Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-24/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 1994-cü il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun Birinci Şahsevən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxxx 1998-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 dekabr 2019-cu il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsindəki “Genpovver” markalı işıq generatorunun quraşdırıldığı yerə qanunsuz daxil olaraq, orada olan işıq generatorunun 1 ədəd 353 manat dəyərində şarj aldernatorunu (dinamonu), 1 ədəd 97 manat dəyərində AKU şarj redressorunu, 1 ədəd 588 manat dəyərində 6120 idarəedici monitorunu, hər birinin dəyəri 6 manat olmaqla, cəmi dəyəri 54 manat olan 9 ədəd çeviricini, hər birinin dəyəri 350 manat olmaqla, cəmi dəyəri 700 manat olan 2 ədəd kontaktorunu, 1 ədəd 400 manat dəyərində hava kollektorunu, 1 ədəd 180 manat dəyərində 90 AH akkumlyatorunu və cəmi dəyəri 20 manat olan klemiklərini gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2392 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 dekabr 2019-cu il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsindəki “Genpovver” markalı işıq generatorunun quraşdırıldığı yerə qanunsuz daxil olaraq, orada olan işıq generatorunun 1 ədəd 400 manat dəyərində starterini (marş motorunu), 1 ədəd 46 manat dəyərində su qızdırıcını, teni, termostatı, 1 ədəd 105 manat dəyərində pikapı, hər birinin dəyəri 34 manat olmaqla, cəmi dəyəri 68 manat olan 2 ədəd rele start-stopunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 619 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsindəki “Genpovver” markalı işıq generatorunun quraşdırıldığı yerə qanunsuz daxil olaraq, orada olan işıq generatorunun 1 ədəd 2167 manat dəyərində yanacaq pompasını gizli yolla talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 dekabr 2019-cu il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsindəki “Genpovver” markalı işıq generatorunun quraşdırıldığı yerə qanunsuz daxil olaraq, orada olan işıq generatorunun 1 ədəd 353 manat dəyərində şarj aldernatorunu (dinamonu), 1 ədəd 97 manat dəyərində AKU şarj redressorunu, 1 ədəd 588 manat dəyərində 6120 idarəedici monitorunu, hər birinin dəyəri 6 manat olmaqla, cəmi dəyəri 54 manat olan 9 ədəd çcviricini, hər birinin dəyəri 350 manat olmaqla, cəmi dəyəri 700 manat olan 2 ədəd kontaktorunu, 1 ədəd 400 manat dəyərində hava kollektorunu, 1 ədəd 180 manat dəyərində 90 AH akkumlyatorunu və cəmi dəyəri 20 manat olan klemiklərini gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2392 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsindəki “Genpovver' markalı işıq generatorunun quraşdırıldığı yerə qanunsuz daxil olaraq, orada olan işıq generatorunun 1 ədəd 400 manat dəyərində starterini (marş motorunu), 1 ədəd 46 manat dəyərində su qızdırıcını, tenini, termostatını, 1 ədəd 105 manat dəyərində pikapını, hər birinin dəyəri 34 manat olmaqla, cəmi dəyəri 68 manat olan 2 ədəd rele startstopunu gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 619 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 dekabr 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən 'Tea House" çay evinin həyətinin arxa hissəsindəki “Genpovver“ markalı işıq generatorunun quraşdırıldığı yerdə olan işıq generatorunun 1 ədəd 2167 manat dəyərində yanacaq pompasını gizli yolla talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə ailə həyatı qurmuş və 7 yaşında Röya və 12 yaşında Hüsniyə adlı iki qız övladı var, ailəsi valideynləri ilə birlikdə rayonda yaşayır, özü isə ailəsini dolandırmaq məqsədilə Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində müxtəlif ünvanlarda avtomobil yuma məntəqələrində işləmiş və qalmağa yeri olmadığı üçün, avtomobil yuma məntəqələrində yaşamışdır. Təxminən 2019-cu ilin iyul ayından etibarən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, A.Fətəliyev küçəsi, 121 saylı binanın yaxınlığında yerləşən “Tea House” çay evinə məxsus avtomobil yuma məntəqəsində işləmiş və orada yaşamışdır. Təqsirləndirilən şəxs3 təxminən 8 ilə yaxındır ki, tanıyır, aralarında normal münasibətləri var. Təqsirləndirilən şəxs1 isə təxminən bir neçə aydır ki, tanıyır və onunla da normal münasibəti vardır. Emil “Tea House" çay evini icarəyə götürərək işlətmişdir. Hüseyn isə əvvəllər həmin çay evində administrator, sonra isə oradan çıxıb başqa restoranda ofisiant işləməyə başlamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində aralarında olan söhbət zamanı Hüseyn ona işlədiyi avtomobil yuma məntəqəsinin aid olduğu “Tea House” çay evinin generatorunu oğurlayıb satmağı və qazanc əldə etməyi təklif etmiş və bundan sonra onlar həmin oğurluq hadisəsini planlaşdırmağa başlamışlar. Belə ki, plana əsasən Hüseyn onunla birlikdə çay evinin arxasında yerləşən çəpərlə əhatə olunan yerə daxil olub, orada olan işıq generatorunun içərisindən detalları oğurlayacaqdılar. Bundan sonra birinci dəfə 05 dekabr 2019-cu il tarixdə, saat 03 radələrində Hüseynlə birlikdə həmin işıq generatorunun hasarını keçib generatora yaxınlaşmış və generatorun qapısının açıq vəziyyətdə olduğunu görüb, qapını əlləri ilə açmışlar. Bundan sonra Hüseyn öz mobil telefonu ilə işıq tutmuş və özü ilə götürdüyü təmir açarları ilə həmin generatorun işıq şitini, dinamosunu və akkumulyatorunu söküb kənara yığmışdır. Bundan sonra Hüseynlə birlikdə oğurladıqları əşyaları qabaqcadan razılaşdıqları kimi aparıb Hüseynin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Səbət" marketin yaxınlığında yerləşən evdə gizlətmişlər ki, səhərisi günü aparıb satsınlar. Bundan sonra Hüseyn evində qalmış, özü isə işlədiyi avtomobil yuma məntəqəsinə gəlib orada yatmışdır. Səhərisi günü Hüseynin əvvəldən tapdığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən işıq generatorunun alış-satışı ilə məşğul olan şəxsin yanına gedib, oğurladıqları əşyaları 100 manata Hüseynə məxsus olan şəxsiyyət vəsiqəsi ilə həmin şəxsə satmışlar. Bundan sonra onlar “Tea House" çay evinə qayıtmışdır. Sonra isə oğurluq yolu ilə əldə etdikləri 100 manat pul aralarında bərabər şəkildə bölünmüş və bu pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan doqquz gün sonra, yəni 15 dekabr 2019-cu il tarixdə o, yenidən çay evinin generatorunun detallarını oğurlayıb, sataraq qazanc əldə etməyi Hüseynə təklif etmiş və Hüseyn də onunla razılaşmışdır. Bundan sonra 15 dekabr 2019-cu il tarixdən 16 dekabr 2019-cu il tarixə keçən gecə, saat 02 radələrində əvvəlki qaydada birlikdə “Tea House” çay evinin arxasında yerləşən həmin çay evinə məxsus işıq generatorunun hasarını keçib generatora yaxınlaşmış və generatorun açıq olan qapısının yanında dayanıb, generatorun starterini sökmüşdür. Həmin vaxt Hüseyn özünə məxsus mobil telefonla onun işlədiyi yerə işıq tutmuşdur. Generatorun starterini özü ilə gətirdiyi təmir açarları ilə söküb çölə çıxarmışdır. Bundan sonra Hüseynlə birlikdə oradan birbaşa Hüseynin yaşadığı evə getmiş, orada Hüseyn oğurladıqları starteri evində gizlətmiş və Hüseynlə sağollaşıb, işlədiyi avtomobil yuma məntəqəsinə gəlib orada yatmışdır. Səhərisi günü Hüseyn özü tək əvvəl oğurluq zamanı oğurladıqları detalları satdıqları Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən işıq generatorunun alğı-satqısı ilə məşğul olan şəxsin yanına getmiş və bir qədər sonra çay evinə gələrək, bir gün əvvəl oğurladıqları starteri 50 manata satdığını bildirmişdir. Həmin 50 manat pulu öz aralarında bərabər şəkildə bölmüşlər. Bundan 13 gün sonra, yəni 28 dekabr 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs1 çay evinin generatorunun detallarını oğurlayıb sataraq, qazanc əldə etməyi təklif etmiş və Emil onun bu təklifi ilə razılaşmışdır. Həmin vaxt Hüseyn yanlarında olmadığı üçün, sonuncunun bu oğurluqdan xəbəri olmamışdır. Həmin günü oğurluq etməyi planlaşdırmış, beləliklə 28 dekabr 2019-cu il tarixdən 29 dekabr 2019-cu il tarixə keçən gecə, saat 04 radələrində Emillə birlikdə “Tca House” çay evinin arxasında yerləşən həmin çay evinə məxsus işıq generatorunun hasarını keçib generatora yaxınlaşmış və generatorun açıq olan qapısının yanında dayanıb generatorun nasosunu sökmüşdür. Həmin vaxt Emil özünə məxsus mobil telefonla onun işlədiyi yerə işıq tutmuşdur. Generatorun nasosunu özü ilə gətirdiyi təmir açarları ilə söküb çölə çıxarmış, bundan sonra isə Emillə birlikdə oğurladıqları nasosu generatorun yanında saxlamışlar ki, səhərisi günü aparıb sataraq qazanc əldə etsinlər. Səhərisi günü Emillə birlikdə əvvəl etdikləri oğurluq zamanı oğurladıqları detalları satdıqları Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən işıq generatorunun alğı-satqısı ilə məşğul olan şəxsin yanma getmiş və oğurladıqları nasosu 110 manata həmin şəxsə satmış, həmin 110 manat pulu Emillə öz aralarında bərabər şəkildə bölmüşlər. 19 fevral 2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən saxlanılaraq, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gətirilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə ailə həyatı qurmuş və himayəsində 5 yaşında Dilək adlı bir qızı var. O, Təqsirləndirilən şəxs2 təxminən 8 ilə yaxındır ki, tanıyır və onunla aralarında normal münasibət var. Təqsirləndirilən şəxs1 isə bir neçə aydır ki, tanıyır və onunla da normal münasibəti var. Emil “Tea House” çay evini icarəyə götürərək işlətmişdir. Təxminən 2019-cu ilin avqust-noyabr aylarında o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, A.Fətəliyev küçəsi, 121 saylı binanın yaxınlığında yerləşən ‘Tea House” çay evində ofisiant işləmiş, sonradan isə həmin çay evini Emil icarəyə götürüb işlətməyə başlamışdır. Rəhman isə həmin çay evinin yanında yerləşən, həmin kafeyə aid olan avtomobil yuma məntəqəsində işləmiş və həmin məntəqədə yaşamışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində dəqiq yadında qalmayan günlərin birində Rəhman, əvvəllər sürücü işlədiyi daş zavodundakı generatorun işıq şitini, dinamosunu və akkumulyatorunu ona verdiklərini, maddi vəziyyəti yaxşı olmadığı üçün həmin detalları satıb qazanc əldə etməyi, lakin şəxsiyyət vəsiqəsinin özündə olmadığını və buna görə də, həmin detalları sata bilməyəcəyini bildirmiş və ondan özünə məxsus şəxsiyyət vəsiqəsi ilə həmin detalları satıb əldə etdiyi pulu ona verməsini, həm də yol pulu olmadığı üçün taksi ilə getməyə pulunun da olmadığına görə ona kömək etməyini xahiş etmişdir. Onun Rəhmanla aralarında yaxşı münasibət olduğu üçün onunla razılaşmış, həmin günü Rəhman bir ədəd işıq şitini, bir ədəd dinamo və bir ədəd akkumulyatoru onun yaşadığı evə gətirmiş və sohərisi günü birlikdə gedib satmalarını bildirmişdir. Həmin detalları götürüb evində saxlamış, səhərisi günü Rəhmanla birlikdə taksi ilə Rəhmanın bir gün əvvəl yaşadığı evə gətirdiyi bir ədəd işıq şitini, bir ədəd dinamonu və bir ədəd akkumulyatoru Abşeron rayonunun Masazır qəsəbəsinə aparıb, orada işıq generatorunun alqı-satqısı ilə məşğul olan şəxsə 100 manata satmışlar. Həmin vaxt alıcı şəxsiyyəti təsdiq edən sənəd tələb etdiyi üçün, o, həmin detalların özünə məxsus olmasını bildirmiş və şəxsiyyət vəsiqəsi ilə həmin detalları satıb aldığı 100 manat puldan 12 manat borcunu çıxdıqdan sonra qalan 88 manat pulu Rəhmana vermiş, bundan sonra işə getmişdir. Bir neçə gün sonra, dəqiq yadında qalmayan günlərin birində Rəhman onun yaşadığı evə gələrək, bir ədəd starteri ona vermiş və işə getməli olduğu üçün vaxtının olmadığını deyərək, həmin starteri əvvəl satdıqları yerə gedib sataraq, pulunu ona verməsini xahiş etmişdir. O, Rəhmanla razılaşmış və Rəhmanın ona verdiyi bir ədəd stateri Abşeron rayonunun Masazır qəsəbəsinə aparıb, orada bir neçə gün əvvəl birlikdə satdıqları generator alqı-satqısı ilə məşğul olan obyektə 50 manata özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satmışdır. Əldə etdiyi pulu Rəhmana vermək üçün dəfələrlə sonuncu ilə əlaqə saxlamış, lakin Rəhman həmin gün telefonu bağlı olduğu üçün, onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra Rəhman onunla əlaqə saxlamış və satdığı starterin 50 manat pulunun onda qalmasını demiş, o, da həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonradan məlum olmuşdur ki, iki dəfə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satdığı detalları Rəhman oğurluq yolu ilə əldə etmişdir. O, göstərmişdir ki, oğurluq və ya başqa heç bir cinayət hadisəsi törətməmişdir, Rəhmanla birlikdə oğurluq etməmiş, özünə məxsus şəxsiyyəti vəsiqəsi ilə satılan detalları, Rəhmanın ona həmin detalların özünə məxsus olmasını dediyinə və ona inandığına görə özünə məxsus olan şəxsiyyət vəsiqə ilə satmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini törətdiyindən bir neçə ay əvvəl tanımış və onlarla aralarında normal münasibət var. 2019cu ilin noyabr ayının ortalarından 2020-ci ilin yanvar ayının əvvəllərinədək o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, A.Fətəliyev küçəsi, 121 saylı binanın yaxınlığında yerləşən “Tea House” çay evini icarə əsasında işlətmişdir. Rəhman isə işlədiyi çay evinə məxsus kafenin yanında yerləşən avtomobil yuma məntəqəsində işləmiş və qalmağa yeri olmadığına görə, orada yaşamışdır. 28 dekabr 2019-cu il tarixdə Rəhman ona çay evinin generatorunun detallarını oğurlayıb sataraq qazanc əldə etməyi təklif etmiş və o, Rəhmanla razılaşmışdır. Həmin gün axşam onlar oğurluq etməyi planlaşdırmış, işlətdiyi “Tea House” çay evinin təhlükəsizlik kameralarını düşən törədəcəkləri oğurluq hadisəsini özündə əks etdirən video görüntüləri silməyi də öhdəsinə götürmüşdür. Beləliklə, 28 dekabr 2019-cu il tarixdən 29 dekabr 2019-cu il tarixə keçən gecə, saat 04 radələrində o, Rəhmanla birlikdə “Tea House” çay evinin arxasında yerləşən həmin çay evinə məxsus işıq generatoruna yaxınlaşmış və Rəhman generatorun açıq olan qapısının yanında dayanıb generatorun nasosunu sökmüşdür. Həmin vaxt o, özünə məxsus mobil telefonu ilə Rəhmanın işlədiyi yerə işıq tutmuş, Rəhman isə generatorun nasosunu özü ilə gətirdiyi təmir açarları ilə söküb, nasosu çölə çıxartmışdır. Sonra isə onlar birlikdə oğurladıqları nasosu generatorun yanında saxlamışlar ki, səhərisi günü aparıb sataraq qazanc əldə etsinlər. Səhərisi günü o, Rəhmanla birlikdə oğurladıqları detalları götürərək, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən işıq generatorunun alqı- satqısı ilə məşğul olan şəxsin yanma getmiş və oğurladıqları nasosu 110 manata satmış, həmin 1 10 manat pulu Rəhmanla öz aralarında bərabər şəkildə bölmüşlər. Bundan sonra birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə iş yerinə qayıtmışlar. O, göstərmişdir ki, bundan başqa hər hansı bir oğurluq və ya başqa cinayət hadisəsi törətməmişdir. 06 yanvar 2020-ci il tarixdə polis əməkdaşları müqavilə olmadan icarə qaydasında işlətdiyi “Tea House” çay evinə gəlmiş, o, artıq obyekt sahibi Zərərçəkmiş şəxs polisə şikayət etdiyini gördükdə çox həyacanlanmış və Rəhmanla birlikdə oğurluq hadisəsi törətdiyini etiraf etmişdir. O, zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin həyətinin arxa hissəsində olan “Genpower” markalı işıq generatorunun işlək hissələrini oğurlamışdır. Baş vermiş hadisə ilə bağlı ifadə verdiyi zaman işıq generatorunun detallarının ilkin aldığı qiymətini bildirmiş və həmin detalların istifadədə olmasını və aşınmasını nəzərə almamışdır. Ona görə də, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Məhkəməsinin 23 aprel 2020-ci il tarixli 9/440 nömrəli rəyində göstərildiyi kimi, hadisə zamanı oğurlanmış yanacaq pompası 01 ədəd 2167 (iki min yüz altmış yeddi) manat, starter (marş motoru) 01 ədəd 400 (dörd yüz) manat, şarj alternatoru (dinomo) 01 ədəd 353 (üç yüz əlli üç) manat, AKU şarj redressoru 01 ədəd 97 (doxsan yeddi) manat, idarəedici monitor 01 ədəd 588 (beş yüz səksən səkkiz) manat, su qızdırıcı, ten, termostat 01 ədəd 46 (qırx altı) manat, pikap 01 ədəd 105 (yüz beş) manat, rele start-stop 68 (altmış səkkiz) manat, çevirici 54 (əlli dörd) manat, kontaktor 700 (yeddi yüz) manat, hava kollektoru 400 (dörd yüz) manat, akkumlyator 90 AH 01 ədəd 180 (yüz səksən) manat, klemniklər 20 (iyirmi) manat, işçilik 500 (beş yüz) manat olmaqla nəzəri hesablama yolu ilə təqdim edilmiş 12 mart 2020-ci il tarixli qüsur aktına əsasən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 01 ədəd şiti, 01 starteri və 01 ədəd nasosunun təqdim edilmiş GNT-70 70 KVA-lıq generatora dəymiş ziyanın məbləği 2019-cu ilin dekabr ayına təxminən 4642 (dörd min altı yüz qırx iki) manat müəyyən edilməsi və dəyişilməli hissələrin qiymətinin 4142 (dörd min yüz qırx iki) manat və təmir-bərpa işlərinin qiymətinin isə 500 (beş yüz) manat məbləğində olması ilə tam razıdır. Hadisənin baş verdiyi həmin obyekt onun özünə məxsusdur və özü obyekti işlədir. Lakin, son zamanlar səhhətində olan problemlərlə bağlı obyekti özü işlədə bilmədiyi üçün obyekt işlək vəziyyətdə olsun deyə, bir neçə müddət tanıdığı Emilə şifahi şəkildə heç bir sənədləşmə aparmadan vermişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən cinayət əməlləri nəticəsində ona vurulmuş bütün ziyanı tam olaraq ödəmişdir, bu səbəbdən onun təqsirləndirilən şəxslərin heç birindən şikayəti və tələbi yoxdur, göstərilən xüsusatların məhkəmə tərəfindən nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngün cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Zərərçəkmiş şəxs Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında yerləşən “Tea House” çay evinin sahibidir. Lakin, həmin çay evi atasına məxsus olsa da, onun adına sənədləşdirilmişdir. Atasından eşitdiyinə görə 2019cu ilin dekabr ayında həmin çay evinin arxa hissəsində olan “Genpovver” markalı işıq generatorunun işlək hissələri müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsinə görə maddi ziyan özünə deyil, atasına dəymişdir. Ona görə də həmin maddi ziyanla əlaqədar heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhərində yerləşən “Həsənoğlu” firmasının direktorudur. İş üzrə Zərərçəkmiş şəxs məxsus işıq generatorunun quruluşuna əsasən demək olar ki, 06 dekabr 2019-cu il tarixdə həmin generatorun 1 ədəd şarj alternatoru (dinamosu), 1 ədəd AKU şarj redressoru, 1 ədəd idarəedici monitor 6120, 9 ədəd çevirici, 2 ədəd kontaktor, 1 ədəd hava kollektoru, 1 ədəd akkumlyator 90 AH və klemiklər, 16 dekabr 2019-cu il tarixdə 1 ədəd starter (marş motoru), 1 ədəd su qızdırıcı, ten, termostat, 1 ədəd pikap, 2 ədəd rele startstop, 29 dekabr 2019-cu il tarixdə isə 1 ədəd yanacaq pompası naməlum şəxs tərəfindən oğurlanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, işıq generatoru alğı-satqısı ilə məşğul olur. Bir ildən çoxdur ki, Abşeron rayonunda işıq generatoru mağazasını işlədir. İşıq generatorunun bütün ehtiyyat hissələrinin dəqiq qiymətini bilir. 20 dekabr 2019-cu il tarixdə əvvəldən tanımadığı iki nəfər şəxsdən işıq generatorunun şitini, starterini və dinamosunu, bunların üçü iki ehtiyyat hissəsi sayılır və bu iki ehtiyyat hissəsini Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin sürətini götürmək şərti ilə 100 manata almış və könüllü şəkildə zərərçəkmiş şəxsə təhvil verilməsi üçün polisə təhvil vermişdir. Bütün bu hərəkətlər işlətdiyi işıq generatoru mağazasının videokamerası ilə qeydiyyata alınmış, bıınun şahidi Zahid və Tural adlı şəxslərdir. İşlətdiyi Abşeron rayonundakı işıq generatoru mağazasında yalnız bir dəfə 20 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 işıq generatorunun şitini, starterini və dinomosunu cəmi 100 manata almışdır. Düzdür, adlarını dəqiq bilmədiyi ya iki, ya da üç nəfər şəxs dəfələrlə 2019-cu ilin dekabr ayında işlətdiyi işıq generatoru mağazasına gəlsələr də, cəmi bir dəfə 20 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 işıq generatorunun şitini, starterini və dinomosunu cəmi 100 manata almışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 18 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 18 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 18 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-24/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 19.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 18.03.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 29.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 19.03.2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 23.03.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 aprel 2020-ci il tarixli 9/440 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş 12.03.2020-ci il tarixli qüsur aktına əsasən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 01 ədəd şiti, 01 starteri, 01 ədəd nasosu təqdim edilmiş GNT-70 70 KVAlıq generatora dəymiş ziyanın məbləği 2019-cu ilin dekabr ayına təxminən 4642 (dörd min altı yüz qırx iki) manat müəyyən edilməklə, dəyişilməli hissələrin qiyməti 4142,00 (dörd min yüz qırx iki) manat və təmir-bərpa işlərinin qiyməti 500,00 (beş yüz) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Vətən Müharibəsi iştirakçısıdır və döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə» və « Qubadlının azad olunmasına görə» meddalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs3 məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməllərini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünü müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, məhkəmə istintaq zamanı dindirilmiş iş üzrə digər Təqsirləndirilən şəxs2 törədilmiş cinayət əməllərinin xüsusatları barəsində ifadə verərkən, onların bir qisminin Təqsirləndirilən şəxs3 ilə birlikdə törətdiyini etiraf etmişdir. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, gənc olduğunu, ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət əməli törətdiyini, Vətən Müharibəsi iştirakçısı olduğunu və döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə» və « Qubadlının azad olunmasına görə» meddalları ilə təltif olunduğunu, gənc olduğunu, ailəli olduğunu, himayəsində 1 azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu, gənc olduğunu, cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsə vurulmuş bütün zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərər tam olaraq ödənilmişdir, sonuncunun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Bu hal isə törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi məhkumların islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxslərdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumların islah edilmələrinə, onların qanuna tabe olan insana çevrilmələrinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixolcci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilmələrinə, ictimai-faydalı fəaliyyətə qayıtmalarına, normal cəmiyyətə tamamilə uyğunlaşmalarına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən barəsində cəzanın növünü və həddini müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin, Azərbaycan Respublikası CM-nin 61.1.1-61.1.13-cü maddələrində müəyyən edilmiş cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, onların məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, hazırki halda təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini tam təmin edir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərc ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 oğlundan, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 50 manat məhkəmə məsrəfləri müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Genpower” markalı işıq generatorunun 1 ədəd şarj alternatoru (dinamosu), 1 ədəd AKU şarj redressoru, 1 ədəd idarəedici monitoru, 9 ədəd çeviricisi, 2 ədəd kontaktoru, 1 ədəd hava kollektoru, 1 ədəd akkumlyatoru və klemikləri, 1 ədəd starteri (marş motoru), 1 ədəd su qızdırıcısı, teni, termostatı, 1 ədəd pikapı, 2 ədəd rele start-stopu və 1 ədəd yanacaq pompası ibtidai istinaq zamanı Zərərçəkmiş şəxs qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 18 fevral 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixədək tutuldugu 02 gün, həmçinin 18 mart 2021-ci ildən etibarən həbsdə saxlanıldığı 1 ay 19 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 03 (üç) ay 12 (on iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 18 fevral 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixədək tutuldugu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 fevral 2020-ci il tarixdən 20 fevral 2020-ci il tarixədək tutuldugu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs3 oğlundan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Genpower” markalı işıq generatorunun 1 ədəd şarj alternatoru (dinamosu), 1 ədəd AKU şarj redressoru, 1 ədəd idarəedici monitoru, 9 ədəd çeviricisi, 2 ədəd kontaktoru, 1 ədəd hava kollektoru, 1 ədəd akkumlyatoru və klemikləri, 1 ədəd starteri (marş motoru), 1 ədəd su qızdırıcısı, teni, termostatı, 1 ədəd pikapı, 2 ədəd rele start-stopu və 1 ədəd yanacaq pompası ibtidai istinaq zamanı Zərərçəkmiş şəxs qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-24/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-24/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver