Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-242/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1960-cı ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsi, 10 nömrəli evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 aprel 2021-ci il tarixdə, saat 14 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsi, 10 nömrəli evdə faktiki nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs ona, spirtli içki qəbul etdiyinə görə irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı əvvəlcə yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsindən vurmuş, daha sonra zərbənin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs sağ üz nahiyəsinə və sol arxa çiyin nahiyəsinə təpiklə vuraraq, sonuncuya sol göz ətrafının hematoması və bu gözün ağlı qişasına qansızma, burun kökünün, sağ üz nahiyəsinin və sol çiyinin arxa səthinin qançırları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun rəsmi nikahda olduğu arvadı var. Rəsmi nikahından doğulmuş üç oğlu və arvadı Xaçmaz rayonu, Qusarçay kəndində yaşayırlar. Zərərçəkmiş şəxs ilə 10 ildir faktiki nikah münasibətində Bakı şəhərində yaşayır. 17 aprel 2021-ci il tarixdə, saat 14 radələrində kirayədə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsi, 10 nömrəli evdə spirtli içki qəbul etdiyi üçün Zenfira ona çoxlu iradlar bildirmiş, habelə ona “kişisən get işlə evə çörək al gətir, yoxsa özüm gedib işləyəcəm və evə çörək alıb gətirəcəm” demişdir. Zenfıranın bu sözlərindən əsəbləşərək yumruqla onun sol göz nahiyəsinə vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Zenfira yerə yıxıldıqdan sonra isə təpiklə onun sağ üz nahiyəsinə və sol arxa çiyin nahiyəsinə vurmuşdur. Zenfiranın burnundan qan gəldiyini görüb daha onu vurmamışdır. Zenfira ayağa qalxdıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmək istəmiş, lakin telefonu onun əlindən alaraq zəng etməsinə mane olmuşdur. Sonradan isə Zenfiradan üzr istəyib peşman olduğunu bildirmiş, sonuncu da onu etdiyi əmələ görə bağışladığını demişdir. Buna baxmayaraq səhəri gün Zenfira ondan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə şikayət etmişdir. Zenfiranı döyərkən yanlarında heç kim olmamış, mübahisələri və Zenfiranı vurması 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 10 ildir faktiki nikah münasibətində Bakı şəhərində yaşayır və birgə faktiki nikahdan onların iki uşağı dünyaya gəlmişdir. Xanların rəsmi nikahda olduğu arvadı var və sonuncu Xanlarla birgə nikahdan olmuş uşaqları ilə birlikdə Xaçmaz rayonu, Qusarçay kəndində yaşayır. Xanlar Bakı şəhərinə gələndə onunla birlikdə yaşayır. Xanlar tez-tez spirtli içki içir və onunla mübahisələr edir. Sonuncu dəfə 17 aprel 2021-ci il tarixdə, saat 14 radələrində Xanlar kirayədə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsi, 10 nömrəli evə sərxoş halda gəlmişdir. Xanların evə sərxoş gəldiyinə görə ona öz etirazını bildirərək “kişisən get işlə evə çörək al gətir, yoxsa özüm gedib işləyəcəm və evə çörək alıb gətirəcəm” demişdir. Bu sözü Xanların xoşuna gəlməmiş, ona qarşı nalayiq ifadələr işlədərək onun üzərinə gəlib yumruqla bir dəfə sol göz nahiyəsindən vurmuş, zərbənin təsirindən o, özünü itirib yerə yıxılmışdır. Yıxıldıqdan sonra Xanlar bir dəfə təpiklə onun sağ üz nahiyəsindən və bir dəfə də təpiklə sol arxa çiyin nahiyəsindən vurmuşdur. Burnu qanamış və Xanlar onun burnunun qanadağını görüb daha onu vurmamışdır. Ayağa qalxdıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmək istəsə də, Xanlar telefonu əlindən alaraq ona mane olmuşdur. Buna baxmayaraq səhəri gün, yəni 18 aprel 2021-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Habelə Bakı şəhəri suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gedib ərizə ilə də müraciət etmişdir. Xanlar onu kirayədə yaşadıqları evdə döymüş, həmin vaxtı uşaqları həyətdə olmuş, yanlarında heç kim olmamışdır. Habelə həmin vaxt qaçıb yaşadaqları evin həyətinə çıxmaq istəsə də, Xanlar ona imkan verməmişdir. Xanların onunla mübahisə edib döyməsi təxminən 4-5 dəqiqə davam etmişdir. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli, 359 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol göz ətrafının hematoması və bu gözün ağlı qişasına qansızma, burun kökünün, sağ üz nahiyəsinin və sol çiyinin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 17 aprel 2021 -ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2021-ci il tarixli məlumatından və Xaçmaz rayon Xalq Məhkəməsinin 24 noyabr 1995-ci il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (1960-cı il redaksiyasında) 83-cü maddəsinin 2-ci hissəsi və 23-1-ci maddəsi ilə 02 il azadlıqdan şərti məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə verərək, barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs ərizəsini müdafiə edərək, təqsirləndirilən şəxsin barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını təklif etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-242/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-242/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver