Məhkəmə qərarları › İş №1(010)-250/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-250/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-250/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2zil 28 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yen növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin 01 iyun 2021-ci il tarixədək uzadılması barədə» 19 mart 2021-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək 07.04.2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmasına baxmayaraq, 12.04.2021-ci il tarixdə yaşayış yerini tərk edib, vətəndaşların intensiv hərəkət etdiyi küçələrdə piyada olaraq sərbəst hərəkət edib, Bakı şəhər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən aptek istiqamətində gedərək karantin recimini pozmaqla, xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, saç ustası olaraq fərdi əməklə məşğul olur. Hazırda yoldaşı X4 törətdiyi cinayət əməlinə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən, 10 saylı CÇM-də cəza çəkir. Ölkə ərazisində “Covid-19” pandemiyası yayılanadək o, hər dörd ayda bir dəfə çəzaçəkmə müəssisəsində yoldaşı ilə 3 gün müddətində görüşmüşdür. Pandemiya yayıldıqdan sonra isə hazırki vaxtadək yoldaşı ilə görüşə icazə verilməmişdir. 2021-ci ilin aprel ayında isə xəstəliyin yayılması nisbətən azaldığından tanışları yenidən yoldaşı ilə görüşə icazə veriləcəyini bildirmişdir. Bunun üçün o, “Covid-19” infeksiyasına qarşı peyvənd vurdurmalı olması səbəbindən 07.04.2021-ci il tarixdə yaşadığı ünvanda olarkən, təcili tibbi yardıma müraciət edərək, ondan müvafiq analiz götürməsini xahiş etmişdir. Bundan sonra həmin gün evinə gəlmiş TTTY əməkdaşları müvafiq qaydada analiz götürmüşlər. Bu zaman analiz götürmüş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsini qeyd edərək, analizin nəticəsinin ismarıc şəklində göndəriləcəyini bildirmişdir. 08.04.2021-ci il tarixdə istifadəsində olan həmin mobil nömrəsinə göndərilmiş ismarıcda onun verdiyi analizin nəticəsinin “Pozitiv” olduğu, 14 gün müddətində özünü təcrid etməsi bildirilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Həmin vaxt səhhətində hər hansı bir nasazlıq hiss etməsə də, özünü təcrid edərək yaşadığı evdən kənara çıxmamışdır. 12.04.2021-ci il tarixdə birlikdə yaşadığı qızı - 2002-ci il təvəllüdlü Xədicə Cavadlının hərarəti qalxdığından və həmin vaxtı ikisindən başqa evdə heç kim olmadığından, məcbur qalaraq dərman almaq məqsədilə yaşadığı mənzilin yaxınlıqda yerləşən aptekə getmək üçün mənzilini tərk etmişdir. İlkin olaraq onunla eyni mərtəbədə yaşayan qonşusu Şahid2 dərman almaq üçün sonuncunun yaşadığı mənzilin qapısını döymüş, qapını açan olmadığını gördüyü üçün aşağı düşərək, yaşadığı binadan çıxmışdır. Aptekin yerləşdiyi istiqamətdə təxminən 20-25 metr uzaqlaşdığı zaman Şahid2 ilə rastlaşmışdır. Həmin vaxtı o, iki ədəd tibbi maskadan istifadə etmişdir. Şahid2 ilə sosial məsafə saxlayaraq görüşdükdən sonra, ona dərman almaq üçün aptekə getdiyini bildirmişdir. Bu zaman Şahid2 ona evinə geri qayıtmasını, özündə dərman olduğunu və bir qədər sonra evinə qayıtdıqda, gətirib verəcəyini bildirmişdir. Sonra Şahid2 çıxıb mağazaya getmiş, o isə mənzilinə qayıtmışdır. Bir qədər sonra isə Şahid2 mənzilin qapısını döymüş və dərmanı qapının qarşısına qoyduğunu bildirmişdir. Belə ki, Şahid2 onun “Covid-19” virusuna yoluxduğu barədə məlumatı olduğundan, mənzilinə daxil olmamışdır. Bundan sonra bir daha özünü təcrid müddəti ərzində yəni, 23.04.2021-ci il tarixədək yaşadığı mənzili tərk etməmişdir. 23.04.2021-ci tarixdə isə istifadəsində olan mobil nömrəsinə göndərilmiş ismarıcda özünütəcrid müddətinin başa çatması qeyd olunduğundan, həmin tarixdən evi tərk edərək, işə getmişdir. 13.04.2021-ci il tarixdə isə 12 radələrində yaşadığı ünvana gəlmiş polis əməkdaşları onun 12.04.2021-ci il tarixdə özünü təcrid qaydalarını pozaraq evini tərk etməyini bildirib, bununla bağlı ona xəbərdarlıq edərək, bir daha evini tərk etməməyini bildirmişlər. Bununla bağlı polis əməkdaşı tərəfindən aparılmış video çəkiliş zamanı özünü təcrid müddəti ərzində evini tərk etdiyini etiraf etmişdir. Özü hazırda heç bir yerdə işləmir.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 12 aprel 2021-ci il tarixdə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində xidmətdə olan zaman, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 30, mənzil 28 ünvanında yaşayan və 07 aprel 2021-ci il tarixdə “COVİD-19” yoluxucu xəstəliyinə tutulması təsdiqini tapmış və müvafiq portalda həmin xəstəliyə tutulan şəxslərin arasında adı qeyd olunmuş xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən evini tərk edərək, “COVİD-19” yoluxucu xəstəliyini yayma təhlükəsi yaratması müəyyən edilmişdir. Həmin faktla bağlı Suraxanı RPİ-nin 33cü PB-nin rəhbərliyinə Təqsirləndirilən şəxs barəsində tədbir görülməsindən ötrü raportla müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəklişlə izahatı alınmış və sonuncu 12.04.2021-ci il tarixdə “COVİD-19” yoluxucu xəstəliyinə yoluxması və özünütəcrid müddəti bitmədiyini bilə-bilə, zəruri olan müəyyən dərman preparatlarını almaq məcburiyyətində qalıb yaşadığı evin yaxınlığında yerləşən aptekə getmək məqəsədilə yaşadığı evi tərk etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur və onunla münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs yoldaşı X4 törətdiyi cinayət əməlinə görə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən, CÇM-də cəza çəkir. Ölkə ərazisində “Covid-19” pandemiyası yayılanadək, Rəna hər dörd ayda bir dəfə həmin çəzaçəkmə müəssisəsində yoldaşı ilə 3 gün müddətində görüşmüşdür. Pandemiya yayıldıqdan sonra isə hazırki vaxtadək sonuncuya görüşə icazə verilməmişdir. 2021-ci ilin aprel ayında xəstəliyin yayılması nisbətən azaldığından, Təqsirləndirilən şəxs yoldaşı ilə görüşməsinə icazə veriləcəyi bildirildiyi üçün, sonuncu bununla bağlı “Covid-19” infeksiyasına qarşı müvafiq peyvənd vurdurmalı olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə yaşadığı ünvanda olarkən, təcili tibbi yardıma müraciət edərək, müvafiq analiz götürməsini xahiş etmişdir. Həmin gün sonuncunun evinə gəlmiş TTTY əməkdaşları müvafiq qaydada analiz götürmüşlər. Bir gün sonra isə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna sms göndərilərək, verdiyi testin nəticəsinin pozitiv olduğu və yaşayış yerini 14 gün müddətində tərk etməməsi bildirilmişdir. Lakin 12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Xədicənin hərarəti qalxdığından və həmin vaxtı ikisindən başqa evdə heç kim olmadığından, məcbur qalaraq dərman almaq məqsədilə yaxınlıqda yerləşən aptekə getmək üçün yaşadığı evini tərk etmişdir. Rəna xəstə olduğu müddətdə telefonla onunla əlaqə saxlayaraq lazımı qida və dərmanları mağaza və aptekdən almasını xahiş etmiş, o, isə lazımi qida və dərmanları alaraq, sonuncunun mənzilin qapısının qarşısına qoymuşdur. Təqsirləndirilən şəxs mənzilini tərk etdiyi vaxt ilkin olaraq ondan dərman almaq üçün mənzilinin qapısını döymüş, lakin o, evdə olamadığından, sonuncu aptekə getmək məcburiyyətində qalmışdır. Həmin gün o, yaşadığı binadan təxminən 20-25 metr aralıda Təqsirləndirilən şəxs ilə rastlaşmış, həmin vaxt hər ikisi tibbi maskadan istifadə etmişlər. Təqsirləndirilən şəxs evini tərk etməsinin səbəbini soruşduqda, sonuncu dərman almaq üçün aptekə getdiyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs öz evində həmin dərmandan olduğunu deyərək, evinə geri dönməsini, bir qədər sonra isə onun öz evinə qayıdacağını və dərman verəcəyini bildirmişdir. Bundan sonra Rəna öz evinə qayıtmış, o, isə həyətdəki ərzaq mağazasına getmişdir. Evə qayıtdıqdan sonra isə dərmanı Təqsirləndirilən şəxs mənzilinin qapısının qarşısına qoymuş və qapını döyüb, bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdən başqa heç vaxt mənzilini tərk etməmişdir. İş materiallarına əlavə edilmiş İTS.GOV.AZ-dan Təqsirləndirilən şəxs mobil telefonuna gəlmiş 08.04.2021-ci il tarixli SMS-in mətnindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixində “COVİD-19” ilə bağlı verdiyi testin nəticəsi POZİTİVDİR. Xahiş olunmuşdur ki, Təqsirləndirilən şəxs və ailə üzvləri yaşayış yerini tərk etməsin. Karantin recimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İXM və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, Suraxanı RPİ-nin İŞnin baş müstəntiqi, polis baş leytenantı Rüstəm Şıxəliyevin 16.04.2021-ci il tarixli qərarına əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, onun icraatına qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena ve X2 hüquqi şəxsin 26 may 2021-ci il tarixli 04-17/3274-2021 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “COVİD-19” məlumai bazasına əsasən 08.04.2021-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs asimptomatik COVİD-19 xəstəsi kim Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən evdə nəzarətə götürülmüş, 21.04.2021-ci il tarixdə isə onun təcrid olunma müddəti bitmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və PA Birliyi” Publik Hüquqi şəxsin 09.06.2021-ci il tarixli KEŞ-557 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 08.04.2021ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyi yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, 14 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, 16 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı Rüstəm Şıxəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 31.10.2002-ci il təvəllüdlü X7, 10.01.2007-ci il təvəllüdlü X5 və 13.03.2009cu il təvəllüdlü X6 olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin recimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması özünün etirafı, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “Sanitariya-epidemioloci salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin uzadılması barədə» 19 mart 2021-ci il tarixli 72 №-li Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2021-ci il 1 iyun saat 06:00dək uzadılmışdır. «Sanitariya-epidemioloci salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və recimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları»na əsasən karantin nəzarəti yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsindən ibarətdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən karantin müəssisəsinə yerləşdirilən şəxs ÜST-nin tövsiyələri nəzərə alınmaqla və Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena qaydalarına və normalarına uyğun olaraq laboratoriya müayinəsindən keçirilir. Laboratoriya müayinələrinin keçirilməsi zərurəti, onların sayı və keçirilməsi tezliyi yoluxucu xəstəliyin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən şəxslər üzərində tibbi müşahidə ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə həyata keçirilir. Həmiq Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, qadın olmasını və himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin recimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, təqsirləndirilən şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, o, heç bir yerdə işləmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinin tələblərinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxsin heç bir yerdə işləməməsini, həmçinin, onun əmlak vəziyyəti barəsində məlumatın olmamasını əsas götürərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cəza növü olaraq cərimə cəzasının müəyyən edilməsi nəticə etibarı ilə sonuncunun vəziyyətinin tənasübsüz olaraq ağırlaşmasına səbəb olar. Məhkəmə onu da nəzərə alır ki, təyin olunacaq cəza real icra olunmalıdır, yəni cəzanın icrası konstitusion mahiyyət daşıyan və məhkəmə hakimiyyəti aktı olan ittiham hökmünün icrasını təmin etmək üçün nəzərdə tutulmuş tədbir vasitəsidir. Məhkəmə göstərilənləri nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsinin sanksiyası daxilində aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar