Məhkəmə qərarları › İş №1(010)-251/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-251/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-251/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 07.08.1984-cü ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Kərgəlan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz evdə yaşayan, 02 iyun 2021 -ci il tarixdə barəsində “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə psixotrop maddə olan 0,807 qram çəkidə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 09 may 2021-ci il tarixdə, saat 07:30- da Suraxanı RPİ-nin 30-cu PB-nin PPXB-nün əməkdaşları xidmətdə olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Baxça yolu adlanan ərazidə saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol cibindən ağ kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan, təmiz çəkisi 0,807 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ay ərzində şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə 2021-ci ilin may ayının əvvəllərində, səhər saatlarında Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 45 (qırx beş) manata öz şəxsi istifadəsi üçün metanfetamin almış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. 09.05.2021-ci il tarixdə saat 07:20 dəqiqədə o, dostu Şahid1 məxsus “Vaz 2106” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub söhbət edən zaman tibbi maskadan istifadə etməmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları pandemiya dövründə tətbiq edilmiş karantin qaydalarını onlara izah etmiş və onlardan şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Bu zaman onun üzərində narkotik vasitə olduğundan qorxduğu üçün özünü itirmiş və çaşqın halda həyəcanlı şəkildə cavablar verməyə başlamışdır. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etməyə başlamışlar. O, səmimi olaraq həyəcanlı olmağının səbəbini üzərində özünə məxsus, öz şəxsi istifadəsi üçün saxlamaqla daşıdığı narkotik vasitənin olmasını polislərə bildirmişdir. Həmçinin, həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini qeyd etmişdir. Buna görə də polis əməkdaşları Xəyalı və onu avtomobil ilə birlikdə 30-cu PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də polis əməkdaşları vəkilinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan qara rəngli qış idman gödəkçəsinin sol yan cibindən öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd, içərisində şüşə kimi tanıdığı psixortop maddə olan metamfetamini və 1 ədəd qara rəngli “Samsung ” markalı mobil telefonu təqdim etmişdir. Sonra ondan aşkar edilmiş psixortop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanmışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxsin soyadı, adı və atasının adını, eləcə də, digər məlumatlarını bilməmişdir. Polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırda Suraxanı RPİ-nin PPXB-də işləyir və polis sercantı xüsusi rütbəsi daşıyır. 09 may 2021-ci il tarixdə iş yoldaşları Şahid2 və Şahid3lə birlikdə onlara təhkim olunmuş 56-52 çağırışlı avtopatrulla Suraxanı rayonunun Binə qəsəbəsində xidmətdə olduqları zaman, səhər saat 07:30 dəqiqədə Binə qəsəbəsinin “Baxça yolu” adlanan ərazidə bir “VAZ 2106” markalı, 9**-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və içərisində olan iki nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini görüb, onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra onların tibbi maskadan istifadə etmədiklərini irad bildirərək, onlara karantin qaydalarını izah etmişlər və şəxsiyyətlərini təsdiq edən sənədi göstərmələrini bildirmişlər. Bu zaman həmin avtomobildə sərnişin qismində ön sərnişin oturacağında əyləşən oğlan çaşqın və həyəcanlı halda cavab vermişdir. Bu şübhə oyatdığı üçün onunla sorğun-sual etməyə başalamışdır. Bu zaman həmin sərnişin üzərində öz şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə olduğu üçün həyəcanlı olduğunu və həmin narkotik maddəni onlara təqdim edə biləcəyini demişdir. Bundan sonra həmin şəxsi, avtomobilin sürücüsünü və avtomobili baxış keçirilməsi üçün ərazi üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmalı olduqlarını izah etmiş və onları “VAZ 2106” markalı, 9**-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə gətirib 30-cu PŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. PŞ-də məlum olmuşdur ki, həmin avtomobilin sürücüsü Şahid1, avtomobildə olan sərnişin isə Təqsirləndirilən şəxsdur. O, və digər polis əməkdaşı həmin iki şəxsi və avtomobili PŞ-nə təhvil verdikdən sonra xidməti əraziyə xidmət yerlərinə qayıtmış və xidmətlərini davam etdirmişlər. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞdə olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fərəddin oğlu və Şahid3 Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspektoru vəzifəsində işləyir. 09 may 2021-ci il tarixdə iş yoldaşı Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid6 ilə birlikdə növbədə olarkən, Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Binə qəsəbəsi, Baxça yolunda iki nəfər şübhəli şəxsin “VAZ 2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılması və 30-cu PŞ-nə təhvil verilməsi barədə məlumat verilmişdir. Həmin iki nəfər şəxsdən sözü gedən avtomobilin sürücüsünün Şahid1 və avtomobildə olan sərnişinin isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra onun və iş yoldaşı, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid6 iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən və ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa, onun təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon aparatını və içərisində ağ rəngli kristal şəkilli maddə olan bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdə, hansı məqsədlə və hansı yolla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin təqdim etdiyi bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddə olmasını, həmin narkotik maddəni 2021-ci ilin may ayında səhər saatlarında Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 45 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və həmin narkotik maddədən bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin bir ədəd büküm və mobil telefon götürülərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə və ya qeyd daxil olmamış və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra avtomobilin sürücüsü olan Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmiş və həmin müdafiəçinin iştirakı ilə videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Şahid1 üzərində saxlanması, daşınması və ya əldə edilməsi qadağan olunan hər hansı maddə və ya əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Şahid1 üzərində qanunsuz hər hansı bir əşyanın və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş və onun üzərinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə və ya qeyd daxil olmamış və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra Şahid1 ona məxsus “VAZ 2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zərurətini izah etmişlər. Şahid1 da ona məxsus həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra isə Şahid1 iştirakı ilə sonuncuya məxsus “VAZ 2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə və ya qeyd daxil olmamış və bütün iştirakçılar tərəfindən imza edilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstəklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ay olar ki, mütəmadi olaraq olmasa da, ara-sıra şüşə kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə edir. O, arada bir istifadə etdiyi şüşə kimi tanıdığı narkotik maddəni şəhərdə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 09 may 2021-ci il tarixdə səhər tezdən təxminən saat 07:20 dəqiqədə Suraxanı rayonu, Binə qəsəbəsi, baxça yolu küçəsində özünə məxsus “VAZ 2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilində tanışı Təqsirləndirilən şəxsla birlikdə oturub söhbət edən zaman polis əməksdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra onlar tibbi maskadan istifadə etmədiklərini irad bildirərək, pandemiya vəziyyəti ilə bağlı tibbi maskadan istifadə etməyin zəruri olduğunu bildirmişlər. Daha sonra onlardan şəxsiyyət vəsiqələrini təqdim etməyi istəmişlər. Bu vaxt Aqil özünü itirərək çaşqın halda cavablar verməyə başlamış və bundan şübhələnən polis əməkdaşları Aqil ilə sorğu sual etməyə başlamışlar. Bu vaxt Aqil həyəcanlı şəkildə üzərində özünün istifadəsi üçün əldə etdiyi narkotik maddə olduğunu və onu polisə təqdim edə biləcəyini bildirmişdir. Buna görə də polis əməkdaşları onların və ona məxsus avtomobilə baxış keçirilməsinin zəruri olmasını izah edərək, onları Suraxanı RPİ-nin 30cui PŞ-nə dəvət etmişlər. Onlar avtomobili ilə birlikdə 30-cu PŞ-nə gətirilmişlər. PŞ-də otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafıçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunsuz hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, da üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmış və qanunsuz hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ona məxsus olan “VAZ 2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə də baxış keçirilməsi zərurətini bildirmişlər. O, da razılaşmış və bu barədə ərizə yazmışdır. Sonra isə onun avtomobilinə videoçəkilişlə baxış keçirilmiş və avtomobilindən də qanunsuz hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan 09 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. (səh 43-44) İş materiallarında olan 10 may 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (səh 75-76) İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-213/2021 saylı 10.05.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 09.05.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (səh 97-98) İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-250/2021 saylı 02.06.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ona alternativ qətimkan tədbiri olan ”ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (səh 117-119) İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-351/2021 saylı 29.07.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ”ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 29 avqust 2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1880 saylı 09 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,807 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir.(səh 63-66) İş üzrə təyin edilmiş məhkəmə narkoloci ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X8 X5 X6 Komissiyasının verdiyi 2181 saylı 06 iyul 2021-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. (səh 134- 135) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (səh 106-107) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,757 qram qalmış narkotik vasitə olan metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək tutulduğu və 02 iyun 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı, ümumilikdə 03 ay 22 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 ay 14 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,757 qram qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar