Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-245/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələri tətəbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə 02 ay 23 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş və 17 noyabr 2022-ci ildə cəza müddəti başa çatmış (məhkumluğu ödənilməmiş və götürülməmiş), hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 4(010)-376/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 25 sentyabr 2023-cü hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-489/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 25 fevral 2024-cü il tarixədək uzadılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin iyun ayından sentyabr ayına qədər olan müddət ərzində vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 16-nın hasarından tullanmaqla evin taxta pəncərəsini açaraq qanunsuz daxil olub oradan ümumi dəyəri 4.330 (dörd min üç yüz otuz) manat təşkil edən hər birinin qiyməti 1.000 (min) manat təşkil edən 2 (iki) ədəd qədimi toxunma xalçaları, 200 (iki yüz) manat dəyərində cehizlik qaşıq dəstini, 500 (beş yüz) manat dəyərində mətbəx üçün “Milker” dəstini, 120 (yüz iyirmi) manat dəyərində ətçəkəni, 90 (doxsan) manat dəyərində şirəçəkəni, 200 (iki yüz) manat dəyərində “Samsung” markalı tozsoranı, 160 (yüz altmış) manat dəyərində gecə lampasını, 60 (altmış) manat dəyərində blenderi, 100 (yüz) manat dəyərində ütünü, 150 (yüz əlli) manat dəyərində qədimi nimçə dəstini, 180 (yüz səksən) manat dəyərində qazan dəstini, 70 (yetmiş) manat dəyərində qab dəstini, 60 (altmış) manat dəyərində dəsmal dəstini, 100 (yüz) manat dəyərində süfrə dəstini və 350 (üç yüz əlli) manat dəyərində 12 (on iki) ədəd gümüş qaşıqlarını tamah niyyəti ilə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.330 (dörd min üç yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, anası ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2023-cü ilin iyul ayında təxminən saat 05:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi ilə evə qayıdan zaman həmin küçədə fərdi yaşayış evi görmüşdür. Həmin evin darvazasının qarşısında çoxlu otlar bitdiyindən orada yaşayışın olmaması qənaətinə gəlmiş və həmin evə daxil olub oradan oğurluq etməyə qərar vermişdir. Ətrafa bir neçə dəfə nəzər yetirmiş və heç kəsin olmadığından əmin olub, həyətə necə girəcəyi barədə düşünmüşdür. Darvazanın üzərindən tullanmağa qərar vermiş və oradan tullanaraq həyətə daxil olmuşdur. Fərdi yaşayş evinin pəncərəsinin taxta olduğunu, dəmir barmaqlığın olmadığını görüb pəncərədən evə daxil olmağa qərar vermişdir. Həmin pəncərəni əli ilə güc verərək itələmiş və pəncərə açılmışdır. O, pəncərədən evə daxil olmuş və evdə olan əşyaları oğurlamağa başlamışdır. Həmin evdən ümumilikdə 2 ədəd qədimi toxunma xalça, qaşıq dəsti, mətbəx üçün dəsti, ətçəkəni, şirəçəkəni, “Samsung” markalı tozsoranı, gecə lampasını, blenderi, ütünü, nimçə dəstini, qazan dəstini, qab dəstini, dəsmal dəstini, süfrə dəstini və 12 ədəd gümüşü rəngdə qaşıqları oğurlamışdır. Daha sonra həmin əmlakları necə aparacağını düşünmüş və onları həmin evin içəri tərəfdən darvazasının qarşısına yığmışdır. Darvazanın qapısını açmış və hissə-hissə olmaqla ümumilikdə 3 dəfəyə həmin əmlakları evinə aparmışdır. Anasının evdə yatdığını görüb həmin əmlakları həyətlərində yerləşən saxlanc yerinə yığmışdır. Daha sonra isə həmin əmlakları Sabunçu rayonunda yerləşən “Bit bazarı” adlanan yerdə hərəsini 3-5 manat dəyərində satmışdır. Həmin əmlaklardan ümumilikdə 150 manat AZN mənfəət əldə etmişdir. Həmin pulları da öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, musiqi məktəbində müəllimə işləyir. ünvan 4 ünvanında qeydiyyatda olsa da orada yaşamır. Bir neçə aydan bir həmin evə gelir. 2023-cü ilin iyun ayında o, həmin evə getmiş və bütün əmlakın yerində olduğunu, heç nəyin oğurlanmadığını aşkar etmişdir. Lakin 2023-cü ilin sentyabr ayında həmin evə yenidən gedən zaman pəncərənin açıq olduğunu aşkar etmişdir. Həmin an evdən oğurluq olduğunu başa düşmüşdür. Evə baxış keçirmiş və evdən hər birinin qiyməti 1.000 manat təşkil edən 2 ədəd qədimi toxunma xalçaların, 200 manatdəyərində cehizlik qaşıq dəstinin, 500 manat dəyərində mətbəx üçün “Milker” dəstinin, 120 manat dəyərində ətçəkənin, 90 manat dəyərində şirəçəkənin, 200 manat dəyərində “Samsung” markalı tozsoranın, 160 manat dəyərində gecə lampasının, 60 manat dəyərində blenderin, 100 manat dəyərində ütünün, 150 manat dəyərində qədimi nimçə dəstinin, 180 manat dəyərində qazan dəstinin, 70 manat dəyərində qab dəstinin, 60 manat dəyərində dəsmal dəstinin, 100 manat dəyərində süfrə dəstinin və 350 manat dəyərində 12 ədəd gümüş qaşıqların oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona təxminən 4.330 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-376/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 4(010)-489/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 fevral 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan X3 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus 02 ədəd qədimi xalçanın hadisənin baş verdiyi 2023-cü ilin iyun ayına olan dəyəri 1700,00 manat, 01 ədəd gecə lampasının dəyəri 90,00 olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 1790,00 manat məbləğində müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Sultanov X5 Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələri tətəbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə 02 ay 23 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş və 17 noyabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan 04 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Sultanov X5 Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələri tətəbiq edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə 02 ay 23 gün müddətə vaxtından əvvəl şərti olaraq azad edilmiş və 17 noyabr 2022-ci ildə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 sentyabr 2023-cü ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd qədimi xalça və bir ədəd gecə lampası Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 sentyabr 2023cü ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. iş üzrə maddi sübut kimi tanınmış iki ədəd qədimi xalça və bir ədəd gecə lampası Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-245/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-245/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver