Məhkəmə qərarları › İş №1(010)-246/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-246/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-246/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, (boşanmış) 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, marketdə fəhlə işləyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 26 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 02 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində yerləşən fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qollarından tutub silkələyərək əlləri ilə vurmaqla, ona sağ bazunun yuxarı və orta 1/3-nin arxa-bayır səthini əhatə edən yumşaq toxumanın hematoması, sol bazunun və sağ saidin qançırlarının əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. 17 dekabr 2022-ci il tarixdə X6 ilə ailə həyatı qurmuşdur. Ülviyyə həm də ögey dayısı qızıdır. Belə ki, Ülviyyənin atası Xanağa ilə anası İradə ögey bacı-qardaşdır. Ülviyyə ilə nikahından 22 aprel 2024-cü il tarixdə övladı Hüseyn dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ata evində yaşamışlar. Həmin vaxt anası və qardaşı Ramil Türkiyə Respublikasında olmuşdur. Atası isə onlarla birlikdə qalmışdır. Anasıgil Türkiyə Respublikasından qayıtdıqdan sonra anası ilə yoldaşı arasında münasibətlər yaxşı olmadığına və aralarında narazılıqlar olduğuna görə yoldaşının istəyi ilə kirayə evə köçmüşlər. Bundan sonra birlikdə yaşamağa davam eləmişlər. Əvvəllər qayınatası və qayınanası ilə münasibətləri normal olsa da, övladı dünyaya gəldikdən sonra, münasibətləri bir qədər sərinləmişdir. Belə ki, qayınatası və qayınanası onun ailə işlərinə qarışaraq övladını atasının evinə aparmağa imkan vermirmiş. Ona demişlər ki, əgər onlar nəvələrini görmək istəyirlərsə, onun evinə gəlib orada uşağı görsünlər. Tikintilərdə fəhlə işlədiyindən 2024-cü ilin iyun ayının axırlarında Rusiya Federasiyasının Moskva şəhərindən iş təklifi gəlmişdir. Ona görə də Moskva şəhərinə getməyi planlaşdırmışdır. 30 iyun 2024-cü il tarixdə evdə yoldaşı Ülviyyəyə Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. Yoldaşı ona etiraz eləmişdir. Ona bildirmişdir ki, onu ya öz atasının evinə, ya da ki, öz ata evinə aparıb qoyar. Oradan işləyib pul qazanıb göndərər. Lakin həmin vaxtı Ülviyyə ilə arasında narazılıq olmuş və ona öz etirazını bildirmişdir. Yatmağa gedən zaman oğlunun da çarpayıda yatdığını görmüşdür. Ülviyyəyə bildirmişdir ki, uşağı öz çarpayısına qoysun, o da yatmaq istəyir. Ülviyyə onu itələyərək başqa yerdə yatmasını bildirmişdir. Sonra Ülviyyə üstünə cumaraq onu cırmaqlamış, sol qolunu dişləmişdir. Ona görə də Ülviyyəni itələmişdir. Lakin onun başından tutub hamamın qapısına vurmamışdır. Ülviyyə onun üstünə cumduğuna görə onun qollarından tutub silkələyərək itələmişdir. Onun qollarından da vurmamışdır. 02 iyul 2024-cü il tarixdə Ülviyyə ona demişdir ki, əgər Rusiyaya getməkdə israrlısansa, get karobka yığ gətir ki, o, öz əşyalarını yığıb toplasın. Ona görə də evdən çıxıb karobka yığmağa getmişdir. Yolda olan zaman qayınatası Xanağa zəng edərək bildirmişdir ki, bəs sən çıxıb gedirsən yoldaşınla uşağının aqibəti necə olacaq. Ülviyyəyə bildirmişdir ki, Rusiyaya işləməyə gedir, pul qazanıb gələcək. Həmin vaxtı qayınatası telefonda əsəbiləşərək ona bildirmişdir ki, gəlib onu təpiyinin altına salacaq. Ona bildirmişdir ki, onu təpiyin altına salmaq onun başı üçün deyil. Bundan sonra telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra yoldaşı Ülviyyə ona zəng eləmişdir ki, atası evə gəlib və əsəbidi onunla dalaşacaq deyə evə gəlməməsini bildirmişdir. Bundan bir neçə dəqiqə keçmiş evə gəlmişdir. Həmin vaxtı qayınatası evdə olmamış, Ülviyyə yenə səs-küy salaraq evdən getməsini və atasının onunla dalaşacağını bildirmişdir. Evdə olduğu zaman evin həyət darvazası döyüldüyünə görə, darvazanı açmış və qayınatası Xanağa onunla birlikdə evə gəlmişdir. Həmin vaxt evin içərisində olmuş, qayınatası isə giriş qapısında dayanmışdır. Ülviyyə isə həyətdə olmuşdur. Xanağa ona bildirmişdir ki, qızını aparacaq. Lakin indidən sonra kiminsə cəsarəti olarsa, gəlib qızını təzədən geri qaytarar. Xanağa evdən çıxan zaman ona bildirmişdir ki, qızının cehizlərini də göndərsin. O, da Xanağaya bildirmişdir ki, cehiz onundu, özü də götürüb aparar. Bu zaman Xanağa yumruqla onun sifətinin sağ tərəfindən almacıq sümüyündən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən səndəlləyib yerə çökmüşdür. Lakin başı yerə dəyməmiş və əlləri üstə özünü saxlamışdır. Əlləri üstə başı aşağı dayanmış vəziyyətdə olan zaman Xanağa başının arxa sol tərəfindən zərbə ilə vurmuşdur. Lakin onu nəylə vurmasını görməmişdir. Lakin dəqiq bilir ki, Xanağanın əlində heç bir əşya olmamışdır. Həmin vaxt Xanağa onu ya yumruqla və yaxud təpik zərbəsi ilə vurmuşdur. İkinci zərbədən sonra tam olaraq yerə uzanmışdır. Bundan sonra Ülviyyə atası ilə birlikdə, uşağını götürüb getmişlər. Həmin vaxt huşsuz vəziyyətdə yerdə qalmışdır. Bir müddət sonra ev sahibəsi Nabat evə gəlmişdir. Nabat gəldikdən sonra, ona su vermişdir. 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, 30-cu polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və daha sonra 30-cu polis şöbəsinə gedərək hadisə haqqında ərizə və izahat yazmış, sonra isə evə qayıtmışdır. Evdə olduğu zaman yeznəsi Zakir Fərziyev evə gəlmişdir. Özünü narahat hiss etdiyinə görə təcili-tibbi yardım da gəlmişdir. Təcili yardım gəldikdən sonra onu Neyrocərrahiyə xəstəxanasına aparmışlar. Xəstəxanada olan zaman təpə sümüklərinin sınması müəyyən edilmişdir. 10 gün ərzində həmin xəstəxanada müalicə olunmuş, daha sonra isə evə buraxılmışdır. Hadisəni başqa heç kim görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü evdə o, oğlu və həyat yoldaşı Ülviyyə olmuşdur. Zərərçəkmiş şəxsin xəsarətləri olmamış, o, Ülviyyəni həmin gün və ya başqa vaxt döyməmişdir. Hadisə günü mübahisənin səbəbi onun Moskva şəhərinə işləmək üçün getmək istəməsi olmuşdur. Zərərçəkmiş şəxsi itələdiyi zaman yıxılmamışdır, onun harasa dəyməsini isə xatırlamır. Əvvəllər valideynləri ilə birlikdə yaşamışlar. Lakin zərərçəkmiş şəxs valideynlərinə hörmətsizlik etməyə başladığı üçün kirayə evdə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxslə barışmamışdır. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsini və özünümüdafiə məqsədilə Ülviyyəni qollarından tutub itələməsini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində fərdi evdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Emil ilə 17 dekabr 2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Bu nikahdan 22 aprel 2024-cü il tarixdə övladı Hüseyn dünyaya gəlmişdir. Emil ögey bibisi oğludur. Belə ki, Emilin anası İradə ilə atası Xanağa ögey bacı qardaşdır. Əvvəllər Emilin anasının Xəzər rayonu, Türkan qəsəbəsi, Südçülük sovxozunda yerləşən evində yaşamışlar və Emil ilə münasibətləri yaxşı olmuşdur. Sonradan qayınanası İradə və qayını Ramil də onlarla birlikdə yaşamağa başlamışdır. Qayananasıgil birlikdə yaşamağa başladıqdan sonra evlərində ailədaxili söz söhbətlər başlamışdır. Qayınanası ailə işlərinə müdaxilə etmişdir. Ona görə də, bir müddət sonra Emil ilə kirayəyə köçərək ayrı yaşamağa davam etmişlər. Buna baxmayaraq qayınanası yenə də ailə məsələlərinə müdaxilə etmişdir. Qaynanası əri Emili ona qarşı öyrətmiş, Emil də anasının sözü ilə hər bir xırda şeydən ötrü evdə dava salmış və ona qarşı zor tətbiq etmişdir. 01 iyul 2024-cü il tarixdə axşam saatlarında Emil evə gələrək Rusiya Federasiyasının Moskva şəhərinə işləməyə gedəcəyini, onu isə uşaqla atasının evinə aparıb qoyacağını bildirmişdir. O, Emilə öz etirazını bildirərək onu iki aylıq körpə uşaqla necə tək qoyub gedə biləcəyini irad bildirmişdir. Emil isə ona demişdir ki, artıq biletini də alıb və 07 iyul 2024-cü il tarixdə Moskvaya gedəcək. Həmin vaxt aralarında sözlü mübahisələri olmuşdur. Bundan sonra oğlu Hüseyni yatızdırmağa aparmışdır. Hüseyn narahat olduğuna görə ağlayaraq yatmırdı. Bir müddət sonra Hüseyni sakitləşdirərək yatızdırmışdır. Özü çarpayıda böyürü üstə uzanaraq Hüseynin tam yuxuya getməsini gözləyirdi. Bir neçə dəqiqə sonra Emil yatmaq üçün otağa gəlmişdir. Emil ona uşağı bir qədər kənara çəkməyini bildirmişdir. Emilə bildirmişdir ki, uşağı çətinliklə yatızdırmışdır. Sonuncuya demişdir ki, “Çarpayının digər tərəfindən uzan yat ki, uşaq oyanmasın”. Həmin vaxt böyrü üstə yanakı uzandığına görə Emil sol çiyin nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra çarpayıdan qalxıb onu itələmişdir ki, onu nəyə görə vurur. Bu zaman Emil onu çarpayının üstünə itələmişdir. Çarpayının üstünə yıxılmışdır. Bundan sonra Emil onun üstünə cumaraq uzanıqlı vəziyyətdə əlləri ilə boğazından tutaraq boğmağa başlamışdır. Həmin vaxt özünü müdafiə etmək üçün ayağı ilə Emili itələmişdir. Bundan sonra, sonuncu ondan aralanmışdır. Daha sonra, Emilin üstünə cumaraq nə səbəbə onu vurduğunu soruşmuşdur. Həmin vaxt sonuncu əlləri ilə saçlarından tutub otaqda olan hamamın plastik materialından olan qapısına başını bir neçə dəfə çırpmışdır. Bundan sonra qışqırdığına görə Təqsirləndirilən şəxs onu buraxmış və evdən çıxıb getmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs evə qayıdaraq yatmışdır. Növbəti gün 02 iyul 2024-cü il tarixdə sonuncu səhər saatlarında işə getmiş, axşam saat 09 radələrində evə qayıtmışdır. Emil evə gəldikdən sonra ona bildirmişdir ki, “əşyaları toplamısanmı?” O, isə Emilin dediklərini əvvəlcə ciddi qəbul etmədiyinə görə ona bildirmişdir ki, niyə paltarlarını toplamalıdır. Emil də ona bildirmişdir ki, “sənə dünən dedim axı Moskvaya gedəcəm”. Təqsirləndirilən şəxs özünün və uşağın paltarlarını toplamasını, özünün isə dükana gedərək paltarlarını yığmaq üçün qutu götürüb gətirəcəyini bildirmişdir. Bundan sonra, Emil evdən çıxmışdır. Başa düşmüşdür ki, Emilin Moskvaya getməklə bağlı fikirləri tam ciddidir. Ona görə də zəng edərək bu barədə anası Yeganəyə bildirmişdir ki, Emil Rusiyaya gedəcək. Həmin vaxt atası da anasının yanında olduğuna görə, bu söhbəti eşitmişdir. Buna görə də, bir neçə dəqiqə sora atası onlara gəlmişdir. Bu vaxt Emil evdə olmamışdır. Atası nə baş verdiyini soruşduqda ona bildirmişdir ki, Emil Rusiyaya işləmək üçün getməkdə israrlıdır. Atasına Emilin pal-paltarları yığmaq üçün qutu axtarmağa getdiyini demişdir. Ona görə də, atası evdən çıxaraq Təqsirləndirilən şəxs axtarmaq üçün getmişdir. Atası getdikdən sonra, sonuncu evə gəlmiş, gəldikdən sonra ona atası ilə rastlaşıb-rastlaşmadığını soruşduqda Emil ona atası ilə rastlaşmadığını demişdir. Sonuncuya atasının çox əsəbi olduğuna görə evdən gedib bir az həyətdə dolaşıb sonra gəlməsini demişdir. Emil isə ona “atan kimdi ki, mənim ailə işimə qarışır” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onu yenə də qollarından tutub silkələyərək qollarından vurmağa başlamışdır. Sonuncu heç yerə getməyəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra atası həyətə gəlmişdir. Atası evin həyət darvazasını açıb Emili bayıra çağırmışdır. Sonuncu darvazadan çölə çıxdıqda atası ona bildirmişdir ki, “o nə sözdü mənə deyirsən, danışdıqlarından utanmadın heç”. Təqsirləndirilən şəxs da atasına söyüşlə cavab verərək ona bildirmişdir ki, nə deyibsə düz deyib. Onun ailə işinə qarışmasın. Ona görə də atası Emilin sifətindən şillə ilə bir zərbə vurmuşdur. Bundan sonra atası ona demişdir ki, gedib paltarlarını toplasın və onları öz evinə aparacaqdır. Paltarlarını toplamaq üçün getmək istədikdə, Emil qolundan tutub saxlamışdır. Atası da ona bildirmişdir ki, onu buraxsın. Təqsirləndirilən şəxs atasına söyüşlə cavab verərək onun ailə işinə qarışmamasını demişdir. Buna görə də atası Emilin sifətindən ikinci dəfə şillə ilə bir zərbə vurmuşdur. Zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. Bundan sonra paltarlarını toplayaraq uşağı ilə birlikdə evdən çıxmışlar. Emil isə evdə qalmışdır. Daha sonra ata evinə getmişlər. Növbəti gün xəbər tutmuşdur ki, sonuncu atasının barəsində 30-cu polis şöbəsinə şikayət etmişdir. Emilin atasının barəsində şikayət etdiyini bildiyinə görə, atasına Emilin də onu dəfələrlə döydüyünü, hətta hadisədən bir gün əvvəl də onu döydüyünü deyərək sonuncunun barəsində şikayət etmək istədiyini bildirmişdir. Bundan sonra 04 iyul 2024-cü il tarixdə 30-cu polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi və izahat yazaraq məhkəmə-tibbi ekspertizasından keçmişdir. Hadisə evlərinin həyət darvazasının bayır tərəfində baş vermişdir. Hadisə zamanı orada heç kim olmamışdır. Hadisəni kənardan da heç kim görməmişdir. Təqsirləndirilən şəxs əvvəllər də onu döymüşdür. Lakin bu haqda heç kimə, heç ailə üzvlərinə belə məlumat verməmişdir. Ailəsinin dağılmasını istəmədiyinə görə, Emilin onu döyməsi barədə kimsəyə məlumat verməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı evdə o, oğlu və Emil olmuşdur. Hazırda təqsirləndirilən şəxslə rəsmi boşanmışdır. Əvvəllər də Emil onu döymüş, lakin ailəsini dağıtmaq istəmədiyi üçün heç kimə deməmişdir. Hadisə 02 iyul 2024-cü il tarixdə baş versə də, Emil atasından şikayətçi olduqdan sonra, yəni 04 iyul 2024-cü il tarixdə o, polis bölməsinə gedərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Qollarında, çiynində xəsarətləri olmuşdur. Həmçinin təqsirləndirilən şəxs onun saçlarından tutub hamam otağının qapısına başını çırpmışdır. Xəsarətlərin fotoşəkillərini də təqdim etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Xəzər rayonunda “Caspian” restoranın yaxınlığında dəqiq ünvanını bilmədiyi fərdi evdə həyat yoldaşı X7 və oğlu Elçin Musayev ilə birlikdə yaşayır. Oğlu Elçin doğuşdan serebral iflic xəstəliyindən əziyyət çəkməklə, İ qrup əlildir. Özü də gözündə olan xəstəlik səbəbindən İİİ qrup əlildir. “VAZ-2101” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə taksi kimi fəaliyət göstərir. Zərərçəkmiş şəxs kiçik övladıdır. Ülviyyə ögey bacısı İradənin oğlu Təqsirləndirilən şəxs ilə 2022-ci ildə ailə həyatı qurmuşdur. Bu nikahdan hal-hazırda Hüseyn adlı iki aylıq körpə övladları vardır. Ülviyyə ailəsi ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində fərdi evdə kirayədə yaşayırdılar. Ülviyyə Emil ilə ailə qurduqdan sonra, sonuncu mütəmadi olaraq Ülviyyəni incitmişdir. Bununla bağlı da Emilə həm dayısı kimi, həm də qayınatası olaraq öz iradlarını bildirmişdir. 02 iyul 2024-cü il tarixdə, axşam saatlarında evdə olduğu vaxt qızı Ülviyyə anası Yeganəyə zəng edərək Emilin Rusiya Federasiyasının Moskva şəhərinə getmək istədiyini bildirdiyinə görə ona irad bildirdikdə sonuncunun onu döyməsi barədə məlumat vermişdir. Bunu eşitdikdən sonra, Təqsirləndirilən şəxs zəng edərək nə səbəbə evində dava saldığını və qızını döydüyünü bildirmişdir. Sonuncu ona bildirmişdir ki, onun ailə işlərinə qarışmasın. Təqsirləndirilən şəxs böyük kimi bildirmişdir ki, “sən elə qudurmusan ki, mənə deyirsən ki, ailə işlərinə qarışmayım?”. Sonuncuya “elə etmə ki, evinə gəlib qulağının dibinə iki şillə vurum” demişdir. Təqsirləndirilən şəxs ona “mənə şillə vurmaq sənin başın üçün deyil” demişdir. Sonuncunun bu sözündən əsəbiləşərək onun evinə getmişdir. Yolda gedən zaman Emilə zəng etsə də, onun telefonlarına zəng çatmamışdır. Ona görə də qızı Ülviyyəyə zəng etmişdir ki, özünün və uşağın paltarlarını götürsün ki, onu öz evinə aparacaq. Qızının evinə çataraq qapıda gözləmişdir. Həmin vaxt saat 22 radələri olmuşdur. Təxminən iki dəqiqə küçədə gözlədiyi zaman Emil qapıdan çıxmışdır. Onu görən kimi bildirmişdir ki, “telefonda nə qələt eləyirdin, başından böyük”. Emil də ona “elə eşitdiyini dedim” demişdir. Bunu deyən zaman həyət darvazasının bayır tərəfində dayanmışdır. Bu sözdən sonra Emilə sifət nahiyəsindən iki dəfə möhkəm şillə vurmuşdur. Həmin vaxt qızı Ülviyyə də uşaqla birlikdə, həyətdə olmuşdur. Darvazanın qapısı açıq olduğuna görə Ülviyyə də onun Emili vurmağını görmüşdür. Emil onun barəsində polisə şikayət edəcəyini demişdir. Ona “gedib məni polisə verərsən!” demişdir. Bundan sonra, qızı Ülviyyə və nəvəsi Hüseyni də götürüb evdən çıxmışlar. Daha sonra isə qızı və nəvəsini evinə gətirmişdir. Növbəti gün, yəni 03 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsindən ona zəng edərək Emilin ondan şikayət etdiyini və xəsarət alaraq Neyrocərrahiyə xəstəxanasında müalicə olunduğunu demişlər. Bundan sonra, o da polis şöbəsinə gedərək izahat yazaraq hadisəni olduğu kimi danışmışdır. Evə gəldikdən sonra, arvadı Yeganənin danışmasından məlum olmuşdur ki, Emil son zamanlar mütəmadi olaraq qızı Ülviyyəni evdə döyürmüş. Lakin Ülviyyə ailəsi dağılmasın deyə onlara heç bir söz demirmiş. Emil hadisədən bir gün əvvəl yenə də, Ülviyyəni əlləri ilə boğaraq döyüb xəsarət yetirmişdir. Emilin Ülviyyəni döyməsinə səbəb isə Moskva şəhərinə getmək istədiyini bildirdiyinə görə, Ülviyyə ona irad bildirmişdir ki, körpə uşaqla onu qoyub hara gedir?. Ona görə də, 04 iyul 2024-cü il tarixdə, Ülviyyə də 30-cu polis şöbəsinə müraciət edərək əri Emil tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qızını döydüyünü özü sonuncuya xəsarət yetirdiyi üçün şübhəli şəxs qismində tutulandan sonra qızı Ülviyyədən öyrənmişdir. Qızı Ülviyyə bildirmişdir ki, Emil onu 01 iyul 2024-cü il tarixdə, həmçinin əvvəllər də döymüşdür. Zərərçəkmiş şəxsin xəsarətlərini görməmişdir, ona həyat yoldaşı demişdir ki, Ülviyyənin xəsarətləri var. Ona həyat yoldaşı demişdir ki, qızının xəsarətlərinin fotoşəkilləri vardır, o, həmin fotoşəkilləri görmüşdür. Qızı Ülviyyənin qollarında və çiynində xəsarətləri olmuşdur. Ülviyyəylə Emil arasında 01 iyul 2024-cü il tarixdə olmuş mübahisənin səbəbi sonuncunun Moskva şəhərinə işləmək üçün getmək istəməsi və qızının isə buna öz narazılığını bildirməsi olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Xəzər rayonunda fərdi evdə həyat yoldaşı Şahid və oğlu Elçin Musayev ilə birlikdə yaşayır. Oğlu Elçin doğuşdan serebral iflic xəstəliyindən əziyyət çəkməklə, İ qrup əlildir. Zərərçəkmiş şəxs onun qızıdır. Ülviyyə həyat yoldaşının ögey bacısı İradənin oğlu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ülviyyə ailəsi ilə birlikdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində fərdi evdə kirayədə yaşayırdı. Ülviyyə Emil ilə ailə qurduqdan sonra, Emil mütəmadi olaraq Ülviyyəni incitmişdir. 02 iyul 2024-cü il tarixdə, axşam saatlarında evdə olduğu vaxt qızı Ülviyyə ona zəng edərək demişdir ki, “Emil Rusiya Federasiyasının Moskva şəhərinə getmək istəyir, əgər ona bir şey olsa, uşağına baxar”. O, Ülviyyənin bu sözündən narahat olmuş, ağlamağa başlamışdır. Yoldaşı ondan nə olduğunu soruşduqda, Ülviyyənin dediklərini ona demişdir. Xanağa bunu eşitdikdən sonra Emilə zəng edərək nə səbəbə evində dava saldığını və qızını döydüyünü soruşmuşdur. Emil həyat yoldaşı Xanağaya qarşı nalayiq ifadələr işlədərək bildirmişdir ki, onun ailə işlərinə qarışmasın. Xanağa Ülviyyənin yaşadığı evə getmişdir ki, qızını onların evinə gətirsin. Ülviyyə onların evinə gələn zaman ilk vaxtlar Emilin onu döydüyünü deməmişdir. Həyat yoldaşı tutulandan sonra, Ülviyyə demişdir ki, Emil onu dəfələrlə döyüb, ona görə də, şikayət etmək istəyir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin qızı Ülviyyəni döydüyünü həyat yoldaşı Xanağa tutulandan sonra öyrənmiş, qızı Ülviyyə ilə Təqsirləndirilən şəxs arasında mübahisələr olmuşdur. Qızının xəsarətlərini görmüşdür, onun qollarında və çiyin nahiyələrində xəsarətləri olmuşdur. Zərərçəkmiş şəxs xəsarətlərinin fotoşəkillərini özü telefonla çəkmişdir. Qızı Ülviyyənin həmin gün ona hansı mobil telefon nömrəsi ilə zəng etdiyini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif olunması, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması, məhkəmə tərəfindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə xitam verilməsi və təqsirləndirilən şəxsin ev dustaqlığından azad olunması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid cinayət əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmuşdur. Həmin cinayət işinin materiallarından Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilmiş, ayrılan cinayət işinə bəzi sənədlərin əsli, bəzi sənədlərin surəti əlavə olunmuşdur. Ayrılan cinayət işi ********* saylı statistik nömrə ilə qeydə alınmışdır. (iş.v. 1-12) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə 04 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış ərizədən görünür ki, yoldaşı tərəfindən dəfələrlə döyülməsinə baxmayaraq səssiz qalmışdır, amma yoldaşı onu və körpə uşağını qoyub Moskvaya gedəcəyini bildirmiş və o da buna narazılığını bildirdiyinə görə, yoldaşı ona yaxınlaşıb boğmaq istəmişdir. Onu itələyib buna icazə verməmişdir. Yoldaşı bir daha yaxınlaşıb hər iki əli ilə saçından yapışıb onu qapıya söykəyib əl və qolundan vuraraq xəsarət yetirmişdir. Bu hadisə 02 iyul 2024-cü il tarixdə baş vermişdir. Xəsarət almasını nəzərə alıb yoldaşının cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X11 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 08 iyul 2024-cü il tarixli, 499 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ bazunun yuxarı və orta 1/3-nin arxa-bayır səthini əhatə edən yumşaq toxumanın hematoması, sol bazunun və sağ saidin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, müddəti müayinədən 2-3 sutka əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. Xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Zərərçəkmiş şəxs 04 iyul 2024-cü il tarixdə ekspert müayinəsindən keçmiş, müayinə zamanı 01 iyul 2024-cü il tarixdə yaşadıqları evdə həyat yoldaşı Emilin onu boğmaq istəməsi, qollarına xəsarət yetirməsi, 02 iyul 2024-cü il tarixdə isə həyat yoldaşı Emilin ona əl ilə xəsarətlər yetirməsini bildirmiş, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. (iş.v. 28-29) 06 noyabr 2024-cü il tarixli, “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ona vuraraq xəsarət yetirdiyini təsdiq etmişdir. (iş.v. 61-63) 03 dekabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 69) 10 dekabr 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Hadisə baş verən mənzil 1 mərtəbəli yaşayış evidir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 02 iyul 2024-cü il tarixdə, evində, içərisində olan zaman yoldaşı Təqsirləndirilən şəxs onun qollarından tutub silkələyərək qollarında zərbələr vurmuş və nəticədə, xəsarət almışdır. (iş.v. 77-78) 26 dekabr 2024-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, təsqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməməsi və arvadı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmədiyi barədə verdiyi vəsatət əsassız hesab edilərək rədd edilmişdir. (iş.v. 111- 112) 27 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməməsi arvadı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməməsi barədə göstərdiklərinin cinayət məsuliyyətindən kənarda qalmaq istəməsi kimi qiymətləndirilərək rədd edilməsi nəzərə alınmışdır. (iş.v. 115-121) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 06 ədəd fotoşəkildən görünür ki, bədəni üzərində “canlı şəxsin ekspertizası”nın 08 iyul 2024-cü il tarixli, 499 nömrəli rəyinin nəticəvi hissəsində qeyd edilən və vizual şəkildə aşkar görünən xəsarətlər mövcuddur və həmin fotoşəkillər 03 iyul 2024-cü il tarix, saat 15:00-da yəni hadisədən bir gün sonra çəkilmiş və ekspertiza rəyinə əsasən kənar şəxs tərəfindən yetirilməyə xarakterikdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 1(010)-197/2025 saylı hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 26 dekabr 2024-cü il tarixdə, saat 12:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ittiham və qətimkan tədbirini imzalamaqdan imtina etmişdir. (iş.v. 93-94; 108-109) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, 30 iyun 2024-cü il tarixdə yatmağa gələn zaman oğlununda çarpayıda yatdığını görmüşdür. Ülviyyəyə bildirmişdir ki, uşağı öz çarpayısına qoysun, o da yatmaq istəyir. Ülviyyə onu itələyərək başqa yerdə yatmasını bildirmişdir. Sonra Ülviyyə üstünə cumaraq onu cırmaqlamış, sol qolunu dişləmişdir. Ona görə də Ülviyyəni itələmişdir. Lakin onun başından tutub hamamın qapısına vurmamışdır. Ülviyyə onun üstünə cumduğuna görə onun qollarından tutub silkələyərək itələmişdir. Onun qollarından da vurmamışdır. Zərərçəkmiş şəxsin xəsarətləri olmamış, o, Ülviyyəni həmin gün və ya başqa vaxt döyməmişdir. Hadisə günü mübahisənin səbəbi onun Moskva şəhərinə işləmək üçün getmək istəməsi olmuşdur. Zərərçəkmiş şəxsi itələdiyi zaman yıxılmamışdır, onun harasa dəyməsini isə xatırlamır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həm iş materiallarından və müvafiq ekspertiza rəyindən, həmçinin zərərçəkmiş şəxs tərəfindən hadisə baş verdiyi tarixdən bir gün sonra çəkilmiş, aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkildən, şahid ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” X11 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 08 iyul 2024-cü il tarixli, 499 nömrəli rəyinin nəticəvi hissəsindən də görünür ki, Zərərçəkmiş şəxs sağ bazunun yuxarı və orta 1/3-nin arxa-bayır səthini əhatə edən yumşaq toxumanın hematoması, sol bazunun və sağ saidin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törədilmişdir, müddəti müayinədən 2-3 sutka əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. Xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittiham tam şəkildə öz təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqında verdiyi ifadələrində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə verdiyi ifadələrini sübut növü kimi qiymətləndirmir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Belə ki, iş materiallarında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 06 ədəd fotoşəkildə ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlər vizual şəkildə görünür və hadisənin baş verdiyi gün çəkilmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 06 ədəd fotoşəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə, maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Hazırki iş üzrə təqsirləndirilən şəxlə zərərçəkmiş şəxs arasında barışıq əldə edilməmiş, həmçinin təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün hər hansı bir əsas yoxdur. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 02 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 10-cu Hövsan küçəsində yerləşən fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qollarından tutub silkələyərək əlləri ilə qəsdən vurmaqla, ona sağ bazunun yuxarı və orta 1/3-nin arxa-bayır səthini əhatə edən yumşaq toxumanın hematoması, sol bazunun və sağ saidin qançırları xəsarətlərinin əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, həmçinin zərərçəkmiş şəxs tərəfindən hadisənin baş verdiyi tarixdə çəkilmiş, aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkil, istintaq və məhkəmə hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 67) Təqsirləndirilən şəxs CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkil maddi sübut qismində tanınmalı və iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X3 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkil maddi sübut qismində tanınsın və iş materiallarında saxlanılması nəzərə alınsın. Müdafiəçi X1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ**********9212327214, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar