Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-24/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Qəti Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 MMC-nin nümayəndəsi X3, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi (atası) X2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1998-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-182/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla və əvvəli 01 iyul 2021ci il tarixindən hesablanmaqla 01 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı iş üzrə 14 – 16 mart 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-112/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərarına əsasən barəsində 13 iyun 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, 26 – 28 aprel 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-186/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 aprel 2021-ci il tarixindən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılıb) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, xx xxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 26 – 28 aprel 2021-ci il tarixləri üzrə tutulmuş, 28 aprel 2021-ci ildə barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 14 – 16 mart 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-111/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 14 mart 2021-ci ildən hesablanmaqla 13 iyun 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, 13 iyun 2021-ci il tarixli qərarla barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 avqust 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı kəsib plastik pəncərəni açmaq yolu ilə evin içərisinə daxil olub oradan 270 manat dəyərində bir ədəd “Dewalt” markalı perforatoru, 270 manat dəyərində bir ədəd “Bosch" markalı perforatoru, 25 manat dəyərində kiçik ölçülü üzərində “Almaz” yazıları olan göy rəngli laqondanı, 120 manat dəyərində bir ədəd “Bosch” markalı makinanı (taxta kəsən aparatı), 700 manat dəyərində bir ədəd “Bosch” markalı uqlarez aparatı, 120 manat dəyərində 100 metr uzunluğunda 6x4 mm ölçülü elektrik naqilini, cəmi 275 manat dəyərində olan 2.5x4 mm ölçülü elektrik naqilini və 500 manat dəyərində müxtəlif elektrik və hamam aksessuarlarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 2.280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Qəti Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə çardağın qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq sonuncunun yaşayış sahəsindən hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində iki ədəd “Bosch” markalı perforatoru, 300 manat dəyərində bir ədəd “Hitachi” markalı dairəvi mişarı, 25 manat dəyərində açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqondanı, 100 manat dəyərində 5 litr su tutumlu, latun materialından olan odun samovarını, 40 manat dəyərində bir ədəd “Vitek” markalı elektrik çaynikini, 1kv/m 29 manat olmaqla cəmi 580 manat dəyərində 20 kv/m parketi və 420 manat dəyərində olan 1,5 kub metr 5x15 sm ölçüsündə taxtam gizli yolla talayaraq, zərərçəkmiş şəxs Qəti Zərərçəkmiş şəxs6 ümumilikdə 1.665 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 dekabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 8 ünvanda yerləşən təmiri davam edən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan qanunsuz daxil olaraq, həyətdəki evin plastik pəncərəsini açmaq yolu ilə içəri daxil olub evdən bır ədəd 50 manat dəyərində göy rəngli markası bilinməyən böyük ölçülü laqondanı, bir ədəd 20 manat dəyərində göy rəngli “Bosch” markalı dreli, 100 manat dəyərində bir ədəd perforatoru, bir ədəd 50 manat dəyərində laqondanı və 450 manat dəyərində bir ədəd kondisioneri gizli yolla talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 670 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin dekabr ayının sonlarında gecə radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan qanunsuz daxil olaraq, evdən bir ədəd 350 manat dəyərində “Hoffman” markalı, “40E3400” modelli, 40 düyüm LED televizoru və bir ədəd 80 manat dəyərində böyük ölçülü, üzərində “Stomer” yazıları olan qırmızı-boz rəngli perforatoru gizli yolla talayaraq, Zərərçəkmiş şəxs7 ümumilikdə 430 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki evin pəncərəsinin üzərindəki dəmir barmaqlıqları sındırıb plastikdən hazırlanmış pəncərəni açıb içəri daxil olub hər birinin dəyəri 250 manat olmaqla cəmi dəyəri 500 manat olan 2 ədəd perforatoru, 1 ədəd 25 manat dəyərində kiçik ölçülü laqondanı, hər birinin dəyəri 55 manat olmaqla cəmi dəyəri 110 manat olan 2 ədəd dreli, hər birinin dəyəri 78 manat olmaqla cəmi dəyəri 234 manat olan 4-lük ölçüdə 100 metrlik 3 top elektrik naqilləri və 1 ədəd 500 manat dəyərində elektrik mişarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 1.369 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Sosial evlər adlanan yaşayış kompleksinin həyətyanı sahəsinə daxil olaraq oradan “Mənzil inşaat Dövlət Agentliyi”nin nəzdində olan “Enerji Qrup" MMC-yə məxsus bir metri 35 manat dəyərində, cəmi dəyəri 3.010 manat olan 86 metr uzunluğunda 1x150 markalı, cəmi dəyəri 1.251 manat olan 139 metr uzunluğunda 5x10 markalı dövlət əhəmiyyətli elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4.261 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Sosial evlər adlanan yaşayış kompleksinin həyətyanı sahəsinə daxil olaraq oradan «Mənzil inşaat Dövlət Agentliyi»nin nəzdində olan Zərərçəkmiş şəxs9 MMC-yə məxsus bir metri 35 manat dəyərində 40 metr uzunluğunda 1x150 markalı dövlət əhəmiyyətli elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1.400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətyanı sahəsindəki əl damından 5.000 manat dəyərində bir ədəd 50-60 litrlik tutumu olan 01 ədəd mis qazanı, 25 manat dəyərində 01 ədəd qara qırmızı rəngli, kiçik ölçülü laqondanı, metri 5 manat olan ümumi dəyəri 175 manatlıq 35 metr qaynaq aparatının elektrik naqilini, metri 3 manat olan ümumi dəyəri 90 manatlıq 4x3 ölçüdə 30 metr elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 5.290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 mart 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətyanı sahəsindəki saxlanc yerindən 920 metr uzunluğunda müxtəlif ölçülü ümumi dəyəri 1.710 manat olan elektrik naqillərini, bir ədəd dəyəri 90 manat olan samovarı, bir ədəd 280 manat dəyərində “Bosche” markalı laqondanı, otuz ədəd 20 millimetrlik ümumi dəyəri 150 manat olan qaz vintlərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 2.230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 aprel 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətyanı sahəsindən metri 3 manat olan ümumi dəyəri 210 manatlıq 4x3 ölçüdə 70 metr elektrik naqilini, metri 5 manat olan ümumi dəyəri 100 manatlıq 20 metr 32-lik qaynaq aparatının elektrik naqilini, metri 5 manat olan ümumi dəyəri 60 manatlıq 12 metr uzunluğunda qaynaq aparatının elektrik naqilini və metri 2 manat olan ümumi dəyəri 20 manatlıq 2x6 ölçüdə 10 metr elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 390 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 aprel 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətdəki evin pəncərəsindən evə daxil olub bir ədəd 50 manat dəyərində böyük ölçülü üzərində “Kzubr” yazılan olan qırmızı-boz rəngli laqondanı, bir ədəd 120 manat dəyərində 7 litr su tutumlu, latun materialından olan odun samovarını, 1 ədəd 1.400 manat dəyərində Siemens markalı kondisioneri, 1 ədəd 500 manat dəyərində su qızdırıcı aparatı, 1 ədəd 70 manat dəyərində dreli və cəmi 300 manat dəyərində sport lampalarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 2.440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 mart 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətyanı sahəsindəki saxlanc yerindən 920 metr uzunluğunda müxtəlif ölçülü ümumi dəyəri 1.710 manat olan elektrik naqillərini, bir ədəd dəyəri 90 manat olan samovarı, bir ədəd 280 manat dəyərində “Bosche” markalı laqondanı, otuz ədəd 20 millimetrlik ümumi dəyəri 150 manat olan qaz vintlərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs8 ümumilikdə 2.230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 aprel 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətyanı sahəsindən metri 3 manat olan ümumi dəyəri 210 manatlıq 4x3 ölçüdə 70 metr elektrik naqilini, metri 5 manat olan ümumi dəyəri 100 manatlıq 20 metr 32-lik qaynaq aparatının elektrik naqilini, metri 5 manat olan ümumi dəyəri 60 manatlıq 12 metr uzunluğunda qaynaq aparatının elektrik naqilini və metri 2 manat olan ümumi dəyəri 20 manatlıq 2x6 ölçüdə 10 metr elektrik naqilini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 390 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 aprel 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, həyətdəki evin pəncərəsindən evə daxil olub bir ədəd 50 manat dəyərində böyük ölçülü üzərində “Kzubr” yazıları olan qırmızı-boz rəngli laqondanı, bir ədəd 120 manat dəyərində 7 litr su tutumlu, latun materialından olan odun samovarım, 1 ədəd 1.400 manat dəyərində Siemens markalı kondisioneri, 1 ədəd 500 manat dəyərində su qızdırıcı aparatı, 1 ədəd 70 manat dəyərində dreli və cəmi 300 manat dəyərində sport lampalarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 2.440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Sosial evlər adlanan yaşayış kompleksinin həyətyanı sahəsinə daxil olaraq oradan “Mənzil inşaat Dövlət Agentliyi”nin nəzdində olan "Enerji Qrup” MMC-yə məxsus bir metri 35 manat dəyərində, cəmi dəyəri 3.010 manat olan 86 metr uzunluğunda 1x150 markalı, cəmi dəyəri 1.251 manat olan 139 metr uzunluğunda 5x10 markalı dövlət əhəmiyyətli elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 4.261 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 21 avqust 2020-ci il tarixdən 22 avqust 2020-ci il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evdən çıxaraq öz yaşadığı məhəllə ilə piyada gedərək ətrafıma nəzər yetirdi ki, işıqları yanmayan və yaşayış olmayan ev tapsa oradan oğurluq etsin. Bu məqsədlə də Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu ilə bir az piyada hərəkət etdikdən sonra əvvəlcədən tanımadığı sonradan adını bildiyi Qabil adlı şəxsin evində işıqların yanmadığını görüb həmin evdə heç kimin yaşamadığını başa düşdü, bundan sonra ətrafa boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşdü və həyətdə yerləşən evə yaxınlaşdı. Bu zaman evin plastik pəncərəsinin üzərində dəmir barmaqlıqlar olduğunu gördü və həmin vaxt özü ilə götürdüyü dəmir kəsən alətlə pəncərələrdən birinin üzərindəki dəmir barmaqlığı ehtiyatla kəsib bir kənara yığdı. Bundan sonra həmin pəncərənin kilid hissəsindən bərk vurub açdı və pəncərədən evə daxil oldu. Bu zaman həmin evdə təmir getdiyini və evdə bir çox təmirtikinti alət və əşyalarının olduğunu gördü, həmin evdən müxtəlif təmir-tikinti alət və əşyalarını, bir qədər elektrik naqilini və bəzi hamam aksessuarlarını götürüb hissə-hissə evin həyətinə yığdı. Həmin əşyaların arasında perforator və laqonda da var idi. Sonra isə evdən çıxıb həyətə yığdığı əşyaları daşıyaraq hissə-hissə evin darvaza qapısını açaraq çölə çıxardı. Darvaza qapısını arxadan bağlayıb həyətin hasarına qalxaraq çölə düşdü. Bundan sonra oğurladığı əşyaları götürüb yaşadığı evin yaxınlığında yaşayış olmayan torpaq sahəsində gizlətdi və yaşadığı evə gedib yatdı. Səhərisi gün isə oğurladığı əşyaları tanımadığı bir taksi sürücüsü ilə Sabunçu qəsəbəsində yerləşən "Rus bazarı” deyilən yerə apardı və orada tanımadığı şəxslərə oğurladığı əşyaları cəmi 425 manata satdı. Yalnız bir ədəd laqondanı boş sahəlikdə gizlətdiyi yerdə qalan digər oğurladığı əşyaların yanında saxladı ki, sonra satar. Oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyacları üçün xərclədi, oğurluq zamanı dəmir barmaqlığı kəsdiyi dəmir kəsən aləti hazırda yadında qalmayan bir yerdə atdı. 09 dekabr 2020-ci il tarixdə əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Şahmar adlı şəxsin evindən oğurluq etmişdir. Belə ki, həmin gün saat 02 radələrində yaşadığı evdən çıxıb Hövsan qəsəbəsində piyada gedərək ətrafına nəzər yetirmişdir ki, işıqları yanmayan və yaşayış olmayan ev tapsa oradan oğurluq etsin. Bu məqsədlə də Hövsan qəsəbəsi, Çöllük küçəsi ilə bir az piyada hərəkət etdikdən sonra həmin Çöllük küçəsində olan həyət evlərindən birində işıqların yanmadığını görmüş və həmin evdə heç kimin yaşamadığını başa düşmüşdür. Bundan sonra ətrafa boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüş, həyətdə yerləşən evə yaxınlaşıb evin plastik pəncərəsinin kilid hissəsini bərk sıxaraq açmış və pəncərədən evə daxil olub hazırda yadında qalmayan, aralarında drel, laqonda və digər təmir-tikinti alət və əşyalarını götürüb evin həyətinə yığmış, sonra isə həmin evə quraşdırılmış bir ədəd kondisioneri də götürüb oğurladığı digər əşyalarla birlikdə hissə-hissə daşıyaraq darvaza qapısından çölə çıxarmışdır. Sonra oğurladığı əşyaları aparıb oğurluq etdiyi evdən bir az aralıda boş torpaq sahəsində gizlətmiş, səhəri gün oğurladığı əşyalardan kondisioneri söküb motor hissəsini götürmüş və səyyari metal yığan tanımadığı şəxslərə 40 manata satmışdır. Kondisionerin çöl hissəsini isə hazırda yadında qalmayan bir yerdə zibilliyə tullamışdır. Oğurladığı digər əşyalardan bir hissəsini sahəlikdə saxlamış, bir hissəsini isə Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı" deyilən yerə aparıb orada tanımadığı şəxslərə cəmi 110 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Eyni zamanda 2020-ci ilin dekabr ayının sonunda saat 03 radələrində oğurluq etmək məqsədi ilə Hövsan qəsəbəsi, Quşçuluq sovxozu ilə bir az piyada hərəkət etdikdən sonra həyət evlərindən birində işıqların yanmadığını görüb və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Eldar adlı şəxsin evinin həyətyanı sahəsinin hasarına qalxıb həyətə düşdü və həyətdə yerləşən evə yaxınlaşıb evin plastik pəncərəsini sıxıb açaraq evə daxil oldu. Evdən bir ədəd perforator götürdü evin seyf qapısına yaxınlaşdı və arxadan qapını açaraq çölə çıxdı. Bu zaman yadından çıxdığı üçün evin qapısını örtmədi. Küçəyə çıxıb perforatoru yaşadığı evin yaxınlığındakı boş sahəliyə aparıb orada gizlətdi. Daha sonralar oğurladığı digər əşyalarla birlikdə həmin perforatoru polis əməkdaşlarına təqdim edib. Bundan başqa Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etdilər. Belə ki, fəhlə işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilməkdə olan sosial evlər adlanan yaşayış kompleksində elektrik naqilləri olduğunu gördü, 27 fevral 2021-ci il tarixdə günorta saatlarında Seymurla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən “Məhəllə" adlı kafedə çay içən zaman Seymura Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilməkdə olan sosial evlər adlanan yaşayış kompleksindəki elektrik naqillərini oğurlamağı təklif etdi. Həmin vaxt Seymur pula ehtiyacı olduğunu deyib onunla razılaşdı və birlikdə qeyd etdiyi ünvanda yerləşən elektrik naqillərini oğurlayıb sataraq pul əldə etmək qərarına gəldilər. Bu məqsədlə 28 fevral 2021ci il tarixə keçən gecə saat 02 radələrində Seymurla birlikdə sosial evlər adlanan yaşayış kompleksinə daxil olub onda olan dəmirkəsənlə təxminən 15 metr elektrik naqilini kəsdi və Seymurla birlikdə həmin elektrik naqilini ağır olsa belə çətinliklə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən evinin yaxınlığına gətirdilər. Bundan sonra birlikdə həmin elektrik naqilini yaxınlıqda yerləşən sahibini tanımadığı, heç kəs yaşamayan bir evin hasarının üzərindən həyətə atdılar. 01 mart 2021ci il tarixdə Seymurla birlikdə oğurladığı həmin elektrik naqilini yaşadığı evin yaxınlığında tanımadığı şəxsə özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini deyib 180 manata satdı. Sonradan həmin 180 manat pulun 90 manatını Seymura verdi, əldə etdiyi həmin 90 manatı şəxsi ehtiyaclarına xərclədi. Daha sonra 11 mart 2021-ci il tarixdə yenidən Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilməkdə olan sosial evlər adlanan yaşayış kompleksindəki elektrik naqillərinin bir hissəsini oğurlamaq qərarına gəldi və ona görə də həmin günü saat 02 radələrində həmin ünvana gedib əvvəlki qaydada elektrik naqilləri olan yerə yaxınlaşdı, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra özündə olan dəmirkəsənlə təxminən 15 metr elektrik naqilini kəsdi və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən evin yaxınlığına gətirdi. Bundan sonra həmin elektrik naqilini yaxınlıqda yerləşən sahibini tanımadığı evin hasarının üzərindən həyətə atdı, sonra isə əvvəl oğurladığı əşyaları yığdığı yaşadığı evin yaxınlığındakı boş sahəliyə aparıb gizlətdi. 28 mart 2021-ci il tarixdə saat 01 radələrində dostu Hüseyn ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayış olmayan evdən oğurluq etmək qərarına gəldi, bu məqsədlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində piyada hərəkət edərkən, işığı yanmayan, yaşayış olmayan ev gördü, Hüseyn ilə birlikdə ətrafı mişar daşları ilə əhatə olunan evin hasarından aşma yolu ilə evin həyətinə daxil olub oğurluq etməyi qərarlaşdırdılar. Bundan sonra Şahzadə adlı şəxsin evinin həyətinə əvvəlcə özü hasardan aşaraq həyətyanı sahəsinə daxil oldu, sonra Hüseyn də eyni qaydada hasardan aşaraq evin həyətyanı sahəsinə daxil oldu, hər ikisi əllərindəki alışqanın fənəri ilə ətrafa nəzər saldıqda evin həyətyanı sahəsində saxlanc yeri olduğunu görüb həmin saxlanc yerinin üzərində qıfıl olduğu üçün həmin evin həyətyanı sahəsindən tapdığı dəmir parçası ilə qıfılı sındırıb qapını açdı. Hüseynlə birlikdə həmin evin saxlanc otağına daxil olub əllərindəki alışqanın fənəri ilə anbara nəzər saldıqda müxtəlif ölçülü elektrik naqilləri, bir ədəd samovar, bir ədəd laqonda və çox sayda qaz vintləri olduğunu görüb müxtəlif ölçülü elektrik naqillərini, bir ədəd samovar, bir ədəd laqonda və çox sayda qaz vintlərini saxlanc otağının qapısından çıxardaraq evin həyətyanı sahəsinə yığdılar. Bundan sonra Hüseyn ilə birlikdə müxtəlif ölçülü elektrik naqillərini evin həyətyanı sahəsindən evin çöl hissəsinə hasardan atdılar, daha sonra hasarın üzərinə qalxdı və hasarın üstündə dayanaraq uzanıqlı vəziyyətdə əlini aşağı endirib Hüseynin verdiyi bir ədəd samovarı evin çöl hissəsində olan torpaq sahəyə atdı, sonra eyni qaydada bir ədəd laqondanı və qaz vintlərini evin çöl hissəsində olan torpaq sahəyə atdı. Daha sonra hasardan özü də evin çöl hissəsinə endi, Hüseyn də öz növbəsində evin həyətyanı sahəsindən evin çöl hissəsinə hasardan endi, bundan sonra həmin evin yaxınlığında Hüseyn ilə birlikdə oğurladığı müxtəlif ölçülü elektrik naqillərini yandırdılar ki, çox miqdarda əlvan metal əldə etsinlər. Elektrik naqillərini yandırdıqdan sonra əldə etdiyi əlvan metalı, bir ədəd samovar, bir ədəd laqonda və sayı yadında qalmayan çox sayda qaz vintlərini səhər tezdən gedib əşyaları sata bilməyi üçün kolluq sahədə gizlətdilər. 28 mart 2021-ci il tarixdə saat 10 radələrində Hüseyni çağırdı, lakin Hüseyn yorğun olduğunu bildirərək gəlmədi, özü əşyaları gizlətdiyi yerdən götürüb Hövsan qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə aparmaq üçün piyada hərəkət edərkən markasını və dövlət qeydiyyat nömrəsini xatırladığım avtomobildə olan sürücü və sərnişinə dəmir metal aldığını söyləyərək Hövsan qəsəbəsində avtomobil ilə hərəkət etdiyini görüb həmin şəxslərə yaxınlaşaraq əlində olan torbaların içərisindəki əlvan metalı həmin şəxslərə 150 manata satdı. Eyni zamanda həmin şəxslərə bildirdi ki, “beş dəqiqə gözləsinlər özünə məxsus qaz vintlərini gətirib onları da əlvan metal kimi alsınlar”, həmin şəxslər ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda onlara özünə məxsus olduğunu dedi, bundan sonra yenidən oğurluq yolu ilə əldə etdiyi əşyaları gizlətdiyi kolluq sahəyə gəlib çox sayda qaz vintlərini torbaya yığdı və həmin şəxslərin olduğu yerə gətirib tanımadığı iki nəfər şəxs qaz vintləri latun əlvan metalı olduğu üçün ümumi 40 manata aldılar. Bundan sonra Hövsan qəsəbəsində yaşayan tanımadığı şəxsə bir ədəd samovarı 20 manata, bir ədəd laqondanı isə 40 manata satdı. Ümumilikdə əldə etdiyi 250 manat puldan 50 manatını Hüseynə verdi, qalan 200 manatı özü üçün xərclədi. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, ittiham aktında göstərilən digər əşyaları oğurlamayıb, həmçinin ona ittiham olunan digər epizodlar üzrə cinayət əməllərini törətməyib. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 28 mart 2021-ci il tarixdə saat 01 radələrində dostu Mirağa ilə oğurluq etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayış olmayan ev axtardılar. Bu məqsədlə Mirağa ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində piyada hərəkət edərkən işığı yanmayan, yaşayış olmayan ev gördülər, Mirağa ilə birlikdə oğurluq etmək qərarına gəldilər və ətrafı mişar daşları ilə əhatə olunan evin hasarından aşma yolu ilə evin həyətinə daxil oldular. Bundan sonra birinci Mirağa hasardan aşaraq həmin evin həyətyanı sahəsinə daxil oldu, o, isə Mirağanın ardınca hasardan aşaraq evin həyətyanı sahəsinə daxil oldu. Əllərindəki alışqanın fənəri ilə ətrafa nəzər saldıqda gördülər ki, evin həyətyanı sahəsində saxlanc yeri var. Həmin saxlanc yerinin üzərində qıfıl olduğu üçün Mirağa həmin evin həyətyanı sahəsindən tapdığı dəmir parçası ilə qıfılı sındırdı və qapını açdı. Mirağa ilə birlikdə həmin evin saxlanc otağına daxil olub əllərindəki olan alışqanın fənəri ilə anbara nəzər saldıqda müxtəlif ölçülü elektrik naqilləri, bir ədəd samovar, bir ədəd laqonda və çox sayda qaz vintləri olduğunu gördülər. Bundan sonra Mirağa ilə birlikdə müxtəlif ölçülü elektrik naqillərini, bir ədəd samovar, bir ədəd laqonda və çox sayda qaz vintlərini saxlanc otağının qapısından çıxardaraq evin həyətyanı sahəsinə yığdılar. Daha sonra Mirağa ilə birlikdə müxtəlif ölçülü elektrik naqillərini evin həyətyanı sahəsindən evin çöl hissəsinə hasardan atdı, Mirağa hasarın üzərinə qalxıb hasarın üstündə dayandı, o, isə birinci bir ədəd samovarı Mirağaya verdi, Mirağa bir ədəd samovarı ondan götürüb hasardan çölə atdı, daha sonra eyni qaydada bir ədəd laqondanı və qaz vintlərini tək-tək Mirağaya verdi. Bundan sonra həmin evin yaxınlığında Mirağa ilə birlikdə oğurladığı müxtəlif ölçülü elektrik naqillərini yandırdılar və çox miqdarda əlvan metal əldə etdilər. Elektrik naqillərini yandırdıqdan sonra əldə etdiyi əlvan metalı, bir ədəd samovar, bir ədəd laqonda və çox sayda qaz vintlərini satmaq üçün kolluq sahədə gizlətdilər. 28 mart 2021-ci il tarixdə saat 10 radələrində Mirağa onu əşyaları satıb əldə edilən pulu bölmək üçün çağırdı, həmin zaman yorğun olduğu üçün Mirağa ilə birlikdə oğurladığı əşyaları satmağa getmədi. 28 mart 2021-ci il tarixdə saat 18 radələrində Mirağa ilə Hövsan qəsəbəsində görüşdü, Mirağa ona cəmi 50 manat pul verdi. Bundan başqa 04 aprel 2021-ci il tarixdə saat 02 radələrində Mirağa ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisinə gəlib orda gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başladılar, həmin vaxtı yaxınlıqda yerləşən evlərdən birinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını bilib Fətəli adlı şəxsin evinə hasardan aşaraq həyətə keçdi, Mirağa isə küçədə dayanıb onu gözləməyə başladı. Evin həyətində olan elektrik naqilini gördükdə həmin naqili küçəyə çıxardı və Mirağa ilə birlikdə həmin naqili də götürüb oradan uzaqlaşdılar. Birlikdə oğurladığı təxminən 70-80 metr uzunluğunda naqili Mirağa özü ilə götürüb apardı və ona bildirdi ki, həmin naqili satıb əldə etdiyi puldan ona da verəcəkdir. Bir neçə gün sonra Mirağa ona 50 manat pul verdi və birlikdə oğurladığı naqili tanımadığı şəxsə satdığını bildirdi. Əldə etdiyi 50 manat pulu şəxsi ehtiyaclarına xərclədi. 25 aprel 2021-ci il tarixdə saat 02 radələrində Mirağa ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisinə gəlib yaşayış evlərinin yaxınlığında gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev axtarmağa başladılar, həmin vaxt evlərdən birinin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığını bilib yaxınlaşıb evin hasarından aşaraq həyətə keçdilər. Daha sonra evə yaxınlaşaraq pəncərəni əlləri ilə sıxaraq açıb həmin pəncərədən evə daxil oldular və evdə olan 1 ədəd kondisioneri, 1 ədəd su qızdırıcı, 1 ədəd odun samovarı, 1 ədəd laqonda və 1 ədəd dreli evin pəncərəsindən həyətə, oradan da küçəyə çıxartdılar. Bu əşyalardan ona yalnız kondisioner verilib. Oğurladığı qalan əşyaları isə Mirağa özü ilə apardı və həmin əşyaları satdıqdan sonra əldə etdiyi pulun bir hissəsini ona verəcəyini bildirdi. Qeyd etdiyi oğurluqlardan başqa heç cinayət törətməyib. Törətdiyi cinayət əməllərinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, hərdən Mirağa ilə görüşüb çay evində çay içib, söhbət edirdilər. 27 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən “Məhəllə” adlı kafedə birlikdə çay içən zaman Mirağa ona Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilməkdə olan sosial evlər adlanan yaşayış kompleksindəki elektrik naqillərini oğurlamağı təklif etdi, həmin vaxtı pula ehtiyacı olduğuna görə onunla razılaşdı və birlikdə qeyd etdiyi ünvanda yerləşən elektrik naqillərini oğurlayıb sataraq pul əldə etmək qərarına gəldilər. Ona görə də, 28 fevral 2021ci il tarixə keçən gecə saat 02 radələrində Mirağa ilə birlikdə sosial evlər adlanan yaşayış kompleksinin yaxınlığına getdi və yaxınlıqda heç kimin olmadığına əmin olduqdan sonra birlikdə tikinti işləri aparılan həyətyanı sahəyə daxil oldular. Bundan sonra Mirağa özündə olan dəmirkəsənlə təxminən 15 metr uzunluğunda elektrik naqilini kəsdi və birlikdə həmin elektrik naqilinin ağırlığına baxmayaraq çətinliklə Mirağanın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən evin yaxınlığına apardılar. Bundan sonra birlikdə həmin elektrik naqilini yaxınlıqda yerləşən sahibini tanımadığı evin hasarının üzərindən həyətə atdılar. 01 mart 2021-ci il tarixdə Mirağa ilə birlikdə oğurladığı həmin elektrik naqilini tanımadığı şəxsə 180 manata satdılar və həmin pulun 90 manatını Mirağa ona verdi. Həmin 90 manat pulu şəxsi ehtiyaclarına xərclədi. 14 mart 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında olan zaman tanımadığı şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdi və hər hansı bir cinayət hadisəsi törədib-törətməməyi barədə soruşduqda Mirağa ilə birlikdə törətdiyi oğurluq hadisəsini səmimi etiraf etdi. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 20 mart 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində yerləşən evinin həyətyanı sahəsinə naməlum şəxs daxil olub həyətyanı sahəsindəki əl damından 1 ədəd mis qazan, 1 ədəd laqonda, 35 metr qaynaq aparatının kabeli və 12 metr uzunluğunda qalın kabeli oğurlamışdır. Həmin hadisə nəticəsində ona 800 manat ziyan dəyib. Bundan başqa, 04 aprel 2021-ci il tarixə keçən gecə naməlum şəxs yenidən həyətində olan 80 metr uzunluğunda kabeli oğurlayıb. Həmin oğurluq hadisəsinə görə ona 1.200 manat ziyan dəyib. 20 mart 2021-ci il tarixdə evinin həyətyanı sahəsindəki əl damından özünə məxsus 5.000 manat dəyərində olan 50-60 litrlik tutumlu 01 ədəd mis qazan, 40 manat dəyərində 01 ədəd laqonda, metri 5 manat olan ümumi dəyəri 175 manatlıq 35 metr qaynaq aparatının elektrik naqili, metri 3 manat olan ümumi dəyəri 90 manatlıq 4x3 ölçüdə 30 metr elektrik naqili oğurlanıb. Həmin hadisə nəticəsində ona 5.305 manat ziyan dəyib. Bundan başqa, 04 aprel 2021-ci il tarixə keçən gecə həyətində metri 3 manat olan ümumi dəyəri 210 manatlıq 4x3 ölçüdə 70 metr elektrik naqili, metri 5 manat olan ümumi dəyəri 100 manatlıq 20 metr 32-lik qaynaq aparatının elektrik naqili, metri 5 manat olan ümumi dəyəri 60 manatlıq 12 metr uzunluğunda qaynaq aparatının elektrik naqili və metri 2 manat olan ümumi dəyəri 20 manatlıq 2x6 ölçüdə 10 metr elektrik naqili oğurlanıb. Həmin oğurluq hadisəsinə görə ona 390 manat ziyan dəyib. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, nömrəsiz ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır, lakin orada təmir işləri aparılır deyə hazırda orada yaşayış yoxdur. Buna görə də, arada bir gedib həmin evinə baş çəkir və orada usta işləyir. Sonuncu dəfə 08 dekabr 2020-ci il tarixdə həmin evinə gedib baş çəkmişdir və həmin gün orada usta işlədikdən sonra axşam saat 19 radələrində evdən çıxmışlar. Evdən çıxan zaman özü evin çöl qapısını və darvazasını bağlamışdır. Bundan iki gün sonra, yəni 10 dekabr 2020-ci il tarixdə saat 11-12 radələrində gedib həmin evinə baş çəkdikdə evin plastik pəncərəsindən birinin açıq vəziyyətdə olduğunu aşkar etdi, evə daxil olduqda evindən ona məxsus olan 50 manat dəyərində bir ədəd drel, 100 manat dəyərində bir ədəd perforator, hər biri 50 manat olmaqla cəmi 100 manat dəyərində olan iki ədəd laqonda və 450 manat dəyərində bir ədəd kondisionerin yerində olmadığı və oğurlandığını aşkar etdi. Evin digər otaqlarına və həyətə baxdı, lakin həmin əşyaları tapa bilmədi. Bundan sonra evindən oğurluq olduğunu başa düşdü və dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi nömrəsiz ünvanda 5 aya yaxındır ki, 2 sot yarım torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafını daş hasarla hördürmüşdür. Torpaq sahəsinin içərisində 1 mərtəbəli yuxarı hissəsi mansarlı həyət evi tikdirmiş, lakin evi tam təmir edib başa çatdırmamışdır. Hal-hazırda da həmin evdə ustalar işləyirlər. 11.01.2021-ci il tarixdə saat 08 radələrində həmin evə gedib baş çəkəndə evin arxa hissəsində divara bərkidilmiş dəmir barmaqlıqların sındırıldığını və plastik pəncərənin açıq olduğunu görüb içəri baxdıqda naməlum şəxs və ya şəxslər tərəfindən içəri pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 250 manat olan iki ədəd perforator aparatı, ümumi dəyəri 80 manat olan bir ədəd laqonda aparatı, hər birinin dəyəri 55 manat olan iki ədəd drel aparatı, hər birinin dəyəri 78 manat olan dördlük ölçüdə 100 metrlik 3 top elektrik naqilləri və 500 manat olan bir ədəd elektrik mişar aparatının oğurlandığını aşkar etdi. Hadisə nəticəsində ona 1.424 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən iki sot torpaq sahəsində bir mərtəbəli həyət evi tikmişdir. Özü usta olduğu üçün qardaşı ilə birlikdə həmin evi özü tikmiş və təmirini aparır. Lakin evində təmir işləri tam bitmədiyi üçün orada yaşamır. Hər gün evinə gedib baş çəkir və vaxt tapdıqca evdə təmir işləri aparır. 21 avqust 2020-ci il tarixdə saat 17 radələrində sonuncu dəfə həmin evdə bir az təmir işləri gördükdən sonra yaşadığı evə getdi, səhərisi gün işi olduğu üçün evinə gedib baş çəkə bilmədi, iki gün sonra, yəni 23 avqust 2020-ci il tarixdə saat 18 radələrində evinə gəldiyi zaman həyətində evinin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlıqlarının kəsilərək doğranıb yerə yığıldığını və həmin plastik pəncərənin açıq vəziyyətdə olduğunu aşkar etdi. Evinin qapısını açıb evə girdi və evində olan bir çox tikinti əşyalarının və təmir aksessuarlarının yerində olmadığını aşkar etdi. Bu zaman evindən oğurluq baş verdiyini başa düşüb həmin vaxt qardaşından DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsini istədi. Polis əməkdaşları evinə gəlib baxış keçirdi və evə nəzər yetirdikdə özünə məxsus olan 270 manat dəyərində bir ədəd “Dewalt” markalı perforator, 270 manat dəyərində bir ədəd “Bosch” markalı perforator, 220 manat dəyərində bir ədəd "Bosch" markalı laqonda, 120 manat dəyərində bir ədəd “Bosch” markalı makina (taxta kəsən aparatı), 700 manat dəyərində bir ədəd “Bosch” markalı uqlarez aparatı, 120 manat dəyərində 100 metr uzunluğunda 6x4 mm ölçülü elektrik naqil, cəmi 275 manat dəyərində olan 2,5x4 mm ölçülü elektrik naqili və 500 manat dəyərində müxtəlif elektrik və hamam aksessuarlarının oğurlandığını aşkar etdi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3.105 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs Qəti Zərərçəkmiş şəxs6 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təxminən 20 ildən artıqdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən torpaq sahəsini alaraq orada ev tikdirdi, lakin orada mütəmadi olaraq yaşamır, yay vaxtı tətil üçün oraya gedib yaşayır. 09 noyabr 2020ci il tarixdə saat 14 radələrində işdə olan zaman gedib həmin evinə baş çəkdi və həmin vaxt hər şeyin qaydasında olduğunu gördü. Bundan sonra işi çox olduğu üçün evə gedib baş çəkə bilmədi. 29 noyabr 2020-ci il tarixdə saat 16 radələrində həyat yoldaşı ilə birlikdə həmin evinə gedib baş çəkən zaman evindəki əşyaların dağınıq halda olmasını görüb evindən oğurluq olduğunu başa düşdü, evinə nəzər yetirdikdə özünə məxsus cəmi 200 manat dəyərində olan iki ədəd “Bosch” markalı perforator, 300 manat dəyərində bir ədəd “Hitachi” markalı dairəvi mişar, 150 manat dəyərində bir ədəd 10 litr tutumlu latun samovar, 40 manat dəyərində bir ədəd “Vitek” markalı elektrik çayniki, 1kv/m 29 manat olmaqla cəmi 580 manat dəyərində olan 20 kv/m parket, 420 manat dəyərində olan 1,5 kub metr 5x15 sm ölçüsündə taxta və hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində olan iki ədəd su motoru oğurlandığını aşkar etdi. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə yerinə məlumat verdi. Hadisə nəticəsində ona ümumilikdə 1.890 manat məbləğində maddi ziyan vurulub. Ona dəymiş ziyan ödənilməyib. Lakin təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 27.12.2020-ci il tarixdə saat 18 radələrində evinə gəldikdə evinin seyf qapısının açıq vəziyyətdə olduğunu gördü, bundan sonra evə daxil olduqda evdə divara qurlaşdırılmış bir ədəd “Hoffman” markalı televizorun və bir ədəd 30 manat dəyərində perforatorun oğurlandığını aşkar etdi. Hadisə nəticəsində ona ümumilikdə 630 manat maddi ziyan vurulub. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 28 mart 2021-ci il tarixdə saat 09 radələrində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evə gəldikdə naməlum şəxs və ya şəxslərin ətrafı mişar daşları ilə əhatə olunmuş evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yerinin qapısının üzərində olan qıfılı sındıraraq saxlanc yerindən 920 metr uzunluğunda müxtəlif ölçülü ümumi dəyəri 1710 manat olan elektrik naqili, bir ədəd dəyəri 90 manat olan samovarı, bir ədəd “Bosche” markalı dəyəri 280 manat olan laqonda, otuz ədəd 20 millimetrlik ümumi dəyəri 150 manat olan qaz vintlərinin oğurlanmasını və ümumilikdə ona 2.230 manat məbləğində maddi ziyan vurulmasını aşkar etdi. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 MMC-nin nümayəndəsi X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 28.02.2021-ci il tarixdə saat 08 radələrində işə gələn zaman həmin binalara bitişik həyətyanı sahədə olan yüksək gərginlikli elektrik naqillərinin ümumi dəyəri 2.064 manat olan 86 metr uzunluğunda 1x150 markalı, ümumi dəyəri 1.251 manat olan 139 metr uzunluğunda 5x10 markalı və 11.03.2021-ci il tarixdə saat təxminən 08 radələrində həmin binalara bitişik həyətyanı sahədə olan yüksək gərginlik elektrik naqillərinin ümumi dəyəri 960 manat olan 40 metr uzunluğunda 1x150 markalı elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdilər. Hadisə nəticəsində Mənzil inşaat Dövlət Agentliyinə 4.275 manat maddi ziyan dəyib. Məhkəmə tərəfləri dinləyib, məhkəmə istintaqında araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bildiyinə baxmayaraq hər üç təqsirləndirilən şəxsin onlara ittiham olunan cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə özünü ona ittiham olunan cinayət əməllərini törətməkdə təqsirli bilmiş və buna uyğun ifadələr vermişdir. Məhkəmə məsələ ilə bağlı bir hala da diqqət yetirir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 özünü ona ittiham olunan 10-cu və 11-ci epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirli bilməmişdir (qismən təqsirli bilmişdir). Bundan fərqli olaraq onunla birlikdə eyni epizodlar üzrə cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs3 (həmin təqsirləndirilən şəxsə ittiham olunan 2-ci və 3-cü epizodlar üzrə cinayət əməlləri) bu əməlləri Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirərək, ittiham aktında göstərilənlərə uyğun məzmunlu ifadə vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkəməyə bildirdikləri onun ibtidai istintaq dövründə verdiyi ifadələrlə ziddiyyət təşkil etməklə yanaşı, digər Təqsirləndirilən şəxs3 həm istintaq dövründə, həm də işin məhkəmə baxışı zamanı verdiyi ifadələrə də ziddir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xüsusatları ilə bağlı məhkəməyə bildirdiklərinin bir qismi (müvafiq epizodlar üzrə cinayət əməllərini törətməsini etiraf etməməsi) qeyri-səmimi olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməllərini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 03 sentyabr 2021-ci il tarixli 9/6243 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 890,00 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilir: 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti böyük ölçülü, üzərində “Kzubr” yazıları olan qırmızı-boz rəngli laqonda 01 ədədi 50 manat dəyərində; 7 litr su tutumlu, latun materialından olan odun samovar 01 ədədi 120 manat dəyərində; 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti “Hoffman” markalı, “40E3400” modelli, 40 düym LED televizor 01 ədədi 350 manat dəyərində; böyük ölçülü, üzərində “Stomer” yazıları olan qırmızı-boz rəngli prefrator 01 ədədi 80 manat dəyərində; 2021-ci ilin mart ayına olan orta bazar qiyməti qara-qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda 01 ədədi 35 manat dəyərində; 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti göy rəngli, markası bilinməyən böyük ölçülü laqonda 01 ədədi 50 manat dəyərində; göy rəngli “bosch” markalı drel 01 ədədi 20 manat dəyərində; 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti kiçik ölçülü, üzərində “Almaz” yazıları olan göy rəngli laqonda 01 ədədi 25 manat dəyərində; 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda 01 ədədi 25 manat dəyərində; 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 40 sm uzunluğunda, qara rəngli izolyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış 29 naqil keçən ümumi diametri təxminən 2 sm naqil 01 metri 35 manat dəyərində; 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda 01 ədədi 25 manat dəyərində; 5 litr su tutumlu, latun materialından olan odun samovar 01 ədədi 100 manat dəyərində. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməllərini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Qəti Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq və yetkinlik yaşına çatmadığı dövrdə az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, ona ittiham olunan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq və cəmi bir epizodda az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyaları çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd böyük ölçülü üzərində “Kzubr” yazıları olan qırmızı-boz rəngli bir ədəd laqonda, 01 ədəd latun materialından olan odun samovarı Zərərçəkmiş şəxs2, 01 ədəd “Hoffman” markalı, “40E3400” modelli, 40 düyüm LED televizor, 01 ədəd böyük ölçülü, üzərində "Stomer” yazıları olan qırmızı-boz rəngli perforator Zərərçəkmiş şəxs7, 01 ədəd qara-qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda Zərərçəkmiş şəxs1, 01 ədəd göy rəngli markası bilinməyən böyük ölçülü laqonda, 01 ədəd göy rəngli “Bosch" markalı drel Zərərçəkmiş şəxs3, 01 ədəd kiçik ölçülü üzərində “Almaz” yazıları olan göy rəngli laqonda Zərərçəkmiş şəxs5, 01 ədəd açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda Zərərçəkmiş şəxs4 oğluna, 40 sm uzunluğunda, qara rəngli izolyasiyalı, içərisində mis əsaslı ərintidən hazırlanmış 29 naqil keçən ümumi diametri təxminən 2 sm naqil Zərərçəkmiş şəxs9 MMCyə, 01 ədəd açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda və 01 ədəd 5 litr su tutumlu, latun materialından olan odun samovarı zərərçəkmiş şəxs Qəti Zərərçəkmiş şəxs6 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-182/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 mart 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 26 – 28 aprel 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 mart 2021-ci il tarixindən 13 iyun 2021-ci il tarixinədək tutulduğu və «ev dustaqlığında» olduğu 02 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd böyük ölçülü üzərində “Kzubr” yazıları olan qırmızı-boz rəngli bir ədəd laqonda, 01 ədəd latun materialından olan odun samovarı Zərərçəkmiş şəxs2, 01 ədəd “Hoffman” markalı, “40E3400” modelli, 40 düyüm LED televizor, 01 ədəd böyük ölçülü, üzərində "Stomer” yazıları olan qırmızı-boz rəngli perforator Zərərçəkmiş şəxs7, 01 ədəd qara-qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda Zərərçəkmiş şəxs1, 01 ədəd göy rəngli markası bilinməyən böyük ölçülü laqonda, 01 ədəd göy rəngli “Bosch" markalı drel Zərərçəkmiş şəxs3, 01 ədəd kiçik ölçülü üzərində “Almaz” yazıları olan göy rəngli laqonda Zərərçəkmiş şəxs5, 01 ədəd açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda Zərərçəkmiş şəxs4 oğluna, 40 sm uzunluğunda, qara rəngli izolyasiyalı, içərisində mis əsaslı ərintidən hazırlanmış 29 naqil keçən ümumi diametri təxminən 2 sm naqil Zərərçəkmiş şəxs9 MMC-yə, 01 ədəd açıq qırmızı rəngli, markası bilinməyən kiçik ölçülü laqonda və 01 ədəd 5 litr su tutumlu, latun materialından olan odun samovarı zərərçəkmiş şəxs Qəti Zərərçəkmiş şəxs6 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-24/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-24/2022
28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver