Məhkəmə qərarları › İş №1(010)-249/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-249/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-249/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Şəki rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, xx.xx.2022-ci il tarixli Bakı Apellaysiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 16-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və altadma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X15 X10 ilə ailəli olmasına baxmayaraq, qeyri rəsmi yaşadığı, istintaqa şəxsiyyəti X5 məlum qadından ayıraraq, ilk ailə qurduğu X6 qaytarılmasında köməklik etməsi barədə müraciətindən istifadə edərək, işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib, inam və etibarını qazandıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs oğlu X15 ikinci ailəsi X11 ayırmaq üçün və həmin qadını insan alveri ilə məşğul olmağına dair məsuliyyətə cəlb etdirəcəyinə X35i ilk ailəsinin yanına qaytaracağına dair yalan vədlər verərək, vahid qəsdlə 10 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanın qarşısında 1500 manat pulunu və 14 dekabr 2020-ci il tarixdə, saat 12 radələrində həmin ünvanda 500 manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 2.000 (iki min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin 2 dekabr ayının əvvəllərində tanışı Rəşad adlı şəxs vasitəsi ilə təsadüfən Rahib adlı şəxslə tanış olmuş və özünə avtomobil almaq üçün Rahibdən 2000 manat borc pul almış, sonra Rahib ona, həmin pulu bacısı qızının qaynanası Zülfiyyədən alıb ona verdiyini, Zülfiyyə pulu qaytarmağı tələb etdiyini demiş, pulu tezliklə qaytarmağa imkanı olmamış, Rahiblə tanışlığından onun bacısı qızı qohumu Zülfiyyə adlı qadının oğlu Vaqifə ərə getməsi, lakin bir müddət sonra Vaqif ailəsini tərk edərək, başqa bir qadınla qoşulub getməsi barədə məlumatı olmuşdur. Zülfiyyə adlı qadın da oğlu Vaqifi həmin qadından ayırmaq üçün bəhanələr axtarmış, fürsətdən istifadə edərək pulu daha gec qaytarmaq üçün vaxt əldə etmək məqsədi ilə belə qərara gəlmişdir ki, DTX-də dostu işləməsini deyərək, oğlunu evinə qaytarmaqda Zülfiyyəyə kömək edəcəyini yalandan söz vermişdir. Bu barədə Rahibə demiş, Rahib də sevincək olaraq onu Zülfiyyə ilə görüşdürmüş, bundan sonra Rahiblə zəngləşib Zülfiyyə ilə görüşmək üçün idarə etdiyi «Toyota Prius» markalı avtomobilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində olan binalardan birinin qarşısına getmişdir. Həmin günü 2020-ci ilin dekabr ayının ortaları, saat təxminən 12 radələri olmuş, Zülfiyyə əhvalatı ona danışandan sonra ona yalandan vəd verib güya DTX-da tanışları var onların vasitəsi ilə oğlu Vaqifi qoşulub getdiyi Aygün adlı qadından ayıra biləcək. Aygün adlı qadının insan alveri ilə məşğul olması barədə məlumatı olduğunu onu məsuliyyətə cəlb etdirəcəyinə də yalandan söz vermiş, bu işləri görmək üçün 2000 manat pul lazım olduğunu Zülfiyyəyə demiş, Zülfiyyə də Rahibin ondan alınmış 2000 manat borcun qaytarılmamasına razı olmuşdur. Lakin bundan sonra işləri alınmadığı üçün Rahibdən aldığı 2000 manat borcu qaytara bilməmiş, Zülfiyyənin oğlu ilə bağlı işi yerinə yeritrmək isə heç bir səlahiyəti olmadığından bu işdən ötrü hər hansı vəzifəli şəxslə əlaqə saxlamağından, verdiyi vədin yalan olması ifşa olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X25 onun oğludur. X35 25 noyabr 2018-ci ildə Şahid3 ilə ailə qurmuş, amma həmin ərəfələrdə vaxtları olmadığına görə Vaqiflə Türkanəni rəsmi nikaha apara bilməmişdir. Toydan təxminən altı ay sonra oğlu Vaqif yığışaraq evlərindən çıxıb getmiş, 2019-cu ilin may ayında ona məlum olmuşdur ki, oğlu X4 ilə qeyri-qəsmi olaraq yaşayır. Oğlunun Aygünlə yaşamasına qətiyyən razı olmamış, oğluna iradını bildirsə də sonuncu, onunla razılaşmamış, düz etdiyini bildirmişdir. Oğlu Vaqif və Aygün sonradan da rəsmi olaraq nikaha girmişdir. Vaqiflə Aygünün nikahlarını pozmaq, Vaqifin evlərinə qayıdıb, gəlini Türkanə ilə birlikdə yaşaması üçün müxtəlif yollar axtarırmağa başlamışdır ki, Vaqiflə Aygünü boşatsın. 2020-ci ilin noyabr ayının ortalarında Türkanənin dayısıgildə məclisdə olarkən, orada sonradan tanıdığı X22 ilə tanış olmuş, olanları, yəni oğlu Vaqifin evləndiyini, sonra evdən çıxıb getdiyini, başqa bir qadınla yaşadığını Rəşada danışmış, Rəşad da ona onun DTX-da işləyən bir tanışı olduğunu ona belə işdə köməklik edə bildiyini demiş, bir-iki gündən sonra Rəşad onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, Təqsirləndirilən şəxs da hadisəni olduğu kimi danışmış, Təqsirləndirilən şəxs ona oğlu Vaqifin arvadı Aygünün insan alveri ilə məşğul olmasını, Vaqifi də bu işə qoşmasını bildirmiş, Təqsirləndirilən şəxs oğlu Vaqifi bu işlərdən ayırmasını xahiş etmiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, oğlu Vaqifi bu işdən ayırmaq olar. Nicat bu iş üçün ondan 4000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs ona 2000 manat pulu əvvəlcədən verməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxsla razılaşmış, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota» markalı avtomobillə gəlini Türkanənin dayısı Rahiblə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbsi Axundov küçəsindəki evin avtobus dayanacağına gəlmiş, orada Rahibin yanında 1500 manat pulu Təqsirləndirilən şəxs vermiş, aradan üç-dörd gün keçəndən sonra Təqsirləndirilən şəxs yenə də idarə etdiyi avtomobillə həmin yerə gəlmiş, orada Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ona oğlu Vaqifin yeni ili evlərində keçirəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs ondan pul alsa da Vaqiflə Aygünün nikahının pozulması üçün heç bir iş görməmişdir. Aradan bir neçə ay keçmiş və başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs pulunun qaytarmasını tələb etmiş, dəfələrlə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlasa da o, hər dəfə ona yalan vədlər verib, onu aldatmışdır. Hazırki vaxtadək təqdirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurduğu zərərdən hər hansı bir məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır və dostluq münasibəti vardır. X21 də uzun müddətdir ki, tanıyır. Sonuncu onun oğlu Əlinin kirvəsidir. Təqsirləndirilən şəxs ilə Rahib Şeydayev onun vasitəsi ilə tanış olmuşlar. 2020-ci ilin dekabr ayının əvvəllərində Rahib ona öz problemini danışaraq bacısı qızı Türkanı qohumları Zülfiyyə adlı qadının oğlu Vaqifə ərə verməsini, lakin Vaqifin 6 aydan sonra Aygün adlı bir qadına qoşulub evini atıb getməsini demiş, Rahib ona bildirmişdir ki, Zülfiyyə bir adam axtarır ki, bu işi həll edə bilsin, yəni oğlunu Aygün adlı qadından ayırıb evinə gətirə bilsin. Belə olduqda bu barədə Nicat ilə söhbət etməsini məsləhət vermiş və bildirmişdir ki, Nicat əvvəllər DTX-də çalışan Rəmzi adlı şəxsin qeyri-rəsmi sürücüsü işləmişdir, buna görə də güman etmişdir ki, belə işlərdən Nicatın anlayışı ola bilər. Bundan sonra Rahib özü Nicat ilə görüşüb onun M.Əcəmi metrosunun yanında işlətdiyi telefon dükanında söhbət etmişlər və 1-2 gündən sonra Rahib onun yanına Zülfiyyə adlı qadını gətirmiş və həmin qadın Nicata inanıb-inanmadığından əmin olmaq üçün Nicat barədə ondan məlumat əldə etmək istəmişdir. Sonunculara özünün Nicata inandığı üçün etibar edə biləcəklərini demiş. Sonradan eşitmişdir ki, Zülfiyyə adlı qadın Nicatın barəsində şikayət etmişdir. Nicatdan bu hadisəsi soruşduqda sonuncu ona bildirmişdir ki, Rahibdən 2000 manat borc pul almış, Rahib də həmin pulu Zülfiyyədən aldığı üçün sonuncu pulunu tələb edəndə pulu qaytarmağa vaxt qazanmaq üçün Zülfiyyə ilə görüşüb oğlunu Aygün adlı qadından ayıracağına dair söz vermişdir və bu işi DTX-da işləyən tanışı vasitəsi ilə edəcəyinə inandırmışdır. Lakin pulu verə bilmədiyi üçün Zülfiyyə ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı qızı Türkanın qaynanasıdır. 2018-ci ildə Zərərçəkmiş şəxs X35 onun bacısı qızı Türkanla ailə qurmuş, Vaqifin anası Zülfiyyə ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi ev 70 ünvana gəlin köçmüşdür. Lakin Vaqif evləndikdən altı ay sonra arvadı Türkanı, anasını və bacısını tərk edib başqa bir özündən də çox yaşlı olan qadına qoşularaq çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müxtəlif yollar axtarmışdir ki, oğlu Vaqifin qoşulub getdiyi qadından ayıra bilsin. Lakin buna nail ola bilməmişdir. Qohum-əqraba da bu hadisə barədə məlumatlı olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində tanışı Rəşadla bacısı qızının başına gələn bu hadisə barədə söhbət edərkən, Rəşad Nicat adlı bir tanışı olduğunu, bildiyinə görə Nicat DTX-da mayor rütbəsində Rəmzi adlı vəzifəli şəxsin sürücüsü olmasını və bu barədə Nicatla məsləhətləşməyi ona tövsiyyə etməsini demişdir. Bundan sonra Rəşad hadisə barədə Nicata məlumat vermiş və metronun «Əcəmi» stansiyasının yaxınlığında həmin vaxt Rəşadın işlətdiyi telefon satışı dükanında dayanıb Rəşadla söhbət etdiyi zaman Nicat da oraya gəlmiş və ilk dəfə Rəşadı Nicatla orada tanış etmişdir. Söhbət əsnasında Nicat onu dinlədikdən sonra bu işi, yəni Zülfiyyənin oğlu Vaqifi qoşulub getdiyi qadından ayıraraq, öz ailəsinin yanına gətirməyə köməklik göstərəcəyinə söz vermiş və bildirmişdir ki, DTX-da vəzifədə çalışan mayor rütbəli Rəmzi müəllimin sürücüsü işləyir və həmin əlaqələrindən istifadə edərək bu işi asanlıqla həll edə bilər. Bundan sonra bu barədə Zərərçəkmiş şəxs demiş, Zərərçəkmiş şəxs Nicat ilə görüşmək istədiyini bildirmiş, xx.xx.2020-ci il tarixdə Nicat ona zəng edərək görüşmüş, o, idarə etdiyi «Toyota Prius» markalı avtomobili ilə Zərərçəkmiş şəxs qabaqcadan dediyi kimi yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi, 70 nömrəli evin qarşısına getmiş, həmin günü saat 12 radələrində Zülfiyyə Əliyava ilə Təqsirləndirilən şəxs deyilən yerdə, onun yanında görüşüb söhbət etmişdir. Zərərçəkmiş şəxs oğlu Vaqifin Aygün adlı bir qadınla qoşulub getməsini, onu qaytarmaq üçün çalışdığını demiş, Təqsirləndirilən şəxs da öz növbəsində DTX-da işləyən tanışları vasitəsi öyrənib ki, Aygün adlı qadın insan alveri ilə məşğuldur, oğlu Vaqif də bu işə qoşulub, söz vermişdir ki, Aygünü məsuliyyətə cəlb etdirib Vaqifi ondan ayıracaq. Təqsirləndirilən şəxs bu işin qarşılığında Zərərçəkmiş şəxs 4000 manat pul istəmiş, Zülfiyyə isə o qədər pula imkanının çatmadığını, yalnız 2000 manata gücü çatacağını demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs dediyi 2000 manatla razılaşmış, Zərərçəkmiş şəxs həmin vaxt 1500 manatı onun yanında sayaraq Təqsirləndirilən şəxs vermiş, dörd gün sonra Zərərçəkmiş şəxs həmin yerdə 500 manat pulu da Təqsirləndirilən şəxs vermişdir. Lakin bundan sonra Nicat Zərərçəkmiş şəxs yola verərək bu işin öhtəsindən gəlməməsi məlum olmuş, özü də Təqsirləndirilən şəxsla bu barədə dəfələrlə danışmış, DTX-da işləyən tanışları vasitəsi ilə işi görəcəyinə vəd vermişdir. Təqsirləndirilən şəxs 2000 manat borc almamış, ona borc verməmiş, Zərərçəkmiş şəxs da borc almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərmişdir ki, onun xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu X25 ilə toyu olmuş, lakin rəsmi nikahı olmamışdır. Altı ay sonra Vaqif Əliyev yığışaraq evdən çıxıb getmiş, 2019-cu ilin may ayında onlara məlum olmuşdur ki, Vaqif X3 ilə qeyri-rəsmi olaraq ailə qurub yaşayır. 2020-ci ildə isə öyrənib bilmişdirlər ki, artıq X33 Məhsumova ilə rəsmi nikaha daxil olmuşlar. X1 Əliyevin Aygün Məhsumovadan ayrılıb evlərinə qayıdıb onunla birlikdə yaşaması üçün yollar axtarmağa başlamışdır. Qaynanası Zərərçəkmiş şəxs onun dayısı Rahibin evində keçirilən kiçik məclisdə olarkən bir nəfərlə tanış olduğunu və adını sonradan öyrənib bildiyi Nicat adlı şəxsin X29 Məhsumovadan ayrılması üçün qaynanasına kömək edəcəyinə söz verdiyini öyrənmişdir. Bir qədər keçəndən sonra məlum olmuşdur ki, Nicat adlı şəxs bu işə görə, yəni X29 Məhsumovadan ayrılmasına qaynanası Zərərçəkmiş şəxs kömək edəcəyi adı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində 1500 manat pul almışdır. Bir müddət keçəndən sonra Nicat adlı şəxs qaynanası Zərərçəkmiş şəxs yenə də Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində 500 manat da almışdır. Nicat adlı şəxsi görməyib və tanımır, qaynanası Zərərçəkmiş şəxs ilə Nicat adlı şəxs arasında olan söhbətlərdə və qaynanasının Nicat adlı şəxsə pul verməsində iştirak etməyib, bunları eşidib bilmiş, qaynanası Nicat adlı şəxsin onu aldaraq pulunu aldığın başa düşəndən sonra polisə müraciət etmişdir. İş materiallarından görünür ki, 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 4(010)-229/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 464 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 464 saat ictimai işlər cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq alınmış Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuşdur. Məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq, ona ATTENTİ ENV tətbiq edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il cəzası sonu 0.04.2023-ci il tarixinə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 07 ay 23 gün hissəsini çəkmiş, 04 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 437707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X12 birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X19 anadan olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməli etiraf etməsini, ailəli olmasını və himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə, eyni zamanda, təqsirləndirilən şəxsin analoji cinayət əməlini törətdiyinə görə məhkum olunmasına baxmayaraq, yenidən CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Məmmədov X8 Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, cəmi 05 (beş) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbayan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-313/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 07 (yeddi) ay 23 (iyirmi üç) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 03 (üc) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbayan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı 01 (bir) ay ona təyin olunmuş 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar