Məhkəmə qərarları › İş №1(010)-251/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-251/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-251/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs1 oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2001-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Bozavand kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2021 -ci il tarixdə saat 18 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətindən Sabunçu dairəsi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələbini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda hərəkət hissəsinin sağ kənarında dayanmış Şahid istifadəsidə olan “Man 26414” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokranın olmasını nəzərə almalı və əvvəlcədən həmin avtomobil ilə təhlükəsiz yan məsafəsini təmin etmək üçün zəruri tədbirlər, idarə olunma ilə əlaqədar olan hərəkətlərini elə yerinə yetirməli idi ki, avtomobil dayanmış “Man 26414” markalı avtokranın yanından keçərkən onlar arasında kontakt baş verməsin lakin qeyd edilənləri etməyərək idarə etdiyi avtomobilin sağ ön tərəfi ilə dayanmış “Man 26414” markalı avtokranın sol arxa tərəfi ilə toqquşmuş və nəticədə idarə etdiyi avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağ bazunun və dirsək oynağının şişkinlik və qançırı (hematoması), sağ saidin sıyrığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ gözün ağlı qişasının qansızması. sol baldırın sıyrığı, üst çənədə İİİ dişin travmatik sınığı, sağ əlin və sağ qulaq seyvanının səthi kəsilmiş yarları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan ehiyatsızlıqdan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 sağ sirkə kasasının damının qəlpəli yerdəyişmiş sınığı və sağ budun travmatik çıxığı ilə müşayiət olunmuş ehtiyatsızlıqdan dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin çox olmaqla (35%) itirilməsinə səbəb olan sağlamlığına ağır zərər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 etibarnamə əsasında taksi fəaliyyəti göstərmək üçün gündəlik 25 manat olmaqla götürmüş və həmin avtomobillə “Bolt” və “Uber” taksi xidmətinə qoşulmuşdur. 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Matrix” markalı **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətində hərəkətdə olarkən Suraxanı keçidi adlanan yerdə yolda müştəri olaraq dayanmış sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 sərnişin olaraq götürmüş və sonuncu avtomobildə salonda Zərərçəkmiş şəxs2 arxasında olan sağ oturacaqda oturmuşdur. Sükan arxasında o, onun yanında isə öndə Zərərçəkmiş şəxs2 əyləşmişdir. İdarə etdiyi “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində saatda 70 km surətlə hərəkət edərək Sabunçu dairəsi istiqamətində hərəkət edib “Ağ çiçəyim” gül salonunun yaxınlığında ani anda idarə etdiyi avtomobilin qabaq sağ yan tərəfi ilə qarşısında dayanmış vəziyyətdə olan sonradan adını bildiyi Şahid istifadəsində olan yolda dayanmış vəziyyətdəki “Man” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Hadisə yerinə gəlmiş X10 avtomobili Zərərçəkmiş şəxs2, onları isə bir nəfər tanımadığı mülki şəxs öz avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Orda onlara tibbi yardım edib evə buraxmışlar və daha sonra Samir Musayevin tramatalogiyaya aparılmasını bilmişdir. Hadisə nəticəsində “Man” markalı avtomobil demək olar ki, maddi ziyan dəyməmiş, maddi ziyan yalnız onun idarə etdiyi avtomobilə dəymişdir. Avtomobilin sahibinə avtomobilə görə vurmuş olduğu maddi ziyanı demək olar ki, tam olaraq ödəmiş və həmin şəxsin onun barəsində hər hansı şikayəti və tələbi yoxdur. Hadisə onun təqsirindən olmuşdur. Hadisə ani anda baş vermişdir. “Man” markalı avtomobil isə tam olaraq yolun sağ tərəfindən dayanımış vəziyyətdə olmuşdur. O yolda hərəkəti müşahidə etmiş və həmin avtomobili vurmaması üçün hər hansı mane olmamışdır. “Man” markalı avtomobilin sürücüsü hər hansı xəsarət almamışdır. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Hadisədən əvvəl və sonra o hər hansı spirtli içki qəbul etməmişdir. Hadisədən sonra o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi və mənəvi dəstək olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, buna görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə bacısını Rusya Federasiyasına yola salmaq üçünü Heydər Əliyev hava limanına getmiş və işlərini bitirdikdən sonra həmin gün saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospekti, Milli Aviasiya Akademiyasının qarşısında olan dayancaqda dayanmış və həmin vaxıt tıxac saatları olduğundan 1 manatlıq taksi avtomobilinə əyləşib “Koroğlu” metrostansiyasına getmək istəmişdir. Həmin vaxtı sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayancaqda dayanmış və o avtomobildə salonda arxada sərnişin oturacağının arxasında oturmuşdur. Sükan arxasında Təqsirləndirilən şəxs, onun yanında öndə isə sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 oturmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hava Limanı istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə saatda 110 km surətlə hərəkət edərək Sabunçu dairəsi istiqamətində hərəkət edib “Ağ çiçəyim” gül salonunun yaxınlığında ani anda idarə etdiyi avtomobilin qabaq sağ yan tərəfi ilə sonradan adını bildiyi Şahid istifadəsində olan yolda dayanmış vəziyyətdəki “Man” markalı ** FK *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində Təqsirləndirilən şəxs, o, və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Hadisə yerinə gəlmiş X10 avtomobili və mülki avtomobil onları 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Orda onlara tibbi yardım etmişlər və daha sonra onu tramatalogiyaya aparmışlar. Orda olan tibbi xərclər tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənmişdir. Lakin, almış olduğu xəsarətlə bağlı bir müddət işsiz olmuş, hərəkət məhdudluğu olmuş, sonrakı tibbi xərcələri, evinin kirayə haqqı və.s Təqsirləndirilən şəxs tərəfindən qarşılanmamışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində şikayət etmək məcburiyyətində qalmışdır. Hazırda isə yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərər tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs2 24 noyabr 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs izahatı ilə eyni məzmunlu izahat verərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin tam aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili icarə əsasında etibarnamə ilə gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün vermiş və 08 dekabr 2021-ci il tarixdə özünü ona İİ Qarabağ müharibəsi qazisi olaraq təqdim edən Təqsirləndirilən şəxs müraciət etmiş və ona həmin avtomobil ilə günü 25 mantadan olmaqla taksi fəaliyyəti ilə məşğul olacağını bildirdimişdir. O etiraz etməmiş və 08 dekabr 2021-ci il tarixdə sürmək üçün olan etibarnamə əsasında öz adından etibarnamə vermişdir. 14 dekabr 2021-ci il tarixdə bilmişdir ki, həmin gün saat 18 radələrində “Man” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokran Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətindən Sabunçu dairəsi istiqamətində dayanmış vəziyyətdə olan zaman Ağ çiçəyim gül salonunun yaxılığında Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Matrix» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə avtomobilin arxa yük hissəsinin sol tərəfi ilə toqquşmuşdur. X6, sərnişinlər sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almasını eşitmişdir. Hadisə şahidi olmadığına görə hadisə mexanizmini bilməmiş və həmin hadisə nəticəsində ona məxsusu olan 11.000 manat dəyərində olan “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona 2.500 manat pul ödənmişdir və yerdə qalan pulun tam olaraq hissə-hissə ödənməsi ilə bağlı ona vəd vermişdir. Təqsirləndirilən şəxs tərəfindən onun pulu hissə-hissə ödənildiyinə görə sonuncuya qarşı hər hansı şikayəti və tələbi olmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 27 noyabr 2021-ci il tarixdə “Fəxrəddin-K” şirkətinin direktoru olan X5 tərəfindən “Man” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokrana dair 31 dekabr 2021-ci il tarixədək 0100 nömrəli adına etibarnamə verilmişdir. Qeyd edilən “Man” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokran AB981600 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əasənən Fəxrəddin Baxışovun adına olmuşdur. 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “Man” markalı **- FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokranla Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətindən Sabunçu dairəsi istiqamətində hərəkət etdikdən sonra Ağ çiçəyim gül salonunun yaxınlığında avtomobilində olan ani nasazlıqla əlaqədar olaraq 4 zolaqlı hərəkət zolağından sağda olan hərəkət zolağına avtomobilini saxlayıb tam dayanma həddinə gətirmişdir ki, bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə onu avtomobilin arxa yük hissəsinin sol tərəfi ilə toqquşmuş və nətiəcədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərnişinlər sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdırlar. Onun avtomobili tam olaraq dayanmış vəziyyətdə olmuşdur və Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilini vurmasını sonra görmüşdür və həmin avtomobildə eyni ilə Sabunçu dairəsi istiqamətində hərəkətdə olmuşdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı, cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 1384 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ yanaq ənsə və sağ said nahiyələrinin kəsilmiş yaraları, sol baldırın sıyrığı xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 14 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 1385 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində sağ bazunun və dirsək oynağının şişkinlik və qançırı (hematoması), sağ saidin sıyrığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı, sağ gözün ağlı qişasının qansızması, sol baldırın sıyrığı, üst çənədə İİİ dişin travmatik sınığı, sağ əlin və sağ qulaq seyvanının səthi kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 14 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 25 dekabr 2021-ci il tarixli, 1391 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sağ sirkə kasasının arxa kənarının qəlpəli yerdəyişmiş sınığı və sağ budun travmatik çıxığı xəsarətləri aşkar edilmişdir: Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 14 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və xəsarətin sağlamlığa zərər vurma dərəcəsi zərərçəkmişin müalicəsi başa çatdıqdan sonra (120 gündən sonra) onun adına tərtib edillmiş tibbi sənədlər ekspertizaya təqdim edilməklə onun özünün təkrar müayinəsi aparılmaqla təyin edilə biləcəkdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 aprel 2022-ci il tarixli, 8/964 nömrəli rəydən görünür ki, istintaq tərəfindən tədqim olunan məlumatlara əsasən, “Hyundai Matrix” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Man 26414” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı bortlu avtokranm sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədiqiqi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 03 noyabr 2020-ci il tarixli əmri ilə “Şücaətə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr-06 oktyabr 2020-ci il tarixində döyüş əməliyatlarında Kəlbəcər, Cəbrayıl, Füzuli, Şuşa istiqamətlərində avtomatik qumbaraatan vəzifəsində iştirak etmişdir. Döyüş əməliyatlarının icrası zamanı 06 oktyabr 2020-ci il tarixində yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Cinayət işinin materiallarından, o cümlədən cinayət işinə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslər ilə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar