Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-248/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx.xx.2005-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, məhkum olunmayan, Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 26 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2, xx.xx.1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Mcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 177.2.3, 52-1 və 69.3-cü maddələri ilə 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, buna görə də, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu, Köhünlü ərazi dairəsi, Sovla kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəəri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Çamlıca” şirniyyat mağazasına qarşısına giriş qapısının kilid hissəsini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla, həmin şirniyyat mağazasından 15 manat nağd pul və 500 manat dəyərində bir ədəd “Lenovo” markalı planşeti gizli olaraq talamış və nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Zərdab rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məccəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə CM-nin 177.2.3, 52-1 və 69.3-cü maddələri ilə 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Çamlıca” şirniyyat mağazasına qarşısına giriş qapısının kilid hissəsini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla, həmin şirniyyat mağazasından 15 manat nağd pul və 500 manat dəyərində bir ədəd “Lenovo” markalı planşeti gizli olaraq talamış və nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir müddət əvvəl Xalqlar dostluğu metrostansiyasının yaxınlığında Murad adlı şəxslə tanış olmuşdur. Sonradan Muradla bir daha görüşdükdə Murad ona yaxşı obyektlər tanıdığını və həmin obyektlərdən gedib oğurluq edəcəyini demişdir. O, da Murada birlikdə oğurluq etməyi və birlikdə qazanc əldə etməyi təklif etmişdir. Beləliklə, 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində ünvan 4 ünvanında yerləşən “Çamlıca” adlı şirniyyat mağazasına getmişlər. Həmin mağazanın giriş qapısını Murad üzərində olan vintaçanla açmış və onlar qanunsuz olaraq mağazaya daxil olmuşlar. Mağazada masanın üzərində olan bir ədəd “Lenovo” markalı planşeti və kassada olan 15 manat pulu oğurlayıb mağazadan çıxıb həmin yerdən uzaqlaşmışlar. Planşeti elə gecə ilə ünvan 5 ünvanında yaşayan Minayə adlı şəxsə 50 manata satmışlar. Lakin biraz sonra birlikdə kirayədə qaldığı Fərmana əlində bir ədəd planşet olduğunu və onu 70 manata satdığını demişdir. Fərman da bu qiymətlə razılaşdığı üçün o, Minanın yanına gedib planşeti Fərmana baha qiymətə satacağını deyərək ondan planşeti almış və 50 manatını ona qaytarmışdır. Daha sonra gəlib həmin planşeti Fərmana 70 manata satmışdır. Həmin pulun 20 manatına özünə dəst almış, qalan pulu isə birlikdə xərcləmişlər. Həmin oğurluq əməlini törətməyi onun özü tanışı Murada təklif etmiş və Murad da razılaşmışdır. İkisindən başqa heç kim bu oğurluq əməlində onlara hansısa bir formada köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdikləri “Lenovo” markalı planşeti satdıqları Minayə adlı qadına və daha sonra Fərman adlı şəxsə həmin əşyanın oğurluq olması barədə məlumat verməmişlər. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda oğurluq cinayət əməli törətdiyi üçün Nizami rayon məhkəməsi tərəfindən həbs olunmuş və Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Cavidi birlikdə oğurluq etdikdən bir müddət əvvəl tanımışdır. Belə ki, onunla Xalqlar dostluğu metrostansiyasının yaxınlığında tanış olmuş və aralarında münasibət yaranmışdır. Sonradan bir neçə dəfə onunla görüşmüşlər. Bu görüşlərin birində Cavidə yaxşı obyektlər bildiyini və həmin obyektlərdən gedib oğurluq etməyi demişdir. Cavid də ona birlikdə oğurluq etməyi və birlikdə qazanc əldə etməyi təklif etmişdir. O da razılaşmışdır. Bundan sonra 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Çamlıca” adlı şirniyyat mağazasının qarşısına gəlmişlər. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra o, qabaqcadan özü ilə götürdüyü vintaçanı çıxarıb həmin şirniyat mağazasının çöl qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Bundan sonra əvvəlcə özü, arxasınca da Cavid şirniyyat mağazasına daxil olmuşlar. Həmin mağazanın kassasında cəmi 15 manat pul tapıb götürmüşlər. Sonra isə orada masanın üzərində olan bir ədəd “Lenovo” markalı planşeti tapıb götürmüşlər. Sonra mağazadan çıxıb qaçaraq uzaqlaşmışlar. Oğurladıqları planşeti həmin gecə ünvan 5 ünvanında yaşayan Minayə adlı şəxsə 50 manata satmışlar. Lakin biraz sonra birlikdə Cavidin kirayədə qaldığı Fərmana 70 manata satmaq barədə razılaşmışlar. X5 satdığı həmin planşeti alıb Fərmana baha qiymətə satmışdır. Həmin puldan Cavid özünə dəst almışdır. Qalan pulu isə birlikdə xərcləmişlər. Həmin oğurluq əməlini törətməyi tanışı Cavidə təklif etmiş və Cavid də razılaşdıqdan sonra birlikdə oğurluq etmişlər. İkisindən başqa heç kim bu oğurluq əməlində onlara hansısa bir formada köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdikləri “Lenovo” markalı planşeti satdıqları Minayə adlı qadına və daha sonra Fərman adlı şəxsə həmin əşyanın oğurluq olması barədə məlumat verməmişlər. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onun təqsiri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən “Çamlıca” adlı şirniyyat evini icarəyə götürərək işlətmişdir. 22 oktyabr 2021-ci il tarixdə hər gün olduğu kimi axşam təxminən saat 21:30 radələrində şirniyyat mağazasının qapısını bağlayaraq çıxıb getmişdir. Səhərisi gün, yəni 23 oktyabr 2021-ci il tarixdə saat 07:30 radələrində şirniyat dükanını açmağa gəlmiş və bu zaman mağazanın qapısının açıq olduğunu görmüşdür. Mağazanın qapısına diqqətlə baxdıqda qapının açıq olduğunu görmüşdür. Daha sonra mağazaya daxil olmuş və stolun üzərində olan bir ədəd “Lenovo” markalı planşet və kassada olan 15 manat nağd pulun yerində olmadığını görmüşdür. Bu zaman şirniyat mağazasından oğurluq olduğunu başa düşmüşdür. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları mağazaya gəlib baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat vermişdir. Oğurluq hadisəsi 22 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrindən 23 oktyabr 2021-ci il tarixdə saat 07:30 radələrinə kimi olan müddət ərzində icarə əsasında işlətdiyi ünvan 7 ünvanında yerləşən “Çamlıca” adlı şirniyyat evində baş vermişdir. Oğurluq hadisəsi nəticəsində ona məxsus olan 15 manat nağd pul və 500 manat dəyərində bir ədəd “Lenovo” markalı planşet oğurlanmışdır. Hadisə nəticəsində ona cəmi 515 manat məbləğində maddi ziyan dəymişdir. Sonda hər iki təqsirləndərilən şəxsə qarşı şikayətin və tələbinin olmamasını, şikayətçi olmadığını bildirmişdir Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, yaşadığı evi gündəlik kirayə verərək dolanır. Cavidi təqribən 3 il olar ki, ara-sıra gəlib evində qaldığından tanımışdır. 23 oktyabr 2022-ci il Cavid yenidən evinə gələrək evdə qalmaq istədiyini bildirmişdir. Bu zaman ona yer vermişdir. Cavid ona satdıq planşet olduğunu bildirmişdir. O, planşetə baxdıqdan sonra 50 manata razılaşmışlar və Cavid həmin planşeti ona satmışdır. Bundan az sonra Cavid planşeti, onunla bir otaqda gündəlik qalan “Fərman” kimi tanıdığı şəxsə daha baha qiymətə satmaq istədiyini bildirmiş və o, razılaşaraq planşeti Cavidə qaytarmışdır. Cavid isə onun verdiyi pulu özünə geri qaytarmışdır. Bundan sonra həmin planşeti nə etdiklərini bilməmişdir. Həmin planşeti alan zaman oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. Təqsirləndirilən şəxs1 ona planşeti satmaq istəyərkən planşetin kiməsə məxsus olmasını demıəmiş, o da Caviddən soruşmamışdır. Cavid sadəcə planşetin satılıq olmasını bildirmiş, o da baxıb almaq istəmişdir. Lakin nəticədə həmin planşeti “Fərman” kimi tanıdığı şəxs almışdır. O, oğurluq əşya almamışdır. Caviddən isə ümumən həmin planşeti almamışdır. Adını Fərman kimi bildiyi şəxs həmin planşeti almışdır. Həmin gündən sonra Fərmanı görməmişdir. Onun şəxsiyyəti və olduğu yer barəsində isə heç nə bilməmişdir. Cinayət işinin 10-15-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Çamlıca” şirniyyat mağazasına qarşısına giriş qapısının kilid hissəsini sındırmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla, həmin şirniyyat mağazasından 15 manat nağd pul və 500 manat dəyərində bir ədəd “Lenovo” markalı planşeti gizli olaraq talanması müəyyən edilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 18 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmazdan əvvəl ona, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində ünvan 4 ünvanında yerləşən “Çamlıca” adlı şirniyyat mağazasına getmişlər. Həmin mağazanın giriş qapısını Murad üzərində olan vintaçanla açmış və onlar qanunsuz olaraq mağazaya daxil olmuşlar. Mağazada masanın üzərində olan bir ədəd “Lenovo” markalı planşeti və kassada olan 15 manat pulu oğurlayıb mağazadan çıxıb həmin yerdən uzaqlaşmışlar. Planşeti elə gecə ilə ünvan 5 ünvanında yaşayan Minayə adlı şəxsə 50 manata satmışlar. Lakin biraz sonra birlikdə kirayədə qaldığı Fərmana əlində bir ədəd planşet olduğunu və onu 70 manata satdığını demişdir. Fərman da bu qiymətlə razılaşdığı üçün o, Minanın yaına gedib planşeti Fərmana baha qiymətə satacağını deyərək ondan planşeti almış və 50 manatını ona qaytarmışdır. Daha sonra gəlib həmin planşeti Fərmana 70 manata satmışdır. Həmin pulun 20 manatına özünə dəst almış, qalan pulu isə birlikdə xərcləmişlər. Həmin oğurluq əməlini törətməyi o, tanışı Murada təklif etmiş və Murad da razılaşmışdır. İkisindən başqa heç kim bu oğurluq əməlində onlara hansısa bir formada köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdikləri “Lenovo” markalı planşeti satdıqları Minayə adlı qadına və daha sonra Fərman adlı şəxsə həmin əşyanın oğurluq olması barədə məlumat verməmişlər. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs1 etdiyi oğurluq əməlinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərdi. Cinayət işinin 66-67-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 20 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmazdan əvvəl ona, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. Şahid Təqsirləndirilən şəxs2 göstərdi ki, 23 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Çamlıca” adlı şirniyyat mağazasının qarşısına gəlmişlər. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra o, qabaqcadan özü ilə götürdüyü vintaçanı çıxarıb həmin şirniyat mağazasının çöl qapısının kilid hissəsinə salıb sıxaraq açmışdır. Bundan sonra əvvəlcə özü, arxasınca da Cavid şirniyat mağazasına daxil olmuşlar. Həmin mağazanın kassasında cəmi 15 manat pul tapıb götürmüşlər. Sonra isə orada masanın üzərində olan bir ədəd “Lenovo” markalı planşeti tapıb götürmüşlər. Sonra mağazadan çıxıb qaçaraq uzaqlaşmışlar. Oğurladıqları planşeti həmin gecə ünvan 5 ünvanında yaşayan Minayə adlı şəxsə 50 manata satmışlar. Lakin biraz sonra birlikdə Cavidin kirayədə qaldığı Fərmana 70 manata satmaq barədə razılaşmışlar. X5 satdığı həmin planşeti alıb Fərmana baha qiymətə satmışdır. Həmin puldan Cavid özünə dəst almışdır. Qalan pulu isə birlikdə xərcləmişlər. Həmin oğurluq əməlini törətməyi Cavid ona təklif etmiş və o da razılaşdıqdan sonra birlikdə oğurluq etmişlər. İkisindən başqa heç kim bu oğurluq əməlində onlara hansısa bir formada köməklik etməmişdir. Oğurluq yolu ilə əldə etdikləri “Lenovo” markalı planşeti satdıqları Minayə adlı qadına və daha sonra Fərman adlı şəxsə həmin əşyanın oğurluq olması barədə məlumat verməmişlər. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs2 etdiyi oğurluq əməlinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərdi. Cinayət işinin 75-77-ci vərəqlərində olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhər Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə, Bakı şəhər Nizami RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə, Bakı şəhər Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə və Bakı şəhər Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin dörd cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin 78-79-cu vərəqlərində olan tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Zərdab rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə CM-nin 177.2.3, 52-1 və 69.3-cü maddələri ilə 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 86-91-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 21 may 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin, onlara həmin maddələr ilə ittiham elan edilməsi və barələrində seçilmiş “həbs” qismində qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs və şahid Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid ifadələri, hadisə yerinə baxış protokolu və ifadənin yerində yoxlanılması protokolları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilməsi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.4 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Şahid və istintaqa “Fərhad” adı ilə məlum olan şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət təqibinin başlanması rədd edilmiş xüsusatlara dair sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokuroruna göndərilməsi, istintaq zamanı oğurlanmış bir ədəd planşeti müəyyən edərək istintaqa təmin etmək və barəsində məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək həmin əşyanın hadisənin baş verdiyi tarixə dəyərini müəyyən etmək mümkün olmadığından, həmin planşetin dəyərinin zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlə əsas götürülməsi və hadisə nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ümumilikdə 515 manat olması nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi ağırlaşdırıcı halın olması və onun əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab olunması nəzərə alınması, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs oğurluq hadisəsi törətdiyi zaman Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olması onun cəzasım yüngülləşdirən hal kimi nəzərə alınması, qəbul edilmiş qərar barədə iş üzrə maraqlı tərəflərə məlumat verilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərdab Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 1(035)-15/2019 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq edilən cəza şərti hesab edilmiş və ona 1 il 6 ay sınaq müddəti təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-223/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(006)-48/2022 saylı hökm ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-126/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx xxxxxx 2005-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Hökməli qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 (şəxsiyyət vəsiqəsi AZE ********, FİN xxxxxxx) haqqında axtarış elan edilməsi, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, 11 fevral 1999-cu il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 174-də yaşayan, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X2 (şəxsiyyət vəsiqəsi AZE 15421084, FİN 6MCP6FW) haqqında axtarışın elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs1 və X2 tutulduqda saxlanılmaları üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına yerləşdirilməsi və bu barədə məhkəməyə dərhal məlumat verilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 tutulanadək 1(007)-126/2022 nömrəli cinayət işi üzrə icraat ümumilikdə dayandırılması və qərarın icrası Bakı şəhəri Nizami rayon polis idarəsinə həvalə edilməsi, qərarın surəti onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokola əsasən, Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən 80531/22 nömrəli axtarış işi olan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bu gün xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində keçirilmiş, X1 nəticəsində Yasamal rayonu, M.Muşfiq küçəsinin yaxınlığında tutularaq aidiyyəti üzrə Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını, gənc oldugunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61 -ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(004)-223/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələri tətbiq edilməklə, ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin cəzasının şərti hesab edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 (006)- 48/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsas və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Bundan əlavə Təqsirləndirilən şəxs2 Zərdab rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-nin 177.2.3, 52-1 və 69.3-cü maddələri ilə 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi (xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi) halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsas və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs1 münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Yasamal Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(004)-223/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələri tətbiq edilməklə, ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(004)-223/2022 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələri tətbiq edilməklə, ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qanuni qüvvəyə minədək Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və Zərərçəkmiş şəxs təqsirləndərilən şəxslərə qarşı heç bir şikayəti və tələbinin olmaması nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti, hesab edilmiş və ona 01 il 06 ay sınaq müddəti təyin edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü müstəqil icra olunmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 11 noyabr 2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qanuni qüvvəyə minədək Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-cü və 177.2.3-cü madələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(004)-223/2022 saylı hökm ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə və onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qanuni qüvvəyə minədək Nizami Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə barəsində tətbiq edilən cəza şərti hesab edilməklə, ona 1 il 6 ay sınaq müddətinin təyin edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(004)-223/2022 saylı hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-cü və 177.2.3-cü madələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilmədiyindən hökm qanuni qanuni qüvvəyə minədək Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-248/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-248/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver