Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-240/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1979-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan 2nda yaşayır, 21 sentyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma you ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlü və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun qardaşı X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Veteranlar» parkında Zərərçəkmiş şəxs milli valyuta ilə 5100 (beş min yüz) manat ekvivalentində 3000 (üç min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 5100 (beş yüz min) manat məbləğində,yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mehti Vəliyevi 2023-cü ilin yay aylarından hazırda adını xatırlamadığı şəxsin vasitəsi ilə sonuncunun müdiri olduğu Qəbələ rayonunda yerləşən kafedən tanımışdır. Kafenin müdiri söhbət əsasında ona tanışı olan Mehtinin oğlunu işdən çıxardıqlarını demiş və onu yenidən işinə qaytarmaq lazım olduğunu bildirmişdir. Onun da FHN-də işləyən Mahir adlı tanışı olduğu üçün Mehtinin oğluna köməklik edə biləcəyini demişdir. Bundan sonra kafenin sahibi Mehtini kafeyə çağırmış və onlar söhbət etmişlər. O, Mehtiyə 3000 ABŞ dolları müqabilində onun oğlunu işinə bərpa etdirə biləcəyini demişdir. Həmin vaxtdan sonra o və Mehti bir-iki dəfə Bakı şəhərində görüşüb bu barədə söhbət etmişlər. Sonda Mehti oğlu ilə onun yanına Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmiş və onlar çayxanada görüşmüşlər. Mehti ona 3000 ABŞ dolları pul və işə bərpa olunacaq oğlunun sənədlərinin sürətini vermişdir. Bundan sonra o, bu işlə məşğul olmuş, lakin Mehtinin oğlunun işdən çıxarılma səbəbinin sidiyində narkotik aşkar olunması məlum olmuşdur. Bundan sonra o, Mehtidən aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və Mehtinin pulunu qaytara bilməmişdir. O, Mehtinin oğlunun FHNnə əvvəlki iş yerinə bərpa etmək məqsədi ilə pul almış, lakin iş düzəlməmiş və o da pulu xərclədiyi üçün geri qaytara bilməmişdir. Həmin vaxtdan Mehtinin oğlunu işə düzəltmək üçün xahiş etdiyi FHN-nin işçisi Mahir adlı şəxslə əlaqəsi kəsildiyindən, sonuncunun telefon nömrəsini xatırlamamış, soyadını və ata adını bilməmişdir. Sonda o əməlindən səmimi pəşmancılıq hissi keçirdiyini bildirərək zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ona ziyanın tam ödənilməsini sonuncunun ona qarşı hər hansı şikayətin və tələbinin olmadığını, həmçinin dövlət nəfinə vurulmuş ziyanın 25 % (iyirmi bəş) faizinin ödənilməsinin nəzərə alınmasını və iş üzrə icraata xitam vərilməsini xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ikinci Qarabağ qazisidir. O və atası Mehdi qardaşı X4 FHN-nə işə düzəltmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə atası Mehdi ilə birlikdə «Samir» adlı şəxsə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Veteranlar parkı” adlanan parkın yaxınlığında olan çayxanada 3000 ABŞ dolları pul vəsaiti vermişlər. Samir də onun qardaşı Bəhlulu işə düzəldəcəyinə söz versə də, lakin onu işə düzəltməmiş və onlardan aldığı pulu da geri qaytarmamışdır. Qardaşı Bəhlulu işə düzəltmək məqsədi ilə 3000 ABŞ dolları, yəni 5100 manat məbləğində pul vəsaitini Samir adlı şəxsə vermişdir. Ona görə də, ona 5100 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, o, həmin 3000 ABŞ dolları, yəni 5100 manat pulu bankdan kreditlə götürdüyü və buna görə də, bank faizi isə 1700 manat olmuşdur. Ona görə də, ona 6800 manat pul ödənilməli olduğunu bildirmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, sonuncunun ona ziyanın tam ödənilməsini ona qarşı hər hansı şikayətin və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam vərilməsinə dair etirazın olmadığı bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Şahid onun atası, Zərərçəkmiş şəxs isə onun qardaşıdır. O əvvəllər X1 Xüsusi Riskli Xilasetmə idarəsində rabitə rəisi vəzifəsində işləmişdir. 2022-ci ildə o işdən ailə vəziyyətilə bağlı çıxmışdır. Daha sonra o yenidən özünə iş axtarmaq qərarına gəlmişdir. Təxminən 2023-cü ilin dekabr ayında atası Mehdinin danışıqlarından başa düşmüşdür ki, atası Mehdi onu işə düzəltmək üçün qardaşı Orxanla birlikdə tanımadağı şəxsə 3000 ABŞ dolları pul vermişdir. Lakin həmin şəxs onu işə düzəltməmiş və almış olduğu 3000 ABŞ dolları pulu qaytarmamışdır. Cinayət işinin 56-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 75-76-cı vərəqlərində olan 21 sentyabr 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 77-78-ci vərəqində olan 21 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan “ifadənin hadisə yerində yoxlanılması barədə” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 83-cü vərəqində olan “pulların götürülməsi barədə” 19 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, , iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 5100 manat ziyanın 100 manatlıq əskinazlardan ibarət cəmi 5100 manat pulu Zərərçəkmiş şəxs ödənilməsi üçün müstəntiq Habil Hüseynova təqdim etmiş, 100 manatlıq əskinazlardan ibarət cəmi 5100 manat pul Zərərçəkmiş şəxs təqdim olunması üçün Təqsirləndirilən şəxs hazırki protokola əsasən götürülmüşdür. Cinayət işinin 84-cü vərəqində olan “pulların zərərçəkmiş şəxsə təqdim olunması barədə” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 5100 manat ziyanın, 100 manatlıq əskinazlardan ibarət olmaqla cəmi 5100 manat pulu Zərərçəkmiş şəxs müstəntiq Habil Hüseynov tərəfindən təqdim edilmişdir. Cinayət işinin 87-ci vərəqində olan “sənədə baxış keçirilməsi və götürülməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin cinayət şi üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı olan "Cbar.az" saytından idilmiş bir ədəd çıxarış sənədinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası üzrə 1 ABŞ dollarının Azərbaycan nanatma məzənnəsi 1,70 manat olmuşdur. Həmin çıxarış sənədi iş üzrə mühüm əhəmiyət kəsb etdiyi üçün götürülərək inayət işinin materiallarına əlavə edilmiş və bununla bağlı müstəntiq Habil Hüseynov tərəfindən protokol tərtib olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 85-86-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi olmayacağını bildirmişdir.. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş zərərin 25% faizinin ödənilməsi ilə bağlı olaraq dövlət nəfinə 1277 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və bir birinə uyğun gələn şahidin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaql Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə 25% ödənilməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin heç bir şikayəti, tələbi, iddiası olmaması əsası ilə həmin cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bundan başqa, iş materiallarına əlavə edilmiş notarial qaydada barışıq ərizəsindən də görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Həmçinin iş materiallarına elavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə vurulmuş ziyanın 25 % (iyirmi bəş) faizinin ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsov oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxsov oğlunun hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-240/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-240/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver