Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-249/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 04 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Al” marketdə satıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1, 2 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 aprel 2021-ci il tarixdən yeni növ Koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ Koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 19 aprel 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri Suraxanı rayonu, T.Bayram küçəsi, Dalan 7, 2 nömrəli evi tərk edərək ünvan 1 ünvanda yerləşən “AL” marketə gedərək vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda anası İradə ilə birlikdə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “AL” marketdə satıcı-kassir işləyir. 11 aprel 2021-ci il tarixdə evdə olduğu zaman hərarəti olduğundan, zəng edib müdirindən istirahət etmək üçün iki gün icazə almışdır. 12 aprel 2021-ci il tarixdə yenidən müdirinə zəng edib “Covid-19” virusuna yoluxduğunu ehtimal etdiyini, buna görə də poliklinikaya gedib test vermək istədiyini demişdir. Həmin gün yaşadığı ərazidə yerləşən poliklinikaya müraciət etmiş, poliklinikada müvafiq qeydiyyat aparıldıqdan sonra yaşadığı evə gəlib özləri analiz götürəcəklərini bildirmişlər. Bundan bir gün sonra, yəni 13 aprel 2021-ci il tarixdə poliklinikanın əməkdaşları evinə gəlib ondan “Covid-19” analizi götürmüşlər. 14 aprel 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə verdiyi analizin nəticəsinin “Pozitiv” olduğu, 14 gün müddətində özünü təcrid etməsi, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsi ilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq SMS-i gəlmişdir. Bundan sonra özünü təcrid edərək yaşadığı evdən çıxmamışdır. Onunla birlikdə yaşayan və “Covid-19” virusuna yoluxmuş anası Şahid4 da özünü təcrid edərək evdə müalicə almışdır. Yaşadığı evdə ehtiyaclarını qarşılayacaq qədər ərzaq və dərmanlar olsa da, 19 aprel 2021-ci il tarixə evə çörək almaq zərurəti yaranmışdır. Lakin, anası da xəstə olduğundan və onlara ərzaq ala biləcək başqa bir şəxs olmadığından ikisidən biri evi tərk etmək məcbiriyyətində qalmışdır. Buna görə də, 19 aprel 2021-ci il tarixdə, saat 13:30-da yaşadığı evdən 100 metr aralıda yerləşən işlədiyi “AL” marketə getmişdir. Mağazaya gedərkən heç kimlə ünsiyyətdə olmamış, evini tərk edən zaman isə tibbi maskadan istifadə etmişdir. Mağazaya çatdıqda içəri daxil olmadan orada işləyən iş yoldaşından ona çörək verməsini xahiş etmiş, sonuncu sellofanda olan çörəkləri mağazanın qapısının qarşısına qoymuş, o da çörəyi götürüb evinə qayıtmışdır. Bundan bir gün sonra 20 aprel 2021-ci il tarixdə yaşadığı ünvana gəlmiş polis əməkdaşı video çəkiliş aparmaqla ondan özünü təcrid müddəti ərzində yaşadığı evi tərk etməsi barədə soruşduqda, sonuncuya çörək almaq üçün mağazaya getdiyini təsdiq etmişdir. Polis əməkdaşı xəbərdarlıq edərək ona, bir daha evini tərk etməməyi demişdir. Bundan sonra bir daha yaşayış yerini tərk etməmişdir. 27 aprel 2021-ci il tarixdə istifadəsində olan mobil telefonuna özünü təcrid müddətinin başa çatması və evi tərk edə biləcəyi barədə SMS göndərilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, özünü təcrid müddəti ərzində evini yalnız bir dəfə yəni, 19 aprel 2021-ci il tarixdə tərk etmiş, həmin vaxt heç kimlə təmasda olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində yerləşən “Al” marketdə mağaza müdirinin müavini işləyir. Təqsirləndirilən şəxs da onun işlədiyi mağazada satıcı işləyir. 20 aprel 2021-ci il tarixdə işlədiyi mağazada olduğu zaman bir nəfər şəxs yaxınlaşıb özünü təqdim edərək, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşı bildirmiş, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) daşıyıcısı olduğu halda yaşadığı evi tərk edərək “AL” marketə gəldiyinə görə sonuncunun sorğu-sual ediləcəyini, bu zaman videoçəkiliş aparılacağını demiş və ondan həmin çəkilişdə iştirak etməyini xahiş etmişdir. O, etiraz etmədən polis əməkdaşının təklifi ilə razılaşmışdır. Elə həmin gün onlar Simuzərin yaşadığı evə getmişlər, həmin vaxt onları Simuzərin özü qarşılamışdır. Videoçəkilişdə iştirak etmək üçün Simuzərin qonşusu Nurəddin adlı şəxs də dəvət olunduqdan sonra polis əməkdaşı Simuzəri sorğu-sual etmiş, sonuncu 19 aprel 2021-ci il tarixdə virus daşıyıcısı olduğu halda məcbur qalıb ərzaq almaq üçün yaşadığı evi tərk edərək “Al” marketə getdiyini bildirmişdir. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyatmüvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifafəsindən görünür ki, ünvan 2 ünvanı onun xidməti ərazisinə daxildir. Təqsirləndirilən şəxs xidməti ərazisinin sakinidir və qeyd etdiyi ünvanda yaşayır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən “AL” marketdə işləyir. 14 aprel 2021-ci il tarixdən Təqsirləndirilən şəxs yeni növ Koronavirus (Covid-19) infeksiyasına yoluxması barədə məlumatı olmuşdur. 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanı tərk edərək yaxınlıqda yerləşən “AL” marketə getməsi barədə məlumat almışdır. Əvvəlcə Təqsirləndirilən şəxs işlədiyi mağazada işləyən Şahid2, Təqsirləndirilən şəxs (Covid-19) virus xəstəliyinə yoluxduğu halda mənzilindən çölə çıxması ilə əlaqədar vidoçəkiliş aparılacağını bildirib ondan həmin çəkilişdə iştirak etməsini xahiş etmişdir. Şahid2 da etiraz etməmiş və bundan sonra onlar Bundan sonra həmin günü, yəni 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Eyni zamanda videoçəkilişdə iştirak etmək üçün Simuzərin qonşusu Şahid3 da dəvət etmişdir. Təqsirləndirilən şəxs yeni növ Koronavirus (Covid-19) infeksiyasına yolumuş şəxlsərə evdə çölə çıxmağın qadağan olunduğunu və buna riayət etməyən şəxslərin cinayət məsuliyyəti daşıdıqlarını izah etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdən (Covid-19) infeksiyasına yoluxduğunu, bununla belə 19 aprel 2021-ci il tarixdə ərzaq almaq üçün yaşadığı evi tərk edərək işlədiyi mağazaya getdiyini və ərzaq aldıqdan sonra isə yaşadığı evə qayıtdığını demişdir. Bu barədə onlar videoçəkiliş etmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifafəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 20 aprel 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olduğu zaman mənzilin qapısı döyülmüş, qapını açdıqda bir nəfər şəxs xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu, qonşusu Simuzərin (Covid-19) virus daşıyıcısı olduğu halda yaşayış yerini tərk etməsi ilə əlaqədar videoçəkiliş aparmaqla onunla sorğu-sual edəcəyini bildirib, ondan videoçəkilişdə iştirak etməsini xahiş etmişdir. Heç bir etiraz etməmiş və razılaşmışdır. Həmin vaxt bir nəfər qadında videoçəkilişdə iştirak etmək üçün orada olmuşdur. Polis əməkdaşı Simuzərin yaşadığı mənzilin qapısı döymüş və qapını Simuzərin özü açmışdır. Bundan sonra polis əməkdaşı özünü təqdim edib Simuzəri sorğu-sual etmişdir. Simuzər də öz növbəsində 19 aprel 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq işlədiyi mağazaya getdiyini, ərzaq alıb geri qayıtdığını bildirmişdir. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdən “Covid 19” virus infeksiya xəstəliyinə yoluxduğu halda 13 aprel 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək olan müddət ərzində karantin rejminin tələblərini pozaraq yaşayış yerini tərk etməsi barədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən məlumat daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X3 26 may 2021-ci il tarixli, 04-17/3276-2021 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 məlumat bazasına əsasən 13 aprel 2021-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Xəstə ev şəraitində müalicə almış 26 aprel 2021-ci il tarixdə təcrid olunma müddəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 09 iyun 2021-ci il tarixli, 558/KEŞ saylı rəyindən görünür ki, 13 aprel 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyi yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasınn inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 11 iyun 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə polis əməkdaşları ilə danışır, ona “Covid-19” virus infeksiya xəstəsi olduğu halda çölə çıxmamağın qadağan olunması izah olunmuş, Təqsirləndirilən şəxs da 13 aprel 2021-ci il tarixdə virusla əlaqədar test analizi verdiyini və 14 aprel 2021-ci il tarixdə testin cavabının pozitiv çıxdığını, 19 aprel 2021-ci il tarixdə “Covid-19” virus infeksiya xəstəsi olduğunu bildiyi halda ərzaq almaq üçün yaşadığı evi tərk edib yaşadığı evin yaxınlığında yerləşən işlədiyi “AL” marketə gedib-gəldiyini bildirir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və ərzaq almaq zərurəti zəminində ilk dəfə az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında müəyyən edilən cərimə növündə cəzadan daha yüngül cərimə cəzasının təyin edilməsini mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona, 500 (beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-249/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-249/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver