Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-24/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Rüstəm oğlunun iştirakı ilə xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan olan və həmin ünvanda yaşayan, 24 – 26 noyabr 2023-cü il tarixləri üzrə tutulmuş, 26 noyabr 2023-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 24 dekabr 2024-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Rüstəm oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rüstəm oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək heç bir səlahiyyətə malik olmadığı halda, onun övladı X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Qaffarovun cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etdirərək onu həbsdən azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla 06 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən 519 saylı qazanxananın qarşısında Zərərçəkmiş şəxs əvvəlcə 400 manat pulunu, 11 aprel 2022-ci il tarixdə saat 09:00 radələrində isə ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının qarşısında 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5400 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Rüstəm oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Rüstəm oğlu özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Zaurun vasitəsi ilə tanımışdır. Zaur əmisi oğlu Kamranın işlətdiyi avtomobil ehtiyat hissələri mağazasına gəlib getmişdir. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs onu Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının qarşısına çağırmış və orada oğlu Zaur Qafarovun narkotiklə tutulduğunu bildirərək əlində cəmi 5400 manat pul olduğunu, həmin pula bu işdə ona köməklik göstərməyini xahiş etmişdir. O da bu işin mümkün olmadığını, bunu bacara bilməyəcəyini demişdir. Bundan sonra o, oradan çıxıb evinə getmişdir. Bu hadisədən təxminən 3-4 ay sonra Zərərçəkmiş şəxs ondan 5400 manat pul verməsini tələb etmişdir. O bu məsələnin nə olmasını maraqlanmış, Natiq də ona oğlunun işini həll etmək üçün verdiyi 5400 manat pulu geri qaytarmasını tələb etmişdir. O, Natiqə ondan heç bir miqdarda pul almadığını demiş, Natiq isə digər oğlu Ümidin həmin pulu ona verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu Ümidə kömək edib “Daevoo Gentra” markalı avtomobili dəyər-dəyməzə, yəni 6000 manata satmasına köməklik etmiş, lakin ondan heç bir miqdarda pul almamışdır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə oğlu Zaur Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış və üzərindən külli miqdarda narkotik vasitə aşkar olunduğu üçün tutularaq Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində cinayət işi başlanmışdır. Oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, həmin gün bu barədə məlumat aldıqdan sonra oğlunun işinə kömək etmək və azadlığa buraxılmasına nail olmaq üçün dost-tanışlara xəbər salmışdır. Bu zaman oğlunun dostu olan Kamran doğma əmisi oğlu olan Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu, bu işdə ona köməklik edə biləcəyini demişdir. 06 aprel 2023-cü il tarixdə Kamranın vasitəsilə böyük oğlu Ümidlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən 519 saylı qazanxananın qarşısında Təqsirləndirilən şəxsla ilk dəfə görüşmüşdür. Həmin vaxt Kamran oğlu Ümidlə dost olduğu üçün oğlunu Anarla tanış etmiş və oğlu da Anarı götürüb onun iş yerinə gəlmişdir. Həmin vaxt o, Anardan həbsdə olan oğlu ilə bağlı nə köməklik edə biləcəyini soruşmuşdur. Anar da oğlunun barəsində Azərbaycan Respuiblikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq olunan cinayət işinin CM-nin 234.1-ci maddəsinə tövsif edəcəyini və oğlunu həbsdən azad etdirəcəyini bildirmişdir. Həmin vaxt Anar bu işi tanış bir vəkilinin vasitəsilə həll edəcəyinə söz vermişdir. O da Anarın dediklərinə inanmış, bundan sonra həmin vaxt Anar bu iş üçün cəmi 5400 manat pul verməli olduğunu demiş, o da razılaşmışdır. Bu vaxt Anar ondan beh kimi vəkilə vermək üçün 400 manat ilkin olaraq pul istəmişdir. O da cibində olan 400 manat pulu həmin qazanxananın qarşısında böyük oğlu Ümidin yanında Anara vermişdir. Anar pulu sayıb götürdükdən sonra bir daha həmin 400 manat pulu aparıb işi həll edəcək vəkilə ilkin ödəniş kimi verəcəyini bildirmişdir. Bundan sonra həmin gün onlar həbsdə olan oğlunun yanına Şüvəlan qəsəbəsində yerləşən İstintaq Təcridxanasına getmişidir. Orada Anar onunla birlikdə oğlu Zaurla görüşmüş və Zaura da onun işini CM-nin 234.1-ci maddəsinə tövsif elətdirib çölə çıxaracağına söz vermişdir. Bundan sonra onlar İT-dan çıxmışlar. Həmin gündən bir neçə gün sonar, yəni 10 aprel 2023-cü il tarixdə Anar onunla əlaqə saxlayaraq qalan 5000 manat pulu da gətirib ona verməyini və işi həll edəcəyinə dair söz verdiyi vəkilin oğlunun cinayət işini aparan müstəntiqin yanında olduğunu, həmin 5000 manat pulu ona verməli olduğunu bildirmişdir. O da bir gün sonra görüşməyi ona təklif etmişdir. Beləliklə də, bir gün sonra yəni, 11 aprel 2022-ci il tarixdə saat 09:00 radələrində Anarın təklifi ilə tək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin inzibati binasının qarşısına gəlmiş və orada 5000 manat pulu Anara vermişdir. Anar biraz sonra ona zəng gələcəyini və yuxarı qalxıb verdiyi 5000 manat pulu vəkilə verəcəyini bildirmişdir. Biraz sonra həqiqətən də kimsə Anara zəng etmiş və Anar Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra isə Anar Suraxanı Rayon Polis İdarəsindən çölə çıxmış və 5000 manat pulu vəkilə verdiyini, vəkilin hazırda işlə məşğul olduğunu bildirmişdir. O da Anarın dediklərinə inanmış, lakin həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq həbsdə olan oğlu azadlığa buraxılmamış və onun maddəsi yüngülləşdirilməmişdir. Bundan sonra o, mütəmadi olaraq Anarla əlaqə saxlasa da, Anar onunla görüşməmiş və zənglərinə cavab verməmişdir. O, bu barədə Kamrana dedikdə isə Kamran Anarın onun doğma əmisi oğlu olduğunu, lakin Anara cavabdeh olmadığını bildirmişdir. Bundan sonra o, dələduzluq yolu ilə aldadılaraq 5400 manat pulunun ələ keçirildiyinə əmin olmuş və bu barədə polisə müraciət etmişdir. Hal-hazırda o, şikayətçidir və pulunu tələb edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildə X5 ilə ona avtomobil ehtiyat hissəsi satdığı zaman tanış olmuşdur. Bundan sonra aralarında münasibət yaranmışdır. Sonradan isə Zaurun vasitəsilə qardaşı Ümidi tanımış və Ümidlə aralarında münasibət yaranmışdır. 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı zaman Ümid onunla əlaqə saxlayaraq görüşmüş və qardaşı Zaurun narkotik maddələrin qanunsuz dövriyyəsində günahkar bilindiyi üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Bundan sonra Ümid ona bu işdə köməklik edə biləcək hər hansı bir şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Həmin vaxt əmisinin oğlu Təqsirləndirilən şəxs da yanlarında olmuş, Anar bu işi həll edə biləcəyini, Zaurun barəsində istintaq olunan cinayət işini daha yüngül maddəyə tövsif edəcəyini və Zauru həbsdən azad edə biləcəyini demişdir. Həmin vaxt o, bu işə heç bir fikir bildirməmişdir. Daha sonra Zaurun atası, sonradan tanıdığı Zərərçəkmiş şəxs ilə birlikdə Bakıxanov qəsəbəsində ünvanını dəqiq xatırlamadığı yerdə görüşmüşlər. Həmin vaxt Ümidin yanında atası Zərərçəkmiş şəxs, onun yanında isə Anar olmuşdur. Onun yanında Zərərçəkmiş şəxs Anardan bu işi həll edə biləcəyi barədə soruşmuş və əminlik istəmişdir. Anar isə narahat olmamağı, bir nəfər tanış vəkilinin vasitəsilə bu işi qaydasına qoyacağını bildirmişdir. Bu zaman o da öz fikrini bildirərək Zərərçəkmiş şəxs işin üstündə özünün durmasını və tam əmin olduqdan sonra kimə lazımdırsa əmanəti verməsini demişdir. Çünki o, əmisi oğlu olsa belə Anara etibar etməmiş və bu barədə bir neçə dəfə Ümidə demişdir. Bundan sonra o hadisələrin hansı istiqamətdə getməsini bilməmişdir. Bir neçə ay sonra Zərərçəkmiş şəxs oğlu Ümidlə birlikdə gəlib onunla görüşmüş və Anarın verdiyi vədlərə əməl etmədiyini, bu iş üçün Anara iki dəfəyə 400 manat və 5000 manat olmaqla, cəmi 5400 manat pul verdiyini, Anarın isə onu aldatdığını və dələduzluq etdiyini bildirmişdir. O, bu barədə heç bir məlumatının olmadığını və bir müddətidir ki, Anarı görmədiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə Anara zəng etmişdir ki, Anarı görüşə çağıraq məsələnin nə yerdə olmasını müəyyən etsinlər. Lakin həmin vaxtdan Anar onun telefonlarına cavab verməmişdir. Bundan sonra o, tam əmin olmuşdur ki, həqiqətən də Anar Zərərçəkmiş şəxs aldatmış və Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 onun doğma qardaşıdır. 01 aprel 2022-ci il qardaşı Zaur Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmış, üzərindən külli miqdarda narkotik vasitə aşkar olunduğu üçün tutularaq Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində cinayət işi başlanmışdır. Qardaşının barəsində mhəbs qətimkan tədbiri seçilmişdir. O və atası həmin gün bu barədə məlumat aldıqdan sonra Zaurun işinə kömək etmək və azadlığa buraxılmasına nail olmaq üçün dost-tanışlara xəbər salmışlar. Bu zaman dostu olan Kamran doğma əmisi oğlu olan Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu, bu işdə onlara köməklik edə biləcəyini demişdir. Atası da inanaraq 06 aprel 2023-cü il tarixdə Kamranın vasitəsilə onunla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsində yerləşən 519 saylı qazanxananın qarşısında Təqsirləndirilən şəxsla ilk dəfə görüşmüşlər. Həmin vaxt Kamran dostu olduğu üçün onu Anarla tanış etmiş və o Anarı götürüb atasının iş yerinə gəlmişdir. Həmin vaxt atası Anardan həbsdə olan qardaşı ilə bağlı nə köməklik edə biləcəyini soruşmuş, Anar da Zaurun barəsində Azərbaycan Respuiblikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq olunan cinayət işinin CM-nin 234.1-ci maddəsinə tövsif edəcəyini və Zauru həbsdən azad etdirəcəyini bildirmişdir. Həmin vaxt Anar bu işi tanış bir vəkilinin vasitəsilə həll edəcəyinə söz vermiş, onlar da Anarın dediklərinə inanmışlar. Bundan sonra həmin vaxt Anar bu iş üçün cəmi 5400 manat pul verməli olduqlarını demiş, atası da razılaşmışdır. Bu vaxt Anar onlardan beh kimi vəkilə vermək üçün 400 manat ilkin olaraq pul istəmişdir. Atası da cibində olan 400 manat pulu həmin qazanxananın qarşısında onun yanında Anara vermişdir. Anar pulu sayıb götürdükdən sonra bir daha həmin 400 manat pulu aparıb işi həll edəcək vəkilə ilkin ödəniş kimi verəcəyini bildirmişdir. Həmin gün onlar həbsdə olan Zaurun yanına Şüvəlan qəsəbəsindəki İstintaq Təcridxanasına getmişlər. Orada Anar onlarla birlikdə Zaurla görüşmüş və Zaura da onun işini CM-nin 234.1-ci maddəsinə tövsif elətdirib çölə çıxaracağına söz vermişdir. Bundan sonra onlar İT-dan çıxmışlar. Həmin gündən bir neçə gün sonra, yəni 10 aprel 2023-cü il tarixdə Anar atası ilə əlaqə saxlayaraq qalan 5000 manat pulu da gətirib ona vermələrini və işi həll edəcəyinə dair söz verdiyi vəkilin Zaurun cinayət işini aparan müstəntiqin yanında olduğunu, həmin 5000 manat pulu verməli olduqlarını bildirmişdir. Atası da bir gün sonra görüşməyi Anara təklif etmiş, bir gün sonra, yəni 11 aprel 2022-ci il tarixdə saat 09:00 radələrində Anarın təklifi ilə atası Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Suraxanı RPİ-nin inzibati binasının qarşısına gəlmiş və orada 5000 manat pulu Anara vermişdir. Anar biraz sonra ona zəng gələcəyini və yuxarı qalxıb atasının verdiyi 5000 manat pulu vəkilə verəcəyini bildirmişdir. Biraz sonra həqiqətən də kimsə Anara zəng etmiş və Anar Suraxanı RPİ-nin inzibati binasına daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra isə Anar Suraxanı RPİ-dən çölə çıxmış və 5000 manat pulu vəkilə verdiyini, vəkilin hazırda işlə məşğul olduğunu bildirmişdir. Atası da Anarın dediklərinə inanmışdır. Lakin həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq həbsdə olan qardaşı Zaur azadlığa buraxılmamış və onun maddəsi yüngülləşdirilməmişdir. Bundan sonra atası mütəmadi olaraq Anarla əlaqə saxlasa da, Anar atası ilə görüşməmiş və zənglərinə cavab verməmişdir. Atası bu barədə Kamrana dedikdə isə Kamran Anarın onun doğma əmisi oğlu olduğunu, lakin Anara cavabdeh olmadığını bildirmişdir. Bundan sonra atası dələduzluq yolu ilə aldadılaraq 5400 manat pulunun ələ keçirildiyinə əmin olmuş və bu barədə polisə müraciət etmişdir. Cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü ildə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)- 445/2023 nömrəli iş üzrə 26 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən verilmiş vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan qərardan görünür ki, 26 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə 06 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq 5400 manat məbləğində, yəni xeyli miqdarda pulunu ələ keçirməsi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibini yaratsa da, onun qeyd edilən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi toplanmış sübutlarla təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq 25 dekabr 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 23 dekabr 1999-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyat bitənədək təxirə salınmış; Gəncə Şəhər Hərbi Məhkəməsinin 02 sentyabr 2001ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 03 il 09 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 29 dekabr 2004-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Binəqədi Rayon Məhhkəməsinin 17 yanvar 2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qərarına əsasən 04 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, 22 mart 2016-cı ildə cəzasını tam çəkib qurtarmış; Suraxanı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 may 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti yuxarıda qeyd olunan işlər üzrə məhkumluğu ödənilmədiyi dövrdə törədib. Bu Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən xüsusilə təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 24 – 26 noyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 dekabr 2024-cü ildən hesablanmalı, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 – 26 noyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 dekabr 2024cü ildən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-24/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-24/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver