Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-241/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə axtarış qərarı əsasında tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2018 və 2019-cu il tarixlərdə doğma xalası oğlu Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə sonuncunun Ağcabədi Rayon Məhkəməsində olan mübahisəli işinə görə həmin məhkəmə ilə onun xeyrinə qərar qəbul edilməsi üçün ümumilikdə 18.500 (on səkkiz min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə özünü vəkil kimi təqdim edərək Zərərçəkmiş şəxs2 məhkəmədə olan mübahisəni həll edəcəyinə dair yalan vədlər verib aldadaraq sonuncunun müxtəlif vaxtlarda hissə-hissə olmaqda 1100 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs2 1100 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ali təhsili olmasa da bəzi məhkəmə işlərində nümayəndə qismində iştirak etmişdir. 2017-ci ilin dekabr ayında Rusiya Fedederasiyasında yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 onun evinə qonaq gələrək Ağcabədi rayonunda yerləşən babasından atasına, atasından da ona qalmış 63 sot torpaq sahəsini əmisinin zəbt etdiyini bildirmiş və bu işdə ona köməklik etməyini xahiş etmişdir. O da ona köməklik edə biləcəyini demişdir. Bundan bir neçə gün sonra bu barədə maraqlandıqdan sonra həmin torpaq sahəsinə layihə almaq lazım olduğu bildirmişdir, lakin Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət etsə də razılıq verilməmişdir. Həmin torpaqla bağlı heç bir sənədləri olmadığından bu iş alınmamışdır. Bu iş üçün Zərərçəkmiş şəxs1 hazırda dəqiq xatırlamadığı miqdarda pul almış və Suraxanı rayonunda yerləşən layihə bürosunda Ağcabədi rayonunda yerləşən 63 sot torpaq sahəsinə dair layihə çəkdirmişdir. Layihə bürosuna 2200-2300 manat pul vermişdir. Həmin layihəni götürüb Zərərçəkmiş şəxs1 göstərib torpaq sahəsinə dair iddia ərizəsi tərtib etmişdir, dövlət rüsumunu ödədikdən sonra Ağcabədi rayon məhkəməsinə müraciət etmişdir. Rizvan həmin vaxtı Rusiya Federasiyasında olduğundan məhkəmədə nümayəndə qismində o, təmsil etmişdir. Həmin vaxt Rizvandan borca pul istəmiş, Rizvan da mənə 3000 ABŞ dolları pul göndərmişdir. Bir neçə gündən sonra Rizvan zəng edərək bildirmişdir ki, həmin pulu faizlə götürüb ona vermişdir. Ağcabədi məhkəməsində iş gedən zaman Rizvandan işin həll edilməsi üçün 2500 manat və 600 manat pul da almışdır. İki il həmin məhkəmə prosesi getmiş və məhkəmə prosesi zamanı sözü gedən 63 sot torpaq sahəsinin həqiqətən də Rizvanın əmisinə məxsus olması və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirmə aparılaraq çıxarış aldığı məlum olmuşdur. Rizvana məhkəməni uduzması barədə məlumat vermişdir. Ümumi Rizvana 18.500 manat pul ödəmişdir. Rizvan həmin puldan 3000 ABŞ dollarını ona borc kimi vermişdir. Digər şəxs Zərərçəkmiş şəxs2 qarşı isə özünü təqsirli bilir. Ona dəymiş zərəri də geri ödəmişdir. Ondan 1100 manat pul alaraq icra şöbəsində işini həll edəcəyini bildirmişdir, lakin pulu öz ehtiyacları üçün xərcləmiş, həmin zərəri də geri qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş zərərin Rizvandan borc kimi aldığı 3000 ABŞ dolları hissəsinin ümumi ittihamdan çıxarılmasını, bundan sonra qalan məbləğin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Əvvəllər aralarında hər hansı bir ədavət və düşmənçilik olmayıb, lakin məlum cinayət işi ilə bağlı ondan şikayətçi olduğundan münasibətləri pozulmuşdur. 2018-ci ilin mart ayında xalası oğlu Azadın ünvan 3 ünvanda yerləşən evində qonaq olarkən ondan torpaq mübahisələri ilə bağlı işləri bilən vəkil tapmasını istəmişdir. Azad bildirmişdir ki, vəkilə ehtiyac yoxdur, özü bu işində vəkil kimi çıxış edəcək və özünə məxsus olan Vəkillik vəsiqəsini göstərmişdir. Münasibətləri həmişə yaxşı olduğu üçün və ona etibar etdiyinə görə Azada inanmışdır. Azad demişdir ki, həmin işin həlli üçün xeyli miqdarda pul lazım olacaq, lakin pulu hissə-hissə alacaq. Həmin torpağın ata-babadan yadigar olduğunu və istifadəsində olduğu üçün işin xeyrinə həllinə lazımı qədər pul xərcləyəcəyini bildirmişdir. Bundan sonra Azad ondan ilkin olaraq öz evində 1.000 manat pul almış və qısa müddətdə işlə məşğul olacağına söz vermişdir. Bundan sonra hissə-hissə Azada ümumilikdə 18.500 manat pul vermişdir. Lakin Azad torpaq problemimi həll etməmişdir. O, artıq Azad tərəfindən dələduzluq yolu ilə aldadıldığını başa düşmüşdür və ondan pulunun qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra Azad bir çox zənglərinə cavab verməmiş və ya cavab verdiyi zənglərdə də müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Bundan sonra mən Suraxanı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda isə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulu Azada 2018- 2019-cü illər ərəfəsində vermişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyan tam ödəyib, onu qarşı heç bir şikayəti və tələbi yoxdur. Sonda verdiyi 3000 ABŞ dolları məbləğində pul vəsaitini isə Azad xəstə uşağını müalicə etmək üçün istəmişdir. O da ona həmin pulu vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşasa da, onunla tanışlığı təxminən 2021-ci ilin dekabr ayında dəqiq xatırlamadığı zaman təsadüfən tanış olmuşdur. Belə ki, həmin vaxt o, yaşadığı qəsəbədə yerləşən «Zimniy kulub» adlanan mədəniyyət evinin yaxınlığında olan avtomobil yuma sexində özünə məxsus avtomobili yuduzdurarkən Təqsirləndirilən şəxs da özünə məxsus avtomobili yuduzdurmuşdur. Həmin vaxt tanışlığı olmuş və söhbət əsnasında Azad özünü ona vəkil kimi təqdim etmişdir. O, Azada məhkəmədə olan problemi barədə danışmışdır. Belə ki, o, özünə məxsus olan bir avtomobili “Nikoyl” bankın əməkdaşlarının vasitəsilə digər şəxsə satmışdır. Həmin şəxs isə ödənişləri gedikdirdiyi üçün və avtomobil onun adında olduğuna görə bank ondan müəyyən miqdar pulu tələb etməyə başlamışdır. Bu məsələ ilə bağlı o, əvvəlcədən başqa vəkillə müqavilə bağlamış və iş məhkəmədə onun xeyrinə həll olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Prezidentinin restrutrizasiya barədə qərarından sonra təkrar “Nikoyl bank”ın nəzdində olan və sonradan bankdan ayrılan “Azeurocar” adlı şirkətin nümayəndəsi təkrar onunla əlaqə saxlayıb, ondan pul tələb etməyə başlamış və sonradan onun yaşadığı yer üzrə Suraxanı Rayon Məhkəməsinə sənədləri göndərmişlər. O, bu problemini Azada danışdıqdan sonra Azad vəkil olduğunu və bu işi həll edə biləcəyini demişdir. Həmin vaxt o, özündən razı və tam əmin şəkildə danışdığı üçün onda özünə qarşı etibar və inam qazanmışdır. Bundan sonra Azad onun məhkəmə işini həll etmək üçün cəmi 1.100 manat pul istəmişdir. Onlar da razılaşmışlar və 2022-ci ilin yanvar ayının 5-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində yerləşən “Zimniy klub” adlanan yerdə görüşmüşlər. Həmin vaxt Azad ona bu işi həll edəcəyini söz vermişdir. O da Azada inanmış və bir gün sonra, yəni 06 yanvar 2022-ci il tarixdə Azadın ona verdiyi “Albalı” kartın balansına ilkin olaraq 150 manat pul köçürmüş və 10 manat əlbəəl Azadın özünə vermişdir. Bir gün sonra, yəni 07 yanvar 2022-ci il tarixdə atası Hikmət Məmmədov gedib Azadla görüşərək bu barədə söhbət etmiş və bundan sonra elə həmin gün, yəni 07 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Azadla Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində yerləşən «Ballı Market»in qarşısında görüşərək Azadın idarə etdiyi ağ rəngli “Ford Fusion” markalı (dövlət nömrə nişanını bilmədiyi) avtomobilin içərisində Azada 840 manat pul vermişdir. Həmin vaxt ikisindən başqa avtomobildə heç kim olmamışdır. Beləliklə də, o, Azada hissə-hissə olmaqla cəmi 1.000 manat pul vermişdir. Lakin Azad qabaqcadan razılaşdığı kimi 100 manatı da ödəməyini istəmiş və onun üzərində pul olmadığı üçün qardaşı Amil Məmmədovdan xahiş etmişdir. Qardaşı da biraz sonra 100 manat pulu götürüb gətirərək ona vermiş və o da qardaşının yanında qalan 100 manat pulu da Azada vermişdir. Azad qardaşının yanında da ona bu işi qısa müddət ərzində həll edəcəyinə söz vermişdir. Lakin həmin vaxtdan sonra Azad onun çoxsaylı zənglərinin əksəriyyətinə cavab verməmiş, cavab verdikdə isə narahat olmamağını, bu işi qısa müddət ərzində başqa vəkillərin əli ilə həll edəcəyini bildirmişdir. Buna baxmayaraq Azad onun məhkəmədə olan işini həll etməmiş və hissə-hissə olmaqla ümumilikdə verdiyi 1.100 manat pulu ona qaytarmamışdır. O, artıq Azad tərəfindən dələduzluq yolu ilə aldadıldığını başa düşdükdən sonra polisə bu barədə müraciət etmişdir. Onun barəsində cinayət işi başlanıldıqdan sonra isə istintaq zamanı ona dəymiş 1.100 manat maddi ziyanı tam olaraq ödəmişdir. O, məhkəmədə olan barəsində edilmiş qanunsuz müraciətlə bağlı işi haqqında Azada danışdıqdan sonra Azad özü ona bu işi həll edə biləcəyini və vəkil olduğunu demişdir. O da özünə qarşı inam və etibar qazandıqdan sonra Azada inanıb hissə-hissə olmaqla cəmi 1.100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Azad onu aldadaraq ümumilikdə 1.100 manat pulunu aldıqdan sonra verdiyi vədə əməl etməmiş və barəsində cinayət işi başlanıldıqdan sonra isə aldığı pulu tam olaraq geri qaytarmışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 42); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 50); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 53); şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (i.v. 59); əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 78-79); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81- 82); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-314/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, əvvəli 26 may 2022-ci il tarixdən hesablanmaqla 24 iyul 2022-ci il tarixədək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (i.v. 97-103); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 113); “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb (i.v. 116); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 6000 manat cərimə cəzası ilə əvəz edilmişdir (i.v. 117-118); xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Məmmədov X5 Azad Oqtay oğlu tərəfindən ona vurulmuş ziyanı, yəni 1100 manat pulu tam şəkildə təhvil almışdır (i.v. 119); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 121-122); şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 138); barəsində axtarış elan edilmiş şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır (i.v. 141); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 142-143); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 145-146); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurmuş olduğu 1100 manat maddi ziyanı istintaq zamanı tam ödədiyindən cinayət işi üzrə icraata hissəvi olaraq xitam verilmişdir (i.v. 149- 153); sübutların qiymətləndirilməsi haqqında qərarın hissəvi ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, sübutların qiymətləndirilməsi haqqında qərar cinayət işi üzrə icraata hissəvi olaraq xitam verilməsi hissəsində ləğv edilmişdir (i.v. 156- 158); zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 Rizvan Nadir oğlunun nümayəndəsi qismində tanınmışdır (i.v. 162); şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 189-190); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir (i.v. 197); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 198-199); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 202-208); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 210-211); Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur; "xxxx" ASC tərəfindən verilmiş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3625 (üç min altı yüz iyirmi beş) manat dövlət büdcəsinə ödənilmişdir; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X6 – vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İşdə olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs1 borc kimi aldığı 3000 ABŞ dolları məbləğində hissəsinin ümumi ittihamdan çıxarılmasını, bundan sonra cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 3000 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbətdə olan məzənnəsinə uyğun 5100 manat) məbləğində əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi epizodu Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməlidir. (çıxarılmalıdır). Belə ki, məhkəmə işin hallarını təhlil edib hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 3000 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına nisbətdə olan məzənnəsinə uyğun 5100 manat) məbləğində əmlakının etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməsi epizodu təsdiq olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait; xx.xx.2025-ci il tarixdən sonra məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 5100 (beş min yüz) manat məbləğində əmlakının etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməsi epizodu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilsin. (çıxarılsın). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə həmin Məcəllənin 73- 1.2-ci maddəsi tətbiq edilməklə, bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi xx.xx.2025-ci il tarixədək 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat; xx.xx.2025-ci il tarixdən sonra 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat olmaqla, cəmi 255 (iki yüz əlli beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-241/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-241/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver