Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-240/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2,Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1999-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Marneuli rayonu, Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri, xx xxxx 1993-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonunun Şilyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri, 06 iyul 1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3iz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 09 mart 2021-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs Kakəhmmə oğluna məxsus, ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək, aralarında olan razılaşmaya əsasən o, çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə evin pəncərəsini açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, sonra özü də pəncərədən mənzilə daxil olub, evdən 400 manat dəyərində 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizoru, 35 manat dəyərində 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqundanı, 30 manat dəyərində 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobziki, 20 manat dəyərində 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü dreli, 30 manat dəyərində 1 ədəd “Scarlett” markalı, “SC- 1015” model, 700 W-luq istifadədə olmuş şirəçəkəni və istifadədə olan, ekranı üzərində olmayan və ehtiyat hissəsi kimi 10 manat dəyəri olan 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs Kakəhmmə oğluna ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 09 mart 2021-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs Kakəhmmə oğluna məxsus, ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 çöldə gözləmiş, o, və Təqsirləndirilən şəxs1 isə evin pəncərəsini açaraq qanunsuz olaraq, yaşayış sahəsinə daxil olmuş, sonra Təqsirləndirilən şəxs3 da pəncərədən mənzilə daxil olub, evdən 400 manat dəyərində 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizoru, 35 manat dəyərində 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqundanı, 30 manat dəyərində 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobziki, 20 manat dəyərində 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü dreli, 30 manat dəyərində 1 ədəd “Scarlett” markalı, “SC- 1015” model, 700 W-luq istifadədə olmuş şirəçəkəni və istifadədə olan, ekranı üzərində olmayan və ehtiyat hissəsi kimi 10 manat dəyəri olan 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs Kakəhmmə oğluna ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 09 mart 2021-ci il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs Kakəhmmə oğluna məxsus, ünvan 4 ünvanda yerləşən mənzilin qarşısına gələrək, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 çöldə gözləmiş, o və Təqsirləndirilən şəxs2 isə evin pəncərəsini açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, sonra Təqsirləndirilən şəxs3 da, pəncərədən mənzilə daxil olub evdən 400 manat dəyərində 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizoru, 35 manat dəyərində 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqundanı, 30 manat dəyərində 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobziki, 20 manat dəyərində 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü dreli, 30 manat dəyərində 1 ədəd “Scarlett” markalı, “SC- 1015” model, 700 W-luq istifadədə olmuş şirəçəkəni və istifadədə olan, ekranı üzərində olmayan və ehtiyat hissəsi kimi 10 manat dəyəri olan 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs Kakəhmmə oğluna ümumilikdə 525 (beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.` Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının 08-də saat 23 radələrində o, dostu Sadiqlə Suraxanı rayonu ərazisində görüşmüş və parkda gəzişib söhbət etmişlər. Təqsirləndirilən şəxs2 təxminən 2 ay müddətdir ki, tanımışdır. Onlar Sadiqlə parkda söhbət edərkən, bir nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxs Sadiqin adını bilmədiyi dostu olmuşdur. O, həmin şəxsi əvvəllər Sadiqin yanında 2-3 dəfə görmüş, ona görə Sadiqin dostu olduğunu bilmişdir. Söhbət zamanı onlar üçü də pulsuzluq və işsizlikdən danışmışlar. Üçünün də, borcu olduğu üçün haradansa oğurluq etməyi qərarlaşdırmışlar. Bunun üçün də oğurluq etmək üçün münasib yer axtarmağa başlamışlar. 09 mart 2021-ci il tarixdə saat 02-03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə gəlmişlər. Həmin küçədə ünvanını dəqiq bilmədiyi evin qarşısından keçən zaman, bir evin çöl qapısının üzərində qıfıl olmasını görmüşdür. Həmin evdə heç kəsin olmadığı məlum olmuşdur. Mənzilin içərisinin işıqları söndürülmüş vəziyyətdə olmuşdur. Onlar üçü də həmin mənzildən oğurluq etməyi qərarlaşdırmışlar. İlkin olaraq ətrafa baxmış, gecə olduğu üçün sakitlik olmuşdur. Onlar mənzilin qarşısında dayanıb razılığa gəlmişlər ki, içəri Sadiq və onun adını bilmədiyi dostu daxil olsun, o, isə çöldə dayanıb onları gözləsin və gələn olsa onlara xəbər versin. Sadiq və sonunjunun dostu mənzilin arxasında olan pəncərəni açıb içəri daxil olmuşlar. O, isə mənzilin qabaq tərəfində dayanıb ətrafa baxmışdır. Təxminən 1 saat ərzində çöldə dayanıb həmin şəxslərin gəlməsini gözləmişdir. Həmin şəxslərin mənzildən çıxmamalarını görüb onların evə daxil olduğu pəncərədən içəri daxil olmuşdur. İçəri daxil olduqda, Sadiqin dostunun əlində bir ədəd üzəri bükülmüş televizor, Sadiqin əlində isə bir ədəd qara rəngli idman çantası olmasını görmüşdür. Lakin o, çantanın içərisində nə olmasını bilməmişdir. Onlara kömək edib çantanı və televizoru mənzilin pəncərəsindən çölə çıxarmışlar. Oğurladıqları əşyaları yaxınlıqda olan təmirsiz mənzilə gətirmiş, çantanı orada açmışlar və içərisinə baxıb, bir ədəd drelin, bir ədəd şirəçəkənin, bir ədəd laqundanın, bir ədəd təmizləyici laqundanın (lobzikin), bir ədəd Samsung markalı S3 modelli mobil telefonun olduğunu görmüşdür. Həmin əşyaları orada öz aralarında bölmüşlər. O, həmin əşyalardan bir ədəd laqundanı və bir ədəd təmizləyici laqundanı götürmüşdür. Digər əşyalar isə Sadiq və onun yanında olan şəxsə qalmışdır. Onlar əşyaları həmin mənzildə gizlədib səhəri gün gəlib götürməyi qərar verib oradan çıxıb getmişlər. O, yaşadığı mənzilə gəlib yatmışdır. Hava açıldıqda saat 15 radələrində o, Sadiq və onun dostu görüşüb, oğurladıqları əşyaları götürməyə getmişlər. Orada Sadiqin dostunun adının Təqsirləndirilən şəxs1 olduğunu öyrənmişdir. Vidadi bir ədəd mobil telefonu və xatırlamadığı əşyanı götürüb getmişdir. Qalan əşyaları və televizoru isə o, Sadiqlə götürüb oradan çıxmışlar. Onlar həmin əşyaları Suraxanı rayonu ərazisində xatırlamadığı ünvanda olan binanın tinində gizlətmişlər. Orada o, bir ədəd laqundanı və bir ədəd təmizləyici laqundanı (lobziki), Sadiq isə qalan digər əşyaları götürmüşdür.Televizoru orada qoyub müştəri tapıb satmağı qərarlaşdırıb ayrılmışlar. O, bir ədəd laqundanı və bir ədəd təmizləyici laqundanı yaşadığı evə gətirmişdir. Səhəri günü Sadiqlə görüşmüş və sonuncu ona televizor üçün müştəri tapıb gəlib götürəcəklərini demişdir. Ona görə də, onlar televizoru götürdükləri yerə gəlmişlər. Televizoru gizlətdikləri yerdən çıxarmışlar. Əvvəllərdən tanımadığı, həmin vaxt adını öyrəndiyi Ağa adlı şəxs gəlmişdir. Ağa “Mercedes” markalı avtomobil ilə gəlmiş və televizoru yoxlayıb bəyəndikdən sonra 130 manata ala biləcəyini demişdir. Onlar da razılaşmış və televizoru Ağanın idarə etdiyi avtomobilə qoymuşlar. Əldə etdikləri pulu isə öz aralarında tam yarı bölmüşlər. Bundan sonra o, öz yaşadığı evə gəlmişdir. 06 aprel 2021-ci il tarixdə isə yaşadığı evdə olan zaman, polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı bir ədəd laqundanı və bir ədəd təmizləyici laqundanı polis əməkdaşlarına təhvil vermişdir. Baş vermiş həmin hadisəni dostu Sadiq və onun dostu Vidadi adlı şəxs ilə birlikdə törətmişdir. Həmin hadisəni törətməyə onlara başqa heç kim kömək etməmişdir. Həmin hadisəni ona törətməyə heç kim məcbur etməmişdir. O, özü könüllü olaraq həmin cinayət hadisəsini törətmişdir. O, həmin hadisəni törətdikdən sonra bu barədə heç kimə məlumat verməmişdir. Bu cinayət hadisəsindən əvvəl və ya sonra heç bir cinayət hadisəsi törətməmiş və hər hansı bir cinayətində iştirakçısı olmamışdır. İlk dəfə bu cinayət hadisəsini törətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir formada təzyiq olunmamışdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və oğurladığı əşyaları zərərçəkmiş şəxsə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Son zamanlar heç bir yerdə işləmədiyi üçün borcları olmuş və qaytarıb ödəyə bilməmişdir. 2021-ci ilin mart ayının 08-də saat 23 radələrində dostu Təqsirləndirilən şəxs3 ilə Suraxanı rayonu ərazisində görüşmüş və parkda gəzişib söhbət etmişlər. O, Sadiqlə 2 ay müddətdir ki, tanış olmuşdur. Parkda söhbət edərkən, dostu Təqsirləndirilən şəxs1 da onların yanına gəlmişdir. Asim Vidadini tanısa da, onların heç bir münasibəti olmamışdır. Söhbət zamanı hər üçü pulsuzluq və işsizlikdən danışmışlar və borcuları olduğu üçün haradansa oğurluq etməyi qərarlaşdırmışlar. Bunun üçün də, oğurluq etmək üçün münasib yer axtarmağa başlamışlar. 09 mart 2021-ci il tarixdə, saat 02-03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə gəlmişlər. Həmin küçədə ünvanını dəqiq bilmədiyi evin qarşısından keçən zaman bir evin çöl qapısının üzərində qıfıl olmasını görmüşlər. Həmin evdə heç kəsin olmadığı məlum olmuşdur. Mənzilin içərisinin işıqları söndürülmüş halda olmuşdur. Üçü də həmin mənzildən oğurluq etməyi qərarlaşdırmışlar. İlkin olaraq ətrafa baxmışlar, gecə olduğu üçün sakitlik olmuş və heç kəs olmamışdır. Onlar mənzilin qarşısında dayanıb razılığa gəlmişlər ki, içəri o və Vidadi daxil olsunlar, Asim isə çöldə dayanıb gözləsin ki, gələn olsa, onlara xəbər versin. O, və Vidadi mənzilin pəncərəsinə yaxınlaşmışlar. Onlar hər ikisi pəncərəni itələyib açmış və içəri daxil olmuşlar. Onlar evin işıqlarını yandırmayıb, alışqanın arxasında olan işıqla evin içərisini axtarmağa başlamışlar. Vidadi mənzilin qonaq otağında olan bir ədəd qara rəngli televizoru yerindən çıxarıb götürmüşdür. O, isə mənzildən idman çantası tapmış və evi axtarmışdır. Evdən bir ədəd drel, bir ədəd şirəçəkən, bir ədəd laqunda, bir ədəd təmizləyici laqunda (lobzik), bir ədəd Samsung markalı S3 modelli mobil telefon tapmışdır. Həmin əşyaları çantanın içərisinə qoymuş, mənzildən çıxmaq istəyərkən, Asim də pəncərədən içəri daxil olmuşdur. Onlar üçü də köməkləşib, oğurladıqları əşyaları pəncərədən çölə çıxamışlar. Oğurladıqları əşyaları yaxınlıqda olan təmirsiz mənzilə gətirmişlər. Asim çantanı açmış və içərisinə baxmışdır. Onlar oğurladıqları bir ədəd dreli, bir ədəd şirəçəkəni, bir ədəd laqundanı, bir ədəd təmizləyici laqundanı (lobziki) və bir ədəd Samsung markalı S3 modelli mobil telefonu öz aralarında bölmüşlər. Asim həmin əşyalardan bir ədəd laqunda və bir ədəd təmizləyici laqundanı özünə götürmüşdür. Digər əşyaları isə o, və Vidadi öz aralarında bölmüşlər. Belə ki, Vidadi bir ədəd mobil telefonu və xatırlamadığı əşyanı götürmüşdür. Qalan əşyalar isə onda qalmışdır. Onlar əşyaları həmin mənzildə gizlədib səhəri gün gəlib götürməyi qərar verib, oradan çıxıb getmişlər. O, yaşadığı mənzilə gəlib yatmışdır. Hava açıldıqda, saat 15 radələrində o, Asim və Vidadi ilə görüşüb, oğurladıqları əşyaları götürməyə getmişlər. Əşyaları və televizoru isə götürüb oradan çölə çıxmışlar. Onlar həmin əşyaları Suraxanı rayonu ərazisində xatırlamadığı ünvanda olan binanın tinində gizlətmişlər. Vidadi bir ədəd mobil telefonu və xatırlamadığı əşyanı götürüb getmişdir. O, Vidadinin hara getməsini bilməmişdir. Asim isə qeyd etdiyi kimi bir ədəd laqundanı və bir ədəd lobziki özünə götürmüşdür. Qalan əşyalar isə ona qalmışdır. Televizoru isə orada qoyub müştəri tapıb satmağı qərarlaşdırıb ayrılmışlar. Səhəri günü o, makler kimi tanıdığı Ağa adlı şəxsə televizor satdığını demişdir. Ağa televizora baxmaq istədiyini bildirmişdir. O, Ağaya televizoru gizlətdiyi yerin ünvanını bildirmiş və orada görüşməyi təklif etmişdir. Lakin Ağaya televizoru oğurlamaları haqqında heç nə deməmişdir. Həmin günü o, Sadiqlə görüşmüş və ona televizor üçün müştəri olduğunu, gəlib baxacaqlarını demişdir. Ona görə də, onlar televizoru gizlətdikləri yerə gələrək,televizoru gizlətdikləri yerdən çıxarmışlar. Ağa “Mercedes”markalı avtomobil ilə gəlmişdir. Ağa televizoru yoxlayıb bəyəndikdən sonra 130 manata ala biləcəyini demişdir. Onlar da bu təkliflə razılaşmış və televizoru Ağanın idarə etdiyi avtomobilə qoymuşlar. Əldə etdikləri pulu isə öz aralarında tam yarı bölmüşlər. Bundan sonra o, öz yaşadığı evə gəlmişdir. 06 aprel 2021-ci il tarixdə isə yaşadığı evdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət yola ilə əldə etdiyi qalan əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Baş vermiş həmin hadisəni dostu Asim və Vidadi adlı şəxs ilə birlikdə törətmişdir. Həmin hadisəni törətməyə onlara başqa heç kim kömək etməmişdir. Həmin hadisəni ona törətməyə heç kim məcbur etməmişdir. O, özü könüllü olaraq həmin cinayət hadisəsini törətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı hər hansı bir formada təzyiq olunmamışdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və oğurladığı əşyaları zərərçəkmiş şəxsə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, iki dəfə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş və onun iki azyaşlı uşağı vardır. Uşaqlarının ikisi də, anadan qüsurlu olaraq doğulmuş və birinin ürəyində, digərinin isə gözündə problem olmuşdur. Lakin son zamanlar iş tapa bilmədiyi üçün uşaqlarını müalicə etdirə bilməmişdir. Sadiq onun qaynının xalası oğludur və onunla aralarında normal münasibət vardır. Asimi isə Sadiqin vasitəsilə hadisə günü tanımış və onunla aralarında heç bir münasibət olmamışdır. 08 mart 2021-ci il tarixdə, axşam saatlarında o, Sadiqlə Hövsan qəsəbəsində yerləşən “Koneçni” deyilən yerdə görüşmüş və sonradan bir nəfər də onların yanına gəlmiş, Sadiq həmin şəxsi Asim adlı tanışı kimi tanış etmişdir. Onlar birlikdə piyada gəzən zaman üçü də kasıbçılıq olduğunu və pula ehtiyacları olduğunu dilə gətirmişlər. Həmin vaxt Sadiq ona birlikdə oğurluq edib, əldə etdikləri pulla öz ehtiyaclarını ödəməyi təklif etmişdir. O, və Asim də Sadiqin bu təklifi ilə razılaşmışlar. Onlar piyada gəzən, zaman Sadiq Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən həyət evlərindən birini göstərib, oradan oğurluq etməyi təklif etmişdir. Onlar kənardan həmin evi izləməyə başlamışlar. Sadiq ona birlikdə həmin evə girməyi, Asimin də çöldə dayanıb kimsə gələ onlara xəbər etməsini bildirmişdir. Onlar da razılaşmışlar. Bundan sonra o, Sadiqlə birlikdə ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Sadiqin göstərdiyi evin həyətindəki hasara qalxmışlar. Həmin evin pəncərəsi hasarın yaxınlığında yerləşdiyi üçün, Sadiq evin plastik pəncərələrindən birini sıxıb açmış və əvvəlcə Sadiq, arxasınca isə o, həmin evə girmişlər. Bu evin işıqları yanmadığı üçün əlində olan mobil telefonun işıqları ilə evi axtarmağa başlamışlar. Bu zaman Asim də həmin evə açdıqları pəncərədən daxil olmuşdur. Sadiq evdəki otaqların birində paltar şkafının üstündəki şirə çəkən aparatını götürmüşdür. Sonra divara bərkidilmiş vəziyyətdə olan bir ədəd plazma televizorunu Asimlə Sadiq köməkləşib divardan çıxararaq yerə qoymuşlar. Bundan sonra Sadiqlə Asim evdən bir ədəd dreli, iki ədəd laqundanı, bir ədəd lobziki götürmüşlər. O isə televizorun qarşısındakı taxta stolun üstündən bir ədəd mobil telefonu götürmüşdür. Onlar həmin əşyaları daşıyıb evdən çölə yığmışlar. Evdən çıxdıqdan sonra o, Asimlə Sadiqə bir ədəd mobil telefonu da həmin evdən götürdüyünü bildirmiş və həmin mobil telefonu onlara göstərmişdir. Onlar oğurladıqları əşyaları Sadiqlə Asimin tanıdığı, lakin onun tanımadığı Hövsan qəsəbəsi, “Koneçni” deyilən yerdə yerləşən həyət evlərindən birinə aparıb yığmışlar. Bundan sonra onlarla sağollaşmış və oğurladığı mobil telefonu da götürüb yaşadığı evə gəlmiş və evdə heç kimə bu barədə heç nə deməmişdir. Həmin mobil telefona baxdıqda, onun “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Səhərisi gün isə həmin mobil telefonu aparıb, Hövsan qəsəbəsində “Koneçni” deyilən yerdə yerləşən mobil telefon təmiri yerinə göstərmiş və onun sınmış ekranını təmir etməsini bildirmişdir. Təxminən 2-3 gün keçdikdən sonra Sadiq və Asimlə Hövsan qəsəbəsində binaların arasında yerləşən kafelərdən birində görüşərək, oturub çay içmişlər. Həmin vaxt Asim ona 22 manat pul verərək oğurladıqları əşyalardan bir ədəd plazma televizoru satdıqlarını və əldə olunan puldan ona çatası pul olduğunu bildirmişdir. Həmin hadisəni uzaq qohumu Sadiq və həmin gün tanıdığı Sadiqin dostu Asim adlı şəxs ilə birlikdə törətmişdir. Həmin hadisəni törətməyə onlara başqa heç kim kömək etməmişdir. Həmin hadisəni ona törətməyə heç kim məcbur etməmişdir. Özü könüllü olaraq həmin cinayət hadisəsini törətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara heç bir təzyiq olunmamışdır.İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və oğurladığı əşyaları zərərçəkmiş şəxsə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 08 mart 2021-ci il tarixdə səhər saatlarında özünə məxsus, ünvan 4 ünvanda yerləşən evinin qapı və pəncərələrini bağlayıb, evdən çıxıb getmişdir. Evdə heç kəs qalmamışdır. Lakin mənzilin içərisində əşyalar olmuşdur. O, yaxınlıqda yaşayan qonşumları Məhərrəmdən evə nəzarət etməsini xahiş etmişdir. 09 mart 2020-ci il tarixdə qonşusu Məhərrəm ona zəng edərək, mənzilin pəncərəsinin açıq olduğunu bildirmişdir. O, evdən çıxarkən, qapı və pəncərəni bağladıqlarını və ola bilsin küləyin pəncərəni açdığını düşünmüşdür. 05.04.2021-ci il tarixdə yaşadığı mənzilə qayıtmışdır. Evə gəlib, qapını açıb həyətə daxil olmuş və bu zaman pəncərənin açıq olduğunu görmüşdür. Qapını açıb evin içərisinə daxil olduqda, əşyaların dağıdılmasını və döşəmə üzərinə tökülməsini görmüşdür. Ona məlum olmuşdur ki, evdən çıxıb gedərkən, oğurluq olmuşdur. O, evdə olan əşyalarını yoxladıqda, evdən bir ədəd drelin, bir ədəd şirəçəkənin, bir ədəd laqundanın, bir ədəd təmizləyici laqundanın (lobzikin), bir ədəd “Samsung” markalı S3 modelli mobil telefonun və bir ədəd televizorun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal Suraxanı RPİ-nə gələrək hadisə barədə məlumat vermişdir. Həmin günü hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı mənzilə qayıtmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Ona məxsus evdən oğurlanmış qeyd etdiyi məişət əşyaları ona məxsus olmuşdur. Belə ki, həmin əşyaları özü almışdır. O, ilkin ifadəsində baş vermiş oğurluq zamanı oğurlanmış əşyaları aldığı qiymətləri hesablayıb 1800 manat miqdarında olmasını qeyd etmişdir. Lakin hazırda həmin əşyaların işlənməsini nəzərə alaraq, oğurlanmış əşyaların dəyəri ilə bağlı ümumi miqdarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli 9/2828 saylı rəyində göstərilən qiymətlə, yəni 525 manat qiyməti ilə razıdır. Onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- əmtəəşünaslıq ekspertizasının 25 may 2021-ci il tarixli 9/2828 saylı rəyi ilə bağlı heç bir şikayət və ya etirazının olmadığını, həmin rəylə razı olduğunu qeyd etmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 bir müddətdir ki, tanımış və onunla aralarında normal münasibət olmuşdur. 2021-ci ilin mart ayında dəqiq xatırlamadığı zaman Sadiq onunla əlaqə saxlayaraq, özünə məxsus bir ədəd plazma televizor olduğunu və onu satmaq istədiyini deyərək, onu almaq istəyib-istəmədiyini soruşmuşdur. O, da televizora baxdıqdan sonra fikrini deyəcəyini demişdir. Səhərisi gün o, Sadiqlə görüşmüş, həmin vaxt Sadiqin yanında tanımadığı bir oğlan da olmuşdur. Sadiqin satmaq istədiyi televizora baxıb “Samsung” markalı, 101 dioqonallı plazma televizor olduğunu görmüşdür. Onu yoxlayıb işlək vəziyyətdə olduğuna əmin olduqdan sonra, həmin televizoru neçəyə satdığını soruşmuşdur. Sadiq də televizoru 150 manata satmaq istədiyini bildirmişdir. O, Sadiqlə həmin televizoru 130 manata satması barədə razılaşmış və Sadiq razı olduqdan sonra 130 manat pulu sayıb Sadiqə verərək, həmin plazma televizoru götürmüş və yaşadığı evə gətirmişdir. Sonradan isə həmin televizorun oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. Odur ki, hazırda həmin plazma televizoru istintaqa könüllü olaraq təqdim etmişdir. Sadiq həmin televizorun özünə məxsus olduğunu və öz ehtiyaclarını ödəmək üçün satmaq istədiyini bildirmişdir. O, da Sadiqin dediklərinə inanmış və 130 manata həmin televizoru almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqribən 6 ildir ki, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən “ESR MOBİLE” telefon mağasında icarə müqaviləsi ilə çalışır. 2021-ci ilin mart ayında dəqiq xatırlamadığı zaman onun işlədiyi mağazanın qonşuluğunda avto yuyucuda çalışan hazırki iş üzrə Təqsirləndirilən şəxs1 ona “Samsung S3” markalı mobil telefonu təmir etmək üçün müraciət etmiş və o, həmin telefonu 30 manat pul müqabilində təmir edəcəyini bildirmiş, Vidadi isə səhəri günü həmin telefonu götürcəyini demişdir. Lakin bir neçə gün keçsə də, həmin telefonu Vidadi götürməmişdir. Sonradan isə həmin telefonu oğurluq yolu ilə əldə edildiyini öyrənmişdir. Odur ki, həmin “Samsung S3” markalı mobil telefonu istintaqa könüllü olaraq təqdim etmişdir. Vidadi həmin telefonun özünə məxsus olduğunu bildirmiş və təmir etdirmək üçün vermiş, lakin bir neçə gün həmin telefonu götürməmişdir. Vidadinin həmin mobil telefonu oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarından müəyyən olunur ki, 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Suraxanı RPİ-nin MSY-nə yerləşdirilmişdir. (İ Cild, səh 31) İş materiallarından müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İ Cild, səh 72-73) İş materiallarından müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ Cild, səh 88) İş materiallarında müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. (İ Cild, səh 131) İş materiallarında müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (İ Cild, səh 117-121) İş materiallarından müəyyən olunur ki, 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq Suraxanı RPİ-nin MSY-nə yerləşdirilmişlər. (İ Cild, səh 52) İş materiallarından müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ Cild, səh 75) İş materiallarında müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. (İ Cild, səh 128) İş materiallarında müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (İ Cild, səh 123-127) İş materiallarında müəyyən olunur ki, 16 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, Suraxanı RPİ-nin MSY-nə yerləşdirilmişdir. (İ Cild, səh 144-145) İş materiallarından müəyyən olunur ki, 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ Cild, səh 156) İş materiallarında müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (İ Cild, səh 178-180) İş materiallarında müəyyən olunur ki, 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmişdir. (İ Cild, səh 181) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 25 may 2021-ci il tarixli, 9/2828 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 525,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir:1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizor - 400 manat;1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqunda - 35 manat;1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobzik - 30 manat;1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü drel - 20 manat;1 ədəd “Scarlett” markalı, “SC-1015” model, 700 W-luq istifdədə olmuş şirəçəkən; 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub ekranı üzərində yoxdur. Ehtiyyat hissəsi kimi - 10 manat. “Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 525.0 manat müəyyən edilir”. (İ Cild, səh 212-218) İş materiallarında müəyyən olunur ki, istintaq zamanı götürülmüş 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 diaqonallı, istifadədə olmuş televizor, 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqunda, 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobzik, 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü drel, 1 ədəd “Scarlett” markalı, “SC-1015” model, 700 W- luq istifdədə olmuş şirəçəkən, 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefon məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim edilərək müvafiq rəy alındıqdan sonra Zərərçəkmiş şəxs geri qaytarılmışdır. (İ Cild, səh 225) İş materiallarında müəyyən olunur ki, 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş və barələrində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. (İİ Cild, səh 16-17, 28-30, 41-43) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddələri tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş və 01.04.2020-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.05.2017-ci il tarixli qərarı həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və 02.04.2020-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Arif Yəhyazadə tərəfindən məhkəməyə ünvanlanmış 23.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli 1(005)-223/2016 saylı hökmü və hökmün icrası barədə verilmiş göstəriş ərazi aidiyyatı üzrə 08.11.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Beyləqan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri Seymur İbrahimov tərəfindən məhkəməyə ünvanlanmış 24.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Nərimanov rayon Məhkəməsinin 1(005)-223/2016 saylı 13.10.2016-cı il tarixli hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 yeri müəyyən edilmədiyindən, rayon prokurorluğuna vəsatət verilmiş, rayon prokurorluğu tərəfindən məhkəməyə təqdimat verilmiş və Beyləqan rayon məhkəməsi tərəfindən məhkumun axtarılması barədə qərar qəbul edilmişdir. Həmin qərar 20 may 2019-cu il tarixdə çıxarılaraq icrası Beyləqan rayon Polis Şöbəsinə həvalə edilmiş, lakin məhkum tapılaraq şöbəyə təqdim edilməmişdir. Hökm üzrə təyin edilmiş 2500 manat cərimə cəzası bu günə qədər məhkum tərəfindən icra edilməmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin rəis vəzifəsini icra edən baş ədliyyə müşaviri Namiq İsmayılov tərəfindən məhkəməyə ünvanlanmış 24.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində olan Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü idarənin icraatına daxil olmamış, Təqsirləndirilən şəxs1 barəsində olan Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü isə 29.05.2018-ci il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsinə daxil olmuş, 25.06.2018-ci il tarixdə isə ərazi aidiyyatı üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – ilk dəfə olaraq jinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, bu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir tələbinin və şikayətinin olmamasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən, onların məsuliyyətini yüngülləşdirən halları –törətdiyi əməlləri etiraf etmələrini, bu əməllərdən səmimi peşman olmalarını, zərərçəkmiş şəxsin onlardan heç bir tələbinin və şikayətinin olmamasını, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 dioqonallı, istifadədə olmuş televizor, 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqunda, 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobzik, 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü drel, 1 ədəd “Scarlett” markalı, “SC-1015” model, 700 W- luq istifdədə olmuş şirəçəkən və 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefon zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. İş üzrə 525 (beş yüz iyirmi beş) manat maddi ziyan zərərçəkmiş şəxsə tam olaraq ödənilmiş hesab edilməlidir. İş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mülki iddia verilməmiş əmlak müsadirəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıgın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06.04.2021-ci il tarixdən 08.04.2020-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplansın və ona çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəzası və 2500 (iki beş yüz) manat miqdarında cərimə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16.04.2021-ci il tarixdən 17.04.2020-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04.04.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə toplansın və ona çəkilməsi üçün qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza və 2500 (iki beş yüz) manat miqdarında cərimə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 2500 (iki beş yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd Malaziya istehsalı olan “Samsung” markalı, “UE40EH5000W” model, 40 düyümlü, 101 diaqonallı, istifadədə olmuş televizor, 1 ədəd “LOŞAD” markalı, göy rəngli, orta ölçülü istifadədə olmuş laqunda, 1 ədəd “Craft” markalı, “CRS-125E” model istifadədə olmuş lobzik, 1 ədəd “Bosch” markalı, yaşıl rəngli istifadədə olmuş, kiçik ölçülü drel, 1 ədəd “Scarlett” markalı, “SC-1015” model, 700 W- luq istifdədə olmuş şirəçəkən və 1 ədəd “Samsung” markalı, “İ9300” model mobil telefon zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. İş üzrə 525 (beş yüz iyirmi beş) manat maddi ziyan zərərçəkmiş şəxsə tam olaraq ödənilmiş hesab edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-240/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-240/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver