Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-248/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Əmircan qəsəbəsi, nömrəsiz ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, xx xxx 2009-cu ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, ünvan 3 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, xx xxxxxx 2006-cı ildə Neftçala rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mehman Hüseynov 59 ünvanında yaşayan, ”polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə 05 iyul 2023-cü il tarixdə Hövsan qəsəbəsində kafedə olarkən Qaraçuxur qəsəbəsinə gedib özgəyə məxsus moped müəyyən edib gizli olaraq talamaq barədə qabaqcadan razılığa gələrək 06 iyul 2023-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus qiyməti 1200 manat olan 01 ədəd Tufan M50 markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə 05 iyul 2023-cü il tarixdə Hövsan qəsəbəsində kafedə olarkən Qaraçuxur qəsəbəsinə gedib özgəyə məxsus moped müəyyən edib gizli olaraq talamaq barədə qabaqcadan razılğa gələrək 06 iyul 2023-cü il tarixdə saat 02 radələrində Bak şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi ev 151 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus qiyməti 1200 manat olan 01 ədəd Tufan M5C markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1200 manal maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə 05 iyul 2023-cü il tarixdə Hövsan qəsəbəsində kafedə olarkən Qaraçuxur qəsəbəsinə gedib özgəyə məxsus moped müəyyən edib gizli olaraq talamaq barədə qabaqcadan razılığa gələrək 06 iyul 2023-cü il tarixdə saat 02 radələrində Bak şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi ev 151 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus qiyməti 1200 manat olan 01 ədəd Tufan M5C markalı mopedi gizli olaraq ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 120C manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazmağı və oxumağı bacarır. İfadəsinin kompyuter vasitəsi ilə yazılmasına etiraz etmir. Anası və qardaşı ilə bir yerdə yaşayır. İbadı və Elvini uzun müddətdirki tanıyır. 05 iyul 2023-cü il tarixdə İbad ilə o Hövsan qəsəbəsində kafedə əyləşmişdir. Əli İbadla orada çay içmişdir. Kafedə əyləşdikləri zaman Elvin kafeyə gələrək Qaraçuxura gedib moped tapıb oğurlamağı, onunla İbada təklif etmişdir. İbad Təqsirləndirilən şəxs1 onunla razılaşıb razılaşmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs1 da Elvinlə razılaşmışdır. Onlar xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində taksi ilə Qaraçuxur qəsəbəsinə gəlmişlər. Qaraçuxur qəsəbəsində düşüb piyada gəzməyə başlamışlar. Qaraçuxur qəsəbəsində binanın balkonunun alt hissəsində açıq sahədə 01 ədəd moped olduğunu hər üçü də birdən görmüşdür. Əvvəldən məqsədi mopedi oğurlamaq olmuş və onlar qabaqcadan bu barədə razılağa gəlmişlər. Elvin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun mopedi götürəcəyini onların isə ətrafı müşahidə etmələrini görən və müdaxilə etmək istəyən olsa xəbər verməlİ olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1la İbad ətrafı müşahidə etməyə başlamışlar. Elvin mopedi işə salmaq üçün heç kimin görməyəcəyi yerə aparmaq üçün qara rəngli mopedi itələyək həyət evləri olan ara məhlələrə doğru aparmışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 də onun arxasınca müşahidə edərək onu izləmişlər. Həyət evlərinin arasında heç kimin görə bilməyəcəyi yerdə Elvin mopedi saxlamışdır. Elvin Təqsirləndirilən şəxs1 və İbadın köməkliyi ilə mopedi işə salmışdır. Sonra hər üçü də mopedə əyləşmişlər. Mopedi İbad idarə etmişdir. Mopedlə Hövsan qəsəbəsində, Hövsan marketin yanında olan pullu maşın dayanacağına gəlmişdir. Ödənişi edib mopedi orada saxlamışlar. Sonra onların hər biri yaşadıqları ünvana getmişdir. Təxminən 20 gün sonra İbad ona mopedi satdığını bildirmişdir. Əldə etdiyi pulu iştə təmir üçün borclu qaldığı ustalara verdiyini bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini bildirərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunan ittiham üzre özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası və bacısı ilə bir yerdə yaşayır. Əli ve Elvini uzun müddətdir ki, tanıyır. 05 iyul 2023-cü il tarixdə Əli ilə o, Hövsan qəsəbəsində kafede əyləşmişdir. Təqsirləndirilən şəxs3 onunla orada onlarla çay içmişdir. Onların hər üçü moped alaraq kuryer kimi işləmək istəmiş, kreditlə moped almaq istəmiş, lakin pulu olmamışdır Kafedə əyləşdikləri zaman Elvin kafeyə gələrək Qaraçuxura gedib moped tapıb oğurlamağı onunla Əliyə təklif etmişdir. O, da Əlidən onunla razılaşıb razılaşmaması barədə soruşmuşdur O, da Elvinlə razılaşmışdır. Onlar gecə saat 02 radələrində taksi ilə Qaraçuxur qəsəbəsim gəlmişdir. Qaraçuxur qəsəbəsində düşüb piyada gəzməyə başlamışdır. Qaraçuxu qəsəbəsində binanın balkonunun alt hissəsində açıq sahədə 01 ədəd moped olduğunu hə üçü də birdən görmüşdür. Əvvəldən məqsədləri mopedi oğurlamaq olmuş və onla qabaqcadan bu barədə razılağa gəlmişdir. Elvin onlara onun mopedi götürəcəyini onların isə ətrafı müşahidə etmələrini gələn, görən və müdaxilə etmək istəyən olsa xəbər vermə olduqlarını bildirmişdir. Onunla Əli ətrafı müşahidə etməyə başlamışdır. Elvin mopedi işə salmaq üçün heç kimin görməyəcəyi yerə aparmaq üçün qara rəngli mopedi itələyək həyət evləri olan ara məhlələrə doğru aparmışdır. İbadulla ilə Əli də onun arxasınca müşahidə edərək onu izləmişdir. Həyət evlərinin arasında heç kimin görə bilməyəcəyi yerdə Elvin mopedi saxlamışdır. Elvin onun və Əlinin köməkliyi ilə mopedi işə salmışdır. Sonra hər üçü də mopedə əyləşmişlər. Mopedi Təqsirləndirilən şəxs3 özü idarə etmişdir. Mopedlə Hövsan qəsəbəsində, Hövsan marketin yanında olan pullu maşın dayanacağına gəlmişlər. Ödənişi edib mopedi orada saxlamışlar. Sonra İbadulla, Elvin və Əli yaşadıqları ünvana getmişdir. Sonra mopedi satıb pulunu bölmək qərarına gəlmişdir. Təxminən 3 həftə sonra Hövsan qəsəbəsində çayxanada olmuşdur. Qismət adlı şəxs də həmin kafedə əyləşmişdir. Qismətlə əvvəldən tanışlıqları olmuş, lakin o, Təqsirləndirilən şəxs3lə eyni masada əyləşməmişdir. Qismət adlı şəxs əyləşdiyi masaya yaxınlaşıb moped almaq istədiyini, haradan əldə edə biləcəyini soruşmuşdur. O, Qismətə mopedinin olduğunu 500 manata ona sata biləcəyini bildirmişdir. Qismət ondan mopedin oğurluq olub-olmaması barədə soruşmuşdur. İbadulla da ona mopedin oğurluq olmadığını bildirmişdir. O, mopedi ona 300 manata satmaq barədə razılaşmışdır. Qismət, 70 manat verəcəyini qalanını da hissə-hissə ödəyəcəyini bildirmişdir. Biz dayanacağa gedərək mopedi oradan çıxarmış və Qismətə təhvil vermişlər. Qarşılığında da 70 manat pul əldə etmişdir. O, mopedi satmamışdan qabaq onun təmirinə pul xərclədiyi üçün və həmin işləri nisyə gördürdüyü üçün həmin pulları borclu olduğu şəxslərə qaytarmışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini bildirərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 bildirmişdir ki, atası, anası, bacısı qardaşı və nənəsi ilə birlikdə yaşayır. Əli və İbadı uzun müddətdir ki, tanıyır. Əvvəllər eyni ərazidə yaşamışdır. 05 iyul 2023-cü il tarixdə Əli ilə o Hövsan qəsəbəsində kafedə əyləşmişlər. O, orada çay içmişdir. İbadulla ilə danışmış, İbadulla moped almaq sürmək istəmiş kafedə əyləşdikləri zaman İbadulla kafeyə gələrək Qaraçuxura gedib moped tapıb oğurlamağı, onunla Əliyə təklif etmişdir. Təqsirləndirilən şəxs2 mopedi sürməyi çox istədiyi üçün ona yox desə küsülülüklərinin davam edəcəyini fikirləşdiyindən onunla razılaşmışdır. Əli də onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs2 Qaraçuxurda moped gördüyünü bildirərək ora getməyi təklif etmişdir. Onlar Təqsirləndirilən şəxs2 ilə razılaşmış, onlar taksi ilə çörək zavodunun qarşısına qədər gəlmişlər. Orada düşərək piyada gəzməyə başlamışlar. Qaraçuxuı qəsəbəsində Təqsirləndirilən şəxs2 dediyi mopedin yanına gəlmişdir. Elvinin dediyi mopedin yanıne gəldikdə insanların görə biləcəyi yerdə olduğunu gördüklərindən onu oğurlamaq qərarların dəyişmişlər. İbad qabaqcadan müəyyən etdiyi mopedi oğurlamağı onlata təklif etmişdir. Onlaı ^Qaraçuxur qəsəbəsində yerləşən həmin binanın yanına gəlmişlər. Əli ətrafı müşahidə etməye başlamışdır. O, mopedi işə salmaq üçün heç kimin görməyəcəyi yerə aparmaq üçün qare rəngli mopedi İbadla itələyək həyət evləri olan ara məhlələrə doğru aparmışlar. Əli də onlarır ardınca müşahidə edərək onları izləmişdir. Həyət evlərinin arasında heç kimin göre bilməyəcəyi yerdə mopedi saxlamışlar. Elvin ,Əli və İbad bir yerdə mopedi işə salmışlar. Sonrc onların hər üçü də mopedə əyləşmişlər. Mopedi İbad idarə etmiş, mopedlə Hövsar qəsəbəsində, Hövsan marketin yanında olan pullu maşın dayanacağına gəlmiçlər. Ödəniş edib mopedi orada saxlamışlar. Sonra onlar yaşadıqları ünvana getmişdir. Sonra mopedi satıt pulunu bölmək qərarına gəlmişlər. Mopedi oğurlamaqda onun heç bir maddi marağ olmamışdır. Yalnız İbadın idarə etməsi üçün mopedi oğurlamaqda ona köməklik etmişdir Təxminən 20 gün sonra İbad mopedi adının sonradan Qismət olduğunu bildiyi Roma adlı şəxsə satdığını bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini bildirərək, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və qanuni nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər və onların təqsiri, özlərinin etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs Ramir oğlu ifadəsində göstərmişdir ki, Qaraçuxur qəsəbəsində 146 saylı tam orta məktəbdə 9-cı sinfə qədər Azərbaycan dili sektorunda oxumuşdur. Əvvəllər məhkum olunmamışdır. Anası ilk birlikdə yaşayır. Tufan M-50 markalı qara rəngli mopedi xx.xx.2023-cü il tarixdə Babək prospektində yeni vəziyyətdə 1845 manata Motoplaza adlı mağazadan almışdır. Həmin mopedi alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqavilənin surətini də 32-ci polis bölməsində izahatı alınarkən təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində həmin mopedi idarə edərək yaşadığı Qaraçuxur qəsəbəsinə Y.Eyvazov küçəsi ev 151, mənzil 4 ünvanının qarşısına gəlmişdir. Həmin evin qarşısında saxlayaraq evə qalxmışdır. xx.xx.2023-cü tarixdə saat 13 radələrində yaşadığı evdən çıxaraq mopedinin olduğu yerə yaxınlaşmış və həmin vaxtı mopedin yerində olmadığını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Sonra 102 çağrı mərkəzinə müraciət etmişdir. Sonra 32-ci polis bölməsinə gedərək həmin bölməyə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1845 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisəsi ilə əlaqədar şübhələndiyi hər hansı şəxs və ya şəxslər yoxdur.Həmin mopedi alarkən onun 18 yaşı tamam olmamış, ona görə də həmin mopedin ona satılması mümkün olmamışdır. Ona görə də o dostundan mopedin onun adına alınmasını xahiş etmişdir. O, Şahid2la razılaşmış moped onun adına olsa da, həmin mopedin faktiki sahibi Zərərçəkmiş şəxs özü olmuşdur. O, həmin mopedi nəqliyyat vasitəsi kimi istədiyi yerlərə getmək üçün istifadə etmişdir. O, ifadəsində mopedi aldığı qiyməti göstərmiş, lakin həmin mopedi oğurlanmamışdan qabaq bir müddət istifadə etmişdir. Ona məxsus Tufan M-5C markalı mopedin işlənmiş vəziyyətdəki qiymətini bilməmiş və ekspert tərəfindən qeyd olunmuş qiymətin düzgün olduğunu düşünərək ekspert rəyində göstərilən rəylə razılaşmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilən X7 öz ifadəsində bildirmişdir ki X8 qəsəbəsindən tanımış, Hövsan qəsəbəsində kafedə olduğu zamar İbadullanı həmin kafedə görmüş, onun moped sürdüyünü bildiyindən ona yaxınlaşıb mopec almaq istədiyini hardan ala biləcəyi barədə soruşdmuşdur. İbadulla özünün mopedini one sata biləcəyini bildirmişdir. O , öz mopedini 500 manata ona satacağını bildirmişdir. Qismə Rəhimov da ondan həmin mopedin oğurluq olub-olmaması barədə soruşmuşdur. Lakin o mopedin oğurluq olmadığını özünə məxsus olduğunu bildirmişdir. Qismət Rəhimov onunk mopedi 300 manata almağa razılaşmışdır. Qismət Rəhimov ona əvvəl 70 manat verəcəyin qalanını da hissə hissə verəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Onlar dayanacağa gedərəl mopedi oradan çıxarmış və həmin mopedi Qismət Rəhimov təhvil almışdır. Qarşılığında Təqsirləndirilən şəxs3 70 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxslə uzun müdətdir ki, dostdur. Əvvəllər onunla Qaraçuxur qəsəbəsində qonşu olmuş, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxslə söhbət edərkən Amin ona moped almaq istədiyini lakin 18 yaşı tamam olmadığı üçün mağaza işçilərinin ona moped satmadığını bildirmişdir. Şahid2 ona həmin mopedi onun öz adına almağını təklif etmişdir. Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. 31 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yığdığı pulu ona vermiş, o, da onunla razılaşmışdır. Yasamal rayonunda Ekosoft MMC mağazasına gedərək 1845 manat ödəməklə Tufan M50 markalı mopedi almış, aldıqdan sonra onu Zərərçəkmiş şəxs vermişdir. Alğı-satqı da alıcı kimi Şahid2 öz adı qeyd olunsa da moped faktiki olaraq Zərərçəkmiş şəxs məxsudur. Cinayət işinin 5-7-ci vərəqlərində olan 06 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, ünvan 6 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus 01 ədəd Tufan M50 markalı mopedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq edilmişdir. Cinayət işinin 22-24-cü vərəqlərində olan 18 avqust 2023-cü il tarixli “təqdim edilmiş əşyanı götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X5 təqdim etdiyi bir ədəd göy rəngli “Tufan M-50” markalı moped işlək vəziyyətdədir. Bir ədəd göy rəngli “Tufan M-50” markalı mopedə baxış keçirildi və götürülmüşdür. Cinayət işinin 90-92-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2023-cü i tarixli 3-16-16/2-9/7659/2023-cü il saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdin edilmiş 01 ədəd 2022-ci il istehsallı, qara rəngli Tufan M50 markalı mopedin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan bazar qiyməti təxminən 1200,00 manat müəyyən edilir. Cinayət işinin 98-101-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 15 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 102-105-ci vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 15 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 106-109-cu vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 15 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 113-114-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 134-135-ci vərəqlərində olan “qətimkan tədbiri seçilməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-139-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 159-160-cı vərəqlərində olan “qətimkan tədbiri seçilməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 163-164-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 183-184-cü vərəqlərində olan “qətimkan tədbiri seçilməsi barədə” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-ci vərəqlərində olan cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 189-190-cı vərəqlərində olan cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 191-ci vərəqlərində olan cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 219-cu vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “Tufan M50” markalı mopedi müstəntiq X2 vəziyyətdə təhvil almışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 141/2024 saylı 10 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin 08 may 2024-cü il tarixindən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamalarını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yetkinlik yaşına çatmamış şəxs olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yetkinlik yaşına çatmamış şəxs olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisəni törətdiyi vaxt yetkinlik yaşına çatmamış şəxs olduğunu məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən onların barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzalarını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-141/2024 saylı 10 may 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Tufan M50” markalı mopedin ekspert rəyi alındıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməli, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına vəsait ödənilməli və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməli, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməli və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-141/2024 saylı 10 may 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Tufan M50” markalı mopedin ekspert rəyi alındıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-248/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-248/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver