Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-247/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, hazırkı cinayət işi üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində həbs təqimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı istintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olan bir bükümdə təmiz çəkisi 0,414 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 oktyabr 2024-cü il tarixdə saat 18:10-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 226 saylı məktəbin yaxınlığında saxlanılmış, keçirilmiş üstünün yoxlanılması, baxış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,414 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərinin bir uzun illərdir ki istifadə etdiyini, daha əvvəlidən narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə məşğul olduğuna görə məhkum olunduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf selofana bükülmüş bir büküm metamfetamin aldığını, həmin psixotrop maddəni üzərində, şalvarının sağ yan cibinə qoyub saxladığını, xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 226 nömrəli məktəbin yaxınlığında mülki geyimdə olan 3 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik gəzdirməkdə şübhəli olduğunu bildirirək üzərində baxış keçirməli olduqlarını bildirdiklərini, orada üzərinə baxış keçirilən zaman qara rəngli şalvarının sol yan cibində olan bir ədəd şəffaf selofana bükülmüş psixotrop maddə olan metamfetamini onlara təqdim etdiyini,polis əməkdaşları onun üzərindən çıxan ağ rəngli psixotrop maddəni ağ zərfə qoyub möhürlədiklərini və onu yaxınlıqda olan 31-ci polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona hüquq və vəzifələrinin izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət olunduğunu,bu barədə protokol tərtib olunduğunu, iştirakçılar tərəfindən zərf və protokol imzalandığını, başqa cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir olunmadığını bildirmişdir. Sonda o, məhkəmədən əməlindən peşman olduğunu nəzərə alınmasını, ona daha yüngün cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Suraxanı RPİ-nin 31-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31ci Polis Şöbəsində CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat əsasında ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması hal hazırda N.Nərimanov küçəsində 226 saylı məktəbin yaxınlığında olması barədə məlumatı alıb aidiyyatı üzrə şöbə rəhbərliyinə məruzə edib saat 18:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 226 saylı məktəbin yaxınlığında Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 Teyyub ilə birlikdə yaxınlaşdıqlarını,həmin vaxtı Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxs üzərində narkotik və ya psixotrop maddə olması barədə maraqlandıqlarını, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etdiyini, bundan sonra həmin bükülünü on manata tanımadığı şəxsdən aldığını bildirdiyini, həmin bükülünün zərfə qoyularaq qablaşdırıldığını, bundan sonra özlərinin iştirakı ilə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən olunduğunu, təhqiqatçı tərəfındən hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edildiyini, vəkilin iştirakı ilə yenidən zərfə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddənin ona aid olduğunu, 10 manata tanımadığı şəxsdən aldığını isifadə etmək üçün üzərində gəzdirdiyini bildirdiyini, bundan başqa onbun saxlanan və polis şöbəsinə gətirilən zaman hər hansı fiziki zorakılığa məruz qalmadığını bildirmiş, bundan sonra aşkar edilmiş psixatrop maddə yenidən qablaşdırılaraq tərkibi müəyyən edilməsi üçün ekspertiza mərkəzinə yollanması üçün möhürləndiyini, özlərinində zərfdə imza etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 Teyyub oğlu analoji ifadə verməklə Suraxan RPİ-nin 31-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdiklərini təsdiqləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 analoji ifadə verməklə Suraxanı RPİ-nin 31-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Şahid2 Teyyub oğlunun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Cinayət işin materiallarının 11-ci səhifəsinə əlavə edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi,şübhəli şəxsi üstünün yoxlanması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli bərk halda olan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işin materiallarının 77-ci səhifəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs ilə əlaqədar əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsi üstünün yoxlanması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi barədə qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə saat 18:05-də Bakı şəhər, Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhər, Suraxanı RPİ- nin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Əli Gulmalıyev və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Rasim Abbasov alınmış məlumat əsasında narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayırlar və Suraxanı RPİ-nin 31-ci PŞdən çıxaraq Suraxanı rayonu Bülbülə qəsəbəsi N.Nərimanov küçəsində yerləşən 226 saylı məktəb istiqamətində hərəkətə başlayırlar, hərəkət zamanı video çəkilişi aparması üçün baş leytenant Şahid3 verilir, Şahid1 tərəfindən avtomobil idarə edilir, Bakı şəhəri Suraxanı rayonu N.Nərimanov küçəsi 226 saylı məktəbin yaxınlığında olan Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri saat 18:10 dəqiqədə yaxınlaşaraq özlərini təqdim edərək,onun narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək, üzərində qanunla gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim edir, təqdim etdiyi bükümün içərisində nə olduğunu maraqlandıqda isə bükümün içərisində patı kimi tanıdığı psixotrop maddə olduğunu, 10 manata tanımadığı şəxsdən alaraq istifadə etmək məqsədilə üzərində saxladığını bildirir, bundan sonra aşkar edilmiş bükülü qablaşdırılır və Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə polis şöbəsinə gətirilmək üçün avtomobilə əyləşdirilir və video dayandırılır. Cinayət işin materiallarının 16-17-ci səhifəsinə əlavə edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elməddin Əsgərov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanan zaman üzərindən aşkar edilmiş 01 ədəd zərfdə olan 01 ədəd şəffaf bükümdə spesifik qoxuya malik psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs saxlanmasına dair əks olunmuş 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işin materiallarının 78-ci səhifəsinə əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis X1 xidməti iş otağında Suraxanı RPİ-nin 31-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Əli Gulmalıyev və Rasim Abbaszadənin iştirakı ilə təqdim etdikləri zərfə baxış keçirilir və həmin zərfdə 01 ədəd büküm psixotrop maddə olan metamfetamin aşkar edilir və həmin büküm yenidən zərfə qoyulur 195 saylı möhürlə möhürlənərək götürülür.Bundan sonra baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Cinayət işinin materiallarına 28-ci səhifəsinə əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 09 oktyabr 2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə, saat 18:10 dəqiqədən Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 4(010)-345/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qərarına əsasən hazırki cinayət iş üzrə (240100611 saylı) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməməsi, 03 ay həddində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, ev dustaqlığının əvvəli 09 oktyabr 2024-cü il tarixli, saat 18:10-dan hesablanması, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/4851 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 195” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,414 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6934 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işin materiallarının 105-110-ci səhifəsinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-191/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikaı CM-nin 234.4.3-cü maddəsi ilə 7 il azadlıqdan məhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan azad edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(010)-191/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzsı başa çatan xx.xx.2024-cü il tari azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis X1 xidməti iş otağında Suraxanı RPİ-nin 31-cü PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Əli Gulmalıyev və Rasim Abbaszadənin iştirakı ilə təqdim etdikləri zərfə baxış keçirilir və həmin zərfdə 01 ədəd büküm psixotrop maddə olan metamfetamin aşkar edilir və həmin büküm yenidən zərfə qoyulur 195 saylı möhürlə möhürlənərək götürülür. Bundan sonra baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə Azərbaycan Republikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 vəsatətinin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Həbs etmənin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. ********* nömrəli cinayət işi 23 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 yanvar 2025-ci il tarixdə saat 20:18-dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşlarıtərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğu üçün Bakı şəhəri Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisində saxlanaraq, orada üzərinə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 23 yanvar 2024-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,404 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmiş, onun cəzasının sonu xx.xx.2024-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edlməlidir, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 03 aprel 2025-ci ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 156.2-ci maddəsinə əsasən həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş qaydada yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir Azərbaycan Respublikası CPM-nin 163.2-ci maddəsinə əsasən ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Bu Məcəllənin 157.8 və 163.6-cı maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən seçilmiş həbs və ya ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xitam verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2025-ci il tarixli qərarını və nəzərə alaraq, hesab edir ki, 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 11 oktyabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03 ay 12 gün müddət, ümumilikdə 03 ay 14 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlu dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlu oğluna məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 11 oktyabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanılıdığı 03 ay 12 gün müddət, ümumilikdə 03 (üç) ay 14 (on dörd) gün müddət təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan hökmün elan edildiyi gündən, yəni 03 aprel 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinın seçilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,364 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış bəş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arif oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (altmış) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanıfilialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-247/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-247/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver