Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-244/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1972-ci ildə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evini 9000 (doqquz min) manat müqabilində ona satacağına dair yalandan vəd verib aldadaraq 12 dekabr 2018-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Buzovna qəsəbəsi, Dam bazarı kimi tanınan yerin yaxınlığında Zərərçəkmiş şəxs1 1300 (bir min üç yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 1300 (bir min üç yüz) manat məbləğində ziyan vurmaqla dələdəuzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Şuşa şəhərciyi» kimi tanınan yeni yaşayış massivində onun üçün 11500 (on bir min beş yüz) manat müqabilində bir mərtəbəli fərdi yaşayış evi inşa edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla 2019-cu ilin yanvar ayının əvvəlində saat 19:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 1000 (bir min) manat pulu, 2019-cu ilin fevral ayının əvvəlində saat 20:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 2000 (iki min) manat pulu, 2019-cu ilin aprel ayının ortasında saat 20:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 2500 (iki min beş yüz) manat pulu, 2019-cü ilin may ayının əvvəlində saat 20:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 1000 (bir min) manat pulu, 2019- cu ilin iyun ayının ortasında saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 1500 (bir min beş yüz) manat pulu, 2019-cu ilin sentyabr aynın ortasında saat 19:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə 3500 (üç min beş yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümümilikdə 11500 (on bir min beş yüz) manat məbləğində, yən| xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin özünə məxsus olduğunu deyərək ona 18000 (on səkkiz min) manat müqabilində fərdi yaşayış evi satacağına dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla 22 oktyabr 2019-cu il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində 500 (beş yüz) manat pulu, 23 oktyabr 2019-cu il tarixdə 16:00 radələrində ünvan 3 ünvanda 16000 (on altı min) manat pulu və 2019-cu ilin noyabr ayının əvvəlində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Bağımız” adlı kafedə 13500 (on üç min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 ümümilikdə 30000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yerləşən torpaq sahəsində onun üçün 16500 (on altı min beş yüz) manat müqabilində bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi inşa edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində 100 (bir yüz) manat pulu, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 21 №-li notariat konturunda 8900 (səkkiz min doqquz yüz) manat pulu və xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yerləşən «Aydın» marketin yaxınlığında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümümilikdə 10500 (on min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsində ona 20.000 (iyirmi min) manat pula bir mərtəbəli fərdi yaşayış evi satacağına dair yalandan vəd verib aldadaraq 21 avqust 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən «AL» marketin yaxınlığında 10.000 (on min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümümilikdə 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may yaşayış massivində onun üçün 15000 (on beş min) manat müqabilində fərdi yaşayış evi inşa edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Cırtdan» parkının qarşısında 500 manat pulu, xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən 8 saylı notariat kontorunda 7000 (yeddi min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümümilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ona 18.000 manata bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evi satacağını yalandan vəd verib aldadaraq 12 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qres qəsəbəsi, Lev Starçu küçəsində yerləşən nömrəsiz evdə 5.000 (beş min) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümümilikdə 5000 (beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək ona Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, «İmam Hüseyn» məscidinin yaxınlığında 17.000 (on yeddi min) manata bir mərtəbəli fərdi yaşayış evi satacağını yalandan vəd verib aldadaraq 23 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, «İmam Hüseyn» məscidinin yaxınlığında yerləşən nömrəsiz evdə 17000 (on yeddi min) manat pulu Şahid2 vasitəsi ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümümilikdə 17000 (on yeddi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçi kimi təqdim etməklə Zərərçəkmiş şəxs8 etibarından sui istifadə edərək ona Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evi satacağını yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Dostluq parkında 9500 (doqquz min beş yüz) manat pulu və 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Aura” şadlıq sarayının yaxınlığında 500 (beş yüz) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 ümümilikdə 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir dövlət müəssisəsində rəsmi olaraq işləmir, lakin əvvəllər fərdi qaydada ev alqı satqısı və tikintisi ilə məşqul olmuşdur. Ona torpaq sahəsi, yaşayış evini satmaq istəyən şəxslər müraciət edirmişlər və o, da onların torpaq sahələrini və ya fərdi yaşayış evlərini internet sosial şəbəkəsi vasitəsi ilə satırmış. O, həmin torpaq sahələrini və ya fərdi yaşayış evlərinin satılması barədə internet sosial şəbəkəsində elan verməklə küçələrdə olan divarlara öz nömrəsini yazaraq satdığı torpaq sahələri və evlər barədə divara yazılı kağızda yapışdırmışdır. Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirmişdir ki, 2018-ci ilin dekabr ayında onun mobil nömrəsinə bır qadın zəng etmiş və adının Sevil olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istidıyini demişdir. Bu zaman o, həmin qadına Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində 3 sotun içərisində bir otaqlı fərdi yaşayış evinin olmasını və 11000 manata satdığım demişdir. Bu zaman o, onunla görüşmək istəmişdir. Sevil onunla telefonla danışandan sonra səhəri günu tanımadığı bir kışı ilə gəlmiş və onlar Zabrat qəsəbəsində görüşmüşlər. Bundan sonra o, onları Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyinə aparmış və həmin evi onlara göstərmişdir. Onlar baxdıqdan sonra evi bəyənmişlər. Lakin qiymətdə razılaşmamışlar. Onlar ona bildirmişlər kı, həmin evə 9000 manat verəcəklər. Həmin evin onun tanışı Araz adlı şəxsə məxsus olduğunu onlara demiş, qiymət barəsində Araza demişdirkdən sonra onlara məlumat verəcəyini bildirmişdir. O, səhəri günü Araz adlı şəxslə danışıb ona evi 9000 manata almaq istəyənin olmasını demiş və Araz onunla razılaşmışdır. O, Sevilə zəng edib bildirmiş və Sevil onunla razılaşaraq bu barədə yoldaşıyla danışmağını demişdir. O, da onun əri ilə danışmış və onunla Buzovna qəsəbəsində görüşmüşdür. 12 dekabr 2018-ci il tarixdə saat 16:00 radələrində o, Sevilin əri ilə görüşəndə o, ona 1300 manat pul beh vermişdir. O, həmin pulu xərcləyərək yerə eskiz lahiyyə çıxartmışdır. O, Sevilə sənədi göstərib evin pulunu istəyəndə o, ona demiş ki, ərinə bu barədə deməsin və ərinə desin ki, həmin yerin sənədi çıxarış sənədidir. O, onun əri ilə görüşmüş və çıxardığı lahiyəni Sevilin ərinə göstərəndə o, həmin sənədlə razılaşmamış və evi almaq istəmədiyini deyib başqa şəxsə satıb onların ona verdiyi 1300 manatı qaytarmağını bildirmişdir. O, da onlara demiş ki, onlar həmin pulu ona beh vermiş və yazılmamış razılığa əsasən beh qaytarılmır. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs1 1300 manatını qaytarmamışdır. Sonradan o, Zərərçəkmiş şəxs1 400 manat qaytarmış və hal hazırda ona 900 manat borcu qalıbdır. Zərərçəkmiş şəxs9 epizodu üzrə bildirmişdir ki, 2019-cu ilin yanvar ayında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Mahirə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istidəyini demişdir. Bu zaman o Mahirə xanıma bildirmiş ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa qəsəbəsi deyilən yerdə bir neçə dənə torpaq sahələri var həmin yerlərdə ev tikib sata bilər. Bu zaman o, onunlə razılaşmış və onunla görüşmək istəmişdir. Mahirə adlı xanım onunla telefonla danışandan sonra səhəri günü o Mahirə və adını sonradan Sədaqət olduğunu bildiyi qadın ilə Balaxanı dairəsində görüşmüş və onları Ramana qəsəbəsi, Şuşa şəhərciyi kimi tanınan yerə aparmışdır. O, onlara təmiri olmayan evi göstərmiş və həmin ev Mahirənin xoşuna gəlmişdir. O ona bildirmiş ki, “evin polunu taxta ilə örtəcəm”, pəncərələri quraşdıracaq və içəridən divarları ağardacaq, bundan sonra 17500 manat pul alacaqdır. Mahirə onunla razılaşmış və getmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində saat 19:00 radələrində o Mahirə ilə onun Sədaqətin yaşadığı Balaxanı qəsəbəsi, 2-ci mədəndə yerləşən evdə görüşmüş və o, ona 1000 manat beh pul vermişdir. Sonra o, ona bildirmiş ki, onun əlində tam şəkildə pul yoxdur, evin pulunu ona hissə-hissə verib başa çatdıracaq. O, da ona inanmış və onunla razılaşmışdır. O ondan 1000 manat pulu aldıqdan sonra qeyd olunan evdə təmir işlərinə başlamışdır. Bundan sonra Mahirə Sədaqətin evində ona 2019-cu ilin fevral ayının əvvəllərində saat 20:00 radələrində 2000 manat, 2019-cu ilin aprel ayinin ortalarında saat 20:00 radələrində 2500 manat, 2019-cu ilin may ayının əvvəllərində saat 20:00 radələrində 1000 manat və 2019-cu ilin iyun ayının ortalarında saat 21:00 radələrində 1500 vermişdir. Mahirə ümumilikdə ona 8000 manat vermişdir. Mahirədən aldığı 8000 manat puldan 4800 manatı təmir işlərinə xərcləmişdir. Qalan 3200 manat pulu 5/36 tirajlı lotereyasına xərcləmiş, lakin pulları uduzmuşdur. Təmir işlərinin bitməsinə az qalmış Mahirə ilə görüşüb qalan 9000 manatı ödəməsini bildirmişdir. Mahirə isə pulu olmadığını bildirmişdir. O, isə ona demiş kı, yerin sahibi pulu istəyir. Pulu verməsə tikdiyi evi əlindən alacaq. Mahirə isə qısa müddətdə pulu ödəyə bilməyəcəyini bildirib təklif etmiş ki, başqa yerdən ona yer verim. Bundan sonra o, yaxınlıqda yerləşən İlqar adlı maklerə məxsus evini ona göstərmiş, həmin ev Şuşa şəhərciyində yerləşməklə qismən təmirli evdi 23000 manata İlqar evini satırmış. Bundan sonra o, İlqarla Mahirəni tanış etmişdir. Həmin ev Mahirənin xoşuna gəlmiş və telefonla İlqarla danışmış və evi 19000 manata almağa razılaşmışdır. Həmin zaman İlqara pul lazım olduğu üçün Mahirəyə 19000 manat evi satmağa razı olmuşdur. Həmin evə su çəkiləcəyini və evin qalan təmir işlərini İlqar görəcəyini Mahirəyə demiş və 3500 manat pul lazım olacağını bildirmişdir. 2019-cu ilin sentyabr ayının ortalarında saat 19:00 radələrində Sadaqətin evinə getmiş və orada Mahirə ona suyun çəkilməsi üçün 3500 manat pul vermiş və o, da həmin gün pulu Ramana qəsəbəsində İlqara çatdırmışdır, İlqarla razılıqlarına əsasən o, Mahirədən aldığı 8000 manatı ona verməli idi, İlqarda özü qalan pulu Mahirədən alıb evi ona verməliydi. İlqar aldığı 3500 manat müqabilində ev işıq, qaz və su çəkmişdir. Sonradan isə məlum olmuş ki, İlqar- Mahirədən qalan 7500 manatı istəmiş, lakin Mahirə həmin pulu verməmişdir. Mahirənin pulu verməməsi səbəbindən İlqar evi başqa şəxsə satmışdır. Zərərçəkmiş şəxs7 epizodu üzrə bildirmişdir ki, 2019-cu ilin oktyabr ayında əvvəllərdən tanıdığı Könül adlı xanım ona zəng edərək, tanışlarının ev almaq istədiyini bildirmişdir. Könül ev almaq istəyən adını sonradan bildiyi Gündüz adlı şəxsi istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini əlaqə saxlamaq üçün ona vermişdir. O, da həmin günü Gündüz ilə əlaqə saxlayıb səhəri günə Bakıxanov qəsəbəsində görüş təyin etmişlər. Səhəri gün o, Könül və tanışı Vaqif adlı şəxslə onun idarə etdiyi **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gündüz ilə təyin elədikləri ünvana gəlmişlər. Könül onu Gündüzə təqdim edib çıxıb işlərinin dalınca getmişdir. Orada Gündüzdən əlavə bir xanım adını sonradan bildiyi Elmira və birdə cavan oğlan adını sonradan bildiyi Elmin var idi. Onlar avtomobilə əyləşib satılıq olan evləri onlara göstərmək üçün ilk əvvəl Ramana qəsəbəsində yerləşən evlərə getmişlər. Ramana qəsəbəsində göstərdiyi evləri onlar bəyənməmişlər. O, da onlara Hövsan qəsəbəsində daha yaxşı və daha ucuz qiymətə ev olduğunu bildirmişdir. Onlarda bununla razılaşmışlar. Onlar Ramana qəsəbəsindən çıxdıqdan sonra Hövsan qəsəbəsinə getmişlər. Hövsan qəsəbəsində “Yeddi Gözəl” adlanan parkın yaxınlığında yerləşən fərdi yaşayış evini onlara göstərmişdir. Ev yarımçıq tikili idi. Normal ev şəraitinə gəlmək üçün xərc tələb olunurdu. Onlarda bu evi bəyənmişlər və özlərində isə 18.000 manat pul olduğunu bildirmişlər. O, da onlara bu satılıq evin elə 18.000 manat dəyəri olduğunu bildirmişdir. Lakin Gündüz ilkin olaraq 16.000 manat pul, daha isə 2000 manat pulu hissə- hissə verəcəyini bildirmişdir. Daha sonra Gündüz bildirmiş ki, bu evi təmir eləyib daha baha qiymətə yəni 28.000 manata sataq. O, da bununla razılaşmış və evin satılmasında ona köməklik edəcəyini bildirmişdir. Amma Gündüzə bildirmiş ki, “mənə vercəyi 16.000 manat pulu ev yiyəsinə bildirməsin”. O, da fikirləşmiş ki, Gündüzdən alacağı 16.000 manat pul ilə 5/36 lotoreya oynunu oynasın vəəlavə qazanc əldə etsin. Daha sonra isə Gündüz evi təmir edib satdıqdan sonra əldə olunmuş qazanc ilə ev yiyəsi Sadiqə ödəyər. Gündüz evi bəyənsə də həmin günü beh verməmiş və ondan bir gün fikirləşmək üçün vaxt istəmişlər. xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində o, başqa müştəri ilə Hövsan qəsəbəsində yerləşən həmin satılıq evə gəlmişlər. Evdən çıxandan sonra o, Gündüzü və qardaşını görmüşdür. Onlar ona evə baxmağa gəldiklərini və onunla söhbət etmək istədikərini bildirmişlər. Onlar evi almaq üçün 500 manat beh vermişlər. Qalan pulu isə 1-2 günə verəcəklərini bildirmişlər. 05 oktyabr 2019-cu il tarixdə o, Gündüzün və ilk dəfə onunla görüşəndə yanında gələn Elmin adlı cavan oğlanla Hövsan qəsəbəsində yerləşən satılıq evin yanında görüşmüşlər. Gündüz yenidən evə remont işləri üçün baxırmış. Ondan da təmir elədikdən sonra bu evi neçəyə sata biləcəyini soruşmuşdur. O da onun dediyi təmiri elədikdən sonra 45.000 manat pula sata biləcəyini bildirmişdir. Onlar həmin günü saat 17:00 radələrində Gündüzün kirayə yaşadığı ünvan 6 ünvanına getmişlər. Orada Gündüz və Elmindən başqa adını bilmədiyi cavan oğlan var idi. Səhv etmirsə həmin oğlan Gündüz ilə bir mənzildə kirayə yaşayan şəxs idi. Orada danışdıqları kimi Gündüz ona sayaraq 15.500 manat pul vermişdir. Bu barədə o, kağıza 16.000 manat pul aldığını yazmışdır. Səhəri gün o, ev yiyəsinin Sadiqin qaytanasıgilə getmişdir. Orada o, bildirmiş ki, evi Gündüz alıb təmir elətdirib satacaq. Satdıqdan sonra isə onlara catacaq 18.000 manat pulu verəcəyik. Sadiqin qayınanası və baldızı evdə idilər. Onlar da bununla razılaşmışlar. Yəni, ev yiyəsinin bu məsələdən xəbəri var idi, 2019-cu ilin oktyabr ayının ortalarında saat 20:00 radələrində Gündüz ilə Hövsan qəsəbəsində görüşmüş və o, ona 200 manat vermiş ki, o, ona eskiz lahiyə düzəltsin. О, da Gündüzün bacısnın yəni, Zərərçəkmiş şəxs7 şəxsiyyət vəsiqəsinin surətini almışdır. O da həmin sənədin Sabunçu rayonu bələdiyyəsində işləyən İlyas adlı şəxsə eskiz lahiyəni hazırlamaq üçün vermiş, eskiz lahiyə hazır olduqdan sonra o, sənədləri Gündüzə vermişdir. Bundan sonra o, Gündüzdən aldığı 16.000 manat pulu 5/36 tirajlı lotoreya oynunda xərcləmiş, lakin pulu tam uduzmuşdur. O, “Gündüzə tapşırmışdır ki”, “mənə verdiyi pulu barədə ev yiyəsinə deməsin”. Lakin onlar ev yiyəsinə zəng eləyib dedikləri üçün Sadıq ona zəng edərək, Gündüzdən pul alıb almadığını soruşmuşdur. O da ona aldığını demişdir. Həmçinin yalandan həmin pula torpaq aldığını və iş görüb pul qazanıb onların pulunu qaytaracağını bildirmişdir. Onlarda bununla razılaşmışlar. Daha sonra eşitdiyinə görə ev yiyəsi Sadiq Gündüzü evdən çıxardıb. Çünki ona çatası olan 16.000 manat pulu Gündüz onlara yox ona verib. O da həmin pulu Sadiqə verməmişdir. Zərərçəkmiş şəxs4 epizodu üzrə bildirmişdir ki, 2020-ci ilin avqust ayında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Ülviyyə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istidiymi demişdir. Bu zaman o, həmin qadına bildirmiş ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində birmərtəbəh fərdi yaşayış evi var və həmin evin qiyməti təxminən 20.000 manata olacaq. Bu zaman o, onunla görüşmək istəmişdir. Ülviyyə onunla telefonla danışandan sonra səhəri günü atası ilə birlikdə yanına gəlmiş və onlar Zığ qəsəbəsində görüşmüşlər. Bundan sonra o, onlara dediyi yerə aparmış və həmin evi onlara göstərmişdir. Onlar baxdıqdan sonra evi bəyənmişlər. Lakin qiymətdə razılaşmayaraq onlar ona bildirmişlər ki, həmin evə 20.000 manat verə bilməyəcəklər. Həmin evə onlar maksimum 10000 manat pul verəcəyini bildirən zaman o, onlarla razılaşmamışdır. O, bir müddət sonra Ülviyyəyə zəng edib bildirmiş ki, gəlsin onunla ortaq bir anlaşmaya gələk. Onlar yenidən həmin qəsəbədə görüşmüşlər və belə razılığa gəlmişlər ki, Ülviyyə həmin evin pulunun yarısını ona verəcək, qalıq qalan pulu isə aylara bölüb, hər ay ödəyəcək. Bundan sonra o, ondan 2020-ci ilin avqust ayının əvvəllərində saat 15:00 radələrində NZS qəsəbəsində Ülviyyədən 200 manat almışdır. Həmin pulun müqabilində ona yerin sxem lahiyəsini tərtib etdirmiş. Bundan sonra onun Ülviyyə ilə münasibəti yaranmışdır. Ülviyyə ilə 4 ay müddətində Rəsulzadə qəsəbəsində kirayədə birlikdə yaşamışlar. Ər arvad kimi yaşadıqları müddət ərzində Ülviyyə özü yaşadığı evin kirayə haqqında və öz digər xərclərinidə ödəyirmiş. Bir müddət sonra Ülviyyə ilə ayrılmışdır. Ülviyyə ondan acıqlı olduğu üçün ondan şikayət etmişdir. O, qeyd etmək istəyir ki, o, Ülviyyədən sadəcə 200 manat almışdır. Zərərçəkmiş şəxs5 epizodu üzrə bildirmişdir ki, 2020-ci ilin noyabr ayında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Elnarə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. Bu zaman o, həmin qadına bildirmiş ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində iki sotun içərisində cəmi 15.000 manata bir otaqlı fərdi yaşayış evi tikib ona təhvil verəcək. Bu zaman o, onunla görüşmək istəmişdir. Elnarə onunla telefonla danışandan sonra səhəri günü oğlu ilə yanina gəlmiş və onlar Sulutəpə qəsəbəsində görüşmüşlər. Bundan sonra o, onları dediyi yerə aparmış və həmin boş sahəni onlara göstərmişdir. Onlar baxdıqdan sonra həmin yeri bəyənmişlər. Lakin qiymətdə razılaşmamışlar onlar ona bildirmişlər ki, həmin evə 15.000 manat verə bilməyəcəklər. Həmin torpaq sahəsinə onlar maksimum 7500 manat pul verəcəyini bildirən zaman o, onlarla razılaşmamışdır. O, bir müddət sonra Elnarəyə zəng edib bildirmiş ki, gəlsin onunla ortaq bir anlaşmaya gələk. Onlar yenidən həmin qəsəbədə görüşmüşlər və belə razılığa gəlmişlər ki, Elnarə həmin yerin və həmin ərazidə tikiləcək evin pulunun yarısını ona verəcək, qalıq qalan pulu isə bir az sonra verəcək. 03 noyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Lökbatan qəsəbəsində Elnarə ona 500 manat və 10 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrnidə Lökbatan qəsəbəsində yerləşən 18 №-li notariat kontorunda 7000 manat vermişdir. O, ondan 7.500 pulu aldıqdan sonra demişdir ki, evin eskiz lahiyyəsini çıxardıb, həmin həyətdə evin tikintisini başlayacaq. Daha sonra o, həmin evin eskiz lahiyyəsini çıxardıb Elnarəyə vermiş və heç nədən narahat olmamasını bildirmişdir. O, həmin torpaq sahəsini almışdır. Lakin bir müddət sonra Elnarə ona həmin torpaq sahəsini bəyənmədiyini bildirib, ondan başqa yerdə ev tapmasını xahiş etmişdir. O, isə ona demişdir ki, “ona verdiyi pulla torpaq sahəsini almışam, gözlə satım və sonra sənə başqa yerdən torpaq sahəsi alaram”. Bundan sonra o, ona Bakı şəhərində müxtəlif yerlərdən evlər və torpaq sahəsi göstərsə də Elnarə heç birini bəyənməmiş. Sonradan Elnarə pulları geri tələb etmişdir. Lakin o, onun puluna aldığı torpaq sahəsini sata bilmədiyindən onun pulunu qaytara bilməmişdir. Qeyd etmək istəyir ki, Elnarənin ona verdiyi 7500 manat müqabilində aldığı torpaq sahəsi yerindədir, torpaq sahəsində heç bir tikinti işləri aparılmayıb, həmin torpaq sahəsi faktiki olaraq Elnarəyə məxsusdur, Elnarə istəsə həmin torpaq sahəsində tikinti işləri apara bilər. Zərərçəkmiş şəxs3 qızmin epizodu üzrə bildirmişdir ki, 2020-cı ilin dekabr ayında onun mobil nömrəsinə bir qadın zəng etmiş və adının Azadə olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. Bu zaman o, həmin qadına bildirmiş ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dörd otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi var və həmin evin son qiyməti 18.000 manata olacaq. Bu zaman o, onunla görüşmək istəmişdir. Azadə onunla telefonla danışandan sonra səhəri günü qızı ilə birlikdə yanına gəlmiş və onlar Bakıxanov qəsəbəsində görüşmüşlər. Bundan sonra o, onları dediyi yerə aparmış və həmin evi onlara göstərmişdir. Onlar baxdıqdan sonra evi bəyənmişlər. Lakin qiymətdə razılaşmamışlar, onlar ona bildirmişlər kı, həmin evə 18.000 manat verə bilməyəcəklər. Həmin evə onlar maksimum 10000 manat pul verəcəyini bildirən zaman o, onlarla razılaşmamışdır. O, bir müddət sonra Azadəyə zəng edib bildirmiş ki, gəlsin onunla ortaq bir anlaşmaya gələk. Onlar yenidən həmin qəsəbədə görüşmüşlər və belə razılığa gəlmişlər ki, Azadə həmin evin pulundan əvvəlcədən iki dəfəyə ona 10000 pul verəcək, qalıq qalan pulu isə aylara bölüb, hər ay ödəyəcək. Bundan sonra o, ondan yaşadığı evdə Xəzər rayonu Qres qəsəbəsində 11 dekabr 2020-ci il tarixdə saat 14:00 radələrində 500 manat, 12 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində 4500 manat almışdır. Lakin Azadə qalan pulu ödəmədiyindən evi ona verməmişdir. Qeyd etmək istəyir ki, qeyd olunan ev yerindədir, heç kimə satılmayıb, Azadə qalan pulu ödəsə evə girib yaşaya bilər. Zərərçəkmiş şəxs2 epizodu üzrə bildirmişdir ki, 2020-ci ilin dekabr ayında onun mobil nömrəsinə bir kişi zəng etmiş və adının Elvin olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. Bu zaman o, həmin şəxsə bildirmiş ki, Suraxanı rayonunun Binə qəsəbəsində həyətyani sahəsi olmaqla birmərtəbəli fərdi yaşayış evi vardır və həmin ev 27000 manata satılır. Bu zaman o, onunla görüşmək istəmişdir. Elvin onunla telefonla danışandan bir gün sonra həyat yoldaşı ilə birlikdə Binə qəsəbəsinə gəlmişdir. Bundan sonra o, onları dediyi yerə aparmışr və həmin evi onlara göstərmişdir. Həyətə daxil olan zaman evin sahibəsi Qənimət adlı xanım onları qarşılamışdır. Elvin həyat yoldaşı ilə birlikdə evi yaxından görən kimi bəyənmişlər. Bundan sonra qeyd olunan evin qiymətləndirilməsi məsələsi başlanmış və Elvin həmin evə 17000. manatdan artıq bir qəpik pul verə bilməyəcəyini bildirmişdir. O, Qənimətə evi təklif edilən qiymətə satmasım məsləhət görmüşdür. Razılaşma əldə olunduqdan sonra qərara gəlmişlər ki, bir gün sonra Elvin Qənimətə beh kimi gətirib pul versin. 23 dekabr 2020-ci il tarixdə saat 19:00 radələrində Elvin onlarlda «Koroğlu» metrostansıyası yaxınlığında görüşmüş və ondan beh kimi 500 manat pulu Qənimət almış, 400 manatı isə evin eskiz layihəsinin hazırlanması üçün o, ondan götürmüşdür. 24 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Elvin həyat yoldaşı ilə bir yerdə qəsəbəyə gəlib onunla görüşmüş və onlar bir yerdə həmin evə getmişlər. Elvin ev sahibəsi hesab etdiyi Qənimətlə görüşdükdən sonra içərisində pul olan selofan bağlamasını Qənimətə təqdim edib demişdir ki, bağlamanın içərisində 17000 pul var. Qənimət bağlamanı açıb içərisində çoxlu xırda pul olduğunu görüb həmin pulu ona etibar edib həmin pulları saymağa xahiş etmişdir. O, pulu sayan zaman Elvinlə həyat yoldaşı evə baxmağa başlamışlar. O, pulun əsas bir hissəsini saydıqdan sonra Qənimətə demişdir ki, Elvin etibarlı adamdır onları aldatmaz yəqin ki, dediyi məbləğin hamısı orda olar. Pul bağlaması onda qalan zaman Qənimət mətbəxə tərəf keçmiş və orada kiminləsə danışmağa başlamışdır. Elvin evə baxdıqdan sonra onlara demişdir ki, artıq özgə evində kirayəyə qalmaq istəmir və bir ay sonra əşyaları ilə bir yerdə gəlib həmin evə köçəcək. Elvin ondan pulu saydığını və hər hansı bir problemin qalıb-qalmadığını soruşan zaman o, hər şeyin qaydasında olduğunu ona demişdir. Bundan sonra o, bağlamanı Qənimətə verib Elvini yola salmaq üçün küçəyə çıxmışdır. Elvini yola saldıqdan sonra fikirləşmiş ki, Qənimətə verilən pulu götürüb 5/36 tirajlı lotoreya oynu oynasın və tez bir zamanda əlavə qazanc əldə etsin və daha sonra pulu Qənimətə qaytarsın. Bu məqsədlə o, evə qayıtmış və Qənimətə yalandan bildirmiş ki, ailəmdə ciddi problemlərim var, əgər imkan varsa, bir az əvvəl verilən 17.000 manat pulu bir müddətə borc kimi versin. Qənimət pulu vaxtında qaytarmaq şərti ilə dediyi pulu ona vermişdir. Qənimətdən götürdüyü pulu 5/36 adlı lotoreya oynunda oynamış və pullan tam uduzmuşdur. Bir az sonra Qənimət onunla əlaqə saxlamış və Elvinin onu incitdiyini, ona verdiyi pulu Elvinə qaytarmağını bildirmişdir. O, isə Qənimətə pulu qaytaracağına söz versə də, pulu uduzduğundan həmin pulları qaytarmamışdır. Zərərçəkmiş şəxs6 epizodu üzrə bildirmişdir ki, 2019-cu ilin dekabr ayında onun mobil nömrəsinə bir kişi zəng etmiş və adının Atif olmasını deyib onun nömrəsini divarda yazılan elandan əldə etdiyini və ev almaq istədiyini demişdir. O, da ona satdıq evlərin çox olduğunu, eləcə də Bül-bülə qəsəbəsində də satdıq ev olduğunu bildirmişdir. Atif onunla görüşmüş, həmin evə baxmışlar, lakin həmin ev xoşuna gəlmədiyi üçün razılaşmamışlar. Bundan sonra o, Atifə həmin evin yaxınlığında bir həyəti göstərmiş və həmin həyətdə balaca bir köhnə tikilidən ibarət ev var idi. Həmin həyəti bölərək ev tikib satdığını demişdir. O, Atifə 1 sot yarım da beş daş üstə 2 otaqlı olmaqla 16500 manata bələdiyyə sənədi ilə birlikdə ev tikə biləcəyini demişdir. Atif onunla razılaşmışdır. Daha sonra Atif ona bildirmiş ki, pulun bir qismini notariat qaydada müqavilə bağlamaqla ona verəcək. O, Atiflə razılaşmış və onlar səhər görüşməli idilər. O, Atiflə əlaqə saxlayaraq torpağa müştəri olduğu üçün ona inanmaq məqsədi ilə 100 manat pulu beh kimi verməyi istəmişdir. Atif də ona 100 manat pulu xx.xx.2019-cu il tarixdə saat 15:00 radələrində Bül-Bülə qəsəbəsində vermiş və xx.xx.2019-cu il tarixdə isə Nərimanov rayonunda yerləşən 21 saylı notarius kontorunda borc müqaviləsi bağlamaqla 8900 manat pul vermişdir. Bir müddətdən sonra Atif torpaq sahəsindən imtina etmiş və pullarını geri tələb etmişdir. Həmin müddətdən sonra Atif onunla dəfələrlə telefonla əlaqə saxlasa da o, hər dəfə bir bəhanə gətirərək şəxsi işlərini qaydasına qoymağa çalışsa da bunu edə bilməmiş ki, Atifin ev məsələsini həll etsin. Zərərçəkmiş şəxs6 aldığı pulları 5/36 lotoreya oynunda uduzduğundan, nə onun pullarını qaytarmış nə də ev məsələsini həll etmişdir. Qeyd etmək istəyir ki, o, Atifdən ümumilikdə 9000 manat almışdır. O, Atifdən əlavə olaraq 1500 manat almamışdır. Zərərçəkmiş şəxs8 epizodu üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs8lə səhv təxminən 2018-ci ilin yay aylarında tanış olmuşdur. Belə ki, həmin ərəfədə Aqil onun ev alqı-satqısı ilə məşğul olduğunu bilmiş və buna görə də, özünə məxsus Binəqədi rayonunda DSK deyilən yerdə olan evini göstərib həmin evi satmaq üçün ona müştəri tapmağını demişdir. O da razılaşmış və Aqil evinin sənədlərini ona təqdim etmişdir. Həmin vaxt Aqil satacağı evin qarşılığında özünə başqa bir ev almaq istədiyini demiş və o da Hacı adlı şəxsin evini Aqilə göstərmişdir. Aqil də evi baxıb bəyənmiş və ev sahibi olan Hacı ilə aralarında ilkin olaraq 10000 manat verilməsi, sonrakı 20 ay müddətində isə 400 manat pul ödəmək şərti ilə cəmi 18000 manata razılaşmışlar. Həmin vaxt Aqil beh kimi 500 manat pulu onun yanında Hacıya beh kimi vermişdir. Lakin onun pula ehtiyacı olduğundan, Aqilin ona satması üçün göstərdiyi evi özü satıb ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Bundan sonra həmin evin sənədlərinin surəti onda olduğu üçün həmin evin sənədlərini bir neçə nəfər göstərmiş və evə baxmaq istəyən bir neçə nəfər şəxsə evi göstərib özünə məxsus olduğunu, satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin evi Aqilə demədən tanımadığı şəxsə hazırda xatırlamadığı qiymətə satmış və aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Lakin Aqil də ona xəbər etmədən həmin evini 20000 manata satıb Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Dostluq” parkında ona 9500 manat pul vermişdir ki, həmin pulu almaq istədiyi evin sahibi Hacıya çatdırsın. O da həmin pulu aparıb Hacıya vermişdir. Lakin sonradan Aqil onun evini başqa şəxsə satdığını öyrənib onunla əlaqə saxlayaraq görüşmüş və Hacının evini almaq istəmədiyini, pulunu ona qaytarmağını istəmişdir. O da pulu Hacıya tam şəkildə verdiyini və hazırda Hacını tapa bilmədiyini, harada olduğunu bilmədiyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yanvar ayinin əvvələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində piyada gəzərkən, gözü divara sataşmış və həmin divara yapışdırılmış elandan ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Telefonla danışıq zamanı Polad özünü ona ev- alqısı ilə məşğul olmaqla yanaşı fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxslə özünə ev almaq üçün 2019-cu ilin yanvar ayında Sabunçu rayonunun Sabunçu qəsəbəsində görüşmüş və Polad ona öz şərtlərini deyib əlavə olaraq bildirmiş ki, kredit yolu ilə belə əhali üçün yerdən yaşayış evi tikib satır. Polad ona bu sahədə yaxından köməklik göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə söhbət edən zaman, həmin vaxt yanında həmkəndçiləri Sədaqət Yusifova ilə Sahib Telmanov da olmuşdur. Polad onunla görüşmüş və onlar Ramana qəsəbəsində yerləşən «Şuşa» şəhərciyinə getmişlər. Həmin şəxs ona orada özünün tikdirdiyi iki otaqlı evi göstərib, həmin evi 15.000 manata satdığını demişdir. Ona göstərilən yer çox xoşuna gəldiyi üçün, bu ərazinin alqı-satqısı ilə bağlı Poladla razılaşmış və ona beh kimi 2000 manat məbləğində pul vermişdir. Daha sonra aralarında bir razılaşma olmuş ki, yerdə qalan pulu o, hissə-hissə Polada ödəsin. Razılaşma əldə edilən zaman Poladın yanında sonradan adını bildiyi İlqar adlı şəxsdə iştirak etmiş və həmin şəxs ona alacağı evi təmir edəcəyini söz vermişdir. O, ayrı-ayrı vaxtlarda həmin evin pulundan qalıq qalan 11.500 manat pulu da hissə-hissə olaraq məhz Poladın özünə vermişdir. Lakin o, həmin evə köçmək istəyən zaman Poladla İlqar evi ona verməmişlər və İlqar evi tam başqa şəxsə və fərqli qiymətə satdığını bildirmişdir. O, qeyd olunan evə görə Polada verdiyi pulu tələb etdikdə, Polad özündə hal-hazırda pul olmadığını və əlində bir neçə yaxın günlərdə satılacaq torpaq sahələri olduğunu bildirmişdir. O, həmin vaxt ona çox inanmış və Təqsirləndirilən şəxs ona pulunu verəcəyinə söz versə də, hal-hazıradək bir manat belə pulundan qaytarmamışdır. O, Poladı çox gözləsə də, hər dəfə o, müxtəlif bəhanələr gətirir, verdiyi vədi yerinə yetirmir və onu aldadılmış, sonuncu dəfəisə Polad ümumiyyətlə onunla pul barəsində söhbət etdikdən sonra həmin pulu verməkdən imtina etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs9 heç bir üzrlü səbəb göstərmədən məhkəmənin baxış iclaslarına gəlməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə xeyli müddətdir ki, kirayə qaldığı üçün özlərinə ev almaq qərarına gəlmişlər. Bu məqsədlə həm hazır fərdi yaşayış evi həmdə boş torpaq sahəsi axtarmağa başlamışlar. Belə ki, 2018-ci ilin dekabr ayının əvvəllərində yaşadığı evin yaxınlığında olan divardan o ev alqı satqısı ilə məşqul olan Polad adlı şəxsin mobil nömrəsini götürmüşdür. Bundan sonra o, Polad adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış və ona ev almaq istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs özünü ona ev alqı satqısı ilə məşqul olduğunu, lakin bununla yanaşı boş torpaq sahəslərində fərdi yaşayış evinin tikilib təhvil verməsini bildirmiş və əlində hal-hazırda Yeni Ramana qəsəbəsində müəyyən evlərinin olmasını bildirmişdir. O, həmin zaman onunla razılaşmış ki, evlərə baxmaq istəyir. Bundan sonra o, bu barədəəri Faiq Musayevə birdirmişdir. Əridə olnunla razılaşmış və onlar birlikdə Təqsirləndirilən şəxslə görüşüb Yeni Ramana qəsəbəsinə birlikdə getmişlər. Təqsirləndirilən şəxs onlara Yeni Ramana qəsəbəsində bir neçə dənə yarım tikili ev göstərmişdir. Onlar onun göstərdiyi evə baxmışlar, həmin ev onların xoşuna gəlmişdir. Həmin evin son qiymətinin 9000 manat olduğunu Polad onlara bildirmişdir. Əri ona beh kimi 100 manat versə də, Polad onlarla razılaşmamış və beh kimi ən azı 1.300 manat pul istəmişdir. O, razılaşmalarının pozulmasın deyə, ona 100 manatdan başqa 1200 manat pulda vermişdir. Bundan sonra Polad ona alacağı evin guya layihəsi ilə sənədlərini vermiş və bildirmiş ki, qalıq qalan pulu gələcəkdə ödəyərsiniz. O, Poladdan göstərdiyi evə onların nə vaxt köçə biləcəklərini soruşanda, o, demiş ki, evin xırda təmir işləri qalıb, həmin işlər qurtarsın, siz 31 dekabr 2018-ci ildə evə tam köçə bilərsiniz. Bundan sonra onlar həmin müddəti gözləməyə başlamışlar. Lakin həmin evin sənədləri ilə bağlı onlar bir neçə dəfə Təqsirləndirilən şəxs sonradan zəng vursalar da, onun mobil telefonu daimi olaraq bağlı qalırdı. Ona deyilən müddət yaxınlaşsa da Polad onlarla ümumiyyətlə maraqlanmır və telefonlarına cavab vermirmiş. Yalnız bundan sonra onlar artıq tam anlamışlar ki, Təqsirləndirilən şəxs tərəfindən aldanmışlar. O, bir az fikirləşdikdən sonra, yekun qərara gəlmiş və 28 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs dələduzluq hərəkəti barədə polis orqanına müraciət etsin. Məhkəmə tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 heç bir üzrlü səbəb göstərmədən məhkəmənin baxış iclaslarına gəlməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ev almaq məqsədi ilə elanlarla maraqlanırmış. Bir elana rast gəlmiş və elanda göstərilən nömrə ilə Polad adlı şəxslə əlaqə saxlamışdır. O, ondan Binə qəsəbəsində satılan evin qiymətini soruşmuş, Polad evin qiymətinin 27.000 manat olduğunu bildirmişdir. Dekabr ayinin 12-13 evə baxmaq üçün Polad onları NZS qəsəbəsi Gəncə mərasim evinin yanindan götürmüşdür. Onlar evə baxmağa gələndə Qənimət harasa getmiş və qayınanası mətbəxtə oturmuşdur. Evə baxıb evi bəyənmişlər. 2-3 gündən sonra yeniə həmin evə getmişlər və Poladla evin qiymətini 19.000 manata razılaşmışlar. Dekabr ayinin 17-18-də Əzizbəyovda Piramidanın qabağında saat 21:00-da 500 manatı Qənimətə və 300 manatı Polada vermişdir. Dekabr ayinin 21-22-də axşam radələrində Polad onu NZS qəsəbəsindən götürmüş və birlikdə həmin evə getmişlər. Orada o,17.000 manatı Qənimətə vermiş, Qənimət pulu götürərək sayması üçün Polada vermişdir. Bir müddətdən sonra Qənimət ona pul verilmədiyini, o ev satmadığını demişdir. 14 yanvar 2021 -ci il tarixdə əşyaları ilə birlikdə evə gəlmiş, lakin onu evə buraxmamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 20 ildir ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və 20 il ərzində yığdığı pulla Binə sovxozunda 3 sot torpaq sahəsi almışdır. Lakin ev tikməyə imkanı olmamış, hazır ev almaq fikrinə gəlmişlər. Bir gün yolda gedərkən yolun üstündə Təqsirləndirilən şəxs nömrəsini görmüşlər. Nömrə iləəlaqə saxlayıb ev lazım olduğunu bildirmişlər. O, onlara Bakıxanov qəsəbəsində bir mərtəbəli 4 otaqlı evi 18.000 manata təklif etmişdir. O, ona onların bu qədər pulları olmadığını bildirdikdə, Polad ilkin olaraq 10.000 manat və qalan pulu ayda 200 manat ödəmələrini təklif etmişdir. Onlar torpaqlarına 10000 manat vermədiklərini bildirdikdə, Polad «nə verirlər al, qalanı mənlikdir» demişdir. O, torpaq sahəsini 6000 manata satmış və xx.xx.2020-ci il tarixdə evində Polada 5000 manat vermişdir. Sonra Polad ona ev yiyəsinin rayonda olduğunu və karantinə görə gələ bilmədiyini bildirmişdir. Karantin bitdikdən sonra isə Poladın telefonuna zəng çatmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ona ev lazım olduğu üçün özünə normal qiymətə ev axtarırmış. Yolddan keçəndə elanı görmüş və Polad adlı şəxsə zəng vurmuşdur. Bir həftədən sonra Polad ona ev göstərmiş və ev xoşlarına gəlmişdir. Polad evi onlara 20000 manata satmış və ilkin olaraq 10000 manat vermələrini və qalan 10000 manatı yanvar ayında vermələrini bildirmişdir. Onlarda onunla razılaşmaşlıra. Sonra Poladdan evi maraqlananda, Polad qalan 10000 manatı vermələrini bildirmişdir, o, Poladın hərəkətlərindən şübhələndiyindən qalan 10000 manatı verməmişdir. Sonra Polad onun işini yubatmış və onu aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, keçmiş həyat yoldaşı ilə birlikdə ev tikmişdir. Ayrıldıqdan sonra onun payına 23.000 manat düşmüşdür. O, uşaqları ilə birlikdə yaşadığından ev almaq qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Polad ona Sulutəpə qəsəbəsində 2 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində ev tikə biləcəyini, bunun üçün 15000 manat lazım olduğunu bildirmişdir. O, onunla razılaşmış, ilkin olaraq Polada 500 manat və xx.xx.2020-ci il tarixdə 7000 manat vermişdir. Bundan sonra o, Polad ilə əlaqə saxlayıb işlərlə maraqlandıqda o, müxtəlif bəhanələr gətirməyə başlamış və torpağı ona göstərməmişdir. Sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin dekabr ayında özünə ev almaq qərarına gəlmiş və sosial şəbəkədə ev alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini və həmin saytda müxtəlif evlərin şəkillərini görmüşdür. Daha sonra isə Poladla telefonla əlaqə saxlamış və ona bildirmiş ki, onun satılıq evləri çoxdur, eləcə də Bül-bülə qəsbəsində də satdıq evi vardır. Ona görə də o, Poladla görüşüb həmin evə baxmışlar, lakin həmin ev xoşuna gəlmədiyi üçün razılaşmamışlar. Bundan sonra Polad ona həmin eyin yaxınlığında bir həyət göstərmiş və həmin həyətdə balaca bir köhnə tikilidən ibarət ev var idi. Həmin həyəti bölərək ev tikib satdığını demişdir. Polad 1 sot yarımda beş daş üstə 2 otaqlı olmaqla 16500 manata bələdiyyə sənədi ilə birlikdə ev tikə biləcəyini demişdir. O, da Poladla razılaşmışdır. Daha sonra o, Polada bildirmiş ki, pulun bir qismini ona notariat qaydada müqavilə bağlamaqla verəcək. Polad onunla razılaşmış və onlar səhər görüşməli idilər. Lakin Polad onunla əlaqə saxlayaraq torpağa müştəri olduğu üçün ona inanmaq məqsədi ilə 100 manat pulu beh kimi istəmişdir. O da ona 100 manat pula xx.xx.2019-cu il tarixdə Bül-bülə qəsəbəsində vermiş və xx.xx.2019- cu il tarixdə isə Nərimanov rayonunda yerləşən 21 saylı notarusda borc müqaviləsi bağlamaqla Polada 8900 manat pul vermişdir. Poladla danışığlarınaa görə o artıq ona göstərdiyi torpaq sahəsində ev tikintisinə başlamalı idi. O, həmin yerə baxdıqdan sonra tikintini başlamadığını görüb Poladla telefonla əlaqə saxlamış və Polad bildirmiş ki, evin sənədini düzəltmək üçün pul çatmır, ona görə də ondan 1500 manat pul istəmiş və o, həmin 1500 manat pulu Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində yerləşən «Aydın» marketin yaxınlığında Polada vermiş və Polad bildirmiş ki, 2 gün müddətinə evin tikintisinə başlayacaqdır. Həmin müddətdən sonra o, Poladla dəfələrlə telefonla əlaqə saxlasa da Polad hər dəfə bir bəhanə gətirərək onu aldadaraq ümümilikdə 10600 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Həmin vaxtlarda 30000 manat pulu olduğuna görə qeyd etdiyi pulun dəyərində ev almaq fikrində idi. Lakin, tanıdığı ev alqı-satqısı ilə məşğul olan şəxs yox idi. 2019-cu ilin oktyabr ayının ortalarında bacısı X2 işlədiyi uşaq baxçasında olan valideynlərdən biri ona söhbət zamanı Bakı şəhərində Könül adlı ev alqı-satqısı ilə məşğul olan şəxsi tanıdığım bildirmişdir. Sonradan o həmin Könül adlı şəxslə tanış olmuş və həmin şəxsin Şahid1 qızı olduğunu bilmişdir. Bacısı da onun ev almaq istədiyini bildiyi üçün həmin şəxsdən Könülün mobil telefon nömrəsini götürüb ona vermişdir. O, həmin ərəfədə Bakı şəhərində olan qardaşı Şahid6 yanına gələndə ona bu barədə demiş və Könüllə qardaşı Gündüz telefon əlaqəsi saxlayaraq görüş təyin etmişlər. Könül telefonla danışan zaman onun Polad adlı makler tanışı olduğunu və onlara köməklik edə biləcəyini demişdir. Onlar Könüllə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşlər. Həmin vaxtı bacısı oğlu Elmin Dadaşov da onların yanında idi. Könül iki nəfər tanımadığı şəxslə birlikdə gəlmişdir. Həmin şəxslərdən biri sonradan tanıdığı Təqsirləndirilən şəxs idi. Digər şəxsi isə tanımır, anket məlumatları barədə heç nə bilmir. Həmin şəxs idarə etdiyi avtomobili ilə onları gətirmiş və avtomobil “Opel Astra” markalı, **-ZB-*** markalı idi. Avtomobilin şəklini çəkdikləri üçün markası və dövlət qeydiyyat nişanını dəqiq bilir. Onlar görüşdükdən sonra Könül çıxıb getmişdir. Həmin gün Təqsirləndirilən şəxs digər şəxsin avtomobili ilə onu, qardaşı Gündüzü və bacısı oğlu Elmini Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən müxtəlif ünvanlara aparıb onlara bir neçə ev göstərmişdir. Lakin, həmin evlərin qiymətləri yüksək olduğu üçün razılaşmamışlar. Həmin vaxtı Polad onlara bildirmiş ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yerləşən yanmtiki evi var, həmin ev ona məxsusdur, həmin evi bizə sata bilər. Ona görə də Poladla birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmişlər və həmin evə baxmışlar. Ev yarımtikili vəziyətdə idi, daşla tikilmişdi və üstü şiferlə örtülmüşdü, tikilməli və təmir edilməli idi. Evə baxarkən Polad evin ona məxsus olduğunu və 38000 manata satdığını bildirdikdə onlar həmin məbləğdə pulun olmadığını deyərək, evin qiymətini bir qədər aşağı salmasını ondan xahiş etmişlər. Polad bu barədə fikirləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra Poladla birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə qayıtmışlar və həmin gün Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Bağımız” adlı kafedə əyləşib söhbət edən zaman Polad bildirmiş ki, evi ən aşağı qiymətə onlara 32000 manata sata bilər. Onlar da onunla razılaşmışlar və o, Polada bildirmiş ki, həmin evin 30000 manatını verim, qalan 2000 manatını isə 2-3 ay müddətinə verərəm. Polad da onunla razılaşmışdır. Onlar oradan çıxdıqdan sonra həmin günü evdə olarkən dərindən düşünmüşlər və həmin evi almağa tam qərar vermişlər. Səhəri günü o, Gündüz və bacısı oğlu Elminlə birlikdə Polada məlumat vermədən onun göstərdiyi evinin yaxınlığına getmişlər ki, orada olan evlərin qiymətləri ilə maraqlansınlar. Həmin evin yaxınlığına çatdıqda təsadüfən Poladı görmüşlər. Həmin vaxtı Poladın yanında iki nəfər tanımadığı xanımın olduğunu görmüşlər. Söhbət zamanı Polad bildirmiş ki, həmin xanımlar da evi təcili almaq istəyirlər. Bu səbəbdən, həmçinin evin qiyməti münasib olduğu üçün o, Polada evi almaq istədiyini bildirmişdir. Polad da ona əgər evi almaq istəyirsə, ona beh verməyini demişdir. Həmin vaxtı üzərində 500 manat pul var idi və o, həmin pulu Polada vermişdir. Polad da bildirmiş ki, evin sənədlərini hazırlamağa başlayacaqdır. Çünki, Poladla razılaşıb almaq istədiyi ev yerləşən həmin ərazi yeni yaşayış massivi olduğu üçün müəyyən sənədlər hazırlamaq lazım idi. Polad bildirmiş ki, səhəri günü ona evin pulundan 16000 manat verək, qalan pulu da sənədlər hazır olduqdan sonra verək. O, da onunla razılaşmışdır. Səhərisi gün Polad bacısı oğlu Elminin kirayədə yaşadığı evə gəlmiş və o, həmin evdə qardaşı Gündüzə, Polada verməsi üçün 16000 manat pul vermişdir. Qardaşı Gündüz də həmin 16000 manat pulu ondan alıb Polada vermişdir. Polad da bir kağıza pulu alması barədə qeyd etmişdir. Pulu verən zaman yanlarında bacısı oğlu Elmin olmuşdur. Polad pulu sayıb, götürmüşdür. Sonradan bilmiş ki, Polad pulu sayarkən bacısı oğlu Elmin mobil telefonu ilə onu videoya çəkmişdir. Polad pulu aldıqdan sonra bir kağıza ondan şəxsiyyət vəsiqəsini götürərək evin sənədlərini onun adına düzəldəcəyini və evi qalan pulunu da tez bir zamanda ona vermələrini bildirmişdir. Bundan sonra Polad pulu götürüb getmişdir. Təxminən 10 gün keçmişdir. Həmin müddətdə qardaşı Gündüz, Poladla telefon əlaqəsi saxlayaraq işlərin nə yerdə olduğunu soruşurduqda Polad narahat olmamamalarını, sənədləri hazırlatdırdığını deyirmiş. Təxminən 10 gün sonra Polad, qardaşı Gündüzlə əlaqə saxlayaraq evin sənədlərini hazır olduğunu, görüşərək qalan pulu ona vermələrini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində onlar Poladla yenə də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Bağımız” adlı kafedə görüşmüşlər. Orada Polad ona bir eskiz lahiyə təqdim etmişdir. O, həmin layihəyə baxdıqda evin sxeminin çəkildiyini və onun adının qeyd edildiyini, möhürləndiyini görmüşdür. Polad bildirmiş ki, həmin evlərin olduğu ərazilərdə hər kəsdə bu tipli sənəd vardır. O, da Polada inanmış və evin sənədinin onun adına olduğuna sevinərək ona həmin kafedə 13500 manat pul vermişdir. Qalan 2000 manat pulu da qeyd etdiyi kimi, 2-3 aya ona verəcəkdir. Həmin vaxt oğlu Röyal da yanlarında idi. Təxminən 2 həftə sonra qardaşı Gündüz həmin evdə özü təmir işləri aparmış ki, heç olmasa evin bir otağını düzəldib köçsün, qalan hissəsini də yaşadıqca düzəldər. Qardaşı Gündüz həmin evdə bir həftə təmir işləri aparmışdır. Həmin vaxtlarda qonşulardan biri gəlib ona xeyir-dua verərək evi Sadiq adlı şəxsdən aldıqlarını soruşmuşdur. Qardaşı Gündüz də evi Sadiqdən yox, Poladdan aldıqlarını ona bildirib. Qonşu da Sadiq adlı şəxsləəlaqə saxlayaraq ona bu barədə bildirib. Sadiq adlı şəxs həmin vaxtı Rusiya Federasiyasında olmuşdur. Sadiq adlı şəxs qardaşı Gündüzlə danışaraq evi satması üçün makler kimi tanıdığı Polada həvalə etdiyini bildirmiş, lakin Polad ona evin satılması ilə bağlı məlumat verməyərək pulunu da verməmişdir. Hətta Sadiq adlı şəxs qardaşı Gündüzə evi 32000 manata deyil, 39000 manata satışa qoyduğunu bildirmişdir. Sadiq adlı şəxs Rusiya Federasiyasında olduğunu, bu barədə qaynatası iləəlaqə saxlayaraq danışmasını bildirərək qaytanasmm mobil telefon nömrəsini Gündüzə vermişdir. Bu barədə Gündüz ona dedikdən sonra Poladla görüş təyin etmiş və onunla bacısı oğlu Elmin və oğlu Röyal birlikdə görüşmüşlər. Lakin, o, Tovuz rayonunda olduğuna görə görüşə gedə bilməmişdir. Görüş zamanı oğlu Röyal, Poladın danışdıqlarını telefon vasitəsi ilə videoya çəkmişdir. Polad bildirmişdir ki, Sadiqə bu barədə gec olsa da demişdir, ev artıq onundur. Səhəri günü saat 13:00-da Poladla həmin evdə görüş təyin edilmişdir. Həmin gecə qardaşı Gündüz, Sadiq adlı şəxsin qaynatası ilə mobil telefon əlaqəsi saxlamış və həmin şəxs də səhəri gün saat 13:00-da evə gələcəyini demişdir. Səhəri gün deyilən saatda qardaşı Gündüz, oğlu Royalla birlikdə həmin evdə Poladla görüşmüşdür. Polad da iki nəfər tanımadığı şəxslə birlikdə gəlibmiş. O, Poladla söhbət edən zamanı Sadiq adlı şəxsin qaynatası Gündüzə zəng edib artıq evə yaxınlaşdığını deyən zaman Polad da avtomobildən siqaret götürüb gələcəyini deyib, həmin iki nəfər şəxslə oradan uzaqlaşmış və qaçıb getmişdir. Bundan sonra, Sadiq adlı şəxsin qaynatası gəlib Gündüzlə görüşmüş və birlikdə söhbət etmişlər. Görüş zamanı Poladın mobil nömrələrinə zəng etsələr də, mobil nömrələr söndürülmüş vəziyyətdə olduğu üçün onunla əlaqə saxlaya bilməmişlər. Bundan sonra hazırkı dövrə qədər də Poladla əlaqə saxlaya bilməmişlər. Belə ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin özünə məxsus olduğunu deyərək həmin evi mənə satacağı ilə bağlı yalan vədlər verməklə 22 oktyabr 2019-cu il tarixdə saat 11:00 radələrində həmin evdə 500 manat, 23 oktyabr 2019cu il tarixdə 16:00 radələrində bacısı oğlu Elminin kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan evdə 16000 manat, 2019-cu ilin noyabr ayının əvvəllərində isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Bağımız” adlı kafedə 13500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə hazırkı dövrə qədər də pulunu qaytarmamışdır. Ona görə də məcbur qalıb baş vermiş hadisə barədə Sabunçu rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixində teleqramla məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona vurduğu 16500 manat məbləğində pulu tələb etdiyini, maddi vəziyyəti ilə əlaqədar məhkəmə prosesində iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxslə tanış olmuş, onu ev alqı- satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, Binəqədi rayonu, DSK adlanan yerin yaxınlığında olan evini satmaq istədiyi üçün evin sənədlərinin surətini Polada vermişdir ki, müştəri tapdıqda ona müraciət etsin. Eləcə də, Polad ona Hacının evini göstərmiş və o, həmin evi bəyəndiyi üçün Poladın iştirakı ilə Hacı kimi tanıdığı şəxsə xx.xx.2021-ci il tarixdə alacağı evdə 500 manat pul vermişdir ki, öz evini satdıqdan sonra gəlib Hacının evini götürsün. O, Poladla birlikdə Hacının evini ilkin olaraq 10000 manat ödəyəcəyi, qalan pulu isə hər ay 400 manat olmaql 20 ay ərzində ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra o, özünə məxsus evi 20000 manata satmış və ona çatan 10000 manat puldan 9500 manat pulu Polada Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən dostluq parkında xx.xx.2022-ci il tarixdə vermişdir ki, həmin pulu aparıb Hacıya versin. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Polad onun satdığı evin sənədlərinin surəti ilə bir neçə nəfərə göstərib beh almışdır. Sonra o, Poladla görüşüb 10000 manat pulu geri istədikdə Polad ona pulu Hacıya verdiyini, indi isə Hacını tapa bilmədiyini demişdir. O da bu barədə Binəqədi RPİ-nə ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tutulmuşdur və buna görə də, qardaşı Əlidən hadisə barədə şikayət etməsini xahiş etmişdir. O, Hacını əvvəllər tanımamış, Polad onu Hacı ilə tanış etmişdir. O, Poladın danışığına görə Hacıya 500 manat pul vermiş, eləcə də, Hacıya çatdırırası üçün 9500 manat pulu Polada vermişdir. Sonuncu 500 manat pulu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayının yaxınlığında Polada vermişdir. O, Hacım tanımamış, onun anket məlumatlarım və digər məlumatlarım, eləcə də, əlaqə nömrəsini bilməmişdir. O, Poladın telefonu ilə bir neçə dəfə Hacı ilə danışmışdır. Poladı bir ay müddətinə tanımağına baxmayaraq, Polada inanmış və Polad da öz hərəkətləri ilə özünü etibarlı adam kimi ona göstərmişdir. Məhkəmə tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs8 heç bir üzrlü səbəb göstərmədən məhkəmənin baxış iclaslarına gəlməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs9 onun doğma bibisi qızı olmuş və xx.xx.2022-ci il tarixdə Covid-19 virus xəstəliyindən vəfat etmişdir. O Zərərçəkmiş şəxs9 özünə ev almaq məqsədi ilə Təqsirləndirilən şəxs 11000 manat pul verməsini bilirmiş və bu barədə dəfələrlə Zərərçəkmiş şəxs9 ilə danışmışdır. X15 aldığı pulları qaytarmamışdır. Bundan əlavə qeyd etmişdir ki, Poladı o görməmişdir və tanımır. Zərərçəkmiş şəxs9 ondan başqa yaxın qohumu yoxdur. Təqsirləndirilən şəxs tərəfindən 11000 manat pul ödənildiyi halda şikayətçi olmayacaq. Əks təqdirdə o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Polad adlı şəxsi təxminən 2014-2015ci ildən tanımışdır. Poladı tanımağa səbəbi yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində yeni sahədə yerləşən fərdi yaşayış evini onun vasitəsilə satmışdır. Çünki həmin vaxt atası Şirzad xərçəng xəstəsi olduğundan pula ehtiyac yaranmışdır. Bu səbəbdəndə həmin vaxtlar o, Polad adlı ev alqı- satqısı işi ilə məşğul olan şəxsi tanımışdır. Polad adlı şəxs həmin vaxt ona tez bir zamanda köməklik edib, 3 gün ərzində ona uyğun qiymətə evi satmışdır. Poladın iş ofisi olmamışdır. Bundan sonra Polad ona kiminsə evini satmaq lazım olanda ona müraciət etməyini xahiş etmişdir. Sonradan onlar telefonla zəngləşib əlaqə saxlamışlar və hal-əhval tutmuşlar. Bir neçə dəfə Polad ondan borca pul istəyib daha sonra qaytarmışdır. Lakin onların arasında heç bir işlə bağlı münasibət olmamışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr aylarında rəfiqəsi Xatirə ona zəng edərək, Bəturə adlı tanışının ona zəng eləyəcəyini demişdir. Həmin qadının ona hansı səbəbdən zəng eləyəcəyini soruşduqda isə həmin qadının tanışlarının ev almaq istədiyini demişdir. O da çoxlu sayda tanışları olduğunu və Bəturəyə köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra Bəturə ona zəng edərək, qohumlarının rayondan Bakıya gəldiyini və onlara ucuz qiymətə ev lazım olduğunu bildirmişdir. Həmin qadına da köməklik edə biləcəyini demişdir. Daha sonra Gündüz ona zəng edərək, Bəturənin qohumu olduğunu demişdir. O səhərisi gün zəngləşib görüşməyi təklif etmişdir. xx.xx.2019-cu il tarixdə Polad və onun yanında yaşlı bir sürücü gəlmiş, onlar Ramanı qəsəbəsinə gedən yerdə aeroport yolu kənarında gözləmişlər. Bir müddət sonra Gündüz yanında bir kişi və bir qadın həmin yerə gəlmişdir. Onları Poladla tanış edib daha sonra ayrılaraq evinə getmişdir. Polad Gündüzə bir neçə evlər göstərsə də evləri bəyənmədiyini Polad ona sonradan telefonla danışdıqları zaman demişdir. Onları tanış etdikdən sonra o, Poladla bir neçə dəfə əlaqə saxlayıb işin nə yerdə qaldığım soruşmuşdur. Polad da heç bir evi bəyənmədiklərini demişdir. Bundan başqa Poladla Gündüz arasında olan münasibətdən xəbəri olmamış və Gündüzü görməmişdir. Şahid6 Təqsirləndirilən şəxs ev almaq üçün 16200 manat pul verməsi və Poladın verdiyi vədə əməl etməməsi barədə heç bir məlumatı yoxdur. Çünki o, Gündüzün Polada 16200 manat pul verdiyi zaman orada iştirak etmiş, nə də bu barədə məlumatı olmamışdır. O, bugünə qədər Gündüz adlı şəxsi bir dəfə həmin vaxt görmüş, onunla ikinci dəfə Hövsan qəsəbəsində və yaxud başqa yerdə görüşməmişdir. Onun Şahid6 ilə Təqsirləndirilən şəxs tanış etməkdə heç bir marağı olmamış, sadəcə olaraq rəfiqəsi Xatərə ona zəng edib xahiş etdiyinə görə o da Gündüzə kömək etmək istəmişdir. Onu 17-ci polis şöbəsində dəvət etdikdən sonra bu barədə məlumatı olmuşdur. Poladla Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş və bu barədə ondan soruşmuşdur. Polad da ona pulu tam olaraq ödəmədiyini və onun da evi təmir elətdirib satacağını demişdir. Polad ona aid olmadığım deyib, Gündüz ilə öz aralarında danışıq olduğunu və özü həll edəcəyini bildirmişdir. Şahid1 qızı məhkəməyə xx.xx.2024-cü il tarixli teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs7 təxminən 2019-cu ilin sentyabr ayının ortalarında ona ev almaq üçün ona köməklik göstərməyini xahiş etmişdir. Ev axtaran zaman digər bacısı Elnarə ona iş yoldaşının ona makler kimi tanıdığı Könül adlı qadının telefon nömrəsini verdiyini deyərək, həmin telefon nömrəsini ona vermişdir. O, xx.xx.2019-cu il tarixdə axşam saatlarında ona verilən ***-***-**-** mobil nömrəsinə zəng edərək, Könül adlı qadınla əlaqə saxlayıb, ona ev almaq istədiyini bildirmişdir. Könül onunla telefonda danışarkən həqiqətən də ev alqı-satqısı ilə məşğul olduğunu, hazırda əlində bir neçə satılıq evlərin olduğunu bildirməklə, onunla sabahısı gün görüşə biləcəyini bildirmişdir. Sabahısı o, bacısı Zərərçəkmiş şəxs7, digər bacısı Elnarənin oğlu Dadaşov Elmin birlikdə Könülün dediyi Ramana qəsəbəsinə gedən yerdə, aeroport yolunda avtomobillə gələn Könül və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs və avtomobilin sürən şəxslə görüşmüşlər. Görüşdükdən sonra Könül demiş ki, “Polad satılıq evləri sizə göstərəcəkdir. “Sizdə baxıb xoşunuza gələni deyərsiniz”. Poladla onları tanış etdikdən sonra Könül onlardan ayrılaraq ofisə gedəcəyini bildirmişdir. Həmin gün Poladın Bakıxanov və Ramana qəsəbələrində onlara göstərdiyi bir neçə həyət evlərinə baxmışlar. Ancaq həmin evlər onların xoşuna gəlməmişdir. Ancaq Hövsan qəsəbəsində olan yan tikili onların xoşuna gəlmişdir. Belə ki, həmin ev təxminən 300-400 kv- metr torpaq sahəsində tikilən, təxminən 100 kv/metr sahəsi olan bina idi. istifadəyə yararlı olmasada, qiyməti münasib idi. Həmin evin hörgü işləri başa çatmış, üstünə dam (şifer) vurulmuşdu. Ancaq, qapı, pəncərəsi, döşəmə-tavanı vurulmamışdı. O, özü həmin işlərin ustası olduğundan sonradan özü həmin işləri görə biləcəyini nəzərə alaraq həmin evi almaq qərarına gəlmişlər. Polad adlı şəxs həmin evin onun özünə məxsus olduğunu bildirməklə ona münasib qiymətə sata biləcəyini, təmir işlərində ucuz material almaqda onlara yardımçı olacağını bildirmişdir. Onlarda həmin tikilini almaq qərarına gəlmişlər. Bundan sonra birlikdə Bakıxanov qəsəbəsinə gələrək, yeri yadında qalmayan bir kafedə oturmuşlar. Çay içərək, alqı-satqının detallarını müzakirə etməyə başlamışlar. Polad həmin yarımçıq ev üçün onlardan cəmi 18.000 manat pul, beh olaraq isə 500 manat istəmişdir. O, da ona cəmi 16.000 manat nağd pulu olduğunu bildirərək, qalan 2.000 manatı ödəmək üçün bir ay vaxt istəmiş və həmin müddətdə bankdan kredit götürüb ödəyəcəyini bildirdikdə, Polad tələsmək lazım olmadığını deyərək, 4 aya hər ay 500 manat ödəməklə qalan borcun ödəyə biləcəklərini bildirmişdir. Razılığa gəlmişlər ki, sabahısı gün Hövsan qəsəbəsində alacaqları evin yanında görüşsünlər Polad onlara evin sənədlərini gətirib göstərsin, onlar da ona beh versinlər. Bundan sonra həmin kafeyə Könül gəlib, işin nə yerdə olduğunu soruşduqda Polad ona onlara bir neçə ev göstərdiyini deyərək, kənara çəkərək, hələlik xoşlarına gələn evin olmadığını bildirmişdir. Bundan sonra Könül oradan çıxıb getmişdir. Sabahısı gün yəni xx.xx.2019- cu il tarixdə Hovsan qəsəbəsində alacaqları evin yanında Poladla o, bacısı Elmira və Elmin görüşmüşlər. O, beh olaraq Polada 500 manat pul vermişdir. Polad evin pulunu ödəməyi istədikdə, onlarda ondan evin sənədlərini göstərməsini istəmişlər. Polad bacısı Elmiranin şəxsiyyət vəsiqəsini alaraq evin sənədlərini onun adma yazdıracağını, ancaq pul tam ödəndikdən sonra evin bacısmin adma sənədləşdiriləcəyini demişdir. Bundan sonra bacısı Elmiranin Tovuz şəhərində işi olduğu üçün çıxıb getməli idi. Buna görədə evin alışı üçün qalan 15.500 manat pulu ona vermişdir. Təxminən bir neçə gün sonra, yəni 05 oktyabr 2019-cu il tarixdə Poladla onun kirayədə yaşadığı ünvan 8 ünvanında görüşmüşlər. Həmin mənzildə Polad onlara evin eskiz lahiyəsini verərək, ondan 15.500 manat nağd pulu almışdır. Həmin vaxtı evdə ondan başqa bacısı oğlu Elmində var idi. Polad ondan pulu aldıqdan sonra, kiçik bir kağıza əl yazı ilə özünə məxsus olan Hövsan qəsəbəsindəki evi satışı üçün 16.000 manat pul aldığını qeyd etmişdir. Həmin vaxtı o, Polada 15.500 manat versədə, bacısı Elmira bundan qabaq beh olaraq, Polada 500 manat verdiyi üçün o, 16.000 manat aldığım qeyd etmişdir. Bütün bu prosesi bacısı oğlu Elmin özünə məxsus moibil telefon ilə kameraya çəkmişdir. Polad tərəfindən ona təqdim edilmiş həmin eskiz lahiyədə Hövsan qəsəbəsi yeni yaşayış massivində olan həmin ev bacısı Elmiranın adma tərtib edilmişdir. Bundan sonra Polad həmin evin həyət darvazasınin açarını ona təqdim etmiş və bildirmiş ki, evdə təmir işlərinə başlaya bilərəm. O, da xx.xx.2019-cu il tarixdə təmir üçün lazım olan əşyaları və avadanlıqları alaraq, Hövsan qəsəbəsində olan evə aparmış və özü ayın 10-na kimi orada təmir işləri ilə məşğul olmağa başlamışdır. Bundan sonra Polad ondan qalan 2.000 manat pulun 500 manatı istəmişdir. O, da ona pulu olmadığını deyərək, cəmi 200 manat ona verə biləcəyini bildirmişdir. Bu dəfədə o, kirayə-yaşadığı ünvan 9 ünvanında 200 manat pulu ona vermişdir. Həmin vaxtı o da, başqa Elmində evdə idi. Bu dəfədə Polad 16.000 manatı almağı ilə bağlı yazdığı kağıza əlavə olaraq, 200 manatda aldığını qeyd etmişdir. Bundan sonra aldıqlarını zənn etdiyi evdə işləyən zaman təsadüfən qonşu ilə söhbət əsnasında evin sahibinin Sadiq adlı şəxs olduğunu və Rusiya Federasiyasında olduğunu bilmişdir. xx.xx.2019-cu ildə o, Poladı da çağırmış və birlikdə evin sahibi Sadiqin qayınanası ilə görüşmüşlər. O, Tamara xanıma evin pulunu Polada verdiyini dedikdən sonra, Polad pulu ondan aldığını etiraf edərək, pulu onlara ödəyəcəyinə söz vermişdir. Bundan sonra Polad ona evin Tamara xanımın yoldaşı ilə birlikdə tikdiyini heç bir problem olmadığını deyərək, onu narahat olmamağı üçün sakitləşdirmişdir. xx.xx.2019-cu il tarixdə o, Sadiqin qayınatası (***-***-**-**) ilə görüşmüşdür. Ev sahibi Sadiqin qayınatası ona Poladın ona hər hansı bir məbləğdə pul vermədiyini, evin sahibi kürəkəni Sadiq olduğunu, lakin Rusiya Federasiyasında yaşadığı üçün bütün işləri ona tapşırdığını bildirmişdir. Sonrakı günlərdə dəfələrlə Polada zəng etmiş, bəzi vaxtlarda telefon sönülü olurmuş. Açıq olan zaman isə, Polad telefona cavab verməmişdir. Bundan sonra bacısı ona Polada verdiyi 200 manat pulu qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Şahid5 ifadəsində göstərmişdir ki, hal-hazırda Sabunçu rayonu, Sabunçu qəsəbə bələdiyyəsində müfəttiş vəzifəsində işləyir. Tutduğu vəzifədə təxminən 20 ildən artıqdır ki çalışır. İşlədiyi işdən əlavə tikinti lahiyələrini eskiz sənədlərinin hazırlanmasında tanıdığı şəxslərə kömək edir. Onun eskiz lahiyəsi hazırlayan tanıdığı məhdud məsuliyyət cəmiyyətləri vardır. Sabunçu rayon İcra hakimiyyətinin Layihə Smeta Bürosu və Sabunçu rayonunda yerləşən digər özəl layihə büroları ilə çalışmışdır. Tanışlarını həmin yerlərə istiqamətləndirib bunun müqabilində 20-30 manat pul qazanmışdır. Həmin özəl büroların da lisenziyaları vardır. Lisenziyaları olmayan bürolara isə ümumiyyətlə müraciət etməmişdir. Polad adlı şəxsi təxminən 3 il bundan qabaq tanımışdır. Onu ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Polad bir neçə dəfə eskiz layihəsinin hazırlanması və mənzillərin qiymətləndirməsinə üçün ona müraciət etmişdir. O da hər dəfəsində onu müxtəlif layihə smeta bürolarına istiqamətləndirmişdir. Lakin 2019-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs eskiz layihəsinin hazırlanmasında istiqamətləndiyi dəqiq olaraq yadında qalmamışdır. O, Polada bir neçə dəfə bu istiqamətdə köməklik göstərmişdir. Lakin xx.xx.2019-cu il tarixdə “Bakı Tikinti” Layihə Smeta Bürosunun hazırladığı eskiz layihənin hazırlanmasında Polada köməklik etməyini xatırlamamışdır. Təqsirləndirilən şəxs axırıncı dəfə 2019-cu ilin dekabr ayının sonunda görmüşdür. Polad bildiyinə görə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayır. O, Zərərçəkmiş şəxs7 və Şahid6 tanımadığını bildirmişdir. Çünki Polad layihə üçün müraciət edəndə çox vaxt özü ölçüləri götürmək üçün həmin yerə getmişdir. Ara-sıra büronun memarlarına müraciət etmişdir ki, onlar özləri gedib ölçüləri götürsün. Hər dəfəsində də evlərin açarları Poladda olmuşdur. Yəni o, evin sahiblərini görməmişdir. Şahid6 Təqsirləndirilən şəxs ev almaq üçün 16.200 manat pul verməsi və Poladın verdiyi vədə əməl etməməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs6 uzun müddətdir ki, Bakı şəhərisində yaşamasına baxmayaraq Bakı şəhərində özünə məxsus evi olmamışdır. Bu səbəbdən uzun illər ev almaq üçün pul yığmışdır. 2019-cu ilin dekabr ayında qardaşı söhbət əsnasında ona Suraxanı rayonu Bülbülə qəsəbəsində 1 sot torpaq sahəsində 5 daş üstə 2 otaqlı olmaq 16500 manat qarşılığında həyət evi satıldığını demişdir. Bir qədər danışdıqdan sonra qardaşı Atif sözü gedən evi almaq qərarına gəlmişdir. Bu səbəbdən birlikdə gedib evi satan makler kimi tanıdığı Polad adlı şəxslə görüşmüşlər. Görüş əsnasında Polad qardaşı Atifin dediklərini təsdiqləmişdir. Bu səbəbdən də onun iştirakı ilə qardaşı Atif Polada 9000 manata pul vermişdir. Polad pulu götürən zaman sözü gedən evi 2019-cu ilin mart ayında tam təmir edib qardaşına təhvil verəcəyinə söz vermişdir. Sonradan qardaşı Atif ona 9000 manatdan əlavə Polada hissə-hissə olmaqla 7500 manatda pul verdiyini demişdir. Lakin Polad verdiyi sözə əməl etməmiş və qardaşından ələ keçirdiyi pullan geri qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən dörd ay əvvəl Polad adlı şəxslə tanış olmuşdur. Belə ki, onun qaynanasının yaxın qohumunun Binə qəsəbəsində iki ilə yaxın müddətdir ki, satışa qoyduğu ev olmuşdur. Həmin evə əvvəlcədən Polad makler kimi gələndə tanımışdır. Evin sahibəsi Gəncə şəhərində yaşadığı üçün evi sahibsiz qalmasın deyə ona və ailəsinə orada müvəqqəti qalmağa icazə vermişdir. 20 dekabr 2020-ci il tarixdə Polad ona zəng vurub bir ailənin gəlib həmin evə baxmaq istədiyini bildirmişdir. Bir az sonra tanımadığı ər-arvad evə gəlmiş və öz aralarında danışdıqdan sonra evi bəyəndiklərini bildirmişlər. Bundan sonra evin qiymətləndirilməsi məsələsi başlanmış və sonradan adını bildiyi Elvin adlı evi almaq istəyən şəxs evə 17000 manatdan artıq bir qəpik pul verə bilməyəcəyini demişdir. Polad ona evi həmin qiymətə satmasını məsləhət görmüşdür. Onlar razılaşdıqdan sonra qərara gəlmişlər ki, bir gün sonra Elvin ona beh kimi gətirib pul versin. 23 dekabr 2020-ci il tarixdə o, Elvin adlı şəxslə «Koroğlu» metrostansiyası yaxınlığında görüşmüş və ondan beh kimi 500 manat pul almışdır. 24 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Elvin həyat yoldaşı ilə bir yerdə evə gəlib onunla görüşmüş və içərisində pul olan selofan bağlamasını ona təqdim edib bağlamanın içərisində 17000 pul olduğunu demişdir. O, bağlamanı açıb içərisində çoxlu xırda pul olduğunu görüb həmin pulu Polada etibar edib ona saymağa xahiş etmişdir. Polad pulu sayan zaman Elvinlə həyat yoldaşı evə baxmağa başlamışlar. Polad pulun bir hissəsini saydıqdan sonra ona Elvinin etibarlı adam olduğunu, onları aldatmayacağını və yəqin ki, dediyi məbləğin hamisinin orada olduğunu bildirmişdir. Pul bağlaması Poladda qalan zaman o, mətbəxə keçmiş və evin sahibəsinə evin 17000 manata satdığını demişdir. Evin sahibəsi əvvəl ona evi niyə belə ucuz satdığını giley etmiş, sonra isə pulu sahibinə qaytarmağı xahiş etmişdir. O, geriyə qayıdanda evi alan Elvin onlara artıq özgə evində kirayəyə qalmaq istəmədiyini və bir ay sonra əşyaları ilə bir yerdə gəlib həmin evə köçəcəyinid emişdir. Elvin Poladdan pulu saydığım və hər hansı bir problemin qalıbqalmadığını soruşan zaman Polad hər şeyin qaydasında olduğunu Elvinə demişdir. Bundan, sonra Polad bağlamanı ona verib Elvini yola salmaq üçün küçəyə çıxmışdır. Polad küçəyə çıxdıqdan sonra o, bağlamadakı pulu özü rahat saymış və bağlamanın içində həqiqətən 17000 manat pul olmuşdur. Polad evə qayıdan zaman ona evi alan şəxsin dediyi müddətdə buradan çıxa bilməyəcəyini demişdir. Polad onu sakitləşdirmiş və qətiyyən narahat olmamasını, Elvinin onun buradan çıxan vaxt gəlib köçəcəyini demişdir. Polad həmçinin ona Elvinlə artıq cox danışmamağı məsləhət görmüşdür. O, həmin vaxt Polada inanmış və ona evin sahibəsinin heç evi 17000 manata satmağa razılaşmadığını demişdir. Onlar ayrılan zaman gözlənilmədən Polad ona yaxınlaşıb yalvararaq ailəsində cox ciddi problemi olduğunu, əgər imkan varsa, bir az əvvəl verilən 17.000 manat puldan tam yarısını, yəni 8.500 manat pulu bir müddətə borc kimi ona verməsini demişdir. Onun Polada yazığı gəlmiş və dediyi pulu vaxtında qaytarmaq şərti ilə onun özünə vermişdir. Onlar orada ayrılmışlar və o, bir müddət Poladla əlaqə saxlamamışdır. Elvin təxminən bir ay müddət keçdikdən sonra ona zəng vurub artıq evə gəlməyə hazırlaşdığını demiş, o da yenidən evdə qalmaq üçün vaxt nm onda olduğunu, qalan hissəsinin isə Poladda olduğunu, Poladın gəlirib ona pulun qalan hissəsini verməsini, pulun hamısını evin əsl sahibinə verim. O, Elvinə demişdir ki, pulun hamısını ev sahibəsinə verdikdən sonra nə vaxt istəyir göndərəndən sonra isə həmin evə köçməyi demişdir. Elvin getdikdən sonra o, Poladla əlaqə saxlamış və pulun qalan hissəsini təcili gətirməyi tələb etmişdir. Bundan sonra o, Poladdan həmin 8500 manat pulu dəfələrlə tələb etmiş, Polad isə müxtəlif bəhanələr gətirib onunla görüşməmiş və yaxud hər dəfə pulu gətirəcəyini deyib onu aldatmışdır. Elvinlə arasında olan münasibətlər tam pozulmuş və o, artıq əsəbindən onun zənglərinə belə cavab vermək istəməmişdir. Elvinin gəlib evini, yaxud pulunu istəməsi artıq onun öz evində də problem yaratmış və həyat yoldaşı və qayınanası arasında münasibətləri pozulmuşdur. Həyat yoldaşı ilə qaynanası ondan Elvindən götürdüyü pulu qaytarmağı tələb etmişdir. Evin əsl sahibi də artıq evinin həmin qiymətə satılmasına razı olmamışdır. Həmin günlərdə Polad onların evinə gəlib bir az əvvəl götürdüyü pulu tam hazır etdiyini və əgər evi satmırsa, onda Elvindən götürülən pulun hamısı geri qaytarılmalı olduğunu demişdir. O, həyat yoldaşı ilə qaynanasını iştirakı ilə Polada özündə qalan 8.500 manat pulu da qaytarmış və aparıb Elvinin pulunun hamısını qaytarmasını, bir daha onu narahat etməməsini demişdir. Bütün bunlara baxmayaraq, sonradan ona məlum olmuşdur ki, Polad onun ikinci dəfə verdiyi pulu belə Elvinə verməmiş və bütün telefon nömrələrini söndürmüşdür. Bundan sonra Elvin onu daha çox narahat etməyə başlamış və onun deməyinə baxmayaraq ki, pullar Polad tərəfindən götürülmüş, Elvin ona israrla pulu bağlamanin içində birbaşa ona verdiyi üçün həmin pulu ondan istəyəcəyini bildirmişdir. O, bütün bunları görüb sonda məcbur olmuşdur ki, baş vermiş hadisə ilə bağlı polis orqanlarına gedib müraciət etmişdir. O, əvvəlcədən Polad adlı şəxsi tanımamış, onunla heç bir münasibəti olmamış və həmin şəxsin yalnız Binə qəsəbəsində qaldığı evə müştəri gətirən zaman görüb makler kimi tanış olmuşdur. 24 dekabr 2020-ci i! tarixdə Elvin onların evində olarkən ona içərisində pul olan bağlamanı həqiqətən təqdim etmiş, lakin o, bağlamanın içərisində olan pulların çoxusunun xırda olduğunu görüb, həmin pulları Təqsirləndirilən şəxs saymağı xahiş etmişdir. Həmin pulu Təqsirləndirilən şəxs yalnız borc kimi vermiş, həmçinin həmin vaxt o, Təqsirləndirilən şəxs dələduz adam kimi tanımamış və ona həqiqətən çox etibar etmişdir. Lakin pulu ona verməkdə əsas səbəbi şəxsi məsələsi olmuşdur. Belə ki, onun azyaşlı oğlu uzun müddətdir ki, ağır xəstədir və bir cox adam onlara bununla bağlı yardım etmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt yalandan ailəsində ciddi problem olduğunu bildirib, ondan borc kimi pul almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şahid2 onun həyat yoldaşıdır və onların birgə nigahdan iki övladı vardır. Anası tərəfdən olan yaxın qohumu Binə qəsəbəsində iki ilə yaxın müddətdir ki, satışa qoyduğu ev var idi. Evin sahibəsi Gəncə şəhərində yaşadığı üçün evi sahibsiz qalmasın deyə ona, ailəsinə və anasına orada müvəqqəti qalmağa icazə vermişdir. 20 dekabr 2020-ci il tarixdə Polad həyat yoldaşı Qənimətə zəng vurub bildirmiş ki, bir ailə gəlib həmin evə baxmaq istəyir. Həmin evə gəlib baxmazdan əvvəl o, Poladı yaxından tammasada, makler kimi işlədiyini eşitmişdir. Bir az sonra həmin Polad vasitəsi ilə tanımadığı ər-arvad evə gəlmiş və öz aralarında danışdıqdan sonra evi bəyəndiklərini bildirmişlər. O, həmin vaxt evdə olmasada, sonradan həyat yoldaşı Qənimət ona demişdir ki, Elvin adlı şəxs 17000 manatdan artıq bir qəpik pul belə evə verə bilməyəcəyini demişdir. Bundan sonra Qənimət Poladın məsləhəti ilə həmin qiymətə razılaşmış və bir gün sonra, yəni 23 dekabr 2020-ci il tarixdə Elvin adlı şəxs «Koroğlu» metrostansiyası yaxınlığında Qənimətə beh kimi 500 manat pul verəcək. Həyat yoldaşı gedib həmin behi aldıqdan bir gün sonra, yəni 24 dekabr 2020-ci il tarixdə saat 22 radələrində Elvin həyat yoldaşı ilə bir yerdə evə gəlib Qənimətlə görüşmüş və içərisində pul olan bağlamanı ona təqdim edib demişdir ki, bağlamada 17000 pul var. Onlar evdə görüşən vaxt evdə olmamış və həmin vaxt evdə nə baş verdiyini sonradan Qənimətdən öyrənmişdir. Qənimət bağlamanı açıb içərisində çoxlu xırda pul olduğunu görüb həmin pulu Polada saymağa xahiş etmiş, Polad isə pulun bir hissəsini saydıqdan sonra Qənimətə demişdir ki, Elvin etibarlı adamdır bizi heç vaxt aldatmaz. Otaqlara baxıb çıxdıqdan sonra Elvin Poladdan pulu saydığını və hər hansı bir problemin qahb-qalmadığım soruşmuş, Polad isə hər şeyin qaydasında olduğunu alıcıya bildirmişdir. Bundan sonra Polad bağlamanı Qənimətə verib Elvini yola salmaq üçün küçəyə çıxmışdır. Polad küçəyə çıxdıqdan sonra həyat yoldaşı bağlamadakı pulu saymış və bağlamanın içində 17000 manat pul olduğunu görmüşdür. Polad evə qayıdan zaman Qənimətə Elvinlə cox danışmamağı məsləhət görmüşdür. Daha sonra Qənimət ona demiş ki, Polad evdən çıxan zaman gözlənilmədən yenidən ona yaxınlaşmış və yalvarmışdır ki, ailəsində cox ciddi problemlər olduğu üçün, bir az əvvəl verilən 17.000 manat puldan tam yarısım, yəni 8.500 manat pulu bir müddətə kimi ona borc kimi versin. Həyat yoldaşının Polada yazığı gəlmiş və dediyi pulu vaxtında qaytarmaq şərti ilə onun özünə vermişdir. Evi almaq istəyən Elvin adlı şəxs bir ay müddət keçdikdən sonra Qənimətə zəng vurub bildirmiş ki, artıq evə gəlməyə hazırlaşır, həyat yoldaşı isə ondan yenidən evdə qalmaq üçün vaxt istəmişdir. Lakin Elvin ona qulaq asmamış və gəlib Qənimətdən evdən çıxmağı tələb etmişdir. Qənimət əsl həqiqəti, yəni Elvinin verdiyi pulun yarısının onda olduğunu, qalan hissəsinin isə Poladda qaldığım bildirsədə, Elvin yenidən Qənimətlə pul üstündə mübahisə etmişdir. Elvin getdikdən sonra Qənimət Poladla əlaqə saxlamış və pulun qalan hissəsini təcili gətirməyi tələb etmişdir. Polad isə müxtəlif bəhanələr gətirib Qənimətlə görüşmür, yaxud hər dəfə pulu gətirəcəyini deyib onu aldadırmış. Elvinin gəlib hər dəfə pulunu istəməsi artıq onların evlərində problem yaradır, Qənimətin anası və onunla arasında olan xoş münasibətlərini pozurmuş. Anası ilə o, Qənimətdən evi alan şəxsin pulunun tam qaytarmağını tələb etmişdir. Həmin günlərdə Polad onların evinə gəlmiş və Qənimətdən borc kimi götürdüyü pulu hazırladığım bildirsədə həmin pulu heç kimə təqdim etməmişdir. Daha sonra Polad üzünü onlara çevirib demiş ki, əgər evi satmırsınızsa onda Elvindən götürülən pulun hamısı geri qayıtmalıdır. Qənimət onun və anasının iştirakı ilə Polada özündə qalan 8.500 manat pulu qaytarmış və demiş ki, apar Elvinin pulunun hamısını qaytar bir daha bizi gəlib narahat etməsin. Yalnız sonradan məlum olmuş ki, Polad Qənimətin ikinci dəfə verdiyi pulu belə Elvinə verməmiş və bütün telefon nömrələrini söndürmüşdür. Bundan sonra Elvin onlara daha çox narahat etməyə başlamış və pulların Polad tərəfindən, götürüldüyünü bildirsələr də, Elvin israrla bildirmiş ki, pul bağlamasını Qənimətə verdiyi üçün pulu da ondan istəyəcək. Bütün bunlardan sonra onlar məcbur olub hadisə ilə bağlı polis orqanlarına m üraciət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada Sabunçu rayon ərazisində fərdi yaşayış evlərinin tikib satışı ilə məşqul olur. O, Təqsirləndirilən şəxs təxminən altı ilə yaxındır kı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən tanımışdır. Təqsirləndirilən şəxslə münasibəti yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs onun ev tikib satmağını biləndə ona tikdirdiyi evlərə müştəri gətirəcəyini demişdir. Bu zaman o da hər müştəriyə görə Polada müxtəlif məbləğdə pul verəcəyini bildirmişdir. Bununla da Polad ona bir neçə müştəri gətirmiş və o, hər evdə ona gah 500 manat gah da 1000 manat pul Polada vermişdir. Polad onun tikdirdiyi evlərə müştəri gətirəndə əvvəlcədən qiyməti o, Polada demiş və Polad da müştəriyə qiyməti bildirmişdir. Lakin o, satdığı evlərin pullarını Polad müştəri gətirsə də özü almışdır. Belə ki, Təqsirləndirilən şəxs ona zəng etmiş və onun Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan evinə müştəri tapdığını deyib qiymətini soruşmuşdur. Bu zaman o, Polada həmin evi 25000 manata satdığını demişdir. Polad onunla razılaşmış, evi alanin qadın olduğunu demişdir. Bundan bir neçə ay sonra o, özü tikdiyi Şuşa şəhərciyində olan evinə baxmağa gedəndə orada iki qadın olduğunu demişdir. Bu zaman onların kim olmasını soruşmuş və onlar ona evi Təqsirləndirilən şəxs aldıqlarını demişdir. Bu zaman Mahirə adlı qadın ona Təqsirləndirilən şəxs evi 11.500 manata aldıqlarını demişdir. Həmin zaman o, Mahirə adlı qadının yanında Polada zəng etmiş və onun evini kimə göstərdiyini və neçəyə satdığım soruşmuşdur. Həmin zaman Polad ona qadınlara fikir verməməyini və qadınları yola salmasını bildirmişdir. O, həmin qadınlara, yəni Mahirəyə evi başqa şəxsə satdığım demişdir. Həmin vaxt bilmişdir ki, Polad onun evini satan zaman onunla əlaqə saxlamış, ondan evin qiymətini öyrənmiş və Mahirəyə onun evini ona dediyi qiymətə yox, 11.500 manata ondan xəbərsiz satmışdır. O, Mahirə adlı qadından pul almamışdır. Ondan pulu Təqsirləndirilən şəxs almış və ona həmin puldan verməmişdir. Təqsirləndirilən şəxs ona pul vermədiyi üçün o, öz tikdiyi evi başqa şəxsə 25000 manata satmışdır. O, heç kimlə əvvəlcədən razılaşıb Zərərçəkmiş şəxs9 11.500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməmişdir. O, ümumiyyətlə həmin qadını tanımamış, Zərərçəkmiş şəxs9 onunla yox, Təqsirləndirilən şəxslə iş görmüşdür. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə, saat 14:30-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 110-112-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-479/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində əvvəli 07 iyun 2022-ci il tarixdən hesablamaqla 01 ay həddində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 149-150-ci vərəqində olan cinayət işinin materiallarına əlavə olunmuş 15 oktyabr 2019-cu il tarixli tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan və ona əlavə edilmiş protokollardan görünür ki, Şahid6 N.Nərimanov rayonu,A.Nemətulla küçəsi, ev 55, mənzil 20-də kirayə qaldığı evdə Hövsan qəsəbəsində ev almaq məqəsədilə Polad adlı şəxsə 16200 manat verməsi və həmin şəxs tərəfindən aldadılaraq evin onu satılmaması və pulunun qaytarılması ilə bağlı hadisənin baş verdiyi ünvanına baxış keçirilmişdir. Mənzil bir otaqdan və bir mətbəxdən ibarətdir. Gündüz VTəqsirləndirilən şəxs adlı şəxsə pulu mənzilin təxmini 10 m2 mətbəxində verdiyi bildirdi və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 2-ci cildinin 126-127-ci vərəqıərində olan cinayət işinin materiallarına əlavə olunmuş 25 yanvar 2021-ci il tarixli tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan və ona əlavə edilmiş protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək ona Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, «İmam Hüseyn» məscidinin yaxınlığında 17.000 (on yeddi min) manata bir mərtəbəli fərdi yaşayış evi satacağını yalandan vəd verib aldadaraq 23 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, «İmam Hüseyn» məscidinin yaxınlığında yerləşən nömrəsiz evdə 17000 (on yeddi min) manat pulu Şahid2 vasitəsi ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümümilikdə 17000 (on yeddi min) manat pulun alınması ilə bağlı hadisənin baş verdiyi ünvana baxış keçirilmişdir. Cinayət işinin 2-ci cildinin 200-202-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 20 sentyabr 2019-cu il tarixli tarixli "hadisə yerinə baxış keçirilməsi barədə" protokoldan və ona əlavə edilmiş protokollardan görünür ki, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Şuşa şəhərciyi» kimi tanınan yeni yaşayış massivində onun üçün 11500 (on bir min beş yüz) manat müqabilində bir mərtəbəli fərdi yaşayış evi inşa edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraqar hissə-hissə olmaqla Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən nömrəsiz evdə Zərərçəkmiş şəxs9 ümümilikdə 11500 (on bir min beş yüz) manat məbləğində pulun alınması ilə bağlı hadisənin baş verdiyi ünvana baxış keçirilmişdir. Cinayət işinin 3-cü cildinin 188-ci vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə, saat 13:00-da tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 204-205-ci vərəqində olan “şübhəli olan şəxsin tutulması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə, saat 10:45-də tutulmuşdur. Cinayət işinin 3-cü cildinin 247-250-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 fevral 2021-ci il tarixdindən hesablamaqla 01 ay 16 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü cildinin 214-220-ci vərəqlərində olan “qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair” 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirlərinin müddətinin uzadılmasından imtina edilməsi, Binəqədi RPİ MSY-dən azad edilməsi, həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü cildinin 223-227-ci vərəqlərində olan 29 avqust 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü cildinin 74-75-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 05 may 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 188-ci vərəqində olan cinayət işinin materiallarına əlavə olunmuş 10 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokoldan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 242-243-cü vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 13 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 249-250-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 14 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 7-8-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 14 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 21-22-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 17 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan cinayət işinin materiallarına əlavə olunmuş 17 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 41-43-cü vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 25 oktyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs X4 ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun ifadəsi yerində xx.xx.2023-cü il tarixdə yoxlanılmış, X8 ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 184-187-cİ vərəqlərində olan 10 iyun 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 245-248-cİ vərəqlərində olan 19 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 2-6-cı vərəqlərində olan 14 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 10-13-cü vərəqlərində olan 17 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 17-20-ci vərəqlərində olan 17 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 24-29-cu vərəqlərində olan 18 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 30-35-ci vərəqlərində olan 18 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 6-cı cildinin 37-40-cı vərəqlərində olan 25 oktyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı zərrçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirərək ifadəsində göstərdiklərini təsdiq etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 5-ci cildinin 136-148-ci vərəqlərində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilməsi hökm edilmişdir. Cinayət işinin 5-ci cildinin 134-135-ci vərəqlərində olan Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən müəyyən edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hökmü ilə 03 il 11 ay 05 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixində teleqramla məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, istintaqa verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona vurduğu 16500 manat məbləğində pulu tələb etdiyini, maddi vəziyyəti ilə əlaqədar məhkəmə prosesində iştirak etməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli mülki iddiadan görünür ki, o, Cəlilabad rayonunda qeydiyyatda olsa da Bakı şəhərində kirayədə yaşayır. Keçmiş həyat yoldaşından ayrılandan sonra birgə yaşadıqları müddətdə əldə etdikləri evi aralarında bölmüşlər və ona 23000 manat məbləğində pul düşmüşdür. O, həmin pula ev almaq istəyərkən ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur . Polad ona Sulutəpə qəsəbəsində yolun kənarında 2 sot ölçüdə torpaq sahəsi olmasını və həmin torpaq sahəsində bir necə aya bir mərtəbəli evi tikib ona verəcəyini bildirdi. Bütün bu işlərə görə ondan 15000 manat pul istədi. O, pulun yarısını indi, qalan hissəsini isə evi alandan sonra verməyə razılaşmışdır.. Buna görə də Polada evin sənədləşdirilməsi üçün 500 manat beh vermiş və razılaşdıqları kimi bir həftədən sonra 12 noyabr 2020-ci i’l tarixdə notariat qaydasında kredit müqaviləsi bağlayaraq 7000 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Polad digər şəxsləri də aldatmış və onun etibarından sui istifadə edərək 7500 manat pulunu mənimsəmişdir. Fakta görə cinayət işi başlanaraq istintaq aparılır. İndiyə kimi Təqsirləndirilən şəxs ona dəyən ziyan ödənilməmiş və Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət nəticəsində ona dəyən ziyan ödənilmədiyində həmin cinayət işi üzrə o, mülki iddiaçı kimi tanınmalıdır. Odur ki, onu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.24-cü maddələri ilə istintaq aparılan Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə mülki iddiaçı kimi tanınmaqla Təqsirləndirilən şəxs ona vurulmuş 7500 (yeddi min beş yüz) manat məbləğində pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun tutularaq ödənilməsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarda göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Nəzərə almaq lazımdır ki, dələduzluqdan fərqli olaraq aldatma və ya etibardan suiistifadə etmə yolu ilə əmlak ziyanı vurma zamanı dələduzluğun mütləq əlaməti olan nəticə – özgə əmlakının və ya əmlaka olan hüququn ələ keçirilməsi baş vermir, əmlak mülkiyyətçinin və ya onun sahibinin sərəncamından çıxmır, lakin bununla belə ona maddi zərər vurulur, yaxud da şəxs əmlakın adi şəraitdə mülki dövriyyəsi nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci vı 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin, ifadələri, və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 02 il müəyyən edildiyindən, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 02 ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Belə ki, işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməllərini epizodlardan biri üzrə 12 dekabr 2018-ci il tarixdə, digər epizod üzrə 12 dekabr 2020-ci il tarixdə törətmişdir. Yəni hər iki epizod üzrə cinayətin törədildiyi gündən cinayət qanunvericiliyinə əsasən nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti – iki il – keçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmiş, digər epizodlar üzrə zərərçəkmiş şəxslərə münasibətdə isə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişdir. Azərbaycan Respublikası CPM-nin 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə törətmiş olduğu cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyini digər epizodlar üzrə zərərçəkmiş şəxslərə münasibətdə isə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə cinayət təqibi davam etdirilməlidir. Qeyd olunan epizodlar üzrə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs7 münasibətdə törədilmiş dələduzluq cinayət əməlinin nəticəsində vurulmuş ziyanın məbləğinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında ona qarşı törətdiyi cinauət əməlinin nəticəsində vurulmuş ziyanı tam deyil, qismən etiraf edir və həmin hal Zərərçəkmiş şəxs7 göndərdiyi xx.xx.2024-cü il tarixində teleqramında da təsdiq etməklə, Təqsirləndirilən şəxs ona vurduğu yalnız 16500 manat məbləğində pulu tələb etdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, bu epizodla bağlı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın məbləği 16500 manat məbləğində müəyyən olunmalıdır. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 06 ay 25 gün müddət ona təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 07 iyun 2022ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli mülki iddiadan görünür ki, o, Cəlilabad rayonunda qeydiyyatda olsa da Bakı şəhərində kirayədə yaşayır. Keçmiş həyat yoldaşından ayrılandan sonra birgə yaşadıqları müddətdə əldə etdikləri evi aralarında bölmüşlər və ona 23000 manat məbləğində pul düşmüşdür. O, həmin pula ev almaq istəyərkən ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur . Polad ona Sulutəpə qəsəbəsində yolun kənarında 2 sot ölçüdə torpaq sahəsi olmasını və həmin torpaq sahəsində bir necə aya bir mərtəbəli evi tikib ona verəcəyini bildirdi. Bütün bu işlərə görə ondan 15000 manat pul istədi. O, pulun yarısını indi, qalan hissəsini isə evi alandan sonra verməyə razılaşmışdır. Buna görə də Polada evin sənədləşdirilməsi üçün 500 manat beh vermiş və razılaşdıqları kimi bir həftədən sonra 12 noyabr 2020-ci i’l tarixdə notariat qaydasında kredit müqaviləsi bağlayaraq 7000 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Polad digər şəxsləri də aldatmış və onun etibarından sui istifadə edərək 7500 manat pulunu mənimsəmişdir. Fakta görə cinayət işi başlanaraq istintaq aparılır. İndiyə kimi Təqsirləndirilən şəxs ona dəyən ziyan ödənilməmiş və Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət nəticəsində ona dəyən ziyan ödənilmədiyində həmin cinayət işi üzrə o, mülki iddiaçı kimi tanınmalıdır. Odur ki, onu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.24-cü maddələri ilə istintaq aparılan Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə mülki iddiaçı kimi tanınmaqla Təqsirləndirilən şəxs ona vurulmuş 7500 (yeddi min beş yüz) manat məbləğində pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun tutularaq ödənilməsini təmin edilməsini xahiş etmişdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki halları nəzərə almaqla, Mülki iddia tam təmin olunsun və 7500 (yeddi min beş yüz) manat məbləğdə pul vəsaiti və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 7500 manat məbləğində vurulmuş ziyanın məbləğinə dair iddia tələbini tam qəbul edir və etiraf edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı vurulmuş maddi ziyanın tutulması iddiası təmin edilməli və 7500 (yeddi min beş yüz) manat məbləğdə pul vəsaiti və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 05 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-510/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 06 ay 25 gün müddət ona təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılaraq üzərində qəti olaraq 04 il 05 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin olunsun və 7500 (yeddi min beş yüz) manat məbləğdə pul vəsaiti və 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçili oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-244/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-244/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver