Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-242/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X3 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan barəsində 07 noyabr 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədə satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi-1,199 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Suraxanı RPİ-nin 31-ci PŞ-nin əkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, kirayə yaşadığı nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxan ırayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-yə aparılmış və orada baş təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi-1,199 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ötürülmüşdür. Bundan başqa, o, 06 noyabr 2024-cü il tarixdə səhər saatlarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,670 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, barəsində 102872/24 nömrəli axtarış işi olduğundan Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 09:20 dəqiqədə Bakı şəhəri, ünvan 4 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-yə aparılmış və orada üzərində narkotik vasitə daşıdığını etiraf etməsi səbəbindən təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,670 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, istintaq mərhələsində verdiyi izahatı təsdiqləyir, hadisə orada qeyd etdiyi kimi olmuşdur. O, ünvan 2də yaşayır, 11 sentyabr 2024-cü il tarixdə oradan çıxanda məhəllədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üstündə narkotik vasitə olmuşdur, polis bölməsinə getmişlər və üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. 06 noyabr 2024-cü il tarixdə də evdən biraz uzaq məsafədə onu saxlamışdırlar. Həmin vaxt telefon işlətməmişdir. Həm 11 sentyabr, həm də 06 noyabr tarixlərində polis əməkdaşları ona yaxınlaşanda o, heç bir müqavimət göstərməmişdir, polislər da ona heç bir güc tətbiq etməmişdir. Polis bölməsində də ona fiziki güc tətbiq edilməmişdir. O, 8-10 ay olar ki, narkotik vasitədən istifadə edir. Üzərindən çıxarılan hər iki növ narkotik vasitədən də istifadə etmişdir. O, öz istifadəsi üçün narkotik vasitə almışdır. O, narkotik vasitəni aldığı şəxsi tanımır . Sonuncu dəfə 3-4 gün əvvəl istifadə etmişdir, artıq özünün də istifadə etmək istəmir. Daha əvvəl müalicədən yarımçıq çıxmış, indi isə evdəkilər danışmış, müalicə üçün çalışır, bundan sonra söz verib ki, istifadə etməyəcək. Himayəsində iki azyşlı uşağı var. Əməlindən səmimi peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxs axtarışda olduğu üçün onlar tərəfindən 06 noyabr 2024-cü il tarixdə tutulmuşdur. Ona yaxınlaşmışlar və onu polis şöbəsinə aparmışdırlar. Orada özü etiraf etmişdir, təhqiqatçının otağında üzərində axtarış aprılmış və könüllü surətdə üzərində olan narkotik vasitəni təqdim edərək istifadə etdiyini bildirmişdir. Şəxs tutulan vaxt tək olmuşdur. Şəxs axtarışda olduğu üçün onu saxlamışdırlar. Onlara qarşı təqsirləndirilən şəxsin heç bir müqaviməti olmamışdır. Onlar tərəfindən təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tanımadığı, sadəcə üzdən gördüyü birindən narkotik vasitəni aldığını bildirmişdir. O, digər əməkdaşla birlikdə təqsirləndirilən şəxsi saxlamışdır. Onlar təqsirləndirilən şəxsin orada olduğunu bilmişdirlər, yaxınlaşıb saxlamışdırlar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyev tərəfindən tərtib olunmuş 11 sentyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə olan metamfetaminə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni 11 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir Cinayət işində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyev tərəfindən tərtib olunmuş 06 noyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o,əynindəki tünd qəhvəyi rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan «şüşə» kimi tanıdığı metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə olan metamfetaminə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 06 noyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat ödəməklə alaraq şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə baxış və götürmə aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd, DVDyə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Suraxanı RPİnin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim edir və həmin 01 ədəd bükümün içərisində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitədir və həmin narkotik vasitəni 11 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 194 saylı möhürü ilə möhürlənərək götürülür. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən üzərinə baxış və götürmə aparılması videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd, DVD-yə köçürülmüş bir ədəd səsli videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan «şüşə» kimi tanıdığı metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim edir və həmin 01 ədəd bükümün içərisində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan tünd qəhvəyi rəngli idman şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitədir və həmin narkotik vasitəni 06 noyabr 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat ödəməklə alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01ədədbüküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan 194 saylı möhürü ilə möhürlənərək götürülür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/4539 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxsüzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,199 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) daxildir. Metamfetaminin təmiz çəkisi 1,199 qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 1,149 qram. (ekspertiza tədqiqatın dəyəri 60 manatdır.) Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/5149 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01ədədbükümdə təmiz çəkisi-0,670 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) daxildir. Metamfetaminin təmiz çəkisi 0,670qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 0,620 qram. (ekspertiza tədqiqatın dəyəri 114 manatdır.) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7863 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadanməcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmaını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 174 (yüz yetmiş dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,620 qram və 1,149 qram qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu 3 (üç) günün hər günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin müddət, yəni 6 (altı) gün təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,620 qram və 1,149 qram qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 02 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən hakim Samir Əliyev
Məhkəmə qərarları › İş №1(010)-242/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-242/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver