Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-25/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 – 12 iyun 2021-ci il tarixləri üzrə tutulmuş, 12 iyun 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,268 qr təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd bükümdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayıb, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 iyun 2021-ci ildə saat 15 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki ağ rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 0,268 qr təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Suraxanı Rayon Polis İdarəsi onun barəsində daha əvvəl Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət işi başlamış və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həmin maddə ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonradan yuxarı instansiya məhkəməsində bəraət alıb. Bu səbəbdən Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları ona qarşı qərəzlidirlər. Bildirir ki, bir müddət işsiz olub. İşsiz olduğu dövrdə keçmiş sinif yoldaşı X3 ilə görüşmüş və sonuncu onun işsiz olduğunu bilib demişdir ki, ayaqqabı tikişi işi ilə məşğul olur. Elnarə həmçinin ona iş təklif etmişdir. Təklif olunan işin mahiyyəti bu idi ki, o, Elnarədən ayaqqabıları götürüb sexlərə paylayacaq və bunun müqabilində pul alacaqdır. Elnarənin bu təklifi ilə razılaşmışdır. Beləliklə, 10 iyun 2021-ci ildə səhər saatlarında ayaqqabıları götürüb Maştağada və Yeni Suraxanıda yerləşən ayaqqabı sexlərinə paylamaq üçün Elnarəgilə getmişdir. Lakin evə çatdıqda Elnarə ona bildirmişdir ki, ayaqqabıların bəzi görülməmiş işləri qalıb. Bu səbəbdən Elnarə ondan bir qədər gözləməsini xahiş etmişdir. Həmin vaxt Elnarənin anası da evdə olub. Elnarənin anası ona çay gətirmiş, o, isə evdə oturub çay içərək ayaqqabıların hazır olmasını gözləmişdir. Bu zaman evin qapısı döyülmüş və Elnarənin anası işıq idarəsinin işçilərinin gəldiyini bildirmişdir. Elə həmin vaxt təxminən 7 – 8 nəfər polis əməkdaşı evə daxil olub Elnarənin qardaşı X4 axtarmağa başlamışlar. Təqsirləndirilən şəxs bildirir ki, həmin vaxtadək Elmarın da evdə olduğunu bilməyib və onunla əvvəllər tanışlığı olmayıb. Daha sonra polis əməkdaşları Elmarı və onu saxlayıb evin arxasındakı həyətə aparmışlar. Polis əməkdaşları həyətdən içərisində bitki olan bir dibçək tapmış, sonra onu və Elmarı saat 13 radələrində Suraxanı Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində polis əməkdaşları onu sorğu-sual etmiş, suallara cavab olaraq bildirmişdir ki, Elmarı ümumiyyətlə tanımır, onun evinə isə işlə bağlı, yəni sonuncunun bacısı Elnarədən ayaqqabıları götürüb sexlərə paylamaq üçün gedib. Həmçinin polis əməkdaşlarından xahiş etmişdir ki, ona ailə üzvləri və vəkili ilə əlaqə saxlamaq üçün icazə versinlər. Cavabında ona dövlət tərəfindən vəkil təyin olunduğunu, bu səbəbdən ailəsi və vəkili ilə əlaqə saxlamasına zərurət olmadığını bildirmişlər. Polis əməkdaşları həmçinin bildirdilər ki, bir sıra sənədləri imzaladıqdan sonra azadlığa buraxılacaq. Ona görə də təklif olunan sənədləri imzalamışdır. Düşünürdü ki, əgər imzalamasa azadlığa buraxılmayacaq. Lakin təklif olunan sənədləri imzaladıqdan sonra belə azadlığa buraxılmamışdır. Vəkili Müdafiəçi2 hadisə barədə qardaşı tərəfindən məlumat verilmiş və yalnız vəkilinin müdaxiləsindən sonra 12 iyun 2022-ci ildə saat 17 radələrində azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlarla yanaşı bildirir ki, 10 – 12 iyun tarixlərində ona təklif olunmuş sənədlərə imza edib. Sonradan heç bir sənədə imza etməmiş, ümumiyyətlə ibtidai araşdırma orqanına dəvət olunmamış, heç bir prosessual hərəkətdə iştirak etməmiş, ifadə verməmişdir. İbtidai araşdırma dövründə heç bir xəstəliyə tutulmayıb və guya xəstələnməsi ilə bağlı müstəntiqə heç bir söz deməyib. Narkotik vasitələrdən heç vaxt istifadə etməyib və həmin vasitələrin dövriyyəsi ilə məşğul olmayıbdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt da üzərində yalnız telefon və evinin açarları olmuş, qanunla gəzdirilməsi qadağan olunmuş heç bir əşya, o cümlədən narkotik vasitə olmamışdır. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 Abdin oğlu bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması və gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədilə 10 iyun 2021-ci ildə Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid3 tərəfindən müvafiq qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ondan və Suraxanı Rayon Polis İdarəsinin NMB-nin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xarici görünüş əlamətləri barədə məlumat əldə etdikdən sonra onlar saat 14:30 radələrində Suraxanı qəsəbəsinə gedərək orada Təqsirləndirilən şəxs adətən olduğu ərazilərdə müşahidələr aparmışlar. Saat 15 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin X.Ələkbərov küçəsi 48 ünvanının qarşısına gəldiyini görüb ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Eyni zamanda həmin şəxsdən xahiş etmişlər ki, özünü təqdim etsin. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməkdə, saxlanmaqda və daşımaqda şübhəli olduğunu bildirərək Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədən və heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs saat 15:15-də idarənin növbətçi hissəsinə təhvil verildikdən sonra NMB-nin rəisi Şahid3 tərəfindən idarənin rəisinə raportla məruzə edilmiş və sonuncu tərəfindən araşdırmanın aparılması Suraxanı Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Suad Həmzəyevə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ayrılmış və sonuncunun iştirakı ilə üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla əldə edilməsi, saxlanması, gəzdirilməsi və daşınması qadağan edilmiş digər əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir büküm çıxararaq təqdim etmiş, həmin bükümə baxıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Müvafiq suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu maddə narkotik vasitə heroindir, onu eyni tarixdə Suraxanı qəsəbəsində “Məmiş” ləqəbi ilə tanıdığı Ramin adlı şəxsdən 10 manat ödəməklə şəxsi istifadəsi üçün alıb və üzərində saxlayıb ki, sonra qəbul etsin. Daha sonra Təqsirləndirilən şəxs üstü axtarılmış və əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş başqa maddə, əşya, yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq, zərfin üstü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Bununla yanaşı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Abdin oğlunun məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi üçün rəhbərliyə müraciət olunaraq icazə alınmışdır. Polis əməkdaşları ittiham aktının nəticəvi hissəsində göstərilən yerdə Ricada yaxınlaşmış və özlərini təqdim edərək narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etmədən polis idarəsinə gəlmişdir. Polis idarəsində təqsirləndirilən şəxsin üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs müvafiq təklifə əsasən əynindəki şalvarın cibindən siqaret kağızına bükülmüş narkotik maddəni çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni “Məmiş” ləqəbi ilə tanıdığı Ramin adlı şəxsdən şəxsi istifadəsi üçün alıb. Daha sonra narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Ekspert tərəfindən rəy alındıqdan sonra cinayət işi başlanmışdır. Yuxarıda göstərilən şahidlər müvafiq suallara cavab olaraq həmçinin bildirmişlər ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz təzyiq, işgəncə tətbiq olunmayıb. O, X3 və X6 adlı şəxslərin evində deyil, məhz ittiham aktının nəticəvi hissəsində göstərilən yerdə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmişdir. İstər Suraxanı Rayon Polis İdarəsində, istərsə də bundan əvvəl təqsirləndirilən şəxsə sənədləri imzalayacağı təqdirdə azad olunacağı vəd edilməyib. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni özü təqdim etmiş, müdafiəçisinin suallarına cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmadığını bildirmişdir. Polis əməkdaşlarının ona qarşı qərəzli olmasına dair təqsirləndirilən şəxsin bildirdikləri də həqiqətə uyğun deyil. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə sinif yoldaşıdır. Bu hadisələr baş verməzdən əvvəl Ricadı görmüş və onunla söhbət zamanı işsiz olduğunu öyrənmişdir. Ricada təklif etmişdir ki, onunla birlikdə ayaqqabı sexində işləsin. Bildirmişdir ki, o, ayaqqabıları evində hazırlayacaq, Ricad isə onları aparıb təhvil verəcəkdir. Ricad onunla razılaşmışdır. Ricad və qardaşı polis əməkdaşları tərəfindən saxlanılan gün Ricada zəng edərək xahiş etmişdir ki, gəlib hazır ayaqqabıları aparıb sexə təhvil versin. Həmin gün anası və qardaşı X6 da evdə idilər. Ricad ayaqqabıları götürmək üçün onlara gəlmiş, o, Ricada ayaqqabıların çatışmayan işlərinin qaldığını bildirib bir qədər gözləməsini xahiş etmişdir. Ona görə də Ricad Elmarla birlikdə evdə oturub çay içmiş, o, isə ayaqqabıların çatışmayan işlərini görməyə başlamışdır. Bu zaman evin qapısı döyülmüş, polis əməkdaşları evə daxil olaraq onu və anasını başqa otağa keçirmiş, Ricadla Elmarı isə həyətə aparmışlar. Sonra polis əməkdaşları Ricadla Elmarı avtomobilə oturdub apardılar. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Kiçik bacısının onun həyət yoldaşı ilə yaxşı münasibəti var. Ricad bir müddət işsiz olmuş və o, bacısı ilə birlikdə ona təklif etmişlər ki, onlarla birlikdə ayaqqabı sexində işləsin. Şahid həmçinin bildirir ki, gecələr mühafizə xidmətində işləyir, gündüzlər isə ayaqqabı sexinə ayaqqabılar hazırlayıb təhvil verərək gündəlik qazanc əldə edirdi. Bacısına da işi o, öyrədib. Daha sonra Ricada da işi öyrətmişlər və Ricad onlarla birlikdə işləməyə başlamışdır. Qazandıqları pulu üçü arasında bölürdülər. Təxminən 08 – 09 fevral 2021-ci ildə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, daha sonra buraxılaraq barəsində cinayət işi başlanmışdır. Müstəntiq ona bildirmişdir ki, məhkəmə iclası olacaq və oradan zəng gələrsə gedib iştirak etsin. O, da məhkəməyə çağıralacağını gözləyirdi. Düşünmürdü ki, evlərinə polis əməkdaşları gələ bilər. Bir gün səhər işdən evə qayıtmış, yatmaq istəyərkən bacısı ona bildirmişdir ki, Ricad gəlib. Ricad onlara gəlmiş və onlar ayaqqabıları hazırlamağa başlamışlar. Elə həmin vaxt qapı döyülmüş və anası gəlib demişdir ki, su idarəsindən xətləri yoxlamağa gəliblər. Onlarda isə su xətləri yoxdur, çünki suyu maşınla alırlar. Anası qapını açmış və polis əməkdaşları evə daxil olaraq Ricadla onu saxlayıb əllərinə qandal vurmuşlar. Sonra polis əməkdaşları onları həyətə çıxarmış, daha sonra MSY-nə gətirmişlər. MSY-də Ricadla onu eyni kamerada saxlayıblar. İki gün sonra Ricadı buraxdılar. Onun barəsində isə həbs növündə qətimkan tədbiri seçilmiş və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda azadlıqdan məhrum etmə yerində həmin cəzanı çəkir. İşin məhkəmə baxışı zamanı dindirilmiş ekspert X5 bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarına əsasən hazırkı cinayət işi üzrə ekspertiza tədqiqatı aparmış və 23 noyabr 2021-ci ildə 4/1545 nömrəli rəy vermişdir. Rəyin nəticəvi hissəsində texniki yanlışlığa yol verilib. Belə ki, nəticəvi hissənin 2-ci bəndində “cinayət işinin 27-ci vərəqində olan 10 iyun 2021-ci il tarixli Protokolda “Şübhəli şəxs” qrafasındakı imzanın” Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilib. Əslində isə cinayət işinin 27-ci vərəqində olan sənəd “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardır. Beləliklə, rəyin nəticəvi hissəsinin 2-ci bəndində cinayət işinin vərəq nömrəsinə düzgün istinad edildiyinə baxmayaraq, həmin vərəqdəki sənədin adı “qərar” əvəzinə yanlış olaraq “protokol” kimi göstərilmişdir. Rəyin qalan hissəsində səhvə yol verilməyib. Ekspert müvafiq suallara cavab olaraq həmçinin bildirmişdir ki, rəyin nəticəvi hissəsinin 2-ci bəndində göstərilən sənədlərdəki imzaların təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra olunmasının dəqiq müəyyən edilə bilməməsinin səbəbi imzalardakı qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması ilə bağlı olub. Bu imzalar həm təqsirləndirilən şəxs, həm də digər şəxs tərəfindən icra oluna bilərdilər. Sadəcə yuxarıda göstərilən səbəbə görə bunu dəqiq müəyyən etmək mümkün olmayıb. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə irəli sürülmüş ittihama qiymət verərkən müdafiə tərəfinin gətirdiyi dəlillərə münasibət bildirməyi zəruri sayır. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, narkotik vasitələrdən heç vaxt istifadə etməyib. Təqsirləndirilən şəxsin bildirdiyi bu hal cinayət işinin materialları ilə təkzib olunur. 18 iyun 2021-cı il tarixli 1966 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə həmin ekspert rəyini sübut növü kimi mötəbər sayır. Beləliklə, təqsirləndirilən şəxsin bildirdiklərindən fərqli olaraq onun nəyinki narkotik vasitələrin istifadəçisi olması, hətta düçar olduğu narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı dövründə bildirmişdir ki, əslində polis əməkdaşları tərəfindən ittiham aktının nəticəvi hissəsində göstərilən yerdə, yəni ünvan 3 ünvanının qarşısında deyil, keçmiş sinif yoldaşı X1 yaşadığı evdə tutulub. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 və X6 təqsirləndirilən şəxsin bildirdiyi həmin xüsusatı təsdiqlədiklərinə baxmayaraq, onların ifadələri arasındakı ziddiyyətlər həmin ifadələrin həqiqətə uyğunluğuna əsaslı şübhə yaradırlar. Məsələn, təqsirləndirilən şəxs işin məhkəmə baxışında bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt Elnarəgildə yalnız Elnarənin və sonuncunun anasının olduqlarını görmüş, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək Elmarın da evdə olduğunu bilməmişdir. O, həmçinin qeyd edir ki, Elmar Mirzəyevi əvvəllər ümumiyyətlə tanımayıb. X3 bundan fərqli olaraq bildirmişdir ki, hadisə günü o, ayaqqabıların çatışmayan işlərini görmüş, Ricadla Elmar isə həmin vaxt birlikdə evdə oturub çay içmişlər. X6 isə ifadəsində bildirmişdir ki, Ricadı qonşu kimi tanıyır. O, və bacısı Ricada onlarla birlikdə ayaqqabı sexində işləməyi təklif etmiş, həmçinin Ricada işi öyrətmişlər. Elmar Mirzəyevin bildirdiklərindən həmçinin görünür ki, onlar gördükləri iş müqabilində aldıqları pulu üçü arasında bölürdülər. X6 həmçinin qeyd edir ki, hadisə günü Ricadın gəldiyini ona bacısı bildirib. Bununla yanaşı, təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, qapı döyüləndə Elnarə ilə Elmarın anası gələrək işıq idarəsinin işçilərinin gəldiyini bildirmişdir. Bundan fərqli olaraq şahid Elmar Mirzəyev bildirir ki, anası işıq idarəsinin deyil, su idarəsinin işçilərinin gəldiyini bildirib. Elnarə Mirzəyeva isə ifadə verərkən istər işıq idarəsindən, istərsə də su idarəsindən adamların gəlməsini onlara dediyini bildirməmişdir. Yuxarıda göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şahidlər X2 və X1 ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməzlər. Məhkəmə bu qənaətə gələrkən həmin şəxslər arasında münasibətlərin olduğunu və müvafiq ifadələrin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə verilə biləcəyini nəzərə alır. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, polis əməkdaşları ona sənədləri imzalayacağı təqdirdə azadlığa buraxılacağını vəd etmiş, o, isə həmin vədə inanaraq təklif olunan sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs eyni zamanda əvvəllər bəraət aldığına görə polis əməkdaşlarının ona qarşı qərəzli olduqlarını bildirir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də CM-nin eyni maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs olunduğunu və müvafiq mənada müəyyən təcrübəyə malik olduğunu (o, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə növündə cinayət cəzasına məhkum olunmuş və sonradan bəraət almışdır), həmçinin öz bildirdiyinə görə polis əməkdaşlarının ona qarşı qərəzli olduqlarını düşündüyünü nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin bildirdiyi formada, yəni üzərindən heç bir narkotik vasitə aşkar edilmədiyi, təqsiri olmadığı bir halda və yalnız polis əməkdaşlarının yuxarıda göstərilən vədinə inanması səbəbindən sənədləri imzalaması ağlabatan sayıla bilməz. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmədiyini bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş kompakt diskdəki videoyazıdan təqsirləndirilən şəxsin bildirdiklərindən fərqli olaraq görünür ki, o, təhqiqatçının təklifinə əsasən əynindəki ağ rəngli şalvarın sağ yan cibindən bir büküm çıxararaq təqdim etmiş, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və onu «Məmiş» ləqəbli Ramin adlı şəxsdən 10 manat ödəməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin müdafiəçisi Müdafiəçi1 suallarına cavab olaraq sərbəst şəkildə bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulanda tək olmuş, üzərinə hazırda, yəni müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilərkən «baxış» keçirildiyini, bundan əvvəl üzərinə «baxış» keçirilmədiyini, ona qarşı işgəncə tətbiq olunmadığını bildirmişdir. 11 iyun 2021-cı il tarixli 6/2368 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 45” dairəvi möhür əksi olan üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” yazı və imzalar olan zərfdə təmiz çəkisi 0,268 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı həmçinin bildirmişdir ki, cinayət işinin materiallarında olan sənədlərə yalnız 10 – 12 iyun 2021-ci il tarixlərində imza etmiş, bundan sonrakı dövrdə isə ibtidai araşdırma orqanına ümumiyyətlə çağırılmamış, heç bir prosessual hərəkətdə iştirak etməmiş və hər hansı sənədi imzalamamışdır. Təqsirləndirilən şəxsin məsələ ilə bağlı bildirdiklərini araşdırmaq məqsədilə Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Bununla bağlı 23 noyabr 2021-ci ildə verilmiş 4/1545 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. Ekspertizaya təqdim edilmiş, 1(010)-306/2021 saylı cinayət işinin 11-ci vərəqəsində olan 10 iyun 2021-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 13-cü vərəqəsində olan xx.xx.2021-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza, 17 – 19, 21-ci vərəqələrində olan 10 iyun 2021-ci il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar, 22 – 23-cü vərəqələrində olan bildirişdə şübhəli şəxsin adından olan imzalar, 24 – 25-ci vərəqələrində olan protokolda şübhəli şəxsin adından olan imzalar, 26-cı vərəqəsində olan 10 iyun 2021-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 29 – 30-cu vərəqələrində olan protokolda şübhəli şəxsin adından olan imzalar, 31 – 32-ci vərəqələrində olan izahatda Təqsirləndirilən şəxs adından olan imzalar, 35-ci vərəqəsində olan 10 iyun 2021-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 43 – 44-cü vərəqələrində olan 11 iyun 2021-ci il tarixli protokolda şübhəli şəxsin adından olan imzalar, 48-ci vərəqəsində olan 11 iyun 2021-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 49 – 51-ci vərəqələrində olan 11 iyun 2021ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 52 – 53-cü vərəqələrində olan 11 iyun 2021-ci il tarixli qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 55 – 58-ci vərəqələrində olan 2 ədəd 12 iyun 2021-ci il tarixli bildirişlərdə təqsirləndirilən şəxsin adından olan imzalar, 59 – 60-cı vərəqələrində olan 2 ədəd 12 iyun 2021-ci il tarixli protokollarda təqsirləndirilən şəxsin adından olan imzalar, 61 – 62-ci vərəqələrində olan 12 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 73-cü vərəqəsində olan 18 iyun 2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 97-ci vərəqəsində olan 14 sentyabr 2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 109-cu vərəqəsində olan 16 sentyabr 2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 110-cu vərəqəsində olan 17 sentyabr 2021-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim olunmuş, 1(010)-306/2021 saylı cinayət işinin 27-ci vərəqəsində olan 10 iyun 2021-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imzanın, 70-ci vərəqəsində olan 12 iyun 2021-ci il tarixli iltizamda “Təqsirləndirilən şəxs:” qrafasındakı imzanın – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı». Ekspertin işin məhkəmə baxışı dövründə bildirdiklərini də nəzərə almaqla məhkəmə bu rəyi sübut növü kimi mötəbər sayır. Beləliklə, təqsirləndirilən şəxsin 10 – 12 iyun 2021-ci il tarixlərindən sonrakı dövrdə də ibtidai istintaqa cəlb edildiyi, zəruri prosessual hərəkətlərdə iştirak etdiyi (o cümlədən müdafiəçisi ilə birlikdə) və müvafiq sənədləri imzaladığı müəyyən olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşının dəvəti ilə təqsirləndirilən şəxsi müdafiə etmək üçün ibtidai araşdırma orqanına gəlmiş, təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə bir sıra zəruri hərəkətlər etməklə yanaşı ibtidai araşdırma orqanına bildirmişdir ki, adına vəkil orderi tərtib olunub. O, həmçinin təqsirləndirilən şəxslə sonradan prosessual hərəkətlər aparılacağı təqdirdə onun da dəvət olunmasını xahiş etmişdir. Lakin o, ibtidai araşdırma orqanına dəvət edilməyib. Müdafiəçi2 bildirdiklərinin təsdiqi olaraq məhkəmənin 18 oktyabr 2021-ci il tarixli hazırlıq iclasında 12 iyun 2021-ci il tarixli ******* nömrəli vəkil orderini təqdim edib. Məsələ ilə bağlı məhkəmə vurğulayır ki, yuxarıda qeyd olunan order iş üzrə ibtidai araşdırma dövründə Müdafiəçi2 özündə olmuş, yəni ibtidai araşdırma orqanına təqdim edilməmişdir (yuxarıda qeyd olunduğu kimi, həmin vəkil orderi 18 oktyabr 2021-ci ildə məhkəməyə təqdim olunub). Vəkil orderinin ibtidai araşdırma orqanına təqdim edilmədiyini nəzərə alaraq (ibtidai araşdırma orqanının həmin order barədə məlumatlandırıldığı da iş materialları ilə təsdiq olunmur) məhkəmə hesab edir ki, vəkil Müdafiəçi2 istər təhqiqatçı, istərsə də müstəntiq tərəfindən müvafiq prosessual hərəkətlərə cəlb edilməməsi pozuntu kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halı toplanmış sübutların məcmusu ilə sübuta yetirilmiş sayılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması iş üzrə toplanmış digər sübutlarla yanaşı onun iş materiallarına əlavə edilmiş, müdafiəçisi Müdafiəçi1 iştirakı ilə verdiyi etirafedici izahat və ifadələri ilə də təsdiq olunur. Təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri isə işin həqiqi hallarını təhrif olunmuş halda məhkəməyə bildirməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 210 (iki yüz on) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 iyun 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,228 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 210 (iki yüz on) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-25/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-25/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver