə oğurluq etdikləri ev sonuncunun qohumunun evidir. Bundan sonra Təqsirləndirilən şəxs onu müşayiət etmələrini bildirərək Binə Donuzçuluq sovxozu istiqamətində hərəkətdə olmuş və həmin yerdə iki mərtəbəli fərdi yaşayış evinin qarşısında dayanaraq həmin evdən oğurluq etməsini bildirmişdir. X13 hadisə yerində ifadə verərək bildirmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə, gecə saatlarında özü tək evindən çıxıb Binə qəsəbəsində oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Narkotik vasitələrdən asılılığına görə narkotik qəbul etmədikdə bədənində dözülməz ağrılar olur, buna görə də narkotik almaq üçün oğurluq yolu ilə olsa da, pul əldə etməyə məcbur olmuşdur. Evlərindən təxminən 15-20 dəqiqəlik məsafədə aralanmışdır ki, bir fərdi yaşayış evinin işıqlarının yanmadığını görmüş, fikirləşmişdir ki, orada yaşayış yoxdur. Həm də evin ətrafında hasarı olmamışdır. Yaxınlaşıb üstündə olan vintaçanla evin plastik pəncərəsini əyib açmış və pəncərədən içəri girmişdir. Evin aşağı mərtəbəsində üç otaq olmuşdur. Divarlara isə hələ suvaq vurulmamış idi. Evin çöl qapı və pəncərələri olsa da, içəri otaqların qapıları hələ qoyulmamışdı. Otaqlardan birində təzə vurulmuş döşəmənin üstündə bir ədəd preferator qutunun içərisində təzə razetkalar və bir top naqil olmuşdur. Preferatoru, bir top naqili və qutuda olan razetkaları oğurlayıb evdən çıxmışdır. Oğurladığı əşyaları gecə ikən qapılarının yanında gizlətmişdir. 17 oktyabr 2023-cü il tarixdə səhər açıldıqda oğurladığı preferator, naqil və razetkaları götürüb Sabunçu bazarına aparıb orada hamısını bir yerdə 200 manata tanımadığı şəxsə satmışdır. (iş.v. 69-70) 01 dekabr 2023-cü il tarixli “üzləşdirmə-dindirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə X14 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs X6 üzünə qarşı demişdir ki, Aqşin Quliyev onu qohumu Kamilin Suraxanı rayonu Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə oğurluq məqsədi ilə apararaq, ünvana çatdıqdan sonra darvazadan aşıb həyətə düşmüşlər o, həyətdə gözləmiş, Aqşin isə qapıdan evə girib bir ədəd kombi və bir ədəd televizoru çölə çıxardaraq bir yerdə oğurlayıb sataraq gəliri yarı bölmüşlər. (iş.v. 77- 79) 05 dekabr 2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür k, Şahid2 bildirmişdir ki, 2023-cü ilin iyul-noyabr aylarında taksi fəaliyyəti ilə məşğul olmuş, «Uber» şirkətindən icarəyə götürdüyü «KİA» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Mobil telefon nömrəsi Aqşin Quliyevdə olmuş, o, lazım olanda ona zəng etmiş, Aqşin Quliyevi müştəri kimi lazım olan yerə aparmışdır. 2023-cü ilin sentyabr ayının ortalarına yaxın, dəqiq xatırlamadığı tarixdə, saat 20-21 radələrində Aqşin Quliyev ona zəng edib gedəsi yerinin olduğunu deyib onu Südçülük sovxozundakı «Məxməri» çay evinin yaxınlığında bir evin qarşısına çağırmış, idarə etdiyi «KİA» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aqşin Quliyevin dediyi yerə gedib onu oradan avtomobilinə götürüb Aqşin Quliyevin yaşadığı öz evlərindən bir küçə arxada düşürtmüşdür. Aqşin Quliyev ona 3 (üç) manat pul verib getmişdir. İfadəsinin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, Şahid2 Rafiqoviçin Aqşin Quliyevi avtomobilinə götürdüyü yer zərərçəkmiş şəxs Şahid1 yaşadığı evin qarşısıdır. (iş.v. 89-90) 24 yanvar 2024-cü il tarixli, 5(010)-56/2024 saylı qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X6 istifadəsində və əlaqədə olduğu (070)364 20-22, (070)304-19-29, (070)876-05- 58, (070)883-68-38, (070)328-11-18, (070)864-15-16, (077)311-01-18 və (077)744-94-41 nömrələrinə 01 avqust 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısı və məzmunu, nömrələrin kimlərə məxsus olması (ad, soyad, ata adı və s.), həmçinin anten dairəsi barədə məlumatların «Azerfon Telecom” MMC-dən götürülməsi qərara alınmışdır. (iş.v. 103-104) 06 fevral 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 əmlakını gizli olaraq talaması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ilə X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurlaması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (iş.v. 106-112) 06 fevral 2024-cü il tarixli, “cinayət işinin materiallarından ayrıca icraatda cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurlaması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır. (iş.v. 7-9) 20 fevral 2024-cü il tarixli “DVD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şahid1 evlərində olan oğurluq hadisəsindən sonra oğurluqda şübhələndikləri X14 ilə aralarında olan danışıqları mobil telefonun funksiyası vasitəsi ilə qeydə alaraq bir ədəd «CD» diskə köçürtmüş və həmin diskə baxış keçirilmişdir. Diskə baxış zamanı aşağıdakı danışıqlar oğurluq hadisəsində Təqsirləndirilən şəxs da iştirak etməsini təsdiq edir: A.A.Quliyev: şikayətin var Allah köməyin olsun, mən işimi alandan sonra sənin şikayətin keçməyəcək, cinayətkarı tutublar iş başlanıb, mən tutulsam sənin əşyaların da batıb gedəcək. A.A.Quliyev: Dünyamalıdı bir də Zəriş var qızdı, tanıyıram ey belə, içəridəydim çıxmamışdım, onnan görüşməmişəm çoxdandı. Bax onlardan. Belə imenni sizin məhlədən keçmişəm ha, qurana and olsun mən özüm, onun maşınınnan keçmişəm, özü soruşub demişəm ki, bax bibimin evidir. Allaha and olsun helə də olubdur. Mənə zəng edib ki, buranı aparmışıq. Demişəm gicsən sən?. Sən öl bax balamın canına Kamal, ikimizin ölmüşünə demişəm ki, sabah- birisigün deyəcəklər ki, bəlkə də mən eləmişəm. Dedim ki, neynirsən? uje gec idi. Götürüb gətirmişdi veşlərə qədər. A.A.Quliyev: Mən öz dostumu nətər tutdurum ey, sabah mənim özümü tutdular, nə deyəcəm ona. Mən o evə girməmişəm, ancaq bilirəm kim girib, mən kömək edə bilərəm, olardan əşyaları ala bilərəm. Mən tutdura bilmərəm, ancaq əşyaların yerin göstərə bilərəm. Ancaq sən məni tutdursan deyəmmiyəcəm heç nə. Bir oğlan bir də qız girib ora. Dünyamalı ilə qoy danışım görüm nə deyir. Binə deyil, ancaq Sabunçu tərəfdədir sənin veşin orda olacaqdı. K.K.Əİirzayev: Dünyamalı şöbədədi. (iş.v. 113-115) 27 fevral 2024-cü il tarixli, CD-R disklərdə olan videoməlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X14 xx-xx-2023 tarixdə həmin vaxtı istifadə etdiyi anası Anaxanım Əkbərovanın adına olan ***-***-**-** nömrəsindən Şahid2 Rafiqoviçin istifadə etdiyi ***-***- **-** nömrəsinə «Kombini kime vermisen zeng vur gətirsin 400 satiram men 150 verərəm» məzmunda SMS göndərmişdir. Hansı ki, Aqşin Quliyevin bu SMS-nin altında olan məna onu ifadə edir ki, söhbət məhz iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs evindən 11 sentyabr 2023-cü il tarixdə oğurlanmış kombi aparatından gedir. Görünür ki, Aqşin Quliyev ya Şahid2la birlikdə, yada ki, özü oğurladıqdan sonra Şahid2 vasitəsiylə Zərərçəkmiş şəxs evindən oğurladığı kombi aparatını satmışdır, lakin sonra da geri qaytartdırıb yenidən 400 manata sataraq Şahid2 150 manat verməyi təklif etmişdir. Bundan başqa Şahid2 Rafiqoviçin hərəkət marşrutu onun istifadəsində olan ***-***-**-** nömrəsinin anten dairəsinə uyğun tədqiq edilərkən müəyyən edilir ki, Şahid2 Rafiqoviç, Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Binə (Hövsan) Südçülük savxozunda yerləşən fərdi yaşayış evini tərk etdiyi, yəni evin nəzarətsiz olduğu 09 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrindən, saat 13 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində, yəni 09 sentyabr 2023-cü il tarixdə, saat 22:40:47-də, 12 sentyabr 2023-cü il tarixdə saat 02:43:48-də, 05:43:48-də həmin ünvanın yerləşdiyi anten dairəsi üzrə hərəkətdə olmuşdur. Bu da Şahid2 Rafiqoviçin ifadəsində X6 zərərçəmiş şəxs Zərərçəkmiş şəxs evindən məhz oğurluq hadisəsinin baş verdiyi tarixdə götürməsini bir daha təkzibedilməz sübut kimi təsdiq etmişdir. (iş.v. 116) 05 mart 2024-cü il tarixli, “cinayət işinin materiallarından ayrıca icraatda cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 1700 manat nəğd pul və ev əşyalarını gizli olaraq talayıb R.Əlirzayevə 6841 (altı min səkkiz yüz qırx bir) manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına görə ayrıca icraatda cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir. (iş.v. 1-5) ********* saylı cinayət işi ilə bağlı qəbul edilmiş 09 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq 1700 manat nəğd pul və ev əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 6841 (altı min səkkiz yüz qırx bir) manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi faktına görə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş X14 ilə Şahid1 arasında olan danışıqların audio yazısı olan 01 ədəd «CD» disk iş üzrə sübut qismində tanınmışdır. (iş.v. 129-138) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (iş.v. 156-162) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(010)-234/2024 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla, ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (iş.v. 163-178) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(103)- 2293/2024 saylı qərarından görünür ki, X14 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(010)-234/2024 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (iş.v. 179-187) 07 yanvar 2025-ci il tarixli ********* nömrəli cinayət işi üzrə “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və Azərbaycan Respublikası ƏN PX-nin Qobustan Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X14 ilə Şahid1 arasında olan danışıqların audio yazısı olan 01 ədəd «CD» diskin iş üzrə maddi sübut qismində tanınması nəzərə alınmışdır. (iş.v. 188-202) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 X27 X28 Şəxsi tərəfindən göndərilmiş 11 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 18:24-də X24 müraciət etmişdir. Xəstəyə O2 qoşulmuş və serum taxılmışdır. Diaqnoz isə digər opioidlərlə zəhərlənmə olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanmış 18 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə, 30-cu polis şöbəsində saxlanılan zaman təcili tibbi yardım çağırılmamışdır. Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı istintaq təcridxanası tərəfindən göndərilmiş 15 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda hər-hansı bir xəstəliklə bağlı məlumat bildirməmiş, xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır, hər iki saidin aşağı üçdə birində qərtməkli yara, sol kürək nahiyəsində qərtməkli yara aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş məhkumun 10842/2023 saylı tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 02 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbs olunmadan əvvəl zədə aldığını bildirmişdir. Hər iki saidin aşağı 1/3 nahiyəsində qərtməkli yara, sol kürək nahiyəsində qərtməkli yara və sağ gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmiş, lakin şikayət olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 Şəxsi tərəfindən göndərilmiş 19 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Respublika Təcili və X11 X25 Şəxsdən alınan rəsmi cavaba əsasən bildirmişlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələrinin (AZS110/Q) saxlanma müddəti 01 il müddətə müəyyənləşdirildiyindən vətəndaşın həmin sənədləri aktlaşdırılıb silindiyi üçün məlumat vermək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 Şəxs Respublika Təcili və X11 X25 Şəxsi tərəfindən göndərilmiş 02 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən Təqsirləndirilən şəxs adına 17 noyabr 2023-cü il tarixində ''Respublika Təcili və X11 Mərkəzi" publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olması barədə məlumat verə bilməmişlər. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2023-cü il tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yenidən həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 4(010)-432/2023 saylı qərarı ilə barəsində əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 03 ay həddinə həbs qətimkan tədbiri seçilmişdir. 15 aprel 2024-cü il tarixli qərarla, cinayət işi üzrə icraat CPM-in 53.4-cü maddəsinə əsasən dayandırılmış, 09 dekabr 2024-cü il tarixli qərarla, iş üzrə icraat təzələnmişdir. 10 dekabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat yenidən dayandırılmış, 06 yanvar 2025-ci il tarixli qərarla icraat təzələnmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5 və 69.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 08 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəmənin 14 fevral 2024-cü il tarixli, 4(010)-48/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün, yəni 05 mart 2024-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 04 mart 2024 və 12 mart 2024-cü il tarixli, 1(010)-207/2024 saylı qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri təsdiq edilmiş və dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 12, 57-59, 62-66, 139- 142, 152, 154, 156-162, 204-205, 189-190). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində 03 oktyabr 2021-ci il təvəllüdlü Tunar Məmmədov olmaqla, 1 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X20 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X26 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə özünü təqsirli bilmiş, oğurluq əməlini özü törətmişdir. Lakin hazırki iş üzrə özünü təqsirli bilmir. Aqşin Quliyevlə münasibətləri normal olmuşdur. 17 noyabr 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları gəlib onu tutmuşlar. Həm şübhəli şəxs qismində tutulan zaman, həm də polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq tətbiq olunmuş, döyülmüş və xəsarət almışdır. 3 saylı İstintaq Təcridxanasında tibbi müayinədən keçən zaman da xəsarətləri aşkar olunmuşdur. 17 noyabr 2023-cü il tarixdə polis bölməsində özünü narahat hiss etdiyi üçün TTY çağırılmış, həmin vaxt huşunu itirmişdir. Özünə gəldikdə isə artıq X2 görmüşdür. Bir gün xəstəxanada qaldıqdan sonra, yəni 18 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində onu yenidən polis bölməsinə gətirmiş və orada şübhəli şəxs qismində tutmuşlar. Məcbur qalaraq cinayəti boynuna götürmüşdür. Zərintac və Samir adlı şəxsləri tanımır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ibtidai istintaq zamanı döyülməsi və zorakılıqlara məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı da məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya törətmədiyini iddia etdiyi həmin oğurluq cinayət hadisəsini boynuna götürməsi ilə bağlı etirafedici ifadələr verməsi, heç cür məntiqəuyğun ifadələr deyildir. Təqsirləndirilən şəxs barəsində əvvəllər də ittihamedici hökm çıxarılmış, və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Odur ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı bildirdiklərinin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün məhkəmə tərəfindən müvafiq orqanlara sorğular ünvanlanmışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 X29 X28 Şəxsi tərəfindən göndərilmiş 11 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 18:24-də X24 müraciət etmişdir. Xəstəyə O2 qoşulmuş və serum taxılmışdır. Diaqnoz isə digər opioidlərlə zəhərlənmə olmuşdur. Göründüyü kimi, onun Tibb Mərkəzinə aparılmasına səbəb narkotik vasitə aludəçiliyindən irəli gələn zəhərlənmə olmuşdur və bunun hazırki işlə heç bir əlaqəsi olmamışdır. Həmin şəxs 17 noyabr 2023-cü il tarixdə deyil, 18 noyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş, qeyd olunan hal iş materialları və 20 noyabr 2023-cü il tarixli Suraxanı rayon Məhkəməsinin qərarı ilə də təsdiq olunmuşdur. Həmçinin onun polis bölməsində özünü narahat hiss etdiyi üçün TTY çağırılması və həmin vaxt huşunu itirməsi ilə bağlı məhkəmə bildirir ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanmış 18 aprel 2025-ci il tarixli məhkəməyə cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə deyil, 18 noyabr 2023-cü il tarixdə, 30-cu polis şöbəsində saxlanılan zaman təcili tibbi yardım çağırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş məhkumun 10842/2023 saylı tibbi kitabçasından isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 02 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbs olunmadan əvvəl zədə aldığını bildirmişdir. Hər iki saidin aşağı 1/3 nahiyəsində qərtməkli yara, sol kürək nahiyəsində qərtməkli yara və sağ gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmiş, lakin, onun tərəfindən şikayət olmamışdır. Buna görə də müvafiq araşdırma aparılmamışdır. Odur ki, həmin xəsarətləri hansı şəraitdə alması və ya onların məhz polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yetirilməsi məhkəməyə məlum olmamış, heç bir təsdiqini tapmamış, həmin xəsarətlərlə bağlı isə onun özünün də heç bir şikayəti olmamışdır. Təqsirləndirilən şəxs həmçinin 20 noyabr 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında da fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı fikir bildirməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə tutulduğunu bildirsə də, bu faktı da təsdiq edən heç bir sübut mövcud olmamış, barəsində 20 noyabr 2023-cü il tarixdə 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilərkən də məhkəmə iclasında bununla bağlı xüsusat qeyd etməmiş, həbsetmənin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmış, bunu həmçinin şübhəli şəxs qismində tutma haqqında protokol da təsdiq etmişdir. Cinayət işinin məhkəmə iclasları zamanı ittihamda elan edilən əməli ümumiyyətlə özünün törətmədiyini, sözügedən ünvanda olmadığını bildirsə də, həmin sanksiya qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında həmin epizod üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, həyətdə gözləmiş, kombi və televizor Aqşin tərəfindən götürülmüş, həmin epizodlarla bağlı özünü təqsirli bilmiş, digər epizodlarda iştirak etməmiş və törətmiş olduğu əməldən də səmimi peşmandır. İş materiallarında olan üzləşdirmə protokolundan da görünür ki, Aqşin Quliyev ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin vaxt oğurluğu birlikdə törətdiyini boynuna almışdır. Odur ki, həmin ifadələr zərərçəkmiş şəxs Şahid1 evindən oğurluq edilən zaman onun həmin ünvanda ümumiyyətlə olmaması və cinayət törədilərkən orada iştirak etməməsi ilə bağlı bildirdiklərini tam təkzib etmişdir. Həmçinin 20 fevral 2024-cü il tarixli “DVD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şahid1 evlərində olan oğurluq hadisəsindən sonra oğurluqda şübhələndikləri X14 ilə aralarında olan danışıqları mobil telefonun funksiyası vasitəsiylə qeydə alaraq bir ədəd «CD» diskə köçürtmüşdür və həmin diskə də baxış keçirilmişdir. Diskə baxış zamanı danışıqlar oğurluq hadisəsində Təqsirləndirilən şəxs da iştirak etməsini təsdiq etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü tam təqsirli bilmiş, törətdiyi əməli etiraf etmiş, ifadəsi yerində yoxlanılan zaman əyani şəkildə hadisənin necə baş verməsini özü göstərmişdir. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X20 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə, yəni özgənin əmlakını gizli olaraq talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək sözügedən cinayət əməlini törətmiş X14 barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış 05 sentyabr 2024-cü il tarixli 1(010)-234/2024 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs X9 qarşı mülki iddia verərək cinayət əməli nəticəsində ona vurulmuş 6841 manat məbləğində maddi zərərin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxsin anası tərəfindən zərərçəkmiş şəxsə 1800 manat dəyərində təzə kombi qaytarıldığından zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunmuş, X5 5000 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək sözügedən cinayət əməlini törətmiş X14 barəsində Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış 05 sentyabr 2024-cü il tarixli 1(010)-234/2024 saylı hökmündən X14 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 1(103)- 2293/2024 saylı qərarı ilə həmin apellyasiya şikayətləri təmin edilməmiş, X6 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 1(010)-234/2024 saylı hökmü məhkum olunmuş şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(003)-863/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə və əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla, ona qəti olaraq 02 il 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olması, CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, cinayətə meyilli şəxs olmuş, onun 2023-cü il tarixdən hazırki vaxtadək 2 dəfə CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə məhkum olunması, hazırki iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını çəkib islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. X20 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(003)-863/2023 saylı hökmü üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut qismində tanınmış Şahid1 ilə X14 arasında olan danışıqları əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-207/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(003)-863/2023 saylı hökmü üzrə 09 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək (saatlar nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış Şahid1 ilə X14 arasında olan danışıqları əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-239/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-239/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver