Məhkəmə qərarları › İş №1(010)-24/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-24/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-24/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Əzizbəyov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3, 66.4 və 66.5ci maddələri tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 67.5-ci maddələri tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasının sonu ilə xx xxxxxxxx 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuş, 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2019-cu ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2019-cu ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu ildə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 27 nömrəli evin həyətinə qanunsuz olaraq daxil olub həyətdəki evə açıq pəncərədən daxil olmaqla qonaq otağından dəyəri 250 manat, 02 ədədinin hər birinin dəyəri 200 manat, ümumilikdə dəyərləri 650 manat olan 03 ədəd yataq dəstini, hər birinin dəyəri 10 manat, ümumi dəyərləri 30 manat olan 03 ədəd parça sandığı, dəyəri 150 manat olan 01 rulon parçanı, hər birinin dəyəri 80 manat, ümumi dəyərləri 240 manat olan 03 ədəd xrustal güldanı, dəyəri 150 manat olan 01 ədəd qaşıq-bıçaq dəstini, 80 manat dəyərində olan 01 ədəd divan üzünü, 01 ədəd 70 manat dəyərində olan yeddi metr uzunluğunda “daroşka”nı, 01 ədəd 1.000 manat dəyərində xalçanı, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində olan iki ədəd kiçik ölçülü xalçanı, bir ədəd 800 manat dəyərində xalçanı və dəyəri 4.700 manat olan “schafer” markalı qazan dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 7.930 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən xx xxxx 2019-cu ildə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 205 nömrəli evin həyətinə qanunsuz daxil olaraq evin həyətindən bir ədəd dəyəri 100 manat olan 15 ədəd 3 metrlik sink boruları, dəyəri 15 manat olan dəmir navalçanı, eləcə də, qapının kilidini açma yolu ilə qanunsuz daxil olub evdən dəyəri 500 manat olan “Bosch” markalı deşici-qırıcı aləti, dəyəri 180 manat olan bir ədəd əl-üz yuyanı, hər birinin dəyəri 45 manat, ümumi dəyərləri 135 manat olan üç ədəd 25 kiloqramlıq boyaları və hər birinin dəyəri 44 manat, ümumi dəyərləri 88 manat olan iki ədəd 5 kiloqramlıq boyaları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1.243 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədilə xx xxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus olan 207 nömrəli fərdi yaşayış evinə yaxınlaşmış, Təqsirləndirilən şəxs1 çöldə dayanaraq ətrafa nəzər yetirmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin hasarından həyətə aşaraq həyətdən götürdüyü vintaçanla evin giriş qapısının üstündə olan pəncərənin şüşəsini çıxararaq oradan evə qanunsuz daxil olub, yataq otağında olan çarpayının üstündəki yataq dəstinin arasından 2.380 manat ekvivalentində olan 1.400 ABŞ dolları və 800 manat nağd pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 3.180 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu ildə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 27 nömrəli evin həyətinə qanunsuz daxil olub həyətdəki evə açıq pəncərədən daxil olmaqla qonaq otağından dəyəri 250 manat, 02 ədədinin hər birinin dəyəri 200 manat, ümumilikdə dəyərləri 650 manat olan 03 ədəd yataq dəstini, hər birinin dəyəri 10 manat, ümumi dəyərləri 30 manat olan 03 ədəd parça sandığı, dəyəri 150 manat olan 01 rulon parçanı, hər birinin dəyəri 80 manat, ümumi dəyərləri 240 manat olan 03 ədəd xrustal güldanı, dəyəri 150 manat olan 01 ədəd qaşıq-bıçaq dəstini, 80 manat dəyərində olan 01 ədəd divan üzünü, 01 ədəd 70 manat dəyərində olan yeddi metr uzunluğunda “daroşka”nı, 01 ədəd 1.000 manat dəyərində xalçanı, hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində olan iki ədəd kiçik ölçülü xalçanı, bir ədəd 800 manat dəyərində xalçanı və dəyəri 4.700 manat olan “schafer” markalı qazan dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 7.930 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən xx xxxx 2019-cu ildə saat 06 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsində yerləşən 205 nömrəli evin həyətinə qanunsuz daxil olaraq evin həyətindən bir ədəd dəyəri 100 manat olan 15 ədəd 3 metrlik sink boruları, dəyəri 15 manat olan dəmir navalçanı, eləcə də, qapının kilidini açma yolu ilə qanunsuz daxil olub evdən dəyəri 500 manat olan “Bosch” markalı deşici-qırıcı aləti, dəyəri 180 manat olan bir ədəd əl-üz yuyanı, hər birinin dəyəri 45 manat, ümumi dəyərləri 135 manat olan üç ədəd 25 kiloqramlıq boyaları və hər birinin dəyəri 44 manat, ümumi dəyərləri 88 manat olan iki ədəd 5 kiloqramlıq boyaları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1.243 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus olan 207 nömrəli fərdi yaşayış evinə yaxınlaşmış, çöldə dayanaraq ətrafa nəzər yetirmiş, Təqsirləndirilən şəxs2 isə həmin evin hasarından həyətə aşaraq həyətdən götürdüyü vintaçanla evin giriş qapısının üstündə olan pəncərənin şüşəsini çıxararaq oradan evə qanunsuz daxil olub, yataq otağında olan çarpayının üstündəki yataq dəstinin arasından 2.380 manat ekvivalentində olan 1.400 ABŞ dolları və 800 manat nağd pulu gizli yolla talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 3.180 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayəti törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, pula ehtiyacı olanda əmisi Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən evə gedib ondan pul istəyir, əmisi də hər dəfə ona pul verirdi. Ona görə bilirdi ki, əmisinin evində pul var. xx xxxx 2019-cu ildə qərara gəlmişdir ki, gedib əmisinin evindən oğurluq etsin. Həmin gün birlikdə kirayədə yaşadığı Təqsirləndirilən şəxs1 əmisi ilə işi olduğunu deyib, birlikdə əmisigilə getməyi təklif etmiş, lakin məqsədinin oğurluq etmək olduğunu Xalidə bildirməmişdir. Beləliklə, onlar xx xxxx 2019-cu ildə saat 15 radələrində birlikdə əmisi Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanına gəlmiş, o, darvazanı döyüb, əmisinin evdə olub-olmadığını yoxlamışdır. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşıb həyətə düşmüş, Xalid isə bir qədər kənarda küçədə dayanıb onun qayıtmasını gözləmişdir. Həyətə düşdükdən sonra evin çöl qapısına yaxınlaşıb pəncərəsinin qarşısına qoyulmuş vintaçanı götürərək giriş qapısının üzərindəki şüşəni yerindən çıxarmış və qapının yanında yerə dayamışdır. Bundan sonra qapının üstündəki həmin yerdən evə daxil olmuş və birbaşa əmisinin yatdığı otağa gedib çarpayının üstündəki yorğan-döşəyin arasını axtarmışdır. Orada bir qədər ABŞ dolları və Azərbaycan manatı olduğunu görüb götürmüş, saydıqda 1.400 ABŞ dolları və 800 manat olduğunu müəyyən etmişdir. Bundan sonra digər otaqları axtarmadan daxil olduğu yerdən evdən həyətə çıxmış, sonra isə hasardan aşıb küçədə dayanan Xalidə yaxınlaşmışdır. Onlar birlikdə həmin ünvandan uzaqlaşıb kirayə yaşadıqları evə gəlmişlər. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, digər iki epizod üzrə oğurluq cinayətlərini törətməyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 uşaq vaxtından tanıyır və onunla yaxşı münasibəti var. Əvəzi isə Ramilin əmisi kimi tanıyır. 2019-cu ilin iyun ayının əvvəlində Ramillə birlikdə Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında kirayə ev tutmuş və orada birlikdə qalmağa başlamışlar. Narkotik vasitə almaq üçün oğurluq etmək qərarına gəlmişdir. Qonşuları Təranə adlı qadının evindən oğurluq etməyi planlaşdırırdı. Çünki Təranənin evində heç kimin yaşamadığını və sonuncunun çox gec-gec evə gəldiyini bilirdi. xx xxxx 2019-cu ildə saat 20 radələrində Təranənin evinin yanına gəlmiş və evin arxa tərəfində yerləşən hasardan aşıb həyətə daxil olmuşdur. Bundan sonra evin yan tərəfində olan pəncərənin açıq olduğunu görmüş və həmin pəncərədən evə daxil olub bir qədər baxdıqdan sonra içəridən ittiham aktında qeyd olunan əşyaları götürüb evin arxa tərəfinə, hasarın yanına yığmışdır. Sonra adətən narkotik aldığı Əminə adlı qadına zəng edərək narkotik almaq istədiyini, lakin pulunun olmadığını və pul əvəzinə ona xalça verəcəyimi bildirmişdir. Əminə onunla razılaşmış, o, isə həmin əşyaları taksiyə yığıb Əminənin yaşadığı evə getmiş, Əminə həmin əşyaların müqabilində ona 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda təxminən 4-5 qram çəkidə narkotik vasitə heroin vermişdir. Oğurladığı digər əşyaları isə bir gün sonra Sabunçu rayonunda yerləşən Rus bazarı deyilən yerdə satıb öz ehtiyacları üçün xərcləyib. Bundan başqa, xx xxxx 2019-cu ildə narkotik vasitə əldə etmək üçün yenə də oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə əvvəllər fəhlə işlədiyi Mərdəkan qəsəbəsi, Teymur Quliyev küçəsində yerləşən evə saat 06 radələrində gəlmişdir. Evin həyətinə hasardan aşaraq daxil olmuş, oradan ittiham aktında qeyd olunan əşyaları oğurlayıb hasardan aşaraq çölə çıxmışdır. Daha sonra yolda bir “Qazel” markalı yük maşını saxlayıb həmin əşyaları ona yükləmiş, Mərdəkan qəsəbəsində olan dəmir qəbulu yerinə gedib boruları və dəmirdən olan ağırlıq daşını 100 manata satmışdır. Daha sonra digər əşyaları götürüb avtobusla 8-ci km adlanan bazara getmiş, həmin əşyaları orada tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pul məbləğini öz ehtiyacları üçün xərcləyib. Həmçinin qeyd edir ki, yuxarıda göstərilən cinayətləri tək törədib və həmin cinayətlərdən Təqsirləndirilən şəxs2 xəbəri olmayıb. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 evindən edilmiş oğurluqla bağlı Təqsirləndirilən şəxs2 bildirdiklərinə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, sadəcə olaraq Ramillə birlikdə həmin ünvana getmiş, Ramilin oradan oğurluq etməsi barədə xəbəri olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 2005-ci ildən etibarən ünvan 3, mənzil 5 ünvanında yerləşən evində yaşayır. Təqsirləndirilən şəxs2 onun qardaşının oğludur və onunla arasında həmişə yaxşı münasibət olub. Buna baxmayaraq heç vaxt evinin açarlarını Ramilə verməyib. xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq tanış bir nəfərlə görüşməyə getmiş, oradan da xəstəxanaya oğlunun yanına getmişdir. Bu səbəbdən həmin gün evə saat 18 radələrində qayıdıb. Həyətə daxil olduqda evin giriş qapısının üstündə yerləşən pəncərənin üstündəki şüşənin çıxarılaraq qapının yanında yerə dayanmış halda olduğunu görmüş, tez evin kilidini özündə olan açarla açıb evə daxil olmuş, mətbəxə, qonaq otağına və dəhlizə nəzər yetirdikdə heç bir dağınıqlıq aşkar etməmişdir. Bundan sonra evin axırıncı otağında yerləşən çarpayının üstündəki yorğan-döşəyin bir az dağıldığını görmüşdür. Dərhal çarpayıya yaxınlaşıb dağılan yerə baxmış və orada saxladığı özünə məxsus olan 1.400 ABŞ dolları və 800 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra Suraxanı RPİ-nin 31ci PB-nə gedərək baş vermiş hadisə ilə bağlı ərizə yazıb. Hadisə nəticəsində ona məxsus olan 1.400 ABŞ dolları və 800 manat nağd pul oğurlanmışdır. Həmçinin bildirir ki, vurulmuş ziyan qaytarılmadığına baxmayaraq, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev 205 ünvanında bağ evi var. 2019-cu ilin may ayından həmin evdə təmir işləri gedirdi. Vaxt tapdıqca evinə gedib baxırdı, lakin orada yaşamırdı. Həmçinin bağa baxan bağban da hər 2 gündən bir həmin evə gedib baş çəkirdi. 2019-cu ilin may ayından xx xxxxxx 2019-cu il tarixinədək o, bağ evində olmayıb. xx xxxxxx 2019-cu ildə evinə gəldiyi zaman həyətdən ittiham aktında qeyd olunan əşyaların oğurlandığını aşkar etmiş, bununla bağlı sonradan polisə müraciət etmişdir. Cinayət nəticəsində ona vurulmuş zərər ödənilməyib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 27 saylı ünvanda yerləşən bağ evi vardır. Ailəsi ilə birlikdə yay aylarında gedib orada yaşayır. Digər vaxtlar isə arada bir gedib evinə baş çəkir. Sonuncu dəfə 2019-cu ilin may ayında həmin bağ evində olmuş və həmin vaxt bütün əşyalar yerində olmuşdur. Bir də xx xxxxxx 2019-cu il tarixdə həmin bağ evinə gəldiyi zaman görmüşdür ki, qonaq otağında olan qab-qacaq yığdığı şkafın içində olan qablar yerində yoxdur və evində olan bir çox əşyalar yerə dağılmışdır. Yerə sərilmiş xalçalarının da yerində olmadığını müəyyən etmişdir. Bundan sonra evi yoxlamağa başlamış və ittiham aktında göstərilən əşyaların oğurlandığını aşkar etmişdir. Qeyd edir ki, cinayət nəticəsində vurulmuş zərərin əksər hissəsi ona qaytarılmayıb. Buna baxmayaraq, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, “Qartal Balası” düşərgəsində metal qəbulu ilə məşğul olur. 2019-cu ilin iyun ayında düşərgəyə bir “Qazel” markalı avtomobil gəlmişdir. Avtomobildə sürücüdən başqa 2 nəfər də var idi. Həmin şəxslər ona yaxınlaşaraq boru satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərdən boruları haradan əldə etdiklərini soruşmuş, sonuncular buna cavab olaraq onları öz həyətlərindən götürdüklərini bildirmişlər. Həmin şəxslərə inanaraq boruları və ağırlıq daşını onlardan 100 manata almışdır. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərinə baxmayaraq, onların müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. xx xxxxxxx 2019-cu il tarixli 26617 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş xalçaların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 130 manat müəyyən olunur. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər iş üzrə ibtidai araşdırma dövründə müdafiəçilərinin iştirakı verdikləri ifadələrdə ittiham aktında təsvir olunmuş cinayətləri tam etiraf etmişlər. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin işin məhkəmə baxışı dövründəki ifadələri real hadisələri təhrif edir, onların həmin ifadələri bir-birini cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Həsənov X1 Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3, 66.4 və 66.5-ci maddələri tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 67.5-ci maddələri tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasının sonu ilə xx xxxxxxxx 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.2.1-ci və 61.1.1-ci maddələrinin tələblərini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində müvafiq məhkumluqlarına görə təhlükəli residiv müəyyən olunmalı və bu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cümaddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi hazırkı hökmlə Təqsirləndirilən şəxs2 əsas cəza növü kimi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilir. Həmin cəzanın əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanacaq. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 02 gün də onun azadlıqdan məhrum etmə növündə əsas cəzasına hesablanmalıdır. Beləliklə, 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə 02 gün və xx xxxxxx 2019-cu il tarixindən sonrakı dövr hazırkı hökmlə təyin edilən əsas cəza müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən «Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır». İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını xx xxxxxxxx 2018-ci ildə çəkib qurtardığına görə həmin tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Ona eyni hökmlə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın 02 ilinin başlanğıcı da Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə xx xxxxxxxx 2018-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəzanın müddətinin xx xxxxxxxx 2018-ci ildə bitdiyini, 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə 02 günün və xx xxxxxx 2019-cu il tarixindən sonrakı dövrün hazırkı hökmlə təyin edilən əsas cəzaya hesablanacağını nəzərə alaraq məhkəmə hesab edir ki, xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək (10 ay 15 gün), habelə xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixinədək (01 gün) olan dövr, yəni ümumilikdə 10 ay 16 gün 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilmiş hissəsi kimi qiymətləndirilməli, qalan 01 il 01 ay 14 gün hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə növündə əsas cəzaya hökmlərin məcmusu üzrə birləşdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 07 metr uzunluğunda “daroşka” və iki ədəd kiçik ölçülü xalça Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 08 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 01 (bir) il 01 (bir) ay 14 (on dörd) günlük hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə növündə əsas cəzaya Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən tamamilə birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2019cu ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2019cu ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 07 metr uzunluğunda “daroşka” və iki ədəd kiçik ölçülü xalça Zərərçəkmiş şəxs1 qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar