Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-240/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs oğunun iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala şəhəri, məhəllə 6 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlarında yaşayan, barəsində 06 sentyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 avqust 2023-cü il tarixdə saat 23.00 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, ünvansız bağ həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə tikilmiş saxlanc yerindən ümumi dəyəri 720 manat təşkil edən müxtəlif təmir-tikinti alətləri ilə olan 3 ədəd plastik qutuları, ümumi dəyəri 160 manat təşkil edən 40 metr miss naqilləri, dəyəri 250 manat təşkil edən künc kəsmək üçün aləti, ümumi dəyəri 180 manat təşkil edən 03 ədəd «Bosch» markalı elektrik drellərini, ümumi dəyəri 60 manat təşkil edən 03 ədəd elektrik naqilinin uzatlandırıcıları, dəyəri 50 manat olan 01 ədəd agac fenini, həmin həyətdə yerləşən birmərtəbəli fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsini açmaq yolu ilə evə daxil olub qonaq otağında divara quraşdırılmış halda olan dəyəri 730 manat təşkil edən “Super max” markalı kondisioneri və yataq otağından dəyəri 80 manat təşkil edən bir ədəd ev telefonunu tamah niyyəti ilə gizli talayıb Zərərçəkmiş şəxs cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətdiyi oğurluq cinayətinə görə 2006-cı ildə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2008-ci ildə azadlığa buraxılmışdır. Həmin vaxtdan bu oğurluq əməlinə kimi heç bir cinayət əməli törətməmişdir. 2003-cü ildə ailə həyatı qurmuş və 13 yaşlı bir qız övladı vardır. X4 10 ildən artıqdır ki, eyni məhəllədə yaşadığı üçün qonşu kimi tanıyır və onunla aralarında yaxşı münasibət olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə günorta saatlarında məhəllədə olan zaman Xəyal ona yaxınlaşıb onun yaşadığı evin yanında yerləşən bir həyət evi olduğunu, həmin evdə yaşayış olmadığını bildirmişdir və həmin evə daxil olub oğurluq etməyi təklif etmişdir. O da işsiz olduğu üçün və ailəsinin maddi ehtiyaclarını qarşılamaq məqsədi ilə Xəyalın bu təklifi ilə razılaşmışdır. Bundan sonra həmin gün axşam təxminən saat 23 radələrində məhəllədə Xəyal isə görüşmüşdür. Həmin vaxt ikisi də əllərinə əlcək taxmışdılar. Onlar ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə həmin həyətə boylanmış, işıqların yanmadığını və heç kimin olmadığını gördükdən sonra əvvəlcə Xəyala həmin evin hasarına qalxıb həyətə düşmüş, onun ardınca isə İbrahim hasara qalxıb həyətə düşmüşdür. Həmin həyətdə bir mərtəbəli bir ev və bir ədəd əl damı kimi istifadə olunan yer olmuşdur. Xəyal əvvəlcə əl damma yaxınlaşmağı təklif etmişdir. Onlar əl damına yaxınlaşmış və əl damının qapısının üzərində kilid olmadığını görmüşdür. Xəyal qapını açdıqda qapının bağlı olmadığını demişdir. Onlar da əl damma daxil olub ətrafa nəzər yetirməyə başlamışdılar. Bu zaman həmin əl damında olan üç ədəd usta alətlərinin yığılması üçün nəzərdə tutulan plastik qutuları görüb hər üçünü götürərək həyətə çıxmışdılar. Bundan sonra həyətə olan evin ətrafına nəzər yetirmiş və evin çöl divarına kondisionerin motor hissəsinin quraşdırıldığını görmüşdürlər. Həmin vaxt ikisi də bu kondisioneri oğurlamaq qərarın gəlmişdirlər. Əvvəlcə hər ikisi ayaqlarının altına dəmir boçka qoyub onun üstünə çıxaraq birlikdə köməkləşib oğurladıqları təmir alətlərindən iki ədəd vintaçan götürərək həmin kondisionerin motor hissəsini çöldən söküb yerə qoymuşdurlar. Bundan sonra İbrahim evin qonaq otağının plastik pəncərəsini kilid hissəsindən möhkəm sıxıb açmışdır və əvvəlcə Xəyal, arxasınca isə İbrahim həmin evə daxil olmuşdur. Həmin evdə Xəyal masanın üstünə çıxaraq qonaq otağına quraşdırılmış və motor hissəsini sökdükləri kondisioneri yerindən çıxarıb İbrahimə vermişdir. İbrahim də həmin kondisioneri Xəyal ilə köməkləşib həyətə çıxarmışdır. Həm də həmin evin yataq otağından bir ədəd ev telefonunu oğurlamışdır. Həmin vaxt evdə başqa əşyalar olsa da, onlar evi axtarmamışdırlar və başqa heç bir əşya oğurlamamışdırlar. Onlar evdən çıxdıqdan sonra oğurladıqları kondisioneri və üç ədəd usta təmir alətlərinin yığıldığı plastik qutuları götürüb hasardan çölə çıxarmışdırlar. Sonra isə çöldə oğurladıqları üç ədəd usta təmir alətlərinin yığıldığı yeşiklərdən birini İbrahim götürmüşdür, digər ikisini isə Xəyal özünə götürmüşdür. Oğurladıqları kondisioneri isə taksi sifariş edərək birlikdə Xəyalın tanışı olan və Bülbülə qəsəbəsində işləyən tanımadıqları ustanın yanına gətirmişdirlər. Orada Xəyal oğurladıqları kondisioneri matoru ilə birlikdə 80 manata həmin ustaya satmışdır. Oğurluq yolu ilə əldə etdikləri 80 manat puldan taksi pulunu ödədikdən sonra qalan 74 manat pulu öz aralarında bərabər şəkildə bölmüşdürlər. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman etdiyi oğurluq əməlini etiraf etmiş və oğurladıqları usta alətlərinin yığıldığı qutulardan ona çatan bir ədəd plastik qutunu içərisindəki usta alətləri ilə birlikdə yaşadığı evin həyətində əl damından götürüb polislərə təqdim etmişdir. Sonda o, əməlini səmimi etiraf etdiyini, himayəsində 1 azyaşlı uşağının olduğunu, ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayının əvvəllərində evinə gedib baxış keçirdikdə hər şey qaydasında olmuşdur. Həmin evə baxış keçirib evdən çıxdıqda isə özünə məxsus olan açarla evin çöl qapısını və darvaza qapısını dəqiq olaraq bağlamışdır. Bundan bir müddət sonra başı qarışıq olduğu üçün evinə gedib baş çəkə bilməmişdir. 17 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, nömrəsiz ünvanda yerləşən evinə baş çəkmək üçün getdikdə evin hasarının çöl tərəfindən evə girən elektrik naqilinin kəsilmiş halda olduğunu görmüşdür. O darvaza qapısını açıb həyətə daxil olduqda həmin həyətdə tikdirdiyi bir otaqlı əl damı kimi istifadə etdiyi yerin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, əl damına daxil olduqda orada olan əşyaların dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Bu zaman həyətdən oğurluq olduğunu başa düşmüşdür və diqqətlə əl damındakı əşyalara nəzər yetirməyə başlamışdır. Bu zaman həmin əl damına qoyduğu üçün 03 ədəd içərisində müxtəlif təmir-tikinti alət və əşyalarının olduğu cəmi 720 manat dəyərində olan plastik qutuların yerində olmadığını aşkar etmişdir. Həmin üç ədəd qutu içərisində dəqiq olaraq hansı alət və əşyaları saxladığını ayrı-ayrılıqda xatırlamamış. Lakin həmin əşyalar özünə məxsus olmuşdur. Bundan sonra əl damından çıxıb evin çöl hissəsinə nəzər yetirmiş və həmin vaxt evin qonaq otağının çöl divarına quraşdırılmış “Star max“ markalı 730 manat dəyərində olan kondisionerin motor hissəsinin yerində olmadığını və evin otaqlarından birinin plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüşdür. Dərhal evin qapısını açaraq evə daxil olmuş və bu zaman qonaq otağına quraşdırdığı həmin kondionerin iç hissəsinin və yataq otağında olan 80 manat dəyərində olan ev telefonunun da yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib evinə baxış keçirmişlər və o hadisə ilə bağlı ərizə və izahat yazışdır. Bildirmişdir ki, evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1530 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən zərərin tam ödənildiyini, ona qarşı şikayət, tələbinin və iddiasının olmadığını bildirmişdir. Cinayət işinin 12-14-cü vərəqlərində olan 17 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yaşayış massivi, ünvansız bağ həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub həyətdə tikilmiş saxlanc yerindən oğurluq etmişdir. Cinayət işinin 21-23-cü vərəqlərində olan “mənzilə baxış keçirmə və götürmə haqqında” protokoldan və fotoşəkildən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlar yaşayış massivi, ünvansız bağ həyətinə baxış keçirilmiş, Samir Əliyev və Xəyal Babayevdən götürülmüş 03 ədəd inşaat çantası və içərisində inşaat materialları maddi sübut kimi götürülmüş, protokola əlavə edilmişdir. Cinayət işinin 34-35-ci vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqlərində olan “tutulmuş şəxsin azad edilməsi haqqında” 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X6 MSY-dən azad edilməsi, qərar icra olunması üçün dərhal Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təqdim edilməsi,qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-79-cü vərəqlərində olan 06 sentyabr 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, qərar məlumat üçün vəsatət verən şəxsə- Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Ramil Əliyevə göndərilməsi, ibtidai araşdırmanı aparan şəxsə-Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Ramil Əliyevə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi təklif edilməsi və barəsində qətimkan tədbiri seçiləcək təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçiləri X7 və X1 bu qərar barədə məlumat verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 80-81-ci vərəqlərində olan 06 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 85-89-cu vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 06 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 136-140-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8299 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 ədəd plastik qutularda olan alət dəstlərinin, SS 12107 CHC modelli aqreqatdan və SS 12107 CHC modelli split-sistem qurğusundan ibarət “Super Max” markalı kondisionerin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 940,00 manat müəyyən edilir. Cinayət işinin 95-97-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 08 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayət, tələbi və iddiası olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşağı vardır. Cinayət işinin 98-105-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 16 oktyabr 2023-cü ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənildiyinə görə onunla barışdığını və sonuncunun ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və himayəsində azyaşlı uşağının olduğunu, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılması və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 16 oktyabr 2023-cü ildən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutumalı, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdrılması cəzasının iki gününə bərabər tutulmaqla, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkmiş olduğu 05 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 11 ay 14 gün azadlığın məhdudlaşdırılması müddəti ona təyin olunmuş cəza müddətinə hesablanmaqla, üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə həmin gündən bugünədək həbsdə saxlanıldığı 01 ay 29 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş 02 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa iş üzrə maddi sübut olan 03 ədəd plastik qutularda olan alət dəstlərini və 01 ədəd “Super Max” markalı kondisioner saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkmiş olduğu 05 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 11 ay 14 gün azadlığın məhdudlaşdırılması müddəti ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində 2 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-ü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə həmin gündən bugünədək həbsdə saxlanıldığı 01 ay 29 gün müddət, ümumilikdə 02 (iki) ay 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) ay 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 1(010)-351/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan 03 ədəd plastik qutularda olan alət dəstlərini və 01 ədəd “Super Max” markalı kondisioner saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-240/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-240/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver